Məhkəmə qərarları › İş №1(011)-132/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-132/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-132/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X15, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X21 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri haqqında X10 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X19 Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1974-cü il təvəllüdlü X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək G.A.Adışirinovanın həmin maddələrin sanksiyaları həddində ən ağır cəzaya məhkum edilməsi, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1973-cü il təvəllüdlü X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək F.Y.Adışirinovun həmin maddələrin sanksiyaları həddində ən ağır cəzaya məhkum edilməsi, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.2001-ci il təvəllüdlü X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək İ.F.Adışirinovun həmin maddələrin sanksiyaları həddində ən ağır cəzaya məhkum edilməsi, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1987-ci il təvəllüdlü X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək R.B.Borcəliyevin həmin maddənin sanksiyası həddində ən ağır cəzaya məhkum edilməsi barədə hökm çıxarılmasına dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X19, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur, hal-hazırda “Kəpəz Hospitalda” göz həkimi vəzifəsində işləyir. X4 və X5 onun barəsində “Gülşən Adışirinovanın gözlərinin düzgün əməliyyat olunmaması nəticəsində sol gözünün görməməsi” barədə Nəsimi rayon prokuroruna etdikləri şikayətlər əsasında Nəsimi rayon prokurorunun köməkçisi A.Ramazanlı tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Eyni zamanda, Nəsimi rayon prokurorunun köməkçisi A.Ramazanlının xx.xx.2023-cü il tarixli 366c-23 nömrəli qərarı əsasında AR SN “Məhkəmə Tibbi Ekspertiza və X18” PHŞ 652/KEŞ nömrəli xx.xx.2023-cü - xx.xx.2023-cü il tarixləri arasında aparılmış G.A.Adışirinovanın məhkəmə-tibbi ekspertizası üzrə ekspert rəyinə əsasən Gülşən Adışirinovanın aparılmış müayinələri təyin olunmuş diaqnoza uyğun olmuşdur və Gülşən Adışirinovaya cərrahiyyə əməliyyatından sonra aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Bundan başqa X4 özünün Nəsimi rayon prokurorluğuna təqdim etdiyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli tibbi rəyindən də onun G.A.Adışirinovanın həkimi olaraq onun sol gözü ilə əlaqədar düzgün cərrahiyyə əməliyyatı, müayinə və müalicə apardığı görünür. Beləliklə, X4 göz həkimi kimi onun təqsirsiz olduğu və Adışirinovların onun barəmdə etdikləri şikayətlərin əsassız olduğu hüquqi baxımdan da sübut olunmuşdur. "xxxx" MMC-nin (X31.az) instaqram səhifəsində aşağıdakıları əks etdirən video görüntüdə yayımlanır. (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Baku fakt az instagram) Həmin video görüntüdə əvvəldən axıradək ekranda “Növbəti həkim səhlənkarlığı” yazısı qeyd olunur. X12 ona qarğış edərək belə deyir: “(Azər Kərimov) Əlini vursun balasının üzünə gözünün yaşı axsın. Ay şərəfsiz, eləmisən, de ki, ne edək səhv etmişəm, gəl buynuz qişasını dəyişim. Sən erməniymişsən, Benjamin. 7 aydır ki, məni süründürür, indi də qaçıb gizlənib.” Bu zaman həkim onun ekranda şəkli görüntülənir. Həmin video yazının sonrakı hissəsində X9 belə deyir: “Doktor bizə rüşvət verib, pul verib”. Daha sonra X13 belə deyir: “Belə doktoru efirə buraxmayın, bunun doktorluqdan xəbəri yoxdu, bütün klinikalarda 1-2 ay işləyir, qoğlayırlar, burdan da qoğlanacaq”. "xxxx" MMC-nin qanuni təmsilçisi X11r. Qeyd olunan video yazıda ekranda göstərilən “Növbəti həkim səhlənkarlığı” yazısına görə R.B.Borcəliyev məsuliyyət daşıyır. Bundan başqa həmin video yazı “TV8” internet kanalında da (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv8 11 video) yayımlanır. Eyni zamanda, X5 “TV8” internet kanalında video görüntüsü (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Tv8 ilk video) yayımlanır. Həmin video görüntü də əvvəldən axıradək ekranda bu yazı qeyd olunur: “Elgizin reklam etdiyi həkim Kəpəz Hospitalda yoldaşımı kor etdi.” Qeyd olunan video görüntüdə F.Y.Adışirinov belə deyir: “İnsanları aldataraq əməliyyata cəlb edirlər, doktor həyat yoldaşımın gözünü tamamilə kor edib, doktor Azər Kərimov cəlladcasına həyat yoldaşımın gözünün buynuz qişasını zədələyib. Mən hara gedirəmsə əlim boşa çıxır, doktor bu insanlara baxım-görüm edir. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tibbi rəy verib. Tibbi rəyi verəndə yazmayıblar ki, bunu kim edib, doktor Benjamin edib. Bu zaman ekranda göz şəkli və mənim şəklim görüntülənir. Daha sonra F.Y.Adışirinov belə söyləyir: “İndi də deyir ki, yaxşı eləmişəm. Oğlum 44 günlük Vətən müharibəsinin qazisidir, ola bilsin onun (Azər Kərimovun) qohumlarına güllə atıb. Tamamilə kor etdiyi gözü necə əməliyyat edib. Əvvəl (Azər Kərimov) Dünya Gözdə işləyib belə əməllərinə görə ordan qovulub. Məlhəmdə, Bakı Mecical Plazada işlədi. Hara gedir camaatı bədbəxt edir, ona görə də direktorlar işdən qovurlar. Televiziya kanallarımız pul xatirinə bu doktoru reklam edir, camaat da aldadılır. Oğlum (İsmayıl Adışirinov) İlham Mirzəyevlə canlı efirdə danışır, deyir ki, bu doktor mənim anamı kor edib, sən niyə tərifləyirsən bu doktoru, o (İ.Mirzəyev) da deyir ki, doktor hər dəfə mənim verilişimə çıxanda mənə 500 manat pul verir.” Yuxarıda qeyd olunan bu video yazıya X9 belə şərh yazıb: “Şərəfsiz Benjamin, neçə nəfər şikayətçidi bu həkimdən, bir nəfər kasıb ailəni də bədbəxt etmişdi, heç nə edə bilmədilər, hər kəs şikayət edir bu həkimdən”. Həmin video görüntüyə X9 digər şərhində belə yazır: “Hə Ləman xanım. Onun (Azər Kərimovun) pox işlərini təmizləyən videonu atdım sizə Whatsappda. Siz də gəldiniz. Hər şəy qarşısında cavab verərsiz, elə sən də özün də”. İ.F.Adışirinovun diskdə təqdim olunmuş digər şərhlərindən görünür ki, onun şərhlərində mənim ünvanıma böhtan təhqir dolu ifadələr var. WhatsApp-da yayılan bir video görüntüdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - WhatsApp 2023-12-27 at 14:55:01) X9 belə deyir: “Hardadı Benjamin doktor, qaçdı, xəstəmizi kor edib”. WhatsApp-da yayılan digər video görüntüdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - WhatsApp 2023-12- 27 at 15:09:05) X12 belə deyir: “Nəyə görə Benjamin məni kor eləməlidi, arvadı ilə qucaqlaşıb yatmalıdı”. Həmin videonun davamında X13 belə deyir: “Doktor (Azər Kərimov) prokuror köməkçisi Aytən Ramazanlıya rüşvət verib”. Yuxarıda və diskdə qeyd olunan video və audio yazılar, eləcə də şərhlərdən görünür ki, X12, X13 və X9 internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışlar, adı çəkilən şəxslərin bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinə uyğun gəlir. Eyni zamanda, X12, X13 və X9, eləcə də X16 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan yuxarıda və diskdə qeyd olunan video və audio yazıları, eləcə də şərhləri internet informasiya ehtiyatında yaymışlar, adı çəkilən şəxslərin bu əməlləri Azərbaycan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayətinə uyğun gəlir. Həmçinin, yuxarıda qeyd olunan 2 ayrı-ayrı video yazılardan görünür ki, X13 onu ağır cinayət olan rüşvət vermədə (passiv rüşvətxorluqda) ittiham etməklə böhtan atır, F.Y.Adışirinovun bu əməlləri Azərbaycan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş “ağır cinayətdə ittiham etməklə böhtan atma” cinayətinə uyğun gəlir. Yuxarıda qeyd olunan cinayət əməllərinin X12, X13 və X9, eləcə də X16 tərəfindən törədildiyi şikayətə əlavə olunmuş video və audio yazıları, eləcə də şərhləri əks etdirən disk ilə sübut olunur. Bundan başqa 2023-cü ilin dekabr ayından etibarən X13, X9 və X9 ona qarşı daha da aktiv aqressiv hərəkətlər etməyə başlamışlar. Belə ki, adı çəkilən şəxslər dəfələrlə onun iş yeri olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən “Kəpəz Hospital”a hücum edərək onu öldürməklə hədələmişlər, “Kəpəz Hospital” təhlükəsizlik kameralarında Adışirinovların törətdikləri bu əməllərin hamısının audio və video yazısı qeydə alınmışdır. O, məzuniyyətdə olduğu üçün həmin vaxt iş yerində olmamışdır. Həmçinin, adı çəkilən şəxslər dəfələrlə şəxsi mobil telefonuna və “Kəpəz Hospital”ın telefonlarına zənglər edərək onu öldürməklə hədələyir və ondan pul tələb edirlər, həmçinin onu öldürəcəkləri barədə şəxsi mobil telefonuna mesajlar göndərirlər. Bu barədə tərəfindən aidiyyəti üzrə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə müraciət olunmuşdur. Barəsində şikayət etdiyi Adışirinovlar ailəsinin üzvləri X2 Vətən Müharibəsi iştirakçısı olduğunu iddia edərək ona qarşı rahatlıqla böhtan və təhqir cinayətlərini törədəcəklərini və toxunulmaz olduqlarını hesab edirlər. Həmçinin o, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə təqdim edərək qeyd etmişdir ki, hazırda xüsusi ittiham qaydasında şikayət üzrə 1(011)-132/2024 saylı iş Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatındadır. Onu da qeyd etməlidir ki, sosial internet şəbəkələrində və teleradio kanallarında o - “X30” kimi tanınmışdır. Xüsusi ittiham qaydasında şikayətin 1-ci səhifəsinin 3-cü abzasında qeyd olunduğu kimi, "xxxx" MMC-nin (X31.az) instaqram səhifəsində aşağıdakıları əks etdirən video görüntü yayımlanır. (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Baku fakt az instagram) Həmin video görüntüdə əvvəldən axıradək ekranda “Növbəti həkim səhlənkarlığı” yazısı qeyd olunur. X12 ona qarğış edərək belə deyir: “(Azər Kərimov) Əlini vursun balasının üzünə gözünün yaşı axsın. Ay şərəfsiz, eləmisən, de ki, ne edək səhv etmişəm, gəl buynuz qişasını dəyişim. Sən erməniymişsən, Benjamin. 7 aydır ki, məni süründürür, indi də qaçıb gizlənib.” Bu zaman həkim onun ekranda şəkli görüntülənir. Həmin video yazının sonrakı hissəsində X20 oglu belə deyir: “Doktor bizə rüşvət verib, pul verib”. Daha sonra X13 belə deyir: “Belə doktoru efirə buraxmayın, bunun doktorluqdan xəbəri yoxdu, bütün klinikalarda 1-2 ay işləyir, qoğlayırlar, burdan da qoğlanacaq”. Eyni zamanda, həmin video yazı “TV8” internet kanalında da (Diskdə yerləşmə yeri: Lazımlı favllar - videolar və yeni kommentlər — Tv 8 İİ video") yayımlanır. Xüsusi ittiham qaydasında şikayətin 2-ci səhifəsinin 7-ci abzasında qeyd olunduğu kimi, WhatsApp-da yayılan video görüntüdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər — WhatsApp 2023-12-27 at 15:09:05) X12 belə deyir: “Niyə görə Benjamin məni kor eləməlidi, arvadı ilə qucaqlaşıb yatmalıdı”. Həmin videonun davamında X13 belə deyir: “Doktor (Azər Kərimov) prokuror köməkçisi Aytən Ramazanlıya rüşvət verib”. Beləliklə, "xxxx" MMC-nin (X31.az) instaqram səhifəsində və “TV8” internet kanalında yayılan eyni video yazıdan (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Baku fakt az instagrarn) görünür ki, X9 və WhatsApp-da yayılan video yazıdan (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - WhatsApp 2023-12-27 at 15:09:05) görünür ki, X13 onu ağır cinayət olan rüşvət vermədə (passiv rüşvətxorluqda) ittiham etməklə böhtan atır, İ.F.Adışirinovun və F.Y.Adışirinovun bu əməlləri ayrı-ayrılıqda Azərbaycan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş “ağır cinayətdə ittiham etməklə böhtan atma” cinayətinə uyğun gəlir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 nümayəndəsi Müdafiəçi şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi X17 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi X22 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və mülki cavabdeh X5 müdafiəçisi X3 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və mülki cavabdeh X7 müdafiəçisi X28 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçilərini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X4 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri xahiş edilsə də, həmin şəxslər tərəfindən X10 şərəf və ləyaqəti alçaldan məlumatların hansı tarixdə internet resurslarında yayılması öz əksini tapmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, X19 şikayətində X4, X2 və X5 ona qarşı təhqir cinayətinin tərkibini yaradan əməlləri törətmələrini göstərsə də, şikayətdə sırf hansı ifadələrin onun şərəf və ləyaqətini alçaltdığını qeyd etməmişdir. Həmçinin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X19 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayət ərizəsinin harada tərtib olunması qeyd edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri haqqında X19 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar