Məhkəmə qərarları › İş №1(011)-132/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-132/2025

27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-132/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs, müdafiəçisi– Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də şöbə müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, 11 aprel 2024-cü il tarixdə saat 21.00-da ünvan 3 ünvanında yerləşən “Günel” ticarət mərkəzinin yanında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya sol almacıq nahiyəsinin dərialtı hematoması və sol dirsək oynağı nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, qəsdən sağlamlığa yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmədiyi müəyyən edilmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, "xxxx" MMC-də şöbə müdiri vəzifəsində çalışır. Onunla birlikdə Zərərçəkmiş şəxs də satış şöbəsinin müdiri vəzifəsində işləyir. Onunla münasibətləri daim yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saat 17 radələrində Seyyid Əli "Whatsapp" qrupunda marketlərdə məhsulların çatışmaması ilə bağlı şikayətinin olduğunu bildirmişdir. O, isə cavab olaraq kifayət qədər məhsullar alınaraq marketlərə paylanıldığını bildirmişdir. Müraciətlərinə normal, etik qaydalardan çıxmayaraq cavab vermişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Bundan sonra Seyyid Əli ona şəxsi "Whatsapp"da yazaraq işçilərin yanında nə üçün mübahisə etdiyini irad bildirmişdir. Bundan sonra telefonda onların mübahisəsi daha da şiddətlənmiş, lakin sonradan söhbət bitmişdir. Evə qayıtmış, maşından düşəndə telefonu götürmüşdür. Seyyid Əlinin səsli mesaj atdığını görmüşdür. Səslərin məzmunu “A kişi nə danışırsan”; “Başın qaçıb, hardasan yerini de” kimi olmuşdur. Mesajlarına əhəmiyyət vermədiyi üçün zəng etmiş, zəngi açan kimi şəxsiyyətini alçaldaraq söyməyə başlamışdır. Harada olmağını soruşmuşdur. O, H.Aslanov metrostansiyasının yaxınlığında olduğunu bildirib məkan atmışdır. Şahbaz ona zəng edərək görüşə getməməsini, onun başının xarab olduğunu demişdir. O da Şahbaza getməmək məsləhətini Seyyid Əliyə deyilməsini təklif etmiş, lakin getməməyi özünə sığışdırmamışdır. Təxminən 30 dəqiqə sonra Seyyid Əli yenidən ona zəng edərək məkan atdığı yerdə olduğunu bildirib həmin yerin şəklini göndərmişdir. O, Seyyid Əlinin qaranlıq yerdə olduğunu görüb təxminən 30 metr kənara "Günel" ticarət mərkəzinin arxasına işıqlı yerə çağırmışdır. Seyyid Əlinin avtomobilində iki nəfər şəxsin olduğunu düşünmüşdür. X28 yaxınlaşan kimi söyüb təhqir edərək əlində olan bıçaqla sinəsinə zərbə endirmişdir. Zərbədən o, özünü itirərək yerə yıxılmışdır. Yıxılandan sonra Seyyid Əli yenə də onu bıçaqla vurmağa davam etmişdir. O, Seyyid Əlidən canını qurtarmaq üçün əli ilə itələyərək bir təhər ayağa qalxıb qaçmağa başlamışdır. Bu zaman Seyyid Əli təkrarən üzərinə gəlib vurmuş olduğu zərbələri təkrarlamaq istəyərkən ərazidə olan tanımadığı şəxsin qışqırdığını eşitmişdir. Bundan sonra Seyyid Əli hadisə yerindən qaçıb getmişdir. O, yaxınlıqda saxladığı avtomobilinə minərək "Leyla Medical" tibb mərkəzinə sürmüşdür. Mübahisənin təxminən 1 dəqiqə davam etmişdir. Göstərilənlərə əsasən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, "xxxx" MMC-nin satış müdiri vəzifəsində işləmişdir. Onunla bir şirkətdə Təqsirləndirilən şəxs kateqoriya meneceri vəzifəsində çalışırmış. Münasibətləri daim yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində müştərilərin məhsul çatışmamazlığı ilə bağlı şikayətlərini şirkətin vatsap qrupuna ataraq bildirmişdir ki, məhsullarda çatışmamazlıq yaranıb. Fuad "Whatsapp" qrupunda ona cavab olaraq bildirmişdir ki, guya bu problemin günahkarı satış komandasındadır. Bunun üstündə aralarında mübahisə yaranmışdır. Sonra o, Fuadın şəxsi "Whatsapp" nömrəsinə yazaraq işçilərin yanında mübahisə etməyin lazımsız olduğunu bildirmişdir. Fuad isə heç bir səbəb olmadan onu təhqir etməyə başlamışdır. O, Fuada əhəmiyyət verməmişdir. Həmin günü saat 18:30-da iş yoldaşları Rüfət Əbərov və Şahid1la Xırdalan şəhərində çayxanada görüşmüşdür. O, çayxananın dəhlizində namaz qılandan sonra telefonuna baxanda Fuadın onu təhqirlərlə səsli mesajlar atdığını görüb ona zəng etmişdir. Fuad telefonda onu söydüyündən görüşmək istədiyini bildirmişdir. Fuad onu Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yanında olan M.Hadi küçəsindəki “Günel" ticarət mərkəzinin arxasına çağırmışdır. Telefonda Fuad "gəl burda səni gözlüyürük" dediyi üçün elə başa düşmüşdür ki, Fuad ətrafına bir neçə nəfər şəxs də yığıb. Bu səbəbdən özü ilə maşınında olan mətbəx bıçağını götürmüşdür. Saat 21:00-da Fuadla deyilən yerdə görüşən zaman tək olduğunu görmüşdür. Fuad onu görən kimi söyüb təhqir edərək sifətindən yumruqla vurmuşdur O, zərbədən yerə yıxılmışdır. Fuadın yerdə onu təpikləməsi səbəbindən qorxutmaq məqsədi ilə üstündə olan bıçağı çıxartmışdır. Fuad isə bıçağa əhəmiyyət vermədən təpikləməyə davam etmişdir. Həmin vaxtı yerdə yıxılmış vəziyyətdə bıçağı yelləyən zaman bıçaq Fuadın sinəsinə dəymişdir. Sonra Fuad ona yerdə təpiklə vuran zaman bıçaq Fuadın ayağına dəymişdir. Bundan sonra Fuad qaçaraq çıxıb getmişdir. O, əvvəlcə, bıçağın Fuadın sadəcə gödəkcəsini deşməsini bilmiş, lakin bıçağa baxanda qan izlərinin olmasını görüb başa düşmüşdür ki, bıçaq Fuadın sinəsinə dəyib. O, 2 bıçağı elə oradaca yerə atıb öz avtomobilinə minərək Masazır qəsəbəsinə qardaşı Mircəlalın evinə getmişdir. Yolda olarkən iş yoldaşı Şahbaza zəng edərək hadisəni olduğu kimi danışaraq təcili hadisə yerinə gəlmələrini, Fuada ilkin tibbi yardım göstərilməsini təmin etmələrini xahiş etmişdir. İlk gündən Təqsirləndirilən şəxs şikayətçi olmamışdır. Heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən 6 ilə yaxındır "xxxx" MMC-də satış üzrə menecer vəzifəsində çalışır. Elə həmin vaxtdan onunla eyni şirkətdə çalışan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onların hər ikisi ilə dostluq münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə şirkətin "Whatsapp" qrupunda marketlərdə toyuq filesinin çatışmamazlığı ilə bağlı müzakirə apararkən Təqsirləndirilən şəxs mağazalara kifayət qədər məhsul paylandığını bildirmişdir. Həmin gün saat 18:00-da iş yoldaşı Şahid2la birlikdə Xırdalan şəhərində yerləşən çayxanada nərd oynayan zaman Seyyid Əli də onların yanına gəlmişdir. Seyyid Əli bir az onlarla oturduqdan sonra namaz qılmaq üçün dəhlizə çıxmışdır. Həmin vaxt o, da ayaq yoluna getmək üçün dəhlizə çıxmışdır. Ayaq yolundan qayıdarkən Rüfət ona bildirmişdir ki, Seyyid Əli tələsik çıxaraq avtomobilinə minib harasa getmişdir. O, Seyyid Əliyə bir neçə dəfə zəng etdikdən sonra sonuncu ona cavab verərək Fuadla görüşməyə getdiyini bildirmişdir. O isə Seyyid Əliyə file üstündə mübahisə etməmələrini tövsiyyə etmişdir. Saat təxminən 21 radələrində Seyyid Əli ona zəng edərək Fuadla görüşüb dalaşdıqlarını, mübahisə zamanı Fuadın onu vurduğunu, onun isə özünü müdafiə etmək məqsədilə bıçaqla Fuadı vurduğunu bildirmişdir. Seyyid Əli ondan Fuadın səhhəti ilə maraqlanmasını, lazımi köməklik göstərməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun ifadəsini təsdiqləmişdir. Müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X23 məhkəmə-tibbi eksperti X20 ifadəsində bildirmişdir ki, hematomanın rənginə, konsisdensiyasına görə müddət təyin edirlər. Məsələn, 3 gün əvvəlcədən hematoma yumuşaq konsisdensiyalı olur. Sarılıq az olur və sair. Hər kəsdə individualdır, sonrakı gün də yarana bilər. Dəridən asılı olaraq yaranır. İstintaq hadisənin hansı tarixdə olduğunu deyir, onlar da mümkün olubolmadığını deyirlər. Yazılardakı uyğunsuzluqlarla bağlı bildirmişdir ki, tibbi kitabçada “sağ” yazılmağı ola bilsin mexaniki səhv olmuşdur. Müayinə bir neçə gün sonra aparılmışdır. Xəsarətlərin yetirilməsi ilə bağlı dəqiq tarix deyə bilməzlər, lakin ehtimal edirlər ki, həmin gün mümkündür. Yəni aprel ayının 11-i ya da 12-i ola bilərdi. Xəsarətlərin ayın 13-dən sonrakı günlər yetirilməsi istisna edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 18 sentyabr 2024-cü il tarixli cinayət işindən başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə yeni cinayət işi ayrılmış və həmin cinayət işinə ********* nömrəsi verilməklə istintaqı ayrıca icraatda davam etdirilmişdir. (i.v.1) - 14 aprel 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 126-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.3) - “X26” klinikasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs qızı xx.xx.2024-cü il tarixdə “X26” MMC-də bıçaq yaralanmalarına görə cərrahiyyə əməliyyatı həyata keçirilmişdir. (i.v.49) - 12 aprel 2024-cü il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs saat 03:00-da şübhəli şəxs statusundaqismində tutulmuşdur. - 12 aprel 2024-cü il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs şübhəli şəxs statusunda saxlanılmaqla Xətai RPİ-nin MSY-dən azad edilmişdir. - 19 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v.53-54) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-294/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. (i.v. 71-75) - 05 avqust 2024-cü il tarixli ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, 06 ayadək, yəni 14 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (i.v.138-139) - 12 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan ayrıca icraata cinayət işi ayrılmışdır. (i.v.152-158) - 18 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.167) - AR DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirməsi faktı üzrə üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş, 02 (iki) ədəd tamponda qanabənzər maddə, Xətai RPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-55/2-12497/2024 №-li məktubu ilə xx.xx.2024-cü il tarixdə, tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, 02 (iki) ədəd tampon üzərində olan qan nümunəsi, kişi cinsindən olan naməlum şəxsə və bu nümunədən əldə olunmuş DNT profili, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. (i.v.84) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 11 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 85) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X23 xx.xx.2024-cü il tarixli, № 389 ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol almacıq nahiyəsinin dərialtı hematoması və sol dirsək oynağı nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. (i.v.119-120) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X23 xx.xx.2024-cü il tarixli, № 512 ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş- kəsilmiş yarası, mədənin və diafraqmanın zədələnməsi, hemotoraks, sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarətlər iti uca və kənara malik əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən ekspertizaya təqdim edilmiş bıçaqla törənə bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter lokalizasiyalarına və özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. (i.v.121-124) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X23 № 391/2024-MTBŞ ekspert rəyindən görünür ki, təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmamışdır. (i.v.126-128) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X23 № 272-2024/MTKŞ ekspert rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. (i.v.130- 132) - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixindən bu günə qədər "xxxx" MMC-nin Kommersiya Departamentində satınalma bölmə müdiri vəzifəsində işləyir və əmək fəaliyyəti dövründə özünü bacarıqlı və qabiliyyətli işçi kimi göstərmişdir. Ona tapşırılan sahənin öhdəsindən bacarıqla gəlir və öz vəzifə borclarının yerinə yetirilməsinə ciddi yanaşır. Səbrli və xeyirxahdır. Özünü etibarlı işçi kimi göstərmişdir. "xxxx" MMC-də işlədiyi dövrdə şirkətin rəhbərliyi tərəfindən heç bir inzibati tənbeh almamışdır. (i.v.175) - 10 oktyabr 2024-cü il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədilə barəsində axtarış elan olunmuşdur. (i.v. 183) - 10 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.185) - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v.188) - 17 dekabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 10:30-da saxlanılaraq Xətai RPİ-nin 36-cı PŞ-nə gətirilmişdir. (i.v. 189) - 17 dekabr 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. (i.v.190) - 17 dekabr 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. (i.v.201) - 19 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v.204-205) - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs iki uşağı var: xx.xx.2015-ci il təvəllüdlü X21 və xx.xx.2020-ci il təvəllüdlü X24. (i.v.220) - 19 dekabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi və şəxsin X13 azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin X13 azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.221-222) - 19 dekabr 2024-cü il tarixli etiraza baxılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi X15 tərəfindən istintaqın aparılmasına 17 və 19 dekarb 2024-cü il tarixli etirazı əsassız olduğundan təmin edilməmişdir. (i.v.229-230) - 13 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsiri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X27 Xətai rayon şöbəsinin verdiyi 30 may 2024-cü il tarixli 512 nömrəli rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ifadənin yerində yoxlanılması haqqında protokol, üzləşdirmə protokolu, elektron daşıyıcılarda olan məlumatlara baxış keçirilməsi haqqında protokol və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v.236-240) - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan və tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında № 359 protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 04:30-da Xətai RPİ-nin X17 qəbul edilmişdir. Qəbul olarkən üzərinə baxış keçirilmiş və xəsarət aşkar olunmamışdır. - İş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş tibbi arayışdan və AR Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi 3539/2024 məhkumun tibbi kitabçasından görünür ki, həbs edilmiş şəxs X3 xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb- sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. İlkin tibbi müayinə zamanı o, xəstəlik keçirmədiyini bildirmişdir. İlkin tibbi müayinə nəticəsində ona "Praktiki sağlam" diaqnozu qoyulmuşdur. Sorğu zamanı həbsdən əvvəl hadisə zamanı zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmişdir, alında, sağ qaşda, sağ əlin arxa səthində köhnə çapıqlar aşkar edilmişdir. Təcridxanada saxlandığı dövrdə müayinələrə cəlb olunmuş (R-müayinə, qanın ümumi analizləri) və onda stasionar müalicə tələb edən patoloqiya aşkar edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, hadisənin dəqiq baş vermə yeri, şəraiti və mexanizmi, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, hadisə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin xx.xx.2024-cü il tarixdə aralarında yaranmış mübahisənin nəticəsində baş vermişdir. Hadisə hər iki tərəfin təşəbbüsü ilə başlanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan məhkəmə hesab edir, Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyənedilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Həmçinin Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da ifadələri təsdiq edir. Belə ki, ibtidai istintaq zamanı, həm məhkəmə baxışı zamanı şəxslərin ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs münasibətləri hər zaman müsbət olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Bundan başqa hadisənin dəqiq baş vermə yeri, vaxtı və şəraitini təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsdən başqa görən olmamış, bunu təsdiq edən hər hansı görüntü və sair maddi sübut olmamışdır. Bu da əməldə ictimai qaydanın kobud sürətdə pozulmasının, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsinin əlamətlərin mövcudluğunun olmasını şübhə altına alır. Habelə əməlin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini heç kim görməmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi, təhqiqat hərəkətlərini naparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM126.6.). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquq pozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü iltarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərərvurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü saslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə tövsif etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayətin olması da istisna edilir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübut qismində tanınmış sənədlər arasında ziddiyyətlər var. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X23 xx.xx.2024-cü il tarixli, № 389 ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol almacıq nahiyəsinin dərialtı hematoması və sol dirsək oynağı nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan və tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında № 359 protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 04:30-da Xətai RPİ-nin X17 qəbul edilmişdir. Qəbul olarkən üzərinə baxış keçirilmiş və xəsarət aşkar olunmamışdır. Zərərçəkmiş şəxs elə həmin gün Xətai RPİ-nin X13 azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş tibbi arayışdan və AR Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi 3539/2024 məhkumun tibbi kitabçasından görünür ki, həbs edilmiş şəxs X3 xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb- sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. İlkin tibbi müayinə zamanı o, xəstəlik keçirmədiyini bildirmişdir. İlkin tibbi müayinə nəticəsində ona "Praktiki sağlam" diaqnozu qoyulmuşdur. Sorğu zamanı həbsdən əvvəl hadisə zamanı zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmişdir, alında, sağ qaşda, sağ əlin arxa səthində köhnə çapıqlar aşkar edilmişdir. Təcridxanada saxlandığı dövrdə müayinələrə cəlb olunmuş (R-müayinə, qanın ümumi analizləri) və onda stasionar müalicə tələb edən patoloqiya aşkar edilməmişdir. Bundan başqa iş üzrə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X23 məhkəmə-tibbi eksperti X20 ifadəsində bildirmişdir ki, hematoma hər kəsdə individualdır, sonrakı gün də yarana bilər. Dəridən asılı olaraq yaranır. Yəni xəsarətlər aprel ayının 11-i ya da 12-i ola bilərdi. Xəsarətlərin ayın 13-dən sonrakı günlər yetirilməsi istisna edilir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 04:30-da Xətai RPİ-nin X17 qəbul olarkən üzərində xəsarət aşkar olunmaması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X29 tərəfindən aparılmış canlı şəxsin ekspertizasının xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında keçirilməsi və məhkəmə istintaqında məhkəmə-tibb ekspertinin xəsarətin aprel ayının 11-i və ya 12-i tarixlərində yarana bilərdi deməsi, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X23 xx.xx.2024-cü il tarixli, № 389 ekspert rəyində “Zərərçəkmiş şəxs sol almacıq nahiyəsinin dərialtı hematoması və sol dirsək oynağı nahiyəsinin sıyrığı müəyyən edilməsi, “ yazılması, lakin AR Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi 3539/2024 məhkumun tibbi kitabçasında Zərərçəkmiş şəxs bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmişdir, “alında, sağ qaşda, sağ əlin arxa səthində köhnə çapıqlar aşkar edilmədiyi “ qeyd olunması əməlin həqiqətən Təqsirləndirilən şəxs tərəfindən törədilməsini şübhə altına alır. Qeyd olunanlardan görünür ki, ittihamda qeyd olunan xəsarətlərin ümumiyyətlə 11 aprel 2024-cü il tarixdə baş verməməsi istisna olunmur. Belə ki, Zərərçəkmiş şəxs Xətai RPİ-nin MSY-nə qəbul edilərkən üzərində xx.xx.2024-cü il tarixdə saat 04:30-da baxış keçirilmiş və xəsarət aşkar olunmamışdır. Həmin gün Kazımov sərbəst buraxılmışdır. Bundan 3 gün sonra məhkəmə-tibbi ekspertizası keçirilmiş, sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər aşkar edilmişdir. Məhkəmə iclasında tibbi rəy vermiş ekspert, xəsarətlərin həmçinin aprel ayının 12-i tarixində də yarana biləcəyinin mümkünlüyünü demişdir. Həmçinin hadisəni birbaşa görən şahid olmamışdır. Bununla da hadisənin məhz xx.xx.2024-cü il tarixdə və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilmir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X23 rəyi ilə AR Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi 3539/2024 saylı məhkumun tibbi kitabçasında yaranmış ziddiyət nəzərə alınmalıdır. Məhkəmə həmçinin zərərçəkmiş şəxsin ifadəsinə tənqidi yanaşır. Onun “Fuadın yerdə onu təpikləməsi səbəbindən qorxutmaq məqsədi ilə üstündə olan bıçağı çıxartmışdır. Fuad isə bıçağa əhəmiyyət vermədən təpikləməyə davam etmişdir. Həmin vaxtı yerdə yıxılmış vəziyyətdə bıçağı yelləyən zaman bıçaq Fuadın sinəsinə dəymişdir.” ifadəsi şübhə yaradır. Belə ki, yerdə yıxılı vəziyyətdə olan şəxsin onu ayaqüstə durub təpikləyən şəxsin sinə nahiyyəsinə bıçaqla xəsarət yetirməsi inandırıcı görsənmir və istintaq orqanı tərəfindən istintaq eksperimenti şəklində yoxlanılmamışdır. Beləliklə, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə Zərərçəkmiş şəxs xəsarətlərin nə vaxt yetirilməsi və kim tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, Zərərçəkmiş şəxs məhz həmin tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair kifayət qədər sübut toplanılmamış, toplanılmış sübutlar isə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud sürətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsini, xəsarətin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini inkar etmişdir. Eləcə də toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, xəsarətlərin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar istintaq orqanı tərəfindən toplanılmamışdır. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların birbiri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hesab edir ki, həmin xəsarətlərin hansı şəraitdə və kim tərəfindən əmələ gəlməsi hazırkı material üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirən sübutlar mövcud olmadığından, Təqsirləndirilən şəxs xuliqanlıq etməsini təsdiq edən sübutlar kifayət etmir və ona qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. Göründüyü kimi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun tərəfindən törədilməsi qeyd edilən əməldə cinayət tərkibi olması qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, törədilən əməlin cinayət olmasını təsdiq edən sübutlar kifayət etmir. İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun tərəfindən törədilməsi qeyd edilən əməldə cinayət tərkibi olması qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, törədilən əməlin cinayət olmasını təsdiq edən sübutlar kifayət etmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. CPM-nin 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə bir daha vurğulayır ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməməsi qənaətinə gəlir və hesab edir ki, ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia tələbi, məhkəmə xərci, xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dərhal ləğv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar