Məhkəmə qərarları › İş №1(011)-133/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-133/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-133/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3 və 133.2.4-cü maddələri ilə və xx.xx.1995-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, İ.Məlikzadə küçəsi, ev 31 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3 və 133.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 2021-ci ilin mart ayının əvvəlindən 2021-ci ilin aprel ayının sonlarına kimi olan müddət ərzində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında, aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək Azərbaycan Respublikası CMnin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə güclü fiziki ağrı və psixi iztirablar verdiyini dərk edərək sonuncuya sağ gözaltı nahiyənin qançırı, ağız bucağının əzilmiş yarası, boyunun, hər iki kürək nahiyəsinin, sağ dizin sıyrıqları, sağ sağrı nahiyəsinin əzilmiş yarası kimi dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə əzab vermişdir. Təqsirləndirilən şəxs2 2021-ci ilin mart ayının əvvəllərindən 2021-ci ilin aprel ayının sonlarına kimi olan müddət ərzində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında, ünvan 3 ünvanında yerləşən kirayədə yaşadıqları evdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin təsiri altına düşərək səbəbsiz yerə onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, xx.xx.2016-cı il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə hər iki qulağını və yanaqlarını dişləyib, çəkdiyi siqareti yanılı vəziyyətdə Zərərçəkmiş şəxs qollarına və bədəninin müxtəlif nahiyələrinə basaraq güclü fiziki ağrı və psixi iztirablar verdiyini dərk edərək sonuncuya başın təpə nahiyəsinin əzilmiş yarası, sol saidin termiki yanığı, sol qulaq seyvanının, hər iki yanağın, sol budun və hər iki sağrı nahiyəsinin dairəvi qançırları (dişləmə yerləri), sağ yanağın, sağ dirsəyin, qarının ön divarının sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib əzab vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, daimi yaşadığı yer yoxdur. Buna görə də müvəqqəti olaraq rəfiqəsi Asuda ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular yaşayış sahəsində rəfiqəsi Asudaya məxsus nömrəsiz fərdi evdə yaşamışdır. Rəfiqəsinin əsl adı Asuda olsa da, hamı ona Mila deyə müraciət etmişdir. 2015-ci ildə Elman Abdulov ilə qeyri-rəsmi ailə həyatı qurmuş və həmin evlilikdən Cahid adında oğlu dünyaya gəlmişdir. Bir müddət birlikdə Xaçmazda yaşadıqdan sonra ayrılmışlar. Ayrılmağa səbəb isə aralarında olan münaqişələr olmuşdur. Ayrıldıqdan təxminən 3-4 ay sonra o, oğlunu da götürüb Bakı şəhərinə gəlmişdir. Bakıda Xətai rayonu, Həzi Aslanov tərəfdə tanışı Aygünün evində qalmağa başlamışdır. Bakıda olan zaman özünə iş axtarmış və “Secrets pub”da ofisiant işləməyə başlamışdır. Təxminən bir il altı ay orada işləmiş, müdiriyyət dəyişdikdən sonra isə onu işdən çıxartmışlar. İşlədiyi vaxtlar isə oğlu Cahidi Hövsan qəsəbəsində tanışı Gülaləyə, dayə kimi baxmaq üçün vermiş və aylıq ona 200 manat pul vermişdir. 2020-ci ilin yanvar ayında Kamran adlı şəxslə tanış olmuşdur. Kamranla onun idarə etdiyi taksiyə minəndə tanş olmuşdur. Həmin vaxtlar Xırdalan qəsəbəsində anası Yeganə ilə bir yerdə qalmışdır. Ancaq Cahidə yenə dayə baxmış, çünki o, işdə olarkən anası Cahidə baxmırmış. Tanışlıqdan təxminən 5-6 ay sonra Kamran ilə “Memar Əcəmi” metrosu tərəflərdə kirayə ev tutub bir yerdə yaşamağa başlamışlar. Həmin vaxtlar işləmədiyindən uşağa özü baxmışdır. Bir müddət sonra Kamranla Xətai rayonu, Naximov küçəsində kirayə ev tutub yaşamağa başlamışdır. Həmin vaxtlar Kamranın narkotik vasitə qəbul etdiyini bilmişdir. 2021-ci ilin mart ayında Kamran narkotik vasitənin təsiri altında oğlu Cahidi səbəbsiz yerə döyməyə başlamış, o, oğlunu Kamranın əlindən almağa çalışmışdır. Sonra Kamran sanki ayılmış və uşaqdan üzr istəməyə başlamışdır. Ancaq bir həftə sonra yenə Cahidi döyməyə başlamış və bu hal mütəmadi təkrarlanmışdır. O, Kamrana söz deyəndə isə onu da vurmuş, sonra ayılıb sakitləşmişdir. Sonuncu dəfə Kamran uşağın qoluna siqareti yanmış vəziyyətdə basmış, yanaqlarını dişləyib, qulağını sındıranda o, oğlunu da götürüb evdən getmişdir. Sonra Xətai rayonunda 35-ci Polis Bölməsinə müraciət etmiş, orada qaldıqları evi göstərmiş və polis əməkdaşları Kamranı tutub bölməyə aparmışlar. Sonradan Kamranın anası Aidə ondan oğlu Kamranı bağışlamasını xahiş etmiş, o, da ərizəsini geri götürmüşdür. Bundan sonra oğlunu da götürüb Xaçmaza getmiş və bir ay sonra Bakı şəhərinə qayıtmışdır. Son bir ay rəfiqəsi Asudanın Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, "Mehriban qonşular" adlanan küçədə yerləşən evində qalmağa başlamışdır. Kamranla Asudanın sevgilisi Fərid dost olmuşdur. Bakı şəhərinə gəldikdən sonra isə Kamran ilə əlaqəsi olmamışdır. Son günlərdə Asudanın sevgilisi Fərid narkotik vasitə istifadə etdiyinə görə tutulduğundan Asuda ona bacısının evində qalacağını bildirmiş və ondan evdən çıxmağını istəmişdir. Çıxmamışdan əvvəl o, iş axtarmağa getmiş, qayıdanda görmüşdür ki, Cahidin üzündə, bədənində şişlər vardır. Nə baş verdiyini soruşanda Cahid Asudanın evinin həyətində nərdivana çıxarkən yıxıldığını demişdir. O, Cahidin şiş yerlərinə su qoymuş və həmin gün evdən çıxıb, iki gün oğlu Cahidlə küçələrdə qalmışdır. Səhər açılanda görmüşdür ki, Cahidin hərarəti qalxıb və vəziyyəti pisdir. O, “Neftçilər" metrosunun yanında kafedə işləyən anası Yeganənin yanına getmişdir. Kafenin administratoru Fərid bildirmişdir ki, anası oradan çıxıb və yaxınlıqda başqa kafedə işləyir. O, uşağı Fəridin yanında qoyub anasının işlədiyi yerə getmiş, ancaq anasının istirahət günü olmuşdur. O, anası Yeganənin nömrəsini tapıb telefonla zəng edib uşağın vəziyyətini danışmış və uşağı həkimə aparmaq lazım olduğunu demişdir. Anası da işinin olduğunu, bir saat sonra gələcəyini bildirmişdir. O, yenidən Cahidi qoyduğu kafeyə qayıtdıqda Fəridin Cahidi 9 nömrəli xəstəxanaya apardığını ona bildirmişlər. O, taksiyə minib oraya gedəndə, uşağın başqa xəstəxanaya aparıldığını öyrənmişdir. O, yenidən kafeyə qayıdıb Fəridin nömrəsini götürüb əlaqə saxlamışdır. Bir müddət sonra Fərid 25-ci PB-nin əməkdaşları ilə gəlmiş və onu bölməyə aparıb izahat almışlar. Orada bilmişdir ki, Fərid uşaqda olan xəsarətləri görüb sonuncunu xəstəxanaya aparmış, oradan isə polisə məlumat vermişlər. O, son iki gündə Asudanın yanında qalmış, Cahidin yanında isə anası Yeganə qalmışdır. Onun anası ilə münasibəti pis olduğundan xəstəxanaya getməmişdir. Ancaq xəstəxanada anası mətbuatda məlumat yaymışdır ki, guya o, Kamran ilə birləşib Cahidə işgəncə vermişlər. Lakin bu həqiqət deyildir. Kamran əvvəllər mütəmadi olaraq Cahidi döysə də, sonuncu dəfə uşaq özü nərdivandan yıxıldığına görə xəsarət almışdır. O, özü də heç vaxt uşağına qarşı zorakılıq hərəkətləri elməmişdir. Anasının niyə belə danışdığını bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cahid balaca olduğundan o vaxt Kamranın Cahidi döydüyünü nəzərdə tutub Fəridə onu Kamranın döydüyünü demişdir. Sonuncu dəfə Cahid Binə qəsəbəsində pilləkəndən yıxıldığından xəsarətlər almışdır. Anasının onun Cahidi döyməyilə bağlı dedikləri yalandır, o, bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Oğlunu da o vaxt üç-dörd dəfə Kamran döymüşdür. O, isə bir neçə dəfə anası kimi sözünə qulaq asmayanda və dəcəllik edəndə əlləri ilə Cahidin qollarına vurmaqla döyüb sakitləşdirmişdir. Hər dəfə Cahidi döyərkən ağlayanda ürəyi soyumuş və sonuncunu qucaqlayıb öpərək döyməyinə peşman olmuşdur. Kamranın 2021-ci ilin mart ayının sonunda təxminən saat 14 radələrində Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən kirayədə yaşadıqları evdə Cahidi narkotik vasitələrin təsiri altına düşərək səbəbsiz yerə döyüb işgəncə verməsi ilə əlaqədar Xətai RPİ-nin 35-ci Polis Bölməsinə şikayət ərizəsi vermişdir. Həmin vaxt Kamran əlləri ilə vuraraq Cahidin hər iki qulağını sındırmış, hər iki yanaqların dişləyib göyərtmiş, çəkdiyi siqareti yanılı vəziyyətdə Cahidin qollarına və bədəninin müxtəlif nahiyələrinə basaraq əzab vermişdir. Cahidin bədəni üzərində olan xəsarətlər Kamran tərəfindən yetirilmişdir. O, oğlu Cahidə heç vaxt işgəncə verməmişdir. Ola bilsin ki, bir və ya iki dəfə bir ana olaraq oğlu özünü pis apardığı üçün tərbiyə xarakterli əli ilə döymüş, lakin onun Cahidi döyməyi nəticəsində sonuncu heç bir xəsarət almamışdır. Asudanın onun barəsində oğlu Cahidin adından danışması yalandır. O, oğluna işgəncə verməmişdir ki, oğlu da bu barədə Asudaya danışsın. Kamran dəfələrlə onun yanında oğlu Cahidi döyərək sonuncuya işgəncələr vermiş, lakin o, müdaxilə etdiyi halda Kamran onu da vurduğu üçün qorxaraq oğlunun döyülməsinə müdaxilə etməmişdir. Cahidin Kamran tərəfindən döyülməsinin qarşısını almaq üçün o da Cahidi bir neçə dəfə vurmuşdur. Həmçinin o qeyd etmişdir ki, Cahidi bir neçə dəfə vurduğu üçün peşmançılıq çəkir, hal-hazırda onunla barışmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə 2020-ci ilin yanvar ayında tanış olmuşdur. Səadət Nərimanov ərazisində olarkən idarə etdiyi taksiyə əyləşmiş və onlar tanış olmuşlar. Tanışlıqdan təxminən 5-6 ay sonra Səadətlə “Memar Əcəmi'' metrosu tərəflərdə kirayə ev tutub, bir yerdə yaşamağa başlamışlar. Səadətin bir oğlu olmuş, lakin oğlu onlarla birlikdə yaşamamışdır. Səadət haradasa dayə tutmuş və oğlu həmin dayənin evində qalmışdır. Həmin vaxtlar o, narkotik vasitə qəbul etmiş və bunu Səadət bilmişdir. Səadət özü də bir dəfə onun yanında narkotik vasitə qəbul etmişdir. Bir müddət sonra Səadətlə yola getmədiklərinə görə sonuncu Xaçmaz rayonuna getmişdir. Təxminən 2 ay sonra Səadətlə barışmış və Səadət Bakı şəhərinə qayıtmışdır. Bundan sonra Səadətlə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində kirayə ev tutub yaşamağa başlamışlar, Səadətin Cahid adlı azyaşlı oğlu da onlarla birlikdə yaşamağa başlamışdır. Xətai rayonunda yaşadıqları dövr ərzində 3-4 dəfə Cahidi səbəbsiz yerə döymüşdür. Bir dəfə Cahid küçədə hansısa qadından dilənib pul istəmiş, buna görə də əlləri ilə Cahidi vurmuşdur ki, pul lazımdırsa ondan alsın, gedib dilənməsin. O, digər hallarda Cahidi nə üçün və necə döydüyünü xatırlamamış, ancaq Cahidi ən azından 3-4 dəfə döymüşdür. Sonuncu dəfə narkotikin təsiri altında olaraq Cahidin əlindən əsəbləşərək əlində çəkdiyi siqaretlə Cahidin əllərinə və ayaqlarına yana-yana siqareti basıb yandırmış və bununla bağlı Səadət onun barəsində Xətai RPİ-nin 35- ci PB-nə ərizə ilə şikayət etmişdir və bundan sonra Səadət ona yazığı gəldiyi üçün onun barəsində yazmış olduğu şikayət ərizəsini geri çəkmişdir. Səadət Cahidə qarşı hər hansı bir işgəncə hərəkətləri etməmişdir. Ola bilsin ki, bir iki dəfə o öz övladını ana kimi döymüşdür. O, Cahidi təxminən 3-4 dəfə əsassız və səbəbsiz yerə döysə də, bir dəfə Cahidin bədəninə yəni əllərinə və ayağına siqaret yanığı yetirmişdir, Cahidin yanağını dişləmiş, əllərinə və ayaqlarına əlində olan yanmış vəziyyətdə siqareti basaraq yandırmışdır. O Cahidi döyərkən bir neçə dəfə Səadət da onu uşağı vurmuşdur. Lakin o, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində yaşayır. Təqsirləndirilən şəxs1 onun doğma anasıdır. Kamran adlı şəxs isə anası ilə birlikdə yaşayır. Onlar bir evdə yaşamışlar. Birlikdə yaşadıqları dövrdə Kamran onu dəfələrlə döyüb işgəncə vermişdir. Kamran onu döyərkən anası Səadət həmin yerdə olmuşdur. Bir neçə dəfə anası da Kamran onu döyəndə vurmuşdur. Kamran onu döyərkən anası Kamrana yavaş vur ölməsin demişdir. Kamran onu bu günə kimi təxminən 10 dəfə döymüşdür. Kamran onu adətən əlləri və ayaqları ilə vuraraq döyüb işgəncə vermişdir. Sonuncu dəfə Kamran onu Suraxanı rayonu ərazisində yerləşən yaşadıqları evdə əlləri və ayaqları ilə, eləcə də döşəmə taxtası ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq döyüb işgəncə vermişdir. Onun üstünə qışqıraraq dilini çölə çıxartdırıb dişləri ilə dişləmişdir. Həmin vaxt o, çox pis vəziyyətə düşmüş, döyülməyi nəticəsində temperaturu da qalxmışdır. X10 döyərkən Kamranın əlindən alıb özü onu əlləri ilə vurmuşdur. O, özünü həmişə sakit aparmış, heç kəsi narahat etməmişdir. Onu səbəbsiz yerə döyüb əzab vermişlər. Buna görə də anası ilə bir yerdə qalmaq istəməmişdir. Anası və Kamran onu Asudanın yaşadığı evdə döyməmişlər. Asudanın evində o, nərdivandan yıxılmışdır. Onda onun qolu və bədəni ağrımışdır. Kamran və anası onu başqa evdə döymüşlər. Kamran onun sinəsini, ayağını və qolunu siqaretlə yandırmışdır. Həmçinin, o, əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu anası və Kamran həmişə döyüb incitmişlər. Kamran onun sağ əlinə və sağ ayağına siqareti yanmış vəziyyətdə basaraq onu yandırmışdır. Eyni zamanda Kamran onun əlinə və ayağına yanmış vəziyyətdə olan siqareti ünvanını bilmədiyi, lakin yaxınlığında dəniz olan evdə basmışdır. Kamran onun sağ əlinə vaxtı bilmədiyi tarixdə axşam, sağ ayağına isə həmin günün səhəri günü basaraq yandırmışdır. Kamran onu Asudanın və Fəridin yanında onu döyərək xəsarət yetirmişdir. Kamranın anası onu heç vaxt döyməmişdir. Həmçinin o, ərizə təqdim edərək, anası Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona qarşı şikayətinin olmadığını, digər Təqsirləndirilən şəxs2 ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla üç oğlu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayevdə kirayədə yaşayır. Zərərçəkmiş şəxs doğma nəvəsi, Təqsirləndirilən şəxs1 isə onun doğma qızıdır. Qızı Kamran adlı şəxsə qoşulandan sonra tüfeyli həyat tərzi keçirmiş və həmin vaxtdan doğma övladı Cahidə qarşı laqeyd münasibət göstərmişdir. Səadət Kamranla yaşadığı müddət ərzində Kamran mütəmadi olaraq Cahidi döyərək sonuncuya işgəncələr vermişdir. Kamran Cahidin bədənində bir dənə salamat yer qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Qum adası yaşayış massivində nömrəsiz fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs2 onun doğma oğludur. Təqsirləndirilən şəxs1 isə oğlu Kamranla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Təqsirləndirilən şəxs1 Cahid adlı bir azyaşlı oğlu da olmuşdur. Kamran əvvəllər təxminən 2 ilə yaxın müddətdə Mehriban adlı bir qadınla ər-arvad münasibətində yaşamış, daha sonra Səadətlə təsadüfən tanış olmuş və münasibətləri yaranmışdır. Bundan sonra Kamran Mehribandan aralaşaraq Səadətlə ər-arvad kimi yaşamağa başlamışdır. Kamranla Səadət və Səadətin azyaşlı oğlu Cahid əvvəllər onun ünvanını bilmədiyi evlərdə kirayədə yaşamışlar. Daha sonra onları kirayədə qaldıqları evdən çıxartmışlar. Səadət və oğlu Cahid küçədə qaldıqlarına görə Kamran onları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adasında yerləşən yaşadıqları evə gətirmişdir. Əvvəlcə o, onların evində qalmasına razı olmasa da, azyaşlı uşağın xatirinə icazə vermiş və bundan sonra təxminən 1 ay ərzində Səadət və azyaşlı oğlu onların evində yaşamışlar. Yaşadıqları müddət ərzində dəfələrlə Səadət azyaşlı oğlu Cahidi heç bir səbəb olmadan əlləri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq, o cümlədən də dişləri ilə bədəninin müxtəlif nahiyələrini dişləyərək döyüb əzab vermişdir. Hər dəfə Səadət Cahidi döyəndə o, bunu görüb uşağı Səadətin əlindən alaraq xilas etmişdir. O, Səadətin narkoman olduğunu biləndən sonra sonuncuya gedib ev tapmasını, pul verəcəyini, uşağını da götürüb çıxıb getməsini demişdir, Səadət də Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adasında bir ev taparaq gəlib ona bu barədə bildirmişdir. Bundan sonra o, Səadətə ümumilikdə 350 manat pul vermişdir. Həmin pulla Səadət həm evinin ərzaqlarını, həm də kirayə pulunu verə bilərmiş. Səadət evdən çıxandan sonra o, oğlu Kamranla danışıb sonuncunu tənbeh edərək bildirmişdir ki, Səadəti tapandan sonra narkotikə də qurşanıb, bir də onunla görüşməsin. Kamran da narkotikdən sağalmaq istədiyini bildirmiş və söz vermişdir ki, bir də Səadətlə görüşüb münasibət saxlamaytacaq. Həmin vaxtdan sonra Kamran Səadətlə bir daha görüşməmiş, lakin Səadət Kamrandan əl çəkməyərək dəfələrlə yaşadıqları evə girmiş, iki dəfə o, üç dəfə də yoldaşı Səadəti evdən qovmuşdur, Səadət onların evində yaşadıqları müddət ərzində azyaşlı oğlu Cahidi ac saxlayaraq, dəfələrlə döyərək əzab-əziyyət vermişdir. X2 döyməmiş, sonuncuya əzab-əziyyət verməmiş, əksinə hər zaman Cahidə qarşı qayğıkeş olmuş, öpüb əzizləmiş, mağazaya apararaq uşaq üçün şirniyyat və sair almışdır. Kamran daha əvvəl ər-arvad kimi yaşadığı Mehribanın iki övladlarına qarşı da hər zaman mehriban və qayğıkeş olmuşdur. Sonuncu dəfə Cahid anası Səadətin deməyinə görə pilləkəndən yıxılaraq xəsarət almışdır. Həmin hadisədən 1-2 gün əvvəl Səadət Kamrana zəng edərək Cahidi döyüb xəsarət yetirdiyini və Cahidə həmin xəsarətlərin Kamran tərəfindən yetirildiyini deyərək onu tutduracağını bildirmişdir, bu məlumatı ona oğlu Kamran çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə o, təxminən il yarım bundan əvvələ kimi təxminən iki ilə yaxın müddətdə ər-arvad münasibətində yaşamışlar. Onunla ər arvad münasibətində yaşadıqları müddət ərzində Kamran həm ona, həm də iki övladına qarşı mehriban olmuşdur. Lakin sonradan Kamran Səadət adlı yüngül həyat tərzi sürən qadınla tanış olmuş, münasibətləri yaranmışdır. Buna görə o, Kamrandan ayrılmışdır. O, həm Kamranı, həm də Səadəti yaxşı tanımışdır. Gözü ilə görməsə də, Səadətin azyaşlı oğluna dəfələrlə döyüb əzabəziyyət verdiyini eşitmişdir. Lakin inanmır ki, Kamran kimi bir adam azyaşlı uşağı döyüb uşağa işgəncə versin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, təxminən 2021-ci ilin may ayından etibarən Nizami rayonu, ünvan 5 ünvanında yerləşən «Charlie» kafesində administrator vəzifəsində işləyir. İyun ayında Yeganə adlı qadın qızı Səadətlə birlikdə obyektə gəlmiş və orada işləmək istədiklərini bildirmişlər, o, razılaşandan sonra həmin günün səhəri Yeganə adlı qadın obyektə gəlib aşbaz kimi işləsə də, qızı Səadət işləmək üçün gəlməmişdir. Yeganə adlı qadın 01 iyul 2021-ci il tarixdən etibarən işdən çıxmışdır. 13 iyul 2021-ci il tarixdə saat 14 radələrində obyektdə olan zaman Yeganənin qızı Səadət azyaşlı oğlan uşağı ilə birlikdə obyektə gələrək anasını soruşmuşdur. O, isə Səadətə anasının işdən çıxdığını demişdir. Səadət ona bildirmişdir ki, 10 dəqiqəlik uşaq obyektdə qalsın, özü harasa gedib gələcəkdir. O də razılıq vermişdir. Təxminən 1 saat sonra o, Səadətin gəlmədiyini görüb sonuncunun nömrəsini bilmədiyi üçün uşağa tərəf gedəndə uşağın kəskin travmalar aldığını görmüşdür. Uşağın halsız olmasını görüb dərhal taksi çağırıb uşağı xəstəxanaya aparmışdır. O, uşağı danışdıranda sonuncu demişdir ki, guya pilləkəndən yıxılmışdır. Daha sonra isə Kamran adlı şəxsin döydüyünü demişdir. O, azyaşlı uşaqla söhbət zamanı sonuncu ona bildirmişdir ki, Kamran adlı şəxs onu döyərək xəsarət yetirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, rəsmi olaraq bir yerdə işləmir. Təxminən bir ildən çoxdur ki, Təqsirləndirilən şəxs1 tanıyır. Səadətin sevgilisi Kamran ilə onun qeyrirəsmi əri Fərid dost olduqlarından onların da münasibətləri yaranmışdır. Səadətin Kamranla harada və nə vaxt tanış olduqlarını bilməmişdir. Səadət bir dəfə evli olmuş və həmin evlilikdən Cahid adında beş yaşlı uşağı olmuşdur. Səadət Kamranla əvvəl Memar Əcəmi metrosu tərəflərdə yaşamış, uşağa isə dayə baxmışdır. Çünki Səadət uşağa baxan biri olmamış, Kamranla birlikdə tüfeyli həyat sürməyə meylli olmuşdur. Kamranın əvvəllər normal yaşayışı olmuş, sonradan narkotik vasitə istifadə elməyə başlamışdır. Bir müddət sonra onlar Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, Naximov küçəsi tərəfə köçmüşlər. 2021-ci ilin may ayının əvvəllərində Səadət onu evlərinə qonaq çağırmış, onlara gedəndə görmüşdür ki, Cahid eyvanda küncdə sıxılıb büzüşmüşdür, hər yeri də göyərmiş vəziyyətdədir. Səadətdən nə baş verdiyini soruşduqda, o, uşağın yıxıldığını demişdir. O, Cahidi döyüb-döymədiyini soruşduqda, Səadət inkar etmişdir. Həmin gün təxminən saat 19 radələrində Kamran səbəbsiz yerə onların yəni onun, qeyri-rəsmi əri Fəridin və Səadətin gözləri önündə Cahidi qaldırıb divara çırparaq təpikləyərək döyməyə başlamışdır. Həmin vaxt Səadət kənarda dayanaraq heç nə etməmiş, o və Fərid çətinliklə də-olsa Cahidi Kamranın əlindən alaraq sonuncunu sakitləşdirmişlər. Bundan bir qədər sonra təxminən saat 20 radələrində Kamran yenidən Cahidi döyməyə başlamış, çəkdiyi siqareti yanmış vəziyyətdə Cahidin əllərinin, ayaqlarının, dilinin üstünə batırmış, dilini dişləmiş, o, Fəridlə birlikdə yenə də uşağı Kamranın əlindən almışdır. Cahid qorxusundan əsirmiş, qorxusundan heç ağlaya da bilməmişdir. Həmin vaxt əri Fərid Kamranı sakitləşdirmişdir. Kamran Cahidi döyərkən Səadət qıraqdan durub gülərək ‘‘Kamran, yavaş vur" deyərək heç bir tədbir görməməklə uşağı qorumağa çalışmamışdır. Həmin vaxt söhbət əsnasında Kamran demişdir ki, bir müddət əvvəl Səadət onun barəsində Cahidi döydüyünə görə polisə şikayət etmiş, ancaq sonra Kamranın anası xahiş etdiyindən Səadət ərizəsini geri götürmüşdür. Səadət özünü ona elə göstərmişdir ki, guya Kamran onu zorla evdə saxlayıb uşağını döyür. O, da Səadətə inandığından Səadətlə hava almaq adı ilə ev axtarmaq üçün evdən çıxmış, bu barədə Fəridə deyib ondan bu haqda Kamrana heç nə deməməsini istəmişlər. Həmin vaxt Cahid də evdə qalmışdır. Onlar ev tapa bilməyib geri qayıdanda binanın həyətində Fəridlə rastlaşmışlar, Cahid və Kamran da onun yanında olmuş və Cahidin əynində olan paltarlar yaş vəziyyətdə olmuşdur. O, Fəriddən Cahidin paltarlarının niyə yaş vəziyyətdə olduğunu soruşmuş. Fərid də ona bildirmişdir ki, onlar gedəndən bir qədər sonra təxminən saat 21 radələrində Kamran Çahidin əl-üzünü yumaq adı ilə hamam otağına aparmış, bir müddət sonra isə Fərid səs-küy eşidib hamama gedəndə Kamranın Cahidin başını su krantının altına saldığını, Cahidi əzab vermək məqsədilə boğduğunu, Cahidin də ayaqları ilə çabaladığını görmüşdür. Fərid uşağı Kamranın əlindən alıb qucağına götürərək evdən çölə çıxartmışdır. Həmin vaxt Cahid də Fəridin dediklərini təsdiq etmişdir. Bir qədər sonra Kamran mağazaya tərəf getmiş və bu zaman Fərid onları, yəni onu, Cahid və Səadət ilə birlikdə təcili olaraq həmin yerdəki taksilərdən biri ilə Qara- Qarayev metrosunun yanında yerləşən "Ruslan 93” marketinin yanına göndərmiş, demişdir ki, həmin yerdə onu gözləsinlər, Kamranı sakitləşdirib arxalarınca gələcəkdir. Daha sonra Fərid onların yanlarına gəlmiş və onlar birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular adlanan ərazidə yerləşən yaşadıqları evə getmişlər. Təxminən bir həftə sonra Səadət Cahidi onun yaşadığı evdə qoyaraq bəzənib evdən getmiş və 4 gün evə gəlməmişdir. O, Səadətlə əlaqə saxlayıb gəlib uşağına yiyə durmağını demiş, Səadət də gəlib Cahidi götürərək Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan ərazidə yerləşən Kamranın yaşadığı evə aparmış, ancaq 3-4 gün sonra, yəni 2021-ci ilin iyun ayının ortalarında gecə saatlarında Səadət Cahidlə birlikdə onun yaşadığı evə geri qayıtmışdır. Həmin vaxt görmüşdür ki, Cahidin dodaqları şişmiş, ağzının qıraqları yara, qollarının altı göyərmiş vəziyyətdədir. Səadət bildirmişdir ki, Kamran üç gündür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan ərazidə yerləşən yaşadıqları evdə Cahidi döyür, buna görə Cahidi də götürüb evdən qaçmışdır və getməyə başqa yeri yoxdur. Həmçinin Səadət bu dəfə Kamranın haqlı olduğunu, Cahidin pis sözlər danışdığını bildirmişdir. Ancaq o, bu dəfə Səadətə inanmamış və başa düşmüşdür ki, Kamran narkotik vasitənin təsiri altında yenə Cahidə işgəncə vermişdir. Buna baxmayaraq o, Səadətin Cahidlə birlikdə evində qalmasına icazə vermiş. Səadət də bir neçə gün evində qalmışdır. Bu müddət ərzində Səadətin Kamranla əlaqəsi davam etmişdir. Bir neçə gün sonra Səadət Kamranın peşman olduğunu deyib gəlib onları aparacağını demiş, daha sonra Kamran onlara gəlmiş, ancaq yenə uşağı kənara aparıb döymək istəmişdir. O, da onların hamısını evdən qovmuş, çünki həmin vaxt qardaşı Ramin də evdə olmuş və onları evdən göndərməyini demişdir. Cahid onlarda qaldığı vaxt ona bildirmişdir ki, onu Kamranla yanaşı anası Səadət də həm Xətai rayonu ərazisində yerləşən yaşadıqları evdə, həm də Suraxanı rayonu ərazisində yerləşən yaşadıqları evdə birlikdə döyüb işgəncələr vermişlər, Səadət yumruqla Cahidin bədəninin müxtəlif nahiyələrinə bərk zərbələr vurmuş, qruşkanı başında sındırmışdır. Cahidi döyərkən uşaq da möhkəmdən ağlamış və Səadət ona “Kamran vuranda ağlamırsan, mən vuranda ağlayırsan” deyib incidərək işgəncələr vermişdir. Səadət özü ona bildirmişdir ki, uşaq olmasa, rahat yaşayar, istədiyini edər. O, Səadətə hər dəfə iradını bildirdikdə Səadət Cahid barəsində "öləsi-uşaqdı” sözlərini demişdir. X18 günahlandırmışdır ki, guya 5 yaşlı uşaq onun Kamran ilə bir yerdə olmasını istəmir, ona görə də özünü pis aparır. Belə hallar dəfələrlə təkrarlanmışdır. Səadət bir neçə gün onun evində qalmış, sonra yenidən Cahidi də götürərək Kamranın yanına getmişdir. Sonuncu dəfə 13 iyul 2021-ci il tarixdə evə gələrkən görmüşdür ki, Səadət onlardadır, o, gələrkən qardaşı Ramin evdə olmuş və qapını ona açmışdır. O, Səadətdən Cahidin harada olduğunu soruşduqda bildirmişdir ki, Cahid xəstəxanadadır. 12 iyul 2021-ci il tarixdə təxminən saat 23 radələrində Kamran Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan ərazidə yerləşən yaşadıqları balaca tikilidə Cahidi - döyüb pis vəziyyətə salmış, aldığı xəsarətlərdən Cahidin hərarəti qalxmış və o, məcbur qalaraq Cahidi götürüb anasının işlədiyi kafeyə getmiş, orada administrator onun anasının başqa yerdə işlədiyini bildirmiş, o, Cahidi administratorun yanında qoyub anasını axtarmağa getmiş, qayıtdıqda isə administratorun Cahidi xəstəxanaya apardığını eşitmişdir. Xəstəxanada isə polisə məlumat vermişlər. Polislər gəlib onu bölməyə aparmışlar. O, da bölmədə Kamranın tutulmaması üçün Cahidin guya həyətdə nərdivandan yıxıldığını demiş və yalan izahat vermişdir. O, Səadətdən niyə yalan danışdığını soruşduqda isə Səadət Kamranın tutulmağını istəmədiyini, ona görə belə izahat verdiyini bildirmişdir. Həm də Səadət bildirmişdir ki, anası mətbuatda məlumat yayaraq onun Kamranla birləşib Cahidə işgəncələr verdiklərini yaymışdır. Ona görə də hazırda xəstəxanaya uşağının yanına gedə bilmir. O, buna baxmayaraq anası ilə görüşəcəyini və ona hədə-qorxu gələrək dediklərini təkzib etdirəcəyini bildirmişdir. O, həmin gün bacısının evinə getmiş, Səadət isə tək onun evində qalmışdır. 14 iyul 2021-ci il tarixdə isə qardaşı Ramin gələrək bildirmişdir ki, Səadəti Xəzər RPİ-nin 3-cü PB nin əməkdaşları gəlib bölməyə aparmışlar. Onu da bölməyə çağırmışlar. Bölmədə olarkən o, həqiqəti danışmış və bildirmişdir ki, sonuncu dəfə Cahidə xəsarətləri Kamran yetirmiş, həmçinin, əvvəllər də Kamran və Səadət birlikdə dəfələrlə Cahidə işgəncələr vermiş, onu döymüşlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v. 01); şübhəli şəxsin tutulması haqqında 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 22-24); şübhəli şəxsin tutulması haqqında 18 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 12:10-da Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 42-44); şahidin ifadəsinin yerində yoxlanılması haqqında 18 iyul 2021-ci il tarixli protokoldan görünür ki, X14 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 59-63); cinayət əməlinin tövsif edilməsi haqqında 19 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsindən CM-nin 133.2.3 və 133.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 64); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 133.2.3 və 133.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v. 66-67); şübhəli şəxsin dindirilməsi haqqında 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Cahidi bir neçə dəfə sözünə qulaq asmayanda və dəcəllik edəndə anası kimi əlləri ilə qollarından vuraraq sakitləşdirdiyini etiraf etmiş və “ifadəmi oxudum, mənim sözlərimlə düz yazılıb, başqa əlavəm yoxdur, düzlüyünü imzamla təsdiq edirəm” sözləri ilə ifadəsini təsdiq etmişdir (cild 1, i.v. 30-33); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 19 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Cahidi bir neçə dəfə sözünə qulaq asmayanda və dəcəllik edəndə anası kimi əlləri ilə qollarından vuraraq sakitləşdirdiyini etiraf etmiş və “ifadəmi oxudum, mənim sözlərimlə düz yazılıb, başqa əlavəm yoxdur, düzlüyünü imzamla təsdiq edirəm” sözləri ilə ifadəsini təsdiq etmişdir (cild 1, i.v. 72-75); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 133.2.3 və 133.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v. 77-78); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-291/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 98-99); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-292/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 02 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 100- 101); 19 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və X14 aralarında keçirilmiş üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini birbirilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, i.v. 102-106); 19 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və X14 aralarında keçirilmiş üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini birbirilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, i.v. 107-109); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 133-134); zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 02 avqust 2021ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X11 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (cild 1, i.v. 137- 138); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 1, i.v. 157; cild 2, i.v. 96); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2021-ci il tarixli 7272 saylı məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan xəstəxanada müalicədə olmamışdır (cild 1, i.v. 168); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2021-ci il tarixli 7273 saylı məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan xəstəxanada müalicədə olmamışdır (cild 1, i.v. 169); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 xx.xx.2021-ci il tarixli 836 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər -sağ mil sümüyünün qapalı sınığı, sağ gözaltı nahiyənin qançırı, ağız bucağının əzilmiş yarası, boynun, hər iki kürək nahiyəsinin, sağ dizin sıyrıqları, sağ sağrı nahiyəsinin əzilmiş yarası küt əşya (əşyalar); sol saidin, döş qəfəsinin, sağ baldırın yanıq yaraları isə yüksək hərarətin (ola bilsin siqaret közü) təsirindən törənmişdirlər. Qeyd olunan xəsarətlərdən - sağ mil sümüyünün qapalı sınığının törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən bir ay və ondan əvvəl olmaqla, müayinə olunanın anasının və özünün göstərmiş olduğu şəraitdə, yəni boyundan yüksək hündürlükdən yerin sərt örtüyünə yıxılması zamanı törənməsi inkar olunmur və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Sağ gözaltı nahiyənin qançırı, ağız bucağının əzilmiş yarası, boyunun, hər iki kürək nahiyəsinin, sağ dizin sıyrıqları, sağ sağrı nahiyəsinin əzilmiş yarası, sol saidin, döş qəfəsinin, sağ baldırın yanıq yaralarının törənmə müddətləri isə onun məhkəmə-tibb müayinəsindən bir həftə və ondan əvvələ uyğun gəlir, kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur və dərəcələrinə görə bunlar ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; ayrı-ayrılıqda isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir (cild 1, i.v. 170-173); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-518/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay, yəni 17 dekabr 2021-ci il tarixinədək uzadılmışdır (cild 2, i.v. 32-35); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-519/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay, yəni 17 dekabr 2021-ci il tarixinədək uzadılmışdır (cild 2, i.v. 36-39); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 2, i.v. 40); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 xx.xx.2021-ci il tarixli 248 saylı ekspert rəyindən görünür ki, X5 başın təpə nahiyəsinin əzilmiş yarası, sol saidin termiki yanığı, sol qulaq seyvanının, hər iki yanağın, sol budun və hər iki sağrı nahiyəsinin dairəvi qançırları (dişləmə yerləri), sağ yanağın, sağ dirsəyin, qarının ön divarının sıyrıqları müəyyən edildi. Xəsarətlərdən sol saidin termiki yanığı yüksək hərarətin təsirindən, sol qulaq seyvanının, hər iki yanağın, sol budun və hər iki sağrı nahiyəsinin qançırları dişləmə təsirindən, digər xəsarətlər isə bərk küt əşya(lar) təsirindən törənmişlər, müddətinə görə başın təpə nahiyəsinin əzilmiş yarası və sol saidin termiki yanığı 10-15 gün əvvələ, sol qulaq seyvanının qançırı 4-6 gün əvvələ, hər iki yanağın və sol budun qançırları 2-4 gün əvvələ, hər iki sağrı nahiyəsinin qançırları, sağ yanaq, sağ dirsək və qarın nahiyələrinin sıyrıqları 1 gün əvvələ uyğun gəlir. Dərəcəsinə görə başın təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, digər xəsarətlərin isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Azyaşlı C.E.Abdulovun bədən səthində aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyalarına görə onun yıxılma nəticəsində və ya özü-özünə yetirməsi inkar olunur (cild 2, i.v. 94-95); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-553/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay olmaqla, ümumilikdə 07 (yeddi) ayadək, yəni 17 fevral 2022-ci il tarixinədək uzadılmışdır (cild 2, i.v. 140-145); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-552/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay olmaqla, 06 (altı) ay 29 (iyirmi doqquz) günədək, yəni 17 fevral 2022-ci il tarixinədək uzadılmışdır (cild 2, i.v. 146-151); qanuni nümayəndənin təyin edilməsi haqqında 15 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X9 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmış və qanuni nümayəndə qismində tanınmış X7 iş üzrə iştirakına xitam verilmişdir (cild 2, i.v. 163-164); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X12 xx.xx.2021ci il tarixli 3977 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i.v. 188-189); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X12 xx.xx.2021ci il tarixli 4025 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i.v. 190-191); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2021-ci il tarixli 2407 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hadisə baş verən zaman hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 həmin dövrdə öz hərəkətlərini dərk edə və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Fərdipsixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamış, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməzdən əvvəl və törədərkən psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (affekt, yüksək ruhi həyəcan, stress, psix-emosional gərginlik və s.) yaranmamışdır (cild 2, i.v. 193-195); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2021-ci il tarixli 2424 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əqliintellektual imkanları normaya uyğundur. İdrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), tədqiqi zamanı hər-hansı kənaraçıxma halları müəyyən edilmir. O, iş üçün əhəmiyyət kəsb edən, halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 fərdi-psixixüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Lakin özünü müdafiə etmək məqsədi ilə baş vermiş hadisənin bəzi məqamlarını öz xeyrinə uyğun tərzə yönəldərək danışa bilər. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, i.v. 197-199); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2021-ci il tarixli 3050 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri, əqli gerilik aşkarlanmır. Zərərçəkmiş şəxs yaş imkanları çərçivəsində öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı norma daxilində olmaqla yaş xüsusiyyətlərinə uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) daha yaxındır. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmamışdır. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavrayıb bu barədə ifadə verə bilər. Zərərçəkmiş şəxs baş vermiş hadisələri qavramaq, yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Onunla edilən hərəkətlərin mahiyyətini (ona qarşı fiziki zorakı hərəkətləri) öz əqli inkişafı çərçivəsində anlaya bilir. Zərərçəkmiş şəxs hadisə ilə bağlı düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərinə görə ona qarşı fiziki zorakılıq edildiyini anlamış, lakin azyaşlı olduğundan onlara müqavimət göstərə, etiraz edə bilməmişdir. Zərərçəkmiş şəxs özünün yaş xüsusiyyətləri və əqli inkişafı çərçivəsində onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl hansı psixi emosional halda olduğunu hazırkı müayinə zamanı müəyyən etmək mümkün deyildir. Baş vermiş hadisə zamanı psixi-emosional vəziyyətində qorxu, gərginlik yaranmışdır. Hazırkı psixiemosional vəziyyətində qəmginlik, əhval-ruhiyyənin bir qədər enməsi müşahidə edilir. Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs qeyd olunan psixi-emosional vəziyyət təqsirləndirilənin ona qarşı etdiyi hərəkətlərin nəticəsində yarana bilərdi. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs yaş xüsusiyyətlərinə görə yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik deyildir (cild 2, i.v. 201-204); ifadənin yerində yoxlanılması haqqında 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 3, i.v. 1-3); ifadənin yerində yoxlanılması haqqında 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 3, i.v. 4-6); sübutların qiymətləndirilməsi haqqında 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.3 və 133.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 248 saylı və xx.xx.2021-ci il tarixli 836 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3977 saylı və xx.xx.2021-ci il tarixli 4025 saylı, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2407 saylı, xx.xx.2021-ci il tarixli 2424 saylı və xx.xx.2021-ci il tarixli 3050 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 128, 127.1 və 133.2.6-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 3, i.v. 22-41); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 133.2.3 və 133.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 3, i.v. 43-45); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 133.2.3 və 133.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 3, i.v. 59-60); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-90/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 (on beş) gün olmaqla, ümumilikdə 07 (yeddi) ay 15 (on beş) günədək, yəni 03 mart 2022-ci il tarixinədək uzadılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-91/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 (on beş) gün olmaqla, 07 (yeddi) ay 14 (on dörd) günədək, yəni 03 mart 2022ci il tarixinədək uzadılmışdır. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, anası Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı şikayəti yoxdur, digər Təqsirləndirilən şəxs2 ilə barışmamış, ona qarşı şikayətçidir. Bakı İstintaq Təcridxanası tərəfindən verilimiş 17 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Xasməmmədova X1 müddətdə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməməsi barədə ifadəsinə tənqidi yanaşır, müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.3 və 133.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs1 ifadəsi istisna edilmiş, qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsi şahidlər X14, Şahid2 və Şahid4 ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Zərərçəkmiş şəxs Kamranla yanaşı anası Səadət də həm Xətai rayonu ərazisində yerləşən yaşadıqları evdə, həm də Suraxanı rayonu ərazisində yerləşən yaşadıqları evdə birlikdə döyüb işgəncələr vermişlər, Səadət yumruqla Cahidin bədəninin müxtəlif nahiyələrinə bərk zərbələr vurmuş, qruşkanı başında sındırmışdır. Cahidi döyərkən uşaq da möhkəmdən ağlamış və Səadət ona “Kamran vuranda ağlamırsan, mən vuranda ağlayırsan” deyib incidərək işgəncələr vermişdir. Səadət özü ona bildirmişdir ki, uşaq olmasa, rahat yaşayar, istədiyini edər. O, Səadətə hər dəfə iradını bildirdikdə Səadət Cahid barəsində “öləsi-uşaqdı” sözlərini demişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində və məhkəmə iclasında dindirilən zaman oğlu Cahidi bir neçə dəfə sözünə qulaq asmayanda və dəcəllik edəndə anası kimi əlləri ilə qollarından vuraraq sakitləşdirdiyini etiraf etmiş, həmçinin Kamran tərəfindən döyülərkən onun qarşısını almaq üçün bir neçə dəfə Cahidi vurduğunu bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2021-ci il tarixli 2424 saylı ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir, amma özünü müdafiə etmək məqsədi ilə baş vermiş hadisənin bəzi məqamlarını öz xeyrinə uyğun tərzə yönəldərək danışa bilər. Bundan başqa, məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onu anası və Kamran həmişə döyüb incitmişlər. Kamran onun sağ əlinə və sağ ayağına siqareti yanmış vəziyyətdə basaraq onu yandırmışdır. Anası Səadət isə onu bir neçə dəfə əli ilə vuraraq döymüşdür. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2021-ci il tarixli 3050 saylı ekspert rəyindən də görünür ki, Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmamışdır. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavrayıb bu barədə ifadə verə bilər. Zərərçəkmiş şəxs baş vermiş hadisələri qavramaq, yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Onunla edilən hərəkətlərin mahiyyətini (ona qarşı fiziki zorakı hərəkətləri) öz əqli inkişafı çərçivəsində anlaya bilir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı fiziki zorakılıq edildiyini anlamış, lakin azyaşlı olduğundan onlara müqavimət göstərə, etiraz edə bilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı 10 dekabr 1984-cü il tarixli Konvensiyasının 4-cü maddəsi iştirakçı dövlətlərin bütün işgəncə aktlarını cinayət kimi tövsif etmələrini və “onların xarakterinin çox ağır olduğunu nəzərə alaraq” cəza müəyyənləşdirmələrini tələb edir. İştirakçı dövlətlərin hər biri işgəncə cinayətlərinin təhlükəlilik və ya ağırlıq xarakterini nəzərə almaqla müvafiq cəzalar müəyyən etməlidirlər. İşgəncə cinayəti iştirakçılıqla törədilərsə, cinayətə görə cəza təyin edilərkən iştirakçıların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə, iştirakın əhəmiyyəti nəzərə alınmalıdır. Həmçinin, işgəncələrin bir növü olan döyməni çox yüngül bir forma kimi qəbul etmək olar. İşgəncə xarakteri daşıyan döymədə bədənə ağrı yetirən zorakı hərəkətlər mütəmadi surətdə törədilir, habelə hərəkətlər zərərçəkmişə kəskin ağrı yetirir, ona fiziki əzab və ya psixi iztirablar verir. Burada mütəmadi döymə üç dəfə və ya daha artıq döyməni nəzərdə tutur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında 20 aprel 1999-cu il tarixli qərarında göstərilir ki, “İctimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. O, cinayətin törədilməsində iştirakçılığın sadə forması kimi qəbul edilir. Vaxtından və yerindən asılı olmayaraq, cinayətin birlikdə törədilməsi gedişində iki və ya daha çox şəxsin arasında hər hansı bir sadə razılığın mövcudluğu bir qrup şəxsin yeganə əlamətidir. Belə qrup tərkibində cinayət törədilməsindəki iştirakçılıq təsadüfi birləşmə, birdən-birə ortaya çıxan hər hansı bir vəziyyət, habelə yanlış anlaşılan həmrəylik hissi kimi hallarda da mümkündür.” Beləliklə, məhkəmə, yuxarıda göstərilənlərər, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspetiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl CM-nin 133.2.3 və 133.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3 və 133.2.4-cü maddələrinə əsasən bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə və ya təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitlərinə təsiri nəzərə alınmaqla, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müsbət xarakterizə olunmasını həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tаriхli qərаrının 2-ci bəndində nəzərdə tutulаn “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsаsən məhkəmələrə tövsiyə еdilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığnda olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə bахışı zаmаnı müəyyən еdildi ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs1 17 iyul 2021-ci il tarixdən tutularaq həbsdə sахlаnılmışdır. Qеyd оlunаnlаrа əsаsən məhkəmə bеlə nəticəyə gəlir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs1 bаrəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı mаddəsinin tələbləri (məhkəməyədək, hаbеlə birinci və аpеllyаsiyа instаnsiyаsı məhkəmələrində həbsdə və yа еv dustаqlığndа sахlаnılаn müddətin cəzа müddətinə dахil еdilməsi) tətbiq еdilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3 və 133.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-60), məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3 və 133.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmənin əvvəli tutulduğu vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 133.2.3 və 133.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə təyin olunmuş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1, 50 (əlli) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir (CPM - 198.1). İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 133.2.3 və 133.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 133.2.3 və 133.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1, 50 (əlli) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar