Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-134/2022 13.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1997-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədilə 07 aprel 2019-cu il tarixdə, saat 19:00-dan 23:50-dək olan müddət ərzində, sərxoş vəziyyətdə, Zərərçəkmiş şəxs1 məxsus Rusiya Federasiyası, Krasnoyarsk şəhəri, Lenin rayonu, Kolomenskaya küçəsi, 24 nömrəli evin 112 nömrəli mənzilinin eyvanına çəkilmiş parça toru əli ilə çıxardıb, nəfəsliyi açaraq, eyvandan qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, oradan sonuncuya məxsus bir ədəd 16.880 rubl, həmin dövrün rəsmi məzənnəsi ilə 438,88 manat dəyərində “Lenovo” (ing.Lenovo ideapad 320-15AST) markalı noutbuk, bir ədəd 425 rubl, həmin dövrün rəsmi məzənnəsi ilə 11,05 manat dəyərində “Gerffins” enerji qurğusu, bir ədəd 2.075 rubl, həmin dövrün rəsmi məzənnəsi ilə 53,95 manat dəyərində “Honor” markalı mobil telefon, bir ədəd 975 rubl, həmin dövrün rəsmi məzənnəsi ilə 25,35 manat dəyərində “JBL” (ing.Blueetooth JBL Charge 3) markalı səs gücləndirici və plasmas bankadan 800 rubl, həmin dövrün rəsmi məzənnəsi ilə 20,80 manat metal pul vəsaitini, mənzilin uşaq otağında olan çantadan Zərərçəkmiş şəxs2 məxsus 1.000 rubl, həmin dövrün rəsmi məzənnəsi ilə 26 manat dəyərində pul kisəsini, içərisində ümumi məbləği 2.537,04 rubl olan 3 ABŞ dolları, 2 ABŞ dolları, 2.210 rubl, həmin dövrün rəsmi məzənnəsi ilə 65,96 manat pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 21.155 (iyirmi bir min bir yüz əlli beş) rubl, dövrün məzənnəsi ilə 550,03 (beş yüz əlli manat üç qəpik) manat, Y.A. Kovalyovaya məxsus 3.537,04 (üç min beş yüz otuz yeddi rubl dörd kopeyek) rubl, dövrün məzənnəsi ilə 65,96 (altmış beş manat doxsan altı qəpik) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2014-cü ildən Rusiya Federasiyasının Krasnoyarsk şəhərində yaşamışdır. Krasnoyarsk şəhərində kirayə mənzildə yaşamış, lakin sonradan Azərbaycana köçərək, Oğuz rayonunda valideynləri ilə birlikdə yaşamağa başlamışdır. 07 aprel 2019-cu il tarixdə, axşam saatlarında Krasnoyarsk şəhəri, Lenin rayonu, Kolomenskaya küçəsində, evin həyətində tanışı Nursultan Arstanbeklə spirtli içkilər içmişlər. Bundan sonra, onlara tanışı Şahid4 da qoşulmuşdur. Bir anda, saat neçə olduğunu dəqiq bilməmiş, çünki sərxoş olmuş və oğurluq etmək qərarına gəlmişdir. O, yaxınlıqda olan Kolomenskaya küçəsi, 24 saylı evin 112 saylı mənzilindən oğurluq etməyi düşünmüşdür. Həmin mənzil əvvəl tanıdığı Şahid1 və onun arvadı Andreyevaya məxsus olduğunu bilirdir. Öz planı barədə Arstanbekə və Priboraya danışmış, lakin həmin şəxslər onunla razılaşmamışlar. Buna baxmayaraq, o, tək həmin mənzilin eyvanına tərəf yaxınlaşmış, pəncərədən moskit torunu çıxarmış və kənara atmışdır. Bundan sonra, o, eyvandan mənzilə daxil olmuşdur. O, dəqiq bilmişdir ki, mənzildə heç kim yoxdur və ona heç kim müqavimət göstərməyəcəkdir. Belə ki, mənzilin işıqları sönülü idi. O, mənzildə divanın üzərində “Lenovo” markalı noutbuk və otaqda çanta aşkar etmiş, çantanın harda olması yadında deyil, həmçinin ekranı sınmış telefon, içində metal pullar olan bankanı və digər əmlak görmüşdür. O, çantada olan noutbuku, telefonu, bankada olan pulları, çantada pul kisəsini götürmüşdür. Götürdüyü əmlakı noutbuk üçün nəzərdə tutulmuş çantaya qoymuş və bir anda eşitmişdir ki, mənzilin giriş qapısından kimsə daxil olur. O, başa düşmüşdür ki, mənzilin sahibləri gəlmiş və mənzildən eyvandan çıxmaqla qaçmışdır. Həmin vaxt onu görən olmamış, çünki arxasınca heç kim qışqırmamış və dayandırmağa çalışmamışdır. Səhəri gün ayılmış və etdiyi hərəkətindən utanmış, başa düşmüşdür ki, cinayət törətmiş, lakin buna səbəb alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. Çantadan içində pul olan kisəni və metal pulları götürmüş, pulları şəxsi ehtiyacları üçün xərcləmiş, pul kisəsini isə lazım olmadığından atmışdır. Bütün qalan əmlakı Şahid1 qaytarmışdır. Cinayəti alkoqol sərxoşluğu vəziyyətində olduğundan törətmişdir. Bundan sonra, xərclədiyi pulu Şahid1 qaytarmışdır. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələr ilə ibtidai istintaq orqanına müraciət edərək göstərmişlər ki, daimi olaraq Rusiya Federasiyasında yaşadıqlarından, eyni zamanda, “Covid-19” pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən, cinayət işinin materialları ilə tanış olmaq üçün Bakı şəhərinə gələ bilmirlər. Bununla belə, cinayət işinin materialları ilə tanış olmadan, işin məhkəməyə göndərilməsini xahiş etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin tam ödənildiyini və həmin şəxsə qarşı heç bir tələb və şikayətlərinin olmadığını bildirmişlər. Eyni zamanda, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə əlaqə saxlandıqda, həmin şəxslər Rusiya Federasiyasında yaşadıqlarından, məhkəmə iclaslarında iştirak etmək üçün Bakı şəhərinə gələ bilməyəcəklərini bildirərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etdilər. Həmçinin, zərərçəkmiş şəxslər onlara vurulmuş zərərin Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini təsdiq edərək, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətlərinin olmadığını bildirdilər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Rusiya Federasiyası, Krasnoyarsk şəhəri, Kolomenskaya küçəsi, 24 saylı evin 112 saylı mənzilində Şahid1lə və qızı ilə birlikdə yaşayır. 08 mart 2019-cu ildən evində bacısı Zərərçəkmiş şəxs2 qonaq kimi qalmışdır. Bacısı və qızı ilə birlikdə 06 aprel 2019-cu ildə Krasnoyarsk diyarı, Beryezov rayonu, Yermolayevo küçəsinə tanışlarına qonaq getmək qərarına gəlmişlər. 06 aprel 2019-cu il tarixdə, saat 12 radələrində o, bacısı Y.A. Kovalyova və qızı ilə birlikdə tanışlarının evinə qonaq getmişlər. Evlərində onun məşuqu Şahid1 tək qalmışdır. 07 aprel 2019-cu il tarixdə, saat 19 radələrində o, bacısı Zərərçəkmiş şəxs2 və qızı geri qayıtmaq istəmişlər. Onlar Şahid1 zəng etmişlər və ondan gəlib evə aparmağı xahiş etmişlər. Saat 21 radələrində Şahid1 onların arxası ilə taksi ilə gəlmişdir. Saat 23 radələrində onlar taksi avtomobili çağırmışlar və bundan sonra onlar birlikdə evə getmişlər. Saat 24 radələrində onlar evə çatmışlar. Şahid1 və bacısı Zərərçəkmiş şəxs2 taksi avtomobilində qalmışlar, o qızı ilə birlikdə evə getmiş, evdən pul götürüb taksi sürücüsün pulunu ödəmək fikrində idi. O, mənzilin qapısını öz açarı ilə açdıqda, qızı demişdir ki, evdə kimsə var. Lakin o, qızına inanmamış və mənzilin qapısını açıb, içəri daxil olmuşdur. Otağa keçib görmüşdür ki, mənzildə eyvanın pəncərəsi açıq vəziyyətdədir, həmçinin pencərə toru yerində yoxdur. O, başa düşmüşdür ki, mənzilə daxil olan zaman naməlum şəxs mənzil sahiblərinin gəldiyini eşidib qorxaraq, eyvana tərəf qaçmış, sonra isə pəncərədən tullanmışdır. O, həmin şəxsin kim olmasını görməmiş, yalnız mənzildə səs eşitmişdir. Daha sonra o, mənzildə əşyaların itməsini aşkar etmiş, yəni: 30.000 rubl dəyərində çantada olan "Lenovo" markalı noutbuk, 10.000 rubl dəyərində "Honor" markalı mobil telefon, 1.500 rubl dəyərində "JBL" kolonkası, 500 rubl dəyərində “Gerffins” enerji qurğusu, bankada olan 800 rubl pul vəsaiti. Həmin zaman o, küçəyə çıxmış və baş verənlər barədə Xardinə və Kovalyovaya məlumat vermişdir. Bundan sonra, Kovalyova mənzilə daxil olmuş və pul kisəsinin olmamasını aşkar etmişdir. Beləliklə, ona 42.800 rubl dəyərində maddi zərər vurulmuşdur. Qeyd olunan zərər onun üçün əhəmiyyətlidir, çünki əmək haqqısı 18.000 rubl təşkil edir. Bundan əlavə himayəsində həddi-buluğa çatmamış uşaq var, kredit öhdəlikləri var. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan cinayəti əvvəl tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs törətmiş və dəymiş zərəri ona ödəmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 08 mart 2019-cu ildən o, məzuniyyətdə olmuş və həmin müddətdən bacısı Zərərçəkmiş şəxs1 Krasnoyarsk şəhəri, Kolomenskaya küçəsi, 24-112 ünvanında yerləşən mənzilində yaşamışdır. 06 aprel 2019-cu ildə o, bacısı və onun qızı ilə birlikdə Krasnoyarsk diyarı, Beryezov rayonu, Yermolayevo küçəsinə qonaq getməyə qərara almışlar və saat 12 radələrində onlar qonaq getmişlər. Evdə bacısının məşuqu Şahid1 tək qalmışdır. 07 aprel 2019-cu ildə, saat 19 radələrində onlar bacısının məşuquna zəng vurmuş və ondan gəlib onları evə aparmağı xahiş etmişdirlər. Saat 21 radələrində Şahid1 onların arxasınca Krasnoyarsk diyarı, Beryezov rayonu, Yermolayevo küçəsinə taksi ilə gəlmişdir. 07 aprel 2019-cu ildə, saat 23 radələrində onlar taksi ilə evə çatmışlar. Bir qədər sonra, evdən V.Zərərçəkmiş şəxs1 qaçmış və demişdir ki, evdə kimsə var. Krasnoyarsk şəhəri, Kolomenskaya küçəsi, 24 saylı evə tərəf qaçmış və görmüşdür ki, bacısının mənzilinin eyvanından kimsə tullanmış və Kolomenskaya küçəsi tərəfdə həyətlərə qaçmışdır. Mənzilin pəncərəsi açıq olmuş, lakin pəncərənin toru yerində olmamışdır. O, qaçan həmin şəxsi yaxşı görməmişdir. Pəncərədən tullanan şəxsə qışqırmamış, onun arxası ilə onlardan heç kim qaçmamışdır. Pəncərədən tullanan şəxs arıq və uzun olmuş, onu xarici görkəmini görməmiş, çünki qaranlıq olmuşdur. Baş verənlərdən şokda olmuş, otağa keçib Zərərçəkmiş şəxs1 görmüşdür ki, onların mənzilinin pəncərəsi açıq vəziyyətdədir, həmçinin pencərə toru yoxdur. O özü onun kim olmasını görməmişdir, yalnız mənzildə səs eşitmiş, sonra başa düşmüşdür ki, mənzildə qaçan əvvəl tanımadığı şəxsin səsini eşitmişdir. Bundan sonra o, mənzilə keçmiş və "Lenovo" markalı noutbukun, "Honor" markalı mobil telefon, "JBL" kolonkanın, “Gerffins” enerji qurğusunun, bankada olan pulun oğurlanmasını aşkar etmişdir. Həmçinin o, dəyəri 100 rubl olan pul kisəsinin, içində olan 2.537,05 rubl pul vəsaitinin, həmçinin maddi dəyəri olmayan qəbzlərin və endirim kartlarının itməsini aşkar etmişdir. Ona ümumi 2.537,05 rubl məbləğində zərər dəymişdir. Məlum olmuşdur ki, mənzildən oğurluğu Təqsirləndirilən şəxs adlı şəxs törətmişdir. Sonradan zərərin məbləği Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, təqdim olunan şəffaf daktiloplyonka kəsiyində əlcək, parça və s. kimi izsaxlayan elementləri olan əşya ilə basılma nəticəsində yaranan iz var. Qeyd olunan iz eyniləşdirmə üçün yararlı deyil, lakin izi saxlayan əşyanın qrup mənsubiyyətini müəyyən etmək üçün yararlıdır. İş materiallarında olan ekspert rəyindən görünür ki, 08 aprel 2019-cu il tarixdə Krasnoyarsk şəhəri, Kolomenskaya küçəsi, 24-112 ünvanında hadisə yerinə baxış zamanı № 1-8 şəffaf daktiloskopiya plyonkasına götürülmüş yeddi əl barmağı izi və üç əl-ovuc izi və A4 formatlı ağ rəngli kağız vərəqində olan iz şəxsiyyətin eyniləşdirilməyi üçün yararlıdır. Şəffaf daktiloskopiya plyonkasının № 1, № 6 kəsiklərinə surəti çıxarılmış üç barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı deyil. Butulkadan götürülən bir əl-ovuc izi şübhəli şəxs xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağ əlinin ovucu ilə qoyulmuşdur. İş materiallarında olan ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş korpusu tünd göy rəngdə olan “Lenovo” markalı noutbukun bazar qiyməti 16880 rubl, “JBL” markalı kolonkanın bazar qiyməti 975 rubl, “Gerffins” markalı portativ enerji qurğusunun bazar qiyməti 425 rubl, korpusu ağ rəngdə olan “Honor” markalı mobil telefonun bazar qiyməti 3075 rubl müəyyən edilir. İş materiallarından görünür ki, şəffaf daktiloskopiya plyonkasının bir kəsiyində əşya izi, butulkalardan götürülən əl izləri, balkon qapısından götürülən əl izləri, alışqandan götürülən əl izləri, moskit torundan götürülən əl izləri, pul qabından götürülən əl izləri cinayət işi üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmiş, iki ədəd şüşə butulka cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Rusiya Federasiyası, DİN-nin Krasnoyarskoye Bİ 4 saylı PŞ-nin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “Lenovo” markalı noutbuk, bir ədəd “Honor” markalı mobil telefon, bir ədəd “JBL” səs gücləndirici və bir ədəd “Gerffins” enerji qurğusu, eyni zamanda, Zərərçəkmiş şəxs2 məxsus iki ədəd 100 rubl əskinasları, üç ədəd 1 ABŞ dolları əskinasları, bir ədəd 2 ABŞ dolları əskinası, bir ədəd nominalı 10 rubl olan dəmir pul cinayət işi üzrə maddi sübut kimi tanınaraq, sahiblərinə təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 11 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, saxlandığı MSYdən azad olunmuşdur. İş materiallarından görünür ki, 19 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 01 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə razılıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 09 aprel 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - şəffaf daktiloskopiya plyonkasının bir kəsiyində əşya izi, butulkalardan götürülən, balkon qapısından götürülən, alışqandan götürülən, moskit torundan götürülən, pul qabından götürülən əl izləri cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Rusiya Federasiyası, DİN-nin Krasnoyarskoye Bİ 4 saylı PŞ-nin saxlanc kamerasında saxlanılan iki ədəd şüşə butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “Lenovo” markalı noutbuk, bir ədəd “Honor” markalı mobil telefon, bir ədəd “JBL” səs gücləndirici və bir ədəd “Gerffins” enerji qurğusunun, eyni zamanda, Zərərçəkmiş şəxs2 məxsus iki ədəd 100 rubl əskinasları, üç ədəd 1 ABŞ dolları əskinasları, bir ədəd 2 ABŞ dolları əskinası, bir ədəd nominalı 10 rubl olan dəmir pulun sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Oğuz rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - şəffaf daktiloskopiya plyonkasının bir kəsiyində əşya izi, butulkalardan götürülən, balkon qapısından götürülən, alışqandan götürülən, moskit torundan götürülən, pul qabından götürülən əl izləri cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Rusiya Federasiyası, DİN-nin Krasnoyarskoye Bİ 4 saylı PŞ-nin saxlanc kamerasında saxlanılan iki ədəd şüşə butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “Lenovo” markalı noutbuk, bir ədəd “Honor” markalı mobil telefon, bir ədəd “JBL” səs gücləndirici və bir ədəd “Gerffins” enerji qurğusunun, eyni zamanda, Zərərçəkmiş şəxs2 məxsus iki ədəd 100 rubl əskinasları, üç ədəd 1 ABŞ dolları əskinasları, bir ədəd 2 ABŞ dolları əskinası, bir ədəd nominalı 10 rubl olan dəmir pulun sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-134/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-134/2022
13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver