Məhkəmə qərarları › İş №1(011)-134/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-134/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-134/2023 09.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-372/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, 19 noyabr 2022-ci il tarixdə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda 0,342 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 19 noyabr 2022-ci il tarixdə 14:30-da Xətai rayon Polis İdarəsinin 35-ci PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılıb, ünvan 3ən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zamanı, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 0,342 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə əvvəldən tanıdığı ünvan 5 ünvanında yaşayan Musa Kərimov ona zəng edərək ac olduğunu və çay belə içmədiyini bildirdiyindən o, sonuncunu öz evinə dəvət etmişdir. Musa Kərimov onun yaşadığı ünvana gəlmiş, birlikdə oturub çay içmişlər, sonra o, mətbəxə keçib çay süzmək istəyəndə qapı qəflətən açılmış və içəri polis əməkdaşları daxil olmuşlar. Polis əməkdaşları onu koridorda saxlamışlar və həmin vaxt Musa otaqda oturmuşdur. Bundan sonra hər ikisi polis əməkdaşları tərəfindən 35-ci Polis Bölməsinə aparılmışlar və orada olan zaman ona bildirilmişdir ki, X5 vətəndaşı olduğundan və heç bir sənədi də olmadığından onu tuta bilmirlər. Odur ki o, 100 qram narkotik vasitəni üzərinə götürməlidir, lakin o, etiraz edərək belə bir şeyi qəbul etməyəcəyini bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixi təzyiqə dözməyərək sonunda törətmədiyi əməli etiraf etmək məcburiyyətində qalmışdır. Həmçinin, sənədləri imzaladıqdan sonra ona məlum olmuşdur ki, guya onun üzərində daşıdığı maddənin ümumi çəkisi 0.342 qram olmuşdur. Bundan sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır, halbuki o, həmin gün onun üzərində narkotik vasitə olmamışdır. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməliyyatçıları Şahid2 və Şahid1 öz vəzifələrindən sui-istifadə etmişlər. Belə ki, onların yalan danışdıqlarını sübuta yetirmək üçün onun yaşadığı Gəncə prospekti, ev 37 ünvanında yerləşən blokun üstündəki kameralara noyabrın 19-u saat təxminən 09:30-dan 11:30-a kimi baxış keçirildiyi təqdirdə onun həqiqəti söyləməsi, onun yaşadığı binanın qarşısından deyil məhz evindən çıxarılaması, həmçinin Musa Kərimovunda onun yanında olması müəyyən olar. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün qəbul etmiş, narkotik vasitəni tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində Xətai rayonu, “Həzi Aslanov” metrostansiyası yaxınlığında şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 20 manata 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroin almış, narkotik vasitəni əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş, narkotik vasitəni əldə etdikdən sonra onu istifadə etmək məqsədi ilə ev istiqamətində piyada hərəkətə başlamış, həmin tarixdə saat 14:30 radələrində ünvan 2 evin yaxınlığına çatarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, polis əməkdaşları ondan narkotik vasitənin qəbulu ilə məşğul olması barədə soruşduqda, o, narkotik vasitə olan heroindən istifadə etməyi barədə bildirmiş, özlərini təqdim etdikdən sonra, onu ərazinin polis şöbəsi olan 35-ci Polis Bölməsinə dəvət etmişlər, polis bölməsində əməlini səmimi etiraf edərək narkotik vasitə olan heroindən istifadə etdiyini deyib, üzərində olan bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş maddənin narkotik vasitə olan heroin olduğunu demişdir. Polis bölməsində hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməsi dedikdə, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş formada olan bükümü çıxardıb təqdim etmiş, polis əməkdaşı həmin bükümdəki maddənin nə olmasını soruşduqda, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmiş, ondan həmin narkotik vasitəni haradan və kimdən almasını soruşanda, o, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyası yaxınlığında şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmiş, bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını soruşanda, o, təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik vasitə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsini daşıyır. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yaşayan Habil adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuş, 19 noyabr 2022-ci il tarixdə saat 14:30 radələrində 35-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman, Xətai rayonu, Gəncə prospekti 37 saylı ünvanın yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb, özlərini təqdim etmiş, ondan özünü təqdim etməsini istədikdə həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, buna etiraz etmədikdən sonra onu Xətai RPİ-nin 35-ci PB-nə apararaq onu təhqiqatçıya təhvil vermişlər. Bölmədə olan zaman vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş, video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl həmin şəxsə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və bükümün içərisində heroin olduğunubildirmişdir. Həmçinin o qeyd etmişdir ki, heroini Xətai rayonu ərazisində yerləşən “Həzi Aslanov” metrostansiyası yaxınlığından tanımadığı şəxsdən 20 manat pul verib almışıdır. Həmin narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Daha soınra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 19 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən elektron nəzarət cihazı təqdim edəərk narkotik vasitəyə görə məhkum olunduğunu bildirmiş, daha sonra əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik iyiyə malik olan, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin, yəni “kakos” olmasını, həmin narkotik vasitəni üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən Xətai rayonu, “Həzi Aslanov” metrostansiyası yaxınlığında 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almasını, üzərində gəzdirərkən xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 37 ünvanının yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümdəki maddə “Pocket Scale” markalı elektron tərəzidə çəkildikdən sonra 0.56 qram çəkidə olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2022-ci il tarixli, 6/6670 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan 01 ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 40-43); şübhəli şəxsin dindirilməsi haqqında 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün qəbul etdiyini, narkotik vasitəni tanımadığı şəxslərdən aldığını, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində Xətai rayonu, “Həzi Aslanov” metrostansiyası yaxınlığında şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 20 manata 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroin aldığını, narkotik vasitəni əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğunu, narkotik vasitəni əldə etdikdən sonra onu istifadə etmək məqsədi ilə ev istiqamətində piyada hərəkətə başladığını, həmin tarixdə saat 14:30 radələrində ünvan 2 evin yaxınlığına çatarkən mülki geyimli polis əməkdaşları tərəfindən yaxalandığını etiraf etmiş və “ifadəm mənim sözlərimlə düzgün yazılmışdır, əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 49-52); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 53-54); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün qəbul etdiyini, narkotik vasitəni tanımadığı şəxslərdən aldığını, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində Xətai rayonu, “Həzi Aslanov” metrostansiyası yaxınlığında şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 20 manata 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroin aldığını, narkotik vasitəni əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğunu, narkotik vasitəni əldə etdikdən sonra onu istifadə etmək məqsədi ilə ev istiqamətində piyada hərəkətə başladığını, həmin tarixdə saat 14:30 radələrində ünvan 2 evin yaxınlığına çatarkən mülki geyimli polis əməkdaşları tərəfindən yaxalandığını etiraf etmiş və “ifadəm mənim sözlərimlə düzgün yazılmışdır, əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 65-68); DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 19 noyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 69- 70); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-595/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 80-83); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 513 saylı “əfv” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (i.v. 85-86); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-372/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 02 gün şübhəli şəxs qismində saxlanıldığı müddət bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 88-93); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsinin xx.xx.2022-ci il tarixli 7541 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 101-102); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, məhkəmə-fiziki ekspertizasının 20 noyabr 2022ci il tarixli, 6/6670 saylı və məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 7541 saylı rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində CMnin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.342 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.292 qram çəkidə narkotik vasitə heroin Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (i.v. 108-113); Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 099100 nömrəli vəsiqəsindən görünür ki, X3 müharibə veteranı adı verilmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 590 saylı Hərbi Hissəsi tərəfindən verilmiş fəxri fərmandan görünür ki, X4 Azərbaycan Ordusunun və Türkiyə Respublikası Silahlı Qüvvələrinin birgə “Qardaş yumruğu” taktiki təlimində əldə etdiyi yüksək naliyyətlərə görə təltif olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-372/2022 saylı hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasından 01 ay 26 gün çəkmiş və onun 01 il 04 ay çəkilməmiş cəzası qalmışdır. Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sorğuya cavab məktubundan görünür ki, ünvan 6 ünvanına quraşdırılmış müşahidə kameralarının yaddaş sistemi dolduğundan xx.xx.2022-ci il tarixdə qeyd olunan videogörüntü mövcud deyil. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən elektron nəzarət cihazı təqdim edərək narkotik vasitəyə görə məhkum olunduğunu bildirir. Daha sonra əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin, yəni “kakos” olmasını, həmin narkotik vasitəni üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən Xətai rayonu, “Həzi Aslanov” metrostansiyası yaxınlığında 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almasını, üzərində gəzdirərkən xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 37 ünvanının yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş formada olan bükümü çıxardıb təqdim etmiş, polis əməkdaşı həmin bükümdəki maddənin nə olmasını soruşduqda, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmiş, ondan həmin narkotik vasitəni haradan və kimdən almasını soruşanda, o, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyası yaxınlığında şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmiş, bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını soruşanda, o, təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik vasitə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş formada olan bükümü çıxardıb təqdim etmiş, polis əməkdaşı həmin bükümdəki maddənin nə olmasını soruşduqda, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmiş, ondan həmin narkotik vasitəni haradan və kimdən almasını soruşanda, o, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyası yaxınlığında şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmiş, bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını soruşanda, o, təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik vasitə saxlamadığını bildirmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə təqsirini etiraf etmişdir. Həmçinin ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.342 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin oğlu X2 “Vətən müharibəsi” iştirakçısı olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivi kimi nəzərə alınmır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün qanuni qüvvəyə minməsinə dair göstərişdən də aydın olduğu kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 1(011)-372/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün 01 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 19 noyabr 2022-ci il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, X1 cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 1(011)-372/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, bununla da Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-372/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmalı (CM 68.1.1-1), hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM 67.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.342 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.292 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 (bir) ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı, 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-372/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.342 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.292 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar