Məhkəmə qərarları › İş №1(011)-135/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-135/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-135/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8 oğlunun, Zərərçəkmiş şəxs nümayəndələri -atası X3 və Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Özbəkistan Respublikasının Korşi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, 2 saylı Ə.Qarayev adına uşaq xəstəxanasında xadiməçi işləyən, bir uşaq anası, əvvəllər məhkum olunmayan, Zaqatala rayonu, Qımır kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06.02.2021-ci il tarixdən 23.07.2021-ci il tarixədək olan müddət ərzində xadimə işlədiyi Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən mənzilində olan zaman ev sahibinin evdə olmamasından istifadə edərək 06 fevral 2021-ci il tarixdə evin yataq otağında paltar dolabının üst hissəsindəki saxlanc yeri hesab olunan qutunun içərisindən bir ədəd 292 manat dəyərində 585 əyarlı, 3.11 qram ağ qızıldan üzərində “əl” şəkli olan qadın bilərziyini oğurlayaraq 06 fevral 2021-ci il tarixli GJN 839326 №-li girov biletinə əsasən, 12 fevral 2021-ci il tarixdə həmin evin yataq otağında paltar dolabının üst hissəsindəki qutunun içərisindən bir ədəd 2500 manat dəyərində 750 əyarlı, 8.2 qram sarı qızıldan üzərində sibir qaşları olan qadın üzüyünü oğurlayaraq 12 fevral 2021-ci il tarixli GJN 839378 №-li girov biletinə əsasən, 09 aprel 2021-ci il tarixdə həmin evin yataq otağında paltar dolabının üst hissəsindəki qutunun içərisindən bir ədəd 3500 manat dəyərində 750 əyarlı, 4,6 qram ağ qızıldan olan “Cartier” markalı kişi üzüyünü oğurlayaraq 09 aprel 2021-ci il tarixli GJN 839931 №-li girov biletinə əsasən, 12 may 2021-ci il tarixdə həmin evin yataq otağında paltar dolabının üst hissəsindəki qutunun içərisindən bir ədəd 1800 manat dəyərində 750 əyarlı, 11.6 qram ağ qızıldan üzərində “S” hərfi olan qadın üzüyünü oğurlayaraq 12 may 2021-ci il tarixli GJN 840264 №-li girov biletinə əsasən, 29 may 2021-ci il tarixdə həmin evin yataq otağında paltar dolabının üst hissəsindəki qutunun içərisindən bir ədəd 600 manat dəyərində 750 əyarlı, 5.11 qram sarı qızıldan üzərində “xaç” şəkilli qadın üzüyünü oğurlayaraq 29 may 2021-ci il tarixli GJN 881755 №-li girov biletinə əsasən, 05 iyun 2021ci il tarixdə həmin evin yataq otağında paltar dolabının üst hissəsindəki qutunun içərisindən bir ədəd 1200 manat dəyərində 750 əyarlı 6.9 çəkidə ağ qızıldan olan kişi üzüyünü oğurlayaraq 05 iyun 2021-ci il tarixli GJN 881818 №-li girov biletinə əsasən, 10 iyun 2021-ci il tarixdə həmin evin yataq otağında paltar dolabının üst hissəsindəki qutunun içərisindən bir ədəd 1300 manat dəyərində 585 əyarlı 10.4 qram çəkidə ağ qızıldan üzərində briliyant qaşları olan qadın üzüyünü oğurlayaraq 10 iyun 2021-ci il tarixli GJN 881855 №-li girov biletinə əsasən, 28 iyun 2021-ci il tarixdə həmin evin yataq otağında paltar dolabının üst hissəsindəki qutunun içərisindən bir ədəd 2500 manat dəyərində 750 əyarlı 22 qram çəkidə ağ qızıldan üzərində “briliyant qaşları olan qadın bilərziyini oğurlayaraq 28 iyun 2021-ci il tarixli GJN 882065 №-li girov biletinə əsasən, 05 iyul 2021ci il tarixdə həmin evin yataq otağında paltar dolabının üst hissəsindəki qutunun içərisindən bir ədəd 800 manat dəyərində 750 əyarlı 11.4 qram çəkidə ağ qızıldan üzərində “LV” yazı olan qadın sırğasını oğurlayaraq 05 iyul 2021-ci il tarixli GJN 905343№li girov biletinə əsasən, 07 iyul 2021-ci il tarixdə həmin evin yataq otağında paltar dolabının üst hissəsindəki qutunun içərisindən bir ədəd 2000 manat dəyərində 750 əyarlı 8.7 qram çəkidə ağ qızıldan olan qadın üzüyünü, bir ədəd 600 manat dəyərində 750 əyarlı 1,5 qram çəkidə sarı qızıldan olan qadın üzüyünü oğurlayaraq 07 iyul 2021-ci il tarixli GJN 905362 №-li girov biletinə əsasən, 11 iyul 2021-ci il tarixdə həmin evin yataq otağında paltar dolabının üst hissəsindəki qutunun içərisindən bir ədəd 6000 manat dəyərində 750 əyarlı 30.1 qram çəkidə ağ qızıldan üzərində briliyant qaşları olan qadın boyunbağını oğurlayaraq 11 iyul 2021-ci il tarixli GJN 905395 №-li girov biletinə əsasən, 18 iyul 2021-ci il tarixdə həmin evin yataq otağında paltar dolabının üst hissəsindəki qutunun içərisindən bir cüt 2000 manat dəyərində 750 əyarlı 12.2 qram çəkidə ağ qızıldan üzərində briliyant qaşları olan qadın sırğasını oğurlayaraq 18 iyul 2021-ci il tarixli GJN 905474 №-li girov biletinə əsasən, 23 iyul 2021-ci il tarixdə həmin evin yataq otağında paltar dolabının üst hissəsindəki qutunun içərisindən bir ədəd 400 manat dəyərində 585 əyarlı 2.1 qram çəkidə sarı qızıldan üzərində bir ədəd briliyant qaşı olan sadə formalı qadın üzüyünü, bir ədəd 800 manat dəyərində 585 əyarlı 3,7 qram çəkidə ağ qızıldan olan kişi üzüyünü, bir ədəd 500 manat dəyərində 585 əyalı 3.3 qram çəkidə ağ qızıldan üzərində kənarı naxışlı olan qadın üzüyünü oğurlayaraq 23 iyul 2021-ci il tarixli GJN 905510 №-li girov biletinə əsasən Bakı şəhəri, Salyan yolu küçəsi 2-ci dalan 2A ünvanında yerləşən Şahid1 məxsus №1 Lombarda girov qoyaraq 7.520 (yeddi min beş yüz iyirmi) manat pul vəsaiti əldə etmiş və 2021-ci ilin may ayından iyun ayınadək olan müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 4800 ABŞ dolları ekvivalentində 8160 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 34,952 (otuz dörd min doqquz yüz əlli iki) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında və istintaqda verdiyi ifadələri və cinayət işinin digər materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, azyaşlı oğlu X7 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs üç ilə yaxındır ki, tanıyır. Tanımağına səbəb isə o, sonuncunun Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində yerləşən yaşayış evində günü 30 manat olmaqla xadiməçi işləyirmiş. Xadiməçi işləməsinə səbəb isə iş yerində əmək haqqı az olduğu üçün oğlu Nuran anadangəlmə serebral iflic xəstəsi olduğuna görə sonuncunun müalicəsi üçün əmək haqqı ona kifayət etmədiyi üçün məcburiyyətdən xadiməçi işləmişdir. Bu səbəbdən oğlu Nuranın xəstəliyi getdikcə kəskinləşdiyi üçün ona pul lazım olmuş və o, bununla bağlı Eltonun həyat yoldaşı Aygün xanıma müraciət etmişdir ki, ona oğlunun müalicəsini etdirməsi üçün maddi köməklik etsinlər, hissə-hissə qaytarar. Lakin buna baxmayaraq cavabında Aygün xanım ona bildirmişdir ki, pulu yoxdur. Bundan sonra o, yenə məcbur qalaraq Eltonun anası Həyat xanıma müraciət etmiş, lakin sonuncu da ona yox cavabı vermiş və demişdir ki, ona ancaq gündəlik əmək haqqısı, yəni 30 manatını verə bilərlər. Bundan sonra oğlu Nuranı həkimə aparmış və ona həkimdə bildirilmişdir ki, uşağa vacib müalicə lazımdır və həkim ona dərman resepti yazdığı üçün dərmanları ala bilməmişdir. O da Eltonun evində xadiməçi işlədiyi üçün bilirmiş ki, sonuncular özlərinə məxsus olan qızıl zinyət əşyalarını hara qoyurlar və qərara gəlmişdir ki, oğlunun müalicəsinə çoxlu pul lazım olacaq, ona görə də həmin qızıl zinyət əşyalarının içindən hissə-hissə qızıl götürüb aparıb lombarda qoyaraq pul əldə edib oğlunun müalicəsini davam etdirsin. Bu məqsədlə 2021-ci ilin fevral ayında o, Eltonun evinə işləmək üçün gəlmiş və məqsədi o olmuşdur ki, yataq otağından paltar rəfinin üst hissəsində saxladıqları qızıl zinyət əşyalarının içərisindən qızıl götürüb aparıb lombarda girov qoyub pul əldə etsin ki, oğlu Nuranın müalicəsini davam etdirsin və bu məqsədlə ilk dəfə Eltonun evindən paltar rəfinin içərisində qoyduqları qızılların içərisindən 01 ədəd üzərində briliant qaşları olan kişi üzüyünü gizli olaraq götürüb apararaq Bayıl qəsəbəsində yaşadığı evin yaxınlığındakı lombarda girov qoyaraq 450 manat nəğd pul götürmüş, oğlunun müalicəsinə xərcləmişdir. Yenidən Eltonun evindən qızıl götürmək niyyətinə gəlmiş və ikinci dəfə 2021-ci ilin aprel ayının 19-da bir cüt qızıl sırğa götürərək həmin lombarda girov qoyararaq 250 manat, daha sonra 26.04.2021-ci il tarixdə 1 ədəd qızıldan üzərində briliant qaşları olan üzük girov qoyaraq 400 manat, daha sonra bir ədəd qızıldan üzərində briliant qaşları olan üzük girov qoyararaq 280 manat, daha sonra bir ədəd qızıldan qadın üzüyü girov qoyararaq 300 manat, daha sonra bir ədəd qızıldan qadın üzüyü girov qoyaraq 550 manat, daha sonra bir ədəd qadın qızıl üzük girov qoyararaq 90 manat, daha sonra üzərində qızıldan üzərində briliant qaşları olan qadın üzüyü girov qoyararaq 480 manat, daha sonra qızıldan bir cüt üzərində briliant qaşları olan sırğa girov qoyararaq 700 manat, daha sonra bir ədəd qızıldan üzərində briliant qaşları olan qadın boyunbağısını girov qoyararaq 2000 manat və sonuncu dəfə bir ədəd qızıldan üzərində briliant qaşları olan qadın qolbağını girov qoyararaq 1450 manat pul götürərək oğlu Nuranın müalicəsinə və kirayə pulu verməklə xərcləmişdir. O, Eltonun evində gizli olaraq götürərək lombarda girov qoyduğu qızıl zinyət əşyalarının əksər hissəsini bir dəfə girov qoyurmuş və sonradan pul əldə edib girovdan çıxararaq özündə saxlayırmış, lakin sonradan yenidən pula ehtiyacı olduğu üçün məcbur qalaraq yenidən götürüb apararaq lombarda girov qoyurmuş. Onlardan biri 27.05.2021-ci ildə girov qoyararaq 1450 manat pul götürmüş və sonradan lombardın pulunu ödəməklə girovdan çıxararaq yenidən 28.06.2021-ci il tarixdə girov qoyaraq 1300 manat pul götürmüş, ikincisi 29.05.2021-ci il tarixdə girov qoyararaq 2000 manat pul götürmüş, lakin sonradan lombardın pulunu ödəməklə girovdan çıxararaq 11.07.2021-ci il tarixdə yenidən girov qoymaqla 1800 manat pul götürmüş, üçüncüsü 21.05.2021-ci il tarixdə girov qoyararaq 700 manat pul götürmüş və lombardın pulunu ödəməklə 18.07.2021-ci il tarixdə yenidən girov qoymaqla 700 manat pul götürmüş, dördüncü 06.05.2021-ci il tarixdə girov qoyararaq 550 manat pul götürmüş və sonradan lombardın pulunu ödəməklə girovdan çıxararaq 07.07.2021-ci il tarixdə yenidən girov qoyararaq 550 manat pul götürmüş, beşincisi 26.04.2021-ci il tarixdə girov qoyararaq 400 manat götürmüş sonradan girovu bağlamaqla qızlı götürdükdən sonra 05.06.2021-ci il tarixdə yenidən girov qoyararaq 400 manat pul götürmüş, altıncısı 19.04.2021-ci il tarixdə girov qoyararaq 250 manat pul götürmüş sonradan lombardın pulunu ödəməklə girovdan çıxararaq 05.07.2021-ci il tarixdə yenidən girov qoymaqla 250 manat pul götürmüşdür. Lombardın pulunu ödəyə bilmədiyindən 2021-ci ilin may ayından iyun ayınadək olan müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda hissə-hissə olmaqla Eltonun evindən ümumilikdə 4800 ABŞ dolları oğurlamışdır. Bundan sonra o, Eltonun evində işləməsinə davam edirmiş və nəhayət 2021-ci ilin iyul ayının sonlarında Eltonun həyat yoldaşı Aygün xanım qızılların və pulun yerində olmamasını aşkar etmiş və ondan soruşanda ilk öncə xəbərinin olmamasını bildirmiş, lakin sonradan səmimi olaraq etiraf etmişdir ki, oğlunun müalicəsinə görə pula ehtiyacı olduğundan onlardan xəbərsiz qızıl zinət əşyalarını və 4800 dolları evdən gizli olaraq götürdüyünü etiraf etmişdir. Qızılları Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi 2-ci dalan 2A ünvanında fəaliyyət göstərən lombarda girov qoyararaq pul götürdüyünü və uşağının müalicəsinə xərclədiyini bildirmişdir. Hazırda qızılların bir qismi qaytarılmışdır və dəymiş ziyandan cəmi 15000 manat ödənilməmiş qalmışdır. Hal-hazırda ziyandan 300 manat ödəməyə imkanı olduğunu, lakin zərərçəkmiş şəxs həmin 300 manatı götürmədiyini qeyd etmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, zərərçəkmiş şəxsə qalan ziyanı hissə-hissə ödəyəcəyini, himayəsində azyaşlı və serebral iflic uşağının olmasını, uşağının xəstəliyinin getdikcə kəskinləşməsini, cinayəti məcburiyyət qarşısında qalıb törətdiyini, aldığı pulu uşağının müalicəsinə xərclədiyini, uşağına baxacaq heç kiminin olmadığını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirirək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yerləşən 3 mərtəbəli, 8 otaqdan ibarət fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. 2019-cu ildə evi təmizləmək üçün xadimə tutmaq qərarına gəlmişlər, maraqlandıqda Təqsirləndirilən şəxs tapmış, Təqsirləndirilən şəxs ilə hər günə 30 manat ödəmək şərti ilə evin təmizlik işləri ilə məşğul olması barədə razılığa gəlmişlər. Sonuncu həftə içi 3-4 gün, bəzən də hər gün evin təmizlik işləri ilə məşqul olmağa başlamışdır. O, həyat yoldaşına aldığı qızıl-zinyət əşyalarını evin 3-cü mərtəbəsində yerləşən yataq otağındakı dolaba qoyduğu qutuda saxlayırmış. Artıq 2 ilə yaxın Aynur onların evində təmizlik işləri ilə məşğul olduğundan onların etibarlarını qazanmış və ona görə də evin istənilən otağına sərbəst girib çıxmağa icazəsi olmuşdur. 05 iyul 2021-ci il tarixdə həyat yoldaşı qutuda olan qızıl-zinyət əşyalarının bir hissəsinin yerində olmamasını bildirdikdə, o, qutuya baxan zaman orada 12500 manat dəyərində qızıl boyunbağı-qolbağı-üzük-sırğa dəstinin, 01 ədəd 3500 manat dəyərində ağ rəngli «Cartier» markalı kişi qızıl üzüyünün, 01 ədəd 1200 manat dəyərində sarı rəngli «Cartier» markalı kişi qızıl üzüyünün, 01 ədəd 2500 manat dəyərində Sibir qaşlarından ibarət qadın qızıl üzüyünün, 01 ədəd 1300 manat dəyərində üzərində brilliant qaşlar olan qadın qızıl üzüyünün, 01 ədəd 600 manat dəyərində üzərində xaça bənzər çıxıntı olan qadın qızıl üzüyünün, 01 ədəd 400 manat dəyərində üzərində əl formalı çıxıntı olan qadın qızıl qolbağısının, 01 cüt 800 manat dəyərində «Louis Vuitton» markalı qızıl sırğanın, 01 ədəd 1800 manat dəyərində «S» formalı qadın qızıl üzüyünün, 01 ədəd 400 manat dəyərində sadə qaşlı sarı rəngli qızıl üzüyün, 01 ədəd 500 manat dəyərində kənarları naxışlı sadə formalı qadın qızıl üzüyünün, 01 ədəd 600 manat dəyərində sadə qızılı rəngli qadın qızıl üzüyünün və 01 ədəd 800 manat dəyərində sağ ağ rəngli kişi qızıl üzüyünün yerində olmadığını aşkar etmişdir. Onlar evi axtardıqdan sonra o, bu barədə valideynlərinə bildirmiş, evin qapı və pəncələrində heç bir kənar müdaxilə izləri olmadığından onlar qızılların Aynur tərəfindən oğurlanmasından şübhələnmiş və atası Aynuru evə dəvət edərək, oğurluq barədə sonuncudan soruşduqda, Aynur heç bir oğurluq hadisəsi törətməməsini bildirmişdir. Aynurun inandırıcı danışmasından sonuncunun törətmədiyinə inanaraq bu barədə şikayət etməmiş, evi axtarmağa davam etmişlər. O, özünə məxsus 33800 ABŞ dollarını 3 ədəd hər biri 10000 ABŞ dollarından ibarət hissələrə ayıraraq rezinə keçirdiyi və 3800 ABŞ dollarını isə ayrı saxladığı pullarını da həmin dolabda saxladığından, 3800 ABŞ dollarını saydıqda həmin məbləğin, o cümlədən 3 top rezinə keçirilmiş pulların da yerində olduğu görüb, həmin pulların da saymasa da tam olduğunu düşünmüşdür. Lakin 31 iyul 2021-ci il tarixdə özünə maşın almaq məqsədi ilə pulları götürüb sayarkən ümumilikdə 4800 ABŞ dolları pulunun yerində olmamasını görüb pulların da Aynur tərəfindən oğurlanması qənaətinə gəlmiş, bu barədə sonuncuya bir söz demədən ərazi aidiyyatı üzrə polis bölməsinə şikayət etmişdir. Hadisə nəticəsində ümumilikdə 34952 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi atası X5 qızılların bir qisminin lombard tərəfindən qaytarıldığını, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış qızıl və pullardan cəmi 15000 manat ödənilməmiş qaldığını bildirmişdir. Daha sonra oğurluq nəticəsində dəymiş ziyandan 15000 manatın ödənilmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 3 ilə yaxındır ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanda №1 lombardı işlədir. Təqsirləndirilən şəxs Rasmis qızı onun sahibi olduğu lombarda müxtəlif vaxtlarda özünə məxsus olmasını bildirdiyi qızılzinət əşyalarını girov qoymaqla pul götürmüş, həmin qızılların bir hissəsinin pullarını ödəyərək götürsə də, pullarının ödənilməsi gecikdirilmiş qızıllar aralarında bağlanmış müqavilə şərtlərinə əsasən satılmışdır. Təqsirləndirilən şəxs lombarda girov qoyduğu qızılzinət əşyaları Xətai Rayon Məhkəməsinin qərarından əvvəl müqavilənin şərtlərinə uyğun olaraq satılmış və onun həmin qızıl-zinyət əşyalarının cinayət yolu ilə əldə edilməsindən xəbəri olmamışdır. Borc ödənildiyinə görə həmin qızılları sahibinə qaytarmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, «N1» lombardda zərgər kimi çalışır. Həm qızıllara baxır, həm də Maarif müəllimə kömək edir. Aynurdan çox vaxt qızılları qəbul edirmiş. Təqsirləndirilən şəxs lombardda görmüş, dəfələrlə lombarda qızıl qoyub pul götürmüşdür. Onun verdiyi qızıl-zinət əşyalarının oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayından Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan yerdə yerləşən «N1» lombardda zərgər kimi çalışır. Təqsirləndirilən şəxs onun işlədiyi lombardın daimi müştərisidir, sonuncu müxtəlif vaxtlarda lombarda qızıl qoyaraq pul götürürmüş, onlar qızıl qəbul edərkən şəxsiyyət vəsiqəsi, qızıl-zinyət əşyaları və girov biletinin fotoşəkillərini çəkərək özlərində saxlayırmışlar. Təqsirləndirilən şəxs qızılzinyət əşyalarının pulunu ödəyərək bir hissəsini götürsə də, onların lombardına 7200 manat borcu qalmışdır. İş materiallarında olan 08 avqust 2021-ci il tarixli «könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən oğurlanmış 1 ədəd 3,43 qram çəkidə, üzərində ağ-qırmızı şəffaf qaşları olan 585 əyyarlı qızıl qadın qolbağını könüllü olaraq təqdim edilmiş və götürmüşdür. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli «könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 məxsus lombarda girov qoyulmuş qızıl-zinyət əşyalarının fotoşəkilləri, Təqsirləndirilən şəxs ilə lombardın arasında bağlanmış müqavilələrin və həmin qızıl-zinyət əşyalarının satılması ilə bağlı tərtib edilmiş sənədlər könüllü olaraq təqdim edildiyindən götürülmüş və baxış keçirilərkən Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə 30,1 qram çəkidə 750 əyarlı qadın boyunbağısını qoyaraq 2000 manat götürməsi, 01 ay 100 manat ödəyərək 30.06.2021-ci il tarixdə götürərək həmin qızılı 11.07.2021-ci il tarixdə yenidən lombarda qoyaraq 1800 manat pul götürməsi, 12 fevral 2021-ci il tarixdə 8,2 qram çəkidə 750 əyarlı brilyant qaşları olan qadın üzüyünü girov qoyaraq 450 manat pul götürməsi, həmin qızıla görə 1 ay 27 manat faiz ödəməklə 13 mart 2021-ci il tarixdə 450 manatı ödəyərək qızılı götürərək həmin qızılı 09 aprel 2021-ci il tarixdə yenidən lombarda qoyaraq 220 manat götürmüş, 18 aprel 2021-ci il tarixdə 11,4 qram çəkili 750 əyarlı üzərində «LV» nişanı olan qadın qızıl sırğasını lombarda girov qoyaraq 250 manat pul götürmüq, 21 iyun 2021-ci il tarixdə pulu qaytarmaqla qızılı götürərək 05 iyul 2021-ci il tarixdə yenidən həmin qızılı lombarda qoyaraq 250 manat pul götürmüş, 26 aprel 2021-ci il tarixdə 6,9 qram çəkidə 750 əyarlı qızıl üzüyü lombarda girov qoyaraq 400 manat pul götürmüş, 25 may 2021-ci il 400 manat ödəyərək qızılı geri götürüb, 05 iyun 2021-ci il tarixdə yenidən həmin qızılı lombarda girov qoyaraq 400 manat götürmüş, 29 may 2021-ci il tarixdə 5,11 qram çəkidə 750 əyarlı üzərində xaç olan qadın qızıl üzüyünü lombarda girov qoyaraq 300 manat pul götürmüş, 06 may 2021-ci il tarixdə 8,7 qram çəkidə 750 əyarlı qızılı girov qoyaraq 550 manat pul götürmüş, 07 may 2021-ci il tarixdə 550 manatı ödəyərək qızılı götürüb yenidən 07 iyul 2021-ci il tarixdə girov qoyaraq 510 manat pul götürmüş, 12 may 2021-ci il tarixdə 2,1 qram çəkili 585 əyarlı qızıl üzük girov qoyulmaqla 90 manat pul götürülmüş. 12 iyun 2021-ci il tarixdə borc bağlanaraq qızıl götürülməklə 23 iyul 2021-ci il tarixdə yenidən qoyularaq bir ədəd əlavə üzüklü bir yerdə qoyulmaqla 140 manat pul götürülmüş, 10 iyun 2021-ci il tarixdə 10,4 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyü girov qoyulmaqla 480 manat pul götürülmüş, 21 may 2021-ci il tarixdə 12,2 qram çəkidə 850 əyarlı bir cüt sırğa girov qoyularaq 700 manat pul götürülmüş, 21 iyun 2021-ci il tarixdə borc bağlanaraq qızıl götürülmüş və yenidən 18 iyul 2021-ci il tarixdə girov qoyularaq 750 manat götürülmüş, 12 may 2021-ci il tarixdə 11,6 qram çəkidə 750 əyarlı üzük girov qoyulmaqla 280 manat götürülmüş, 27 may 2021-ci il tarixdə 22 qram çəkidə 750 əyarlı qızıl qolbağ girov qoyularaq 1450 manat pul götürülmüş, 04 iyun 2021-ci il tarixdə qızıl borc ödənilərək girovdan çıxarılmaqla yenidən 28 iyun 2021-ci il tarixdə girova qoyulmaqla 1300 manat götürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 22.12.2021-ci il tarixli ekspert rəindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd üzərində əl formalı elementi və ağ-qırmızı şəffaf qaşları olan qolbaq – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3.43 qramdır, qaşları qiymətli qaşlara aid deyil. 1 ədəd qolbağın hal-hazırki qiyməti 292.0 manat müəyyən edilir. İş materiallarında olan Xətai RPİ İŞ-nin müstəntiqi Elşən Quliyevin 24 noyabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından məlum olur ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06.12.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 881756 seriya nömrəli 29 may 2021-ci il tarixli girov bileti, 29 may 2021-ci il tarixli müqavilə şərtləri, 905395 seriya nömrəli 11 iyul 2021-ci il tarixli girov bileti, 11 iyul 2021-ci il tarixli müqavilə şərtləri, fotoşəkil, 839931 seriya nömrəli 09 aprel 2021-ci il tarixli girov bileti, 09 aprel 2021-ci il tarixli müqavilə şərtləri, 839378 seriya nömrəli 12 fevral 2021-ci il tarixli girov bileti, 12 fevral 2021-ci il tarixli müqavilə şərtləri, fotoşəkil, 881756 seriya nömrəli 29 may 2021-ci il tarixli girov bileti, 29 may 2021-ci il tarixli müqavilə şərtləri, 840030 seriya nömrəli 19 aprel 2021-ci il tarixli girov bileti, 19 aprel 2021-ci il tarixli müqavilə şərtləri, 905343 seriya nömrəli 05 iyul 2021-ci il tarixli girov bileti, 05 iyul 2021-cı il tarixli müqavilə şərtləri, fotoşəkil, 840110 seriya nömrəli 26 aprel 2021-ci il tarixli girov bileti, 26 aprel 2021-ci il tarixli müqavilə şərtləri, 881818 seriya nömrəli 05 iyun 2021-ci il tarixli girov bileti, 05 iyun 2021-ci il tarixli müqavilə şərtləri, fotoşəkil, 881755 seriya nömrəli 28 may 2021-ci il tarixli girov bileti, 28 may 2021-ci il tarixli müqavilə şərtləri, fotoşəkil, 840199 seriya nömrəli 06 may 2021-ci il tarixli girov bileti, 06 may 2021-ci il tarixli müqavilə şərtləri, 905362 seriya nömrəli 07 iyul 2021-ci il tarixli girov bileti, 07 iyul 2021-ci il tarixli müqavilə şərtləri, fotoşəkil, 840265 seriya nömrəli 12 may 2021-ci il tarixli girov bileti, 12 may 2021-ci il tarixli müqavilə şərtləri, 905510 seriya nömrəli 23 iyul 2021-ci il tarixli girov bileti, 23 iyul 2021-ci il tarixli müqavilə şərtləri, fotoşəkil, 881855 seriya nömrəli 10 iyun 2021-ci il tarixli girov bileti, 10 iyun 2021-ci il tarixli müqavilə şərtləri, fotoşəkil, 881663 seriya nömrəli 21 may 2021-ci il tarixli girov bileti, 21 may 2021-ci il tarixli müqavilə şərtləri, 905474 seriya nömrəli 18 iyul 2021-ci il tarixli girov bileti, 18 iyul 2021-ci il tarixli müqavilə şərtləri, fotoşəkil, 840264 seriya nömrəli 12 may 2021-ci il tarixli girov bileti, 12 may 2021-ci il tarixli müqavilə şərtləri, fotoşəkil, 881732 seriya nömrəli 27 may 2021-ci il tarixli girov bileti, 27 may 2021-ci il tarixli müqavilə şərtləri, 882065 seriya nömrəli 28 iyun 2021-ci il tarixli girov bileti, 28 iyun 2021-ci il tarixli müqavilə şərtləri, fotoşəkil, 1 ədəd üzərində əl formalı elementi və ağ-qırmızı şəffaf qaşları, 3,43 qram çəkisi olan 585 əyarlı qolbaq maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ 650813 saylı doğum haqqında şəhadətnəmənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü X7 adlı bir yetkinlik yaşına çatmayan azyaşlı uşağı var (“ana” qrafasında Təqsirləndirilən şəxs qeyd edilmişdir). İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi ambulator kitabçadan çıxarışdan görünür ki, X7 serebral iflici xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Zərərçəkmiş şəxs nümayəndəsi atası X3 ərizəsindən görünür ki, oğurlanmış qızılların bir qismi qaytarıldıqdan sonra, dəymiş ziyana görə Təqsirləndirilən şəxs ümumilikdə 15000 manat borcu qalmışdır.Həmin 15000 manat ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmiş və Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində azyaşlı uşağının olmasını, uşağının serebral iflic xəstəliyi olmasını, ağır həyat şəraiti nəticəsində ilk dəfə cinayət törətməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, himayəsində azyaşlı iflic uşağın olmasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş girov biletləri, müqavilə şərtləri, fotoşəkillər iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxsli oğluna qaytarılmış 1 ədəd üzərində əl formalı elementi və ağ-qırmızı şəffaf qaşları olan 3,43 qram çəkisi 585 əyarlı qolbaq hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 100 (yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş girov biletləri, müqavilə şərtləri, fotoşəkillər iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxsli oğluna qaytarılmış 1 ədəd üzərində əl formalı elementi və ağ-qırmızı şəffaf qaşları olan 3,43 qram çəkisi 585 əyarlı qolbaq hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 100 (yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar