Məhkəmə qərarları › İş №1(011)-136/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-136/2021

15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-136/2021 15.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç az yaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 14 yanvar 2021-ci il tarixində saat 14:00 radələrində ünvan 2 ünvanında yerləşən evdə aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs qəsdən əli ilə vurmaqla döyərək ona üst dodağın selikli qişasının orta sol hissəsində qansızma və həmən qansızmaya uyğun nahiyyədə üst çənədə solda bir mərkəzi kəsici dişin travmatik sınığı, diş yuvası ətrafında qansızma və şişkinlik, boyun nahiyyəsinin sol yan səthində qançırlar və sağ çiyin üst nahiyyəsində sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 14:00 radələrində arvadı İlkanə ilə yaşadığı ünvan 3 ünvanında aralarında sözlə mübahisə olmuş və o, əsəbləşərək arvadı İlkanəni əli ilə sifətindən vurmuşdur. Evdə onlardan və uşaqlardan başqa heç kim olmamışdır. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ailəli olduğunu, himayəsində üç az yaşlı uşağı olduğunu nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 14:00 radələrində əri Rüfət ilə yaşadığı ünvan 3 ünvanında aralarında sözlə mübahisə olmuş və o, əri Rüfət əsəbləşərək onu əli ilə sifətindən vurmuşdur. Evdə onlardan və uşaqlardan başqa heç kim olmamışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 18-19-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X12 xx xxxxxx 2021-ci il tarixli, 32 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – üst dodağın selikli qişasının orta sol hissəsində qansızma və həmin qansızmaya uyğun nahiyyədə üst çənədə solda bir mərkəzi kəsici dişin travmatik sınığı, diş yuvası ətrafında qansızma və şişkinlik, boyn nahiyyəsinin sol yan səthində qançırlar və sağ çiyin üstü nahiyyəsində sıyrıq, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və ümumilkdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılması xarakterik deyildir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 46-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2021-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 9-cu vərəqəsində olan Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixində verilmiş AZ-İİ seriyalı 096016 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 xx xxxxxx 2016-cı ildə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə “30” nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra soyadları ərin Xankişiyev, arvadın Xankişiyeva qeyd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 10-cu vərəqəsində olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi tərəfindən xx xxxxxxxx 2017-ci il tarixində verilmiş AZ-İV seriyalı 010015 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxx 2016-cı il tarixində Bakı şəhərində doğulmuşdur, atası Təqsirləndirilən şəxsdur, anası Zərərçəkmiş şəxsdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 11-ci vərəqəsində olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixində verilmiş AZ-İV seriyalı 385444 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxxxx 2019-cu il tarixində Bakı şəhərində doğulmuşdur, atası Təqsirləndirilən şəxsdur, anası Zərərçəkmiş şəxsdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 12-ci vərəqəsində olan Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016-cu il tarixində verilmiş AZ-İİİ seriyalı 697277 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2015-ci il tarixində Xıllı kəndində doğulmuşdur, atası Təqsirləndirilən şəxsdur, anası X4r. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X12 xx xxxxxx 2021-ci il tarixli, 402 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 45-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 xx xxxxxx 2021-ci il tarixli, 19/51-775 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəməyə təqdim edilmiş və məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs təqsirli olmasını özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 384.1-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərardan, 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar