Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-136/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2000-ci ildə Hacıqabul rayonu, Qubalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, Azərbaycan Respublikası MN-nin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan, əsgər, Hacıqabul rayonu, Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs, 10 iyun 2021-ci il tarixdə saat 16 radələrində işlədiyi Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 44 ünvanda yerləşən avtoyuma məntəqəsindən Zərərçəkmiş şəxs yumaq üçün ona açarı ilə birlikdə təhvil verdiyi “X6 Prado” markalı, **- ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirdikdən sonra həmin avtomobillə Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, 9 saylı ünvandan keçən yolda hərəkətdə olan zaman X1 idarə etdiyi “Nissan X- Trail” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 9,899 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, valideynləri təxminən 10 il bundan qabaq boşanmışdır. X5 Rusiya Federasiyasında yaşayır. X3 isə evdar qadındır. İki bacısı var. 2020-ci ilin iyun ayı yaşadığı Hacıqabul rayonundan işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, müxtəlif ünvanlarda yerləşən avtoyuma məntəqələrində işləmiş və bu müddətdə işlədiyi avtoyuma məntəqələrində də yaşamışdır. 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən Avtoyuma məntəqəsində işə düzəlmiş, onun işi avtomobilləri yumaq olmuşdur. 10.06.2021-ci il tarixdə saat 16 radələrində məntəqədə olan zaman adının sonradan İlqar olduğunu bildiyi müştəri məntəqəyə yaxınlaşmış və özünə məxsus olan **-ZP-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Toyota Prado” markalı avtomobilinin açarını ona təqdim edərək avtoyuma məntəqəsinin yaxınlığında saxlamış olduğu avtomobilini ona göstərərək avtomobilini yumasını ona demişdir. İlqardan avtomobilin açarlarını götürərək təxminən 1 saata avtomobilin yuyularaq hazır olacağını İlqara bildimişdir. İlqar adlı şəxs isə ona tələsmədiyini və təxminən bir neçə saata gələcəyini deyərək avtoyuma məntəqəsini tərk etmişdir. Avtomobilin sahibi olan İlqar adlı şəxs ona avtomobilin açarlarını yalnız avtomobili avtoyuma məntəqəsinin içərisinə daxil edib yumaq, yuduqdan sonra isə park etmək üçün vermişdir. Bundan sonra o, avtomobilə əyləşərək, onu işə salmış və avtoyuma məntəqəsinin içərisinə sürmüşdür. Avtomobili yuyub qutardıqdan sonra məntəqənin içərisindən çıxartmış və avtoyuma məntəqəsinin yaxınlığında saxlamışdır. Avtomobildən düşən zaman avtomobilin qabaq sağ təkərinin boş olmasını görmüş və avtomobilin sahibinin gec gələcyini düşünərək avtomobilin təkərinə hava vurdurmaq fikrinə düşüb yenidən avtomobilə əyləşərək avtoyuma məntəqəsinin yaxınlığında olan təkər-balans yerinə getmişdir. Lakin oranın bağlı olmasını görmüş və qərara gəlmişdir ki, başqa təkərbalans yerinə getsin. Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən 9 saylı binanın qarşısındakı yolla hərəkətdə olan zaman qarşısında **-TJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil anidən əyləci basmış və qarşısında dayanmışdır, bu zaman o, idarə etdiyi avtomobilin əyləcini sıxsa da qəzanın qarşısını ala bilməyib idarə etdiyi avtomobilin qabaq hissəsi ilə qarşısında olan avtomobilin arxa hissəsindən vurmuşdur. Həmçinin o, Azərbaycan Respublikası MN-nin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan əsgər olduğunu, Fərrux döyüşlərində iştirak etdiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2012-ci il tarixdə 2007-ci il buraxılışlı, ağ mirvari rəngli “Toyota Prado” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili kredit yolu ilə 34000 ABŞ dollara almışdır. Avtomobili qardaşı X2 adına sənədləşdirsə də avtomobil onun özünə məxsusdur. Avtmobili o, baş etibarnamə ilə idarə edir. 10 iyun 2021-ci il tarixdə saat 16 radələrində “Toyota Prado” markalı. **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili yuduzdurmaq üçün Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Cənnət” mərasim evinin yanındakı avtoyuma məntəqəsinə vermişdir. Həmin avtomobili yumaq üçün açarı ilə birlikdə yuyucu məntəqəsində işləyən Təqsirləndirilən şəxs təhvil vermiş, özü isə yaxınlıqda işlədiyi tikintiyə getmişdir. Təxminən yarım saat keçməmiş avtoyuma məntəqəsinin işçisi Alim kimyəsə xəbər vermədən və ondan icazəsiz, özbaşına avtomobili çıxararaq sürüb qaçırmış və Xətai rayonu, Q.Məmmədov küçəsində 9 saylı binanın qarşısında yolda hərəkətdə olan zaman “Nissan X Trail” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa tərəfdən vurub yol-nəqliyyat hadisəsi törətmiş, xəsarət alan olmasa da hər iki avtomobilə maddi ziyan dəymişdir. Ona bu barədə məlumat verildikdən sonra o, təcili hadisə yerinə gəlmiş və görmüşdür ki, Alim onun avtomobilini başqa bir avtomobilə vurub və avtomobili yararsız hala düşüb. Bundan sonra o, dərhal hadisə barədə DİN 102 xidmətinə zəng edib məlumat vermiş və bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerinə baxış aparmışlar. O, hadisə barədə Xətai RPİ-nin 36-cı PB-nə və Xətai RPİ-nin DYPŞ-nə şikayət ərizəsi yazmışdır. O qeyd etmişdir ki, ona 9899,00 manat maddi ziyan dəymişdir. Həmçinin o bildimirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində şahid Abbasov Ramil Natikoviç bildirmişdir ki, 10.06.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən 9 saylı binanın qarşısı ilə idarə etdiyi “Nissan X Trail” markalı **-TJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə saatda 30-40 km sürətlə hərəkətdə olan zaman qəflətən onun idarə etdiyi avtomobilin arxa tərəfindən sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prado” markalı avtomobilin ön tərəfi ilə vurub avtomobli saxlamışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Hadisə yerinə baxış aparıldıqdan sonra o, və digər sürücü hadisə ilə bağlı izahatlarının alınması məqsədi ilə Xətai RPİ-nin DYPŞ-nə getmişlər. Onun idarə etdiyi avtomobil onun özünə məxsusdur və ona hadisə nəticəsində 550,00 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 02.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır (i.v.01); Baxış aparılması haqqında 10.06.2021-ci il tarixli protokollardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək Bakı şəhəri Zığ şossesi 44 ünvanında yerləşən avtoyuma məntəqəsinə özünə məxsus avtomobili verdiyini, avtoyuma məntəqəsinin işçisi həmin avtomobili yuduqdan sonra qaçırdığını bildirdiyindən hadisənin baş verdiyi avtoyuma məntəqəsinə baxış keçirilmiş, eləcə də Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsi 9 saylı binanın qarşısında Zərərçəkmiş şəxs Toyota markalı ** ZP *** dövlət nişanlı avtomobilin digər avtomobillə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verilən yerə baxış keçirilmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v. 5-7, 12-14); Məhkəmə əmtəəşünaslıq ekspertizasının 10.09.2021-ci il tarixli 9/5920 nömrəli rəyindən görünür ki, 2007-ci il buraxılışlı “X7 Prado” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 28500,00 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş 18.06.2021-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən 2007-ci il buraxılışlı, ağ rəngli, “X7 Prado” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 18078,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 15163,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 2915,00 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 12814,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 9899,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 2915,00 manat (i.v. 55-59); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 02.11.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 61-62); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (i.v. 84); N nömrəli hərbi hissəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 25.09.2021-ci il tarixdən əsgər hərbi rütbəsində hərbi hissədə xidmət edir (i.v. 96); İfadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, o istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisə yerlərini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir (i.v. 104- 105); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 04.02.2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs oğluna məxsus “X7 Prado” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və avtomobil Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınmışdır (i.v. 106-111); Təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında 04.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 121); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 04.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 132-133); Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. N saylı hərbi hissə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunur. Eyni zamanda o, Fərrux dağının azad olunması üzrə gedən döyüşlərdə vətənpərvərliyini göstərmiş və bütün əməliyyat tapşırıqlarında iştirak etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12, 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – Zərərçəkmiş şəxs oğluna məxsus “X7 Prado” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur, məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,
HÖKM E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut– “X7 Prado” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Fuad Axundov