Məhkəmə qərarları › İş №1(011)-138/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-138/2021

26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-138/2021 26.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 22, mənzil 298 ünvanında qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 09.01.2021-ci il tarixdə saat 17:00 radələrində yaşadıqları Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 22, mənzil 298 ünvanının mətbəx otağında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla həyat yoldaşı, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vurmaqla döyərək ona başın ənsə nahiyyəsinin və sol gicgah nahiyyəsinin əzilmiş yaraları və ətraf yumuşaq toxumanın qançırları, başın alın nahiyyəsinin sağ yan səthinin yumşaq toxumasının hematoması və zolaq şəkilli sıyrıqları, sol gicgah nahiyyəsinin qançırı, sağ gözyuvası ətrafı nahiyyəsinin yumşaq toxumasının hematoması, sağ bazunun hər iki baldırın və sol ayaqarxası nahiyyəsinin qançırları kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə qurmuşdur, bu nikahdan iki övladları dünyaya gəlmişdir. Günay ilə münasibətləri yaxşı olsa da, sonradan aralarında məişət zəminində mübahisələri olmuşdur. 09.01.2021-ci il tarixdə saat 17:00 radələrində evdə olan zaman Günay ilə aralarında mübahisə yaranmışdır. O, evin mətbəx otağında olan zaman Günay ilə aralarında qısqançlıq zəminində mübahisə yarandığı üçün mübahisə zamanı Günayı şillə və yumruqla bir neçə dəfə vurub qəsdən onun bədəninə xəsarət yetirmişdir. O, Günayı döydükdən sonra əsəblərini sakitləşdimək üçün evdən çıxıb getmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, o, törətdiyi əməldən peşmançılıq çəkməsinin və qeyd olunanların nəzərə alınaraq barəsində olan məhkəməyədək sadələşdirilmiş işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına videokonfrans əlaqə sistemindən istifadə etməklə qoşulmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2008-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə qurmuşdur, bu nikahdan iki övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra Seyfəddinlə aralarında tez-tez mübahisələr baş vermişdir. Sonuncu dəfə 09.01.2021-ci il tarixdə saat 17:00 radələrində yaşadıqları Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 22, mənzil 298 ünvanının mətbəxində olan zaman Seyfəddin ondan pul istəmişdir, o isə pul vermədiyi üçün aralarında mübahisə baş vermişdir. Bu zaman Seyfəddin onu söyərək təhqir etmişdir. O da Seyfədinə cavab qaytaranda, Seyfəddin yenə üstünə gəlib əl və təpik zərbələri ilə başından və bədəninin müxtəlif yerlərindən vuraraq xəsarət yetirmişdir. Zərbələrin təsirindən o, özündən getmişdir və sonra Seyfəddin onu vurmağı dayandıraraq əl çəkmişdir. Bir qədər sonra özünə gəldikdə sifətinin qan içində olduğunu görmüşdür. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini nəzərə alaraq sadələşdirilmiş işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 09.07.2021-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, ünvan 1 ünvana baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs cinayətin təfərrüatlarını hadisə yerində göstərmişdir (i.v. 5-7); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 14.01.2021-ci il tarixli, 19 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs - başın ənsə nahiyyəsinin və sol gicgah nahiyyəsinin əzilmiş yaraları və ətraf yumuşaq toxumanın qançırları, başın alın nahiyyəsinin sağ yan səthinin yumşaq toxumasının hematoması və zolaq şəkilli sıyrıqları, sol gicgah nahiyyəsinin qançırı, sağ gözyuvası ətrafı nahiyyəsinin yumşaq toxumasının hematoması, sağ bazunun hər iki baldırın və sol ayaqarxası nahiyyəsinin qançırları müəyyən edilmiş, xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti qərarda göstərilmiş 09.01.2021-ci il tarixə uyğun gəlmiş və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir (i.v. 17-19); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v. 20); Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 016659 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında 23 may 2008-ci il tarixdə nikah bağlanmış və 140 nömrəli akt ilə qeyd edilmişdir (i.v. 29); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 31); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X2 26.01.2021-ci il tarixli, 19/51-967 saylı məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 22, mənzil 298 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs RNM-də qeydiyyatda olmamışdır (i.v. 49); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 26.01.2021-ci il tarixli, 539 saylı məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 22, mənzil 298 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs RPX-da qeydiyyatda olmamışdır (i.v. 50); 26.01.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v. 51-53); sübutların qiymətləndirilməsi haqqında 26.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən, məhkəməyədək sadələşdirilmiş icraat materialının məhkəməyə göndərilməsindən ötrü Xətai rayon prokurorluğuna göndərilməsi, MTE və PA Birliyi X2 Xətai rayon Şöbəsinin canlı şəxsin 14.01.2021-ci il tarixli 19 saylı ekspert rəyinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 54-57); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-138/2021 saylı 19 mart 2021-ci il tarixli qərarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində məhkəmə-psixiatriya ekspertizasının təyin olunması qərara alınmışdır (i.v. 132-134); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 07.05.2021-ci il tarixli, 1029 saylı rəydə məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, 1) Təqsirləndirilən şəxs cinayət törətdiyianlarda- 09 yanvar 2021-ci il tarixdə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu qeyd olunmuşdur, 2) Təqsirləndirilən şəxs yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunur, 3) Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, ittiham olunan əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, 4) Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, 5) Təqsirləndirilən şəxs qeyd olunan üzvi şəxsiyyət pozuntusu onu hal-hazırda öz hərəkətlərinə hesabat vermək, cavab vermək və həmin hərəkətləri idarə etmək imkanını istisna etmir, 6) Təqsirləndirilən şəxs qeyd olunan üzvi şəxsiyyət pozuntusu az ifadə olunduğundan və hal-hazırda kompensasiya vəziyyətində olduğundan anlaqlılığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, törətdiyi əməldən peşman olmuş, Zərərçəkmiş şəxs ilə barışmış, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmasını, onu bağışladığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd etmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar