Məhkəmə qərarları › İş №1(011)-138/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-138/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-138/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Ay Ömər Celal oğlunun, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 37-də qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə Türkiyə Cümhuriyyətinin vətəndaşı X5 ilə 09 sentyabr 2020-ci il tarixdən başlayaraq marketlərdə və ticarət-iaşə obyektlərindəki kassa və tərəzi aparatlarında istifadə edilən çekləri və lentləri ölkədaxili bazarda fəaliyyət göstərən topdan satış məntəqələrindən alıb həmin çek və lentlərin marketlərə, ticarət-iaşə obyektlərinə və digər satış məntəqələrinə satışını təşkil edərək yaxşı qazanc əldə edəcəkləri barədə birgə şərikli iş fəaliyyətinə inandırıb bir neçə dəfə müxtəlif vaxtlarda olmaqla Ömer Aydan həmin şərikli iş fəaliyyətinə sərmayə qoymaq məqsədilə müxtəlif məbləğlərdə pullar alaraq sonradan həmin məbləğdə pulların üzərində qazancla birlikdə ona qaytarmaqla sonuncuda özünə qarşı inam yaradıb kassa və tərəzi aparatlarında istifadə edilən çeklərin və lentlərin «Bravo», «Rahat» əmtəə nişanı adı altında fəaliyyət göstərən və digər nüfuzlu super marketlər şəbəkəsinə satışını təşkil edərək yaxşı qazanc əldə edəcəklərinə və Ukrayna Respublikasında fəaliyyət göstərən “Ukrpapir” şirkətinin istehsal etdiyi tərəzi aparatlarında istifadə edilən lentlərin topdan satış olaraq ucuz qiymətə ölkə ərazisinə idxalını təşkil edib həmin tərəzi lentlərini satmaqla daha böyük miqdarda qazanc əldə edəcəklərinə dair yalan vəd verməklə Ömer Ayın ona olan etibarından sui-istifadə edərək 10 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8 Noyabr prospekti, döngə 1 ünvanında yerləşən «Asiman» restoranında Ömer Aya məxsus 13.250 manat və 12 dekabr 2020-ci il tarixdə eyni məqsədlə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8 Noyabr prospekti, döngə 1 ünvanında yerləşən «Asiman» restoranında Ömer Aya məxsus 12.525 manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ümumilikdə Ömer Aya məxsus 25.775 manat məbləğində pulu ələ keçirməklə sonradan həmin məbləğin 6.775 manat olan hissəsini nağd və əmtəə məhsulları formasında qaytararaq zərər çəkmiş şəxs X4 19.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, zərər çəkmiş şəxslə şahid arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolu, hadisə yerinə baxış keçirilməsi haqqında, sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında, diskə baxış keçirilməsi haqqında protokollar, əlyazma mətnləri, “Vhatsapp” ani mesajlaşma sistemi vasitəsilə aparılmış yazışmalar, sorğulara alınmış cavablar və onun əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin sentyabr ayının əvvəllərində Ömərin dəvəti ilə onunla Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Asiman» restoranında görüşmüşdürlər. Görüş vaxtı Ömər özünün də onun məşğul olduğu kağız məmulatlarının satışı işinə müəyyən məbləğdə sərmayə qoymaq istədiyini bildirmişdir. O da Ömərin təklifi ilə razılaşıb kassa və tərəzi aparatlarında istifadə edilən çeklərin və lentlərin ölkə daxili bazarda topdan satış qiymətə alınıb gəlir əldə olunması üçün müxtəlif iri supermarketlərə və digər topdan satış məntəqələrinə satılması işinə sərmayə qoya biləcəyini söyləmişdir. Ömər də onun təklifi ilə razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən kağız məmulatlarından kassa və tərəzi aparatlarında istifadə olunan çeklərin və lentlərin topdan satış olaraq alınmasını və onun müxtəlif iri supermarketlərə və digər satış məntəqələrinə satılması işini o təşkil etməli və həyata keçirməli, həmin fəaliyyətə sərmayəni isə Ömər qoymalı imiş. Sərmayə olaraq qoyulan məbləğ Ömər tərəfindən verildiyinə görə birgə şərikli iş fəaliyyətindən əldə olunacaq qazancın 70 faizi Ömərin, 30 faizi isə onun payına düşməli imiş. Həmin görüşdən bir neçə gün sonra 09 sentyabr 2020-ci il tarixdə Ömərlə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən «Keşlə bazarı»nın yaxınlığında görüşmüşdürlər. Görüş zamanı Ömər özünə məxsus olmaqla idarə etdiyi «Hyundai» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı cip modelli avtomobilin içərisində ona 4.000 manat məbləğində pul vermiş və o da 4.000 manat məbləğində pulu sayıb qəbul etmişdir. Ömər 4.000 manat məbləğində pulu qəbul etməyini təsdiq edən yazılı sənəd verməyini xahiş etmişdir. O da hər hansı bir etiraz etmədən razılaşmışdır. Bundan sonra Ömər avtomobilin içərisində ağ vərəqin üzərinə öz xətti ilə 4.000 manat məbləğində pulu ona verməsi ilə bağlı qeydiyyat aparmışdır. Həmçinin Ömər əldə olunacaq xeyrin 70 faizinin ona, 30 faizinin isə ona verilməsini də öz xətti ilə yazmışdır. Ömərin yazdıqlarını o və Ömər öz xəttləri ilə imza edərək təsdiq etmişdirlər. Həmin görüşdən 2-3 gün sonra Ömərlə «Asiman» restoranında görüşüb bir neçə gün əvvəl ona verdiyi 4.000 manat məbləğində pulun kassa və tərəzi aparatlarında istifadə olunan çeklərin və lentlərin topdan satış qiymətə alınıb müxtəlif iri supermarketlərə və digər satış məntəqələrinə satılması işindən əldə olunmuş qazancdan 800 manat əlavə etməklə cəmi 4.800 manat məbləğində pulu şəxsən Ömərə vermişdir. Ömər də əlavə pul lazım olduğu təqdirdə yenidən ondan ala biləcəyini bildirmişdir. Buna görə də sonrakı müddət ərzində bir neçə dəfə Ömərdən həmin fəaliyyətə sərmayə olaraq müxtəlif məbləğlərdə pullar almışdır. Almış olduğu pulları kassa və tərəzi aparatlarında istifadə olunan çeklərin müxtəlif iri supermarketlərə və digər topdan satış məntəqələrinə satılması işinə sərmayə kimi yatırıb bir neçə gün sonra əldə olunmuş gəlirdən Ömərin ona sərmayə olaraq vermiş olduğu məbləğlə birlikdə əldə olunmuş gəlirə uyğun Ömərə müxtəlif məbləğlərdə pullar qaytarmışdır. Hətta bir dəfə əldə olunmuş gəliri əsas məbləğdə pulla birlikdə Şahid3 vasitəsilə Ömərə çatdırmışdır. Xatırladığı qədəri ilə 2021-ci ilin yanvar ayından etibarən Ömərdən kassa və tərəzi aparatlarında istifadə olunan çeklərin və lentlərin müxtəlif iri supermarketlərə satılması işinə sərmayə kimi yatırmaq adı ilə hər hansı bir məbləğdə pul almamışdır. Kassa və tərəzi çeklərini əsasən «Bravo», «Rahat» kimi böyük supermarketlərə, «Qoçət», «Büyükfırat» kimi restoranlara və digər iaşə obyektlərinə satırmış. 15 dekabr 2020-ci ildə Ömər Aya məxsus "xxxx" MMC ilə onun arasında 6.627 manat məbləğində "xxxx" MMC-nin istehsal etdiyi özü yapışan rulonun onun tərəfindən alınması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə əsasında həmin malları nisyə olaraq almış və almış olduğu malları isə müxtəlif ticarət və iaşə obyektlərinə satmışdır. Həmin satışdan pullar tam olaraq ona ödənilsə də həmin ərəfələrdə mal dövriyyəsində zəifçilik olduğundan və özünün də maddi imkanı aşağı olduğundan Ömərdən almış olduğu özü yapışan rulona görə 6.627 manat məbləğində pulu ona verə bilməmişdir. Buna görə də Ömərdən həmin pulu ona qaytarmağı üçün ona müəyyən qədər vaxt verməsini xahiş etmişdir. Təxminən 2 ay müddətində o yenə də Ömərə verməli olduğu 6.627 manat məbləğində pulu ona verə bilməmişdir. Bundan sonra malın pulunun ödənilməsi ilə bağlı Ömərlə arasında narazılıq yaranmışdır. 18 may 2021-ci il tarixdə Ömərlə aralarında olan haqq-hesab məsələsini aydınlaşdırmaq üçün qohumu Mirkamil və Ömərlə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Böyükfırat» restoranında görüşmüşdürlər. Görüş zamanı maddi durumunun zəif olmasına görə 6.627 manat məbləğində puldan ona hər hansı bir məbləğdə pul qaytara bilməyəcəyini bildirmişdir. Lakin pulun əvəzində ona müəyyən məbləğdə tərəzi lenti verə biləcəyini, müəyyən müddət ərzində də 6.627 manat məbləğdə puldan qalan hissəni ödəyəcəyini bildirmişdir. Ömər də onun təklifi ilə razılaşmışdır. Bundan sonra Ömər yenidən ağ vərəqdə öz xətti ilə 20 may 2021-ci il tarixində ona 6 palet tərəzi çəkini Sumqayıtda olan sexinə təhvil verəcəyi, həmin 6 palet tərəzi lentini ödəniş olaraq qəbul edib qalan məbləği isə 15 iyul 2021-ci il tarixdə tam olaraq qaytaracağı barədə qeydiyyat aparmışdır. Daha sonra hər ikisi həmin ağ vərəqi imzalamışdırlar. Həmin ərəfələrdə Azərbaycan Respublikasında sərhədlər baş verən pandemiya şərtlərinə əsasən iaşə obyektlərin çoxu fəaliyyət göstərmədiyi üçün gördüyü işlərin 80% dayandırılmış və xərcləri ödəyə bilməmişdir. Buna görə də Ömərə söz vermiş olduğu 6 palet tərəzi çəkini verə bilməsmişdir. Həmçinin ona borclu qaldığı 6.627 manat məbləğində puldan hər hansı bir ödəniş edə bilməmişdir. O Ömər Aya da həmin məbləği ödəməkdən boyun qaçırmadığını, sadəcə həmin ərəfədə işi zəiflədiyi üçün ona pulu ödəyə bilmədiyini dəfələrlə bildirmişdir. Ömərdən kassa və tərəzi aparatlarında istifadə olunan lentlərin və çeklərin topdan satış olaraq alınıb müxtəlif supermarketlərə və digər satış məntəqələrinə satılması fəaliyyəti ilə sərmayə olaraq aldığı pulları həmin işə yatırıb əlavə olaraq qazanc əldə etmişdir. Ömərlə aralarında olan razılaşmaya əsasən həmin qazancın da 70 faizini ona vermişdir. Ömərin müraciəti əsasında Nizami RPİ-də araşdırma aparıldığı zaman ona ümumi dəyəri 2.081 manat təşkil edən kassa çeki vermişdir. Ömər də onu ödəniş əvəzi qəbul etmişdir. Halhazırda Ömərlə arasında 4.546 manat məbləğində qaimə əsasında aldığı yapışqan lentin (skoçun) pulu qalmışdır. Ömərə 19.000 manat məbləğində pul verəcəyinin olmadığını, ondan kassa və tərəzi aparatlarında istifadə edilən çekləri və lentləri topdan satışdan olaraq alıb böyük və nüfuzlu supermarketlərə satmaqla gəlir əldə etmək üçün 13.250 manat və 12.525 manat məbləğlərində pullar almadığını, Ömərdən həmin məqsədlə müxtəlif məbləğlərdə almış olduğu bütün pulların hamısını həmin işə sərmayə olaraq yatırıb əldə olunmuş qazancı da artıqlaması ilə ona qaytarmasını bildirmişdir. O heç bir dələduzluq etməmişdir. Əlavə olaraq bildirmişdir ki, Ömər Ay ibtidai istintaq orqanına onun özünün istifadəsində olan ***-***-**-** nömrəsində olan yazışmaları təqdim etmiş, ***-***- **-** nömrəsində olan yazışmaları təqdim etməmişdir. Həmin yazışmaları məhkəməyə təqdim edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Ay Ömər Celal oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayından etibarən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Alüminium zavodunun yaxınlığında icarəyə götürdüyü sexin müdiri Şahid1 vasitəsilə tanımışdır. Mirkamil ona Təqsirləndirilən şəxs baldızı oğlu olaraq təqdim etmişdir. Həmin ərəfələrdən başlayaraq Cavid bir neçə dəfə onun yanına gəlmişdir. Cavidlə aralarında onun və Cavidin iş fəaliyyətləri ilə əlaqədar söhbətləri olmuşdur. Bununla belə Mirkamil ona Cavidlə münasibətlərdə ehtiyatlı olmağı ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasında “Covid l9” pandemiyası başladıqdan sonra 2020-ci ilin avqust ayının sonlarında Cavid onun yanına gələrək yeni biznes planının olduğunu, super marketlərdə kassa aparatlarında istifadə edilən çekləri və lentləri topdan satış olaraq alıb və ya sifariş edib gətirərək həmin lentləri “Bravo”, “Rahat” super marketlər şəbəkəsinə və digər topdan satış məntəqələrinə satmaqla xeyli miqdarda gəlir əldə ediləcəyini, hətta o artıq qeyd etdiyi mağazalar şəbəkəsi və digər ticarət obyektləri və topdan satış məntəqələrindən sifarişlər aldığını, lentlərin gətirilməsi üçün danışıqlar apardığını, ancaq bir miqdar sərmayəyə ehtiyac olduğunu bildirmişdir. Cavid təkidlə ona «bu işdə çox yaxşı pul var, əgər maliyyə dəstəyi versən hər ikimiz pul qazanacağıq» sözlərini demişdir. Cavidin bu “şirin” danışığına inanıb onun təklifi ilə razılaşmışdır. Bu məqsədlə Cavidlə ilk dəfə 09 sentyabr 2020-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Şəki» kafesinin yaxınlığında idarə etdiyi avtomobilin içərisində görüşüb 4.000 manat məbləğində pulu Cavidin istəyi ilə ilkin sərmayə olaraq ona vermişdir. Həmin vaxt o və Cavid təklikdə olmuş və yanlarında hər hansı bir şəxs olmamışdır. Aralarında olan danışıq şərtlərinə əsasən iş üçün tələb olunan sərmayə üçün pulu o qoyduğuna görə çeklərin və lentlərin satışından əldə olunacaq gəlirin 70 faizi onun, 30 faizi isə Cavidə qalmalı imiş. Cavidlə ilk iş birliyi olduğundan zəmanət olaraq 4.000 manat məbləğində pulu ona verməyi ilə bağlı ağ vərəqdə öz xətti ilə aralarında olan danışıq şərtləri ilə bağlı müvafiq qeydiyyatlar aparmışdır. Cavid də öz xətti ilə ağ vərəqdə aparılan qeydiyyatları oxuyub sonunda öz xətti ilə imza etmişdir. O da həmçinin vərəqənin digər tərəfində imza etmişdir. Bundan sonra Cavidlə sağollaşıb ayrılmışdır. Bir neçə gün sonra Cavid lentlərin satışı ilə bağlı ona vermiş olduğu 4.000 manat məbləğində puldan 700 manat məbləğində pul vermişdir. Bu üsulla Cavid ona sərmayə olaraq verdiyi 4.000 manat məbləğində pulu təxminən 1 ay ərzində hissə-hissə olmaqla üzərində təxminən 400-450 manat məbləğində gəlir olmaqla qaytarmışdır. Sonrakı müddət ərzində Cavidin təklifi ilə kassa çeklərinin və lentlərinin topdan satış olaraq alınıb müxtəlif marketlərə, ticarət-iaşə obyektlərinə və digər satış məntəqələrinə satışı işinə müxtəlif məbləğlərdə sərmayələr qoymuşdur. Belə ki, müxtəlif vaxtlarda ayrı-ayrılıqda olmaqla təxminən 8-10 dəfə Cavidə bununla bağlı 1000 manatdan başlayaraq 6000 manat məbləğə qədər müxtəlif məbləğlərdə pullar vermişdir. Cavid də həmin məbləğlərdə pulları ona müxtəlif formalarda və gecikmələr olsa da söz vermiş olduğu qazancın 70 faizi məbləğində gəlirlə birlikdə qaytarmışdır. Lakin Cavid həmin pulları hissə-hissə olmaqla 200-800 manat məbləğlər arası qaytarmışdır. Cavidin deməsinə görə o ucuz qiymətə topdan satış üçün nəzərlə tutulmuş kassa lenti olduğu halda ona böyük məbləğdə pul qaytarmaq əvəzinə ona qazancla birlikdə əldə olunmuş ümumi məbləğdən vermək üçün ayırdığı pulun müəyyən məbləğinə yenidən kassa lenti alıb sataraq qazanc əldə edirmiş. Kassa lentlərinin qutu ilə topdan satışı təxminən 40-45 qəpik arasında dəyişirmiş. Buna görə də həmin işlə bağlı gəlir demək olar ki az məbləğdə olurmuş. Cavidlə aralarında olan hesablaşmaların hamısını «Vhatsapp» ani mesajlaşma sistemi vasitəsilə aparırmışlar. Belə ki, o Cavidə həm verdiyi, həm də ondan aldığı pulları mesaj olaraq ona göndərirmiş. Cavid də hər dəfəsində kassa lentlərinin satışından əldə olunması nəzərdə tutulan qazancın hesabatını apardığı və öz xətti ilə yazdığı vərəqin şəklini çəkib ona göndərirmiş. Cavidin həmin fəaliyyətdən ona müəyyən məbləğdə borcları qalsa da hissə-hissə qaytarmış və yaxud onu müəyyən qədər gözləməyini xahiş etmişdir. Cavidin ona olan ödəmələrində uzun müddətli gecikmələr olmadığı üçün onun düzgün və səmimi bir insan olduğuna inanmış və onda Cavidə qarşı etibar yaranmışdır. Bununla belə həmin ərəfələrdə kassa lentlərinin satışı işinə qoymuş olduğu sərmayənin qaytarılması və əlavə qazancın verilməsi ilə bağlı aralarında hər hansı bir narazılıq və anlaşılmazlıq olmamışdır. Buna görə də Cavidə qarşı onda müəyyən mənada etibar və inam yaranmışdır. Bu baxımdan artıq Cavid dövriyyəni daha da genişləndirməklə daha böyük həcmdə gəlir əldə etmək üçün kassa aparatlarında və tərəzilərdə istifadə edilən lentləri topdan satışdan alıb «Bravo», «Rahat» və digər böyük supermarketlər, ticarət-iaşə obyektlərinə də satmağı təklif etmişdir. O da Cavidin təklifini anlayışlı qarşılayıb təklifi ilə razılaşmışdır. Bu məqsədlə 10 noyabr 2020-ci ildə Cavidlə Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospektində yerləşən “Asiman” restoranında görüşüb ona orada kassa aparatlarında və tərəzilərdə istifadə edilən lentləri topdan satışdan alıb böyük supermarketlərə satmaqla gəlir əldə edilməsi fəaliyyətinə sərmayə olaraq 13250 manat məbləğində pul vermişdir. Cavid pulu alıb qəbul etdikdən sonra görəcəyi hər bir işlə bağlı ona hesabat verəcəyini bildirmişdir. Onun deməsinə görə kassa aparatlarında və tərəzilərdə istifadə edilən çekləri və lentləri topdan qiymətə alıb dərhal da «Bravo», «Rahat» və digər böyük supermarketlər, ticarət-iaşə obyektlərinə satmağı planlaşdırırmış. Əldə olunacaq gəlir də aralarında razılaşdıqları kimi müvafiq olaraq 70 faiz mənə, 30 faiz isə Cavidə verilmək şərti ilə bölünməli imiş. Həmin vaxt o və Cavid yenə də ikilikdə görüşmüşdürlər. Yenidən Cavidlə sağollaşıb ondan xeyirli xəbərlər gözlədiyini bildirmişdir. Sonradan Cavid kassa aparatlarında və tərəzilərdə istifadə edilən lentləri topdan qiymətə alıb «Bravo», «Rahat» və digər böyük supermarketlərə satdığını bildirmişdir. Lakin Cavidin deməsinə görə həmin supermarketlər ödənişləri lentlərin istifadəsi başa çatdıqdan sonra təxminən 15-20 gün müddətində ödəməli imiş. Bununla paralel Cavid «Bravo», «Rahat» və digər böyük supermarketlərə satmağı planlaşdırdıqları kassa aparatlarında və tərəzilərdə istifadə edilən çeklərin və lentlərin satışı ilə bağlı fəaliyyətdən əvvəl aralarında olan hesablaşmalara əsasən ona verməli olduğu pulları da hissə-hissə qaytarırmış. Aralarında olan razılaşmaya əsasən həmin qaytarılan pulları əvvəlki fəaliyyət dövrünə aid edirmişlər. Yəni həmin pulların «Bravo», «Rahat» və digər böyük supermarketlərə satmağı planlaşdırdıqları kassa aparatlarında və tərəzilərdə istifadə edilən çeklərin və lentlərin satışı ilə bağlı sərmayə olaraq qoyduğu 13250 manat məbləğində pula aidiyyəti yox imiş. Bir neçə gün sonra Cavid «Bravo» və «Rahat» supermarketlərə kassa aparatlarında və tərəzilərdə istifadə edilən çeklərin və lentlərin satışından ümumilikdə 16310 manat məbləğində pul veriləcəyi ilə bağlı «Vhatsapp» ani mesajlaşma sistemi vasitəsilə ona hesabat formasında mesaj göndərmişdir. Cavid supermarketlərin bir neçə gün ərzində onun hesabına ödəniş edəcəyini, həmin ödənişi də aramızda razılaşdıqları kimi böləcəyini bildirmişdir. Bir neçə gün sonra 2020-ci ilin dekabr ayının təxminən əvvəllərində Cavid onunla əlaqə saxlayıb işlərin çox yaxşı getdiyini, Ukrayna Respublikasından ucuz qiymətə tərəzilərdə istifadə edilən lent partiyasının olduğunu bildirib həmin partiyanın sifariş edilməsinin zəruri olduğunu və həmin partiyanın sifariş edilib ölkə ərazisinə gətirilməklə daha böyük gəlir əldə edəcəklərini söyləmişdir. O Caviddən ilkin olaraq «Bravo», «Rahat» və digər böyük supermarketlərə satdıqları kassa aparatlarında və tərəzilərdə istifadə edilən lentlərin satışından əldə olunacaq pulu gözləməyi təklif etsə də o Ukrayna Respublikasında «Ukrpapir» şirkətinin istehsal etdiyi tərəzi lentlərinin ucuz və münasibət qiymətə düşdüyünü və onları mütləq almalı olduqlarını bildirmişdir. Yenə də Cavidə inanıb onunla razılaşmışdır. 12 dekabr 2020-ci il tarixdə Cavidin istəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospektində yerləşən “Asiman” restoranında görüşmüş və orada ona Ukrayna Respublikasının «Ukrpapir» şirkətinin istehsal etdiyi tərəzi lentlərinin sifariş edilməsi üçün 12525 manat pul vermişdir. Həm 13.250 manat, həm də 12.525 manat məbləğində pulları Cavidə onun əvvəlcədən almaq və ya sifariş etmək istədiyi malların sayına, miqdarına və ölçülərinə uyğun onun hesablamasına əsasən vermişdir. Sonradan Cavid daha da onun etibarını qazanmaq üçün işlətdiyi müəssisədən nisyə olaraq sktoç götürüb satmaq istədiyini bildirmişdir. O yenə də Cavidə etiraz etməmişdir. Bununla bağlı satış meneceri olaraq işlədiyi "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında 15 dekabr 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin bağlanmasından sonra 24 dekabr 2020-ci ildə Cavid işlədiyi müəssisədən 6627 manat məbləğində nisyə olaraq sktoç götürmüşdür. 2-ci dəfə 08 fevral 2021-ci ildə Cavid işlədiyi müəssisədən 3060 manat məbləğində nisyə olaraq sktoç götürmüşdür. Cavid ondan nisyə olaraq götürmüş olduğu sktoçların ümumi ödənişindən 26 mart 2021-ci il tarixdə ona cəmi 3000 manat məbləğində pul ödəmişdir. Aralarında olan razılığa əsasən Cavidin ödədiyi 3000 manat məbləğində pulu ikinci dəfə nisyə olaraq götürdüyü sktoçların məbləğinə hesablaışdırlar. 1-ci dəfə alışdan qalan 6627 manat məbləğində pul Cavidin ondan nisyə götürdüyü sktoçlara görə verməli olduğu məbləğ olaraq qalmışdır. Həmin ərəfələrdə Cavidlə aralarında «Vhatsapp» ani mesajlaşma sistemi vasitəsilə işlə bağlı yazışmaları davam etmişdir. Belə ki, Cavid ona «Bravo», «Rahat» və digər böyük supermarketlərə satdıqları kassa aparatlarında və tərəzilərdə istifadə edilən lentlərdən nə qədər satıldığının hesabatını göndərir, satışdan əldə olunacaq ümumi gəliri, həmin gəlirdən ayrı-ayrılıqda hər birlərinə çatası olacaq məbləği hesablayıb göndərir, həmçinin Ukrayna Respublikasından nə qədər mal sifariş etdiyi barədə məlumat vermişdir. Bəzi hallarda isə hətta gömrükdən fotoşəkillər göndərərək yeni malın gəldiyini və bununla bağlı sənədləşməni gözlədiyini deyirmiş. Mart ayının sonlarına qədər olan müddət ərzində Cavid «Bravo», «Rahat» və digər böyük supermarketlərə satdığı kassa aparatlarında və tərəzilərdə istifadə edilən lentlərin satışından ona hər hansı bir məbləğdə pul verməmişdir. Mart ayının sonunda dəqiq xatırlamadığı tarixdə isə Cavid satışdan əldə edilmiş 836 manat məbləğində pulu aldığını, daha sonra bunu borc olaraq ümumi məbləğin üzərinə gəlməklə qaytaracağını bildirmişdir. O isə artıq Caviddən sonuncu dəfə ona vermiş olduğu cəmi 25.775 manat məbləğində pulun hesabatını tələb etdikdə o həmin məbləği dediyi kimi «Bravo», «Rahat» və digər böyük supermarketlərdə kassa aparatlarında və tərəzilərdə istifadə edilən lentlər alıb həmin supermarketlərə satdığını və Ukrayna Respublikasında fəaliyyət göstərən «Ukrpapir» şirkətindən tərəzi lenti sifariş etdiyini bildirmişdir. Lakin həmin fəaliyyətlərdən Cavid hər hansı bir gəlir əldə olunması ilə bağlı ona məlumat vermədiyinə görə o artıq Cavidə verdiyi pulların hesabatını tələb etməyə başlamışdır. Mart ayının sonlarından aprel ayının əvvəllərinə qədər olan müddət ərzində Cavid ona bir dəfə 4490 manat, ikinci dəfə isə 800 manat məbləğində pul vermişdir. Hətta bir dəfəsində Cavid topdan satışda ucuz və münasib qiymətə tərəzi lenti olmasını bildirib təkidlə onu almaq lazım olduğunu demişdir. O isə ona bir daha bu məqsədlə pul verməyəcəyini bildirdiyinə görə bu təklifdən imtina etmişdir. Buna görə də artıq Cavidin vəd vermiş olduğu fəaliyyətlərdən hər hansı bir nəticə olmadığını görüb ondan pullarını geri qaytarmasını tələb etməyə başlamışdır. Cavidlə əlaqə saxlayıb ondan hesabat tələb edib gətirdiyi malları ona da göstərməsini bildirmişdir. Cavid isə hər dəfəsində müxtəlif bəhanələr gətirməkdə davam etmişdir. Buna görə də 18 may 2021-ci il tarixdə Cavidin qohumu Mirkamillə danışıb birlikdə üçlükdə görüşməklərinin vacib olduğunu bildirmişdir. Həmin günü Mirkamil, Cavid və o Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında yerləşən kafelərdən birində görüşmüşdürlər. O əvvəlcədən Mirkamilə Cavidin onu aldadaraq pulu ələ keçirməsi barədə məlumat verdiyinə görə Mirkamil dərhal Caviddən ona verməli olduğu pulları qaytarmasını bildirmişdir. Cavid də verməli olduğu bütün pulları qısa zamanda ona qaytaracağına söz vermişdir. O bununla bağlı ağ vərəqdə öz xətti ilə Cavidin söz verdiyi bütün vədləri yazmışdır. Belə ki, Cavid 20 may 2021-ci il tarixədək 6 palet tərəzi lentini Sumqayıtdakı sexinə təhvil verəcəyini, ümumi qalan bütün qaytarmalı olduğu pullarını isə 15 iyul 2021-ci il tarixədək bağlayacağını bildirmişdir. Cavid həmin ağ vərəqənin alt hissəsində öz xətti ilə imza etmişdir. 20 may 2021-ci il tarixi gəldikdə də Caviddən xəbər çıxmamışdır. Dəfələrlə Cavidlə əlaqə saxlamağa çalışsa da Cavid onla əlaqəyə çıxmamışdır. Həmin ərəfələrdə özünü Cavidin bacısı kimi təqdim edən qadın onla əlaqə saxlayıb hansı səbəbdən Cavidə mütəmadi zəng etməyinin səbəbini soruşmuşdur. O da bununla bağlı Caviddən xəbər almasını, lazım gələrsə görüşməyə hazır olduğumu bildirmişdir. 23 may 2021-ci il tarixdə günorta saatlarında Cavidlə Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospektində yerləşən “Asiman” restoranında görüşmüşdür. Həmin vaxt Cavid qardaşı Fərid və bacısı Fəridə ilə birlikdə oraya gəlmişdir. Söhbət əsnasında Cavid bacısı Fəridə və qardaşı Fəridin yanında onu aldadıb pulunu ələ keçirdiyini etiraf etmişdir. Belə ki, o pulumu ələ keçirdikdən sonra heç bir mağaza ilə ticarət etmədiyini, Ukrayna Respublikasından hər hansı bir lent sifariş vermədiyini səmimi bildirmişdir. Buna görə də həmin vaxt orada Cavidlə aralarında olan haqq-hesabla bağlı hesabat aparmış və ağ vərəqdə öz xətti ilə apardığı hesablamalar nəticəsində Cavidin ona 21321 manat pul verəcəyi qalmışdır. Həmin vaxt Cavid həmin pulu tez bir zamanda ona qaytaracağını bildirsə də qalan 21321 manat pulu isə qaytarmamışdır. Bir neçə dəfə pulunu ondan istəsə də, Cavid ona bankdan 35000 manat məbləğində kredit götürüb verəcəyini söyləmişdir. Ancaq Cavid vermiş olduğu vədlərinə baxmayaraq ümumiyyətlə həmin vaxtdan etibarən ona hər hansı bir məbləğdə pul qaytarmamışdır. O da məcbur qalıb Cavidin onu aldadaraq pulunu ələ keçirməsi barədə Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında sübut qismində təqdim etdiyi ***-***-**-** nömrəli telefonla aparılan yazışmaların olduğu diskdəki görüntülər onun özü tərəfindən təqdim edilmişdir. İbtidai istintaq zamanı da, qeyd edilən yazışmaların mövcud olmasını bildirsə də, lakin sübut əhəmiyyəti daşımadığından iş materiallarına əlavə edilməmişdir. Müraciət etdikdən sonra araşdırma aparıldığı zaman Cavid 2021-ci ilin oktyabr ayında ona cəmisi 2000 manat dəyərində mal və 321 manat pul versə də qalan 19.000 manat məbləğində pulunu yenə də qaytarmamışdır. Hal-hazırda ona vurulmuş zərərdən ona 4896 manat ödənilmiş, 14.104 manat pul isə ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, o, Türkiyə Cümhuriyyətinin vətəndaşı olan Ay Ömər Cəlal oğlunu əvvəllər tanımamışdır. Onu sonradan qardaşı Cavidlə aralarında olan kassa və tərəzi aparatlarında istifadə olunan çeklərin və tərəzi lentlərinin topdan satış olaraq alınıb müxtəlif iri supermarketlərə satılması üçün sərmayə qoyulması ilə bağlı aralarında olan fəaliyyətlərindən sonra tanımışdır. Lakin qardaşı Cavidlə Ömər arasında olan iş birliyinin konkret olaraq hansı formada olması və onların ticarət əlaqələrini necə tənzimləməsi barədə əlavə hər hansı bir məlumatı olmamışdır. 2020-ci ilin xatırladığı qədəri ilə noyabr ayının sonlarında dəqiq xatırlamadığı tarixdə qardaşı Cavid 4.240 manat məbləğində pulu ona təqdim edib təcili şəxsi işlərinin olmasını bildirərək həmin məbləğdə Ömərə çatdırmağını xahiş etmişdir. O da Caviddən 4.240 manat məbləğində pulu qəbul edib onun deməsi əsasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən «Asiman» restoranının qarşısına gəlmişdir. Həmin yerdən Ömərin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayıb Cavidin qardaşı olduğunu və onunla görüşmək lazım olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra Ömər adlı şəxs «Asiman» restoranının qarşısına gəlmişdir. Ömərlə görüşüb Cavidin ona verdiyi 4.240 manat məbləğində pulu ona vermişdir. Ömər də pulu sayıb qəbul etmişdir. Cavidin ona verdiyi 4.240 manat məbləğində pulun konkret olaraq nə məqsədlə Ömərə verilməsini bilməmişdir. Daha sonra Ömərlə sağollaşıb ayrılmışdır. Sonradan həmin məbləğdə pulu Ömərə çatdırmağı barədə Cavidə məlumat vermişdir. Bir müddət keçdikdən sonra yaşadığı evdə olarkən Cavidin Ömərlə telefon daışığı zamanı mübahisə etməsini eşitmişdir. Caviddən nə baş verməsini xəbər aldıqda onun deməsindən kassa və tərəzi aparatlarında istifadə olunan çeklərin və tərəzi lentlərinin topdan satış olaraq alınıb müxtəlif iri supermarketlərə satılması işi ilə bağlı fəaliyyətlərindən Ömərlə arasında narazılıq olmasını öyrənmişdir. Həmin söhbətdən bir neçə gün sonra böyük qardaş olaraq bacısı X1 ilə birlikdə Ömərlə görüşüb məsələni aydınlaşdırmaq qərarına gəlmişdirlər. 2021-ci ilin may ayında dəqiq xatırlamadığı tarixdə o, Cavid, bacısı Fəridə ilə birlikdə Ömərlə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən «Asiman» restoranında görüşmüşdürlər. Ömər görüşə yalnız özü gəlmişdir. Görüş zamanı o və bacısı Fəridə Ömərdən qardaşı Cavidlə aralarında olan birgə iş fəaliyyətləri ilə bağlı nə kimi haqqhesablarının olmasını xəbər almışdırlar. Ömər də özü ilə gətirmiş olduğu kitabçada olan qeydlərini və müxtəlif ağ vərəqələri göstərib Cavidə kassa və tərəzi aparatlarında istifadə olunan çeklərin və tərəzi lentlərinin topdan satış olaraq alınıb müxtəlif iri supermarketlərə satılması işinə sərmayə olaraq qoyulması ilə bağlı dəqiq xatırlamadığı məbləğlərdə pul verməsini və Cavidin onu aldadaraq pullarını qaytarmamasını və hal-hazırda Cavidin ona xatırlamadığı məbləğdə pul verməli olmasını bildirmişdir. O və bacısı isə Ömərin kitabçada və ağ vərəqələrdə özü tərəfindən yazılmış olan qeydlərin heç bir əsası olmadığını bildirib rəsmi sənəd təqdim etməsini tələb etmişdirlər. Ömər isə təkidlə Cavidlə aralarında olan kassa və tərəzi aparatlarında istifadə olunan çeklərin və tərəzi lentlərinin alınıb müxtəlif iri supermarketlərə satılması işinə sərmayə qoyuluşu ilə bağlı fəaliyyətlərinin öz aralarında apardıqları yazışmalar və qeydiyyatlar əsasında olmasını bildirib Cavidin ona borclu olmasını əsaslandırmışdır. O və bacısı Fəridə isə bunu qəbul etmədiklərini Ömərə izah etmişdirlər. Ömər də Cavidlə aralarında olan fəaliyyətlə əlaqədar bütün hesablaşmaları başqa vaxt rəsmi olaraq da təqdim edə biləcəyini demişdir. Bundan sonra onlar Ömərlə görüşüb ayrılmışdırlar. Həmin görüş nəticəsində Cavidlə Ömərin arasında olan birgə iş fəaliyyəti ilə bağlı Cavidin Ömərə konkret olaraq nə qədər borclu olması ilə bağlı qəti nəticəyə gəlmək mümkün olmamışdır. Lakin bir neçə ay sonra Cavidin özünün deməsindən onun Ömərlə aralarında olan birgə iş fəaliyyəti ilə əlaqədar ona konkret olaraq hansı əsasla və dəqiq bilmədiyi məbləğdə borcunun olmasını öyrənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 qardaşı Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid1 iclasa gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Türkiyə Cümhuriyyətinin vətəndaşı olan Ömər Ayı təxminən 15 ilə yaxın müddət olar ki tanıyır. Ömər Ay Sumqayıt şəhərində yerləşən ona məxsus sexdə yapışqan lentlərinin (sktoç) istehsalı və satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs uzaq qohumu olmaqla həmin lentlərin satılmasında Ömər Aya köməklik göstərməsini bildirmişdir. Cavidlə Ömər tanış olduqdan sonra şərikli olaraq iş qurmaq istəmişlər və aralarında bu barədə söhbət olsa da o onların arasında olan danışıqlarda iştirak etməmişdir. Lakin sonradan onların kassa və tərəzi aparatlarında istifadə edilən çeklərin və lentlərin topdan satışdan alınıb marketlərə və digər satış məntəqələrinə satmaq fəaliyyətləri barədə eşitmişdir. Buna baxmayaraq onların arasında olan şərikli iş fəaliyyətinin şərtləri və aralarında oldan danışıqlarla bağlı nə kimi razılaşmalarının olmasından ümumiyyətlə məlumatsız olmuşdur. 2021-ci ilin may ayında Ömərlə aralarında olan danışıq əsnasında onun Cavidə kassa və tərəzi aparatlarında istifadə edilən çeklərin və lentlərin topdan satışdan alınması və supermarketlərə satılması işi ilə əlaqədar təxminən 25.000 manat məbləğində pul verməsini öyrənmişdir. Ömərin xahişi ilə Cavidlə görüşüb məsələni aydınlaşdırmaq üçün 18 may 2021-ci il tarixdə o, Ömər və Cavid Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən kafelərdən birində görüşmüşdürlər. Görüş zamanı o Cavidə Ömərə verməli olduğu bütün pulları geri qaytarmasını tələb etmişdir. Cavid də verməli olduğu bütün pulları qısa zamanda ona qaytaracağına söz vermişdir. Hətta bununla bağlı Ömər ağ vərəqdə öz xətti ilə Cavidin söz verdiyi bütün vədləri yazmışdır. Sonra Cavid həmin ağ vərəqənin alt hissəsində öz xətti ilə imza etmişdir. Həmçinin aralarında olan hesablamalara əsasən Cavidin Ömərə verməli olduğu pulun məbləğinin 21.071 manat olması müəyyən edilmişdir. Aralarında olan söhbət əsnasında o Cavidə əsəbləşərək Ömərə verməli olduğu pulu dərhal geri qaytarmasını və ya həmin məbləğə alınan malları geri təhvil verməsini tələb etmişdir. Cavid də ağ vərəqdə qeyd etmiş olduğu vaxtın sonuna qədər Ömərə qaytarmalı olduğu pulu geri qaytaracağına söz vermişdir. Sonradan Ömər və Cavidlə mütəmadi əlaqə saxlamadığına görə Cavidin pulu Ömərə verib-verməməsi barədə məlumatı olmamışdır. Lakin 2021-ci ilin oktyabr ayında Ömərin Cavid barəsində şikayət etməsindən sonra aparılan araşdırma zamanı izahat verərkən Cavidin hələ də Ömərə verməli olduğu pulu qaytarmamasını öyrənmişdir.(i.v 94-96) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai rayon prokuroru Sərdar İmanovun cinayət işinin başlanılması və aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Ay Ömər Cəlalın müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır( i.v. 1); Ay Ömər Celal oğlunun xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun müxtəlif vaxtlarda dələduzluq yolu ilə ümumilikdə 49.865 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi ilə əlaqədar olaraq onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.(i.v 5-6) 31 yanvar 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, dələduzluq hadisəsi Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8 Noyabr prospekti, döngə 1 ünvanında yerləşən “Asiman” restoranında baş vermişdir.(i.v 27-30) Sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında 05 may 2022-ci il tarixli protokoldan görünür ki, X3 Təqsirləndirilən şəxs ilə aralarında olmuş şərikli iş fəaliyyəti ilə bağlı sübut əhəmiyyəti kəsb edən 03 vərəqədən ibarət əlyazma mətnləri və 02 vərəqədən ibarət elektron qaimələr götürülmüş və həmin sənədlərə baxış keçirilmişdir. Əlyazma mətnlərinə baxış zamanı X5 ilə Təqsirləndirilən şəxs arasında olan şərikli iş fəaliyyətinə dair razılaşma şərtləri, Təqsirləndirilən şəxs pulun və malların qaytarılması ilə bağlı vədləri və iş fəaliyyəti ilə bağlı aparılmış hesablamaların olması müəyyən edilmişdir. (i.v 54-58) 24 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 və Təqsirləndirilən şəxs arasında olmuş şərikli iş fəaliyyəti ilə bağlı içərisində Təqsirləndirilən şəxs “Vhatsapp” ani mesajlaşma sistemi vasitəsilə Ömer Ayın istifadəsində olan mobil telefona göndərdiyi səsli mesajların olduğu CD diskdə təqdim olunmuş səs yazı fayllarına baxış keçirilmişdir.(i.v 66-68) 26 sentyabr 2022-ci il tarixli Zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Ay Ömər Celal oğlu zərər çəkmiş şəxs qismində tanınmışdır(i.v 82) 01 noyabr 2022-ci il tarixli sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, X5 və Təqsirləndirilən şəxs arasında «Vhatsapp» ani mesajlaşma sistemi vasitəsilə aparılmış yazışmalar sübut əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülmüşdür. Həmin yazışmalara baxış zamanı X5 ilə Təqsirləndirilən şəxs arasında kassa aparatlarında və tərəzilərdə istifadə edilən çeklərin və lentlərin topdan satış qiymətə alınıb və ya sifariş olunaraq böyük supermarketlərə satmaqla gəlir əldə edilməsi fəaliyyəti, bir-birlərinə vermiş olduqları pul məbləğləri, aralarında aparılmış hesabatlarla bağlı qeydlər, Ukrayna Respublikasından sifariş olunması nəzərdə tutulan malların növü və ölçüsü, malların təhvil olunma yerləri və iş prosesi ilə bağlı müxtəlif mətn mesajlarının olduğu müəyyən edilmişdir.(i.v 114-151) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v174) "xxxx" MMC-dən alınmış sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Bravo” əmtəə nişanı adı altında fəaliyyət göstərən marketlər şəbəkəsinin hər hansı bir filialına tərəzi aparatlarında istifadə olunan çeklər üçün nəzərdə tutulan lentlərin satılması əməliyyatına dair elektron sistemdə hər hansı bir məlumat aşkar edilməmişdir(i.v 175) Azərbaycan Respublikası Baş X6 İdarəsindən daxil olmuş sorğuya cavabdan görünür ki, Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin kompüter-uçot bazasının məlumatlarına əsasən xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında hazırda qüvvədə olan etibarnamə ilə istifadəsində və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir.(i.v 177-178) Maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, zərər çəkmiş şəxs X5 tərəfindən istintaqa təqdim olunmuş Təqsirləndirilən şəxs ilə aralarında olmuş şərikli iş fəaliyyəti ilə bağlı içərisində Təqsirləndirilən şəxs “Vhatsapp” ani mesajlaşma sistemi vasitəsilə onun istifadəsində olan mobil telefona göndərdiyi səsli mesajların olduğu 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.( i.v184-185) 09 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Ömər Ay ifadəsində bildirdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə deyərək təsdiq etmişdir.(i.v 186-192) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınmış sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi orqanında uçota alınmışdır. Eyni zamanda fiziki şəxsin hesab vərəqəsi üzrə ümumilikdə 4079,62 manat, o cümlədən vergilər üzrə 3166,36 manat, faiz üzrə 910,72 manat və muzdla işləyənləri işə götürən sığorta edənlər (işsizlik) üzrə 2,52 manat, faiz borcu üzrə 0,02 manat vergi borcunu olduğu müəyyən edilmişdir.(i.v 196) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən alınmış sorğuya cavabdan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında Təqsirləndirilən şəxs (VÖEN: **********, FİN xxxxxxx) 01 sentyabr 2020-ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək olan müddət ərzində idxal əməliyyatları haqqında hər hansı məlumat yoxdur.(i.v197) 12 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkib əlamətlərinin olması tam olaraq sübuta yetirildiyindən o Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə həmin maddə ilə məhkəmə məsuliyyətinə verilməsi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, zərər çəkmiş şəxslə şahid arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin, hadisə yerinə baxış keçirilməsi haqqında, sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında, diskə baxış keçirilməsi haqqında protokollar, əlyazma mətnləri, "Whatsapp" ani mesajlaşma sistemi vasitəsilə aparılmış yazışmaların olduğu sənədlər, sorğulara alınmış cavablar və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qəbul edilməsi qərara alınmışdır(i.v 199-212) 12 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v 222-223) 12 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v 237-238) Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsin dələduzluq cinayəti törətməməsinə dair ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır, zərər çəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlar ilə təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş disk məhkəmə iclasında tədqiq edilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edəcək sübut aşkar olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (CM-in 59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar