Məhkəmə qərarları › İş №1(011)-139/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-139/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-139/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili İsgəndərli Könül Teyyub qızının, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Quba rayonu Qırmızı qəsəbə F.Xoyski küçəsi ev 223-də qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, hazırkı iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs5 icarədarı olduğu Bakı şəhəri Xətai rayonu Babək prospekti 10 saylı ünvanda yerləşən “Veqas Studio” adlanan gözəllik salonun giriş qapısını üzərində olan vintaçanla açaraq qanunsuz salona daxil olub oradan saxlanc yeri hesab olunan şkafın siyirməsindən sonuncuya məxsus bir ədəd 300 manat qiymətində “Xiomi Redmi” markalı mobil telefon aparatını və 114 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 414 (dörd yüz on dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs6 icarədarı olduğu ünvan 2 ünvanda yerləşən 19 mərtəbəli binanın 1-ci mərtəbəsindəki “ME DUNA” Psixologiya Mərkəzinin giriş qapısını üzərində gəzdirdiyi vintaçanla açaraq qanunsuz mərkəzə daxil olub oradan masanın üzərindəki kitabçanın arasından sonuncuya məxsus 400 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışı X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq xx xxxx 2020-ci il tarixdə saat 02-03 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanda yerləşən “Fujitsu” adlanan kondisoner havalandırma mağazasının giriş qapısını üzərində gəzdirdiyi vintaçanla açaraq Hüseyn Dadaşzadə ilə birlikdə qanunsuz olaraq mazaya daxil olmuş, mağazanın içərisindəki saxlanc yeri hesab olunan şkafdan 3500 manat pul vəsaitini, 300 manat qiymətində seyfi və bir ədəd 2000 manat qiymətində “Vertu” markalı mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 5800 (beş min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 saylı ünvanda yerləşən binanın 73 nömrəli mənzilində heç kimin olmamasından istifadə edərək pəncərəni üzərində gəzdirdiyi vintaçanla açaraq qanunsuz yaşayış sahəsinə daxil olub yataq otağındakı saxlanc yeri hesab olunan şkafdan sonuncuya məxsus bir ədəd qiyməti 250 manat olan, 585 əyarlı, 3,6 qram çəkidə qızıl üzük, bir ədəd qiyməti 80 manat olan və ürək formasında klonlu boyunbağı, bir ədəd qiyməti 15 manat olan boyunbağı, bir ədədi 35 manat olan iki cüt 70 manat qiymətində ayaqqabları və 30 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 445 (dörd yüz qırx beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışı X18 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq xx xxxxxxx 2020-ci il tarixdə saat 05 radələrində X5 icarədarı olduğu Bakı şəhəri Xətai rayonu Babək prospekti 2345 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsindəki “Bal” adlanan mağazanın giriş qapısını üzərində gəzdirdiyi vintaçanla açaraq Cavid Rüstəmov ilə birlikdə qanunsuz olaraq mazaya daxil olmuş, mağazanın içərisindəki saxlanc yeri hesab olunan kassadan 500 manat pul vəsaitini, ümmulikdə qiyməti 800 manat təşkil edən 25 ədəd “Kent 4” markalı, 20 ədəd “Sobranie” markalı, 11 ədəd “Classic” markalı, 15 ədəd “Winston” markalı, 10 ədəd “LD” markalı, 17 ədəd “Kingston” markalı, 15 ədəd “Kent 1” markalı, 20 ədəd “PallMall” markalı və 20 ədəd “Want” markalı siqaretləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1300 (min üz yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədilə tanışı X18 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq xx xxxxxxx 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 icarədarı olduğu ünvan 5 ünvanda yerləşən “Mələklər” adlanan Tədris Mərkəzinin zirzəmisinin pəncərəsini açaraq Cavid Rüstəmov ilə birlikdə qanunsuz olaraq içəri daxil olmuş və oradakı saxlanc yeri hesab olunan şkafın siyirməsindən sonuncuya məxsus 7043 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 7043 (yeddi min qırx üç yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq əldə edib, əynindəki şalvarının sol yan cibində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Xətai rayonu S.Ə.ünvan 9 saylı ünvanın qarşısında saxlanılıb Xətai rayonu M.Rüstəmov küçəsi 4/6 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli idman şalvarın sol yan cibindən 12 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,076, 0,166, 0,048, 0,130, 0,235, 0,160, 0,188, 0,151, 0,495, 0,373, 0,111, 0,185 qram, ümumi təmiz çəkisi 2,759 qram külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası X2 himayəsində yaşamış, orta məktəbi bitirmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 03 radələrində oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə Xətai rayonu Babək prospekti 10 saylı ünvanda yerləşən “Veqas Studio” gözəllik salonuna yaxınlaşaraq salonunun ətrafına baxmış və heç kimin olmadığından əmin olduqdan sonra kənardan görən şəxslər üzünü görə bilməsin deyə cibində olan motosklet sürücüləri üçün nəzərdə tutulan papağı başına geyinmişdir. Cibində gəzdirdiyi vintaçan ilə salonun giriş qapısını açmış, salona daxil olub otaqlara baxmağa başlamışdır. Salonun içərisinə daxil olarkən sağ tərəfində yerləşən otağa girmiş və içərisində olan əşyalara nəzər yetirdikdə otaqda olan stolun üzərindəki “Redmi” markalı mobil telefonu götürüb cibinə qoymuşdur. Stolun siyirməsini açmış və siyirmənin içərisində pul olduğunu görüb pulu da götürüb cibinə qoymuşdur. Bundan sonra salonun digər otaqlarına baxaraq qiymətli əşya və pul olmadığını görüb salonun qapısından çıxıb papağı başından çıxararaq yenidən başqa oğurluq etmək üçün yer axtarmışdır. Oğurladığı pulu cibindən çıxardıb saydıqda 114 manat olmasını görmüşdür. Həmin günü saat 05 radələrində Bakı şəhəri Xətai rayonu Natiq Əliyev küçəsi 3E ünvanda yerləşən 19 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “ME DUNA” Psixologiya Mərkəzinin qarşısına yaxınlaşmışdır. Kənara boylanıb onu görən heç kimin olmadığından əmin olduqdan sonra papağı başına qoymuş və mərkəzin giriş qapısına yaxınlaşıb əlindəki vintaçan ilə giriş qapının yuxarı və aşağı hissələrinin arasına salaraq qapını aralamağa başlamışdır. Qapının bağlanan hissəsi aralandıqdan sonra qapını açıb mərkəzin içərisinə daxil olmuşdur. Mərkəzin giriş hissəsində yerləşən masaya yaxınlaşıb masada olan kitabçalardan birini götürüb kitabçanı vərəqləyərək arasında pulun olub-olmamasını yoxlamağa başlamışdır. Kitabçanı vərəqləyərkən arasında 400 manat pulun olduğunu görüb pulu götürmüşdür. Bundan sonra digər kitabçaların arasına və mərkəzin içərisində olan digər otaqlara daxil olub şkaflara baxmağa başlamış, lakin pul tapa bilməmiş və çölə çıxıb getmişdir. “Veqas Studio” gözəllik salonundan və “ME DUNA” Psixologiya Mərkəzindən oğurluqları tək etmiş, oğurluq yolu ilə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, bir ədəd mobil telefonu isə səhəri gün xatırlamadığı yerdə tanımadığı şəxsə 50 manata satmışdır. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında tanıdığı Hüseyn Dadaşzadə ilə görüşmüşdür. Hüseyn ilə tanışdır, onu bir neçə aydır ki, tanımışdır. Hüseyn də tüfeyli həyat tərzi sürməklə küçələrdə yaşayır. Həmin günü Hüseyn ilə söhbət edərkən pulunun olmadığını bildirmiş, sonuncu da eyni vəziyyətdə olmasını demişdir. Həmin günü onlar ikisi də razılaşıb haradansa oğurluq etməyi qərarlaşmışlar. Bundan sonra, onlar ikisi də Xətai rayonu ərazisində Bulvar küçəsində gəzib oğurluq etməyə yer axtarmışlar. xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02-03 radələrində komputer mağazası görmüşdür. Hüseynə həmin mağazadan oğurluq etməyi demişdir. Bundan sonra ikisi də mağazanın qarşısında dayanıb ətrafa baxmış və heç kəsin olmadığını görüb mağazanın giriş qapısına yaxınlaşmış, üzərlərində olan vintaçanla qapını açmışlar. Hüseyn ilə birlikdə içəri daxil olmuş və mağazanın içərisində axtarış aparmışlar. Mağazanın ikinci mərtəbəsinə qalxmış və orada olan şkafın qapısını açıb oranı axtardıqda pullar, seyf və mobil telefon görmüşlər. Pulları və telefonu götürüb cibinə qoymuş, seyfi isə Hüseynlə götürüb mağazaya daxil olduğu yerdən çölə çıxmışdır. Pulları saymış və 3500 manat olmasını görmüşdür. Həmin pulu Hüseynlə yarı-yarıya öz arasında bölmüş və ayrılmışdır. Telefonla seyfi isə özü ilə götürmüşdür. Gecəni xatırlamadığı yerdə dayanacaqda gecələmiş və səhər açıldıqda yolla gələn zaman tanımadığı şəxs ilə qarşılaşmışdır. Həmin şəxsə telefonu göstərib satdığını demişdir. Həmin şəxs də üzərində 100 manat pul olmasını demişdir. Həmin şəxs ilə razılaşıb telefonu və seyfi ona vermiş, qarşılığında isə 100 manat pulu almışdır. Həmin şəxsə telefonla seyfin özünə məxsus olmasını bildirmiş və satmışdır. Törətmiş olduğu cinayət hadisəsini özü könüllü olaraq Hüseyn Dadaşzadə ilə birlikdə törətmiş və onlara həmin hadisəni törətməyə heç kim kömək etməmişdir. Həmin mağazadan 3500 manat pul, seyf və bir ədəd telefon oğurlamışlar. Mağazadan başqa heç bir əşya oğurlamamışlar. Oğurladığı telefonu və seyfi satdıqdan sonra əldə etdiyi 100 manat pulu və oğurladığı puldan götürdüyü 1750 manat pulu əyləncələri üçün xərcləmişdir. Oğurladığı telefonu və seyfi satan zaman oğurluq yolu ilə əldə etməyini deməmiş, belə ki, telefonu və seyfi borcun əvəzində verilməsini deyərək gizlətmişdir. Bundan başqa, xx xxxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı mənzildən çıxmış, piyada Xətai rayonu ərazisində olan H.Əliyev adlanan parka gəlmişdir. Yaşadığı mənzildən çıxarkən oğurluq etmək üçün vintaçan götürmüşdür. Parkda bir qədər gəzişdikdən sonra parkın yaxınlığında yerləşən binaların yanına gəlmişdir. Həmin vaxt saat 23 radələri olmuşdur. Orada olan 9 mərtəbəli yaşayış binasının arxa hissəsinə getmiş, binanın orta hissəsində olan və birinci mərtəbədə yerləşən mənzillərdən birinin pəncərəsinin plastikdən olmasını, üzərində dəmir barmaqlığı olmadığını görmüşdür. Yaxınlaşdıqda həmin mənzilin içərisində işıqların yanmadığını görmüş və mənzildə heç kəsin olmadığını fikirləşmişdir. Bunu dəqiqləşdirmək üçün binanın qarşısına getmiş və həmin mənzili tapmışdır. Həmin mənzil binanın 5-ci blokunda birinci mərtəbədə sol tərəfdə yerləşmişdir. Mənzilin giriş qapısı dəmir materialdan və qırmızı rəngli olmuşdur. Ev sahiblərini səsləyib evdə kimlərinsə olub-olmamasını yoxlamağı fikirləşmiş, bu səbəblə də mənzilin qapısını əli ilə bir neçə dəfə vurmuş, lakin evdən çıxan olmamışdır. Başa düşmüşdür ki, evdə heç kim yoxdur. Bundan sonra yenidən binanın arxasına qayıtmışdır. Axşam saatları olduğu üçün ətrafda heç kim olmamış, lakin mütəmadi olaraq küçə ilə avtomobillər gedib-gəlmişdir. Həmin şəraitdən istifadə edərək mənzilin pəncərəsinə yaxınlaşmış və divarda olan arakəsməyə ayağını qoymaqla yuxarı qalxmışdır. Pəncərənin kənarına özü ilə gətirdiyi vintaçanı keçirib güc tətbiq edərək açmışdır. Pəncərənin üzərində olan parça toru çəkib kənara atmış və mənzilə daxil olmuşdur. Ev sahibləri gələrkən qaçmağa imkanı olsun deyə mənzildə giriş qapısını içəri tərəfdən bağlamışdır. Mənzilin yataq otağında sağ tərəfdə olan şkafın qapılarını açıb içərisini axtarmağa başlamışdır. Bu zaman şkafdan iki ədəd gümüşü rəngli boyunbağı və bir ədəd üzük tapmışdır. Həmin boyunbağıları və üzüyü şalvarının sağ yan cibinə qoymuşdur. Digər siyirmədə olan qadın çantasının içərisinə baxdıqda pullar görmüş və pulları da götürüb cibinə qoymuşdur. Bundan sonra şkafın orta qapısını açmış və orada çoxsaylı paltarlar aşkar etmişdir. Oradan iki ədəd ayaqqabı qutusu görmüş və həmin qutuları götürüb çarpayının üzərinə qoymuşdur. Həmin vaxt mənzilin giriş qapısının qarşısındsan səs gəlməsini eşitmişdir. Dərhal çarpayının üzərinə qoyduğu ayaqqabıları götürmüş və mənzilə daxil olduğu pəncərədən yerə düşmüşdür. Yolun kənarına çıxaraq yaşadığı mənzilə gəlmişdir. Yolla gələrkən oğurladığı pulun 30 manat olmasını müəyyən etmişdir. Səhəri gün üzüyü və gümüşü rəngli boyunbağıları satmaq üçün Sabunçu rayonunda olan “Rus” adlanan bazara getmişdir. Orada tanımadığı şəxsə üzüyü 70 manata satmışdır. İki ədəd ayaqqabıları və bir ədəd gümüşü rəngli boyunbağını tanımadığı şəxsə 25 manata satmışdır. Digər gümüşü rəngli boyunbağını isə sata bilməmiş və özü ilə birlikdə götürmüşdür. Əldə etdiyi və oğurladığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin oğurluq hadisəsini tək etmiş onu görən olmamışdır. Cinayət yolu ilə ələ keçirdiyi əşyaları özünə məxsus olmasını bildirməklə satmışdır. Bundan başqa, 2020-ci ilin oktyabr ayının 11-də axşam saatlarında tanıdığı X18 ilə görüşmüşdür. Cavidi bir neçə aydır ki, tanıyır və onunla tanışdır. Həmin günü Cavid ilə söhbət edərkən pulunun olmadığını, ac olduğunu demiş, Cavid də ona pulunun olmadığını bildirmişdir. Həmin günü Cavidə oğurluq etməyi təklif etmiş, Cavid də təklifi ilə razılaşmışdır. Bundan sonra onlar ikisidə Xətai rayonu ərazisində gəzib oğurluq etməyə yer axtarmışlar. Həmin günü saat 04-05 radələrində Babək prospektində yerləşən “Bal” adlanan mağazanın qarşısından keçən zaman Cavidə həmin mağazanın münasib yer olmasını demişdir. Bundan sonra ikisi də mağazanın qarşısında dayanıb ətrafa baxmışdır. Səhərə yaxın olduğu üçün ətrafda heç kəs olmamışdır. Ətrafa nəzarət edə-edə giriş hissədə şüşədən olan qapıya yaxınlaşmışdır. Üzərində olan vintaçanla qapını açmış və Cavidlə içəri daxil olmuşdur. İçəri daxil olduqda mağazanın içərisində axtarış aparmışdır. Mağazadan kassada olan pulları götürüb cibinə qoymuşdur. Mağazanın içərisində olan vitrindəki siqaretlərdən də Cavidlə birlikdə götürərək mağazadan çıxmışdır. Yolla gələrkən heç kəsin olmadığı bir yerdə dayanıb pulu və siqaretləri saymışdır. Məlum olmuşdur ki, mağazadan 500 manat, 25 ədəd “Kent 4” markalı, 20 ədəd “Sobranie” markalı, 11 ədəd “Classic” markalı, 15 ədəd “Winston” markalı, 10 ədəd “LD” markalı, 17 ədəd “Kingston” markalı, 15 ədəd “Kent 1” markalı, 20 ədəd “PallMall” markalı və 20 ədəd “Want” markalı siqaretlər oğurlamışlar. Cavidlə pulu və siqaretləri tam yarı-yarıya bölüb sonuncudan ayrılmışdır. Həmin günü günorta saatlarında xatirində qalmayan yerdə köşkdə işləyən şəxsə yaxınlaşmış, həmin şəxsə siqaretləri göstərib satdığını bildirmiş, həmin şəxs də siqaretləri haradan almasını demiş, sonuncuya yalandan siqaretərin borcun əvəzində verilməsini demişdir. Həmin şəxs də inanmış və siqaretləri xatırlamadığı məbləğə almışdır. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 21 oğurluq etmək üçün yaşadığı mənzildən çıxmış və tanımadığı taksi avtomobili ilə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığına gəlmişdir. Orada Cavidlə görüşmüş, belə ki, əvvəlcədən sonuncu ilə orada görüşməyə razılaşmışlar. Cavidlə mobil telefon vasitəsilə əlaqə saxlamışlar. “Əhmədli” metrostansiyasının yaxınlığında oğurluq etmək üçün Cavidlə gəzişmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 05 radələrində Cavidlə Q.Nəbi küçəsinə gəlmişlər. Orada uşaq baxçasına bənzər bina görmüşlər. Həmin vaxt Cavidin üzərində bir ədəd dəstəyi sarı rəngli vintaçan olmuşdur. Cavidə oğurluq etmək üçün vinaçan gətirməsini demiş, lakin sonuncunun vintaçanı haradan əldə etməsini bilməmişdir. Cavidlə həmin uşaq baxçasının zirzəmisinə yaxınlaşmış və zirzəminin plastik pəncərəsinin üzərində dəmir barmaqlığının olmamasını görmüşdür. Pəncərəyə bir qədər də yaxınlaşdıqda içərisinin işıqlarını yanmadığını görmüş və Caviddən vintaçanı alaraq bir dəfəyə pəncərəni vintaçanla açmışdır. Həmin vaxt axşam saatlarında küçədə heç kim olmamışdır. Pəncərəni açdıqdan sonra Cavidlə növbəli şəkildə içəri daxil olmuşlar. Belə ki, ilkin olaraq içəri özü, sonra isə Cavid daxil olmuşdur. İçəridə masa və şkaflar olmasını görüb pulların orada olmasını fikirləşmiş və oraya getmişlər. İçəri qaranlıq olduğundan üzərində olan alışqanın işıqlarını yandırmışdır. Şüşə olan qapını açmaq istədikdə baxçanın siqanalizasiyası işə düşmüş və tez şəkildə yaxalanmamaq üçün qapını açıb içəri daxil olmuşdur. Orada olan şkafın siyirmələrini əli ilə yoxlamış və müəyyən etmişdir ki, üst siyirmə bağlıdır. Vintaçanla həmin siyirməni açmış və orada bir ədəd dairəvi formalı qab görmüşdür. Həmin dəmir qabın içərisinə baxdıqda çoxsayda pullar tapmışdır. Həmin vaxt Cavid də yanında olmaqla kömək etmiş, pulları götürüb Cavidlə birlikdə gəldikləri yerdən çölə çıxaraq oranı tərk etmişlər. Piyada küçə ilə hərəkət edib kənd Əhmədli adlanan yerə gəlmişlər. Orada oğurladığı pulları Cavidlə saymış, həmin pulların hamısı manat olmaqla 7043 manat olmuşdur. Həmin pulu tam yarı-yarıya bölmüş, belə ki, Cavidə 3500 manat vermişdir. Yolun kənarında iki taksi sifariş verib Cavidlə ayrılaraq yaşadığı evə gəlmişdir. Ona qarşı irəli sürülmüş ittihamı qalan hissədə qəbul etmir, o, narkotik vasitə istifadəçisi deyildir, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. İstintaq zamanı narkotiklə bağlı ifadəsini oxumadan imza etmiş, həmçinin ona polis əməkdaşları təsir etmişlər. Narkotik vasitə polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. Törətdiyi oğurluq əməllərindən səmimi peşman olmuşdur, zərərçəkmiş şəxslərin əksəriyyəti ilə barışmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 Möhübbət oğlunun, Zərərçəkmiş şəxs2 ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs6 isə dəyən zərəri maddi imkansızlığı səbəbindən ödəyə bilmir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayından Bakı şəhəri Xətai rayonu Babək prospekti 10 B ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi olan “Veqas Studio” gözəllik salonunu icarəyə götürmüş və orada işləyir. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində rəfiqəsi Əfsanə Xəlilova mobil telefonula əlaqə saxlayaraq icarədarı olduğu salona kənar şəxslərin daxil olduğunu demişdir. Bundan sonra dərhal salona gəlmiş və baxış keçirmişdir. Salonun qarşısına gəldikdə giriş qapısının açıq olmasını görmüş və içəri girib əşyalara baxdıqda daima əyləşdiyi masanın siyirməsindən bir ədəd telefonunun və 114 manat pulunun oğurlanmasını aşkar etmişdir. Oğurluq nəticəsində ona 414 manat maddi ziyan dəymiş, salondan 114 manat pul və bir ədəd 300 manat qiymətində “Redmi Note” markalı “5A Prime” modelli mobil telefonu oğurlanmışdır. Ona dəymiş zərər ödənilməsə də təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, ünvan 7 mənzil 73 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində ailə üzvüləri ilə birlikdə hava almaq məqsədilə yaşadığı evdən çölə çıxmış, 20 dəqiqə sonra yaşadığı mənzilə qayıtmışdır. Mənzilindən çıxarkən qapını açarla bağlamışdır. Evə qayıtdıqda qapını açmaq istədikdə qapını aça bilməmiş, kilidi açsa da qapı açılmamışdır. Kilidin ilişməsindən şübhələnmiş və qonşudan vintaçan almışdır. Vintaçanla kilidi açmaq istəmiş, lakin qapını aça bilməmişdir. Bundan sonra binanın qarşı tərəfindən mətbəxtdən içəri girmək qərarına gəlmişdir. Yaşadığı mənzil 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Mənzilinin arxa və qabaq tərəfindən plastikdən dəmir barmaqlıqsız pəncərələri vardır. Mənzilin mətbəx pəncərəsindən içəri daxil olmuş və qapının içəri tərəfdən kilidlənməsini görmüşdür. İçəridən qapını açmış və blokda qalmış ailə üzvləri içəri daxil olmuşdur. Yataq otağına baxdıqda orada olan pəncərənin açıq olmasını görmüşdür. Pəncərəyə yaxınlaşdıqda bir ədəd vintaçan izi olmasını görmüş, lakin evdə heç bir dağınıqlıq olmamışdır. Evə diqqətlə baxdıqda yataq otağında olan şkafın qapısı açılmış və orada ətir qabları yerə tökülmüşdür. Şkafın içərisinə baxdıqda müəyyən etmişdir ki, içəridən bir ədəd 250 manata aldığı 585 əyarlı, 3.6 qram çəkidə, lom qiyməti 213 manat 59 qəpik olan üzük, bir ədəd gümüş materialdan ürək formasında klonlu boyunbağı, bir ədəd gümüşü rəngli materialdan qiyməti 30 manat olan boyunbağı, orada olan qabın içərisindən 30 manat pul, şkafın orta gözündə 70 manat qiymətində iki cüt uşaq ayaqqabısı oğurlanmışdır. Həmin ayaqqabılar yeni vəziyyətdə olmuşdur. Həmin ayaqqabılar eyni formada, lakin fəqli ölçüdə olmuşlar. Oğurlanmış əşyalar özünə məxsus olmuş və baş vermiş hadisə nəticəsində ona 460 manat maddi ziyan dəymişdir. Oğurluq barədə dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirib fotoşəkillərini çəkmişlər. Hazırda ona dəymiş zərər ödənilməmişdir. Dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Mələklər” Tədris mərkəzinin təsisçisidir və həmin tədris mərkəzi məktəbə qədər hazırlıq, həmçinin dil kursları və abituriyentlərin hazırlığı fəaliyyətini həyata keçirir. Vergi orqanlarında fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmışdır. Tədris mərkəzi ünvan 8 ünvanda yerləşir. Həmin tədris mərkəzi həftə içi hər gün işləyir, işçilər tərəfindən səhər saatlarında açılır və axşam saat 20 radələrində bağlanır. xx xxxxxxx 2020-ci il tarixdə saat 08 radələrində tədris mərkəzinin inzibatçısı Şahid1 mobil telefon vasitəsilə bildirmişdir ki, tədris mərkəzinin binasına naməlum şəxslər daxil olmuş və oradakı şkafın içərisindəki dəmir qabdan 7043 manat pul oğurlamışlar. Övladının xəstə olması ilə əlaqədar oraya gedə bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə tədris mərkəzinə getmişdir. Orada mərkəzə quraşdırılmış təhlükəsizlik kameralarının yaddaşına baxış keçirmişdir. Həmin vaxt müəyyən etmişdir ki, iki nəfər cavan oğlan mərkəzin dəmir barmaqlığı olmayan plastik pəncərəsini açaraq bir başa şkafa yaxınlaşırlar. Həmin şəxslərdən biri əlində hansısa alətlə şkafın üst siyirməsini açır və orada olan dairəvi qabın içərisindəki 7043 manat məbləğində pulu götürüb oğurlayırlar. Həmin siyirmə açarla bağlanmışdır. Bundan sonra dərhal oraya gəldikləri yerdən çıxıb gedirlər. Həmin pul təhsil alan alan şəxslərin valideyinləri tərəfindən verilmiş pullar olmuşdur. Hər bir valideyindən aldıqları xidmət haqqı ilə bağlı xüsusi kitabda qeydiyyat aparmışlar. İnzibaçı işləyən Günel oğurlanmış pulun məbləğini həmin kitabdan hesablamışdır. Kitabçanın surətini istintaqa təqdim etmişdir. Oğurlanmış 7043 manat pul özünə məxsus olmuşdur. Tədris mərkəzindən yalnız 7043 manat pul oğurlanmışdır. Ona dəymiş zərər ödənilməsə də təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs4 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs4 həmin ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, lakin uzun müddətdir ki, Bakı şəhəri Xətai rayonu Babək prospekti 23/45 saylı ünvanda yerləşən “Bal” adlanan mağazanı icarəyə götürmüşdür. Həmin mağazanın sahibi ilə müqaviləsi vardır və buna görə VÖEN-ni olmaqla dövlətə vergi də ödəyir. Mağazada müxtəlif növ ərzaq, tütün məmulatları, sərinləşdirici içkilər və digər əşyalar satırmış. Mağazada özündən başqa heç kim işləməmiş, belə ki, mağazada satıcı kimi özü olur. Mağazanın mühafizəçisi olmamış, lakin mağaza 24 saat hər bir tərəfdən kameralarla müşahidə olunmuşdur. Mağazanın iki qapısı olmuş, bir qapı müştərilərin daxil olması üçün ön tərəfdə giriş, digəri isə daima bağlı olan arxa qapısıdır. Hər gün saat 07 radələrində mağazanı açmış və axşam saat 20 radələrində mağazanı bağlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə həmişə olduğu kimi mağazanı saat 20 radələrində bağlayıb yaşadığı evə getmişdir. Səhəri gün saat 07 radələrində evdən çıxaraq mağazaya gəlmişdir. Mağazanın giriş qapısına yaxınlaşdıqda görmüşdür ki, çöl şüşə qapısının qıfılı açılmışdır. Məlum olmuşdur ki, mağazaya kənar şəxslər daxil olmuşdur. Dərhal mağazanın içərisinə daxil olub ərzaqları və digər əşyaları yoxlamışdır. Həmin vaxt aşkar etmişdir ki, mağazada kassadan 500 manat pul oğurlanmışdır. Mağazanın içərisində olan vitrindən isə ümumilikdə dəyəri 800 manat təşkil edən 25 ədəd “Kent 4” markalı, 20 ədəd “Sobranie” markalı, 11 ədəd “Classic” markalı, 15 ədəd “Winston” markalı, 10 ədəd “LD” markalı, 17 ədəd “Kingston” markalı, 15 ədəd “Kent 1” markalı, 20 ədəd “PallMall” markalı və 20 ədəd “Want” markalı siqaretlər də oğurlanmışdır. Mağazada olan müşahidə kameralarına baxdıqda iki nəfər tanımadığı cavan oğlanların mağazadan oğurluq etməsini görmüşdür. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra mağazaya polis əməkdaşları gəlmiş və onun iştirakı ilə baxış keçirib fotoşəkillərini çəkmişlər. Bu barədə ərizə ilə müraciət etmiş və polis əməkdaşları mağazada olan müşahidə kameralarındakı görüntüləri diskə köçürərək götürmüşdür. Mağazadan oğurlanmış 500 manat pul və siqaretlər özünə məxsus olmuşdur. Belə ki, siqaretləri satmaq üçün almışdır. 500 manat pul isə bir neçə gün ərzində mağazada satılan mallara görə yığılmış pul olmuşdur. Mağazadan yalnız qeyd etdiyi siqaretlər və 500 manat pul oğurlanmışdır. Mağazadan başqa hər hansı bir əşya oğurlanmamışdır. Baş vermiş hadisə nəticəsində ümumilikdə 1300 manat maddi ziyan dəymişdir. Belə ki, cinayət yolu ilə 500 manat pul və 800 manat dəyərində qeyd etdiyi siqaretlər oğurlanmışdır.Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai rayonu Mərkəzi Bulvar küçəsində yerləşən “Fujitsu” adlanan kondisonerlərin havalandırma mağazası vardır. Həmin mağazanı səhər saat 09 radələrində açmış və axşam saat 18 radələrində bağlamışdır. Mağazada özü və işçilər işləyir. 26 iyul 2020-ci il tarixdə saat 17:30 radələrində mağazaya gəlib görmüşdür ki, mağazanın giriş qapısının qıfılı sındırılmışdır. Mağazanın içərisində olan otağına baxdıqda şkafın içərisindəki kiçik kassanı, kassanın içərisindən 3500 manat pul vəsaitinin və bir ədəd üzərində nömrə olmayan 2000 manat qiymətində “Vertu” markalı telefon aparatının oğurlanmasını aşkar etmişdir. Bundan dərhal sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və baxış keçirib fotoşəkillərini çəkmişlər. Bu barədə ərizəsi alınmış və izahat vermişdir. Oğurlanmış telefonu 2020-ci il tarixdə 2000 manata almışdır. Mağazadan bir ədəd 2000 manat qiymətində “Vertu” markalı telefon, 3500 manat pul və 300 manat qiymətində kassa aparatı oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ümumilikdə ona 5800 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs6 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsin ona dəymiş zərəri ödəmədiyini, ona qarşı şikayətçi olduğunu, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs6 həmin ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən 19 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “ME DUNA” adlanan psixologiya mərkəzini icarəyə götürmüş və həmin yerin müdiri vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində ofisə gəldikdə qapısının açıq olmasını görmüşdür. Mərkəzdə xadiməçi işləyən qadın qapının kilidinə müdaxilə olunmasını bildirmişdir. Bundan sonra içəri daxil olub qeydiyyatın aparıldığı masaya yaxınlaşmışdır. Orada olan qeydiyyat kitabçasının arasındakı 400 manat pulun oğurlanmasını aşkar etmişdir. Psixologiya mərkəzinin digər yerlərinə də baxmış, lakin başqa heç bir şeyin oğurlanmadığını görmüşdür. Baş vermiş hadisə nəticəsində 400 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən bir il müddətdir ki, ünvan 8 ünvanda yerləşən “Mələklər” adlanan tədris mərkəzində əmək müqaviləsi əsasında inzibaçı işləyir. Həmin tədris mərkəzi məktəbə qədər hazırlıq, həmçinin dil kurları və abituriyentlərin hazırlığı fəaliyyətini həyata keçirir. Tədris mərkəzi hər gün səhər saatlarında işçilər tərəfindən açılmış və axşam 20 radələrində bağlanmışdır. Tədris mərkəzini səhər saatlarında açmış, belə ki, açarlar özündə olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 08 radələrində mərkəzi açmaq üçün oraya gəlmişdir. Ora çatdıqda qapını açmış və içəri girmişdir. İçəri daxil olduqda jalüz yerə düşmüş, fikirləşmişdir ki, vint boşalmış, ona görə də jalüz yerə düşmüşdür. Yaxınlaşdıqda jalüzün dəmirinin əyilməsini və pəncərənin açıq olmasını görmüşdür. Həmçinin görmüşdür ki, şkafın üst siyirməsi və içərisindəki dəmir qabın qapağı açıqdır. Həmin dəmir qabda xidmət haqqı olaraq yığılan pullar olmuşdur. Həmin dəmir qabın olduğu siyirmə daima bağlı olmuş və açarları özündə olmuşdur. Başa düşmüşdür ki, oğurluq olmuş və dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Polis əməkdaşları təhlükəsizlik kameralarına da baxış keçirmiş və müəyyən edilmişdir ki, iki nəfər cavan oğlan mərkəzin dəmir barmaqlığı olmayan plastik pəncərəsini açaraq birbaşa şkafa yaxınlaşmış, həmin şəxslərdən biri əlində olan alətlə şkafın üst siyirməsini açır və orada olan dairəvi qabın içərisindəki 7043 manat məbləğində pulu götürüb oğurlayırlar. Bundan sonra dərhal oraya girdikləri yerdən çıxıb gedirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. xx xxxxxx 2020-ci il tarixdə Aydın adlı şəxsin narkotik vasitələrin satışı, qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması və Aydın adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Polis Şöbəsinin rəisinə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Aydın adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun üzvləri özü və Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 təyin edilmişdir. Sonra Aydın adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün iş yoldaşı Coşqun ilə birlikdə daxil olmuş məlumat əsasında Xətai rayonu S.Ə.ünvan 9 saylı ünvanın qarşısına gəlmiş, saat 18 radələrində Aydın adlı şəxsi əlamətlərinə görə oxşadıb ona yaxınlaşmış və xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, sonra həmin şəxsi Polis Şöbəsinə dəvət etmiş, sonuncu da heç bir etiraz etməmiş və Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Bu barədə dərhal raport yazıb şöbə rəisinə məruzə etmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olubolmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Aydın heç bir etiraz etməyərək əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 12 ədəd gümüşü rəngli kağız büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, 12 ədəd gümüşü rəngli falqaya bükülmüş qəhvəyi rəngli maddələr “kakos” adlanan narkotik vasitədir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş başqa hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər, Aydın, vəkil, həmin tədbirdə iştirak edən digər polis əməkdaşları və özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. Aydına qarşı hər hansı təzyiq və təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01, İ cild); qanuni nümayəndə qismində tanınması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından anası X6 onun qanuni nümayəndəsi kimi tanınmışdır (i.v. 11, İ cild); şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli prokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx xxxxxx 2020-ci il tarixdə, saat 18:30-da Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında tutulmuşdur (i.v. 21, İ cild); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8, qanuni nümayəndə X2 iştirakları ilə protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün proses iştirakçılarına hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmə başlamazda əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsindən xəbərdar edilmişlər, iştirakçılar tərəfindən videoçəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxxxx 2020-ci il tarixli qərara əsasən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 12 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş bükümdə, qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu əynində olan qara rəngli idman şalvarın sol yan cibindən çıxan, 12 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş bükümdə olan, qəhvəyi rəngli maddənin “kakos” adlanan narkotik vasitə olmasını bildirmişdir (i.v. 31-32, İ cild); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2385 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 12 (on iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qr; 0,166 qr; 0,486 qr; 0,130 qr; 0,235 qr; 0,160 qr; 0,188 qr; 0,151 qr; 0,495 qr; 0,376 qr; 0,111 qr; 0,185 qr, ümumi təmiz çəkisi 2,759 qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (i.v. 39-43, İ cild); xx xxxxxx 2020-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri birləşdirilərək ibtidai istintaq bir icraatda 20011415 nömrəsi ilə davam etdirilmişdir (i.v. 58- 59, İ cild); xx xxxx 2020-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 62, İ cild); xx xxxx 2020-ci il tarixli zərərçəkmiş şəx qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.89-90, İ cild); xx xxxxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədilə qanuni nümayəndə X2 iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 260-cı maddəsinə əsasən onun ifadəsi yerində yoxlanmış, istintaq hərəkətləri başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. İfadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri Xətai rayonu Babək pr. 10 saylı ünvanda yerləşən “Veqas Studio” adlanan gözəllik salonunun qarşısına gəlinmiş, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində “Veqas Studio” adlanan gözəllik salonunun giriş qapısını üzərində olan vintaçanla açaraq salona daxil olub ordan bir ədəd “Xiomi Redmi” markalı mobil telefonu və 114 manat pul vəsaitini oğurladığını deyərək hadisə yerini göstərmiş və ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanması zamanı “SONY” markalı fotoaparat ilə fotoşəkillər çəkilmişdir (i.v. 115, İ cild); xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 130, İ cild); xx xxxxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir (i.v. 142-143, İ cild); xx xxxxxxx 2020-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və cinayət işinin ibtidai istintaqı ********* nömrə altında aparılmışdır (i.v. 148- 149, İ cild); xx xxxx 2020-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 152, İ cild); xx xxxx 2020-ci il tarixli, 011-6245-1220 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs6 məxsus “MEDUNA” psixologiya mərkəzində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bazasında olan və təqdim edilmiş şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi ( ADİS-in məlumat bankına Gəncə ŞBPİ, Nəsimi RPİ, Yasamal RPİ, Xətai RPİ, Suraxanı RPİ və Sabunçu RPİ-dən daxil olmuş olan) xx.xx.2002ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksləri ilə eynilik təşkil etmişdir (i.v. 169, İ cild); xx xxxx 2020-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 180-181, İ cild); xx xxxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədilə qanuni nümayəndə X2 iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 260-cı maddəsinə əsasən onun ifadəsi yerində yoxlanılmış, istintaq hərəkətləri başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. İfadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs göstərdiyi ünvan 2 ünvanda yerləşən 19 mərtəbəli binanın 1-ci mərtəbəsində olan “MEDUNA” adlanan Psixologiya Mərkəzinin qarşısına gəlinmiş, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 05 radələrində “MEDUNA” adlanan Psixologiya Mərkəzinin giriş qapısını üzərində olan vintaçanla açaraq oraya daxil olub ordan 400 manat pul vəsaitini oğurladığını deyərək hadisə yerini göstərmiş və ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanması zamanı “SONY” markalı fotoaparat ilə fotoşəkillər çəkilmişdir (i.v. 203, İ cild); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3/1268 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthlərindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 3-7 saylı daktilolentlərin səthlərindəki yayılmış əlbarmaq və papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthlərindəki ovuc izləri Təqsirləndirilən şəxs sol əlinin ovuc hissəsinin tenar İV və hipotenar hissələrindən qalmışdır (i.v. 212-218, İ cild); xx xxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 224, İ cild); xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü xx xxxxxx 2020-ci tarixdə çəkilmişdir. Çəkilmiş videoçəkilişdən görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 12 ədəd gümüşü rəngli kağız büküm çıxarıb təqdim etmiş, sonuncuya həmin bükümlərdə nə və haradan əldə etməsi barədə sual verilmiş, o, 12 ədəd gümüşü rəngli falqaya bükülmüş qəhvəyi rəngli maddələrin “kakos” adlanan narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş başqa hər hansı bir əşya müəyyən edilməmişdir (i.v. 238, İ cild); xx xxxxxx 2020-ci il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (i.v. 240-241, İ cild);xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 243, İ cild); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-666/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v. 11-13, İİ cild); xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir (i.v. 14-16, İİ cild); xx xxxxxx 2020-ci il tarixli cinayət işlərini icraata götürmək və bir icraatda birləşdirmək barədə qərardan görünür ki, 200110358, ********* və ********* nömrəli cinayət işləri icraata qəbul edilərək, 200110326, 200110358, ********* və ********* cinayət işləri ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilib cinayət işinin ibtidai istintaqı ********* nömrə altında aparılmışdır (i.v. 34-37, İİ cild); xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 39, İİ cild); xx xxxxxx 2020-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 56, İİ cild); xx xxxxxx 2020-ci il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.23 və 177.2.4-cü maddələri ilə başlanılmış olan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 82, İİ cild); xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 87, İİ cild); xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8 və qanuni nümayəndə X2 iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 260-cı maddəsinə əsasən onun ifadəsi yerində yoxlanmış, istintaq hərəkətləri başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. İfadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri Xətai rayonu Mərkəzi Bulvar küçəsində yerləşən “Fujitsu” adlanan mağazanın qarşısına gəlinmiş, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 02-03 radələrində həmin mağazanın qapısını üzərində olan vintaçanla açaraq tanışı X11 ilə oraya daxil olub mağazadan 3500 manat pul, seyf və bir ədəd mobil telefonu oğurladığını deyərək, hadisə yerini göstərmiş və ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanması zamanı “SONY” markalı fotoaparat ilə fotoşəkillər çəkilmişdir (i.v. 100, İİ cild); xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 103, İİ cild); xx xxxxxxxx 2020-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, X19 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 121, İİ cild); xx xxxxxx 2020-ci il tarixli ifadələrin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsində yerləşən 2 saylı yaşayış binasının arxa tərəfindən yaşıllıq sahəyə gələrək həmin binanın 73 saylı mənzilinin pəncərəsini göstərərək xx xxxxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində buradan oğurluq etdiyini bildirmiş, o, həmin pəncərənin o vaxtı dəmir barmaqlığının olmadığını bildirmişdir. Daha sonra mənzilin içərisinə gələrək yataq otağında yerləşdirilmiş şkafın dolablarını göstərib burdan bir ədəd üzük, iki ədəd sep və qadın çantasının içərisindən 30 manat məbləğində pul oğurlandığını bildirmiş, bundan başqa şkafın orta hissəsini göstərərək oradan iki cüt ayaqqabı oğurladığını bildirmiş, əlavə olaraq mənzilə pəncərəsini vint açanla açmaq yolu ilə daxil olduğunu və həmin mənzildən həmin pəncərədən tərk etdiyini bildirmişdir (i.v. 151-152, İİ cild); xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir (i.v. 163, İİ cild); xx xxxxxx 2020-ci il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 172, İİ cild); xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi icraata qəbul olunaraq istintaq aparılmışdır (i.v. 175, İİ cild); xx xxxxxx 2020-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 191, İİ cild); xx xxxxxxx 2020-ci il tarixli, 011-10054-1220 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi (ADİS-in məlumat bankına Xətai RPİ-dən daxil olan) xx.xx.2003-cü ildə Gəncə şəhərində anadan olmuş X4 əlinin böyük barmağının digər 06 ədəd isə (ADİS-in məlumat bankına Gəncə ŞBPİ, Xətai RPİ, Nəsimi RPİ, Yasamal RPİ və BƏSİİ-dən daxil olan) xx.xx.2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc, böyük barmağının sol əlinin isə böyük, şəhadət (02 dəfə) və orta barmaqlarının əksləri ilə eynilik təşkil etmişdir (i.v. 199, İİ cild); xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 219, İİ cild); xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədilə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X8, qanuni nümayəndə X2 iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 260-cı maddəsinə əsasən onun ifadəsi yerində yoxlanmış, istintaq hərəkətləri başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. İfadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri Xətai rayonu Babək pr. 2345 saylı ünvanda yerləşən “Bal” adlanan mağazanın qarşısına gəlinmiş, Təqsirləndirilən şəxs 11 oktyabr 2020-ci il tarixdə saat 05 radələrində həmin mağazanın qapısını üzərində olan vintaçanla açaraq tanışı X18 ilə oraya daxil olub mağazadan 500 manat pul və müxtəlif markalı siqaretləri oğurladığını deyərək hadisə yerini göstərmiş və ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanması zamanı “SONY” markalı fotoaparat ilə fotoşəkillər çəkilmişdir (i.v. 231, İİ cild); xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində müstəntiq Samir Həsənov tərəfindən seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri nəzərə alınmışdır (i.v. 235, İİ cild); xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunaraq ibtidai istintaqı aparılmışdır (i.v. 245, İİ cild); xx xxxxxxx 2020-ci il tarixli, 011-10475-1220 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, həmin əl izləri DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədəd əl barmaq izi (Gəncə ŞBPİ, Xətai RPİ, Nəsimi RPİ, Yasamal RPİ və BƏSİİ-dən ADİS məlumat bankına daxil olan) xx.xx.2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik təşkil etmişdir (i.v. 261, İİ cild); xx xxxxxx 2020-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 5, İİİ cild); xx xxxxxx 2020-ci il tarixli kompakt diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, VİD-20201106-WA0000 adlı fayla baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, iki nəfər şəxs otağa daxil olurlar. Onlardan əynində qısaqol gödəkçə, başında kepka, əlində isə fanarlı yandırana bənzər və vint açana bənzər əşya olan şəxs yaxınlıqda yerləşdirilmiş şkafın yuxarı siyirməsinə vint açana bənzər əşyanın ucunu keçirib özünə tərəf çəkməklə bir cəhdlə kilidi sındırıb açır. Bu zaman digər şəxs də onun yanına gəlir. Bundan sonra həmin siyirməni açan şəxs orada olan dairəvi formalı qabı açır. Fayla baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə əks olunmuş həmin əynində qısaqol gödəkçə, əlində isə fanarlı yandırana bənzər və vint açana bənzər əşya olan şəxs odur, digər şəxs isə tanışı Cavid adlı şəxsdir. Görüntüdəki, həmin otaq Bakı şəhəri Xətai rayonu Q.Nəbi küçəsində yerləşən uşaq bağçasına bənzər binanın içərisindəki reseptiona bənzər otaqdır, xx xxxxxxx 2020-ci il tarixdə saat 05 radələrində o, Cavidlə birlikdə oğurluq etmək məqsədi ilə həmin binaya pəncərədən daxil olub, şkafın siyirməsində olan dairəvi formalı qabın içərisindən 3500 manat məbləğində pul oğurlamışdır (i.v. 53, İİİ cild); xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 57, İİİ cild); xx xxxxxx 2020-ci il tarixli, 585 nömrəli Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan vətəndaş Zərərçəkmiş şəxs3 məxsus bir ədəd üzərində heç bir markalama yazısı olmayan, əlvan metaldan hazırlanmış, çəkisi 42 qram olan sepin 2020-ci ilin sentyabr ayına orta bazar qiyməti ilə dəyəri 15,00 manat müəyyən edilir. Respublika bazarlarında və marketlərdə mövcud olan tələbdən və təklifdən, eləcə də qiymətə təsir göstərən digər amillərdən (məhsulun keyfiyyətində və sair) asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir (i.v. 75-78, İİİ cild); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2435 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59” ştamp əksi olan 1 (bir) ədəd paketdəki Təqsirləndirilən şəxs götürülmüş 12 (on iki) ədəd heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı, Təqsirləndirilən şəxs götürülmüş 12 (on iki) ədəd bükümdəki heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi barəsində ətraflı məlumat xx xxxxxx 2020-ci il tarixli 6/2385 saylı ekspert rəyində göstərilmişdir (i.v. 80-85, İİİ cild); xx xxxxxx 2020-ci il tarixli, 3311 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsi Ambulator X3 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Tiryək alkodienlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müəalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydasının 3.1 bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs 18 yaşına çatmamış şəxs kimi narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 87-88, İİİ cild); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X28 xx xxxxxx 2020-ci il tarixli, 2341 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafında gerilik əlamətləri müəyyən olunmamış, Təqsirləndirilən şəxs əqli və psixi inkişafını nəzərə almaqla o, öz hərəkərlərinin mənasını tam dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı, lakin özünü psixoloi müdafiə etmək məqsədi ilə yalan danışa bilər. Təqsirləndirilən şəxs xasiyyətin isterik tipli cizgiləri aşkar olunur. Eqosentrizm, nümayişkaranəlik, diqqət mərkəzində olmağa maraq göstərmək, çılğınlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, həmçinin başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmamış, Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini qavramaq, dərk etmək və ifadə etmək qabiliyyətinə malikdir, göstərilən situasiyada yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətləri davranışına mühüm təsir göstərməmişdir (i.v. 90-94, İİİ cild); xx.xx.2020-ci il tarixli diskə baxış keçirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, müdafiəçi X8 iştirakı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar hadisə yerindən götürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı diskin içərisində 06 ədəd fayllar olması, həmin faylın içərisində görüntülər olmaqla, həmin görüntülər xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Babək pr. 10 saylı ünvanda yerləşən “Veqas Studio” adlanan gözəllik salonunun girişində və içərisində olan müşahidə kameralarında çəkilmişdir. Həmin görüntülərdə xx xxxx 2020-ci il tarixdə gecə saatlarında bir nəfər şəxs salonun giriş hissəsinə yaxınlaşır, həmin şəxsin başında maska vardır, lakin üz hissəsi açıqdır, həmin şəxs cibndən dəmir alət çıxarıb salonun qapısının ilkin olaraq alt hissəsinə, sonra isə kilidi salaraq açır və içəri daxil olur, salonun içərisində olan açıq otağa daxil olur, bir neçə dəqiqə keçdikdən sonra yenidən dəhlizə çıxır, həmin şəxsin əlində işıq var, o, dəhlizdə olan otaqların qapılarını tək-tək açmaq istəyir və ətrafı yoxlayır, salonun içərisindəki otaqlara daxil olur və axtarır, salonun içərisində müştərilər üçün və salonun işçiləri tərəfindən nəzərdə tutulmuş otaqda olan şkafın qapısını açır və içərisini yoxlayır, sonra digər tərəfdə olan stolların qarşısında termonun siyirmələrini açır və axtarış aparır, həmin siyirmələrin birindən pullar taır və sayır, pulları cibinə qoyub gedir, lakin yenidən həmin yerə qayıdır və axtarış aparır, bundan sonra isə gedir. Təqsirləndirilən şəxs oğlu həmin videogörüntüyə baxdıqdan sonra videogörüntülərdə olan şəxsin özü olmasını, həmin tarixdə gözəllik salonuna oğurluq etmək üçün daxil olmasını, oradan 114 manat pul və bir ədəd telefon oğurlamasını bildirmişdir (i.v. 107, İİİ cild); xx.xx.2020-ci il tarixli diskə baxış keçirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, müdafiəçi X8 iştirakı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar hadisə yerindən götürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı diskin içərisində 1 ədəd fayl vardır, həmin faylın içərisində görüntülər olmaqla, həmin görüntülər xx xxxx 2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “ME DUNA” adlanan psixologiya mərkəzinin içərisində olan müşahidə kameralarında çəkilmişdir. Həmin görüntülərdə xx xxxx 2020-ci il tarixdə gecə saatlarında bir nəfər şəxs mərkəzin giriş hissəsinə yaxınlaşır, həmin şəxsin başında maska vardır, lakin üz hissəsi açıqdır, həmin şəxs mərkəzin qapısının qarşısında dayanıb ciibindən dəmir alət çıxarır və həmin aləti qapının kilidinə salaraq açır və içəri daxil olur, salonun içərisinə hərəkət edir və əşyaların olduğu stolun altındakı termonun siyirməsini açır və orada olan pulları götürüb sayır, pulları cibinə qoyub gedir. Təqsirləndirilən şəxs oğlu həmin videogörüntüyə baxdıqdan sonra videogörüntülərdə olan şəxsin özü olmasını, həmin tarixdə gözəllik salonuna oğurluq etmək üçün daxil olmasını, oradan 114 manat pul və bir ədəd telefon oğurlamasını bildirmişdir (i.v. 108, İİİ cild); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3/1904 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” ovuc izi, 2 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki yayılmış əl-barmaq izləri, 3-4 saylı daktilolentlərin səthlərindəki ovuc izləri, 5-10 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yarasızdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” ovuc izi Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş sol əlinin ovucunun Tenar İİ sahəsindən qalmışdır. Tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən qalmışdır (i.v. 109-115, İİİ cild); xx xxxxxxx 2020-ci il tarixli, 011-10475-1220 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, həmin əl izləri DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədəd əl barmaq izi (Gəncə ŞBPİ, Xətai RPİ, Nəsimi RPİ, Yasamal RPİ və BƏSİİ-dən ADİS məlumat bankına daxil olan) xx.xx.2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik təşkil etmişdir (i.v. 116, İİİ cild); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3/1864 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izi, 2,3 saylı daktilolentlərin səthindəki “a,b” əlbarmaq izləri, 4,5,6 saylı daktilolentlərin səthindəki “a” əl-barmaq izləri, 7,8 saylı daktilolentlərin səthindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş, 1,4-7 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 9-17 saylı daktilolentlərin səthindəki əl-barmaq, ovuc, papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından, 2 saylı daktilolentin səthindəki “a,b” əl-barmaq izləri onun sol əlinin baş və şahadət barmaqlarından, 3 saylı daktilolentin səthindəki “a, b” əl-barmaq izləri onun sol əlinin orta və şəhadət barmaqlarından qalmışdır. Təqdim edilmiş 4,5,6 saylı daktilolentlərin səthindəki “a” əl-barmaq izləri, 7, 8 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs əl-barmaq və ovuclarından qalmamışdır (i.v. 120-127); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxxx 2020-ci il tarixli cavabından görünür ki,Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v. 135, İİİ cild); xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə yeni məzmunlu ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri nəzərə alınmış, zərərçəkmiş şəxslər və şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması, hadisə yerlərinə, disklərə baxış, ifadənin yerində yoxlanılması, könüllü təqdim etmə və götürmə, tanımaya təqdim etmə protokolları və ekspertiza rəyləri iş üzrə sübut növü kimi qəbul olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 12 ədəd ədəd bükümlərdə ümumi çəkisi 2,759 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 2,519 qram heroin saxlanılması üçün Xətai rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, ünvan 8 ünvanda yerləşən “Mələklər" adlanan Tədris Mərkəzinə, Bakı şəhəri Xətai rayonu Babək prospekti 10 saylı ünvanda yerləşən “Veqas Studio” gözəllik salonuna və Bakı şəhəri Xətai rayonu Natiq Əliyev küçəsi 3E ünvanında yerləşən “ME DUNA" adlanan psixologiya mərkəzinə baxış keçirilən zaman götürülmüş özündə videogörünütləri əks etdirən üç ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi bir ədəd boyunbağı iş uçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 qaytarılmış, Təqsirləndirilən şəxs məhkum edilmiş şəxs hesab edilməmiş və onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməmiş, cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 məxsus bir ədəd “Xiomi” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd kassa aparatı və bir ədəd “Vertu" markalı mobil telefon, X22 oğluna məxsus bir ədəd qızıl üzük və Zərərçəkmiş şəxs4 məxsus müxtəlif markalı siqaretlərin yeri müəyyən edilərək istintaqa təqdim edilə bilmədiyi üçün həmin əmlakların qiyməti onların ifadəsində qeyd etdiyi miqdarlara əsasən əsas götürülmüş, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd boyunbağının dəyəri sonuncu məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olduğundan ekspert rəyinə əsasən götürülmüş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, cinayət yolu ələ keçirilmiş əmlakları almış istintaqa məlum olmayan şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə qiymətləndirilməməsi qərara alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başanması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, cinayət işinin materiallarından qanunsuz olaraq narkotik vasitə heroini Təqsirləndirilən şəxs satmış mənbə barəsində material ayrılmış, Təqsirləndirilən şəxs ilə bağlı istintaqı tamamlamaq mümkün olduğundan onunla əlbir olan X18 və X7 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrıca icraatda cinayət işinin ayrılması və icraata qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmış, Təqsirləndirilən şəxs cinayət işində qanuni nümayəndəsi kimi iştirak edən anası X1 cinayət prosesində iştirakını istisna edən hal aşkar olunduğu üçün iş üzrə qanuni nümayəndə qismində onun iştirakına xitam verilmişdir (i.v. 137- 161, İİİ cild); xx xxxxxx 2020-ci il tarixli cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işinin materiallarından X18 və X7 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəəri ilə cinayət işi ayrılmışdır (i.v. 163-167, İİİ cild); xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmunu dəyişdirilərək və əlavələr edilməklə o, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (i.v. 171-172, İİİ cild); mülki iddia ərizəsindən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə müraciət edərək, mülki iddiaçı kimi tanınmasına dair qərar qəbul edilməsini və cinayət hadisəsi zamanı (oğurlanmış) dəymiş 7000 (yeddi min) manat məbləğində maddi ziyanın tam olaraq mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir (i.v. 200-201, İİİ cild); xx xxxxxx 2020-ci il tarixli zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Bakı şəhəri 5 saylı vəkil Bürosunun vkili İsgəndərli Könül Teyyub qızı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində tanınmışdır (i.v. 206, İİİ cild); xx xxxxxx 2020-ci il tarixli mülki iddiaçı qismində tanınma barədə qərardan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş maddi və mənəvi ziyanla bağlı xx xxxxxx 2020ci il tarixdə ərizə ilə müraciət etdiyindən mülki iddiaçı qismində tanınmışdır (i.v. 210, İİİ cild); xx xxxxxx 2020-ci il tarixli mülki cavabdeh qismində tanınmaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır (i.v. 226, İİİ cild); İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-4/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02 (iki) ay 22 (iyirmi iki) gün həddində, ibtidai istintaq müddətinin sonunadək, yəni xx xxxx 2021-ci il tarixədək müəyyən edilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin onun üzərindən çıxsa da ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8, qanuni nümayəndə X2 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, bütün proses iştirakçılarına hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 12 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş bükümdə, qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Görüntüdə Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X15, qanuni nümayəndə X6 narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Bundan əlavə, məhkəmə nəzərə alır ki, şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər narkotik vasitələrin Təqsirləndirilən şəxs üzərindən çıxmasını, sonuncunun narkotik vasitənin özünə məxsus olmasını bildirməsini göstərmişlər. Məhkəmə, şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Digər tərəfdən, Təqsirləndirilən şəxs ümumiyyətlə narkotik vasitədən istifadə etməməsini bildirsə də, Respublika Narkoloji X25 Şəxsi Ambulator X3 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi (qismən), mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, xeyli miqdarda törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 2,759 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.2-ci maddəsinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. 429.0-cı maddəsinə əsasən törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir: 429.0.1. yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün); 429.0.2. yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti; 429.0.3. yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi; 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, 21-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsus ilə ağır cinayət ) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdancinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında xx xxxx 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğurluq əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), cinayətin yetkinlik yaşına çatmadığı dövrdə törədilməsini (CM-59.1.2.), zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 Möhübbət oğlu, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, həmin şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmədə digər oğurluq cinayətlərinə görə işin olması, hazırkı iş üzrə cinayətin epizodlarının çoxluğu, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması), şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri (CM-86.1), ziyanın tam ödənilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində bu iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-4/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı ilə barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, hazırda yetkinlik yaşına çatdığından barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd boyunbağının saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut –04 ədəd DVD disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-4/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 2,518 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd boyunbağının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 04 ədəd DVD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 735,45 (yeddi yüz otuz beş, qırx beş) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar