Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-14/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X9, Zərərçəkmiş şəxs2 Jaget Ramın və zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4, tərcüməçi X14, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu Daşcalahlı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırkı iş üzrə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahələrinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 13 radələrində X5 yaşadığı ünvan 1 mənzil 24 ünvanına açarseçmə yolu ilə qanunsuz daxil olaraq mənzilin yataq otağından 01 ədəd dəyəri 800 manat olan “Lenova” markalı noutbuk kompüteri, 01 ədəd dəyəri 3000 manat olan “Canon” markalı foto aparatı, hər birinin dəyəri 100 manat olan 03 ədəd qadın əl çantalarını, 01 ədəd dəyəri 100 manat olan saç qırxan aparatı və 700 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Ləman Kazımovaya ümumilikdə 4900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx xxxxxx 2019-cu il saat 15 radələrində Hindistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 Jaget Ramıninin kirayədə yaşadığı ünvan 2 mənzil 1 ünvanına qanunsuz daxil olub, mənzildən 01 ədəd dəyəri 1400 manat olan «Acer» markalı noutbuk kompüteri, 01 ədəd dəyri 600 manat olan «Canon» markalı fotoapparatı, 01 ədəd fotoaparata məxsus linzanı, 140 manat pulu və 150 ABŞ dolları Azərbaycan Respublikası manatının həmin dövrlər üçün dollara olan məzənnəsi ilə 250 manat pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2390 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 mənzil 38 ünvanının arxa pəncərəsinin açıq olan qapısından keçmə yolu ilə mənzilə qanunsuz daxil olub oradan 01 ədəd dəyəri 1500 manat olan «paxlava» formasında briliyant qaşlı qızıl üzük, 01 cüt dəyəri 2000 manat olan sırğadan və bir üzükdən ibarət gül formasında qızıldan briliyant qaşlı dəsti, 01 ədəd dəyəri 6000 manat olan bilərzikdən və bir ədəd boyunbağdan ibarət qızıldan briliyant qaşlı yarımürək formasında dəsti, 01 ədəd dəyəri 500 manat olan qızıldan briliyant qaşlı gül formasında üzük, 01 ədəd dəyəri 600 manat olan qızıldan briliyant qaşlı düzbucaq formasında qadın üzüyü, 01 ədəd dəyəri 600 manat olan qızıldan briliyant qaşlı düzbucaq formasında kişi üzüyü, 01 ədəd dəyəri 1000 manat olan qızıl qolbağdan və üzükdən ibarət qızıl qaşsız dəsti, 01 ədəd dəyəri 300 manat olan qızıldan uşaq qolbağı üçün göz muncuğunu, 01 ədəd dəyəri 300 manat olan qızıl sancağı, 01 ədəd dəyəri 200 manat olan qızıl uşaq boyunbağını, 01 ədəd dəyəri 1200 manat olan boyunbağdan və qolbağdan ibarət qızıl dəsti, 01 ədəd dəyəri 400 manat olan ağ metaldan kişi qol saatı, 01 ədəd dəyəri 400 manat olan sarı metaldan kişi qol saatını, 01 ədəd dəyəri 4500 manat olan qızıl bilərziklə briliyant qaşlarla olan kişi qol saatını, 01 ədəd dəyəri 20 manat olan “Versage” markalı qadın qol saatını, 01 cüt dəyəri 7 manat olan bijuteriya sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 19527 manat məbləğində xeyli miqdara maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 4 ünvanına pəncərədən qanunsuz olaraq daxil olaraq qonaqotağında olan şüşə dolabdan 01 cüt dəyəri 3500 manat olan qızıl sırğanı, 01 ədəd dəyəri 2500 manat olan qızıl klonu, 01 ədəd dəyəri 1000 manat olan qızıl boyunbağını, 01 ədəd dəyəri 4000 manat olan brilyant qaşlı qızıl boyunbağını, 01 ədəd dəyəri 3500 manat olan brilyant qaşları qızıl bilərzik, 01 ədəd dəyəri 1000 manat olan qızıl rus beşliyini, 01 ədəd dəyəri 600 manat olan qızıl qadın üzüyünü və 200 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 16300 manat məbləğində xeyli miqdara maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 5 mənzil 3 ünvanının mətbəxinin dəmir barmaqlığını dəmir alətlə açıb mənzilə qanunsuz daxil olub 01 ədəd dəyəri 2000 manat olan brilyant qaşlı fantaziya qızıl üzüyü, 01 ədəd dəyəri 1000 manat olan zəncir formalı klon ilə bilikdə qızıl boyunbağını, 01 ədəd dəyəri 300 manat olan halqalı qızıl bilərziyi, 01 cüt dəyəri 700 manat olan “Versace” qızıl sırğaları, 01 ədəd dəyəri 20 manat olan “Bvlgari” markalı kişi qol saatını, 05 manat dəyərində gümüşü rəngli metaldan qolbağı, 01 ədəd dəyəri 5 manat olan gümüşü rəngli metaldan klonu, 6000 manat pulu və 1500 ABŞ dolları Azərbaycan Respublikası manatının həmin dövrlər üçün dollara olan məzənnəsi ilə 2550 manat pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 12580 manat məbləğində xeyli miqdara maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyindən maddi imkanı zəif olmuş və odur ki, oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 15 radələrində ünvan 7 saylı binanın blokların birinə daxil olub piyada pilləkənlərlə yuxarı qalxmağa başlamışdır. Yuxarı qalxdıqca giriş qapılarına yaxınlaşaraq mənzildən səs gəlib-gəlmədiyini yoxlamış, mənzillərdən səs gəldiyi üçün su sayğaclarını açıb aparmaq istəyərkən sayğacın yaşlı rəngli plasmas qapağının açıq olduğunu görmüş, orada açar olmuş, həmin açarın hansısa mənzilə aid olduğunu fikirləşib klidi yoxlamağa başlamışdır. İlk yoxladığı qapı ağ rəngli üzərində 24 hərfi ilə yazılmış qapı olmuşdur. Açarı qapıya saldıqda qapının üzərində olan kilidi açdığını görmüş, ev sahibini səsləsə də cavab verən olmadığından içəri daxil olmuşdur. Mənzildə heç kimin olmadığlından istifadə edib mənzilə daxil olmuş və mənzilin otaqlarında pul və ya qiymətli əşyalar axtarmağa başlamışdır. Həmin vaxt yataq otağından 01 ədəd «Lenova» markalı noutbuk, 01 ədəd «Canon» markalı fotoaparat, 03 ədəd qadın əl çantalarını, 01 ədəd saç qırxan aparatı və 700 manat nəğd pulu oğurlamış və dərhal həmin mənzili tərk etmişdir. Səhəri gün Bakı şəhəri Sabunçu rayonunuda yerləşən «rus bazarı» deyilən əraziyə gedib oğurladığı əşyaların hamısını tanımadığı şəxsə təklif etmiş, lakin həmin şəxs qeyd olunan əşyaların oğurluq olduğunu hiss edib almaqdan imtina etmişdir. Yenidən həmin əşyaları tanımadığı bir nəfər şəxsi aldadaraq öz əşyaları olduğunu, lakin pula vacib ehtiyacı olduğunu bildirərək 350 manat pulun müqabilində satmış, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsi 24 saylı binanın yaxınlığında oğurluq məqsədi ilə gəzərkən 1-ci mərtəbədə heç kimin yaşamadığını görüb eyvanın ağ rəngli plastik pəncərəsini əli ilə açaraq içəri daxil olmuş, içəri daxil olduqdan sonra giriş qapının arxasını bağlamış, sonra evdə axtarış aparmış və mənzilin qonaq otağında olan masanın üzərindən 01 ədəd «Acer» markalı noutbuk kompüterini, eyni otaqda olan dolabın aşağı hissəindən «Canon» markalı fotoapparat, 01 ədəd fotoaparata məxsus linzanı, 140 manat pul və 150 ABŞ dollarını oğurlayaraq daxil olduğu pəncərədəndə geri çıxaraq mənzili tərk etmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə günorta saatlarında Xətai rayonu Gəncə prospekti 23A ünvanının yaxınlığında oğurluq etmək məqsədi ilə gəzərkən həmin evin 1-ci mərtəbədə işıqların sönülü olduğunu və mənzildə heç kimin olmadığını müşahidə edib eyvanın dəmir barmaqlığında olan kilidi əlində olan dəmir parçası ilə sındıraraq içəri daxil olmuş, içəri daxil olduqdan sonra eyni qaydada giriş qapısının arxasını bağlamış, sonra evdə axtarış aparmış və qonaq otağında dolablarda olan «paxlava» formasında qaşlı qızıl üzük, 01 cüt sırğa, üzükdən ibarət gül formasında qızıldan qaşlı dəsti, 01 ədəd bilərzikdən və bir ədəd boyunbağdan ibarət qızıldan hazırlanmış çox saylı qaşlı yarımürək formasında dəst, 01 ədəd qızıldan briliyant qaşlı gül formasında üzük, 01 ədəd qızıldan briliyant qaşlı düzbucaq formasında qadın üçün üzük, kişi üçün qol saatı və digərlərini tam xatırlamadığ əşyaları oğurlayaraq daxil olduğu pəncərədən geri çıxaraq mənzili tərk etmiişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə 21 radələrində Bakı şəhəri Nizami rayonunda Neftçilər metrostansiyasının yaxınlığında həyətlərdə gəzən zaman beş mərtəbəli binanın ikinci mərtəbəsində dəmir barmaqlığın açıq vəziyyətdə olduğunu və həmçinin mənzilin işıqlarının sönülü vəziyyətdə olduğunu görmüşdür. Bu zaman həmin mənzilə daxil olub oğurluq etmək niyyətinə düşmüş, bu məqsədlə bloka daxil olub mənzilin qapısını döymüş, mənzildə heç kimin olmadığına tam şəkildə əmin olmuş və sonra küçəyə çıxaraq ətrafda kiminsə olubolmadığına baxmışdır. Həmin binanın birincin mətrəbəsində pəncərədə olan dəmir barmaqlıqlardan tutaraq ikinci mərtəbəyə qalxmış və cibində olan vintaçan ilə pəncərəini açıb mənzilə daxil olmuş və üzərində olan alışqanın işığını yandırıb mənzili axtarmağa çalışmışdır. İlk olaraq ev sahibi gələn zaman xəbəri olsun deyə qapını içəridən bağlamışdır. Mənzilin qonaq otağındakı küncdə olan yuxarı hissəsi şüşə şkafın şüşə hissəsində ürək formalı qırmızı rəngdə qızıl qabı aşkar etmiş, həmin qızıl qabını açıb içərisindən 01 ədəd qolbaq, 01 cüt sırğa, 01 ədəd üzərində klon olan boyunbağı və 01 ədəd əlavə boyunbağı götürüb cibinə qoymışdır. Orada başqa qızıl-zinyət əşyaları da olmuş, lakin başqa qızıl əşyalarını götürməmişdir. Həmin şkafda olan qabın içərisinə baxan zaman orada pul olduğunu görmüş və həmin puldan təxminən 300 manat götürmüş və cibinə qoyaraq mənzilin yataq otağına keçmişdir. Yataq otağını axtarmaq istəyərkən evin giriş qapısından səslər eşitdiyinə görə dəhlizə gəlmiş və qapının gözlüyündən baxan zaman bir qadının qapını açmaq istədiyini görmüş, bu zaman həmin şəxsin ev sahibi olduğunu düşünmüş, qapını içəridən bağladığı kimi açmış və gəldiyi yerdən çıxıb getmişdir. Oradan çıxdıqdan sonra taksiyə əyləşərək Memar Əcəmi mterostansiyası yaxınlığına getmiş, orada xatırlamadığı restoranda yemək yemiş və Şamaxinka adlanan əraziyə gələrək internet klubda gecələmişdir. Bir neçə gün Bakı şəhərinin Xətai rayonunda dörd mənzilə girərək müxtəlif oğurluqlar etmiş, sonra yaşadığı Qazax rayonuna getmişdir. Oğurladığı qızılları Qazax rayonunda qızıl satılan mağazaya satmaq istəmiş, lakin mağazada işləyən satıcı sənədi olmadığı üçün qızılları almamışdır. Həmin mağazadan çıxıb təxminən 20 metr aralandıqdan sonra bir nəfər yaşlı kişi yaxınlaşmış və mağazada gördüynü və qızıl almaq istədiyini bildirmişdir. Qızılların özünə məxsus olduğunu bildirmiş və qızlları 470 manata satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcələmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 23 saylı binanın arxa tərəfindən keçərkən ikinci mərtəbənin eyvanına dəmir pilləkənlərlə rahat çıxmaq olduğunu müşahidə etmiş, bu səbəbdən də bloka daxil olaraq həmin mənzilin qapısını döymüş, mənzil 38-də heç kimin olmadığına tam əmin olduqdan sonra həmin qeyd etdiyi yerdən içəri mənzilə daxil olmuşur. Yataq otağına daxil olaraq dolabda axtarış etmiş və dolabda olan dəqiq məbləğini xatırlamadığı pulu çantadan götürdükdən sonra yataq dəstinin yanında olan siyirmə dolabdan eynək qabının içərisində olan 6000 manat pulu və 1500 ABŞ dollarını oğurlayaraq həmin mənzili tərk etmişdir. Əldə etdiyi qızılları səhəri gün tanışı İlkinlə görüşüb ona özünə məxsus olduğunu bildirib satmaq üçün vermiş, pulları isə öz şəxsi ehtiyacına xərcləmişdir. İlkinə verdiyi əşyların bir qismini əvəllər tarixini və ünvanını xatrlamadığı Xətai rayonu ərazisindən mənzildən oğurlayıb üzərində saxlamış, Qazax şəhərində oğurluqla əldə etdiyi qızıl əşyalarını tanımadığı şəxsə satarkən tanımadığı şəxs həmin əşyları almadığı üçün sonradan İlkinə anasının olduğunu deyib satmaqda köməklik etmək üçün vermişdir. Verilmiş mülki iddianı ödəmək üçün maddi durumu yetərli deyil, həmin məbləği hazırda ödəyə bilməyəcək. Mülki iddiaları etiraf edir və təmin edilməsinə etiraz etmir. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 08 radalərinə yaşadığı ünvan 5 mənzil 3 ünvanının qapısını bağlayıb getmişdir. Həmin gün saat 19:25 radələrində yaşadığı mənzilə gəlib qapını açıb içəri daxil olmuş, mənzildə hava axınının olduğunu görüb mətbəxə tərəf keçmiş və həmin vaxt pəncərənin və qapının açıq olmasını görmüşdür. Sonra yataq otağına keçmiş, yataq dəstinin siyirməsini açmış və 1000 manat pulun olmadığını görmüşdür. Bundan sonra şifonerə baxmış və oradan 5000 manat pulun, 1500 ABŞ dollarının, termonun üzərindən müxtəlif qızıl-zinyət əşyalarının yerində olmadığını görmüşdür. Mənzildən oğurluq olmasını bildikdən sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan başqa, mənzilindən 1500 ABŞ dolları, 6000 manat pul və 01 ədəd dəyəri 2000 manat olan brilyant qaşlı fantaziya qızıl üzük, 01 ədəd dəyəri 1000 manat olan zəncir formalı klonu ilə bilikdə qızıl boyunbağı, 01 ədəd dəyəri 300 manat olan halqalı qızıl bilərzik və 01 cüt dəyəri 700 manat olan «Versace» qızıl sırğalar oğurlanmışdır. Qeyd olunun əşyalardan başqa 15 manat dəyərində qırmızı kəmərli kişi qol saatı, 40 manat dəyərində ağ metaldan bilərzik və 10 manat dəyərində ağ metaldan olan klon oğurlanmışdır. Ümumilikdə ona 12615 manat maddi zərər dəymişdir. Qızıl əşyaları 750 əyarlı olmuşdur. Hazırda ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Bu səbəbdən ona dəymiş ziyanın ödənilməsini və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxıb anası X19 100 mənzil 8 saylı ünvanına getmişdir. Təxminən bir neçə saat orada olduqdan sonra həyat yoldaşı Həsən anasının evinə gələrək onu və üç az yaşlı övladını götürmüş və birlikdə yaşadığı evə gəlmişlər. Yaşadığı mənzil binanın 4-cü blokunda 2-ci mərtəbədə yerləşir. Mənzilə qalxıb qapının açarını açmaq istəmiş və bu məqsədlə üzərində olan açarı qapının aşağısında olan kilidə daxil edib açarı çevirmiş, lakin açarın boşa çevrildiyini görmüş və yoldaşına qapının açılmadığını bildirmişdir. Sonra bir neçə dəfə qapını açmaq istəmiş və nəhayət qapı açılmış, mənzilə daxil olarkən qonaq otağında pəncərənin açıq vəziyyətdə olduğunu aşkar etmişlər. Bu zaman yoldaşı hansı səbəbdən pəncərəni açıq qoyduğunu soruşmuş, cavabında pəncərəni açıq qoymadığını bildirmişdir. Sonra yoldaşı Həsən mənzilin yataq otağında gizlətdiyi 5000 ABŞ dollarının yerində olub-olmadığını soruşmuş, təcili yataq otağına getmiş, pulun yerində olduğunu görmüş və pulu yoldaşına vermişdir. Sonra mənzilin qonaq otağında şüşə şkafda olan 300 manata qədər pulu götürüb saymış və orada cəmi 102 manat pul olduğunu aşkar etmişdir. Həyat yoldaşından pulu götürübgötürmədiyini soruşduqda, Həsən pula əl dəymədiyini bildirmişdir. Sonra həmin pulun yanında olan qızıl qabına baxdıqda qızıl-zinyət əşyalarının olmadığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib oğurluq olması barədə məlumat vermişdir. Mənzilindən 200 manat pul, 01 cüt xx xxxx 3500 manat dəyərində qızıl sırğa, 01 ədəd 2500 manat dəyərində qızıl klon, 01 ədəd 1000 manat dəyərində qızıl boyunbağı, 01 ədəd 4000 manat dəyərində üzərində brilyant qaşları olan qızıl boyunbağı, 01 ədəd 3500 manat dəyərində üzərində brilyant qaşları olan qızıl bilərzik, 01 ədəd 1000 manat dəyərində qızıl rus beşliyi və 01 ədəd 600 manat dəyərində qızıl qadın üzüyü oğurlanmışdır. Ümumilikdə ona 16300 manat maddi zərər dəymişdir. Qızıl əşyalarından 01 cüt 22 qram qızıl sırğa və 01 ədəd qızıl klon ərəb qızılı olmuş, əyarı 22, digərlərinin isə 750 olmuşdur. Hazırda ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Bu səbəbdən ona dəymiş ziyanın ödənilməsini və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Jaget Ramın ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 11:30 radələrində yaşadığı Bakı şəhər Xətai rayonu Afiyyədin Cəlilov küçəsi ev 24 M1, mənzil 1dən çıxıb işə getmiş və həmin gün saat 23:30 radələrində evə qayıtmışdır. Evə qayıtdıqda məlum olmuşdur ki, naməlum şəxs yaşadığı evə qanunsuz daxil olub evdən 1400 manat dəyərində 01 ədəd «Acer» markalı notbuk kompüteri, 600 manat dəyərində 01 ədəd «Canon» markalı fotoapparatı, 01 ədəd fotoapparata məxsus linzanı, 140 manat pul və 150 ABŞ dollarını oğurlamışdır. Hazırda ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Bu səbəbdən ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, zərərçəkmiş şəxs X5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. X10 həmin ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 11:40-dan 17:15-dək olan müddət ərzində ünvan 7 saylı ünvanda evdə olmadığı müddətdə naməlum şəxs açarseçmə yolu ilə mənzilə daxil olaraq yataq otağından 01 ədəd 800 manat dəyərində olan «Lenova» markalı noutbuk kompüteri, 01 ədəd 3000 manata dəyərində olan «Canon» markalı fotoaparatı, 03 ədəd hər birinin qiyməti 100 manat olan qadın əl çantalarını, 01 ədəd 100 manat dəyərində olan saç qırxan aparatı və 700 manat nəğd pulu oğurlamışdır. Oğurluq nəticəsində ümumilikdə ona 4900 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Bu səbəbdən ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs3 həmin ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində işə getmişdir. Həyat yoldaşı Şahid1 və bacısı X11 ilə birlikdə saat təxminən saat 13 radələrində evdən çıxaraq anasıgilə getmişlər. Saat təxminən 16 radələrində evə gəlmiş, evdən telefon üçün adaptır götürüb çıxmışdır. Həmin vaxt evdə hər şey öz qaydasında olmuşdur. Həmin gün saat 21 radələrində ailəsi ilə birlikdə evə gəlmiş və evə daxil olan zaman evin bütün otaqlarının dağınıq olmasını, mətbəxin pəncərəsinin açıq olmasını aşkar etmişlər. Sonra qonaq otağına dolablara baxdıqda həyat yoldaşına məxsus olan qızıl və brilyant qaşlı sep, qolbağ və özünə məxsus qızıl üzüyün oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində 15000 manat maddi zərər dəymişdir. Mənzildən 01 ədəd dəyəri 1500 manat olan «paxlava» formasında briliyant qaşlı qızıl üzük, 01 cüt dəyəri 2000 manat olan sırğadan və bir üzükdən ibarət gül formasında qızıldan briliyant qaşlı dəsti, 01 ədəd dəyəri 6000 manat olan bilərzikdən və 01 ədəd boyunbağdan ibarət qızıldan briliyant qaşlı yarımürək formasında dəst, 01 ədəd dəyəri 500 manat olan qızıldan briliyant qaşlı gül formasında üzük, 01 ədəd dəyəri 600 manat olan qızıldan briliyant qaşlı düzbucaq formasında qadın üzüyü, 01 ədəd dəyəri 600 manat olan qızıldan briliyant qaşlı düzbucaq formasında kişi üzüyü, 01 ədəd dəyəri 1000 manat olan qızıl qolbağdan və üzükdən ibarət qızıl qaşsız dəst, 01 ədəd dəyəri 300 manat olan qızıldan uşaq qolbağı üçün göz muncuğu, 01 ədəd dəyəri 300 manat olan qızıl sancağı, 01 ədəd dəyəri 200 manat olan qızıl uşaq boyunbağı, 01 ədəd dəyəri 1200 manat olan boyunbağdan və qolbağdan ibarət qızıl dəsti, 01 ədəd dəyəri 400 manat olan ağ metaldan kişi qol saatı, 01 ədəd dəyəri 400 manat olan sarı metaldan kişi qol saatı, 01 ədəd dəyəri 4500 manat olan qızıl bilərziklə briliyant qaşlarla olan kişi qol saatı, 01 ədəd dəyəri 70 manat olan “Versage” markalı qadın qol saatı və 01 cüt dəyəri 6 manat olan bijuteriya sırğa oğurlanmışdır. Oğurlun nəticəsində ona ümumilikdə 19527 manat maddi zərər dəmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun ifadə vermişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvəlindən Orucun qardaşı Nicatın vasitəsi ilə tanımışdır. 2020ci ilin yanvar ayının əvvəlində Bakı şəhəri Nəsimi rayonunda yerləşən metrounun «Memar Əcəmi» stansiyasının yaxınlığında olan «Buta» çay evində Oruc ilə görüşmüş, həmin vaxt Oruc satıb pulunu ona verməsi üçün 01 ədəd «Bvlgari» markalı kişi qol saatı, 01 ədəd «Versage» qadın üçün qol saatı, 01 cüt bijuteriya sırğa, 01 cüt bijuteriya qolbağı, 01 ədəd bijuteriya klon, 01 cüt üzərində müxtəlif rəngli qaşlar olan bijuteriaya sırğa, 01 cüt uşaq üçün qızıl sırğa, 01 cüt üzərində kəpənək forması olan, uşaq üçün qızıl sırğa, 01 cüt uşaq üçün qızıl üzük, 01 ədəd uşaq üçün qızıl boyunbağı və 01 cüt üzərində iri sadə qaş olan bijuteriaya üzük və 01 ədəd üzərində 07 ədəd qaş olan qızıl üzük vermişdir. Lakin sonradan Orucun verdiyi əşyaların oğurluq yolu ilə əldə etməsi ehtimalı olmasını zənn etmiş, buna görə də həmin qızılları təhvil vermək qərarına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları saxlayıb, polis bölməsinə aparmış, o, da Orucun verdiyi qızılları könüllü şəkildə istintaqa təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakt üzrə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir (İ cild, i.v. 01); baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 51 saylı evin 3 saylı mənzilinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (İ cild, i.v. 07-16); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 18-19); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 61-62); hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsi 6 saylı evin 1 saylı mənzilinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (İ cild, i.v. 87); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Jaget Ramın zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 100); baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Neapol küçəsi 73 saylı evin 24 saylı mənzilinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (İ cild, i.v. 120-126); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X10 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 132); əməlin tövsif edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan cinayət işi həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v. 142-143); şübhəli şəxsin tutlması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutlmuşdur (İ cild, i.v. 154); ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerlərində yoxlanılarkən o, öz ifadələrini hadisə yerində eynilə təsdiq etmiş və bu barədə fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (İ cild, i.v. 164-182); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir (İ cild, i.v.184-185); təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri seçilmiş və o, Xətai RPİ-nin MSY-dən azad edilmişdir (İ cild, i.v.194-195); təqdimetmə və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, şahid qismində dindirilmiş Şahid2 iş üzrə maddi sübut olan 01 ədəd «Bvlgari» markalı kişi qol saatı, 01 ədəd «Versage» qadın üçün qol saatı, 01 cüt bijuteriya sırğa, 01 cüt bijuteriya qolbaq, 01 ədəd bijuteriya klon, 01 cüt üzərində müxtəlif rəngli qaşlar olan bijuteriaya sırğa, 01 cüt uşaq üçün qızıl sırğa, 01 cüt üzərində kəpənək forması olan, uşaq üçün qızıl sırğa, 01 cüt uşaq üçün qızıl üzük, 01 ədəd uşaq üçün qızıl boyunbağı və 01 cüt üzərində iri sadə qaş olan bijuteriaya üzük və 01 ədəd üzərində 07 ədəd qaş olan qızıl üzüyü könüllü şəkildə istintaqa təqdim etmiş, Şahid2 təqdim etdiyi əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X16 tərəfindən götürülərək protokol tərtib edilmişdir (İ cild, i.v.198-210); tanınma üçün təqdim etmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X22 tərəfindən, Şahid2 istintaqa təqdim etdiyi 01 ədəd «Bvlgari» markalı kişi qol saatı, 01 ədəd «Versage» qadın üçün qol saatı, bir cüt bijuteriya sırğa, bir cüt bijuteriya qolbaq, 01 ədəd bijuteriya klon, 01 cüt üzərində müxtəlif rəngli qaşlar olan bijuteriaya sırğa, 01 cüt uşaq üçün qızıl sırğa, 01 cüt üzərində kəpənək forması olan, uşaq üçün qızıl sırğa, 01 cüt uşaq üçün qızıl üzük, 01 ədəd uşaq üçün qızıl boyunbağı və 01 cüt üzərində iri sadə qaş olan bijuteriaya üzük və 01 ədəd üzərində 07 ədəd qaş olan qızıl üzük arasında tanınmaq üçün Şahid1 təqdim etmiş, Şahid1 01 ədəd «Bvlgari» markalı kişi qol saatı, 01 ədəd «Versage» qadın üçün qol saatı, bir cüt bijuteriya sırğa, bir cüt bijuteriya qolbaq, 01 ədəd bijuteriya klon, 01 cüt üzərində müxtəlif rəngli qaşlar olan bijuteriaya sırğa, 01 cüt uşaq üçün qızıl sırğa, 01 cüt üzərində kəpənək forması olan, uşaq üçün qızıl sırğa, 01 cüt uşaq üçün qızıl üzük, 01 ədəd uşaq üçün qızıl boyunbağı və 01 cüt üzərində iri sadə qaş olan bijuteriaya üzük və 01 ədəd üzərində 07 ədəd qaş olan qızıl üzüyü nəzərdən keçirib 2 rəqəmi ilə işarələnmiş 01 ədəd 750 əyyarlı, 6,3 qram çəksi, 0,42 karat birliantı olan qızıl qadın üzüyünü göstərərək həmin 01 ədəd «Versage» qadın üçün qol saatı və 01 cüt üzərində müxtəlif rəngli qaşlar olan bijuteriaya sırğanı əlamtlərindən, formasından və digər əlamətlərindən tanımış və ona məxsus olduğunu bildirmişdir (İ cild, i.v.223-224); tanınma üçün təqdim etmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X22 tərəfindən, Şahid2 istintaqa təqdim etdiyi 01 ədəd «Bvlgari» markalı kişi qol saatı, 01 ədəd «Versage» qadın üçün qol saatı, bir cüt bijuteriya sırğa, bir cüt bijuteriya qolbaq, 01 ədəd bijuteriya klon, 01 cüt üzərində müxtəlif rəngli qaşlar olan bijuteriaya sırğa, 01 cüt uşaq üçün qızıl sırğa, 01 cüt üzərində kəpənək forması olan, uşaq üçün qızıl sırğa, 01 cüt uşaq üçün qızıl üzük, 01 ədəd uşaq üçün qızıl boyunbağı və 01 cüt üzərində iri sadə qaş olan bijuteriaya üzük və 01 ədəd üzərində 07 ədəd qaş olan qızıl üzük arasında tanınmaq üçün Zərərçəkmiş şəxs4 təqdim etmiş, Zərərçəkmiş şəxs4 01 ədəd «Bvlgari» markalı kişi qol saatı, 01 ədəd «Versage» qadın üçün qol saatı, bir cüt bijuteriya sırğa, bir cüt bijuteriya qolbaq, 01 ədəd bijuteriya klon, 01 cüt üzərində müxtəlif rəngli qaşlar olan bijuteriaya sırğa, 01 cüt uşaq üçün qızıl sırğa, 01 cüt üzərində kəpənək forması olan, uşaq üçün qızıl sırğa, 01 cüt uşaq üçün qızıl üzük, 01 ədəd uşaq üçün qızıl boyunbağı və 01 cüt üzərində iri sadə qaş olan bijuteriaya üzük və 01 ədəd üzərində 07 ədəd qaş olan qızıl üzüyü nəzərdən keçirib 2 rəqəmi ilə işarələnmiş 01 ədəd 750 əyyarlı, 6,3 qram çəksi, 0,42 karat birliantı olan qızıl qadın üzüyünü göstərərək həmin 01 ədəd «Versage» qadın üçün qol saatı və 01 ədəd bijuteriya klon və bir ədəd qolbağı əlamtlərindən, formasından və digər əlamətlərindən tanımış və ona məxsus olduğunu bildirmişdir (İ cild, i.v.228-230); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.238); baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Nizami rayonu R.Rüstəmov 36 saylı evin 51 saylı mənzilinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (İ cild, i.v. 249-253); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır (İİ cild, i.v. 01); ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi 36 saylı evin 51 saylı mənzildə yoxlanılarkən o, öz ifadələrini hadisə yerində eynilə təsdiq etmişdir (İİ cild, i.v. 50-53); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2020-ci il tarixli, 193 saylı rəyində qeyd edilmişdir ki, məhkəmə psixiatrik ekspertizası üzrə yekunhissə (suallara cavab olaraq): Təqsirləndirilən şəxs hər hansı ruhi-əsəb xəstəliyindən əzab çəkmir, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır, Təqsirləndirilən şəxs hal hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır, Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür; məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə (suallara cavab olaraq): Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertlə daha yaxındır (psixi fəaliyyətinə xarici əlamə yönəlməsi) ünsiyyətçilik, emosionalıq, götür-qoy etmədən hərəkət etməyə meyillik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən olunmadı. Əqli və psixi inkişafını nəzərə almaqla, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayətin əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Əqli və psixi inkişafının xüsusiyyətinə görə Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər-hansı bir dəyişiklik (qorxu, stress, güclü ruhi həyacan, psixi-emosional gərginlik, fizioloji affekt və s.) yaranmamışdır (İİ cild, i.v.83-85); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2880 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, təqdim edilmiş 1 və 2 saylı daktolentlərin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır, təqdim edilmiş 3, 4, 5, 6, 7, 8 saylı daktolentlərin (fotoşəkillərin) səthindəki papilyar naxış izləri tam və aydın əks olunmadığından, həmçinin, kifayət qədər xüsusi əlamətlərinə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır, təqdim edilmiş 2 saylı daktolentin səthindəki ovuc izi X2 əlinin ovucundan qalmışdır, təqdim edilmiş 1 saylı daktolentin səthindəki ovuc izi X12 ovuclarından qalmışdır (İİ cild, i.v.86-93); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4161/4162 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş məmulatların metallı, əyarı, çəkisi üzərində olan qaşların təbiəbi və digər göstəriciləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 01 ədəd gümüşü rəng metaldan korpusu və kilid yeri, içərisində və qırmızı rəngli rezin kəməri üzərində “BVLGARİ” yazısı olan qol saatı - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümimi çəkisi 76,22 qramdır, saat kustar üsulla hazırlanmışdır - 20,0 manat; 01 ədəd sarı rəngli metalıdan, içərisində “VERSAGE” yazısı olan qol saatı - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümimi çəkisi 66,27 qramdır, saat kustar üsulla hazırlanmışdır - 20 manat; 01 ədəd gümüşü rəngli metaldan qolbaq - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 29,65 qramdır, kustar üsulla hazırlanmış bijuteriyadır - 5 manat; 01 ədəd sarı rəngli metaldan, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü (cox sayda qaş yeri boşdur) metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 14,57 qramdır, qaşları qiymətli qaşlara aid deyil, kustar üsulla hazırlanmış bijuteriyadır - 7,0 manat; 01 ədəd gümüşü rəngli metalıdan, üzərində qara rəngli muncuqlar olan kulon - metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 6,25 qramdır, kustar üsulla hazırlanmış bijuteriyadır - 5,0 manat; 01 ədəd sarı rəngli metalıdan, üzərində müxtəlif rəngli qaşlar olan sırğa cütü metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 8,99 qramdır, qaşları qiymətli qaşlara aid deyil, kustar üsulla hazırlanmış bijuteriyadır - 3,0 manat; 01 ədəd sarı rəngli metalıdan, üzərində 1 ədəd böyük ölçülü, sarı rəngli qaş olan üzük - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 19,81 qramdır, qaşı qiymətli qaşlara aid deyil, kustar üsulla hazırlanmış bijuteriyadır - 10,0 manat; 01 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,64 qram, qaşları qiymətli qaşlara aid deyil, kustar üsulla hazırlanmışdır -158,0 manat; 01 ədəd sarı rəngli metaldan qolbaq - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,85 qramdır, kustar üsulla hazırlanmışdır - 231,0 manat; 01 ədəd sarı rəngli metaldan, üzərində “pişik” formalı elementi olan sırğa cütü və üzük dəsti - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,74 qramdır, kustar üsulla hazırlanmışdır - 164,0 manat; 01 ədəd sarı rəngli metaldan, üzərində “kəpənək” formalı elementi və ağ şəffaf qaşları olan sırğa cütü - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,02 qram, qaşları qiymətli qaşlara aid deyil, kustar üsulla hazırlanmışdır-121,0 manat. Aparılmış fızikikimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, təqdim olunan məmulatların xx.xx.2020-ci il tarixinə olan orta bazar qiyməti ümumilikdə 774 manat müəyyən edilir (İİ cild, i.v.94-97); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/48 nömrəli məhkəmə-trosoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, təqdim edilmiş 1 və 2 saylı daktolentlərin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır, təqdim edilmiş 1, 2, 3, 4 saylı daktolentlərin səthindəki papilyar naxış izləri tam və aydın əks olunmadığından, həmçinin, kifayət qədər xüsusi əlamətlərinə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır, təqdim edilmiş 1 saylı daktolentin səthindəki ovuc izi X3 ovucundan, 2 saylı daktolentin səthindəki ovuc izi isə onun ovucunun hipotenar hissəsindən qalmışdır (İİ cild, i.v.98-105); sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri yenidən ittiham elan edilmiş və xx xxxxxx 2020-cu il tarixdə barəsində seçilmiş «polisin nəzarəti altına vermə qismində» qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübultarın məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs qismində dindirilmiş X10, Zərərçəkmiş şəxs2 Jaget Ramin, Zərərçəkmiş şəxs3, Aayeva Könül Rəşid qızı, Zərərçəkmiş şəxs4, şahid qismində dindirilmiş Abışova Röyalə Nail qızı və Şahid2 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2020-ci tarixli, 2880 nömrəli, xx.xx.2020-ci il tarixli, 4161/4162 nömrəli, xx.xx.2020-ci il tarixli, 3/48 nömrəli və Məhkəmə-X1 verdiyi xx.xx.2020-ci il tarixli, 193 nömrəli rəyləri sübut kimi qiymətləndirilmiş, iş üzrə 01 ədəd gümüşü rəngli metaldan korpusu və kilid yeri, içərisində və qırmızı rəngli rezin kəməri üzərində “Bvlgari” yazısı olan qol saatı, 01 ədəd sarı rəngli metaldan, içərisində “Versage” yazısı olan qol saatı, 01 ədəd gümüşü rəngli metaldan qolbaq, 01 ədəd gümüşü rəngli metaldan, üzərində qara rəngli muncuqlar olan kulon və 01ədəd sarı rəngli metaldan, üzərində müxtəlif rəngli qaşlar olan sırğa cütü iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması məqsədi ilə Xətai RPİ-nin naddi sübutlar saxlanc anbarına təhvil verilmiş, iş üzrə oğlurlanmış əşyaların dəyəri zərərçəkmiş şəxslər X13, Zərərçəkmiş şəxs3, X10, Zərərçəkmiş şəxs2 Jaget Ramının və Zərərçəkmiş şəxs5 ifadələrində göstərdikləri kimi oxunmuş, iş üzrə X13 oğurlanmış 01 ədəd qırmızı kəmərli “Bvlgari” markalı kişi qol saatının dəyrini 20 manat, ağ metaldan olan bilərziyin dəyərini 5 manat və ağ metaldan olan klonun dəyrini isə 50 manat, Zərərçəkmiş şəxs3 oğurlanmış 01 ədəd “Versage” markalı qadın qol saatının dəyərinin 20 manat və 01 cüt bijuteriya sırğanın dəyərinin isə 7 manat olması kimi qəbul olunmuş, iş üzrə DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsindən alınmış məktubda və iş üzrə təyin edilmiş məhkəmədaktoloskopik ekspertizasının rəylərin nəticə hissəsində X17 Təqsirləndirilən şəxs kimi qəbul olunmuş, iş üzrə Şahid2 barəsində CM-nin 194-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət təqibi üzrə icraata xitam verilmiş, iş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxda və ünvandan, 01 cüt uşaq üçün qızıl sırğa, 01 cüt üzərində kəpənək forması olan uşaq üçün qızıl sırğa, 01 cüt uşaq üçün qızıl üzük, 01 ədəd uşaq üçün qızıl boyunbağı və 01 cüt üzərində iri sadə qaş olan bijuteriaya üzük və 01 ədəd üzərində 07 ədəd qaş olan qızıl üzüyün oğurlanması üzrə cinayət təqibinin başlanması rədd olunmuş, iş üzrə bütün istintaq sənədlərində Təqsirləndirilən şəxs kimi oxunmuşdur (İİ cild, i.v.143-156); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (İİ cild, i.v. 158-160) ; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. 429.0-cı maddəsinə əsasən törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir: 429.0.1. yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün); 429.0.2. yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti; 429.0.3. yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi; 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, 21-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsus ilə ağır cinayət ) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdancinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında xx xxxx 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), cinayətin yetkinlik yaşına çatmadığı dövrdə törədilməsini (CM-59.1.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmədə digər oğurluq cinayətlərinə görə işin olması, hazırkı iş üzrə cinayətin epizodlarının çoxluğu, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması), şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri (CM-86.1), ziyanın ödənilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində bu iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-350/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə ümumilikdə 16300 manat maddi tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə ümumilikdə 12580 manat maddi tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması, bunun nəticəsində Zərərçəkmiş şəxs5 16300 manat, Zərərçəkmiş şəxs4 12580 manat ziyan vurulması təsdiq edildiyindən, X4 oğurlanmış 01 ədəd 20 manat dəyərində qırmızı kəmərli “Bvlgari” markalı kişi qol saatının, 01 ədəd dəyəri 05 manat ağ metaldan olan bilərziyin, 01 ədəd dəyəri 50 manat olan ağ metaldan olan klonun hazırkı hökmlə X8 qaytarılması nəzərə alınmalı, beləliklə, mülki iddialar əsaslı olduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddiaları etiraf edərək təmin edilməsinə etiraz etmədiyindən Zərərçəkmiş şəxs5 iddiası tam, X6 iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs 12505 manat (on iki min beş yüz beş) manat pul tutularaq Zərərçəkmiş şəxs4, 16300 (on altı min üç yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs5 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçılar tərəfindən ayrı-ayrılıqda ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-350/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 12505 manat (on iki min beş yüz beş) manat pul, 30 manat dövlət rüsumu, ümumilikdə 12535 (on iki min beş yüz otuz beş) manat Zərərçəkmiş şəxs4 xeyrinə tutulsun. Zərərçəkmiş şəxs5 mülki iddiası qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs4 mülki iddiası tam təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 16300 (on altı min üç yüz) manat pul, 30 manat dövlət rüsumu, ümumilikdə 16330 (on altı min üç yüz otuz) manat Zərərçəkmiş şəxs5 xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri 566,02 (beş yüz altmış altı, iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – Xətai RPİ-nin maddi sübutlar saxlanc anbarına təhvil verilmiş 01 ədəd gümüşü rəngli metaldan korpusu və kilid yeri, içərisində və qırmızı rəngli rezin kəməri üzərində “Bvlgari” yazısı olan qol saatı, 01 ədəd gümüşü rəngli metaldan qolbaq, 01 ədəd gümüşü rəngli metaldan, üzərində qara rəngli muncuqlar olan kulon Zərərçəkmiş şəxs4 qaytarılsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin maddi sübutlar saxlanc anbarına təhvil verilmiş 01 ədəd “Versage” markalı qadın qol saatı, 01 cüt bijuteriya sırğa Zərərçəkmiş şəxs3 qaytarılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-14/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-14/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver