Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-14/2022 18.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 10 avqust 1977-ci ildə Lənkəran şəhəri, Veravul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran şəhəri, Veravul kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində yerləşən fərdi tikilmiş evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə AR ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 06 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 ünvanında icarə əsasında işlətdiyi köşkün qapısının şüşəsini əli ilə vurub sındıraraq köşkə qanunsuz daxil olub, oradan 1 bloku 20 manat olmaqla 300 manat dəyərində 15 blok (150 ədəd) “West” markalı, 1 bloku 15 manat olmaqla 150 manat dəyərində 10 blok (100 ədəd) “Kingston” markalı, 1 bloku 30 manat olmaqla 180 manat dəyərində 6 blok (60 ədəd) “Davidov” markalı, 1 bloku 19 manat olmaqla 380 manat dəyərində 20 blok (200 ədəd) “Klassik” markalı, 1 bloku 17 manat olmaqla 102 manat dəyərində 6 blok (60 ədəd) “Prima” markalı, 1 bloku 15 manat olmaqla 90 manat dəyərində 6 blok (60 ədəd) “Bakı” markalı, 1 bloku 16 manat olmaqla 80 manat dəyərində 5 blok (50 ədəd) “Veqas” markalı, 1 bloku 16 manat olmaqla 160 manat dəyərində 10 blok (100 ədəd) “Magna” markalı, 1 bloku 20 manat olmaqla 240 manat dəyərində 12 blok (120 ədəd) “Vant” markalı, 1 bloku 28 manat olmaqla 280 manat dəyərində 10 blok (100 ədəd) “Winston” markalı, 1 bloku 32 manat olmaqla 96 manat dəyərində 3 blok (60 ədəd) “Soranie” markalı, 1 bloku 23 manat olmaqla 138 manat dəyərində 6 blok (60 ədəd) “LD” qalın markalı, 1 bloku 24 manat olmaqla 192 manat dəyərində 8 blok (80 ədəd) “LD” nazik markalı,1 bloku 16 manat olmaqla 128 manat dəyərində 8 blok (80 ədəd) “More” markalı, 1 bloku 20 manat olmaqla 300 manat dəyərində 15 blok (150 ədəd) “Winchester” nazik markalı, 1 bloku 18 manat olmaqla 144 manat dəyərində 8 blok (80 ədəd) “Winchester” qalın markalı, 1 bloku 16 manat olmaqla 160 manat dəyərində 10 blok (100 ədəd) “NZ” markalı, 1 bloku 33 manat olmaqla 330 manat dəyərində 10 blok (100 ədəd) “Kent” markalı, 1 bloku 20 manat olmaqla 100 manat dəyərində 5 blok (50 ədəd) “Rothmons” markalı, 1 bloku 15 manat olmaqla 90 manat dəyərində 6 blok (60 ədəd) “Palma” qalın markalı, 1 bloku 20 manat olmaqla 200 manat dəyərində 10 blok (100 ədəd) “Palma” kompakt markalı siqaretləri, bir ədədi 1 manat olmaqla 75 manat dəyərində 75 ədəd alışqanı, 100 manat dəyərində «Azercell», «Bakcell» və «Azerfon» mobil operatorlara məxsus danışıq kartlarını 1 ədədi 5 manat olmaqla 40 manat dəyərində 8 ədəd 2 ml ətirləri və 70 manat bir manatlıq kağız əskinasdan ibarət nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 4125 (dörd min yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 26 oktyabr 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında icarə əsasında işlətdiyi “Ucuzluq Parfumeriya” adlı mağazanın yaxınlığına gəlmiş orada o, gələn olarsa xəbər vermək üçün yaxınlıqda dayanmış, K.Xudiev isə mağazaya yaxınlaşaraq əlində olan dəmir parçası ilə mağazanın plastik qapısının üzərində olan dəmir barmaqlığın asma kilidini qırıb, plastik qapının kilidini sındırdıqdan sonra o və K.Xudiev mağazaya qanunsuz daxil olaraq, mağazadan 1050 manat dəyərində “Kenzo”, “Jade”, “Givenchy”, “Versace”, “Kenzo Par”, “Chanel 5”, “212 Men”, “Moschino Funny”, “Eqoist platinum”, “Platinum Bulu”, “Marry Me”, “X7”, “Explore”, “Valentine” markalı və 1 ədəd 20 manat dəyərində “Explore Woman” markalı ətirləri, 20 ədəd 60 manat dəyərində “X9” markalı, 12 ədəd 36 manat dəyərində “She” markalı, 10 ədəd 36 manat dəyərində “Nivea” markalı, 10 ədəd 36 manat dəyərində “Axe” markalı tər əleyhinə qarşı spreyləri, 10 ədəd 40 manat dəyərində “102” nömrəli pudraları, 6 ədəd 24 manat dəyərində “Oriflame” markalı maqqaşı, 2 ədəd 15 manat dəyərində bijuteriya qolbağı, 8 ədəd 20 manat dəyərində bijuteriya qolbağı, 5 ədəd 50 manat dəyərində qaralmayan materialdan olan üzükləri, 72 ədəd 180 manat dəyərində bijuteriya qadın üzüklərini, 6 ədəd 30 manat dəyərində qaralmayan metaldan olan qadın qolbağı, 2 ədəd 24 manat dəyərində kişi qol saatını, 6 ədəd 90 manat dəyərində kişi qol saatını, 150 manat dəyərində müxtəlif markalı bijuteriya qadın sırğalarını, 25 ədəd 50 manat dəyərində pudra kistlərini (şotkasını), 12 ədəd 36 manat dəyərində “Aksedant” markalı saç açıcı kremi, 2 ədəd 17 manat dəyərində “Kolboran” markalı saç açıcı tozu, 24 ədəd 67 manat dəyərində “İpək” markalı saç şampunu, 6 ədəd 33 manat dəyərində “Keratin” markalı saç şampunu, 4 ədəd 100 manat dəyərində “Adidas” idman dəstini, 4 ədəd 80 manat dəyərində “Adidas” uşaq dəstini, 20 ədəd 60 manat dəyərində “Koteks” markalı paketləri, 95 manat dəyərində kameranın tavana bərkidilmiş qurğusunu və saxlanc yeri hesab edilən kassada olan 30 manat qəpikdən ibarət nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 2429 (iki min dörd yüz iyirmi doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə 2014-cü ildə narkotik vasitələrdən istifadə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və 2015-ci ilin mart ayında cəza müddəti başa çatdığına görə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan bir müddət sonra Lənkəran şəhərində yaşamış və 2015-ci ilin sonlarında işləmək üçün Bakı şəhərinə gələrək kirayə ev tutub yaşamağa başlamışdır. Bir müddət 30 və 57 nömrəli sərnişin avtobuslarında sürücü kimi işləmişdir. Təxminən 2020-ci ilin iyul ayının əvvəllərində ehtiyatsızlıqdan yıxılan zaman ayağı sındığı üçün sürücü işindən çıxmalı olmuşdur. İşdən çıxdıqdan sonra heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntı çəkməyə başlamışdır. Buna görə də oğurluq etmək qərarına gəlmişdir. 06 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Babək psospektində yerləşən avtomobil bazarının yaxınlığına getmişdir. Həmin vaxt o, orada yol kənarında siqaret köşkünün olduğunu görüb köşkə yaxınlaşıb içəri nəzər salan zaman orada müxtəlif markalı siqaretlərin olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. O, ətrafa bir qədər göz gəzdirmiş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra köşkə yaxınlaşıb plastikdən olan qapını açmağa çalışsa da, aça bilməmişdir. Sonra o, əli ilə giriş qapısının üzərində olan şüşəni sındırıb şüşə yerindən içəri keçmişdir. O, qapının şüşəsini sındırıb içəri keçən zaman qapının sınmış şüşəsi əlini kəsərək zədələmişdir. O, köşkə daxil olaraq oradan müxtəlif markalı siqaretləri, sayını bilmədiyi danışıq kartlarını (kontur), sayını bilmədiyi alışqanları, müxtəlif markalı ətirləri götürüb özü ilə götürdüyü sellofan torbaya yığmışdır. Həmin vaxt köşkdən kağız əskinasdan ibarət pul olduğunu görüb həmin pulu da götürüb cibinə qoymuşdur. Bundan sonra köşkə daxil olduğu qapıdan çıxaraq oradan uzaqlaşıb çıxıb getmişdir. Yolda olan zaman oğurladığı pulları sayan zaman həmin pulun təxminən 70 manat olmasını müəyyən etmişdir. O, oğurladığı siqaretləri, alışqanları, danışıq kartlarını və ətirləri “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında əlində gəzdirib tanımadığı şəxslərə sataraq pul əldə edib şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, təxminən 2020-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında Kənan adlı şəxslə tanış olmuşdur. Kənan da onun kimi heç bir yerdə işləməmiş və bütün günü orada olmuşdur. Həmin vaxtdan Kənanla arasında yoldaşlıq münasibəti yaranmışdır. Son zamanlar pulu olmadığı üçün “Xalqlar dotluğu” metro stansiyasının yaxınlığında küçələrdə gecələmişdir. 25 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Kənanla həmişəki kimi “Xalqlar dotluğu” metro stansiyasının yaxınlığında görüşmüşdür. Söhbət zamanı Kənan ona Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə bir nəfər tanışı ilə görüşəcəyini və buna görə də birlikdə oraya getməyi təklif etmişdir. O da Kənanla razılaşmış və birlikdə 49 nömrəli sərnişin avtobusu ilə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə getmişlər. Onlar oraya getsələr də, Kənan görüşmək istədiyi şəxslə görüşə bilməmişdir. Həmin vaxt artıq karantin vaxtı olduğu üçün onlar geri qayıda bilməmişlər. Buna görə də, qərara gəlmişlər ki, gecəni NZS qəsəbəsində küçədə keçirsinlər. Bundan sonra Kənanla birlikdə NZS qəsəbəsində olan ara küçələrlə gəzişməyə başlamış və xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsindən keçən zaman “Ucuzluq Parfumeriya” adlı mağazanın olduğunu görmüşlər. Həmin vaxt onlar qərara gəlmişlər ki, mağazaya daxil olaraq oradan oğurluq etsinlər. Buna görə də, onlar bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra ilk öncə Kənan həmin mağazaya yaxınlaşmışdır. O, isə gələn olarsa Kənana məlumat vermək üçün kənarda dayanıb ətrafa göz gəzdirməyə başlamışdır. Mağazanın giriş qapısı plastmas materialdan olsa da qarşı hissəsində dəmir barmaqlıq olmuşdur. Bundan sonra Kənan əlində olan dəmir parçası ilə ilk öncə dəmir barmaqlığın üzərində olan asma kilidi qırıb dərmir barmaqlığı açdıqdan sonra, əlində olan dəmir parçası ilə plastik qapını da açaraq içəri daxil olmuşdur. O da Kənanın arxası ilə həmin mağazaya daxil olmuşdur. Onlar üzərlərində olan alışqanın işığını yandırıb içəri baxan zaman orada müxtəlif markalı ətir, parfumeriya və bijuteriya əşyalarının olduğunu görmüşlər. Həmin vaxt onlar mağazadan üç ədəd sellofan torba tapmışlar və vitrində olan müxtəlif markalı ətir, parfumeriya və bijuteriya əşyalarının bir hissəsini həmin torbalara yığmışlar. Onlar mağazada müşahidə kamerasının quraşdırıldığını görüb həmin kameranın onların oğurluq edən zaman qeydə aldığını düşünüb həmin kameranı vurub qırmışlar. Bundan sonra onlar mağazadan çıxmış və piyada gəzə-gəzə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığına getmişlər. Orada aralarında olan razılığa əsasən oğurladıqları müxtəlif markalı ətirləri o, götürmüşdür. Kənan isə müxtəlif markalı parfumeriya və bijuteriya əşyalarını götürmüşdür. Həmin vaxt Kənan götürdüyü parfumeriya əşyalarından 02 ədəd tər əleyhinə olan spreyi, bijuteriya olan 01 ədəd üzük və 02 ədəd qolbağı ona vermişdir. Orada Kənan oğurladıqları əşyalardan ətirləri ona vermiş, qalan əşyaları isə götürüb özü ilə aparmışdır. Bundan sonra o, həmin ətirləri “Xalqlar dostluğu” metro stansiyasının üzərində əlində gəzdirib tanımadığı şəxslərə sataraq pul əldə etmək istəsə də, sata bilməmişdir. xx.xx.2020-ci il tarixdə saat 08 radələrində o, oğurladığı əşyaları sellofan torbaya yığıb satmaq üçün həyətə çıxmışdır. Həmin vaxt Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayaraq 37-ci Polis Şöbəsinə dəvət etmişlər və o, orada yalan danışmağın heç bir mənası olmadığını görüb törətdiyi cinayət əməlini etiraf etmişdir. O, tanışı Kənanla birlikdə mağazadan sayını bilmədiyi müxtəlif markalı ətir, parfumeriya və bijuteriya əşyalarını oğurlamışdır. Kənan birlikdə oğurladıqları əşyalardan müxtəlif markalı ətirləri, 02 ədəd sprey, 01 ədəd üzük və 02 ədəd qolbağı o, qalan parfumeriya və bijuteriya əşyalarını Kənan götürmüşdür. Həmin əşyaları da, polis əməkdaşlarına təqdim etmişdir. O, ifadəsində qeyd etdiyi oğurluq cinayətindən başqa hər hansı bir cinayət törətməmişdir. Həmin cinayət əməlini tanışı Kənanla birlikdə törətmişdir. O, Kənanla birlikdə həmin mağazadan vitrində olan sayını bilmədiyi müxtəlif markalı ətirləri, spreyləri, parfumeriya və bijuteriya əşyalarını götürsələr də, həmin mağazadan qəpik pulları götürməmişlər və Kənanın da həmin pulları götürməsini görməmişdir. Həmçinin o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslərlə barışdığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin may ayından etibarən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən sahəsi təxminən 4 kv metr olan köşkü icarəyə götürüb işlətmişdir. Həmin köşk bir qayda olaraq 24 saat fəaliyyət göstərmişdir. Köşkdə tütün məmulatları, enerji içkiləri, sərinləşdirici içkilər, danışıq kartları, saqqızlar, ətirlər və alışqanlar satılmışdır. 12 saat köşkdə satıcı kimi əmisi oğlu Səxavət Hacıyev olmuş, 12 saat da o, olmuşdur. Respublikada elan olunmuş hərbi vəziyyətlə əlaqədar olaraq köşk səhər saat 07:00-dan saat 20:30-dək işləmişdir. Komendant saatı ilə əlaqədar olaraq o, köşkü 05 oktyabr 2020-ci il tarixdə saat 20:30-da bağlayıb yaşadığı evə getmişdir. Səhəri gün, yəni 06 oktyabr 2020-ci il tarixdə saat 07:00da köşkü açmaq üçün gələn zaman köşkün qapısının şüşəsinin sınmış vəziyyətdə olduğunu və şüşə qırıntılarının yerə töküldüyünü, qapının kilidinə heç nə olmasa da, qapının tutacağının sınmış vəziyyətdə olduğunu görmüşdür. O, köşkün içərisinə baxan zaman içəridə olan malların dağınıq vəziyyətdə olduğunu, yerdə qan izləri olduğunu, malların bir hissəsinin isə yerində olmadığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər işlədiyi köşkün qapısının şüşəsini sındırıb şüşə yerindən içəri keçərək köşkdən oğurluq etmişlər. O, dərhal 34-cü PŞ-nə zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Bir qədər sonra isə polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. Hadisə yerində o, ərizə də yazmış, lakin ərizəsində ona dəymiş maddi ziyanı təxmini hesablayıb 3000 manat kimi göstərmişdir. Polis əməkdaşları gedəndən sonra o, dəymiş maddi ziyanı dəqiq müəyyən etmək üçün hadisədən sonra köşkdə qalan malları saymış və müəyyən etmişdir ki, hadisə vaxtı köşkdən 1 bloku 20 manat olmaqla 15 blok (150 ədəd) 300 manat dəyərində “West” markalı, 1 bloku 15 manat olmaqla 10 blok (100 ədəd) 150 manat dəyərində “Kingston” markalı, 1 bloku 30 manat olmaqla 6 blok (60 ədəd) 180 manat dəyərində “Davidov” markalı, 1 bloku 19 manat olmaqla 20 blok (200 ədəd) 380 manat dəyərində “Klassik” markalı, 1 bloku 17 manat olmaqla 6 blok (60 ədəd) 102 manat dəyərində “Prima” markalı, 1 bloku 15 manat olmaqla 6 blok (60 ədəd) 90 manat dəyərində “Bakı” markalı, 1 bloku 16 manat olmaqla 5 blok (50 ədəd) 80 manat dəyərində “Veqas” markalı, 1 bloku 16 manat olmaqla 10 blok (100 ədəd) 160 manat dəyərində “Magna” markalı, 1 bloku 20 manat olmaqla 12 blok (110 ədəd) 240 manat dəyərində “Vant” markalı, 1 bloku 28 manat olmaqla 10 blok (100 ədəd) 280 manat dəyərində “Winston” markalı, 1 bloku 32 manat olmaqla 3 blok (60 ədəd) 96 manat dəyərində “Sobranie” markalı, 1 bloku 23 manat olmaqla 6 blok (60 ədəd) 138 manat dəyərində “LD” qalın markalı, 1 bloku 24 manat olmaqla 8 blok (80 ədəd) 192 manat dəyərində “LD” nazik markalı,1 bloku 16 manat olmaqla 8 blok (80 ədəd) 128 manat dəyərində “More” markalı, 1 bloku 20 manat olmaqla 15 blok (150 ədəd) 300 manat dəyərində “Winchester” nazik markalı, 1 bloku 18 manat olmaqla 8 blok (80 ədəd) 144 manat dəyərində “Winchester” qalın markalı, 1 bloku 16 manat olmaqla 10 blok (100 ədəd) 160 manat dəyərində “NZ” markalı, 1 bloku 33 manat olmaqla 10 blok (100 ədəd) 330 manat dəyərində “Kent” markalı, 1 bloku 20 manat olmaqla 5 blok (50 ədəd) 100 manat dəyərində “Rothmons” markalı, 1 bloku 15 manat olmaqla 6 blok (60 ədəd) 90 manat dəyərində “Palma” qalın markalı, 1 bloku 20 manat olmaqla 10 blok (100 ədəd) 200 manat dəyərində “Palma” kompakt markalı siqaretlərin, bir ədədi 1 manat olmaqla 75 manat dəyərində 75 ədəd alışqan, 100 manat dəyərində «Azercell», «Bakcell» və «Azerfon» mobil operatorlara məxsus danışıq kartları (kontur), bir ədədi 5 manat olmaqla 40 manat dəyərində 8 ədəd 2 ml ətirlər və bir manatlıq əsginasdan ibarət olan 70 manat nağd pul oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4125 manat maddi ziyan dəymişdir. Həmçinin o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid onun doğma oğludur. O, ünvan 2 ünvanında yerləşən “Ucuzluq Parfumeriya” adlı mağazanı icarə əsasında işlətmişdir. Həmin mağazada gündəlik tələbat mallarının satışını həyata keçirmişdir. Hər gün səhər saat 08 radələrində işlədiyi “Ucuzluq Parfumeriya” adlı mağazanı açaraq işə başlamış və həmin günü axşam 21 radələrində bağlayaraq yaşadığı evə getmişdir. 25 oktyabr 2020-ci il tarixdə həmişəki kimi saat 08 radələrində mağazanı açaraq işə başlamış və həmin gün saat 21 radələrində bağlayaraq yaşadığı evə getmişdir. Evə gedən zaman mağazanın giriş hissəsində olan plastmas qapının kilidini açarla bağlamışdır. Bundan sonra qapının çöl tərəfində olan dəmir barmaqlığı da asma kilidlə bağlayıb yaşadığı evə getmişdir. Səhərsi gün, yəni 26 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində işlətdiyi “Ucuzluq Parfumeriya” adlı mağazanı açmaq üçün getmişdir. Həmin vaxt o, mağazanın giriş qapısının çöl tərəfində olan dəmir barmaqlığın kilidinin qırılaraq plastik qapının açıq vəziyyətdə olduğunu görmüşdür. O, bundan şübhələnib tez mağazaya daxil olmuşdur. Həmin vaxt o, mağazada olan müxtəlif markalı ətirlərin vitrindən götürüldüyünü, mağazada tavana bərkidilmiş kamera aparatının bərkidildiyi yerdən qoparılaraq götürüldüyünü aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxslər işlətdiyi mağazaya daxil olaraq oğurluq etmişlər. O, tez oğlu Bahəddinə zəng vuraraq bu barədə məlumat verib mağazada oğurluq olduğunu bildirmişdir. Buna görə də, Bahəddin ona mağazada heç nəyə toxunmamağı deyərək çölə çıxıb polisin gəlməsini gözləməsini bildirmişdir. Bahəddin işdə olsa da, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra 37-ci PŞ-nin əməkdaşları ilə birlikdə oğlu Bahəddin işlədiyi mağazaya gəlmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər və Bahəddin ərizə ilə müraciət etmişdir. O, mağazadan dəqiq olaraq nələrin götürüldüyünə baxan zaman müəyyən etmişdir ki, baş vermiş hadisə zamanı kassa hissədə qabın içərisində olan 30 manat qəpikdən ibarət pul, vitrində olan 1050 manat dəyərində “Kenzo”, “Jade”, “Givenchy”, “Versace”, “Kenzo Par”, “Chanel 5”, “212 Men”, “Moschino Funny”, “Eqoist platinum”, “Platinum Bulu”, “Marry Me”, “X7”, “EXplore”, “Valentine” markalı ətirlər, 60 manat dəyərində 20 ədəd “X9” markalı, 36 manat dəyərində 12 ədəd “She” markalı, 36 manat dəyərində 10 ədəd “Nivea” markalı, 36 manat dəyərində 10 ədəd “Axe” markalı, 40 manat dəyərində 10 ədəd “102” nömrəli pudralar, 24 manat dəyərində 6 ədəd “oriflame” markalı pinset, 25 manat dəyərində 10 ədəd bijuteriya qolbaq, 50 manat dəyərində 5 ədəd qaralmayan materialdan olan üzüklər, 180 manat dəyərində 72 ədəd bijuteriya qadın üzükləri, 30 manat dəyərində 6 ədəd qaralmayan metaldan olan qadın bilərziyi, 24 manat dəyərində 2 ədəd kişi qol saatı, 90 manat dəyərində 6 ədəd kişi qol saatı, 150 manat dəyərində müxtəlif markalı bijuteriya qadın sırğaları, 50 manat dəyərində 25 ədəd pudra kistləri (şotkası), 36 manat dəyərində 12 ədəd “Aksedant” markalı saç açıcı krem, 17 manat dəyərində 02 ədəd “Kolboran” markalı saç açıcı toz, 67 manat dəyərində 24 ədəd “İpək” markalı saç şampunu, 33 manat dəyərində 6 ədəd “Keratin” markalı saç şampunu, 100 manat dəyərində 4 ədəd “Adidas” idman dəsti, 80 manat dəyərində 4 ədəd “Adidas” uşaq dəsti, 60 manat dəyərində 20 ədəd “Koteks” markalı paketlər və 95 manat dəyərində kameranın yaddaş qurğusu oğurlanmışdır. Həmçinin o, təqsirləndirilən şəxslə barışdıqlarını, ona dəymiş ziyanın bir qisminin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını bildirərək onun barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma anasıdır. O, Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndə geyim əşyalarının satışı ilə məşğul olmuşdur. ünvan 2 ünvanında yerləşən “Ucuzluq Parfumeriya” adlı mağazanı icarə əsasında anası Gülbəniz işlədərək mağazada gündəlik tələbat mallarının satışını həyata keçirmişdir. Anası hər gün səhər saat 08 radələrində “Ucuzluq Parfumeriya” adlı mağazanı açaraq işə başlamış və həmin günü axşam 21 radələrində bağlayaraq yaşadığı evə getmişdir. 25 oktyabr 2020-ci il tarixdə həmişəki kimi saat 08 radələrində mağazanı açaraq işə başlamış və həmin gün saat 21 radələrində bağlayaraq yaşadıqları evə getmişdir. Həmin vaxt anası Gülbəniz mağazanı giriş hissəsində olan plastmas qapının kilidini açarla bağladıqdan sonra qapının çöl tərəfində olan dəmir barmaqlığı asma kilidlə bağlayıb yaşadığı evə getmişdir. 26 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində o, işdə olan zaman anası zəng vuraraq işlətdiyi “Ucuzluq Parfumeriya” mağazasına gedən zaman qapının açıq vəziyyətdə olduğunu və mağazada oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onunla əlaqə saxladıqdan sonra polis əməkdaşları ilə birlikdə anası Gülbənizin işlətdiyi ünvan 2 ünvanında yerləşən “Ucuzluq Parfumeriya” mağazasına getmişlər. Həmin vaxt polis əməkdaşları hadisə yerinə baxış keçirtmiş və o, ərizə ilə müraciət etmişdir. Onlar mağazadan dəqiq olaraq nələrin götürüldüyünə baxan zaman müəyyən etmişlər ki, baş vermiş hadisə zamanı kassa hissədə qabın içərisində olan 30 manat qəpikdən ibarət pul, vitrində olan 1050 manat dəyərində “Kenzo”, “Jade”, “Givenchy”, “Versace”, “Kenzo Par”, “Chanel 5”, “212 Men”, “Moschino Funny”, “Eqoist platinum”, “Platinum Bulu”, “Marry Me”, “X7”, “Explore”, “Valentine” markalı ətirlər, 60 manat dəyərində 20 ədəd “X9” markalı, 36 manat dəyərində 12 ədəd “She” markalı, 36 manat dəyərində 10 ədəd “Nivea” markalı, 36 manat dəyərində 10 ədəd “Axe” markalı, 40 manat dəyərində 10 ədəd “102” nömrəli pudraları, 24 manat dəyərində 6 ədəd “oriflame” markalı pinset, 25 manat dəyərində 10 ədəd biyuteriya qolbaq, 50 manat dəyərində 5 ədəd qaralmayan materialdan olan üzüklər, 180 manat dəyərində 72 ədəd bijuteriya qadın üzükləri, 30 manat dəyərində 6 ədəd qaralmayan metaldan olan qadın bilərziyi, 24 manat dəyərində 2 ədəd kişi qol saatı, 90 manat dəyərində 6 ədəd kişi qol saatı, 150 manat dəyərində müxtəlif markalı bijuteriya qadın sırğaları, 50 manat dəyərində 25 ədəd pudra kistləri (şotkası), 36 manat dəyərində 12 ədəd “Aksedant” markalı saç açıcı krem, 17 manat dəyərində 02 ədəd “Kolboran” markalı saç açıcı toz, 67 manat dəyərində 24 ədəd “İpək” markalı saç şampunu, 33 manat dəyərində 6 ədəd “Keratin” markalı saç şampunu, 100 manat dəyərində 4 ədəd “Adidas” idman dəsti, 80 manat dəyərində 4 ədəd “Adidas” uşaq dəsti, 60 manat dəyərində 20 ədəd “Koteks” markalı paketlər və 95 manat dəyərində kameranın yaddaş qurğusu oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində onlara ümumilikdə 2169 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 26 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən mağazaya baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 10-15); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); təqdim etmə və götürmə aparılması haqqında 29 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, X1 ünvan 3 ünvanında yerləşən “Ucuzluq Parfümeriya” adlı mağazadan oğurladığı 01 ədəd “Kenzo”, 01 ədəd “Jade”, 01 ədəd “Givenchy”, 01 ədəd “Versace”, 01 ədəd “Kenzo Par”, 01 ədəd “Chanel 5”, 01 ədəd “212 Men”, 01 ədəd “Moschino Funny”, 01 ədəd “Eqoist platinum”, 01 ədəd “Platinum Bulu”, 01 ədəd “Marry Me”, 01 ədəd “X7”, 01 ədəd “Explore” markalı ətirləri, 01 ədəd “X10” və 01 ədəd “She” markalı spreyləri, 01 ədəd üzük və 02 ədəd qolbaqdan ibarət bijuteriyanı Bakı şəhəri Xətai RPİ-nin İŞ-nə təqdim etmiş, həmin əşyalar tərəflərindən götürülmüş, təqdim etmə zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 39-42); şübhəli şəxsin tutulması haqqında 29 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 53-54); əşyanın tanınmaya təqdim edilməsi haqqında 29 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 01 ədəd “Kenzo”, 01 ədəd “Jade”, 01 ədəd “Givenchy”, 01 ədəd “Versace”, 01 ədəd “Kenzo Par”, 01 ədəd “Chanel 5”, 01 ədəd “212 Men”, 01 ədəd “Moschino Funny”, 01 ədəd “Eqoist platinum”, 01 ədəd “Platinum Bulu”, 01 ədəd “Marry Me”, 01 ədəd “X7”, 01 ədəd “Explore” markalı ətirləri, 01 ədəd “X10” və 01 ədəd “She” markalı spreyləri, 01 ədəd üzük və 02 ədəd qolbaqdan ibarət bijuteriyanın ona məxsus olmasını bildirmiş və həmin əşyaları formasından, firmasından, rəngindən tanıdığını qeyd etmişdir (i.v. 64-65); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 30 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v. 66-67); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (i.v. 69-70); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 30 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:40-da Xətai RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 85-86); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmünə əsasən CM-nin 241ci maddəsinin “A” bəndinə əsasən CM-nin 42-ci maddəsi tətiq olunmaqla 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 01 il 02 ay 01 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 10 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2015-ci ildə şərti cəza müddəti başa çatmışdır (i.v. 102- 104); Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 571 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan iki ədəd qolbaq və üzük əlvan metaldan hazırlanıb, üzüyün üzərində olan qaş qiymətsiz qaşlar sinfinə aiddir. Həmin zərgərlik məmulatlarının və parfümeriya ləvazimatlarının 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri 1026 manat müəyyən edilir (i.v. 116-119); cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında 15 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və birləşdirilmiş cinayət işi ********* nömrəsi altında Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ibtidai istintaqı aparılmışdır (i.v. 126-128); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 132); hadisə yerinə baxış keçirilməsi haqqında 06 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən köşkə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 137-142); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 146); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (i.v. 170-172); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 14 yanvar 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 186-188); Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 16 yanvar 2021ci il tarixli məktubundan görünür ki, aparılmış molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 03 ədəd qan nümunəsi Təqsirləndirilən şəxs məxsusdur (i.v. 192); ifadənin yerində yoxlanılması haqqında 18 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 197-203); Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 yanvar 2021ci il tarixli məktubundan görünür ki, 06 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 işlətdiyi köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən 03 ədəd pambıq tamponda götürülmüş qan nümunəsinin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir (i.v. 204-208); cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 571 saylı və məhkəmə tibbi-genetik ekspertizasının xx.xx.2021-ci il tarixli 21/51R saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Zərərçəkmiş şəxs1 məxsus 14 ədəd “Kenzo”, “Jade”, “Givenchy”, “Versace”, “Kenzo Par”, “Chanel 5”, “212 Men”, “Moschino Funny”, “Eqoist platinum”, “Platinum Bulu”, “Marry Me”, “X7”, “Explore”, və “Explore Woman” markalı ətirlər, 01 ədəd “X9” və 01 ədəd “She” markalı spreylər, 01 ədəd üzük və 02 ədəd qolbaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (i.v. 211-226); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittihamın elan olunması haqqında 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (i.v. 236-238); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-140/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs nəzərdə tutulmaqla axtarış elan olmuşdur (i.v. 334-337); Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X3 vardır. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyandan 200 manatının ödənildiyini, ona qarşı heç bir şikayətinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğurluq etdiyi Zərərçəkmiş şəxs1 işlətdiyi mağazadan yalnız 01 ədəd “Kenzo”, 01 ədəd “Jade”, 01 ədəd “Givenchy”, 01 ədəd “Versace”, 01 ədəd “Kenzo Par”, 01 ədəd “Chanel 5”, 01 ədəd “212 Men”, 01 ədəd “Moschino Funny”, 01 ədəd “Eqoist platinum”, 01 ədəd “Platinum Bulu”, 01 ədəd “Marry Me”, 01 ədəd “X7”, 01 ədəd “Explore” markalı ətirləri, 01 ədəd “X10” və 01 ədəd “She” markalı spreyləri, 01 ədəd üzük və 02 ədəd qolbaqdan ibarət bijuteriyanı götürməsinə, qalan əşyaların isə onun tərəfindən götürülməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında təsdiq etdiyi ifadəsində, mağazasında həmin əşyaların olduğunu və 26 oktyabr 2020-ci il tarixdə oğurlandığını göstərmişdir. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan başqa nəzərə çatdırılmalıdır ki, Təqsirləndirilən şəxs tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 26 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında icarə əsasında işlətdiyi “Ucuzluq Parfumeriya” adlı mağazadan ittiham aktında qeyd olunan parfumeriya və bijuteriya mallarını oğurlaması qanuni qüvvəyə minmiş və iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 241/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə də tam olaraq sübuta yetirilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, habelə digər toplanmış istintaq materialları və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 241/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təkzib edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilmişdir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM- 59.1.12), iş üzrə dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində olan hökmlər üzrə olan məhkumluqları Azərbaycan Respublikası CM-nin 83.3 və 83.4-cü maddələrinə əsasən ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı (CM-69.3), cəzaçəkmənin əvvəli tutulduğu vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-241/2021 saylı xx.xx.2021ci il tarixli hökmünə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 14 ədəd müxtəlif markalı ətirlərin, 2 ədəd spreyin, 2 ədəd qolbağın, 1 ədəd üzüyün Zərərçəkmiş şəxs1 qaytarılması və 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin təqsirləndirilən şəxs X2 tutularaq dövlət büdcəsinə keçirilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-241/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 14 ədəd müxtəlif markalı ətirlərin, 2 ədəd spreyin, 2 ədəd qolbağın, 1 ədəd üzüyün Zərərçəkmiş şəxs1 qaytarılması və 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin təqsirləndirilən şəxs X2 tutularaq dövlət büdcəsinə keçirilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-14/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-14/2022
18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver