Məhkəmə qərarları › İş №1(011)-14/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-14/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-14/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhərində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu, “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında yerləşən “Orxideya” gözəllik salonunda 08 mart 2021-ci il tarixdə 2170 manat dəyərində 9,96 qram çəkidə qızıl boyunbağı və 1370 manat dəyərində 9,79 qram çəkidə sırğa olmaqla ümumi 3540 manat dəyərində bir dəst qızıl-zinət əşyasını, yaşadığı ünvan 3 ünvanında isə 09 mart 2021-ci il tarixdə qohumu kimi təqdim etdiyi Şahid1 vasitəsi ilə 11,25 qram çəkidə bir ədəd qızıl qolbaq, 8,51 qram çəkidə bir cüt qızıl sırğa, 6,47 qram çəkidə bir ədəd qızıl boyunbağı və 3,86 qram çəkidə bir ədəd qızıl üzük olmaqla ümumi 3300 manat dəyərində 1 dəst qızılzinət komplektini, 358 manat dəyərində 3,25 qram çəkidə 1 ədəd qızıl qolbaq, 2490 manat dəyərində 7,13 qram çəkidə 1 ədəd qızıl üzük və 9,50 qram çəkidə 1 cüt sırğa olmaqla ümumi 2848 manat dəyərində 1 dəst qızıl-zinət əşyasını, iş yoldaşı kimi təqdim etdiyi Şahid3 vasitəsi ilə 2930 manat dəyərində 19,53 qram çəkidə bir dəst “Feodorra” adlı qızılzinət komplektini və 980 manat dəyərində 8,90 qram çəkidə 1 ədəd qızıl kulonu nisyə alaraq 3 ay ərzində pulu verəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 13598 manat dəyərində əmlakını ələ keçirərək vədinə əməl etməyib sonuncuya həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 28 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında, Q.Qarayev prospekti 125B ünvanında yerləşən “Kontakt Home” mağazasından kredit yolu ilə onun adına mobil telefon götürməsinə Zərərçəkmiş şəxs2 inandıraraq hər ay 255,40 manat özü ödəyəcəyini yalandan vəd verib aldadaraq, 4212 manat dəyərində “İphone 12 Pro Max” markalı mobil telefonu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 4212 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 31 mart 2021-ci il tarixdə ünvan 5 ünvanda isə şəxsiyyəti istintaqa məlum olmayan Rəna kimi adını təqdim etdiyi şəxsin adına 3,07 qram çəkidə bir ədəd qızıl üzük, 7,55 qram çəkidə bir cüt qızıl sırğa, 6,83 qram çəkidə bir ədəd qızıl boyunbağı, 14,59 qram çəkidə bir ədəd qızıl qolbaq olmaqla ümumi 3520 manat dəyərində 1 dəst qızıl-zinət əşyasını və şəxsiyyəti istintaqa məlum olmayan Məryəm kimi təqdim etdiyi şəxsin adına isə ümumi 3300 manat dəyərində olan hər biri 10,55 qram, 10,25 qram və 9,26 qram çəkidə üç ədəd qızıl qolbaqları nisyə alaraq 3 ay ərzində pulu verəcəyini yalandan vəd verib aldadaraq ümumi 6820 manat dəyərində əmlakını ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri, cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə cinayət işinin digər materialları və mötəbər dəlillərlə qismən sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 əvvəllər tanımasa da sonradan yəni, 2021-ci ilin mart ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Orxideya” gözəllik salonunda işləyən Almina adlı qadının vasitəsi ilə qızıl-zinət əşyaları satan şəxs kimi tanımış, həmin şəxslə münasibəti normal olmuşdur. İşi ilə əlaqədar pul lazım olduğundan o, Nailə xanımdan qızıl zinyət əşyaları almaq qərarına gəlmişdir. Nailə xanım ilə razılaşmışdır ki, qızılların pulunu aylıq ödəyəcəkdir. Bir müddət sonra yenə Nailə xanıma müraciət etməyə məcbur olmuşdur. Nailə xanım onun instaqram səhifəsini görmüş və onun pul qazanmasının şahidi olmuşdur. 3 ay ərzində mütəmadi olaraq ödənişlər etmişdir. Dayısı rəhmətə getmiş və o, Naxçıvana getməyə məcbur olmuşdur. Daha sonra pandemiya olmuş və müharibə başlamışdır. Həmin müddətdə instaqram sosial şəbəkəsi 04 ay müddətinə işləmədiyindən onun heç bir gəliri olmamışdır. Nailə xanımdan müəyyən vaxt istəmiş, daha sonra ödənişlərini hissə-hissə ödəmək istəsə də, Nailə xanım onunla razılaşmamış və pulu bütöv ödəməsini tələb etmişdir. Daha sonra isə onu axtarışa saldıraraq tutdurmuşdur. Onun tutulması ilə bağlı şəkillər yayıldıqdan sonra onu heç bir salon işə götürməmişdir. Bir daha bildirmişdir ki, Nailə xanıma olan borcunu qəbul edir və işləyib borcunu hissə-hissə ödəyəcəkdir. Zərərçəkmiş şəxs2 isə instaqram sosial şəbəkəsi vasitəsi ilə tanımışdır. İlkin olaraq Zərərçəkmiş şəxs2 ona yazmış və tanış olmaq istəmişdir.Onlar tanış olmuş və münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs2 ona könüllü olaraq telefon almışdır. Bəy xanıma necə hədiyyə alırsa Zərərçəkmiş şəxs2 də, ona hədiyyə almışdır. Həmin telefonun ilkin ödənişini özü etmişdir. Daha sonra ondan başqa şeylər istədiyi üçün o ayrılmağa məcbur olmuşdur. Onun barəsində telefonla əlaqədar digər şikayətlərdə eyni məzmunludur. Zərərçəkmiş şəxs2 aldığı telefonu satmışdır. Özü Zərərçəkmiş şəxs2 100 manat şirinlik də vermişdir. .Allahverdiyev ilə onun cinsi yaxınlığı olmuşdur. Lakin, sonradan Zərərçəkmiş şəxs2 ona daha əxlaqsız təkliflər etidiyindən, Zərərçəkmiş şəxs2 ilə əlaqəni kəsmək qərarına gəlmişdir. Telefonu almamışdan qabaq ona əxlaqsız təkliflər etməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayəti törətməkdə özünü təqsirli bilib, müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonunda “X13” gözəllik salonunda makiyaj ustası kimi fəaliyyət göstərmişdir. Barəsində olan cinayət işi üzrə həbs olunduğuna görə həmin saloandan işdən çıxmışdır. Zərərçəkmiş şəxs1 əvvəllər tanımasa da sonradan yəni, 2021-ci ilin mart ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Orxideya” gözəllik salonunda işləyən Almina adlı qadının vasitəsi ilə qızıl-zinət əşyaları satan şəxs kimi tanımış, həmin şəxslə münasibəti normal olmuşdur. Hazırda da heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, o, mart ayının əvvəllərində Almina adlı qadının işlədiyi salona gedərək, qızıl-zinət əşyasını nisyə satan şəxs tanıyıb tanımamasını soruşmuşdur. Almina isə Nailə adlı qadını tanıdığını və onun nisyə qızıl-zinət əşyası satan şəxs kimi ona təqdim etmişdir. Bundan sonra Almina 08 mart 2021-ci il tarixdə Nailə adlı xanımı işlədiyi salona dəvət etmişdir. Salona gələn zaman Almina onu da çağırmışdır. Nailə xanımla onu tanış etdikdən sonra sonuncu ona qızıl-zinət əşyalarını çıxarıb təqdim etmişdir. O, həmin qızıl-zinət əşyalarına baxdıqdan sonra oradan anası üçün 8 mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə onun üçün yalandan hədiyyə aldığını bildirmişdir. Nailə xanımdan 1 dəst 3540 manat dəyərində qızıl-zinət əşyasını götürmüşdür. Nailə xanıma həmin qızıl dəstinin pulunu 2-3 ay ərzində ödəyib qurtaracağını bildirmişdir. Nailə xanım həmin qızıl dəstini Almina xanımın tanışı olduğuna görə inanıb ona nisyə vermişdir. Bundan təxminən bir gün sonra 09 mart 2021-ci il tarixdə o, Nailə xanımla telefon əlaqəsi saxlamışdır. Tanışlarının da qızıl-zinət əşyası almaq istədiklərini ona yalandan bildirmişdir. Nailə xanım razılıq verdikdən sonra tanışı Kəmalə adlı xanımla telefon əlaqəsi saxlamışdır. Ona bir tanışının olmasını deyib nisyə qızıl-zinət əşyası satdığını demişdir. Kəmalədən öz adına nisyə qızıl götürüb ona verməsini xahiş etmişdir. Kəmalə razılaşmasa da onu inandırmağa çalışmışdır. Aylıq ödənişin pulunu vaxtında verəcəyimi ona bildirmişdir. Bundan sonra Kəmalə onunla razılaşmışdır. Bundan sonra tanışı İbrahim və həyat yoldaşı Röya ilə də danışıb, Röyanın öz adına qızıl götürüb ona verməsini xahiş etmişdir. Röya da ilk əvvəl razı olmasa da sonradan ona da yalandan aylıq ödənişləri vaxtında verəcəyini deyib, onu inandırmışdır. Röya da onunla razılaşmışdır. Bundan sonra axşam vaxtı saat 20-21 radələrində Röya və İbrahim ilə birlikdə taksiyə minib Kəmalənin arxası ilə onun yaşadığı evə getmişlər. Kəmaləni evdən götürdükdən sonra Nailə xanımın yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə getmişlər. O, Kəmalənin ilkin ödəniş verməsi üçün ona evə girməmişdən əvvəl 160 manat pul vermişdir. Sonra evə daxil olmuşlar. Yanında olan şəxsləri Nailə xanımla tanış etdikdən sonra Röyanı qohumu kimi, Kəmaləni isə iş yoldaşı kimi təqdim etmişdir. Röya öz anası və qayınanası üçün iki dəst qızıl-zinət əşyası götürmüşdür. Röya hər biri 3300 manat və 2848 manat dəyərində iki dəst qızıl-zinət əşyalarını Nailə xanımdan nisyə almışdır. Kəmalə xanım isə bir dəst 2770 manat dəyərində qızıl-zinət əşyası və 980 manat dəyərində 1 ədəd klon götürmüşdür. Nailə xanım həmin qızıl-zinət əşyalarını verdikdən sonra öz qeydiyyat dəftərində qeydiyyatını aparmışdır. Kəmalə isə götürdüyü qızıl-zinət əşyalarına görə ilkin olaraq Nailə xanıma 160 manat pul vermişdir. Röya və Kəmalə götürdükləri iki dəst qızıl-zinət əşyalarının pulunu 3 ay müddətinə verəcəyini Nailə xanıma söz vermişlər. O, da Nailə xanıma həmin şəxslərin ödənişi hər ay vaxtında verəcəklərini bildirib, Nailə xanımı inandıraraq onun evindən çıxmışlar. Onlar Nailə xanımın evindən çıxan zaman Röyadan və Kəmalədən götürdükləri qızıl-zinət əşyalarını onlardan almışdır. O, onlardan qızıllar aldıqdan sonra başqa taksiyə minib çıxıb getmişdir. Onlara isə başqa taksiyə minib çıxıb getmələrini bildirmişdir. O, sonra Röyadan və Kəmalədən götürdüyü qızılları pula ehtiyacı olduğuna görə ucuz qiymətə satmışdır. Şəxsi istifadəsi üçün xərcləmişdir. Ancaq nə Kəmalə, nə də Röyaya həmin qızıllardan əldə etdiyi puldan pay verməmişdir. Bundan sonra 31 mart 2021-ci il tarixdə Kəmalə və onun qızı ilə birlikdə yenidən Nailə xanımın evinə getmişlər. Onun evində 500 manat öz götürdüyü qızılların yerinə, 500 manat isə Röya adlı xanımın yerinə pul vermişdir. Kəmaləyə görə isə 990 manat pulu öz kartından Nailə xanımın kart hesabına göndərmişdir. Bundan sonra həmin tarixdə Rəna və Məryam adlı tanışlarının olduğunu Nailə xanıma demişdir. Həmin şəxslər üçün də qızıl almaq istədiyini bildirdimmişdir. Yenidən onların adlarını verib 3520 manat dəyərində və 3300 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Həmin adlı şəxslər olmamış, o, yalandan Nailə xanıma belə məlumat verib, ondan qızıl almışdır. Həmin qızılları da alıb ucuz qiymətə satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacına xərcləmişdir. Bundan sonra o, bir neçə ay keçdikdən sonra təxminən avqust ayı ərzində ayrı-ayrı vaxtlarda 200 manat və 300 manat pulu Nailə xanımın kart hesabına atmışdır. Bundan sonra isə bəzi səbəblərə görə həmin şəxsə pul göndərə bilməmişdir. İşsiz olduğuna görə Nailə xanıma olan pulu geri qaytara bilmir. Həbs olunduqdan sonra isə Nailə xanıma əlavə 1500 manat pul vermiş, pulu qaytaracağına söz verir. Bundan başqa şəxsi tanışı X1 vasitəsi ilə 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs2 tanımışdır. Bir neçə dəfə Elməddin və Fuadla birlikdə 2021-ci ilin mart ayı ərzində görüşmüş və bir masa arxasında söhbətləşmişlər. Birlikdə oturan zaman münasibətləri yaranmış və Zərərçəkmiş şəxs2 qismən tanımışdır. Münasibətləri yaxınlaşandan sonra onun xahişi ilə tanışı Elməddinə öz adına mobil telefon kreditlə götürüb ona verə biləcəyini Zərərçəkmiş şəxs2 soruşmuşdur. Elməddin isə Fuadın dediklərini ona deyib ilk olaraq Zərərçəkmiş şəxs2 razı olmamışdır. Sonra o, instaqram sosial şəbəkəsində Zərərçəkmiş şəxs2 profilini taparaq bir neçə dəfə ona yazmış, onu inandırmağa çalışmışdır ki, onun üçün kreditlə mobil telefon götürsə aylıq kredit ödənişini vaxtında ödəyəcəkdir. O, bir neçə dəfə Zərərçəkmiş şəxs2 yazdıqdan sonra razılaşmışdır. Bundan sonra, razılaşıb 28 mart 2021-ci il tarixdə o, Elməddin və Fuadla birlikdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yerləşən “Kontakt Home” mağazalar şəbəkəsinə gəlmişlər. Zərərçəkmiş şəxs2 ilkin ödəniş 1148 manat olmaqla 4212 manat dəyərində İphone 12 Pro Max markalı mobil telefon götürüb, ona vermişdir. Həmin telefon 12 ay müddətinə aylıq ödənişi 255.40 manat təşkil etmişdir. O, həmin mobil telefonun ödəniş cədvəlini Fuaddan alaraq vaxtında hər ay ödəyəcəyinə söz verərək onu inandırmışdır. Həmin mobil telefonun ilkin ödənişinini o, vermiş, lakin aylıq ödənişlərini verə bilməmişdir. Həmin telefonu isə şəxsi ehtiyacı olduğuna görə satmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Kəmalə və Röya adlı xanımla Nailə xanımın evinə gedib qızıl-zinət əşyaları alan zaman Röyaya onun üçün iki dəst qızıl-zinət əşyası götürməsini, lakin həmin şəxsə öz adı ilə götürməsini xahiş etmişdir. Lakin, Kəmalə götürdüyü qızıl-zinət əşyaları özü üçün almışdır. O, Röyadan və Kəmalədən aldığım qızılzinət əşyalarını bir neçə gün sonra tanımadığı şəxsə ucuz qiymətə satıb pul əldə etmişdir. (cild 1, i.v 146-148) Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Səhiyyə Nazirliyi Əfəndiyev adına 2 nömrəli klinik xəstəxanada tibb bacısı kimi işləyir. Lakin, işdən əlavə qızıl-zinət əşyalarının alış-verişi ilə də məşğul olur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti və düşmənçiliyi olmamışdır. O, həmin şəxsi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Orxideya” gözəllik salonunda işləyən Almina adlı şəxsin vasitəsi ilə tanımışdır. Almina adlı şəxs Fuadı onunla tanış etmiş, həmin şəxsin instaqram sosial şəbəkəsində “Fuad Chanell” adı ilə qeydiyyatdan keçdiyini və stilist-vizajist kimi işlədiyini bildirmişdir. Abşeron RPİ-nə verdiyi şikayətlə bağlı bildirmişdir ki, 2021-ci il mart ayının əvvəlində o, evdə olan zaman Almina ona zəng vuraraq, bir nəfər tanıdığı Fuad adlı şəxsin olmasını həmin şəxsin anasının doğum günü ilə bağlı nisyə qızıl-zinət əşyasının hədiyyə kimi lazım olmasını bildirmişdir. O, da razılaşıb Alminanı tanıdığına görə Fuad adlı şəxsə nisyə qızıl-zinət əşyası verə biləcəyini demişdir. Sonra 08 mart 2021-ci il tarixdə o, evində olan zaman Almina ona zəng vuraraq, Fuadın onun işlədiyi gözəllik salonuna gəlməsini və bütün qızıl-zinət əşyalarını da götürüb, həmin gözəllik salonuna gəlməyini xahiş etmişdir. O, salona gəldikdən sonra Fuad adlı şəxslə tanış olmuşdur. Gətirdiyi qızıl-zinət əşyalarını ona təqdim etmişdir. Fuad qızıl-zinət əşyalarına baxdıqdan sonra 3540 manat dəyərində bir dəst qızılzinət əşyasını bəyənib anası üçün hədiyyə kimi götürmüşdür. Fuad aldığı qızıl-zinət əşyasının pulunu 3 ay ərzində verəcəyini ona inandırmışdır. O, da inanıb həmin qızıl-zinət əşyasını heç bir sənədləşmə aparmadan ona vermişdir. Bundan sonra Fuadın nömrəsini götürmüş, onun da nömrəmi Fuad götürmüşdür. Həmin günün səhərisi, 09 mart 2021-ci il Fuad onun mobil telefonu ilə əlaqə saxlamışdır. Onun işçisi və qohumuna qızıl-zinət əşyası lazım olmasını bildirmişdir. O, da razılaşıb Fuadı evə dəvət etmişdir. Fuad Röya, İbrahim və Kəmalə adlı şəxslərlə onun yaşadığı Xırdalan şəhərində yerləşən evinə gəlmişlər. Fuad Röya və İbrahimi öz qohumu kimi, Kəmaləni isə işçisi kimi təqdim etmişdir. Sonra o, Fuada evdə olan qızıl-zinət əşyalarımı təqdim etmişdir. Röya qayınanasına və anasına hər birinə ayrı-ayrılıqda dəst qızıl-zinət əşyasını götürməli olduğunu bildirmişdir. Baxdıqdan sonra 3300 manat və 2848 manat dəyərində iki dəst qızıl-zinət əşyası götürmüşdür. O, həmin şəxsin aldığı qızıl-zinət əşyasını öz qeydiyyat dəftərində yazmışdır. Sonra Kəmalə adlı şəxs onun təqdim etdiyi qızıl-zinət əşyalarından bir dəst 2770 manat dəyərində qızıl-zinət əşyası və 980 manat dəyərində isə klon götürmüşdür. Həmin günü Kəmalə ona 160 manat pul verib, həmin miqdardan artıq pulunun olmadığını bildirmişdir. O, həmin pulu heç biri ona pul verməmiş və 3 ay müddətinə pulu verəcəklərinə söz vermişlər. Fuad isə həmin şəxsləri tanıdığını və ödənişdə heç bir problem olmayacağını ona inandırmışdır. Bundan sonra Fuad bir dəfə götürdüyü qızıl zinət əşyasından mart ayı ərzində 500 manat pul ona vermişdir. Ondan sonra heç bir ödəniş etməmişdir. 31 mart 2021-ci il tarixdə yenidən Fuad öz qohumu kimi təqdim etdiyi Röya, İbrahim və işçisi kimi təqdim etdiyi Kəmalə adlı şəxslə birlikdə onun evinə gəlmişdir. Fuad Kəmalə adlı işçisinin pulunun olmadığını deyib, Kəmalənin götürdüyü qızıl-zinət əşyasının pulundan 990 manatı ona vermişdir. Röya isə 500 manat pul vermişdir. Fuad ondan yenidən nisyə 2 dəst qızılzinət əşyası istəmişdir. Fuad adını Rəna və Məryəm kimi təqdim etdiyi şəxslərin də qızılzinət əşyaları almaq istəməsini, lakin həmin şəxslərin gələ bilmədiyini deyib seçdiyi qızılzinət əşyalarını Fuad özü götürəcəyini bildirmişdir. Buna görə də o, da Fuada inanıb pulu verəcəyini düşünüb, Rəna kimi adını dəftərində qeyd etdiyi şəxsin adına 3520 manat dəyərində, Məryəm adlı şəxsin adına isə 3300 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. Bundan sonra Fuad avqust ayına qədər 200 və 300 manat ona pul vermiş, hazıra qədər isə ona hər hansı miqdarda ödəniş etməmişdir. Onunla telefon əlaqəsi saxladıqda müxtəlif bəhanələrlə onu aldadır, pulunun olmadığını, olacağı təqdirdə verəcəyini bildirməklə bu günə qədər pulumu verməmişdir. O, digər şəxslərin ondan götürdüyü qızıl-zinət əşyaları ilə bağlı onlara da zəng vurub onlardan pulunu tələb etdikdə onlar həmin qızıl-zinət əşyalarının Fuada verdiklərini, həmin qızıl-zinət əşyalarını özləri üçün almadıqlarını bildirmişdilər. O, bundan sonra dəfələrlə Fuada zəng vurub, pulunu istədikdə sonuncu pulunu qaytaracağını bildirmiş, o, isə artıq dediyi vaxtdan uzun müddət keçdiyini, onu aldatdığını görüb aldığı qızılları geri qaytarmasını xahiş etmişdir. Lakin, Fuad aldığı bütün qızılları satdığını ona demişdir. Ümumilikdə ona 20.418 manat miqdarında maddi ziyan dəymişdir.Həmin ziyandan ümumilikdə ona 4150 manat pul qaytarılmışdır. 2650 manat polisə ərizə verənədək ödənilmiş, 1500 manat isə ərizə verdikdən sonra ödənilmişdir. Təqsirləndirilən şəxs onu inandıraraq, ondan qızıl-zinət əşyalarımı nisyə götürməklə vaxtında pulunu verəcəyini vəd verib, müxtəlif bəhanələrlə hazıra qədər onun pulunu tam qaytarmamışdır. Hal-hazırda şikayətçidir. Ona vurulmuş zərərin tam olaraq ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti və düşmənçiliyi olmamışdır. O, həmin şəxsi tanışı X1 vasitəsi ilə 2021-ci ilin mart ayında tanımışdır. Elməddin Fuadı gözəllik salonu işlətdiyini və məhşur stilist-vizajist kimi işlədiyini bildirmişdir. Abşeron RPİ-nə verdiyi şikayətlə bağlı bildirmidir ki, bir neçə dəfə Elməddin və Fuadla birlikdə 2021-ci ilin mart ayı ərzində görüşmüşlər və bir masa arxasında söhbətləşmişlər. Birlikdə oturan zaman münasibətləri yaranmış və Təqsirləndirilən şəxs qismən tanımışdır. Münasibətləri yaxınlaşandan sonra Təqsirləndirilən şəxs onun tanışı Elməddinə onun öz adına mobil telefon kreditlə götürüb ona verə biləcəyini soruşmuşdur. Elməddin isə Fuadın dediklərini ona deyib və Təqsirləndirilən şəxs üçün mobil telefon kreditlə götürə biləcəyini soruşmuşdur. O, ilk əvvəl razı olmamışdır. Sonra Təqsirləndirilən şəxs ona instaqram sosial şəbəkəsində onun profilini taparaq bir neçə dəfə ona yazmış, inadırmağa çalışmışdır ki, onun üçün kreditlə mobil telefon götürsə aylıq kredit ödənişini vaxtında ödəyəcəkdir. Təqsirləndirilən şəxs bir neçə dəfə ona yazdıqdan sonra onu inandırmışdır. Bundan sonra 28 mart 2021-ci il tarixdə o, Elməddin və Fuadla birlikdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Kontakt Home” mağazalar şəbəkəsinə gəlmişlər. O, ilkin ödəniş Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş 1148 manat olmaqla 4212 manat dəyərində İphone 12 Pro Max markalı mobil telefon götürüb, Təqsirləndirilən şəxs vermişdir. Həmin telefon 12 ay müddətinə aylıq ödənişi 255.40 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs həmin mobil telefonun ödəniş cədvəlini ondan alaraq vaxtında hər ay ödəyəcəyinə söz verərək onu inandırmışdır. Həmin mobil telefonun ilkin ödənişini Təqsirləndirilən şəxs versə də aylıq ödənişlərini verməmiş, yalandan ona verəcəyinə söz versə də aylıq ödənişdən hər hansı miqdarda pul ödəməmişdir. Həmin pulu isə o, tələbə kimi qısa müddətdə işləyib özü ödəmişdir. Hər dəfə ona zəng vurub aylıq ödənişlərin gecikdiyini bildirsə də Fuad aylıq ödənişi verəcəyini deyərək onu aldatmışdır. O, sonra əsəbləşib ondan telefonu geri qaytarmasını tələb etmişdir, Fuad həmin vaxt telefonu lombarda verərək pul götürdüyünü və xərclədiyini bildirmişdir. Fuad müxtəlif bəhanələrlə onu aldatmış, bu günə qədər onun nə pulunu nədə mobil telefonu geri qaytarmışdır. Fuad ilkin ödənişdən 1148 manat ödəmişdir. Hal-hazırda ona vurulmuş zərər 3000 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Fuad salonda işləyərkən çox yaxşı pul qazanmışdır. Fuad ondan xahiş etmişdir ki, anasına ad günü münasibəti ilə qızıl alacaqdır. Həmin qızılları Nailə xanımdan alacaqdır. Lakin, qızılları onun adına götürəcəkdir. Fuad ona bildirmişdir ki, narahat olmasın qızlların pulunu özü ödəyəcəkdir. O da, Fuada inanaraq yoldaşı Röya ilə gedib Nailə xanımdan qızılları götürmüşlər. Hadisənin üzərindən 5-6 ay keçdikdən sonra Nailə xanım ona telefonla zəng vuraraq ödəniş edilmədiyini bildirdikdə, Nailə xanıma demişdir ki, Fuad ödənişləri etməlidir. O, qızlları götürərək Fuada vermişdir. O, Nailə xanım gilə getdiyi tarixləri dəqiq xatırlamır. Həmçinin bildirmişdir ki, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi müstəntiq tərəfindən yazılmışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yəni, həyat yoldaşı Şahid1 ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayır. Rəsmi olaraq işləmir, fərdi olaraq fotoqraf kimi işləyir. Təqsirləndirilən şəxs təxminən 1-2 ildir ki, tanımış, onunla münasibətləri normal olmuşdur. Fuadı tanıdıqdan sonra həyat yoldaşını da onunla tanış etmiş və ailəvi tanışlıqları yaranmışdır. Həyat yoldaşı Röya əlavə iş kimi Fuadın işlədiyi salonda dırnaq ustası kimi də, o, isə həmin salonda fotoqraf kimi işləmişdir. Belə ki, təxminən 09 mart 2021-ci il tarixdə o, həyat yoldaşı ilə birlikdə salonda olan zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşmışdır. Kədərlənmiş formada Röyaya yaxınlaşıb iş kariyerasına pul yatırmalı olduğunu bildirib, ona vacib pul lazım olduğunu və buna görə də qızıl-zinət alqısatqısı ilə məşğul olan tanışının olmasını bildirmişdir. Ona görə də Röyadan həmin qızıl alqı-satqısı ilə məşğul olan şəxsin yanına getmələrini, Röyanın adına nisyə qızıl götürüb ona verməsini xahiş etmişdir. Fuad götürməli olan qızılların pulunu bir neçə ay müddətinə verib qurtaracağına onlara inandırmağa başlamışdır. İlk əvvəl o, Fuadla razılaşmamışdır. Sonra Röya ona Fuada köməklik etməyə xahiş etdmişdiri. Bir neçə dəfə Fuad onlarla danışıb, onları inandırmağa çalışmışdır. Həmçinin, Fuadın salonda işləyərək çoxlu pul qazandığını görüb, onun sözlərinə inanmışlar və Fuad həmin pulu vaxtında ödəyəcəyinə söz vermişdir. O, isə Fuadın salonda işləyib yaxşı qazanc əldə etdiyini görüb, Röyanın kömək məqsədi ilə qızıl-götürməsinə razılıq vermişdir. Bundan sonra Fuadla birlikdə həmin qızıl alqı-satqısı ilə məşğul olan şəxsin yanına getmişlər. Taksi ilə adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 6 ünvanına getmişlər. Həmin vaxtı onlarla birlikdə Kəmalə adlı qadında olmuşdur. Onlar Nailə xanımın evinə gəldikmişlər. Fuad Nailə xanımın evinə gələrək, onu öz xalası oğlu kimi, Röyanı xalası gəlini kimi, Kəmaləni isə öz iş yoldaşı kimi təqdim etmişdir. Buna görə də onlara işarə verib, yalandan Nailə xanıma məlumat verməyini onlara bildirmişdir. Röya da Nailə xanımdan 2 dəst qızıl-zinət əşyaları almaq istədiyini bildirmişdir. Nailə xanım qızıl-zinət əşyalarını onlara təqdim etmişdir. Röya iki dəst qızıl-zinət əşyası seçərək, yalandan birini anası üçün digərini isə qayınanası üçün aldığını bildirmişdir. Belə ki, həmin qızıllardan biri 3300 manat dəyərində, digəri isə 2848 manat dəyərində olmuşdur. Kəmalə isə özü üçün qızıl-zinət əşyaları götürmüşdür. Ancaq onun hansı miqdarda qızıl-zinət əşyaları götürməsini bilməmişlər. Nailə xanım öz dəftərində Röyanın adını qeyd edərək, 3 ay müddətinə götürdüyü qızılların pulunu ödəyib qurtaracağına söz vermişdir. Nailə xanımın evindən çıxandan sonra Fuad həmin qızılları Röyadan götürmüşdür. Onun həmin qızılları kimə və hansı qiymətə satması barədə məlumatı olmamışdır. Onlar bundan sonra 31 mart 2021-ci il tarixdə yenidən Nailə xanımın evinə gedən zaman Fuad Nailə xanıma Röyanın aldığı qızılların pulundan 500 manat pul ödəmişdir. Kəmalənin isə hansı miqdarda Nailə xanıma pul ödəməsindən məlumatı olmamışdır. Bundan sonra onlar Nailə xanımın evinə gedib gəlməmişlər. Bir neçə ay sonra Nailə xanım onunla telefon əlaqəsi saxlamış, pulun Fuad tərəfindən ödənilmədiyini bildirmişdir. O, isə Fuadla danışan zaman Fuad yalandan ona Röyanın adına götürdüyü qızılların pullarını tam olaraq ödədiyini bildirmişdir. Bunula da Fuad onları da aldatmışdır. O. ifadəsinə əlavə olaraq göstərmişdir ki, Fuad Röyanın götürdüyü və ona təqdim etdiyi iki dəst qızıl-zinət əşyaları ilə bağlı Röyaya və mənə hər hansı miqdarda pul verməmişdir. Nailə xanımın evindən çıxandan sonra Röya qızılları ona təqdim etmiş, Fuad isə həmin qızılları kimə və hansı qiymətə satması barədə məlumatı olmamışdır.(cild 1, i.v 94-96) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, , Fuadı işlədiyi gözəllik salonundan tanımışdır. Bir neçə dəfə Fuadın işlədiyi salona getmişdir. Belə ki, təxminən 09 mart 2021-ci il tarixdə axşam saat 20-21 radələrində evdə olan zaman Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlamışdır. Fuad ona bir yer olduğunu deyib, onunla həmin yerə getməyi təklif etmişdir. O, Fuadla ilk əvvəl razılaşmamışdır. Sonra Fuad bir nəfər şəxsin olmasını, qızıl alış-satışı ilə məşğul olmasını deyib onun yanına getmələrini, ondan bir dəst qızıl-zinət əşyasını öz adına götürməyini təklif etmişdir. Fuad onunla telefonda mülayim, səmimi və inandırıcı danışdığına görə o, sonuncu ilə razılaşmışdır. Bir neçə dəqiqə sonra Fuad tanımadığı taksi ilə gəlib, onu evin qarşısından götürmüşdür. Həmin vaxt taksidə Fuaddan başqa iki nəfər adını sonradan bildiyi Röya və İbrahim adlı şəxslər də olmuşdur. Fuad həmin şəxsləri onunla tanış edib, dostları olduğunu bildirmişdir. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhəri istiqamətində tanımadıqları ünvana getmişlər. Evə daxil olduqda Fuad onları ev sahibi Zərərçəkmiş şəxs1 adlı hicablı qadınla tanış etmişdir. Fuad Nailə xanımın evinə gələrək, Röya və İbrahimi öz qohumu kimi, onu isə öz iş yoldaşı kimi təqdim etmişdir. Onlar Nailə xanımın evindən çıxandan sonra Fuad Röyanın və onun götürdüyü qızılları onlardan götürmüşdür. Bundan sonra Fuad gəldikləri taksiyə minməmiş, başqa taksiyə minərək çıxıb getmişdir. Onlar isə gəldikləri taksiyə minərək, evlərinə qayıtmışlar. Sonradan Fuadın həmin qızılları kimə və hansı qiymətə satması barədə məlumatı olmamışdır. Bildirmişdir ki, Nailə xanımın evində cəmi bir dəfə olmuşdur. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq xadiməçi kimi işləyib ailəsini dolandırır. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır, onunla münasibəti normal olmuş, ədavəti və düşmənçiliyi olmamışdır. O, Fuadı işlədiyi gözəllik salonundan tanımışdır. Bir neçə dəfə Fuadın işlədiyi salona getmişdir. Belə ki, təxminən 09 mart 2021-ci il tarixdə axşam saat 20- 21 radələrində evdə olan zaman Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlamışdır. Fuad ona bir yer olduğunu deyib, onunla həmin yerə getməyi təklif etmişdir. O, Fuadla ilk əvvəl razılaşmamışdır. Sonra Fuad bir nəfər şəxsin olmasını, qızıl alış-satışı ilə məşğul olmasını deyib onun yanına getmələrini, ondan bir dəst qızıl-zinət əşyasını öz adına götürməyini təklif etmişdir. Fuad onunla telefonda mülayim, səmimi və inandırıcı danışdığına görə o, sonuncu ilə razılaşmışdır. Bir neçə dəqiqə sonra Fuad tanımadığı taksi ilə gəlib, onu evin qarşısından götürmüşdür. Həmin vaxt taksidə Fuaddan başqa iki nəfər adını sonradan bildiyi Röya və İbrahim adlı şəxslər də olmuşdur. Fuad həmin şəxsləri onunla tanış edib, dostları olduğunu bildirmişdir. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhəri istiqamətində tanımadıqları ünvana getmişlər. Evə daxil olduqda Fuad onları ev sahibi Zərərçəkmiş şəxs1 adlı hicablı qadınla tanış etmişdir. Fuad Nailə xanımın evinə gələrək, Röya və İbrahimi öz qohumu kimi, onu isə öz iş yoldaşı kimi təqdim etmişdir. Buna görə də onlara işarə verib, yalandan Nailə xanıma məlumat verməyini bildirmişdir. Röya Nailə xanımdan 2 dəst qızıl-zinət əşyaları almaq istədiyini bildirmişdir. Nailə xanım bütün qızıl-zinət əşyalarını gətirib onlara təqdim etmişdir. Röya iki dəst qızıl-zinət əşyası seçərək, birini anası üçün digərini isə qayınanası üçün aldığını bildirmişdir. Belə ki, həmin qızıllardan biri 3300 manat dəyərində, digəri isə 2848 manat dəyərində olmuşdur. O, isə özü üçün 1 dəst 2770 manat dəyərində qızıl-zinət əşyası və 980 manat dəyərində klon götürmüşdür. O, götürdüyü qızıl-zinət əşyalarına görə Nailə xanıma ilkin ödəniş kimi 160 manat pul vermişdir. Onu da əlavə etmişdir ki, evə girməmişdən əvvəl Fuad ilkin ödəniş verməyi üçün ona 160 manat pul vermişdir. Nailə xanım öz dəftərində onun və Röyanın adını qeyd edərək, 3 ay müddətinə götürdükləri qızılların pulunu ödəyib qurtaracağını bildirmişdir. Fuad isə onları tanıdığını deyib, Nailə xanıma aylıq ödənişi vaxtında verəcəklərinə söz vermişdir. Bundan sonra Nailə xanımın evindən çıxmışlar. Onlar Nailə xanımın evindən çıxandan sonra Fuad Röyanın və onun götürdüyü qızılları onlardan götürmüşdür. Bundan sonra Fuad gəldikləri taksiyə minməmiş, başqa taksiyə minərək çıxıb getmişdir. Onlar isə gəldikləri taksiyə minərək, evlərinə qayıtmışlar. Sonradan Fuadın həmin qızılları kimə və hansı qiymətə satması barədə məlumatı olmamışdır. Onlar bundan sonra 31 mart 2021-ci il tarixdə yenidən Nailə xanımın evinə gedən zaman Fuad Nailə xanıma Röya xanımın aldığı qızılların pulundan 500 manat pul ödəmiş, onun aldığı qızılların pulundan isə 990 manat pul ödəmişdir. Bundan sonra onlar Nailə xanımın evinə gedib gəlməmişlər. Bir neçə ay sonra Təqsirləndirilən şəxs dələduzluq cinayəti törətdiyinə görə həbs olunduğunu eşitmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Fuad onun götürdüyü və ona təqdim etdiyi bir dəst qızıl-zinət əşyaları və bir ədəd klon ilə bağlı ona hər hansı miqdarda pul verməmişdir. Nailə xanımın evindən çıxandan sonra o, qızılları Fuada təqdim etmiş, sonuncu isə həmin qızılları kimə və hansı qiymətə satması barədə məlumatı olmadı.(cild 1, 98-101) Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış zərərçəkmiş şəxs Şahid1 məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Həmin şahidin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmiş və onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1-2 ildir ki, həyat yoldaşı Şahid2 vasitəsi ilə tanımış, sonuncu ilə münasibətləri normal olmuşdur. O, əlavə iş kimi Fuadın işlədiyi salonda dırnaq ustası kimi, həyat yoldaşı isə həmin salonda fotoqraf kimi işləmişdir. Belə ki, təxminən 09 mart 2021-ci il tarixdə o, həyat yoldaşı ilə birlikdə salonda olan zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşmışdır. Kədərlənmiş formada ondan iş kariyerasına pul yatırmalı olduğunu bildirib, ona vacib pul lazım olduğunu və buna görə də qızıl-zinət alqı-satqısı ilə məşğul olan tanışının olmasını bildirmişdir. Ona görə də ondan həmin qızıl alqı-satqısı ilə məşğul olan şəxsin yanına getmələrini, onun adına nisyə qızıl götürüb ona verməyini xahiş etmişdir. Fuad götürməli olan qızılların pulunu bir neçə ay müddətinə verib qurtaracağına onlara inandırmışdır. İlk əvvəl həyat yoldaşı İbrahim onunla razılaşmamışdır. Bir neçə dəfə Fuad onlarla danışıb, onları inandırmağa çalışmışdır. Həmçinin, Fuadın salonda işləyərək çoxlu pul qazandığını görüb, onun sözlərinə inanmışlar və Fuad həmin pulu vaxtında ödəyəcəyinə söz vermişdir. O, isə Fuadın salonda işləyib yaxşı qazanc əldə etdiyini görüb, sonuncu üçün kömək məqsədi ilə qızılgötürməyə razılaşmışdır. Bundan sonra Fuadla birlikdə həmin qızıl alqı-satqısı ilə məşğul olan şəxsin yanına getmişlər. Taksi ilə adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 6 ünvanına getmişlər. Həmin vaxtı onlarla birlikdə Kəmalə adlı qadında olmuşdur. Onlar Nailə xanımın evinə gəlmişlər. Fuad Nailə xanımın evinə gələrək, həyat yoldaşı İbrahimi öz xalası oğlu kimi, onu isə xalası gəlini kimi, Kəmaləni isə öz iş yoldaşı kimi təqdim etmişdir. Buna görə də onlara işarə verib, yalandan Nailə xanıma məlumat verməyini onlara bildirmişdir. O, da Nailə xanımdan 2 dəst qızıl-zinət əşyaları almaq istədiyimi bildirmişdir. Nailə xanım qızıl-zinət əşyalarını onlara təqdim etmişdir. O, iki dəst qızıl-zinət əşyası seçərək, yalandan birini anası üçün digərini isə qayınanası üçün aldığını bildirmişdir. Belə ki, həmin qızıllardan biri 3300 manat dəyərində, digəri isə 2848 manat dəyərində olmuşdur. Kəmalə isə özü üçün qızıl-zinət əşyaları götürmüşdür. Ancaq onun hansı miqdarda qızıl-zinət əşyaları götürməsini bilməmişdir. Nailə xanıma öz dəftərində onun adını qeyd edərək, 3 ay müddətinə götürdüyü qızılların pulunu ödəyib qurtaracağına söz vermişdir. Nailə xanımın evindən çıxandan sonra Fuad həmin qızılları ondan götürmüşdür. Onun həmin qızılları kimə və hansı qiymətə satması barədə məlumatı olmamışdır. Onlar bundan sonra 31 mart 2021-ci il tarixdə yenidən Nailə xanımın evinə gedən zaman Fuad Nailə xanıma aldığı qızılların pulundan 500 manat pul ödəmişdir. Kəmalənin isə hansı miqdarda Nailə xanıma pul ödəməsindən məlumatı olmamışdır. Bundan sonra onlar Nailə xanımın evinə gedib gəlməmişlər. Bir neçə ay sonra Nailə xanım onun həyat yoldaşı ilə telefon əlaqəsi saxlamış, pulun Fuad tərəfindən ödənilmədiyini bildirmişdir. İbrahim isə Fuadla danışan zaman Fuad yalandan onlara onun adına götürdüyü qızılların pullarını tam olaraq ödədiyini bildirmişdir. Bunula da Fuad onları da aldatmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Fuad onun götürdüyü və sonuncuya təqdim etdiyi iki dəst qızıl-zinət əşyaları ilə bağlı ona hər hansı miqdarda pul verməmişdir. Nailə xanımın evindən çıxandan sonra o, qızılları Fuada təqdim etmiş, sonuncu isə həmin qızılları kimə və hansı qiymətə satması barədə məlumatı olmamışdır. (cild 1, i.v 91-93) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 yanvar 2022-ci il tarixli cinayət işinin başlanılması, icraata qəbul edilməsi və zərər çəkmiş şəxs qismində tanınması barəsində qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanması, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır.(cild 1, i.v1) Zərərçəkmiş şəxs1 Abşeron Rayon Polis İdarəsinə ünvanladığı 16 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, X4 əməllərinə cinayət hüquqi aspektdən hüquqi qiymət verilməsini, həmçinin istintaq orqanları tərəfindən İbrahim adlı şəxs, Röya adlı şəxs, Xəyalə adlı şəxsin dindirilməsi, onların da əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq faktı aşkar olunduğu halda hüquqi qiymət verilməsini və cinayət işinin başlanmasına dair qərar verilməsini xahiş etmişdir.( cild 1, i.v 4-5) 20 yanvar 2022-ci il tarixli sənədlərə baxış keçirilməsi barədə protokoldan görünür ki, 08 mart 2021-ci il tarixdə 2170 manat dəyərində 9.96 qram çəkidə qızıl boyunbağı və 1370 manat dəyərində 9.79 qram çəkidə sırğa olmaqla ümumi 3540 manat dəyərində bir dəst qızıl-zinət əşyası Fuadın adına qeyd olunması, 09 mart 2021-ci il tarixdə qohumu kimi təqdim etdiyi Röya adlı şəxsin vasitəsi ilə 11.25 qram çəkidə bir ədəd qızıl qolbaq, 8.51 qram çəkidə bir cüt qızıl sırğa, 6.47 qram çəkidə bir ədəd qızıl boyunbağı və 3.86 qram çəkidə bir ədəd qızıl üzük olmaqla ümumi 3300 manat dəyərində 1 dəst qızıl-zinət əşyasını, 358 manat dəyərində 3.25 qram çəkidə 1 ədəd qızıl qolbaq, 2490 manat dəyərində 7.13 qram çəkidə 1 ədəd qızıl üzük və 9.50 qram çəkidə 1 cüt sırğa olmaqla ümumi 2848 manat dəyərində 1 dəst qızıl-zinət əşyasının, Kəmalə adlı qadının adına 2930 manat dəyərində 19.53 qram çəkidə bir dəst "Feodorra" adlı qızıl-zinət əşyası və 980 manat dəyərində 8.90 qram çəkidə 1 ədəd qızıl klonun, 31 mart 2021-ci il tarixdə isə Rəna kimi adını təqdim etdiyi şəxsin adına 3,07 qram çəkidə bir ədəd qızıl üzük, 7.55 qram çəkidə bir cüt qızıl sırğa, 6.83 qram çəkidə bir ədəd qızıl boyunbağı, 14.59 qram çəkidə bir ədəd qızıl qolbaq olmaqla ümumi 3520 manat dəyərində 1 dəst qızıl-zinət əşyasının və Məryəm adlı şəxsin adına isə ümumi 3300 manat dəyərində olan hər biri 10,55 qram, 10,25 qram və 9,26 qram çəkidə üç ədəd qızıl qolbaların nisyə olaraq 3 ay ərzində verilməsi qeydlərini müəyyən edilmişdir.( cild 1, i.v 30) Zərərçəkmiş şəxs2 Abşeron Rayon Polis İdarəsinə ünvanladığı 16 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, X4 və onunla birgə fəaliyyət göstərən X1 əməllərində cinayət hüquqi aspektdən hüquqi qiymət verilməsini və cinayət işinin başlanmasına dair qərar verilməsini xahiş etmişdir.( cild 1, i.v 33-34) 04 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır.(cild 1, i.v 46) 21 yanvar 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 36) xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixində tutularaq Abşeron RPİ MSY-nə təhvil verilmişdir.( cild 1, i.v 52) 25 fevral 2022-ci il tarixli zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(cild 1, i.v 75-78) 26 fevral 2022-ci il tarixli Abşeron Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan görünür ki, X9 məhkəmə iclasında bildirmişdir ki, ona verilən ittihamda özünü təqsirli bilir.(cild 1, i.v 86-90) 05 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(cild 1, i.v 102- 105) 11 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(cild 1, i.v 106- 109) 06 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 İnşalah oğlu ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(cild 1, i.v 122-124) Abşeron Rayon Məhkəməsininxx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdrımaya rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Təqsirləndirilən şəxsnn barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır.(cild 1, i.v 239-243) 26 sentyabr 2022-ci il tarixli qətikman tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 295-297) 11 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ə.Şıxlinski küçəsi, 59B saylı bina, 16-cı mərtəbənin 3cü blokunda yerləşən 331 saylı mənzildə Fuadın sonuncu dəfə ondan qızıl-zinyət əşyalarını alaraq dələduzluq etməsini bildirmişdir (cild 1, i.v 309-313) 12 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ə.Şıxlinski küçəsi, 59B saylı bina, 16-cı mərtəbənin 3cü blokunda yerləşən 331 saylı mənzildə Fuadın sonuncu dəfə ondan qızıl-zinyət əşyalarını alaraq ona qarşı dələduzluq etdiyini bildirmişdir (cild 1, i.v 314-319) xx.xx.2021-ci il tarixli, 22426205 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə X2 arasında İphone12 Pro max 256 mobil telefonun verilməsi müəyyən edilmişdir. 09 dekabr 2022-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır.(cild 1, i.v 347-347) 15 dekabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Canəli Nuriyevin xx.xx.2022-ci il tarixli qəbul etdiyi "başqa yerə getməmə haqqında" qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə təyin olunmuş zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, təqsirləndirilən şəxsin etirafedici ifadəsi və toplanmış digər iş materialları öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid1, Şahid2 və Şahid3 barəsində cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxsnın əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi, Almina və Elməddin adlı şəxlərin və lombard sahibinin Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayətində hər hansı formada iştirakları olmadığından həmin şəxslərin barəsində cinayət işinin başlanması rədd olunması, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi qızılların alqı-satqısı ilə əlaqədar Qeydiyyat dəftərindən çıxarılmış 03 ədəd vərəqin kserosurəti Abşeron RPİ-nin müstəntiqi Cavid Kərimlinin maddi sübut kimi tanınma qərarı saxlanılması və cinayət işi materiallarına əlavə olunması nəzərə alınması qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Almina və Elməddin adlı şəxlərin, habelə Təqsirləndirilən şəxs "İphone 12 PRO MAX" markalı mobil telefonu lombarda qoyaraq pul götürməsi ilə bağlı həmin lombardın sahibinin tapılaraq ifadələrinin alınması məqsədilə Abşeron RPİ-nə əməliyyat tapşırığı göndərilmiş, həmin şəxslərin tapılması istiqamətində müsbət nəticə əldə olunmamışdır. Lakin toplanmış materiallardan görünür ki, həmin şəxslər zərərçəkmiş şəxsləri Təqsirləndirilən şəxsla tanış etmiş, cinayətin törədilməsində hər hansı formada iştirakları olmamışdır. Ona görə də həmin şəxslərin barəsində cinayət işinin başlanması rədd olunmalıdır (cild 1, i.v 359-369) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və həbsetmənin əvvəlinin onun tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 35-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində yaxalanaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. X3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs metronun “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında “Kontakt Home” mağazasında “Samsunq S ultra” telefonun qiyməti 4021 manat kreditlə götürərək vermişdir. Təqsirləndirilən şəxs söz vermişdir ki, 5-6 ödəyəcək və krediti bağlayacaq. Ödənişləri gecgec verirdi və bir qismini ödədikdən sonra yoxa çıxmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmişlər şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qızılları ələ keçirməsinin dələduzluq yox, borcu olmasını bildirməsi ilə bağlı məhkəmə iclas zalında vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri ilə təkzib edilir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-131/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından görünür ki, Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsi ilə bağlı verilmiş ittiham üzrə həmin epizod ilə bağlı təqdim edilmiş sübutlar qeyd edilən əməlin cinayət olması ilə bağlı kifayət etmədiyindən və qeyd edilən əməlin mülki xarakterli olduğundan həmin epizod ittihamdan xaric edilməlidir. Belə ki, məhkəmə iclas zalında Təqsirləndirilən şəxs səmimi olaraq cinsi azlığın nümayəndəsi olmasını etiraf etmiş, Zərərçəkmiş şəxs2 ilkin olaraq ona instaqram vasitəsilə yazdığını və onunla tanış olmaq istədiyini bildirmişdir. Həmin aldığı telefonunda ilkin ödənişini özü etmiş, daha sonra isə Zərərçəkmiş şəxs2 ona əxlaqsız təklif etdiyi üçün onunla münasibəti bitirmişdir. Ali məhkəmənin Plenum qərarından da, göründüyü kimi, özgənin əmlakını müqavilə bağlamamışdan əvvəl əvəzsiz ələ keçirmə niyyəti yaranmalıdır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs telefon epizodu ilə bağlı bildirdikləri məhkəmədə haqlı inam yaradır. Bundan əlavə cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs2 həm məhkəmə iclası zamanı, həm də ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində adını çəkmiş olduğu ifadəsində adını çəkmiş olduğu Elməddin adlı şəxsin şəxsiyyəti müəyyən edilməmiş, onun fadəsi alınmamış, Zərərçəkmiş şəxs2 ifadəsində bildirdiyi xüsusatlar dəqiqləşdirilməmişdir. Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsi üzrə məhkəmə onun barəsində bilə-bilə yalan ifadə vermək ilə əlaqədar cinayət məsuliyyətinəə cəlb edilməsi məqsədə müvafiq hesab etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə zərərçəkmiş şəxs X5 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini(CM59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq epizodunda Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona verilmiş ittihamın bu hissəsi əsassız hesab olunmalı, ümumi ittihamdan həmin epizod xaric edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə oluduğu və ev dustaqlığında saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq epizodunda Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona verilmiş ittihamın bu hissəsi əsassız hesab olunsun, ümumi ittihamdan həmin epizod xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 01(bir) il 05(beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi qızılların alqısatqısı ilə əlaqədar qeydiyyat dəftərfindən çıxarılmış 03 ədəd vərəqin kserosurəti cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 ona dəymiş zərəri mülki qaydada tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar