Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-140/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Nərimankənd ərazi dairəsi, Nərimankənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 75, mənzil 82-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə və xx xxxxx 1984-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 52, mənzil 3-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Massivdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi iş yeri olmayan Şahid2 bankdan yüksək məbləğdə kredit götürməsini təşkil etmək üçün ona Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Binəqədi Rayon Dövlət X1 əməkdaşı olması barədə hüquq verən rəsmi sənəd hesab edilən 11 yanvar 2021-ci il tarixli arayışı və 06 sentyabr 2021-ci il tarixli ödəniş üzrə “Kapital Banka" məxsus çıxarışı naməlum vaxtda və şəraitdə üzərində olan möhür və ştamp əkslərini axınlı printer vasitəsilə üzərinə çap etmə yolu ilə qanunsuz hazırlayıb saxtalaşdırmaqla Şahid2 800 manata satmış, sonuncu da həmin sənədləri bankdan kredit götürmək üçün 18 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 25 ünvanda fəaliyyət göstərən "X13” bankına təqdim etmiş və saxta sənədlərin qanunsuz hazırlanması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 20 sentyabr 2021-ci il tarixdə saat 15:10 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsində yerləşən Nizami Rayon Məhkəməsinin yaxınlığında saxlanılmışlar. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi iş yeri olmayan Şahid2 bankdan yüksək məbləğdə kredit götürməsini təşkil etmək üçiin ona Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Binəqədi Rayon Dövlət X1 əməkdaşı olması barədə hüquq verən rəsmi sənəd hesab edilən 11 yanvar 2021-ci il tarixli arayışı və 06 sentyabr 2021-ci il tarixli ödəniş üzrə "Kapital Banka" məxsus çıxarışı naməlum vaxtda və şəraitdə üzərində olan möhür və ştamp əkslərini axınlı printer vasitəsilə üzərinə çap etmə yolu ilə qanunsuz hazırlayıb saxtalaşdırmaqla Şahid2 800 manata satmış, sonuncu da həmin sənədləri bankdan kredit götürmək üçün 18 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanda fəaliyyət göstərən ‘‘X13" bankına təqdim etmiş və saxta sənədlərin qanunsuz hazırlanması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 20 sentyabr 2021-ci il tarixdə saat 15:10 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsində yerləşən Nizami Rayon Məhkəməsinin yaxınlığında saxlanılmışlar. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilib törətmiş olduğu cinayəti etiraf edərək ifadəsində göstərmişdir ki, əvvəllər ünvan 3 ünvanda yaşamışdır. Həmin mənzildə yaşayan ərəfələrdə Nizami Rayon Məhkəməsinin yanında yerləşən “Şəmkir” kafesini işlədən Hüseynov Niyaməddin adlı şəxsi tanımışdır. Təqsirləndirilən şəxs2 onun dostudur və onu 10 ildir ki, tanıyır. Onlar adətən həmin kafedə əyləşib yemək yeyirmişlər. O, kafeyə gedib-gələrkən Şahid2 adlı şəxs ilə tanış olmuşdur. Söhbət zamanı Ramazan onlara demişdir ki, ona təcili pul lazımdır. Həmin vaxt o, Eminin iştirakı ilə Ramazana bildirmişdir ki, 800 manat pul qarşılığında saxta sənəd düzəldə bilər və həmin sənədlə Ramazan bankdan kredit götürə bilər. Onların danışıqlarında kənar şəxs olmamışdır. Bundan sonra Ramazan kafedən çıxıb getmişdir. Ramazan getdikdən sonra Emin ilə razılaşmışdır ki, Ramazana saxta sənəd düzəldəcəklər. Ondan pulu alacaqlar və aralarında böləcəklər. Onun Eminlə razılaşmağına əsasən lazım olan sənədləri hər ikisi düzəldəcək. O, bundan sonra kafeni tərk etmiş və yaşadığı evə gəlmişdir. Həmin hadisələr 2021-ci ilin avqust-sentyabr ayına təsadüf etmişdir. 2021-ci ilin avqust ayında o, Ramazan ilə danışmış və ondan 800 manat pul istəmişdir ki, sənədləri hazırlamaq üçün onlara lazımdır. Ramazan da pulu düzəldib ona xəbər etmiş, bundan sonra o, Eminə demişdir ki, gedib Ramazandan pulu götürsün. Eminin ona deməyinə görə Ramazan ilə görüşüb ondan 800 manat pul almışdır. Saxta sənəd üçün Ramazanın fotoşəkili lazım olmuşdur. Eminə bildirmişdir ki, foto yerinə gedib Ramazanın fotoşəkilini çəkdirsin və proqram vasitəsilə X3 Nazirliyinin geyim formasında olmasını hazırlatsın. Emin də Ramazanı Nizami rayonu, Lotos ticarət mərkəzinin yanında yerləşən foto yerinə aparmış, orada Ramazanın fotoşəkil çəkilmiş və proqram vasitəsilə şəkildə sonuncuya FHN forması geyindirmişlər. Emin taksi ilə Ramazanın fotoşəkillərini və Ramazandan aldığı 800 manat pulu onun yaşadığı Nizami rayonundakı evinin qarşısına gətirib vermişdir. Həmin puldan Eminə 200 manat pul vermiş, qalan 600 manatı isə özünə götürmüşdür. Xatırlamadığı yerdə yerləşən oyun salonuna daxil olub kompüterdə Ramazanın FHN-in əməkdaşı olması ilə bağlı saxta arayış yazaraq hazırlamışdır. Arayışı hazır etdikdən sonra internet sosial şəbəkəsində Binəqədi rayon DYMX-nin rəisi vəzifəsini icra edən şəxsin Firdovsi Hüseynov və sonuncunun xidmət mayoru olmasını öyrənmişdir. Arayışın aşağı hissəsində Firdovsi Hüseynovun adını qeyd etmiş, sonra isə kompüterdə proqramlar vasitəsilə arayışın iki yerindən möhür vurmuşdur. Həmin sənədi printerdə çap edərək çıxarmış və yaşadığı evə gəlmişdir. Kompüterdə isə həmin məlumatları silmişdir ki, görən və tapan olmasın. Evdə Ramazanın fotoşəkilini arayışa yapışdırmışdır. Firdovsi Hüseynovun adının qarşısında isə imza etmişdir. Əvvəldə saxta sənəd hazırladığı üçün kifayət qədər məlumatlı olmuşdur ki, arayışlar necə hazırlanır. Həmin günü həmin salona qayıdaraq eyni üsulla "Kapital Bank" ödənişi üzrə kart çıxarışı hazırlamış və “Kapital Bank”a aid möhürü vurararaq imzalamışdır. Həmin salonu işlədən şəxsin onun saxta sənəd hazırlamasından xəbəri olmumamışdır. Çünki salonda kompüterlər ayrı-ayrı kiçik otaqlarda yerləşir və yalnız şəxs özü orada olur. 17 sentyabr 2021-ci il tarixdə onlar görüşmüş və Niyaməddinin kafesinə getmişlər. Yolda sənədləri Eminə göstərmişdir. Ramazana zəng edərək onu kafeyə çağırmış, kafenin həyətində o, Ramazana “Kapital Bank” çıxarışı və üzərinə möhür vurulmuş FHN-nin əməkdaşı olmasına dair fotoşəkilli arayış vermişdir. Ramazana bildirmişlər ki, krediti Xətai rayonundakı “X13” filialından götürsün. Lakin 17 sentyabr 2021-ci il tarixdə Şahid2 onlar göndərdiyi Xətai rayonundakı “X13” filialından pulu götürə bilməmişdir. Belə ki, Ramazanın deməsinə görə zamin məsələsinə görə bank ona kredit verməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona zəng etmiş və onu Şəmkir” kafesinə çağırmışdır. Orada olarkən polis əməkdaşları oraya gəlmişlər və onları saxlamışlar. Daha sonra əməlindən peşman olduğunu, əməlini səmimi etiraf etdiyini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib törətmiş olduğu cinayəti etiraf edərək ifadəsində göstərmişdir ki, mütəmadi olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yanında yerləşən “Şəmkir” kafesinə gedib-gəlmiş və həmin kafeni işlədən Hüseynov Niyaməddin adlı şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 uzun illərdir ki, tanıyır və onunla dostdur. Ruslan ilə həmin kafedə əyləşib yemək yeyib, çay içmiş və həmin vaxt kafeyə gedibgələrkən Ramazan və İlyas adlı şəxslər ilə tanış olmuşlar. Bundan sonra həmin kafedə o, Ramazan, Emin və İlyas görüşüb söhbət etmişlər. Görüşlərinin birində Ramazan onlara demişdir ki, ona təcili pul lazımdır. Həmin vaxt Ruslan Ramazana bildirmişdir ki, pul qarşılığında ona saxta sənəd düzəldə bilər və həmin sənədlə də bankdan kredit götürə bilər. Bir neçə dəfə saxta sənəd hazırlamışdır. Lakin o, Ruslanın bunu həqiqətən edibetməməsini bilməmişdir. Ruslan Ramazandan saxta sənədin hazırlanması üçün 800 manat pul istəmişdir. Ramazan da razılaşıb kafedən çıxıb getmişdir. Ramazan getdikdən sonra Ruslan ilə razılaşmışlar ki, X5 Nazirliyində işləməsinə görə saxta arayış və əmək haqqı almasına görə bankdan çıxarış hazırlayacaqlar. O, Ramazandan pulu almağı və onun fotoşəkilini çəkdirməyi, eyni zamanda fotoşəkildə sonuncunun Fövqəladə Hallar Nazirliyində işləməyinə dair formada olmasını hazırlatmağı öhdəsinə götürmüşdür. Ruslan da arayışla çıxarışı hazırlamağı öhdəsinə götürmüşdür. Bundan sonra kafeni tərk etmiş və yaşadığı evə gəlmişdir. Həmin hadisələr 2021-ci ilin avqust-sentyabr ayına təsadüf etmişdir. 2021-ci ilin avqust ayında Ruslan zəng edərək bildirmişdir ki, Ramazan 800 manat pulu hazır edib, gedib həmin pulu götürsün və onun fotoşəkilini çəkdirsin. Bundan sonra xatırlamadığı yerdə Ramazan ilə görüşmüş və ondan 800 manat pulu almış və onu Nizami rayonu, Lotos ticarət mərkəzinin yanında yerləşən foto yerinə aparmışdr. Orada Ramazanın fotoşəkili çəkilmiş və xahişi əsasında tanımadığı proqramist proqram vasitəsilə şəkildə Ramazana FHN-nin formasını geyindirmişdir. Fotoşəkili götürüb Ruslan ilə görüşmək üçün onun yaşadığı Nizami rayonundakı evinin qarşısına getmişdir. Orada Ruslan ilə görüşmüş və fotoşəkili pul ilə ona vermişdir. Bununla Ruslanla razılaşıb üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Qalan işləri razılaşmağına əsasən Ruslan etməli olmuşdur. Ruslana 200 manat pul vermiş, qalan 600 manat pulu isə özünə götürmüşdür. Ramazan bankdan 6.000 manat kredit götürdükdə 1.100 manat Ruslana, 400 manat ona, qalan pul isə özünə götürəcəkdir. 17 sentyabr 2021-ci il tarixdə Ruslan ona zəng etmiş və onlar görüşmüşlər. Ruslan arayış və "Kapital Bank” çıxarışını göstərib özünün hazırladığını bildirmişdir. Arayışda və çıxarışda imza və möhür olmuşdur. Onun deməsinə görə həmin sənədləri komputerdə özü hazırlamış və imza etmişdir. Ruslan Ramazana zəng edərək onu kafeyə çağırmışdır. Həmin kafeyə getmiş və kafenin həyətində Ruslan Ramazana “Kapital Bank” çıxarışı və üzərinə möhür vurulmuş FHN- nin əməkdaşı olmasına dair arayışı vermişdir. Ruslan Ramazana bildirmişdir ki, krediti Xətai rayonundakı “X13” filialından götürsün. Sonra onlar kafedən çıxıb getmişlər. 17 sentyabr 2021-ci il tarixdə Şahid2 “X13” filialından pulu götürə bilməmiş, belə ki, Ramazanın deməsinə görə zamin tələb edilməsi məsələsinə görə bank kredit verməmişdir. Həmin günü Ruslan zəng edərək onu “Şəmkir” kafesinə çağırmışdır. Orada olarkən polis əməkdaşları oraya gəlmişlər və onu saxlamışlar. Daha sonra isə BMCMİ-nin inzibati binasına aparmışlar. Sonra isə Ruslanı saxlamışlar. Daha sonra əməlindən peşman olduğunu, əməlini səmimi etiraf etdiyini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. O, Şahid2 dostudur. Ramazan ilə mütəmadi olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yanında yerləşən «Şəmkir» kafesinə gedib-gələrkən kafeni işlədən Niyaməddin Hüseynov ilə tanış olmuşlar. 2021-ci ilin iyul-avqust aylarında həmin kafeyə gedib-gələrkən Niyaməddin onu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə tanış etmişdir. Söhbət zamanı Ramazan Ruslana bildirmişdir ki, pula ehtiyacı vardır. Niyaməddin kafeni işlətdiyi üçün danışıqlarında iştirak edə bilməmiş və restorana gəlib-gedən müştərilərlə maraqlanmışdır. Həmin vaxt Emin və Ruslan Ramazana saxta sənəd hazır edəcəklərini və həmin sənəd əsasında Ramazanın kredit götürə biləcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra oradan çıxıb getmişdir. Ramazan isə orada qalmışdır. Ona təcili pul lazım olmuş, belə ki, avtomobilini təmir etdirmək istəmişdir. Çünki onun avtomobili nasaz olmuş və idarə edə bilməmişdir. Təmir etdirmək üçün də onun pulu olmamışdır. Səhəri günü Ramazan ilə görüşmüş və sonuncuya bildirmişdir ki, Ruslan və Emin ona saxta sənəd hazırlayacaqlar və o, həmin sənəd əsasında bankdan kredit götürə biləcək. Bu zaman Ramazana demişdir ki, ona da pul lazımdır və avtomobili təmir edə bilmir. Ramazan da ona bildirmişdir ki, Ruslan və Eminə bu barədə bildirsin. O, Ramazanla həmin söhbətindən sonra, yəni 2021-ci ilin avqust ayının sonlarında təkcə həmin kafeyə getmişdir. Kafeyə çatdıqda orada Emini görmüş, Ruslan və Ramazan kafedə olmamışdırlar. Eminin əyləşdiyi masaya yaxınlaşıb onunla söhbət etmiş, həmin vaxt Eminə bildirmişdir ki, saxta sənəd düzəltsin ki, o, bankdan kredit götürsün. 1000 manata onunla razılaşmışdır. Həmin vaxt yanında heç kim olmamışdır. Söhbətlərindən 10 gün keçdikdən sonra Emin ilə kafedə görüşmüşlər. Həmin vaxt 2021-ci ilin sentyabr ayının əvvəllərinə təsadüf etmişdir. Emin "Karolina" adlı şirkətdə santexnika malları paylayan kimi arayış və "Kapital Bank"dan çıxarış vermişdir. Eminin deməsinə görə verdiyi saxta sənədləri o, komputerdə düzəltmişdir. Onlar razılaşmışlar ki, həmin sənədlərlə kredit götürəcək və götürdüyü pulu yarı-yarıya böləcək, həmin günü Nizami rayonu ərazisində yerləşən «Turan» banka getmişdir. O, banka daxil olub kredit mütəxəssisinə yaxınlaşmışdır. Eminin verdiyi sənədləri və şəxsiyyət vəsiqəsini bankda işləyən şəxsə vermişdir. Həmin günü bankda sənədləşmə aparıldıqdan sonra o, 1.500 manat pul götürmüşdür. O, 1.500 manat pulu bankdan götürdükdən sonra Emin ilə “Şəmkir" kafesində görüşmüşlər. Həmin vaxt Eminə 750 manat pul vermişdir. Yanlarında heç kim olmamışdır. Ruslan ilə heç bir danışığı olmamış, ancaq onu kafedə görmüşdür. 20 sentyabr 2021-ci il tarixdə Ramazan ilə görüşmüş və ona zamin durmağını xahiş etmişdir. Bundan sonra Ramazan ilə Xətai rayonunda yerləşən “X13" banka getmişdirlər. Bankın qarşısına çatdıqda iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb DİN-nin BMCMİ-ə İdarəsinin əməkdaşları olmasını bildirib onları oraya dəvət etmişdirlər. Bundan sonra onları həmin idarəyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis polkovnik leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin KSPSM və MDQMİ-nin SPSM və MDQMŞ-nin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 sentyabr 2021-ci il tarixdə işlədiyi idarəyə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 rəsmi iş yerləri olmayan şəxslərə onların müxtəlif orqan və qurumlarda işləmələri ilə bağlı hüquq verən rəsmi sənəd hesab edilən arayışları qanunsuz hazırlamaqla saxtalaşdırıb satmaları barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanışı Şahid2 qanunsuz yolla bankdan kredit götürməsi məqsədilə onun Fövqəladə Hallar Nazirliyinin Binəqədi rayon Dövlət X1 əməkdaşı olması ilə bağlı saxta arayışı hazırlayaraq satmışdır. Həmin məlumatın yoxlanılması və həmin şəxslərin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə baş idarə rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Şahid2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq saxta sənəd hazırlamasına görə və onların ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir.Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə baş idarənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 təyin edilmişdir. Bundan sonra həmin şəxslərin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün Hacı ilə Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospekti 23 ünvanda yerləşən “X13” bankının qarşısına gəlmişdir. Saat 12:20 dəqiqədə bankın qarşısında Şahid2 əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Onun yanında bir nəfər şəxs də olmuş, həmin şəxslərə xidməti vəsiqəsini göstərib özlərini təqdim etmişlər. Onlardan özlərini təqdim etməsini xahiş etmiş, həmin şəxslər Şahid2 və Şahid1 olmasını bildirmişdir. Həmin vaxt Şahid2 əlində FHN-nin Dövlət X1 4 nömrəli X2 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsində xidmət etməsi ilə bağlı arayış yanında olan dostu İlyasın əlində isə “Kapital bank” məxsus ödəniş kartı üzrə çıxarış olmuşdur. Ramazan və İlyası BMCMİ-nə dəvət edilmiş, onlar da getməyə razılaşmışdırlar. Həmin şəxslər baş idarəyə gətirilmiş və onlarla edilən şifahi sorğu zamanı bildirmişlər ki, əllərində olan sənədləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 pul müqabilində almışdırlar. Onlar bu barədə raport yazıb məruzə etmişdirlər. Həmin günü davam edən tədbirlər nəticəsində əldə edilən məlumata əsasən onlar saat 15:10 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsində yerləşən Nizami Rayon Məhkəməsinin yaxınlığına saxlanılmış və saxta sənəd hazırlamaqda şübhəli olmalarını bildirib BMCMİ-nə dəvət etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsi elan edilərək tədqiq edilmişdir. Elan olunmuş ifadə təqsirləndirilən şəxslərin ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli könüllü təqdim edilən sənədlərin götürülməsi və baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid2, üzərinə Şahid2 Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 4 nömrəli X2 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsində işləməsinə dair yazılar olan arayış götürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzininin 5/1063 saylı 22 sentyabr 2021-ci il tarixli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş “Kapital Bank”-ın 06 sentyabr 2021-ci il tarixli arayışda olan möhür və ştamp əksləri sənədlərə birbaşa vurulmamışdır. Axınlı printer vasitəsilə çap edilmişdir. Ştamp əsklərinin içərisində "Kapital Bank” Nizami filialı Kod 20048 06 sep 2021 Xidmət bölməsi imza .... 4 məzmunlu mətn, möhür əkslərində isə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Binəqədi rayon X6 Hissəsi“ məzmunlu mətn vardır. Tədqiqata təqdim edilmiş “Kapital Bank”ın 06 sentyabr 2021-ci il tarixli ödəniş kartı üzrə çıxarışda, Şahid2 adına 11.01.2021ci il tarixli arayışda olan imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiqata təqdim edilmiş “Kapital Bank"-ın 06 sentyabr 2021-ci il tarixli Ödəniş kartı üzrə çıxarışda, Şahid2 adına 11.01.2021-ci il tarixli arayışda əvvəlcə möhür və ştamp əksləri çap edilmişdir, daha sonra imzalar icra edilmişdir. İş materiallarında olan 07 fevral 2022-c il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, üzərinə Şahid2 Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 4 nömrəli X2 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsində işləməsinə dair yazılar olan 11 yanvar 2021-ci il tarixli arayış və 06 sentyabr 2021-ci il tarixli ödəniş üzrə “Kapital Bank” çıxarışı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 11 yanvar 2022-ci il tarixdə saat 22:10 radələrində tutulmuşdur. İş materiallarında olan 13 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 MSY-dan azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 22 yanvar 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 22 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində tutulmuşdur. İş materiallarında olan 24 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 MSY-dan azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda məhkumluqları yoxdur. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 1(009)-114/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 22.01.2019-cu il tarixli, 1(005)-56/209 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətində islah işləri cəzası hazırki hökümlə təyin edilmiş cərimə cəzası ilə birləşdirilərək Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətində islah işləri cəzası və 6000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 23.02.22-ci tarixli, 1(103)-321/2022 saylı qərarının surətindən görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 1(009)-114/2021 saylı hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 22.01.2019-cu il tarixli, 1(005)-56/209 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətində islah işləri cəzası “8 X12” münasibəti ilə aministiya elan edilməsi haqqında AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.8 və 30-cu bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 1(009)-114/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən AR Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən onun barəsində 320.1-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilərkən cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 08.01.2010-cu il təvəllüdlü Hüseynli Rəsul Ruslan oğlu adlı bir azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 15.04.2007-ci il təvəllüdlü X7 və 24.05.2010-cu il təvəllüdlü X8 adlı iki azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri səmimi ifadələri, şahidlərin verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş islah işləri cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağın olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış üzərinə Şahid2 Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 4 nömrəli X2 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsində işləməsinə dair yazılar olan 11 yanvar 2021-ci il tarixli arayış və 06 sentyabr 2021-ci il tarixli ödəniş üzrə “Kapital Bank” çıxarışı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan 62 (altmış iki) manat bərabər bölünməklə Təqsirləndirilən şəxs1 31 manat və Təqsirləndirilən şəxs2 31 (otuz bir) manat məbləğində tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 (iki) il müddətinə islah işləri cəzasından 08 (səkkiz) gün çıxılmaqla üzərində qəti olaraq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 4000 (dörd min) manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş üzərinə Şahid2 Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 4 nömrəli X2 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsində işləməsinə dair yazılar olan 11 yanvar 2021-ci il tarixli arayış və 06 sentyabr 2021-ci il tarixli ödəniş üzrə “Kapital Bank” çıxarışı iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 62 (altmış iki) manat, 31 (otuz bir) manat Təqsirləndirilən şəxs1 və 31 (otuz bir) manat Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-140/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-140/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver