Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-140/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu, H.Mirzəyev dalan 2 ev 8-də qeydiyyatda olan və yaşayan, barəsində ‘‘başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə saat 23:50-də “B1, B, C1, C” kateqoriyalı, BA seriyalı 035719 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi X4 məxsus texniki cəhətdən saz vəziyyətdə boz qızılı metallik rəngli “HONDA CİVİC HİBRİD MİNİK” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə üzü Heydər Əliyev prospekti istiqamətində saatda təxminən 75-80 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq yəni 75-80 km/saat sürətlə hərəkətdə etdirərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü tərəfindən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanunun tələbinə əməl etməyərək, idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanının qarşısından hərəkətdə olduğu yolu sağdan sola doğru adi yerişlə keçən piyada xx.xx.2002-ci il təvəllüdlü X7 avtomobilin qabaq sol yan hissəsi ilə vurub ehtiyyatsızlıqdan ona təpə-ənsə sümüklərinin kəllə əsnasına keçən açıq sınıqları, başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol qaş almacıq nahiyəsinin dərialtı hematoması, gövdənin sağ yarının geniş sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır bədən xəsarətləri, həmçinin baş beyinə qansızma fonunda, baş beyin əzilməsi ilə nəticələnən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqında tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapır. Belə ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi qaydada heç bir yerdə işləməmişdir. Etibarnamə əsasında idarə etdiyi X4 məxsus “Honda CİVİC Hibrid” Minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 2022-ci ilin sentyabr ayının 8-də saat 23:50-də Babək prospektində maşın bazarı deyilən yerdən üzü H.Əliyev prospektinə doğru hərəkət etmişdir. Hərəkətdə olduğu yolda işıqfor olmuş və o həmin işıqforu keçən zaman yaşıl işıq yanmış, o, hərəkətdə olduğu kimi də işıqforda hərəkətini davam etmişdir. Həmin vaxt avtomobilin sürət həddi 75-80 km saat olmuş, onunla bərabər paralel yolda başqa xatırlamadığı avtomobil keçmişdir. O, təxminən 2-3 metr məsafədən görmüşdür ki, sonradan adı ona məlum olan Elmar adlı şəxs onunla paralel olan avtomobili keçib idarə etdiyi avtomobilin qarşısından ötüb yol ayrıcına daxil olmaq istəmişdir. O, məsafə az olduğu üçün avtomobili saxlaya və baş verə biləcək yol nəqliyyat hadisəsinin qarşısını ala bilməmiş, Elmarı ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə vurmuşdur. Elmar artıq yola daxil olduğu üçün yol nəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. O, Elmarı avtomobilin sol tərəfi ilə vurduqdan sonra sonuncu hərəkətdə olduğu yolun sol tərəfinə yol ayrıcından təxminən 5-6 metr məsafəyə düşmüşdür. O, Elmarı avtomobillə vuran kimi avtomobilin qəza işıqlarını vurub avtomobili sağa tərəf hərəkət etdirib təxminən 100 metr məsafədə, yolun kənarına saxlayıb avtomobildən düşərək polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və o, özünü təqdim edib anket məlumatlarını polisə demiş və yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir, O, Elmar Əlibəyovu təxminən 2-3 metr məsafədən, ola bilsin ki, az məsafədən görmüş, məsafə çox yaxın olduğu üçün hadisə qəfil baş vermiş və o, hadisənin qarşısını ala bilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, oğlunun heç kimlə düşmənçiliyi olmamış, heç kimlə ədavəti olmamışdır. Hadisənin tam təsadüfdən, ehtiyatsızlıqdan baş verməsini ehtimal etmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs gənc olmasını, hadisənin ehtiyasızlıqdan olmasını nəzərə alaraq məhkəməyə ərizə ilə müraciət etmişdir ki, o, təqsirləndirilən şəxslə barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs yüngül cəzanın verilməsinə etiraz etmir. hadisə yerinə sonradan gəldiyi üçün hadisənin dəqiq təfərrüatı ona məlum olmamışdır. Hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və hadisə yerinin sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanına keçən avtomobil yolunda baş vermişdir. (i.v.6-13). “Baxış keçirilmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və iş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, “Honda Civic” markalı nəqliyyat vasitəsinin boz rəngli olması, sürücü tərəfdə avtomobilin ön şüşəsinin sındığı, sürücü tərəfdə qabaq sol tərəfin əzilib deformasiyaya uğradığı, deformasiya olan hissələrin içəri doğru batıqları olması müəyyən edilmişdir. (i.v.14-18). İş üzrə Təqsirləndirilən şəxs barəsində 09 sentyabr 2022-ci il tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsi keçirilmiş, təqdim edilmiş 2/21376 nömrəli aktla Təqsirləndirilən şəxs ayıq olması müəyyən edilmişdir.(i.v. 19) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 80 saylı rəyində göstərilmişdir ki, X1 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: təpə-ənsə sümüklərinin kəllə əsasına keçən açıq sınıqları, baş-beyinə qansızma, başbeyin əzilməsi, başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol qaş-almacıq nahiyəsinin dərialtı hematoması, gövdənin sağ yarının geniş sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən törənə bilərdi, dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidirlər. X6 ölümünə səbəb başın küt travması nəticəsində baş-beyinə qansızma fonunda baş-beyin əzilməsi olmuşdur, müddəti meyitin meyitxanada müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir. X6 meyitindən götürülmüş qanın məhkəmətibbi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (i.v. 49-52). Hadisə yerinin videogörüntülərini əks etdirən kompakt diskdən və həmin görüntülərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “Təhlükəsiz şəhər” sisteminin ərazisində quraşdırılmış TŞ-4-045 nömrəli görüntü kameralarının vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 23:45-dən xx.xx.2022-ci il saat 00:05-dək olan müddətdə qeydə alınan video görüntülərin götürülməsi üçün sorğu verilmiş və sorğu əsasında təqdim olunmuş 1 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanının qarşı hissəsindən keçən avtomobil yolunda üzü şəhər istiqamətində hərəkətdə olan avtomobillərin işıqforda dayanması, yolun kənarında qəza işıqlarının yandırmış avtomobilin dayanması, ətrafda olan şəxslərin dayanmış avtomobillərə yaxınlaşmaları və avtomobil yolunda hərəkətin dayanması müşahidə olunmuşdur. (i.v. 57-58). Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2829 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: “Honda Civic” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 75-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun 50-ci maddəsinin 2cihissəsnin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 67-70). Ekspertiza nəticəsində aparılmış tədqiqatların ümumi dəyəri 85 manat təşkil edir. 17 noyabr 2022-ci il tarixli, 1590-nömrəli qərarla Təqsirləndirilən şəxs təqsiriləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (i.v. 86-87) 17 noyabr 2022-ci il tarixli, 1611-nömrəli qərarla Təqsirləndirilən şəxs “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir. (i.v. 97-98) Bundan əlavə iş materiallarına əlavə olunmuş: - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən hadisənin baş verməsini əks etdirən videogörüntülərin yazıldığı kompakt disk, həmçinin “Honda CİVİC Hibrid” Minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış, kompakt disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 103-110); - Cinayət işinin materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai RPİ-nin X13 İdarəsindən alınmış 29 oktyabr 2022-ci il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “B1, B, C1, C” kateqoriyalı BA035719 seriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur.(i.v 65) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilən xx.xx.2022-ci il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 44); - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Elmar Səfərbəyov xx.xx.2022-ci il tarixdə “baş beyin ocaqlı” travmasından Bakı şəhərində vəfat etmişdir (i.v. 33); Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. (21-ci bənd). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 60-cı maddəsinin V hissəsinə görə nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozması ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X2 ölümünə səbəb olmuşdur. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini (CM 59.1.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 dekabr 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir (2-ci bənd). Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini müəyyən müddətə idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla, cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı andan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Honda CİVİC” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibi X3 istifadəsində, 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını “məntəqə” tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Honda CİVİC” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibi X3 istifadəsində, 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №1(011)-140/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-140/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver