Məhkəmə qərarları › İş №1(011)-141/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-141/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-141/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmişdir. Belə ki, o, xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq etibarnaməsi olmadan idarə etdiyi “Hyundai Accent” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ilə Xudu Məmmədov küçəsi istiqamətində 5 km/saat sürətlə hərəkət edərkən M.Hadi küçəsi 72 ünvanının yaxınlığında yolu soldan-sağa keçmək üçün asta yerişlə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs gördükdə həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq hərəkəti üçün təhlükə yarandıqda avtomobili tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, piyadanın avtomobili görüb dayanacağını zənn edərək hərəkətinə davam etmiş, nəticədə ehtiyatsızlıqdan ona avtomobilin qabaq orta hissəsi ilə onu vuraraq sağ diz oynağının hemartrozu (oynağa qanın yığılması) ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumasının hematoması, sağ budun və sağ baldırın yumşaq toxumasının hematoması, sol baldırın qançırından ibarət ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində anası Şahid ilə birlikdə yaşadıqları mənzildən yaxın qohumlarının mənzilinə qonaq getmək məqsədi ilə çıxmış, idarə etdiyi “Hyundai Accent” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ilə üzü X.Məmmədov küçəsi istiqamətində hərəkət edərkən Həzi Aslanov metrostansiyasının yaxınlığında tıxac yaranmışdır. Avtomobili aşağı sürətlə idarə etmiş, Zərərçəkmiş şəxs yolun hərəkət hissəsini soldan sağa doğru piyada keçərkən avtomobilin ön hissəsi ilə həmin şəxin ayaq nahiyəsinin sağ tərəfindən yumşaq şəkildə bir dəfə vurmuşdur. Hazırda zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş zərəri tam ödədiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən Həzi Aslanov metrostansiyasının çıxışı istiqamətində yolun hərəkət hissəsinin bir istiqamətini soldan sağa doğru keçmiş və yolun ortasındakı səkidə dayanmışdır. Yolda tıxac olmuş və avtomobillər yavaş sürətlə hərəkət etmiş, avtomobillərin dayanmasını görüb, yolu soldan sağa doğru adi addımlarla keçməyə başlamışdır. Yolun hərəkət hissəsini təxminən ortasına qədər keçdikdə markasını xatırlamadığı, sedan formalı qara rəngli, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə sağ ayaq nahiyəsindən vuraraq onu eyni istiqamətə hərəkət edən avtobusun arxa tərəfinə sıxmışdır. Bundan sonra sürücü və bir nəfər qadın avtomobildən enərək ona köməklik etməyi təklif etmişlər. O, əlindəki paketdə olan mağazadan aldığı yağın yararsız hala düşüdüyünü onlara bildirmiş, buna görə ona 130 manat pul vermişlər. Həmin şəxslər onu taksiyə əyləşdirib, yaşadığı mənzilə yola salmışlar. Avtomobildə olan qadın ona mobil nömrəsini vermiş, növbəti gün ona tibbi yardım göstərilməsində köməklik edəcəklərini demiş, o, razılaşmış, növbəti gün həmin şəxslərə zəng etsə də, sonuncular bəhanə gətirərək ona heç bir tibbi yardım göstərməmişlər. Bu səbəbdən xx xxxxxx 2020-ci il tarixdə o, Azərbaycan Respublikası DİN-in 102 Zəng Mərkəzinə zəng edərək yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Hazırda Kənanla barışdığını, ona dəymiş zərərin tam ödənildiyini, Kənana qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində oğlu Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları mənzildən yaxın qohumlarının mənzilinə qonaq getmək məqsədi ilə çıxmış, oğlu Kənanın idarə etdiyi “Hyundai Accent” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ilə üzü X.Məmmədov küçəsi istiqamətində hərəkət edərkən Həzi Aslanov metrostansiyasının yaxınlığında tıxac yaranmış, avtomobili aşağı sürətlə idarə etmiş, Zərərçəkmiş şəxs yolun hərəkət hissəsini soldan sağa doğru piyada keçərkən avtomobilin ön hissəsi ilə həmin şəxin ayaq nahiyəsinin sağ tərəfindən yumşaq şəkildə bir dəfə vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır. (i.v. 1); yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, bu barədə müvafiq protokol, fotocədvəl və hadisənin sxemi tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 7-15); xx xxxxxx 2019-cu il tarixli AD seriyalı 142122 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx xxxxxx 1990-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs «B» kateqoriyalı sürücülük hüququ verilmişdir (i.v. 18); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i. v. 61). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx xxxxxx 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.85); məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə X1 verdiyi xx xxxxxx 2020-ci il tarixli, 426 saylı ekspert rəyindən görünür ki, Hyundai Accent markalı, 99-ML163 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısım almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.32-36); xx.xx.2020-ci il tarixli 1160 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ diz oynağının hemartrozu (oynağa qanın yığılması) ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumasının hematoması, sağ budun və sağ baldırın yumşaq toxumasının hematoması, sol baldırın qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edilir (i. v. 27-29). təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş (i.v.100-101); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 112); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. təqsirləndirilən şəxsin məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilmiş, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə icraata xitam verilməsi məqsədə uyğundur. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar