Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-141/2022 01.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X4, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Göygöl şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, əvvəllər məhkum olunmamış, «Bolt» şirkətində kuryer işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 27.11.2021-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, 23 nömrəli evin həyətyanı sahəsinə hasardan keçdikdən sonra evin sol hissəsində olan pəncərədən evə qanunsuz daxil olaraq qonaq otağında saxlanc yeri olan dolabın üzərindən Zərərçəkmiş şəxs3 məxsus olan qiyməti 6 manat olan, ulduz formalı kulonu olan, sarı rəngli bir ədəd boyunbağını, qiyməti 2 manat olan şunur toxunuşlu, gümüşü rəngli bir ədəd boyunbağını, evin mətbəxində saxlanılan, Zərərçəkmiş şəxs3 məxsus cüzdandan 15 manat pulu, evin yataq otağında olan dolabda saxlanılar çamadanın içərisindən qiyməti 600 manat olan. 583 əyarlı bir ədəd qızıl üzüyü, qiyməti 1200 manat olan, 583 əyarlı bir ədəd qızıl qolbağını və qiyməti 250 manat olan, 583 əyarlı, briliant qaşlarla olan bir cüt sırğanı gizli olaraq talayıb, zərərçəkmiş şəxs X5 ümumilikdə 2073 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 06 dekabr 2021- ci il tarixdə günorta saatlarında vətəndaş X1 yaşadığı ünvan 3 ünvanda yerləşən evin pəncərəsinin üzərindəki dəmir barmaqlığı əli ilə sındırdıqdan sonra pəncərədən içəri qanunsuz daxil olub evin yataq otağında saxlanc yeri olan dolabın üzərindən və dolabın içərisindən Zərərçəkmiş şəxs2 məxsus olan qiyməti 1400 manat, çəkisi 21 qram olan, 583 əyarlı qızıl kişi üzüyünü, qiyməti 2000 manat olan qızıl dəstini (bir cüt sırğa, üzük, qolbaq), qiyməti 130 manat olan bijüteriya hesab edilən bir ədəd qolbağı və bir ədəd boyunbağını, 1510 manat pulu, qızı Şəbnəm Abdullayevanın yataq otağında olan pəncərə altlığının üzərindən qiyməti 280 manat, çəkisi 12 qram olan bir ədəd qızıl boyunbağını, ümumi qiyməti 100 manat olan bijüteriya hesab edilən bir ədəd üzüyü və bir cüt sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdar hesab edilən 5420 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 10.12.2021-ci il tarixdə saat 19 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 1A/9Q nömrəli evin həyətyanı sahəsinə hasardan keçdikdən sonra evin birinci mərtəbəsindəki plastik pəncərəni vintaçanla çərçivədən aralayıb pəncərədən içəri qanunsuz daxil olub evin birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 qızı Nəzrin İsmayılovanır yataq otağındakı trimonun üzərində və birinci siyirtməsində olmuş qiyməti 380 manat, çəkisi 4,75 qram olan, gümüşü, sarı və qırmızımtıl-sarı rəngli kürəcikləri olan,sarı rəngli,583/585 əyarlı bir cüt qızıl sırğanı, qiyməti 167 manat, çəkisi 2,09 qram olan, halqa formalı, sarı rəngli, üzərində "Cartier” yazısı olan, 583/585 əyarlı bir ədəd qızıl üzüyü, qiyməti 248 manat, çəkisi 3,10 qram olan, üzərində müxtəlif rəngli qaşlar yerləşdirilmiş gözmuncuğu formasında kulonu olan, sarı rəngli, 583/585 əyarlı bir ədəd qızıl boyunbağını, qiyməti 274 manat, çəkisi 3,43 qram olan, üzərində müxtəlif rəngli qaşlar yerləşdirilmiş gözmuncuğu formasında elementi olan, sarı rəngli, 583/585 əyarlı bir ədəd qızıl qolbağını, qiyməti 276 manat, çəkisi 2,76 qram olan, halqa formalı, sarı rəngli, 750 əyarlı bir cüt qızıl sırğanı, qiyməti 480 manat, çəkisi 4,39 qram olan, aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca «B.M.NİKOLAY İİ İMPERATORC İ SAMODERJEÜC VSEROSS.» yazıları, reversində « 5 RUBLEY 1899 Q.» yazıları olan sarı rəngli, 900 əyarlı qulplu qızıl pul sikkəsini, qiyməti 398 manat, çəkisi 4,98 qram olan, üzərində kürə formalı elementləri olan, şunur toxunuşlu, sarı rəngli, 583/585 əyarlı bir ədəd qızıl boyunbağını, qiyməti 200 manat, çəkisi 2,50 qram olan, üzərində rəngsiz, şəffaf qaşlar yerləşdirilmiş kəpənək formalı kulonu olan, sarı rəngli, 583/585 əyarlı bir ədəd qızıl boyunbağını, qiyməti 190 manat, çəkisi 2,38 qram, qaş hissəsi ürək formalı, qırmızımtıl-sarı rəgli, 583/585 əyarlı, 1 cüt qızıl sırğanı, qiyməti 294 manat, çəkisi 3,67 qram, üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan, qırmızımtıl-sarı rəngli, 583/585 əyarlı bir cüt qızıl sırğanı, qiyməti 50 manat, 750 əyarlı, bir ədəd qızıl qolbağını (qara muncuq və sarı qızıldan toxunub), qiyməti 50 manat, 750 əyyarlı, bir ədəd qızıl qolbağını (mavi muncuq və sarı qızıldan toxunmuşdur), qiyməti 1200 manat, 750 əyarlı, qızıl dəsti (qolbaq + bir cüt sırğa), qiyməti 250 manat olan, sarı rəngli, 583/585 əyarlı, bir ədəd qızıl boyunbağını, ümumi qiyməti 35 manat olan, bijüteriya hesab edilən səkkiz ədəd boyunbağını, ümumi qiyməti 19 manat olan, bijüteriya hesab edilən dörd ədəd qolbağını, ümumi qiyməti 99 manat olan, bijüteriya hesab edilən dörd ədəd üzüyü, iki cüt sırğanı, dörd ədəd kulonu, bir ədəd yaxa sancağını, qiyməti 50 manat, gövdəsi qızıl rəngli, kəməri qəhvəyi rəngli, üzərində “Casio" yazısı olan qadın qol saatını, evin qonaq otağından isə qiyməti 750 manat olan, qara rəngli, 124 sm ölçülü, “Samsung" markalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar hesab edilən 5410 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, 4 saylı evdən oğurluq etməmiş, yalnız digər iki evdən oğurluq etmişdir. O, qeyd etmişdir ki, 27 noyabr 2021-ci il tarixdə Xətai rayonu, Əhmədli qəsəbəsində gəzərkən pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu zaman ünvan 4 ünvanında yerləşən evlərdən biri onun diqqətini çəkmişdir. O evdə işıqlar sönülü olduöundan fikirləşmişdir ki, evdə heç kim olmaz və oradan oğurluq edərək pul əldə edər. Bir müddət evin yaxınlığında gözləmiş, daha sonra evdə heç kimin olmadığına əmin olduqdan sonra 20 radələrində nərdivanla evin daş hasarından keçərək həyətə daxil olmuşdur. Həyətdə olarkən evə yaxınlaşmış və evin plastik pəncərəsini əli ilə itələyərək açmış və pəncərədən evə daxil olmuşdur. Evə daxil olduqdan sonra qonaq otağını axtarsa da heç nə tapmamış, sonra mətbəxə keçmiş, mətbəxdə olan televizorun yanında pul kisəsi görmüşdür. Pul kisəsini açmış və orada olan 15 manat pulu götürərək cibinə qoymuşdur. Daha sonra evin yataq otağına keçmişdir. Yataq otağındakı şkafı açan zaman orada çemodan görmüşdür, çemodanı açdıqda içərisində bir ədəd qızıl üzük, bir ədəd qızıl qolbağ və bir cüt brilliant qaşlı qızıl sırğanın olduğunu görmüşdür. O həmin qızılları götürmüş, sonra dəhlizdə keçmiş, orada komodun üzərində müxtəlif növ bijüteriyalar diqqətini çəkmiş və həmin bijüteriyaları da götürərək cibinə qoymuşdur. Daha sonra oranı tərk etmişdir. Evdən oğurladığı 15 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir neçə gün sonra qolbağı qonşu Adillə birlikdə, Adilin şəxsiyyət vəsiqəsi ilə Nizami rayonunda yerləşən "Laçın" ticarət mərkəzinin 3-cü mərtəbəsində qızıl alqı-satqısı yerində 590 manata satmışdır, üzük və bir cüt sırğanı isə «Əhmədli» metrostansiyasınm yaxınlığında - üzüyü 200 manata, sırğanı isə 100 manata tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulların bir hissəsini özü üçün xərcləmiş, digər hissəsi ilə isə çoxdandan qalan borclarının bir hissəsini ödəmişdir. Həmin vaxt qorxduğu üçün qızıl qolbağını Adilin şəxsiyyət vəsiqəsi ilə satmaq qərarına gəlmişdi. Adil qızıl qolbağının oğurluq olduğunu bilməmişdir. 10 dekabr 2021-ci il tarixdə 19:00 radələrində yaşadığı evə tərəf piyada gedərkən yolun kənarında iki mərtəbəli ev görmüşdür. Evin işıqları yanmamışdır. Həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək istədiyi evin hasara dırmaşmış və oradan həyətə tullanmışdır. Evin girişindən sağdakı pəncərənin qoruyucu torunu sökəndən sonra həyətdən tapdığı vintaçanla pəncərəni çərçivədən aralayıb içəri daxil olmuşdur. Evə daxil olan kimi ikinici mərtəbəyə qalxmışdır. İkinci mərtəbədə olan qonaq otağına baxmış, lakin orada qiymətli bir əşya tapmamışdır. Sonra ikinci mərtəbədə olan yataq otağına daxil olub orada olan dolabı axtarmış, lakin oradan da qiymətli bir əşya tapa bilməmişdir. Sonra birinci mərtəbəyə düşmüş və orada qonaq otağı ilə üzbəüz olan yataq otağına daxil olmuşdur. Yataq otağında olan trimonun üzərində plastik qablarda olan qızıl-zinyət və bijüteriya əşyalarını görüb onları götürmüş, trimonun üzərində bir ədəd «Casio» markalı qadın qol saatı da olmuşdur. Həmin saatı da götürmüşdür. Sonra həmin trimonun siyirmələrini açıb yoxlamış və trimonun ikinci siyirməsində olan qabları açıb onların içərisində olan qızıl-zinyət əşyalarını da götürmüşdür. Götürdüyü qızıl-zinyət, bijüteriya əşyalarını və qol saatını gödəkçəsinin cibinə yığmışdır. Yataq otağından çıxandan sonra birinci mərtəbədə olan qonaq otağına gəlmiş və oradan «Samsung» markalı televizoru götürüb evdən çölə çıxmışdır. Oğurladığı televizoru və bijüteriya əşyalarını kirayə yaşadığı evə aparmışdır. Oğurladıqları əıyaları evdə gizlətmişdir. 12 dekabr tarixində gecə saatlarında avtovağzala gəlmiş və oradan avtobusla yaşadığı Göygöl rayonuna yola düşmüşdür. 13.12.2021-ci il tarixdə səhər saat 05 radələrində valideynlərinin yaşadığı evə gəlmişdir. Evdə uzanıb yatmışdır. Səhər saatlarında isə Göygöl şəhərinin Heydər Əliyev prospektində yerləşən bir lombarda gəlmişdir. Orada oğurladığı qızıl-zinyət əşyaların girov qoyaraq təxminən 2600 manat pul götürmüşdür. Bundan sonra Bakıya qaytmışdır. X2 üzərinə şəxsi axtarış keçirilən zaman ondan narkotik vasitədən başqa üzərində «5 rubley 1399 q» yazısı əks olunmuş bir ədəd halqavari kulon, bir cüt sırğa və bijüteriya hesab edilən iki ədəd boyunbağı aşkar edilərək götürülmüşdür. Həmin əşyaları Şahinə saxlamaq üçün özü vermiş, həmin əşyalardan bir ədəd halqavari kulonu və bir cüt sırğanı Xətai rayonu, Zığ yolu küçəsində yerləşən evdən oğurlamış, bijüteriya olan iki ədəd boyunbağını isə Əhmədlidə olan evdən oğurlamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 27 noyabr 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvandan çıxaraq qayınının arvadının yaşadığı evə getmişdir. Saat 18:05 dəqiqədə qızı Sənubər Məmmədova da yaşadıqları evdən çıxaraq yanına gəlmişdir. Sevdagildə bir neçə saat söhbətləşdikdən sonra gec olduğu üçün qızı ilə birikdə Sevdagildən çıxaraq öz yaşadıqları ünvana getmişdir. Sevdanın oğlu Ağamoğlan onları evə qədər ötürmüşdür. Saat 21:30 dəqiqədə evə çatmışlar. Evin həyətində olan darvazanın qapısını açaraq həyətə daxil olmuşlar. Bundan sonra isə evin qapısını açarla açaraq evə daxil olmuşlar. Evə daxil olduqdan sonra mətbəxə keçmiş, qızı Sənubər qonaq otağına keçən zaman qonaq otağında olan pəncərənin açıq olduğunu və qonaq otağının dağıdıldığını görərək onu çağırmışdır. Qonaq otağına baxan zaman qonaq otağında olan dolabın üzərindən 10 manat qiymətində ulduzşəkilli bijüteriya boyunbağının oğurlandığını aşkar etmişdir. Bundan sonra mətbəxə keçən zaman mətbəxin də eyni qaydada dağıdıldığını və mətbəxdə olan televizorun yanında saxladığı pul kisəsinin açıq vəziyyətdə olduğunu və içərisindən 15 manat pulun oğurlandığım aşkar etmişdir. Bundan sonra tez yataq otağına keçmişdir. Yataq otağının da dağıdıldığını görmüşdür. Yataq otağında olan dolabın içərisini açmış və orada əvvəlcədən saxladığı çemodanm içərisində olan brilliant qaşlı 583 əyarlı 600 manat qiymətində olan qızıl üzüyün, 583 əyarlı sünbül şəklində olan 1200 manat qiymətində olan qızıl bilərziyin, 583 əyarlı paxlava formalı briliant qaşlarla olan 250 manat qiymətində bir cüt sirğanın oğurlandığını aşkar etmişdir. Bundan sonra qorxuya düşərək həyətə çıxmış və Ağamoğlanı çağırmağa başlamışdır. Ağamoğlan geri qayıdaraq yaşadıqları evə gəlmişdir. Ağamoğlan baş vermiş oğurluq hadisəsi barədə DiN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 2075 manat məbləğində maddi ziyanın vurulduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qızı ilə birlikdə yaşayır. 06.12.2021-ci il tarixdə saat 10 radələrində yaşadıqları evdə çıxıb işə getmişlər. Həmin gün saat 20:30-da evə qayıtmışlar. Evə daxil olanda görmüşdür ki, yataq otağındakı pəncərənin üzərində olan dəmir barmaqlıq sındırılmışdır. Başa düşmüşdür ki, evə kənar şəxs daxil olub. O bildirmişdir ki, yataq otağında olan dolabın üzərindən və dolabın içərisindən qiyməti 1400 manat, çəkisi 21 qram olan, 583 əyarlı qızıl kişi üzüyünü, qiyməti 2000 manat olan qızıl dəstini (bir cüt sırğa, üzük, qolbaq), qiyməti 130 manat olan bijüteriya hesab edilən bir ədəd qolbağı və bir ədəd boyunbağını, 1510 manat pulu, qızı Şəbnəm Abdullayevanın yataq otağında olan pəncərə altlığının üzərindən qiyməti 280 manat, çəkisi 12 qram olan bir ədəd qızıl boyunbağını, ümumi qiyməti 100 manat olan bijüteriya hesab edilən bir ədəd üzüyü və bir cüt sırğaı ondan və yekun olaraq bildirmişdir ki, ona 5420 manat maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 dekabr 2021-ci il tarixdə saat 16:30-da özü və oğlu Fərhad yaşadıqları evi tərk edərək qızını qarşılamaq üçün sonuncunun işlədiyi «Əhmədli» metrostansiyasının yaxınlığında olan iş yerinə getmişlər, daha sonra oğlu Fərhad müəllim yanına hazırlığa getmişdir. Saat 17:15-də qızı ilə birlikdə taksi ilə yaşadıqları məhəlləyə gələrək öz evlərinə yox onlarla bir məhlədə qalan atasıgilə getmişlər. Saat 18:20-də qardaşı Romanla birlikdə atasıgildən çıxıb qardaşının idarə etdiyi avtomobillə qardaşı oğlunu hazırlıqdan götürmək üçün «Həzi Aslanov» metrostansiyasının yaxınlığında olan ünvana gəlmişlər. Uşağı götürüb evə qayıtmışlar. Saat 19:10 idi. Yaşadıqları evin yaxınlığından keçəndə darvazanın aralı olduğunu görüb təəccüblənmişdir. Bunu görən kimi tez qardaşının idarə etdiyi avtomobildən düşüb həyətə daxil olmuşdur. Evin giriş qapısı bağlı olmuşdur. Ətrafa nəzər salanda görmüşdür ki, evin dəhlizinə baxan pəncərə üzərindəki qoruyucu tor aşağıda divara söykənmiş, pəncərənin özü isə aralanmış vəziyyətdədir, pəncərənin çərçivəsində isə zədələr var. Başa düşmüşdür ki, kimsə evə daxil olub. Dərhal bu haqda qardaşı Romana demiş, sonra isə əri Yaşara zəng etmişdir. Təxminən 10 dəqiqədən sonra əri Yaşar evə gəlmiş və açarla evin giriş qapısını açıb içəri daxil olmuşdur. Ərinin arxasınca özü və qardaşı evə daxil olmuşlar. Qonaq otağına keçəndə orada qiyməti 1800 manat olan bir ədəd «Samsung» markalı televizorun televizoraltının üzərində olmadığını aşkar etmişlər, sonra birinci mərtəbədə olan qızı Nəzrinin otağına keçəndə görmüşlər ki, otaqda trimonun qarşısında olan bijüteriyalar, bir ədəd Casio markalı qadın qol saatı, trimonun birinci siyirməsində olan qızıl-zinyət əşyaları yerində yoxdur. Sonra ikinci mərtəbəyə qalxıb oradakı otaqlara nəzər salmışlar. Yataq otağında olan dolabdakı əşyalar səliqəsiz vəziyyətdə olmuş, başa düşmüşlər ki, evə girən şəxs yataq otağındakı dolabı da axtarıb, lakin oradan heç nə oğurlanmamışdır. İkinci mərtəbədə olan digər otaqlardan da heç nə oğurlanmamışdır. Yaşadığı evdən 750 əyyarlı, İtaliya istehsalı olan, qiyməti 500 manat olan bir cüt sırğa (xalqavari şəklidədir, iki qısa ölçülü sepi var), 585 əyyarlı, Türkiyə istehsalı olan, qiyməti 200 manat olan bir ədəd üzük (mismar formasındadır), 750 əyyarlı, İtaliya istehsalı olan, qiyməti 450 manat olan bir ədəd qızıl dəsti (boyunbağı + qolbağı, kulonun üzərində və qolbağının üzərində göz muncuğu var), 750 əyyarlı, İtlaiya istehsalı olan, qiyməti 300 manat olan bir cüt sırğa (sırğaların üzərində Versace naxışları var), 750 əyyarlı, İtaliya istehsalı olan, qiyməti 800 manat olan boyunbağı (pandora sep + «imperial» kulonu), 585 əyyarlı, Türkiyə istehsalı olan, qiyməti 200 manat olan bir ədəd boyunbağı (nazik sepdir, kəpənək formalı ağ qaşlı kulonu var), 750 əyyarlı, İtaliya istehsalı olan, qiyməti 50 manat olan bir ədəd qolbaq (qara muncuq və sarı qızıldan toxunub), 750 əyyarlı, İtaliya istehsalı olan, qiyməti 50 manat olan bir ədəd qolbağ (mavi muncuq və sarı qızıldan toxunub), 583 əyyarlı, Rusiya istehsalı olan, qiyməti 150 manat olan bir cüt sırğa (ürək formalıdır, uşaq üçündür), 583 əyyarlı, Rusiya istehsallı, qiyməti 250 manat olan bir cüt sırğa (tək qaşlıdır), 950 əyyarlı, İtaliya istehsalı olan, qiyməti 1200 manat olan qolbağ və bir cüt sırğa dəsti (yastı toxunma sepi var, qolbağda və sırğada quş təsvir olunub) və bir ədəd 583 əyyarlı, Rusiya istehsalı olan, qiyməti 250 manat olan bir ədəd boyunbağı (sadə nazik sep) oğurlanmışdır. Qızının otağından oğurlanmış bijüteriya üzük, sırğa, qolbağı, broşka və boyunbağılardan ibarətdir. Oğurlanmış bijüteriyanın ümumi qiyməti 150 manatdır, bijüteriya 4 üzükdən, 4 kulondan, bir broşkadan, 4 qolbağıdan, iki cüt sırğadan və 8 boyunbağıdan ibarətdir. Casio markalı qol saatının qiyməti isə 120 manatdır. Yaşadığı evdən sadaladığı əşyalardan başqa heç nə oğurlanmamışdır. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhəri, Nizami rayonu yerləşən "Laçın" ticarət mərkəzində «polka» icarəyə götürmüş və orada qızıl alqı-satqısı ilə məşğuldur. Qızıl alan zaman qızılı satan şəxsin şəxsiyyət vəsiqəsində olan məlumatları qeyd edir və ona imza etdirir. Qızıl almağı ilə bağlı qeydiyyat kitabı var. Qızıl-zinyət əşyalarını lom qiymətinə alır. 06 dekabr 2021-ci il tarixdə 09 radələrində işə getmişdir. Günorta saatlarında işlədiyi yerdə olan zaman bir nəfər cavan oğlan ona yaxınlaşmışdır. Həmin şəxs ona bir ədəd qızıl üzük satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən üzüyü alıb baxmışdır. Üzük sarı qızıldan 583 əyyarlı olmuşdur. Qızılı tərəzidə çəkmiş - üzüyün çəkisi 8 qram olmuş, üzüyü 440 manat qiymətləndirmişdir. Üzüyü satan şəxs razılaşmışdır. Bundan sonra həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini təqdim etmiş, vəsiqəyə baxdıqda görmüşdür ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Şəxsiyyət vəsiqəsinin nömrəsini, adını, soyadını, atasının adını, doğum tarixini, yaşadığı ünvanı, vəsiqənin verilmə tarixini, qızılın əyyarını, aldığı qiyməti, alınma tarixini kitabçasında qeyd etmiş və sonuncuya imza etdirmişdir. Təqsirləndirilən şəxs qızıl üzüyü haradan almasını soruşmuş, sonuncu qızılın özünə məxsus olduğunu bildirmişdir. Bu barədə kitabında qeyd etmiş və Sərvinə imza etdirmişdir. Sərvinə 440 manat pul və şəxsiyyət vəsiqəsini vermişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini və pulu götürüb çıxıb getmişdir. Həmin gün işdən çıxan ərəfələrdə Sərvindən aldığı qızıl üzüyü lom yığan zərgərə 450 manata satmışdır. 14 dekabr 2021-ci il tarixdə günorta saatlarında polis əməkdaşları Sərvinlə işlədiyi yerə gəlmişlər. Sərvin əli ilə onu göstərmişdir. Polis əməkdaşları yaxınlaşıb sorğusual etmiş və məlum olmuşdur ki, Sərvinin ona satdığı bir ədəd qızıldan olan kişi üzüyü oğurluqdur. Təqsirləndirilən şəxs ona satdığı üzüyün oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü ildən Bakı şəhəri, Nizami rayonu, «Laçın» ticarət mərkəzində icarəyə götürdüyü yerdə qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olur. İnsanlardan qızıl-zinyət əşyalarını onlardan şəxsiyyət vəsiqəsinin surətini qəbul etməklə alır. Hər gün səhər saat 09 radələrindən axşam saat 18 radələrinədək iş yerində olur. 12.12.2021-ci il tarixdə əvvəllər tanımadığı bir şəxs işlədiyi piştaxtanın qarşısına gələrək onda qızıl bilərzik olduğunu, pula ehtiyacının olduğunu və həmin qızıl bilərziyi satmaq istədiyini bildirmişdir. Həmin qızıl bilərziyi qəbul edib yoxlamış və bilərziyin qırıq olduğunu müəyyənləşdirmişdir. Həmin bilərziyi elektron tərəziyə qoyaraq çəkisini müəyyən etmiş və 590 manata ala biləcəyini demişdir. Bilərziyi gətirən şəxs onunla razılaşmışdır. Bundan sonra qəbz tərtib edərək həmin şəxsin anket məlumatlarını, aldığı qızılın əyarını və qramını həmin qəbzdə qeyd etmişdir. Qəbzi yazdıqdan sonra şəxsin şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkmiş, şəxsiyyət vəsiqəsinin şəklini çəkəndə satanın adının X9 olduğunu görmüşdür. Sonra o Məmmədov Adilə qəbzin aşağı hissəsində zərgərlik məmulatının onun özünə məxsus olması barədə, oğurluq olmaması barədə yazı yazdırıb imzalatdırmışdır. Daha sonra həmin şəxsə 590 manat pul vermişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtiddai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Göygöl şəhəri, H.Əliyev prospektində «Göygöl lombard» adlı lombardı işlədir. Təqsirləndirilən şəxs uzun illərdir ki, müştəri kimi tanımışdır. Təqsirləndirilən şəxs əvvəllər də qızıl girov qoyaraq kredit götürüb. 13 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs işlətdiyi lombarda gələrək 5 ədəd 583 əyarlı qırıq vəziyyətdə ümumi çəkisi 19,9 qramlıq qızıl boyunbağı, 3 ədəd 583 əyarlı ümumi çəkisi 10 qram olan qızıl sırğalar, 1 ədəd 583 əyarlı 2 qramlıq qızıl üzük və 583 əyarlı ümumi çəkisi 13,2 qram olan qarışıq qızıl əşyalarını girov qoymuş və həmin qızıl-zinyət əşyalarının anasına məxsus olmasını və anasının razılığı ilə girov qoyub kredit götürmək istədiyini bildirmişdi. Həmin qızıl-zinyət əşyaları yoxlanıldıqdan sonra ümumi çəkisinin 45,1 qram olması müəyyən edilmiş və həmin qızıl-zinyət əşyalarının qarşılığında Təqsirləndirilən şəxs ilə aylıq 4 faiz olmaqla 18 ay müddətinə 2626 manat məbləğində kredit müqaviləsi bağlanılmış, bundan sonra həmin kreditin ödənişi ilə bağlı heç bir ödəniş edilməmişdir Təqsirləndirilən şəxs girov qoyduğu qızıl-zinət əşyaların oğurluq olduğunu bilməmişdir (cild 2, i.v. 138-140); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır(cild 1, i.v. 01); Baxış keçirilməsi haqqında 10.12.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (cild 1, i.v. 05-11); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır ( cild 1, i.v.18); İfadənin yerində yoxlanması haqqında 14.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatları ifadələrinin yerində yoxlanılması zamanı eynilə təsdiq etmişdir(cild 1, i.v.33-37, 93-95); Baxış keçirilməsi haqqında 14.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi kimi gizlətdiyi qızıl-zinyət, bijüteriya əşyaları, bir ədəd “Samsung" markalı televizor və bir ədəd ,,Casio,, markalı qol saatı yaşadığı evdən aşkar olunaraq götürülmüşdür(cild 1, i.v.39-44); Şübhəli şəxsin tutulması haqqında 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutlmuşdur (cild 1, i.v. 54); Əşyanın tanınmaya təqdim edilməsi haqqında 15.12.2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 tanınması üçün dörd ədəd üzük, dörd ədəd kulon, bir ədəd sinə sancağı, dörd ədəd qolbağ, iki cüt sırğa, səkkiz ədəd boyunbağı və bir ədəd '‘Casio” markalı qadın qol saatı Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, eləcə də bir ədəd “Samsung" markalı televizor təqdim edilmiş, Zərərçəkmiş şəxs1 həmin əşyaları tanıyaraq onların özünə məxsus olduğunu bildirmişdir(cild 1, i.v.59-63); Hadisə yerinə baxış keçirilməsi haqqında 06.12.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 7 ünvanda yerləşən yaşayış evinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (cild 1, i.v. 70-78); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır ( cild 1, i.v.82); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, i.v.110); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, i.v.126-127); Bakı şəhər Xətai rayon məhkəməsinin 16.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 14.12.2021-ci il tarixdən hesablanmaqla 03 müddətinə həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.142-147); Şahid1 təqdim etdiyi 06.12.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Şahin oğlundan 583 əyarlı üzüyü 440 manata almışdır(cild 2, i.v.72); 13 dekabr 2021-ci il tarixli qızıl zinət əşyasının götürülməsi aktı və kredit müqaviləsindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs 5 ədəd 583 əyarlı qırıq vəziyyətdə ümumi çəkisi 19,9 qramlıq qızıl boyunbağı, 3 cüt 583 əyarlı ümumi çəkisi 10 qram olan qızıl sırğalar, 1 ədəd 583 əyarlı 2 qramlıq qızıl üzük və 583 əyarlı ümumi çəkisi 13,2 qram olan qarışıq qızıl əşyalarını girov qoymuş və ümumi çəkisinin 45,1 qram olması müəyyən edilmiş və həmin qızıl-zinyət əşyalarının qarşılığında Təqsirləndirilən şəxs ilə aylıq 4 faiz olmaqla 18 ay müddətinə 2626 manat məbləğində kredit müqaviləsi bağlanmışdır (cild 2, i.v.143-148); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır ( cild 2, i.v.59-60); Əşyanın tanınmaya təqdim edilməsi haqqında 17.12.2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 qızına tanınması üçün bir ədəd gümüşü rəngli boyunbağı, bir ədəd ulduzşəkilli klonla birlikdə boyunbağı, bir cüt üzərində şəffaf qaşı olan sırğa və bir ədəd boyunbağı üçün nəzərdə tutulmuş üzərində “5 rubley 1899” yazıları olan klonu nəzərdən keçirərək bir ədəd gümüşü rəngli boyunbağı, bir ədəd ulduzşəkilli klonla birlikdə boyunbağının ona məxsus olduğunu və onun yaşadığı mınzildən oğurlandığını bildirmişdir(cild 2, i.v.68); Şahid3 təqdim etdiyi 12.12.2021-ci il tarixli qəbzdən görünür ki, X6 750 əyarlı 8.42 qram olan qolbağı 590 manata almışdır(cild 2, i.v.72); Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 24.12.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza nəticəsində 06.12.2021-ci il tarixdə Xətai rayonu, Mirzə Davud küçəsi, 4 ünvanında yerləşən, X3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 ədəd «Prima» ticarət markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materialların (tüpürcək nümunəsi) Təqsirləndirilən şəxs (xx.xx.1993) məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla)(cild 2, i.v.110-113); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, i.v.133-134); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli 9/9546 nömrəli rəyinə əsasən 1 ədəd istifadədə olmuş, qara rəngli 49 düym, «Samsung» markalı, «UE49NU7300U» modelli televizorun qiyməti 750 manat, bir ədəd istifadədə olmuş, gövdəsi qızıl rəngli, kəməri qəhvəyi rəngli, üzərində «Casio» yazısı olan qadın qol saatının qiyməti 50 manat kimi müəyyən edildi (cild 2, i.v.151); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2022-ci il tarixli 6/5651-3/2127-9/9559 nömrəli rəyinə əsasən şərti olaraq «1» kimi işarə olunmuş zərfdə qablaşdırılmış: 1) ipə düzülmüş rəngsiz, şəffaf muncuqlardan, gümüşü rəngli metal kilid və qulaqcıqlardan ibarət 1 ədəd boyunbağının qiyməti 2 manat; 2)ulduz formalı elementləri olan, sarı rəngli 1 ədəd boyunbağının (boyunbağı qırıq vəziyyətdədir, kilidə birləşən qulaqcığı və ulduz formalı elementlərdən biri yoxdur) qiyməti 5 manat; 3) tac formalı kulonu olan, sarı rəngli 1 ədəd boyunbağının (üzərində rəngsiz, şəffaf qaşlar vardır) qiyməti 3 manat; 4) «N» hərfi formasında kulonu olan, sarı rəngli 1 ədəd boyunbağının qiyməti 3 manat; 5) üzərində rəngsiz, şəffaf qaşlar yerləşdirilmiş «mələk» formalı kulonu olan gümüşü rəngli boyunbağının (kilid və qulaqcığında «925» damğası vardır, boyunbağı qırıq vəziyyətdədir) qiyməti 15 manat; 6) kəndir toxunuşlu, gümüşü rəngli 1 ədəd boyunbağının (qulaqcığında «925» damğası vardır) qiyməti 3 manat; 7) kəndir toxunuşlu, gümüşü rəngli 1 ədəd boyunbağının qiyməti (qulaqcığında «925» damğası vardır, boyunbağı qırıq vəziyyətdədir, kilidə birləşən qulaqcığı yoxdur) 3 manat; 8) Shopard toxunuşlu, qırıq vəziyyətdə, iki hissədən ibarət, kilidi olmayan, sarı rəngli 1 ədəd boyunbağının qiyməti 1 manat; 9) ipə düzülmüş müxtəlif rəngli muncuqlardan, rəngsiz, şəffaf qaşlardan və gümüşü rəngli metal hissələrdən ibarət 1 ədəd qolbağın qiyməti 5 manat; 10) qara rəngli ipə düzülmüş ağ rəngli muncuqlardan və gümüşü rəngli netal hissələrdən ibarət 1 ədəd qolbağın qiyməti 5 manat; 11) üzərində bir ədəd rəngsiz, şəffaf qaş yerləşdirilmiş ürək formalı elementi olan, gümüşü rəngli 1 ədəd qolbağın (kilid və qulaqcığında «925» damğası vardır, qolbaq qırıq vəziyyətdədir) qiyməti 7 manat; 12) üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd qolbağın (qolbağın bəzi hissələrinin rəngi aşınmışdır) qiyməti 2 manat; 13) üzərində bir ədəd tünd qırmızı rəngli, bir neçə ədəd rəngsiz, şəffaf qaş olan (bəzi qaş yerləri boş), gümüşü rəngli 1 ədəd üzüyün qiyməti 13 manat; 14) üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd üzüyün (halqasının iç tərəfində «S925» damğası vardır) qiyməti 20 manat; 15) üzərində bir ədəd yaşıl rəngli, bir ədəd çəhrayı rəngli, bir neçə ədəd rəngsiz, şəffaf qaş olan, gümüşü rəngli 1 ədəd üzüyün qiyməti 10 manat; 16) üzərində rəngsiz, şəffaf qaşlar yerləşdirilmiş, ürək formalı elementi olan, gümüşü rəngli 1 ədəd üzüyün qiyməti 1 manat; 17) üzərində rəngsiz, şəffaf qaşlar yerləşdirilmiş kəpənək formalı elementi olan, gümüşü rəngli 1 cüt sırğanın qiyməti 1 manat; 18) üzərində müxtəlif rəngli qaşlar olan 1 cüt sırğanın qiyməti 5 manat; 19) üzərində rəngsiz, şəffaf qaşlar olan, ürək formalı, gümüşü rəngli 1ədəd kulonun (asılqan hissəsində «925» damğası vardır) qiyməti 15 manat; 20) üzərində rəngsiz, şəffaf qaşlar olan, damla formalı, gümüşü rəngli 1 ədəd kulonun (asılqan hissəsində «925» damğası vardır) 25 manat; 21) üzərində qaşlar olan, damla formalı, gümüşü rəngli 1 ədəd kulonun qiyməti 5 manat; 22) üzərində qaşlar olan (bəzi qaş yerləri boş), quş formalı 1 ədəd kulonun qiyməti 3 manat; 23) üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd yaxa sancağının qiyməti 1 manat; 24) ulduz formalı kulonu olan, sarı rəngli 1 ədəd boyunbağının qiyməti 6 manat; 25) şunur toxunuşlu, gümüşü rəngli 1 ədəd boyunbağının (boyunbağı qırıq vəziyyətdədir) qiyməti 2 manat; 26) çəkisi 3,67 qram, üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan, qırmızımtıl-sarı rəngli 1 cüt 583/585 əyarlı qızıl sırğanın qiyməti 294 manat; 27) çəkisi 4,39 qram, aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları ooyunca «B.M.NİKOLAY İİ İMPERATORC İ SAMODERJEÜC VSEROSS.» yazıları, reversində «5 RUBLEY 1899 Q.» yazıları olan sarı rəngli, 900 əyarlı qulplu qızıl pul sikkəsinin (pul sikkəsinin diametri 18,7 mm-dir) qiyməti 480 manat; 28) çəkisi 3,10 qram, üzərində müxtəlif rəngli qaşlar yerləşdirilmiş gözmuncuğu formasında kulonu olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl boyunbağının qiyməti 248 manat; 29) çəkisi 2,50 qram, üzərində rəngsiz, şəffaf qaşlar yerləşdirilmiş kəpənək formalı kulonu olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl boyunbağının qiyməti 200 manat; 30) çəkisi 4,98 qram, üzərində kürə formalı elementləri olan, şunur toxunuşlu, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl boyunbağının qiyməti 398 manat; 31) çəkisi 6,14 qram, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl boyunbağının (boyunbağı qırıq vəziyyətdədir, kilid və qulaqcıqları yoxdur) qiyməti müəyyən edilmədi; 32) çəkisi 3,43 qrsm, üzərində müxtəlif rəngli qaşlar yerləşdirilmiş gözmuncuğu formasında elementi olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl boyunbağının qiyməti 274 manat; 33) üzərində qara rəngli və rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd sırğanın qiyməti 15 manat; 34) çəkisi 4,75 qram, gümüşü, sarı və qırmızımtıl-sarı rəngli kürəcikləri olan, sarı rəngli 583/585 əyarlı, bir cüt qızıl sırğanın qiyməti 380 manat; 35) çəkisi 2,38 qram, qaş hissəsi ürək formalı, qırmızımtıl-sarı rəgli, 583/585 əyarlı, 1 cüt qızıl sırğanın qiyməti 190 manat; 36) çəkisi 2,76 qram, halqa formalı, üzərində «750» damğası, olan sarı rəngli, 750 əyarlı bir cüt qızıl sırğanın qiyməti 276 manat; 37) çəkisi 6,45 qram olan, sarı rəngli 750 əyarlı bir cüt qızıl sırğanın (sırğa cütünün bir tayı hissələrə ayrılmış, bəzi hissələri yoxdur, bütövlüyü pozulmuş, qırıq vəziyyətdədir, bütövlüyü pozulmamış sırğa tayının üzərində «İRANZAR 750» yazısı vardır) qiyməti müəyyən edilmədi; 38) çəkisi 4,68 qram, oval formalı, sarı rəngli 750 əyarlı qızıldan olan 1 ədəd kulona bənzər məmulat hissəsinin qiyməti müəyyən edilmədi; 39) çəkisi 2,09 qram, halqa formalı, sarı rəngli 583/585 əyarlı 1 ədəd qızıl üzüyün (üzərində «Cartier» yazısı vardır) qiyməti 167 manat kimi müəyyən edildi; 40) uc hissəsində səthi rəngsiz, şəffaf qaşlarla bəzədilmiş ürək formalı element olan, sarı rəngli məmulat hissəsinin qiyməti müəyyən edilmədi; 41) qırıq vəziyyətdə, sarı rəngli 1 ədəd boyunbağı və ya qolbaq kilidinin qiymət müəyyən edilmədi (cild 2, i.v. 152-158); Sübutların qiymətləndirilməsi haqqında 09.02.2022-ci il tarixli qərardan və qəbzlərdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, şahidlər Şahid2, Şahid1, Şahid3, Şahid4 ifadələri, baxış keçirilməsi haqqında protokollar, götürmə aparılması haqqında protokol, ifadənin yerində yoxlanılması haqqında protokollar, əşyanın tanınmaya təqdim edilməsi haqqında protokollar, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 24.12.2021-ci il tarixli ekspert rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli 9/9546 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2022-ci il tarixli 6/5651- 3/2127-9/9559 nömrəli rəyi, qızıl-zinyət əşyaların alqı-satqısına dair qəbzlər və Təqsirləndirilən şəxs əməllərini ifşa edən digər materiallar sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd Prima ticarət markalı siqaret kötüyü maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, ekspertiza tədqiqatına təqdim edilmiş qızılzinyət, bijüteriya əşyaları, bir ədəd “Samsung" markalı televizor və bir ədəd ,,Casio,, markalı qol saatı maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır(cild 2, i.v.174- 185, 208-209); Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, 4 saylı evdən oğurluq etmədiyini göstərsə də, 24.12.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza nəticəsində 06.12.2021-ci il tarixdə Xətai rayonu, Mirzə Davud küçəsi, 4 ünvanında yerləşən, X3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 ədəd «Prima» ticarət markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materialların (tüpürcək nümunəsi) Təqsirləndirilən şəxs (xx.xx.1993) məxsus olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini həmin hissədə özünü müdafiə kimə qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın qismən ödənilməsini (CM-59.1.14.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs iş üzrə zərəri tam ödəməmiş, təkrar cinayət törətmişdir. Bu hal onun kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcəkdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd Prima ticarət markalı siqaret kötüyünün cinayət işinin materiallarında saxlanılması, ekspertiza tədqiqatına təqdim edilmiş qızıl-zinyət, bijüteriya əşyalarının, bir ədəd “Samsung” markalı televizorun və bir ədəd “Casio” markalı qol saatının sahibinə geri qaytarılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübutlar - 01 ədəd Prima ticarət markalı siqaret kötüyünün cinayət işinin materiallarında saxlanılması, ekspertiza tədqiqatına təqdim edilmiş qızıl-zinyət, bijüteriya əşyalarının, bir ədəd “Samsung” markalı televizorun və bir ədəd “Casio” markalı qol saatının sahibinə geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-141/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-141/2022
01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver