Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-141/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1978-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Albalılığ bağ sahəsi, 1103L saylı bağ evində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov M.Fətəliyev ev 35 mənzil qəsəbəsi, 123 yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə və ona, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 24 kv.metr olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən "Zərifə Şadlıq" sarayında 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulunu tamah məqsədi ilə alıb, verdiyi vədə əməl etməmiş, bununlada Zərərçəkmiş şəxs 4800 (dörd min səkkiz yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, X2 dostu Şahid vasitəsi ilə bir neçə aydır ki, tanımış, 2022-ci ilin fevral ayının əvvəllərində görüşlərinin birində Toğrul adında tanışının Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Zərifə şadlıq sarayının yaxınlığında yerləşən özünə məxsus qeyri-yaşayış sahəsinin sənədləşdirilməsində köməklik edəcək şəxs axtardığını demiş, həmin zaman Aqilǝ, Toğrul adlı tanışı ilə onları görüşdürməsini və ona köməklik göstərəcəyini bildirmiş, bir neçə gün sonra Aqil zəng vuraraq Toğrula sənədləşmədə köməklik göstərə biləcəyini demiş və oda buna razılıq verdiyini bildirmiş, həmin günü görüş yerini Xətai rayonu ərazisində yerləşən "Zərifə şadlıq sarayının içərisində olan restoranda təyin edərək orada görüşmüş, söhbət əsnasında Toğrul ona bildirmişdir ki, ünvan 1 ünvanında özünə məxsus ümumi sahəsi 24 kv.m olan qeyri-yaşayış sahəsinin gözəllik salonu kimi fəaliyyət göstərməsi üçün sərəncamı olduğunu lakin həmin qeyriyaşayış sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən çıxarış əldə etmək istədiyini bildirmiş. O da Toğrula Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində işləyən bir neçə yaxın dostu olduğunu bildirərək onu həmin çıxarışın əldə etməyin çox sadə olduğunu ona inandırmış, işsiz olduğundan va maddi ehtiyaclarının olması səbəbindən Toğrula yalan vəd verərək ondan pul almaq qərarına gəlmiş, çıxarışı əldə etmək üçün qeyri-yaşayış sahəsinə dair sərəncamın lazım olduğunu və həmin çıxarışın əldə olunması üçün ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat pul lazım olacağını Toğrula demiş, bundan iki gün sonra yenidən Zərifə şadlıq sarayında Aqil və Toğrul birlikdə görüşmüş, Toğrul ilə razılaşmalarına Əsasən qeyri-yaşayış sahəsinə dair sərəncamı və 4800 (dörd min səkkiz yüz) manat pulu Aqilin iştirakı ilə ona vermiş, həmin vaxt Toğrula bir sıra yalan vədlər verǝrǝk bildirmişdir ki, çıxarışı qısa müddət ərzində Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində çalışan tanışları vasitəsi ilə həll edəcək. Bundan sonra Toğrul onlar il sağollaşıb restoranı tərk etmiş, Toğrulun ona təqdim etdiyi puldan 400 manat məbləğini Aqilə vermiş, buna səbəb isə Aqilin Toğrulu onunla tanış etməsində vasitəçi olması olmuş, bir müddət sonra 4400 (dörd min dörd yüz) manat pulu özü üçün xərcləməyə başlamış, mütəmadi olaraq Toğrulla əlaqə saxlamış və hər dəfə müxtəlif bəhanələr gətirərək çıxarışın hazırlanmasında bir müddət keçməli olduğunu bildirmiş,. bu minvalla bir neçə ay keçsədə Toğrul ona zəng vuraraq narazı şəkildə verdiyi pulu geri qaytarmağı tələb etməyə başlamış, lakin həmin vaxtı pulu xərclədiyindən yalanlar danışmağa başlamışdır. Hal-hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəmiş, onunla barışıq əldə etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, onun ünvan 1 ünvanında özünə məxsus ümumi sahəsi 24 kv.m olan qeyri-yaşayış sahəsi olan obyekti vardır. Həmin qeyri- yaşayış sahəsi sərəncam əsasında ona mənsubdur. Qeyri-yaşayış sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən çıxarış əldə etmək istəmiş, lakin bu sahədə biliyinin olmamasından həmin çıxarışı necə əldə edəcəyini bilməmişdir. Şahid bir müddətdir ki, tanımış, görüşlərinin birində bu barədə söhbət əsnasında Aqila danışmış, bir neçə gün sonra Aqil ona zəng vuraraq Elşən adlı tanışı vasitəsi ilə ona köməklik edəcəyini demiş, 2022-ci ilin fevral ayında əvvəlcədən danışıb Aqil ilə birlikdə Elşən adlı şəxslə Bakı Şəhəri, Zığ şossesi 40 ünvanında yerləşən "Zərifə şadlıq sarayında görüşmüş, orada Aqilin vasitə ilə Elşəni tanımış, söhbət etdikləri əsnada Elşənə çıxarış barədə danışmış, ona da gözəllik salonu kimi fəaliyyət göstərməsi üçün sərəncamı olduğunu lakin həmin qeyriyaşayış sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən çıxarış əldə etmək istədiyini bildirmiş, o da qeyd olunan xidmətdə yaxın tanışları olduğunu bildirmiş, daha sonra həmin çıxarışı əldə etmək üçün sərəncamı və işin qarşılığında 4800 manat ödəməli olduğunu demiş, bundan sonra Elşən ilə birlikdə ona məxsus olan qeyri-yaşayış sahəsinə gedib oraya birlikdə baxış keçirtmiş. Elşən baxışı keçirtdikdən sonra obyektin qaydasında olduğunu və 21 iş günü ərzində çıxarışın hazır olacağını vəd etmiş, təxminən bir neçə gün sonra yenidən "Zərifə şadlıq sarayının içərisində olan restoranda görüşmüş, sərəncam sənədini və 4800 manat pulu Aqilin iştirakı ilə Elşənə vermiş. Elşən ona bildirmişdir ki, 3 gün ərzində xidmətin əməkdaşları gəlib obyektə baxış keçirdǝrǝk orada lazımı hərəkətləri həyata keçirdəcək. O da Elşənə inanmış və bundan sonra onlarla sağollaşaraq evə getmiş. Elşənin vəd etdiyi vaxtdan sonra 7 gün keçsədə heç kəs obyektə gələrək oraya baxış keçirtməmiş, o da telefon vasitəsi ilə Elşən ilə əlaqə saxlamış və ona bu barədə demiş, Elşən isə baxış keçirtməyə ehtiyac olmadığını bildirərək hər şey qaydasında olduğunu demiş, bundan sonra aylar keçməsinə baxmayaraq Elşən çıxarış əldə etməyə heç bir köməklik göstərməmiş və ona verdiyi pulu geri qaytarmağdan boyun qaçırmış, hər dəfə onunla əlaqə saxlayan zaman müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamış, beləliklə Elşən adlı şəxs ona 4800 manat pulunu mənimsəyərək maddi ziyan vurmuşdur. Baş vermiş dələduzluq hadisəsi nəticəsində ona 4800 manat maddi ziyan dəymişdir. Halhazırda ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid məhkəmə iclaslarına gəlməmiş, məhkəmə tərəfləri dinləyib hesab edir ki, iş üzrə məhkəmə iclası şahidin iştirakı olmadan keçirilməsi mümkündür İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 19 oktyabr 2020-ci qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdir (i.v. 1); zərərçəkmiş şəxs qismində tanıma haqqında 01 yanvar 2021-ci il tarixli qərardan görünür ki, X4 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 21); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 51); 25 noyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində tutulmuşdur(i.v 52) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v 74-75) Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 89-90) 30 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(93-96) sübutların qiymətləndirilməsi haqqında 04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən,zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi və şahid qismində dindirilmiş Şahid ifadəsi və üzləşdirmə protokolu iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsində, o cümlədən Zərərçəkmiş şəxs əməllərində həmin Məcəllənin 312.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olmadığından həmin hissə üzrə barələrində cinayət işinin başlanılması rədd edilməsi, Şahid əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM- nin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.(i.v 97-101) zərər çəkmiş şəxs X3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-141/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-141/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver