Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-142/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhəri rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək gəmidə aşpaz kimi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 20 mart 2024-cü il tarixdə ünvan 1 ünvanında işlədiyi "Sona" gözəllik salonunda 10.000 (on min) manat nağd pul vəsaitini alıb ələ keçirmiş, sonradan 2.600 (iki min altı yüz) manatı qaytarmaqla Zərərçəkmiş şəxs 7.400 (yeddi min dörd yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçi işin məhkəmə baxşına verilməsi barədə məsələnin həllini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, işlətdiyi gözəllik salonunda ona məxsus əşyaları Zərərçəkmiş şəxs tərəfindən götürüldüyü üçün zərəri ödəyə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin əşyaları təqsirləndirilən şəxsə, ərazisinin sahə inspektoruna xəbər verməklə müvafiq əşyaları çəkilişlər aparmaqla götürmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs 10.000 (on min) manat nağd pul vəsaitini alıb ələ keçirməsi, sonradan 2.600 (iki min altı yüz) manatı qaytarmaqla Zərərçəkmiş şəxs 7.400 (yeddi min dörd yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etməsi qeyd edilmişdir. Həmin ittiham aktına əlavə edilmiş arayışda isə iş üzrə maddi ziyanın 10.000 manat, 3600 manat ödənilməsi qeyd edilmişdir. Göstərilən xüsusat üzrə qeyd olunması zəruridir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. İttiham aktına əsasən Təqsirləndirilən şəxs 20 mart 2024-cü il tarixində dələduzluq cinayətini törətmiş, zərərçəkmiş şəxsə məxsus pulu öz sərəncamına keçirməklə cinayət əməlini törədib bitirmişdir. Tərtib edilmiş ittiham aktından görünür ki, ilkin olaraq təqsirləndirilən şəxsin 10.000 manat pulunu alıb ələ keçirmiş, daha sonra 2600 manatı qaytardığından istintaq orqanı dələduzluq cinayət üzrə ittihamın həcmini azaldaraq 7400 manata azaltmış, lakin ittiham aktına əlavə edilmiş arayışda isə ümumi zərərin 10.000 manat olması, zərərin ödənilmiş həcminin isə 3600 manat olması qeyd edilmişdir. Yəni istintaq orqanı tərəfindən hansı miqdarın dələduzluq, hansı miqdarın isə vurulmuş ziyanın qismən ödənilməsi və yüngülləşdirici hal kimi qiymətləndiriməsi ziddiyətli olaraq qalmışdır. Tərtib edilmiş ittiham aktında CM-nin 59.1.14-cü maddəsinə əsasən vurulmuş zərərin qismən ödənilməsi qeyd olunsa da, zərərin hansı miqdarda qismən ödənilməsi ittiham aktı ilə müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işi materiallarında olan 09 yanvar 2025-ci il tarixli vəsatətin müdafiəsindən imtina edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, məhkumluğunun olmamasını, vurulmuş ziyanı qismən ödəməsini, törətdiyi cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun cəmiyyətdən tam təcrid edilmədən ibtidai istintaqın gedişinə maneə törətməyəcəyini nəzərə alaraq barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi ilə cinayət işinin istintaqının davam etdirilməsi məqsədə müvafiq olduğundan, baş müstəntiq Tural Məşədiyevin vəsatətin təmin edilməməsi, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə əsasən özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda. Qeyd olunan xüsusatın nəzərə çatdırılmasını məhkəmə iş üçün zəruri hesab edir və cinayət işi materiallarında zərərçəkmiş şəxsin həmin hərəkətləri üzrə videogörüntülər iş materiallarına əlavə edilməmiş, həmin əşyaların dəyəri harada saxlaması, hansı üsulla ələ keçirib aparması kimi xüsusatlar araşdırılmadan sadəcə olaraq sübutların qiymətləndirilməsi qərarında zərərçəkmiş şəxsin hərəkətlərinə qiymət verilməsi üçün material ayrılması qərara alınmışdır. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs müstəntiqə vermiş olduğu 06 dekabr 2024-cü il tarixli ifadəsində bildirmişdir ki, o, Cəvahirdən pulunu tələb edən zaman, pulu qaytarmağı uzatdığından Cəvahirin özünə məlumat verməklə sonradan müxtəlif əşyaları video çəkilişlə götürüb sonuncuya göndərmiş və onun pulunu qaytardığı zaman əşyalarını ona geri qaytaracağını bildirmişdir. Həmin əşyalar hazırda ondadır. Pulu qaytarıldığı təqdirdə əşyaları geri verə bilər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 xx.xx.2025-ci il tarixli ifadəsində bildirmişdir ki, 2024-cü ilin sentyabr ayında Ruhiyə salondan saç boyaları, lazer aparatının qollarını, üz təmizlik aparatını, ətirləri və s. götürərək Cəvahirə, pulunu qaytaracağı təqdirdə götürdüklərini qaytaracaq. Həmin əşyaların ümumi dəyəri 2500 manat olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 2024-cü ilin sentyabr ayında Ruhiyyə işdən çıxan zaman salondan ona məxsus müxtəlif əşyaları götürüb video çəkərək ona göndərmişdir. Bildirmişdir ki, pulun qalan hissəsini qaytardıqdan sonra götürdüyü əşyaları geri təhvil verəcəkdir. Ruhiyyənin bu hərəkəti ona pis təsir etdiyindən aldığı pulların qalan hissəsini qaytarmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.3.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar ittiham aktında əks olunmalıdır. Lakin, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə təsdiq olunan həmin xüsusat üzrə hazırki iş üzrə müvafiq araşdırmalar aparılmamışdır. Belə ki, təqsirləndirilən şəxs müvafiq zərərin ödənilməmə səbəbini həmin əşyaların götürülməsi ilə əlaqələndirmişdir. 31 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin 35-ci PŞ-nə şikayət ərizəsi yazarkən artıq ona dəymiş ziyanın 2600 manatı ödənilmişdir. Qeyd edilən xüsusat zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə tam təsdiq edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi pul vəsaitinin məbləği 7400 manat kimi qiymətləndirilməlidir. Həmin qərarın nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş 10.000 manat məbləğində maddi ziyanın bir hissəsini 3600 manatının Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il qərarı ilə təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olması qeyd olunmuş, lakin ibtidai araşdırma orqanının gəldiyi nəticə isə əməl xx.xx.2024-cü il tarixində törədilsə də, polis bölməsinə şikayət olunana qədər ödənilən məbləğ isə vurulmuş zərərin yüngülləşdirilməsi kimi yox, ilkin ittihamın azaldılması kimi qeyd olunmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinə əsasən ittiham aktına əlavə edilmiş arayışda ümumi zərərin ödənilməsinin 3600 manat olması və ittiham aktının nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin 7400 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinin qeyd olunması, vurulmuş zərər, ziyanın qismən ödənilməsi ilə bağlı ittiham aktının tərtib olunmasında vacib olunan xüsusatların müəyyən edilməsini qeyri-mümkün etmişdir. İttiham aktında qeyd olunan ziddiyətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən vurulmuş zərərin 25%-nin dövlət büdcəsinə ödənilməsi ilə bağlı qeyri-müəyyənliyə şərait yaratmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; təqsirləndirilən şəxsi səciyyələndirən hallar; zərər çəkmiş şəxsi səciyyələndirən hallar; təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; təqsirləndirilən şəxsi səciyyələndirən hallar; zərər çəkmiş şəxsi səciyyələndirən hallar; təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bundan əlavə, CPM-nin 306.1-ci və 306.2-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 306.2.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-142/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-142/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver