Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-143/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 12 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 2 saylı ünvanın qarşısında şəxsi münasibətlər zəminində aralarında baş vermiş mabahisə zamanı Zərərçəkmiş şəxs qəsdən sol qulaq nahiyyəsindən yumruqla vurmqala döyərək ona “sol qulaq seyvanın əzilmiş yarası, qarnın ön divarının sıyrığı” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qsədən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 01:00 radələrində o, yaşadığı ünvan 2, mənzil 12 ünvanında evində dincələrkən, qonşusu Fazilin evindən səs-küy eşitmişdir. Onun xəstə anası və o, narahat olmuşlar. Bu səbəbdən o, Fazilin yaşadığı mənzilinə qalxmış və Fazili çölə çağırmışdır. Həmin vaxt Fazilin evində qonaq olan Natiq adlı şəxsdə onların dalınca həyətə düşmüşdür. O, Fazil ilə binanın qarşısında söhbət edən zaman Natiq yaxınlaşaraq onları sakitləşdirmiş və onu kənara çəkərək söhbət etmək istədiyini bildirmidir. O, Natiq ilə binanın kənarına çəkilmiş, Fazil isə binanın qarşısında qalmışdır. Həmin vaxt Natiq əynindəki gödəkçəsini çıxarıb kənara qoyarkən o, fikirləşmişdir ki, Natiq onu vuracaqdır o, qabağa gedərək yumruqla Natiqin sol qulaq nahiyyəsindən vurmuş, sonra isə çıxıb evə getmişdir. Onların davası təxminən 1-2 dəqiqəyə yaxın davam etmişdir. Hazırda onlar barışmamışlar. O, əməlindən peşman deyildir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, xx xxxxxx 2021-ci il tarixdə saat 01:30 radələrində bacanağı Şahid yaşadığı ünvan 2, 25 saylı mənzildə qonaq olarkən Fazilin qonşusu Təqsirləndirilən şəxs mənzilə gələrək səs küy olduğuna görə Fazili məhəlləyə çağırmışdır. O, da gödəkçəsini geyinərək onlaın arxasınca həyətə düşmüşdür. Həyətdə Fazil ilə Camal sözlə mübahisə edərkən o, onları sakitləşdirmiş və o, Camala bildirmişdir ki, bir az kənara keçək söhbət edək. O, Camal ilə Fazilin yanından ayrılaraq binanın digər tərəfinə keçmişlər. Orada Camal qəflətən yumruğu ilə onun sol qulaq nahiyyəsindən vuraraq döymüş və oradan çıxıb getmişdir. O, aldığı xəsarətə görə müalicə olunmuşdur. O, Camal ilə barışmamışdır. Hazırda ona çəkdiyi xərclərə görə Camal tərəfindən heç bir ödəniş edilməmişdir. O, Camalı bağışlamır və ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Zərərçəkmiş şəxs onun qohumudur. Natiq onun evinə tez-tez gedib gəlir. xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 01:30 radələrində qohumu Natiq onun yaşadığı ünvan 2, 25 saylı mənzildə qonaq olarkən, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onlara gələrək evdə səs-küy gəldiyini bildirərək onunla söhbət etmək üçün onu həyətə çağırmışdır. O, həyətə düşən zaman Natiq də, onunla birlikdə həyətə düşmü.dür. Həyətdə Camal ilə o, söhbət edən zaman Natiq onları sakitləşdirmiş və Camal ilə söhbət etmək üçün onu həyətin digər tərəfinə aparmış və o, onları görməmişdir. Təxminən 1 dəqiqə keçmişdir ki, Natiq onun yanına gəlmiş və o, həmin vaxtı onun sol qulaq nahiyyəsindən xəsarət aldığını görmüş və Natiq qonşusu Camal tərəfindən döyüldüyünü ona bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 17-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 xx xxxxxx 2021-ci il tarixli 60 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sol qulaq seyvanının əzilmiş yarası, qarnın ön divarının sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyalar təsirindən törənmişlər, qərarda göstərilən xx xxxxxx 2021-ci il tarixdə və şaraitdə törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə və qərarda göstərilən şəraiti nəzərə alaraq həmin xəsarətləri şəxsin özü tərəfindən özünə yetirməsi inkar olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 56-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx xxxxxx 2021-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 24-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Narkoloji Mərkəzi” X3 xx xxxxxx 2021-ci il tarixli, 180 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Narkoloji Mərkəzdə qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 25-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixatriya Xəstəxanası” X3 xx xxxxxx 2021-ci il tarixli, 559 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 53-cü vərəqəsində olan Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin 122 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 122 saylı Mənzil Kommunal İstismar Sahəsinə qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zor tətbiq edib döyərək sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması cinayəti törətdiyini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin, zərərçəkmiş şəxsin, şahdin məhkəmə iclasında və təhqiqat zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunduğunu, cavan olduğunu nəzərə alaraq cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi subut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi subut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-143/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-143/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver