Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-143/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası ƏN PXnin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək aldatma yolu ilə sonuncunun oğlu Zülfi Ağazadənin xx.xx.2022-ci il tarixdə Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqədən keçməsini, xx.xx.2022-ci il tarixdə isə yazılı imtahan mərhələsini uğurla verdikdən sonra şifahi imtahandan kəsilməsini bilərək guya prokurorluq orqanlarına işə qəbul etdirəcəyi barədə yalan vəd verib inandıraraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 24 fevral 2023-cü il tarixdə saat 17:42-də “ASAN xidmət”-in Bakı şəhəri, Xətai rayonu Vunqtau küçəsində yerləşən 6 saylı mərkəzində Zərərçəkmiş şəxs ilə aralarında notarial qaydada kredit müqaviləsi bağlayaraq 20.000 manat, 05 mart 2023-cü il tarixdə saat 14:30-da həmin ünvanda eyni üsulla 10.000 manat, cəmi 30.000 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 30.000 (otuz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilkin olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, 2 yetkinlik yaşına çatmış övladı var, əvvəllər məhkum olunmuşdur. Zərərçəkmiş şəxs işlədiyi 38 nömrəli şəhər poliklinikasına müayinəyə gedən zaman tanımışdır və şəkər xəstəliyi ilə əlaqədar olaraq mütəmadi Əliağanın yanına gedib gəlirmiş. 2023-cü ilin fevral ayının ortalarında Əliağanın yanında olan zaman Əliağa ona oğlu Zülfinin prokurorluq orqanlarına qəbul ilə bağlı imtahan verərək imtahanı keçməsinə baxmayaraq vakant yer olmaması səbəbindən işə girə bilməməsini demiş, o isə prokurorluq orqanında tanışı olmasını deyərək köməklik göstərəcəyini bildirmiş, ardınca işin həlli üçün ilkin olaraq 30.000 AZN verilməli olmasını demişdir. Əliağa təklif etmişdir ki, pul rəsmi şəkildə notariat ofisində verilsin ki, gələcəkdə iş alınmayacağı təqdirdə pulu geri ala bilsin. O, Əliağa ilə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 6 saylı Bakı “ASAN xidmət” mərkəzində olan notariat ofisində Əliağa nağd şəkildə ona 20.000 AZN, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində isə qeyd olunan yerdə 10.000 AZN pul vermişdir. Bir neçə ay keçdikdən sonra Əliağa onunla istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq məsələnin nə yerdə olmasını maraqlandıqda Əliağaya gözləməsini bildirmiş, 3-4 ay keçdikdən sonra isə Əliağa onunla yenidən əlaqə saxlayaraq pulunu qaytarmağını tələb etmişdir. O isə tam məbləği düzəldə bilmədiyi üçün 10.000 AZN məbləğində pulu ona qaytarmış, qalan 20.000 AZN məbləğində pulu isə qaytara bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs heç bir dələduzluq etmədiyini bildirərək, gah zərərçəkmiş şəxsdən ələ keçirdiyi pulu ondan borca aldığını, daha sonra isə həmin pul ilə biznes quracağını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxsin təkrar dindirilməsindən sonra, təqsirləndirilən şəxs yenidən özünü təqsirli bilərək, ona verilmiş ittihamda özünü təqsirli bildiyini və zərərçəkmiş şəxsə vurulmuş zərərdən 10.000 manat qaytardığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bir neçə dəfə onun yanına müayinəyə görə gələn zaman tanış olmuşlar və özünün hüquq mühafizə orqanlarında tanışlarının olmasını qeyd etmiş, oğlu X4 2022-ci ilin noyabr-dekabr aylarında prokurorluq orqanlarına qəbul ilə bağlı imtahan vermiş, test və yazılı imtahan mərhələlərini keçməsinə baxmayaraq sonuncu sonuncu mərhələdən keçə bilmədiyi üçün prokurorluq orqanlarına xidmətə qəbul ola bilməmiş, növbəti dəfə təxminən 1 həftə keçdikdən sonra Saqif onun iş yerinə gəldikdə Saqifə bu barədə məlumat vermiş, məlumat verdikdən Saqif ona bu barədə köməklik göstərə biləcəyini deyərək oğlunun işə qəbul edilməsi üçün Baş Prokurorluqda olan tanışına ilkin olaraq 30.000 AZN, işə qəbul edildikdən sonra isə bir daha 30.000 AZN pul veriləcəyini bildirmiş, o Saqiflə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində onlar ikisi Bakı şəhəri, Xətai rayonu 6 saylı “ASAN xidmət” mərkəzinə getmişlər və orada olan notariat ofisində Saqifə 20.000 AZN pul vermiş, daha sonra isə xx.xx.2023-cü il tarixdə saat 14:30-da yenidən qeyd olunan notariat ofisində Saqifə 10.000 AZN pul vermiş, çünki Saqif özü ona pulun borc müqaviləsi şəklində verilməsini təklif etmişdir ki, gələcəkdə iş alınmayacağı təqdirdə onun pulunun qaytarılmasına şübhəsi qalmasın. Ardınca o, Saqifin ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq məsələnin nə yerdə olmasını maraqlandıqda Saqif ona mütəmadi olaraq işin düzəlməsinə az qalmasını, baş prokurorluqda olan tanışının yaxın müddət ərzində onları çağıracağını bildirmişdir. Lakin 5- 6 ay keçməsinə baxmayaraq oğlunun çağırılmaması və Saqifin mütəmadi olaraq bəhanələr gətirərək müddəti uzatmasından sonra Saqifin onu aldatması ona məlum olmuş və bu barədə DİN-in 102 xidmətinə məlumat verərək Xətai RPİ-nin 35-ci PB-nə ərizə ilə müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında Xətai RPİ-nin 35-ci PB-də toplanmış HK-1510-23 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 1); xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Zərərçəkmiş şəxs borcalan Təqsirləndirilən şəxs 20.000 manat məbləğində pul borc verir və borc alan krediti xx.xx.2023-cü il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür.(i.v 13) xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Zərərçəkmiş şəxs borcalan Təqsirləndirilən şəxs 10.000 manat məbləğində pul borc verir və borc alan krediti xx.xx.2023-cü il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür.(i.v 14) zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 28-29); 22 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində bildirdiklərini şahid Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 10.000 manat pul qaytardığını bildirsə də, Zərərçəkmiş şəxs onun yalan danışdığını bildirərək, Təqsirləndirilən şəxs ona 10.000 manat pul qaytarmadığını bildirmişdir.(i.v 46-48) 22 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə saat 17:45-də tutulmuşdur.(i.v 58-59) təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.69-70) 23 noyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Diskdə olan Aud-20231005-wa005 faylı açdıqda baxışda iştirak edən Təqsirləndirilən şəxs deməsinə görə özü olduğu şəxsin Axşamın xeyir, mən başqa yerdəyəm orada haradasa yerlər boşdur və ya doldudur, bu barədə bizə deyiləcək, qardaşım narahat olma danışarıq" deməsi, Aud-20231005-wa006 faylı açdıqda zərərçəkən şəxs Zərərçəkmiş şəxs Vahid oğlunun "Övladının işsiz qalması səbəbindən narahat olmasını və işin nə yerdə olmasını maraqlanması", Aud-20231005-wa007 faylı açdıqda Təqsirləndirilən şəxs "Axşamın xeyir doktor, narahat olmaqla lazım deyil, uşağa denən səbrli olsun, tezliklə həll olunacaq, heç bir şeydən narahat olma, nə formada deyilibsə o formada həll olunacaq" deməsi, Aud- 20231005-wa0011 faylı açdıqda Təqsirləndirilən şəxs " Axşamın xeyir doktor, problem deyil, 1-2 günə məlumat veriləcək, narahat olma Zülfinin işi tam yekunlaşıb, heçnədən narahat olma mən söz vermişəmsə həll edəcəm." deməsi. Diskdə olan digər səs yazılarında Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda verilən pul məbləğinin qarşılığında işin görülməsi üçün addımların atılması, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək müddəti uzatması əks olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, diskdə olan səslər onlara məxsus olmasını, səslərdə Zərərçəkmiş şəxs ilə sonuncunun oğlunun işə düzəlməsi barədə danışlarını bildirmişdir.(i.v 84) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-730/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02 (iki) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanmışdır.(Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildrərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir) (i.v.92-96) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 maddəsi ilə 02 il şərti sınaq müddəti olmaqla 06 il 02 ay 10 gün azadlıqdan məhrumetmə, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 maddəsi ilə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.113-114); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-904/2014 saylı, 01 dekabr 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2014-cü il tarixdən 15 fevral 2014-cü il tarixədək həbsdə saxlanıldığı müddət və eləcə də 15 fevral 2014-cü il tarixdən hazırki vaxtadək ev dustaqlığında olduğu müddət - cami 9 ay 20 gün bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 6 (altı) 2 (iki) 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Təqsirləndirilən şəxs üzərinə, onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, davranışına nəzarət yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin İcra Şöbəsinə həvalə edilmişdir. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v.116-125) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-19/2015 saylı, 30 mart 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 30 mart 2015-ci il tarixdən hesablanması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-904/2014 saylı, 01 dekabr 2014-cü il tarixli hökmünün müstəqil icra olunması hökm edilmişdir (i.v.127-131) sübutların qiymətləndirilməsi haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılması, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi və ləğv edilməsi üçün əsasların olmamasının nəzərə alınması, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs barələrində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 30.000 (otuz min) manat məbləğində qəbul edilməsi, 6 saylı Bakı “ASAN” Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələri, həmçinin 01 ədəd “CD-R” formatlı diskin maddi sübut kimi tanınması qərara alınmışdır (i.v. 146-151); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarından görünür ki, Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Cinayət işi materiallarından və toplanmış sübutlardan görünür ki, Zərərçəkmiş şəxs 30.000 manat pulu kredit müqaviləsi ilə versə də Təqsirləndirilən şəxs həmin pulu Zərərçəkmiş şəxs oğlunu prokurorluq orqanlarına xidmətə qəbul etdirəcəyi vədi ilə almış, Zərərçəkmiş şəxs etibarını qazanmaq və etdiyi cinayət əməlini pərdələmək niyyəti ilə pulun bu şəkildə verilməsi təşəbbüsü göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs aldığı 30.000 AZN puldan 10.000 AZN pulu qaytarmasını bildirsə də, Zərərçəkmiş şəxs ifadəsində həmin məbləğin qaytarılmamasını qeyd etmiş, üzləşdirilmə istintaq hərəkəti zamanı isə bir daha Təqsirləndirilən şəxs üzünə qeyd olunanın həqiqətə uyğun olmamasını demişdir. Odur ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi məbləğ 30.000 hesab olunmaqla yanaşı Zərərçəkmiş şəxs dəymiş ziyanın könüllü olaraq qismən ödənilməsi halının olması nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-19/2015 saylı, 30 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə(həmin əməl az ağır cinayətdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluq müddəti 02 il müəyyən edilmişdir) məhkum olunduğu 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göstərilən tarixdən 02 il müddəti keçdikdən sonra Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətmiş olduğundan onun əməlində cəzanı ağırlaşdıran hal cinayətin residivi müəyyən edilməmişdir. Həmçinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-19/2015 saylı, 30 mart 2015-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-904/2014 saylı, 01 dekabr 2014-cü il tarixli hökmünün müstəqil icra olunması hökm olunduğundan və həmin hökm üzrə məhkumluq sınaq müddəti bitdiyi andan ödənilmiş hesab olunduğundan o, məhkumluğu ödənilmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Nazim oğlunun məhkumluiğu ödənilmiş hesab edilsə də, onun əvvəllər dələduzluq cinayətlərinə görə məhkum edilməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, onlara dəymiş ziyanıın ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “CD-R” formatlı disk və 6 saylı “ASAN” xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kredit müqavilələri iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər X2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd “CD-R” formatlı disk və 6 saylı “ASAN” xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kredit müqavilələri iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Süıhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-143/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-143/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver