Məhkəmə qərarları › İş №1(011)-145/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-145/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-145/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 117 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında keçmiş arvadı Qanuni nümayəndə1 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində, yəni yaşadıqları evin birinci mərtəbəsində yerləşən ümumi istifadədə olan mətbəx otağında aparılan tikinti işləri ilə bağlı Qanuni nümayəndə1 onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Qanuni nümayəndə1 yumruq və təpiklə zərbələr vurub, sonuncuya “sağ və sol bazunun, sağ saidin, hər iki budun yumşaq toxumalarının hematomaları, sol əlin İV barmağının sıyrığı” ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən sentyabr ayında icra məmuru tərəfindən üç uşağı ilə birlikdə Xətai rayonu 9-cu Əhmədli küçəsi ev 1 ünvanına köçürülmüşdür. Köçürüldüyü gündən qarşı tərəf televizora baxmaq, işıqları söndürmək kimi hərəkətlər etmiş, hər şeyə dava və söz-söhbət yaratmışdır. İcra məmuru otaqları bölməmiş, ev ümumi istifadədə olmuş, qarşı tərəf hər şeyə müdaxilə etmiş, oturarkən işığı söndürmüş, televizora baxarkən pultu gizlətmişlər. Bir gün uşaqlarla evdən çıxmış, qayıtdıqda ümumi mətbəxin pəncərə olan divarının söküldüyünü, qapı qoyulduğunu görmüş, hamam sökülmüş, buna görə dava-dalaş olmuş, həmin axşam bu barədə 102 xidmətinə məlumat vermiş, polis əməkdaşları gəlib onlardan ərizə alıb getmişlər. Səhəri gün o, Xətai Rayon İcra Hakimiyyətinə getmiş, evdə qanunsuz tikinti aparılması ilə bağlı şikayət etmişdir. Həmin vaxt oğlu ona zəng edərək evdə usta işlədiyini, qapı qoyulduğunu bildirərək evə gəlməyini demişdir. Evə gəldikdə ustanın, Rizvanın atasının, bacısının oğlunun və Rizvanın evdə işləməsini görmüş, usta işləməsin deyə direli elektrik cərayanından ayırmışdır. Sonra Rizvan direli elektrik cərayanına taxmış, sonra ustaya mane olmaq üçün onun qapı qoyduğu yerə getmişdir. Həmin vaxt Rizvan da onun arxasınca gəlmişdir. Sonra evin işıqlarını ümumi şitdən söndürmüş, Rizvan gəlib onun qolundan tutaraq çəkmiş, Rizvana gücü çatmamış, Rizvan işıqları yandırmış, sonra mətbəxə keçmək istəmiş, Rizvanın atası stolu mətbəxin qapı olan hissəsinə qoymuş və üzərində oturmuşdur ki, o, girə bilməsin. O, isə stolun yanından əyilərək mətbəxə daxil olmuşdur. Sonra Rizvan ya həyətə açılan qapıdan ya da onun arxasınca mətbəxə daxil olmuşdur. İçəri girəndə Rizvan onun qolundan tutaraq bir dəfə çəkmiş, onu arxa tərəfə itələmiş, o, mətbəxin mebelinə dəymiş, ustanı işləməyə qoymamaq üçün qayıtmışdır. Həmin vaxt Rizvan əlinə bıçaq götürərək ona hədə qorxu gəlmişdir. O, isə şəkər tozunun şüşə qabını yerə vurub sındırmışdır ki, Rizvan qarşısından çəkilsin. Onda Rizvan onu iki əli ilə tutaraq itələmiş, o, mətbəxin qapısına dəyib dayanmışdır. Həmin vaxt barmaqlarının üstündə cızıq kəsik yaranmış, qollarında ayaqlarında göyərmiş halda barmaq izləri göy şəkilində - hematoma şəklində qalmışdır. Daha sonra 102 xidmətinə zəng etmiş, polis əməkdaşları gəlib ərizəsini almış, ekspertiza təyin olunmuş, ekspert müayinəsindən keçmişdir. Təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, 7 nömrəli poliklinikaya getmiş, orada həkim ona ümumi baxsa da, orada qeydiyyatda olmadığı üçün rəsmi sənəd verməmişdir. Sonra təhqiqatçı onu ekspetizaya göndərmişdir. Aralarında heç bir münasibət yoxdur. Hadisənin səbəbi Rizvanın ona və uşağına rahat yaşamağa imkan verməməsi, ev ümumi istifadədə olsa da, işıqları tez-tez söndürməsi, pultu gizlətməsi olmuş, çox ərizə yazmış, ayın 19-u yazdığı ərizəsində mətbəxdəki söküntü ilə əlaqədar narazılığını bildirdiyindən mübahisə yarandığını, Rizvanın onu qollarından tutub itələdiyini, sonra yenidən söküntüyə mane olduğunu, bu zaman Rizvanın onu yenidən itələdiyini, onun arxa arxaya gedərək qapıya dəydiyini qeyd etmişdir. Əgər Rizvan onu təpiklə vurmayıbsa, qolundakı, ayaqlarındakı izlər nədən yaranmışdır. Ayın 18-i və 19-u iki ərizəsi olmuş, polis gəlmiş, xəsarətləri göstərmiş, səhəri gün ekspertə getmişdir. Həmin gün evdə o, oğlu, Rizvan, Rizvanın atası, Rizvanın bacısı oğlu və usta olmuşdur. İlkin ərizəsində və izahatında Rizvanın onu yalnız itələdiyini qeyd etməsinin, onu qollarından və ayağından vurmasını qeyd etməməsinin səbəbi evlərinə dəfələrlə polis əməkdaşlarının gəlməsi, ya həyəcanlı olması, düz gəlsin deyə özünü necə müdafiə etməsi olmuşdur. Rizvan onu iki dəfə itələmiş, birinci dəfə mebelin qarşısında itələdiyi üçün mebelə dəymiş, ikinci dəfə pəncərədən mətbəxin qapısına tərəf itələdikdə o, qapıya dəymiş, sonradan qolunda ayağında izlər görmüşdür. Rizvan onu həm əli ilə həm də ayağı ilə vurmuşdur. Sağ ayağı ilə sağ ayağını bud hissədən vurmuş, ən çox sağ ayağında və sağ qolunda izlər olmuş, sol qolunda da izlər olmuş, onu əli və ayağı ilə bir dəfə vurmuşdur. İşığı söndürəndə də onun qolundan tutmuş, ola bilsin həmin vaxt da qolunda izlər qalmış, son nöqtə mətbəxtə itələməsi və qapıya dəyib dayanması olmuşdur. Ekspert rəyində göstərilən xəsarətlər Rizvan onu tutub itələyən zaman aldığı xəsarətlərdir. Rizvan bir dəfə əli ilə onu tutub itələmiş, ikinci dəfə də əli ilə tutub itələmişdir. O, ekspertizada Rizvanın onu əli və ayağı ilə vurmasını bildirməmiş, döyülmə işinin qolda işarələrin olması, vurması və itələməsi kimi başa düşmüş, döyülmə başın-gözün partladılması deyildir. Əvvəllər boşanmadan qabaq 34-cü Polis Şöbəsinə təhqirlə, hədə-qorxu ilə bağlı şikayətləri olmuşdur. Hadisə ustanın, Rizvanın atasının, Rizvanın bacısının oğlunun gözləri qarşısında olmuş, iş materiallarında olan ilkin ərizələri və izahatları özü yazıb imza etmiş, hədə-qorxu dava ərəfəsində olmuş, hadisə 18-19 oktyabrda olmuşdur. 18-i oktyabr müraciəti tikinti ilə bağlı olmuşdur. 18-i bıçaqla hədələmə olmayıb, 19-u bıçaqla hədələmə olmuşdur. Dava ya 18-i, ya da 19-u olub, eyni davalar ayın 18-i, 19-u olmuş, xəsarətlər hansı ayda yazmışdırsa, onda da olmuş, onun fikrincə xəsarətləri 19-u yetirilmiş, dəqiq bilməmişdir. Ayın 18-i xəsarət yetirilməmişdir. Dava iki gün dalbadal olmuş, iki gün polisə müracit etmiş, təpiklə vurduğu gün 19-u olmuş, qolundakı xəsarət 18-i də olub, əsas ayın 19-u xəsarətləri bilmiş və 7 nömrəli poliklinikaya getmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müəllim, psixoloq X3 iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, X5 isə onun anasıdır. Anası ilə atası ayrılmış, o və bacıları anasının yanında qalmışdır. Atası ilə münasibətləri pis olmuş, hazırda da münasibətləri normal deyildir. xx xxxxxxx 2020-ci il tarixdə saat 09 radələrində atası yaşadıqları ünvan 3 ünvanına usta gətirmiş, o, anasına zəng vuraraq bu barədə məlumat vermişdir. Anası yaşadıqları evə qayıtmış, atasından tikinti işlərini dayandırmağı tələb etmiş və ustanın işlətdiyi dreli elektrik cərəyanından ayırmışdır. Atası ustanın işləməsi üçün dreli yenidən cərəyana qoşmuş, anası evin həyətində yerləşən elektrik şitindən evin ümumi işıqlarını söndürmüşdür. Anası ustanın işi dayandırması üçün mətbəxə daxil olmuş, tikinti işlərini dayandırmasını tələb etmiş, bu zaman atası anasını itələmiş və anası müvazinətini itirib arxaya gedərək mətbəx qapısına dəymiş, atası yenidən anasının üzərinə gedərək onu vurmuşdur. Bundan sonra anası polisə zəng etmişdir. Həmin vaxt orada o, anası, atası, babası, bibisi oğlu Tağı, bacıları Zəhra və Fatimə və adını bilmədiyi usta olmuşdur. Dava-dalaş sözlü mübahisə ilə birlikdə təxminən 15-20 dəqiqə davam etmişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, qapının şüşəsi sınıq olduğundan hadisəni oradan görmüş, hadisə zamanı mətbəxdə olmamış, dava mətbəxdə olmuş, atasının anasının hansı ayağına və necə vurmasını tam görməmiş, müstəntiqə atasının anasını yumruqla qolundan vurması barədə deməmiş, qolundan tutub itələməsini demişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı, Qanuni nümayəndə1 dayısının keçmiş arvadıdır. Dayısı Günayla boşanmış, sonuncu və övladları dayısının yaşadığı ünvanda yaşamışlar. Dayısıgildə olduğu müddətdə Günay tez-tez mübahislər yaratmış, dayısına və onlara qarşı nalayiq ifadələr işlətmişdir. Aralarında mübahisə olmasın deyə dayısı evin birinci mərtəbəsini arakəsmə ilə kəsərək Günayın istifadəsinə vermək istəmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində tikinti işləri aparması üçün dayısı Ramin adlı ustanı yaşadıqları evə gətirmiş və Ramin dayısının istəyi əsasında evin birinci mərtəbəsində ümumi istifadədə olan mətbəx və hamam otağına yeni qapısı qoymaq üçün divarını bir hissəsini sökdükdən sonra çıxıb getmişdir. Saat 17 radələrində o, dayısı Rizvanla birlikdə mətbəx və hamam otağında olan söküntüdən qalmış töküntünü təmizləyən zaman dayısının keçmiş arvadı Günay gələrək tikinti işləri apardığını görüb onların ünvanına nalayiq ifadələr işlədərək söyüş söymüş, söküntünü dayandırmağı, birlikdə yaşamaq istədiyini bildirərək qışqırmağa başlamışdır. Günay polisə zəng etmiş, polis əməkdaşları gəlmiş, onları sorğu-sual edib getmişlər. xx xxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində usta Raminlə birlikdə mətbəxə dəmir qapı qoymuşlar və Ramin qapını bərkitmək üçün drel ilə işləyən zaman Günay gələrək yenidən hay-küy salaraq dreli elektrik cərəyanından ayırıb yerə vurmuş və ustanın işinə mane olmuşdur. Dayısı Rizvan ustanın işinə davam etməsi üçün dreli yenidən elektrik cərəyanına birləşdirmiş, sonra Günay evin həyətində yerləşən elektrik şitindən evin ümumi işıqlarını söndürərək yenidən ustanın işləməsinə imkan verməmişdir. Günay mətbəxə daxil olaraq usta Raminə məxsus laqondanı götürüb yerə vurmaq istəyən zaman dayısı Rizvan mətbəxə daxil olaraq Günayın əlində olan laqondadan yapışıb əlindən almaq üçün özünə tərəf çəkmiş, Günay isə laqondanı özünə tərəf çəkən zaman laqonda Günayın əlindən çıxdığı üçün müvazinətini itirib arxa-arxaya gedərək mətbəxin qapısına dəymişdir. Günay dayısını hədələmiş, tutduracağını bildirmişdir. X13 vurmamış və ona hər hansı xəsarət yetirməmişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, dayısı Günayı itələməmiş, onu əli və ayağı ilə vurmamış, Günay dayısına şər atmışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Qanuni nümayəndə1 isə keçmiş gəlinidir. Rizvan 2004-cü ildə Günay ilə rəsmi olaraq ailə həyatı qurmuş və onların həmin nikahdan üç azyaşlı övladları vardır. İlk vaxtlar onların münasibəti yaxşı olsa da, sonradan Günay ailəsinə xəyanət etdiyini üçün 2019-cu ilin sentyabr ayında boşanmışlar. Məhkəmə qərarı ilə Günaya üç övladı ilə birlikdə yaşadıqları ünvana köçürülmüş və yaşamağa başlamışlar. Yaşadığı evdə olan mətbəx ümumi istifadədə olduğu üçün birlikdə istifadə etmişlər. Buna baxmayaraq Günayla gündəlik olaraq onların arasında mübahisələr baş vermiş və Günay mütəmadi olaraq onların ünvanlarına nalayiq ifadələr işlətmişdir. Birlikdə yaşamağın mümkün olmadığı üçün oğlu Rizvan evin birinci mərtəbəsini arakəsmə ilə kəsərək Günayın istifadəsinə vermək qərarına gəlmişdir. Rizvan birinci mərtəbədə olan mətbəxi ortadan bölərək yarısını Günayın istifadəsinə vermək istəmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Rizvan Ramin adlı ustanı yaşadıqları evə gətirib birinci mərtəbədə tikinti işləri görməyə başlamışdır. Həmin gün saat 17 radələrində keçmiş gəlini Günay gələrək tikinti işləri aparıldığı üçün ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək söyüş söyərək söküntünü dayandırmağı tələb etmişdir. Onlar da Günaya birlikdə yaşamağın mümkün olmadığı üçün mətbəx və hamam otağına yeni giriş qapısı qoyaraq istifadəsinə verəcəklərini bildirmişlər. Günay isə bilikdə yaşamaq istəyini bildirərək onlarla razılaşmamışdır. Rizvanla Günayın arasında sözlə mübahisə baş vermiş və Günay polisə zəng vuraraq oğlunun söküntü işləri aparmağı barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları yaşadıqları ünvana gəlmiş, onları sorğu sual edib getmişlər. xx xxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində usta Ramin gələrək birinci mərtəbəsində olan mətbəx otağına yeni dəmir qapı qoyaraq qapını bərkitmək üçün drel ilə işləyən zaman Günay gələrək yenidən hay-küy salıb dreli elektrik cərəyanından ayırıb yerə çırpmışdır. Rizvan Günaya baş qoşmayıb ustanın işinə davam etməsi üçün dreli yenidən elektrik cərəyanına birləşdirmişdir. Bu dəfə Günay evin həyətində yerləşən elektrik şitindən evin ümumi işıqlarını söndürərək yenidən ustanın işləməsinə imkan verməmişdir. Rizvan elektrik şitinə yaxınlaşaraq evin ümumi işıqlarını yandırmışdır. Günay əyilib masanın alt hissəsində keçərək yenidən mətbəxə daxil olaraq ustanın işlətdiyi laqondanı götürüb yerə vuraraq sındıracağını bildirmişdir. Oğlu Rizvan tez mətbəxə daxil olaraq Günayın əlində olan laqondadan yapışıb əlindən almağa çalışmışdır. Həmin vaxt Günay laqondanı Rizvanın əlindən almaq üçün özünə tərəf çəkən zaman laqonda əlindən çıxdığı üçün Günay arxaya gedərək mətbəxin qapısına dəymişdir. Günay mətbəxtən çıxaraq onların başına oyun gətirəcəyini və Rizvanı tutduracağını deyib getmiş, onlar da işlərinə davam etmişlər. Bir qədər sonra 34-cü PŞ-nin əməkdaşları yaşadıqları ünvana gələrək hadisə yerinə baxış keçirtmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Günay DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Rizvan Günayı vurmamış və ona xəsarət yetirməmişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Günay mütamadi olaraq evdə mübahisə yaratmış, onların ünvanına nalayiq ifadələr işlətmiş, Günay Rizvanı şərləmiş və onları evdən çıxarmaq üçün belə bir üsula əl atmışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində bildirmişdir ki, ustadır, 2020-ci ilin oktyabr ayının ortalarında Rizvan onunla əlaqə saxlayaraq yaşadığı evin birinci mərtəbəsində olan mətbəx və hamam otağına yeni qapı açmaq lazım olduğunu bildirmişdir. O, Rizvanla razılaşmış və xx xxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində lazım olan alətlərini götürüb Rizvanın yaşadığı ünvana gəlmiş, mətbəx hissədən olan pəncərənin yerini alətlərdən istifadə etməklə böyüdərək giriş qapısı qoyulması üçün yer açmışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 09 radələrində o, yenidən Rizvanın yaşadığı ünvanına gedərək işə başlamışdır. Saat təxminən 10 radələrində mətbəxdə drel ilə işləyən zaman Rizvanın keçmiş arvadı Günay gələrək hay-küy salıb təmir işlərini dayandırmağı tələb edərək elektrik cərəyanında olan dreli çıxarıb mane olmağa başlamışdır. Buna baxmayaraq, Rizvan işinə davam etməsi üçün dreli yenidən elektrik cərəyanına birləşdirsə də, Günay həmin vaxt evin həyətində yerləşən elektrik şitindən evin ümumi işıqlarını söndürmüşdür. Rizvan yenidən elektrik şitinə yaxınlaşaraq evin ümumi işıqlarını yandıran zaman Günay yenidən mətbəxə daxil olaraq ona məxsus laqondanı götürüb yerə vuraraq sındıracağını bildirmişdir. Rizvan mətbəxə daxil olaraq Günayın əlində olan laqondanı almaq üçün özünə tərəf çəkən zaman laqonda Günayın əlindən çıxdığı üçün Günay arxaya gedərək mətbəxin qapısına dəymişdir. Günay mətbəxtən çıxaraq Rizvanın hədələmiş və onu tutduracağını deyib getmiş, onlar da işlərinə davam etmişlər. Rizvan Günayı vurmamış və ona hər hansı xəsarət yetirməmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2004-cü ildə Günay ilə ailə həyatı qurmuş və onların həmin nikahdan üç övladı doğulmuşdur. İlk vaxtlar onların münasibəti yaxşı olsa da, sonradan Günayın ona xəyanət etdiyini öyrəndiyi üçün ayrılmaq qərarına gəlmiş, 2019-cu ilin sentyabr ayında Nizami Rayon Məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmışlar. Xətai Rayon Məhkəməsinin qərarı ilə Günaya ünvan 3 ünvanında övladları ilə birlikdə yaşamaq hüququ verilmiş, 2020-ci ilin sentyabr ayında Günay yaşadıqları ünvan 3 ünvanına köçürülmüş və yaşamağa başlamışdır. Yaşadığı evdə olan mətbəx ümumi istifadədə olduğu üçün birlikdə istifadə etməyə başlamışlar. Günay tez-tez mübahisə yaratmış, onların ünvanına nalayiq ifadələr işlətmişdir. O, artıq birlikdə yaşamağın mümkün olmadığını başa düşüb yaşadıqları evin birinci mərtəbəsini arakəsmə ilə kəsərək Günayın istifadəsinə vermək qərarına gəlmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində tikinti işləri aparması üçün Ramin adlı ustanı yaşadıqları evə gətirmiş və Ramin onun istəyi əsasında evin birinci mərtəbəsində ümumi istifadədə olan mətbəx və hamam otağına yeni qapısı qoymaq üçün divarını bir hissəsini sökdükdən sonra çıxıb getmişdir. Həmin gün saat 17 radələrində o, bacısı oğlu Şahid2 ilə birlikdə mətbəx və hamam otağında olan söküntüdən qalmış töküntünü təmizləyən zaman keçmiş arvadı Günay yaşadığı evə gələrək tikinti işləri apardığını görüb ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək söyüş söyərək söküntünü dayandırmağı, birlikdə yaşamaq istədiyini bildirmişdir. O da Günaya birlikdə yaşamağın mümkün olmadığı üçün mətbəx və hamam otağına yeni giriş qapısı qoyaraq istifadəsinə vermək istədiyini izah etmişdir. Günay DİN-nin 102 xidmətinə zəng vuraraq söküntü işləri aparmağı barədə məlumat vermişdir. Bir qədər sonra 34-cü PŞ-nin əməkdaşları yaşadıqları ünvana gəlmiş, onları sorğu-sual edib getmişlər. xx xxxxxxx 2020ci il tarixdə saat 10 radələrində usta Raminlə birlikdə mətbəxə dəmir qapı qoymuş və Ramin qapını bərkitmək üçün drel ilə işləyən zaman Günay gələrək yenidən hay-küy salaraq dreli elektrik cərəyanından ayırıb yerə çırparaq ustanın işinə mane olmağa çalışmışdır. Buna baxmayaraq o, ustanın işinə davam etməsi üçün dreli yenidən elektrik cərəyanına birləşdirsə də, Günay evin həyətində yerləşən elektrik şitindən evin ümumi işıqlarını söndürərək yenidən ustanın işləməsinə imkan verməmişdir. Həmin vaxt o, elektrik şitinə yaxınlaşaraq evin ümumi işıqlarını yandırmışdır. Bundan sonra Günay yenidən mətbəxə daxil olaraq usta Raminə məxsus laqondanı götürüb yerə vuracağını bildirmişdir. O, tez mətbəxə daxil olaraq Günayın əlində olan laqondadan yapışıb əlindən almaq üçün özünə tərəf çəkmiş, Günay laqondanı onun əlindən almaq üçün özünə tərəf çəkən zaman laqonda Günayın əlindən çıxdığı üçün müvazinətini itirib arxa-arxaya gedərək mətbəxin qapısına dəymişdir. Günay mətbəxtən çıxaraq onun başına oyun gətirəcəyini və onu tutduracağını deyib getmiş, onlar da işlərinə davam etmişlər. Bir qədər sonra 34-cü PŞ-nin əməkdaşları yaşadığı ünvana gəlmiş, həmin vaxt Günayın yalandan döyülməsi barədə məlumat verdiyini bilmişdir. Günayı vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Günay onu şərləmiş və onları evdən çıxarmaq üçün belə bir üsula əl atmışdır. Ekspert rəyində göstərilən xəsarətlərin Günaya harada və hansı şəraitdə yetirilməsindən xəbəri yoxdur. Hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, Günay onu tutdurmaqla hədələmiş, onu şərləmiş, bu yolu onları evdən çıxarmaq üçün etmiş, ayın-18-i və 19-u günü Günaya əlini belə vurmamış, ayın 19-u günü bütün hadisələr atasının, bacısı oğlunun və ustanın gözü qarşısında olmuşdur. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X10 göstərmişdir ki, Qanuni nümayəndə1 müayinəsi zamanı 1127 nömrəli xx xxxxxxx 2020-ci il tarixli rəydə qeyd edilən xəsarətlər aşkar edilmiş, digər xəsarətlər müəyyən edilməmişdir. Həmin xəsarətlərdən sol əlin İV barmağının sıyrığı dərəcəsi təyin edilməyən xəsarətlərdir. Xəsarətlər ümumilikdə qiymətləndirilmiş və sağlamlığın pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilmişdir. İnsan özü-özünə xəsarət yetirə bilər və bu şəxsin psixi vəziyyətindən aslıdır. Qeyd edilən rəy qoyulmuş suallara və fakta əsasən ümumilikdə tərtib edilmişdir. Təhqiqatçı tərəfindən qərar təqdim edilmiş, eyni zamanda şəxs özü biləvasitə müayinə edilmiş, tibbi sənədləri ümumilikdə qiymətləndirərək belə nəticəyə gəlmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, rəyi təhqiqatçının qərarı əsasında verdiyindən hadisənin mexanizm və şəraitini dəqiqliklə bilmir, qolun və ayağın qapıya dəyməsi nəticəsində hematomanın yaranması mümkündür. Müəllim, psixoloq X7 Şahid1 anasının himayəsində olmasını, anası ilə birlikdə yaşamasını, atasına qarşı münasibətinin yaxşı olmaması səbəbindən anasını müdafiə etməyə və onun xeyrinə danışmağa meyilli olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1); Qanuni nümayəndə1 Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxsla evdə qanunsuz tikili apardığına görə mübahisə edib narazılığını bildirmiş, Rizvan onu itələmiş, o, qapıya dəymiş və zərər çəkmişdir. Bununla bağlı ölçü götürülməsini xahiş edir (i.v. 6); Qanuni nümayəndə1 Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanlanan xx.xx.2020-ci il tarixli izahatından görünür ki, Qanuni nümayəndə1 xx.xx.2020-ci il tarixdə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxsla evdə qanunsuz tikili apardığına görə mübahisə edib narazılığını bildirmiş, Rizvan onu itələmiş, o, qapıya dəymiş və zərər çəkmişdir. Bununla bağlı ölçü götürülməsini xahiş etmişdir. Verilən suala cavab olaraq qanunsuz tikiliyə narazılığını bildirdiyini və mübahisə yarandığını, Rizvanın onu itələdiyini, qapıya dəydiyini, qolunda göyərmə yarandığını, Rizvanın hər dəfə onu ölümlə hədələdiyini, onu və övladlarını narahat etdiyini bildirmişdir (i.v. 7); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X15 canlı şəxsin ekspertizası barədə 1127 nömrəli xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyinin ilk məlumat hissəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə Qanuni nümayəndə1 məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Özünün deməsinə görə, xx.xx.2020-ci il tarixdə saat 11-12 radələrində Xətai rayonunda yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı əli ilə onu vuraraq itələmiş və mətbəx qapısının tinli hissəsinə dəymişdir. Tibbi yardım üçün 7 saylı ŞP-na müraciət etmişdir. Rəyin obyektiv müayinə hissəsində qeyd edilmişdir ki, Sağ bazunun orta 1/3-nin arxa-bayır səthində, sol bazunun orta -aşağı 1/3-nin bayır səthində, sağ saidin orta 1/3-nin arxa-bayır səthində, hər iki budun orta 1/3-nin bayır səthlərində yumşaq toxumalar şişkindir, ödəmlidir, əllə müayinədə kəskin ağrılıdır, dəri örtüyü 12.0x10.0 sm-dən 9.0x8.0 sm-dək sahələrdə tünd qırmızımtıl-göy rəngdədir. Sol əlin İV barmağının dırnaq falanqasınm arxa səthində 1.0x0.2 sm ölçüdə üzəri ətraf dəri səviyyəsindən bir qədər aşağıda yerləşmiş qırmızı rəngli bir qədər quru qartmaqla örtülü sıyrıq var. Digər xəsarətlər müəyyən edilmədi.xx.xx.2020-ci il tarixdə ekspertizaya təqdim edilmiş 7-saylı ŞP-da tərtib edilmiş xx.xx.2020- ci il tarixli 754 saylı tibbi sənəddən görünür ki, 1986-cı il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixində poliklinikaya müraciət etmişdir. Dediyinə görə keçmiş həyat yoldaşı tərəfindən döyülüb. Müayinədə hər iki yuxarı ətrafda, hər iki aşağı ətraflarında iri əzilmiş hematomalar var, ağrılıdır. Lakin həmin şəxsin qeydiyyat ünvanı poliklinikanın xidmət ərazisi olmadığı üçün xəstə qeydiyyatda olduğu ərazi üzrə poliklinaya göndərildi. Həmin rəyin nəticə hissəsindən görünür ki, X1 və sol bazunun, sağ saidin, hər iki budun yumşaq toxumalarının hematomaları, sol əlin İV barmağının sıyrığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb əlan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 20- 22); Xətai RPİ-nin 34-cü PŞ-nin raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə Qanuni nümayəndə1 keçmiş həyat yoldaşı Rizvan tərəfindən bıçaqla hədə-qorxu gəlməsinə dair ərizəsi daxil olmuşdur (i.v. 24); Xətai RPİ-nin 34-cü PŞ-nin raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə Qanuni nümayəndə1 yaşadığı ünvanda söküntü işlərinin aparılması barədə məlumat vermişdir (i.v. 26); Qanuni nümayəndə1 Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Qanuni nümayəndə1 keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onun evdə olmamasından istifadə edərək hamam otağını və mətbəxi sökdüyünü, gəlib narazılığını bildirdikdə ona hədə qorxu gəldiyini bildirmişdir (i.v. 27); Qanuni nümayəndə1 Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanlanan xx.xx.2020-ci il tarixli izahatından görünür ki, Qanuni nümayəndə1 izahatında göstərmişdir ki, “Bizim aramızda mütəmadi olaraq müxtəlif mövzüda münaqişələrimiz olur və dəfələrlə polis orqanlarına bizim şikayətlərimiz olmuşdur. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə yaşadığımız evdə olan zaman keçmiş həyat yoldaşım Rizvan birgə yaşadığımız evin 1-ci mərtəbəsində yerləşən mətbəxin pəncərəsini söküb qapı qoymaq istəyən zaman ondan mətbəxi və hamamı məndən xəbərsiz nə üçün sökməsinin səbəbini soruşduqda bizim aramızda söz münaqişəsi oldu və Rizvan məni nalayiq söyüşlərlə söyüb təhqir etdi və mətbəxdə olan mətbəx bıçağını götürərək mənim təmir işinə müdaxilə edəcəyim təqdirdə məni öldürəcəyi ilə hədələdi. Sonradan bizim aramızda münaqişə daha da qızışdı və Rizvan məni evdə hər iki qol nahiyəmdən yumruqla və sağ ayaq nahiyəmdən təpiklə vuraraq mənə bədən xəsarəti yetirdi. Mən həmin vaxt heçnə demədim və dərhal DİN-nin “102” xidmətinə zəng vuraraq münaqişə olması və sonradan Rizvanın məni döyməsi barədə məlumat verdim (i.v. 29-30); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 36); zərərçəkmiş şəxsin dindirilməsi protokolundan görünür ki, Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, “xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığım ünvan 3 ünvanına gələn zaman keçmiş həyat yoldaşım Rizvan tərəfindən birgə yaşadığımız evin 1-ci mərtəbəsində yerləşən mətbəx və hamamın məndən xəbərsiz sökdüyünü gördüm. Mən Rizvandan nə üçün mənə demədən mətbəx və hamamın pəncərəsini sökərək yerinə qapı qoymaq istədiyini soruşsam da, o, mənə heç bir söz demədi. Qeyd edim ki, Rizvan hamam və mətbəxin pəncərəsini bacısı oğlu Tağı ilə birlikdə sökmüşdü. Bu zaman bizim aramızda sözlə mübahisə baş verdi və mübahisə zamanı Rizvan mənim ünvanıma nalayiq ifadələr işlədərək məni söydü. Bundan sonra mən DİNnin 102 xidmətinə zəng vuraraq Rizvanın qanunsuz olaraq birgə yaşadığımı evdə söküntü işləri aparması barədə məlumat verdim. Bir qədər sonra 34-cü PŞ-nin əməkdaşları yaşadığımız ünvana gəldilər və mən hadisə barədə ərizə ilə müraciət etdim. Səhəri gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə saat 09 radələrində yaşadığım ünvan 3 ünvanından çıxaraq Xətai rayon icra hakimiyyətinə getmişdim. Həmin vaxt oğlum Əli istifadə etdiyim mobil telefonuma zəng vuraraq yaşadığımız evin birinci mərtəbəsində yerləşən mətbəxdə usta işlədiyin bildirdi. Buna görə də, mən saat 10 radələrində yaşadığım ünvan 3 ünvanına geri qayıtdım və həmin vaxt evin birinci mərtəbəsində yerləşən mətbəxdə bir nəfər ustanın işlədiyini, Rizvan və keçmiş qayınatam Fərman orada olduğunu gördüm. Mən ustanın əlində olan drel ilə işlədiyi görüb dreli elektrik cərəyanından ayırdım. Buna baxmayaraq Rizvan gələrək dreli yenidən elektrik cərəyanına birləşdirdiyi üçün mən evin həyətində yerləşən elektrik şitindən evin ümumi işıqlarını söndürdüm. Bu zaman Rizvan mənim üzərimə gələrək qolumdan tutub kənara itələyib evin ümumi işıqlarını yandırdı. Mən Rizvanla bacara bilmədiyimi görüb mənə məxsus olan otağa daxil olaraq uşaqlarımı götürüb mətbəxə daxil olmaq istədim. Bu zaman Rizvanın atası Fərman mətbəxdə olan masanı mətbəxin giriş qapısının qarşısına verərək mənim mətbəxə daxil olmağıma mane olmağa çalışdı. Buna baxmayaraq mən stolun altından keçərək mətbəxə daxil olaraq Rizvandan tikinti işlərini dayandırmasını tələb etdim. Həmin vaxt Rizvan mətbəxə daxil olaraq masanın üzərində olan mətbəx bıçağını götürüb tikinti işlərinə mane olacağım təqdirdə məni öldürəcəyi ilə hədələyərək mətbəxdən çıxmağımı bildirdi. Mən isə Rizvana tikinti işlərini dayandırmasını tələb edərək onun üzərinə gedən zaman Rizvan qolumdan yumruqla vuraraq hər iki qolumdan tutub sıxaraq məni kənara itələdi. Mən müvazinətimi itirib arxaya gedərək mətbəx mebelinə dəyərək dayandım. Buna baxmayaraq mən tikinti işlərini dayandırması üçün Rizvanın üzərinə gedən zaman o, yenidən mənim hər iki qolumdan tutub sıxaraq ayaq nahiyəmdən təpiklə vurub məni arxaya doğru itələdi. Bu zaman mən arxa-arxaya gedərək özümü saxlaya bilməyib mətbəxin giriş qapısına dəyərək sol qol nahiyəmdən xəsarət aldım. xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı Rizvanla aramızda sözlə mübahisə olsa da, həmin vaxt Rizvan məni vurmamışdır. xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı isə Rizvan ilk olaraq mətbəxdə olan bıçağı götürüb məni öldürəcəyi ilə hədələmişdir. Bundan sonra Rizvan qolumdan yumruqla vuraraq hər iki qolumdan tutub məni itələdiyi üçün mən mətbəx mebelinə dəydim. Daha sonra isə hər iki qolumdan tutub sıxaraq ayağımdan təpiklə vuraraq geri itələdiyi üçün mən mətbəxin qapısına dəyərək xəsarət almışam” (i.v. 43-46); şahidin dindirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, “xx xxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 2 ünvanında olan mətbəxə usta Raminlə birlikdə dəmir qapı qoyduq və Ramin qapını bərkitmək üçün drel ilə işləyən zaman Günay gələrək yenidən hay-küy salaraq dreli elektrik cərəyanından ayırıb yerə çırparaq ustanın işinə mane olmağa çalışdı. Buna baxmayaraq mən ustanın işinə davam etməsi üçün dreli yenidən elektrik cərəyanına birləşdirsəm də, Günay evin həyətində yerləşən elektrik şitindən evin ümumi işıqlarını söndürərək yenidən ustanın işləməsinə imkan vermədi. Bu zaman mən elektrik şitinə yaxınlaşaraq evin ümumi işıqlarını yandırdım. Bundan sonra Günay yenidən mətbəxə daxil olaraq usta Raminə məxsus laqondanı götürüb yerə vuracağını bildirdi. Mən tez mətbəxə daxil olaraq Günayın əlində olan laqondadan yapışıb əlindən almaq üçün özümə tərəf çəkməyə başladım. Həmin vaxt Günay laqondanı mənim əlimdən almaq üçün özünə tərəf çəkən zaman laqonda əlindən çıxdığı üçün müvazinətini itirib arxa-arxaya gedərək mətbəxin qapısına dəydi. Bundan sonra Günay mətbəxdən çıxdığı üçün biz də işimizə davam etməyə başladıq. Bir qədər sonra 34-cü PŞ-nin əməkdaşları yaşadığımız ünvana gələrək hadisə yerinə baxış keçirtdilər. Həmin vaxt mənə məlum oldu ki, Günay DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı isə Günay mətbəxdə usta işləyən Raminə məxsus laqondanı götürüb yerə vuraraq sındırmaq istədiyi üçün laqondanı onun əlindən almaq məqsədi ilə laqondadan yapışaraq özümə tərəf çəkmişəm, həmin vaxt Günay laqondanı buraxmayaraq özünə doğru çəkən zaman mən laqondanı almaq üçün özümə doğru çəkən zaman laqonda Günayın əlindən çıxdığı üçün o, arxa-arxaya gedərək mətbəxin qapısına dəydi. Günay yalan deyir. Belə ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı Günay usta Raminə məxsus dreli götürüb yerə çırpdığı üçün o, yenidən laqondanı əlinə götürüb yerə çırpmaq istədiyini gördüyüm üçün laqondanı onun əlindən almaq məqsədi ilə laqondadan yapışaraq özümə tərəf çəkən zaman laqonda onun əlindən çıxdığı üçün o, arxa-arxaya gedərək mətbəxin qapısına dəydi” (i.v. 51-53); şahidin dindirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində göstərmişdir ki, “xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığımız ünvan 4 ünvanına gələn zaman atam Rizvan tərəfindən yaşadığımız evin 1-ci mərtəbəsində yerləşən mətbəx və hamamın sökdüyünü gördük. Bu zaman anam Günay atamdan nə üçün bizə demədən mətbəx və hamamın pəncərəsini sökərək yerinə qapı qoymaq istədiyini soruşdu və onların arasında mübahisə baş verdi. Mübahisə zamanı atam Rizvan anam Günayın ünvanına nalayiq ifadələr işlədərək onu söydüyü üçün anam DİN-nin 102 xidmətinə zəng vuraraq atamın evdə söküntü işləri aparması barədə məlumat verdi. Bir qədər sonra 34-cü PŞ-nin əməkdaşları yaşadığımız ünvana gəldilər. Səhəri gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə saat 09 radələrində yaşadığımız ünvan 5 ünvanında birinci mərtəbədə yerləşən mətbəxdə səhər yeməyi yeyən zaman atam Rizvanın bir nəfər usta gətirib mətbəxə qapı qoymaq istədiyini gördüm. Buna görə də, mən anama zəng vuraraq bu barədə məlumat verdiyim üçün saat 10 radələrində anam Günay yaşadığımız evə qayıtdı. Həmin vaxt anam Rizvandan tikinti işlərini dayandımağı tələb etdi və ustanın cərəyana qoşaraq işlətdiyi dreli elektrik cərəyanından ayırdı. Buna baxmayaraq, atam ustanın işləməsi üçün dreli yenidən cəryana qoşdu. Bu zaman anam Günay evin həyətində yerləşən elektrik şitindən evin ümumi işıqlarını söndürdü. Həmin vaxt atam Rizvan anamın üzərinə gələrək qolundan tutub kənara itələyib evin ümumi işıqlarını yandırdı. Anam Günay ustanın işi dayandırması üçün bizi götürüb mətbəxə daxil olmaq istəsə də, babam Fərman mətbəxdə olan masanı mətbəxin giriş qapısının qarşısına verdiyi üçün biz mətbəxə girə bilmədik. Həmin vaxt anam əyilib stolun altından keçərək mətbəxə daxil olan zaman atam Fərman siyirmədə olan bıçağı götürüb anamı öldürəcəyi ilə hədələməyə başladı. Anam isə atama tikinti işlərini dayandırmasını tələb edən zaman atam Rizvan anam Günayın qolundan yumruqla vuraraq itələdi və anam müvazinətini itirib arxaya gedərək mətbəx mebelinə dəyərək dayandı. Buna baxmayaraq, anam Günay tikinti işlərini dayandırması tələb edən zaman Rizvan yenidən anamın üzərinə gedərək hər iki qolundan tutub sıxaraq ayaq nahiyəsindən təpiklə vurub onu arxaya doğru itələdi. Bu zaman anam arxa-arxaya gedərək mətbəxin giriş qapısına dəydi. xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı atam Rizvanla anam Günayın arasında sözlə mübahisə olsa da, həmin vaxt atam anamı vurmamışdır (i.v. 61-63); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 76); xx xxxxx 2020-ci il tarixli Qanuni nümayəndə1 ilə Təqsirləndirilən şəxs üzləşdirmə protokolundan görünür ki, Qanuni nümayəndə1 istintaq zamanı vermiş olduğu ifadəsi olduğu kimi protokola köçürülmüş, Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 qolundan və ayağından vurmadığını, onu hədələmədiyini bildirmişdir (i.v. 90-93); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində qətimkan tədbiri seçilməsi, Məhkəmə-Tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1127 saylı rəyinin iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 bıçaqla hədələməsi xüsusatı üzrə cinayət işinin hissəsinə xitam verilməsi və bu barədə material ayrılıb, rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilməsi qərara alınmışdır. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “həmçinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Qanuni nümayəndə1 xx xxxxxxx 2020-ci il tarixdə yaşadığı evdə Təqsirləndirilən şəxs mətbəxdə olan bıçağı götürüb tikinti işlərinə mane olacağı üçün onu öldürəcəyi ilə hədələdiyini iddia etsə də, Qanuni nümayəndə1 göstərdikləri yalnız öz ifadəsi ilə təsdiq olunur, həmin fakt cinayət işində olan digər dəlillərlə təsdiq edilmir. Buna görə də Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 bıçaqla hədələməsi xüsusatı öz təsdiqini tapmadığından cinayət işinin həmin hissəsinə hissəvi xitam verilməlidir.” (i.v. 96-106); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 116); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 134-135); Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Hazırkı ittiham üzrə zərərçəkən Qanuni nümayəndə1 xəsarətlərin nə vaxt və kim tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Qanuni nümayəndə1 məhz həmin tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, toplanılmış sübutlar isə xəsarətin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini inkar etmişdir. Eləcə də toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisəni birbaşa görən şəxs kimi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs Qanuni nümayəndə1, şahidlər Şahid1, Şahid3, Şahid4 və Şahid2dir. Həmin şəxslərdən Təqsirləndirilən şəxs, şahidlər Şahid3, Şahid4 və Şahid2 ümumiyyətlə Təqsirləndirilən şəxs tərəfindən Qanuni nümayəndə1 xəsarət yetirilmədiyini, Təqsirləndirilən şəxs əli və ayağı ilə Qanuni nümayəndə1 vurmadığını bildirmişlər. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından hətta, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid2 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra onlar şahid qismində dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə zərər çəkmiş şəxsin və Şahid1 ifadəsi istisna olmaqla təqsirləndirilən şəxsin ifadəsi ilə təsdiq olunur və üst-üstə düşür. İttiham aktında göstərilən hadisənin törədilməsinə dair yalnız zərərçəkən Qanuni nümayəndə1 və Şahid1 ziddiyətli ifadələri mövcuddur. Zərərçəkmiş şəxsin və şahidin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olubolmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olubolmaması aydınlaşdırılmalıdır. Zərərçəkmiş şəxs Qanuni nümayəndə1 ilkin ərizə və izahatından müəyyən edilir ki, o, Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsində xx.xx.2020-ci il tarixdə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxsla evdə qanunsuz tikili apardığına görə mübahisə edib narazılığını bildirdiyini, Rizvanın onu itələdiyini, o, qapıya dəydiyini və zərər çəkdiyini bildirmiş, bununla bağlı ölçü götürülməsini xahiş etmişdir. Göründüyü kimi, Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs onu əli ilə qolundan vurması və ayaqları ilə vurması barədə hər hansı xüsusat göstərməmişdir. Bundan sonra, Qanuni nümayəndə1 Xətai RPİ-nin 34-cü PŞ-nə xx.xx.2020-ci il tarixdə izahat vermiş, izahatında göstəmişdir ki, xx.xx.2020-ci il tarixdə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxsla evdə qanunsuz tikili apardığına görə mübahisə edib narazılığını bildirmiş, Rizvan onu itələmiş, o, qapıya dəymiş və zərər çəkmişdir. Bununla bağlı ölçü götürülməsini xahiş etmişdir. Verilən suala cavab olaraq qanunsuz tikiliyə narazılığını bildirdiyini və mübahisə yarandığını, Rizvanın onu itələdiyini, qapıya dəydiyini, qolunda göyərmə yarandığını, Rizvanın hər dəfə onu ölümlə hədələdiyini, onu və övladlarını narahat etdiyini qeyd etmişdir. Göründüyü kimi, bu izahatında da, Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs onu əli ilə qolundan vurması və ayaqları ilə vurması barədə hər hansı xüsusat göstərməmişdir. Bundan əlavə, Qanuni nümayəndə1 Xətai RPİ-nin 34-cü PŞ-nə xx.xx.2020-ci il tarixdə izahat vermiş, izahatında xx.xx.2020-ci il tarixdə yaşadıqları evdə olan zaman keçmiş həyat yoldaşı Rizvanın birgə yaşadıqları evin 1-ci mərtəbəsində yerləşən mətbəxin pəncərəsini söküb qapı qoymaq istəyən zaman ondan mətbəxi və hamamı məndən xəbərsiz nə üçün sökməsinin səbəbini soruşduqda aralarında söz münaqişəsi olduğunu və Rizvanın onu nalayiq söyüşlərlə söyüb təhqir etdiyini, mətbəxdə olan mətbəx bıçağını götürərək onun təmir işinə müdaxilə edəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələdiyini, sonradan aralarında münaqişənin daha da qızışdığını və Rizvanın onu evdə hər iki qol nahiyəsindən yumruqla və sağ ayaq nahiyəsindən təpiklə vuraraq ona bədən xəsarəti yetirdiyini göstərmişdir. Göründüyü kimi, Qanuni nümayəndə1 bu izahatında xx.xx.2020-ci il tarixdə Rizvanın onu evdə hər iki qol nahiyəsindən yumruqla və sağ ayaq nahiyəsindən təpiklə vuraraq ona bədən xəsarəti yetirdiyini göstərmiş, daha sonrakı ifadəsində hadisənin xx.xx.2020-ci il tarixdə baş verməsini qeyd etmişdir. İttiham aktında hadisənin xx.xx.2020-ci il tarixdə baş verməsi qeyd edilmiş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 xəsarət yetirməsi müəyyən edilməmişdir. Bundan əlavə, 1127 nömrəli xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyinin ilk məlumat hissəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə Qanuni nümayəndə1 məhkəmə-tibbi ekspertizadan keçirilmiş, özünün deməsinə görə, xx.xx.2020-ci il tarixdə saat 11-12 radələrində Xətai rayonunda yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı əli ilə onu vuraraq itələmiş və mətbəx qapısının tinli hissəsinə dəymişdir. Qanuni nümayəndə1 ekspertə belə Təqsirləndirilən şəxs onu ayaqları ilə vurması barədə hər hansı xüsusat göstərməmişdir. Qanuni nümayəndə1 ilkin ərizə və izahatında, ifadələrində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona bıçaqla hədə-qorxu gəlməsini, ölümlə hədələməsini bildirmiş, istintaq orqanı tərəfindən həmin xüsusat araşdırılmış və sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərarda hüquqi qiymət verilmiş, Qanuni nümayəndə1 göstərdiklərinin cinayət işində olan digər dəlillərlə təsdiq edilməməsi və Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 bıçaqla hədələməsi xüsusatının öz təsdiqini tapmadığından cinayət işinin həmin hissəsinə hissəvi xitam verilmişdir. Göründüyü kimi, istintaq orqanı belə Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs onu bıçaqla ölümlə hədələməsi barədə ifadəsinə inanmamış və cinayət işinin həmin hissəsinə hissəvi xitam vermişdir. Məhkəmə istintaqı zamanı Qanuni nümayəndə1 ekspert rəyində göstərilən xəsarətlərin Təqsirləndirilən şəxs onu tutub itələyən zaman aldığı xəsarətlər olduğunu bildirmişdir. Qanuni nümayəndə1 istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs birinci dəfə qolundan yumruqla vuraraq hər iki qolundan sıxaraq onu kənara itələdiyini qeyd etmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə, birinci dəfə Təqsirləndirilən şəxs onun qolundan tutaraq bir dəfə çəkdiyini, onu arxa tərəfə itələdiyini bildirmiş, qolundan vurması barədə hər hansı xüsusat qeyd etməmişdir. Eyni zamanda, Qanuni nümayəndə1 xəsarətin oktyabr ayının 18-i və ya 19-u yetirməsini belə dəqiq göstərə bilməmişdir. Qanuni nümayəndə1 Xətai RPİ-nin 34-cü PŞ-nə xx.xx.2020-ci il tarixdə ünvanladığı ərizəsində Təqsirləndirilən şəxs ona bıçaqla hədə-qorxu gəldiyini bildirmiş, məhkəmə istintaqı zamanı isə, xx.xx.2020-ci il tarixdə hədələmə olmadığını, müraciətinin yalnız qanunsuz tikinti ilə bağlı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Qanuni nümayəndə1 arasında münasibətləri normal olmamış, sonuncu ilə təqsirləndirilən şəxs arasında dəfələrlə ailə münaqişələri və məhkəmə mübahisələri olmuşdur. Beləliklə, cinayət hadisəsi baş verməsini bildirən ifadəni verən zərərçəkmiş şəxs ilə əlehinə ifadə verdiyi şəxsin bir-birləri ilə mübahisələri vardır, bir-birlərinə qarşı qərəzli mövqedədirlər. Göründüyü kimi, hazırkı cinayət işi üzrə dindirilmiş zərərçəkən Qanuni nümayəndə1 qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr vardır. Şahid1 ifadəsinə də, məhkəmə tənqidi yanaşır. Şahid1 atası Təqsirləndirilən şəxs ilə münasibətlərinin pis olduğun bildirmiş, həmçinin, Şahid1 ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər olmuşdur. Belə ki, Şahid1 istintaq zamanı vermiş olduğu ifadəsində atasının anasını qolundan yumruqla vuraraq itələdiyini göstərmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində müstəntiqə atasının anasını yumruqla qolundan vurması barədə demədiyini bildirmişdir. Bundan əlavə, Şahid1 istintaq zamanı vermiş olduğu ifadəsində atasının anasının ayaq nahiyəsinə təpiklə vurduğunu göstərmiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində atasının anasının hansı ayağına vurduğunu görmədiyini bildirmişdir. Məhkəmə nəzərə alır ki, Şahid1 on dörd yaşına çatmadığından ona bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilməmişdir. Şahid1 anasının himayəsində olması, anası ilə birlikdə yaşaması, atasına qarşı münasibətinin pis olması onun tərəfsiz olması ehtimalını azaldır. Bu zaman onun intiqam hissi ilə hərəkət edə biləcəyi, doğru olmayan ifadə verə biləcəyi istisna deyildir. Həmçinin, psixoloq X7 da Şahid1 anasının himayəsində olmasını, anası ilə birlikdə yaşamasını, atasına qarşı münasibətinin yaxşı olmaması səbəbindən anasını müdafiə etməyə və onun xeyrinə ifadə verməyə meyilli olduğunu bildirmişdir. Ona görə də belə bir vəziyyətdə zərərçəkmiş şəxs Qanuni nümayəndə1 və oğlu Şahid1 ziddiyyətli ifadəsi ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxs, şahidlər Şahid2, F.Ə.Kərimovun və Şahid4 həm təhqiqat və istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr oxşar olmaqla ziddiyətli olmamış, həmin ifadələrdə Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 yumruq və təpiklə zərbələr vurub xəsarət yetirməsinə dair hər hansı xüsusat olmamışdır. Məhkəmə nəzərə alır ki, şahidlərdən Şahid4 tərəfərlə qohumluq və dosluq münasibətləri olmayaraq ustadır və iş üzrə hər hansı maraqları yoxdur. Ona görə də onun ifadəsi digər şahidlərin ifadəsindən daha mötəbər və etibarlı sayılmalıdır. Şahid4 ifadələrində bildirir ki, ümumiyyətlə ittiham aktında göstərilən tarixdə, saatda, yerdə və şəraitdə Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 yumruq və təpiklə zərbələr vurub xəsarət yetirməmişdir. İfadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmişin təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə də, zərərçəkmiş şəxsin ifadəsi artıq mövcud olan digər sübutlarla bağdaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş ifadələr varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilər. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimalı qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Belə olduğu təqdirdə, Qanuni nümayəndə1 və Şahid1 ifadəsinin etibarlı olmadığı da nəzərə alınaraq, iş materiallarında olan məhkəmə tibb ekspertizasının Qanuni nümayəndə1 barədə verdiyi rəylərdə göstərilən xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirməsi təsdiq edilmir. Həmçinin, hadisə şəraiti barədə digər mötəbər sübut olmadığından, həmin hadisə nəticəsində iş materiallarında olan məhkəmə tibb ekspertizasının rəyində göstərilən xəsarətlərin zərərçəkənə yetirilməsində təqsirləndirilən şəxsin təqsiri də təsdiq edilmir. Həmin rəy yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Bununla da, qeyd edilənlərə əsasən həmin xəsarətlərin ittiham aktında göstərilən vaxtda, yerdə və şəraitdə məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmır. İstintaq orqanı ittiham aktında Təqsirləndirilən şəxs mübahisə zamanı Qanuni nümayəndə1 yumruq və təpiklə zərbələr vurub xəsarət yetirməsini qeyd etmiş, lakin Təqsirləndirilən şəxs zərbələri Qanuni nümayəndə1 bədəninin hansı hissələrinə vurduğunu ümumiyyətlə göstərməmişdir. Beləliklə, xəsarətlərin ittiham aktında göstərilən şəraitdə, yəni, zərərçəkmiş şəxsin ifadəsində, həmçinin ittihamda göstərdiyi şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar istintaq orqanı tərəfindən toplanılmamışdır. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Beləliklə, zərərçəkmiş şəxsin üzərində olan xəsarətlərlə bağlı hazırkı material üzrə şübhəli məqamlar olmuşdur, bu şübhəli məqamları aradan qaldıran sübutlar mövcud deyildir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların birbiri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərəçəkənlə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri arasındakı zidiyyətlər, ekspert rəyində göstərilən xəsarətlərin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən Qanuni nümayəndə1 və Şahid1 ziddiyətli ifadəsindən başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin xəsarətlərin hansı şəraitdə əmələ gəlməsi hazırkı material üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirən sübutlar mövcud olmadığından, xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq edən sübutlar kifayət etmir və ona qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X9 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin, şahidlərin və zərərçəkmişin ifadələrindən, həmin ifadələrdən zərərçəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, ifadəni təsdiqləyən digər sübut olmadığı halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmin ifadələrdən birinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar