Məhkəmə qərarları › İş №1(011)-145/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-145/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-145/2025 11.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1965-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1229/2015 nömrəli xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 noyabr 2024-cü il tarixdə saat 15:40-da sərxoş halda ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 evinə gəlib bir qədər əvvəl sonuncunun onu evdən qovmasını bəhanə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə nalayiq ifadələr işlədib, üzərində gəzdirdiyi və silah qismində istifadə etdiyi, zavod üsuli ilə istehsal edilmiş tiyəsinin uzunluğu 95 mm, dəstəyinin uzunluöu 90 mm olan deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağına uyğun gələn, soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs1 sifət, bədən və aşağı ətraf nahiyəsindən vuraraq ona sol almacıq, sol qulaqarxası, kürək və sol sarğı nahiyələrinin (cəmi 7 yara) daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, bu zaman atasını müdafiə etmək istəyən Zərərçəkmiş şəxs1 azyaşlı oğlu xx xxxxxxxx 2012-ci il təvəllüdlü Kənan Musatafayevin də döş nahiyəsindən vuraraq sonuncuya döş qəfəsinin ön səthinin bir ədəd səthi kəsilmiş yarası kimi sağlamlığa zərərvurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1lə yaxın qonşu olmuşdur və onların evinə gedib-gələn biri olmuşdur. 09 noyabr 2024-cü il tarixdə Tofiqlə spirtli içki içmək üçün onun yaşadığı mənzilin qapısını döymüş, sonuncu qapını açdıqdan sonra əsəbi formada ondan getməyini istəmişdir, lakin o bir müddət sonra bir daha qapını döydükdə Tofiq qapını açıb əlindəki bir metr uzunluğunda qalın dəmir parçası ilə onun çiyin nahiyəsinə vurmuş, ikinci zərbəni isə onun başına vurmaq istədiyindən özünü müdafiə etmək üçün əlindəki balaca bıçaqla Tofiqi vurmuşdur. O, sonuncunu vurmadığı halda ikinci zərbə onun başına dəyərək onu öldürmək ehtimalı olmuşdur. O, həmin vaxt sərxoş olmuş, Tofiqin oğlu Zərərçəkmiş şəxs2 bilərək vurmamış, sonuncu mübahisə zamanı onları aralamaq istəyərkən xəsarət almışdır. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, 09 noyabr 2024-cü il tarixdə qonşusu Təqsirləndirilən şəxs zorla onun evinə girmiş, o, sonuncunu evindən çıxartdıqdan sonra Elgiz öz evindən bıçaq götürərək yenidən geri gəlmiş və qapısının qarşısında qışqırmağa, söyüş söyməyə başlamışdır. O, Elgizin əlində bıçaq olduğunu sonradan bilmiş, qapını açdıqdan sonra onun yan nahiyəsinə və arxa tərəfinə ümumilikdə yeddi dəfə bıçaqla vurmuş, həmin vaxt özünü müdafiə etmək üçün Elgizin çiyin nahiyəsinə balaca taxta parçası ilə vurmuşdur. Oğlu Zərərçəkmiş şəxs2 onları aralamaq istəyərkən Elgiz oğlunuda bıçaqla vurmuşdur. Əlavə olaraq zərərçəkmiş şəxs şikayətçi olduğunu, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, o, evdə olarkən səs-küy gəldiyindən qapılarının qarşısına çıxmış, orada Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs1lə mübahisə etdiyini və Elgizin əlində bir ədəd bıçaq, atasının əlində isə taxta parçasının olduğunu görmüşdür. Həmin vaxt Elgizin atası Tofiqin bədəninin müxtəlif nahiyələrinə bıçaqla vurduğunun şahidi olduğundan onları ayırmaq üçün aralarına girmiş, bu zaman onada bıçaq zərbəsi dəymişdir. Daha sonra qonşuları Əlizamin gələrək onları aralamışdır. Əlavə olaraq zərərçəkmiş şəxs şikayətçi olduğunu, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Hadisə baş verən vaxt o işdə olduğundan hadisənin necə baş verdiyini görməmiş, daha sonra qonşuları ona zəng edərək Elgizin onun əri Tofiqi və oğlu Kənanı bıçaqla vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Tofiq, Kənan və Elgiz onun qonşularıdır. Hadisə baş verən gün bacısı ona Elgizin dalaşdığını dediyindən həyətə çıxmış, həmin vaxt Kənanın ata deyə qışqıraraq Elgiz və Tofiqi ayırmağa çalışdığını və Elgizin əlində bir ədəd balaca bıçaq, Tofiqin əlində isə bir ədəd dəmir parçası olduğunu görmüşdür. O, Elgizə yaxınlaşaraq onu tutub oradan kənarlaşdırıb evlərinin yanına aparıb geri qayıtmışdır. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli 2/62369 nömrəli protokolun surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur ( i.v. 12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 tərəfindən Zərərçəkmiş şəxs1 barəsində verilmiş 20 noyabr 2024-cü il tarixli 1211 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 sol almacıq, sol qulaqarxası, kürək və sol sağrı nahiyyələrinin (cəmi yeddi yara) daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər iti uca və kənara malik əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özüözünə yetirməsi inkar olunur ( i.v. 22-24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 tərəfindən Zərərçəkmiş şəxs2 barəsində verilmiş 16 noyabr 2024-cü il tarixli 1212 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs2 döş qəfəsinin ön səthinin bir ədəd səthi kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət iti uca və kənara malik əşya təsirindən törənmiş, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla törənə bilərdir, sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməmişdir. Azyaşlı Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özüözünə yetirməsi inandırıcı olmadığı qeyd edilmişdir ( i.v. 25-26); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 02 dekabr 2024-cü il tarixli 1239 nömrəli rəyindən görünür ki, 1965-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs bədənində xx.xx.2024-cü il tarixə uyğun hər-hansı bir xəsarət aşkar edilməmişdir ( i.v. 169-171); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(011)-714/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir ( i.v. 140-143); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 09 dekabr 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir ( i.v. 151-152); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2024-cü il tarixli, 3/1885 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) bıçaq zavod üsulu ilə istehsal edilmiş deçici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir ( i.v. 172-174); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş deşici, kəsici xassəyə malik təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı iş üzrə maddi sübut olaraq qiymətləndirilmiş və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə verilmişdir ( i.v. 181-188); şübhəli şəxsin tutulması barədə 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10 radələrində tutulmuşdur ( i.v. 56-57); Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühim əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxs X1 əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2-ci maddə) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri habelə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslə barışıq əldə etməməsi nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd zavod üsulu ilə istehsal edilmiş deşici, kəsici xassəyə malik təsərrüfat təyinatlı, mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilməlidir. Mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd zavod üsulu ilə istehsal edilmiş deşici, kəsici xassəyə malik təsərrüfat təyinatlı, mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar