Məhkəmə qərarları › İş №1(011)-146/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-146/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-146/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, ünvan 3ərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakım qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun 19.000 manata əldə etdiyi **-LM-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı “Vito” modelli avtomobili Bakı şəhərində lizinqə girov qoyaraq əldə ediləcək pul vəsaitinin Zərərçəkmiş şəxs tərəfindən götürüldükdən sonra lizinqə borcu onun ödəyəcəyi ilə razılaşdırmış, lakin sonradan ödəniş edə bilmədiyindən avtomobilin ınüəyvən təmir işlərinə görə sərf etdiyi 8.000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs tərəfindən ödənilərək avtomobilin sonuncunun mülkiyyətində saxlanılmaqla digər şəxsə satılmasını razılaşdıraraq bunu etmiş və Zərərçəkmiş şəxs olan borcunu qaytaracağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2020-ci ilin may ayının ortalarında ünvan 4 ünvanında Zərərçəkmiş şəxs 8.000 manat və həmin avtomobilin onun tərəfindən alındıqdan sonra ödəmədiyi 2.100 manat, bununla da qalıq qalmış cəmi 10.100 manat pul vəsaitinin guya qaytarılması üçün yenidən “Mercedes-Benz-E200D model **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq yolu ilə almasına köməklik etməsi bəhanəsi ilə 17 yanvar 2023-cü il tarixdə Bakı şəhəri. Xətai rayonu, Xocalı prospekti 37 ünvanında Zərərçəkmiş şəxs 1.000 manat alıb ümumilikdə 11.100 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 11.100 (on bir min yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq elmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tikinti rəhbəri olmuşdur, Zərərçəkmiş şəxs da tikintidən tanıyır. O, Ə.X7 markalı avtomobili almaq üçün borc almışdır. Zərərçəkmiş şəxs da həmin borcu bankdan götürmüşdür. Zərərçəkmiş şəxs ona 15.000 manat borca pul vermişdir. Pandemiya olduğu üçün borcu ödəyə bilməmişdir. Daha sonra həmin borcdan 2.100 manat borc qalmışdır. Daha sonra Zərərçəkmiş şəxs yenə 8.000 manat borc götürmüşdür. Ümumi borcu 10.100 manat olmuşdur. Səhhəti ilə bağlı borcu ödəyə bilməmişdir. Avtomobili Zərərçəkmiş şəxs Bakı şəhərində qeydiyyatda olduğu üçün onun adına almışdır. Özü avtomobil alışı-satışı ilə məşğul olmamışdır, Zərərçəkmiş şəxs da avtomobil almaqla bağlı hər hansı vəd verməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ilin sonlarında Bakı şəhəri, Xətai rayonunda yaşadığı zaman qonşusu olaraq tanımışdır. Xəyyamla heç bir qərəzli münasibəti olmamışdır. Xəyyamın avtomobil alveri ilə məşğul olmasını bilmiş və həmin ərəfələr də Xəyyam xahiş edib demişdir ki, “icazə versəydiniz sizin adınıza ölkə xaricindən avtomobil gətirib burada satardım çünki siz universitetdə işləyirsiniz, sizə gömrükdə hörmətlə yanaşıb sənədləşmə işlərini daha asan həyala keçirərlər". Xəyyamla aralarında tanışlıq münasibəti olduğundan qonşu kimi etibar etdiyindən köməklik etmişdir. Həmçinin düşünmüşdür ki, özünə də avtomobil lazım olarsa Xəyyamla danışıb həll edər. 2019-cu ilin oktyabr ayının ortalarında Xəyyam ona xahiş edib bildirmişdir ki, Bərdə rayonunda “Mercedes-Benz” markalı “Vito" modelli ümumi dəyəri 19.000 manata olan avtomobil vardır, həmin avtomobili almaqda köməklik etsin, avtomobili aldıqdan sonra gecə-gündüz işləyib borcu qaytaracaqdır. Xəyyamla tanışlıq olduğu üçün eyni zamanda ailəsinin maddi cəhətdən çətin vəziyyətdə qalmaması üçün aralarındakı tanışlıq xatirinə kömək etmişdir. Təxminən bir neçə ay sonra bunun üçün xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən 12.100 manat kredit götürüb özündə olan 6.900 manat puluda üzərinə qoyaraq ümumi 19.000 manatla Bərdə rayonuna gedib həmin avtomobili alıb Xəyyama idarə etmək üçün etibarnamə ilə vermişdir. Sonradan Təqsirləndirilən şəxs həmin avtomobilli lizinqə girov qoyub onun "xxxx" ASC-dəki 12.100 manat kreditinin 10.000 manatını ödəmiş və geriyə 2.100 manat qalmışdır. Eyni zamanda Xəyyam kreditdən əlavə öz pulu olan 6.900 manatı da ödəmişdir. Daha sonra Xəyyam ölkədə yayılan “Covid 19” pandemiyası ilə bağlı işləyə bilmədiyini və avtomobilin pulunu ödəyə bilməyəcəyini, avtomobilə əlavə xərclər çəkməsini, satmaq istədiyini dedikdə Xəyyama təklif etmişdir ki, avtomobil üçün xərclədiyi pulun əvəzi olaraq 8.000 manat əlavə pul versin və avtomobil ona qalmaqla lizinqin qalan aylıq ödənişini özü etsin. Razılaşma əsasında 2020-ci ildə pandemiya ərəfəsində 8.000 manat pulu yaşadığı ünvan 6 ünvanda Xəyyama vermişdir. Lakin Xəyyam sonradan demişdir ki, “avtomobili işlədə bilməyəcəksən yaxşısı budur sən də sat pulunu götür”. Xəyyamın təklifi ilə razılaşmış və bir müddət sonra Xəyyam avtomobilə müştəri tapdığını sata biləcəyini demişdir. Bundan sonra Xəyyam həmin avtomobili 15.000 manata tanımadığı şəxsə salsa da ondan avtomobil üçün aldığı 8.000 manatı, eyni zamanda, kreditə qalan 2.100 manat pulu ona qaytarmamışdır. Xəyyam satılan avtomobildən pulunu qaytarmayaraq ona məsələni hissə-hissə həll edəcəyi barədə yalan vədlər vermişdir. O, “Kapital Bank" ASC-dən götürdüyü kreditdən qalan 2.100 manatı özü ödəmiş və beləliklə Xəyyam ona “Vito” modelli avtomobillə bağlı ümumilikdə 10.100 manat ziyan vurmuşdur. Bir müddət keçməsinə baxmayaraq Xəyyam onun pulunu geriyə qaytarmamış və 2022-ci ildə Xəyyam demişdir ki, aldığı pulu birdəfəyə qaytara bilmir, lakin "xxxx" MMC-də Anar Aslanov adlı tanışı vardır, həmin lizinq şirkətində işləyir, Anarın vasitəsi ilə hazırda qara rəngli “Mercedes-Benz-E200D” model 2019-cu il buraxılışlı, WDD2130121A658108 ban nömrəli, **-PK-*** dövlət qeydiyyat nişanlı lizinq şirkətinə 25.000 ABŞ dolları yəni 42.500 manat məbləğdə borcu qalmış avtomobili dəyərindən ucuz başa gəldiyi üçün almaqda köməklik edəcəkdir. Bunun üçün o, həmin avtomobilin 42.500 manat borcundan 5.000 manat və özünə məxsus 2001-ci il buraxılışlı avtomobili salaraq 8.500 manata sataraq ümumilikdə 13.500 manat həmin lizinq şirkətinə ödəniş etmişdir. Avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində Dəmirçi-plazanın binasında yerləşən “Faktor lizinq" MMC-nin verdiyi etibarnamə əsasında ona təhvil verilmiş və avtomobilin lizinq şirkətinə qalan borcunu Xəyyam əvvəldən ona verməli olduğu pulun əvəzi olaraq ödəyəcəkdi. Belə ki, o, lizinq şirkətinə 13.500 manat pulu ödəniş etdikdən sonra avtomobilin borcu 29.000 manat olaraq qalmışdır. Xəyyam əvvəldən “Vito" modelli avtomobildən ona vurduğu ümumi 10.100 manat ziyanın əvəzi olaraq yeni aldığı avtomobilin aylığını ödəyəcəkdi və geri qalan hissəsini isə özü həll edəcəkdi. Xəyyam hər ay avtomobil üçün 2040 manat pul ödəməli olsa da, birinci ay xx.xx.2022-ci il tarixdə 2.000 manat olmaqla özü ödəmiş və lizinq şirkəti etibarnaməni yenidən təzələmişdir. Xəyyam demişdir ki, guya maddi çətinlikləri var, bu səbəbdən birinci ay üçün ödənişi edə bilməyəcəkdir. İkinci ay gəldikdə Xəyyam avtomobilin ödənişini etməmiş, avtomobilin ödənişi edilmədiyindən 2023-cü ilin yanvar ayının ortalarında Bakı şəhəri, Babək prospektinə həmin avtomobillə hərəkətdə olarkən YPX-nin əməkdaşları onu saxlayıb avtomobilin borcla bağlı axtarışa verilməsini bildirmiş və bu səbəbdən avtomobil duracağa yerləşdirilmişdir. Bu məsələ ilə bağlı Xəyyamla aralarında narazılıq yaranmış və Xəyyam bir gün sonra avtomobili duracaqdan çıxarıb yaşadığı ünvana gəlirib bəhanə etmişdir ki, guya lizinq şirkəti sırf həmin avtomobil üçün deyil, ümumi axtarış elan etdiyi üçün avtomobilə həbs qoyulub. O, əsəbi olduğundan Xəyyama demişdir ki, “avtomobili texniki cəhətdən yoxlatdırmışam problemləri var, həmçinin, aylıq ödənişi də etmirsən, avtomboili apar mənim pulumu geriyə qaytar”. Xəyyam fikrinin qəti olmasını başa düşüb təklif etmişdir ki, həmin avtomobillə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində Dəmirçi-plazanıın qarşısına gəlsin. Xəyyam ona demişdir ki, “1.000 manat əlavə ödəniş edərsən mən sənə eyni model daha yaxşı vəziyyətdə avtomobili təşkil edərəm”. O, 17 yanvar 2023-cü il tarixdə qeyd edilən ünvana getmiş və Xəyyam isə ağ rəngli “Mercedes-Benz-E200D” model 2019-cu il buraxılışlı, WDD2130121A725992 ban nömrəli, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişdir. Xəyyamın bildirməsi üzrə 1.000 manat əlavə ödəniş etmiş və qeyd edilən ağ rəngli avtomobil üçün həmin gün lizinq şirkəti tərəfindən adına etibarnamə verilmişdir. Avtomobili evinə gətirmiş və lizinq şirkətində işləyən Xəyyamın tanışı, Anar Aslanova zəng edib demişdir ki, “bu avtomobil normaldır və biz səninlə razılaşdıq əvvəlki avtomobili qaytarıb əvəzində bunu qəbul etdim”. Anar demişdir ki, “bu avtomobili üçün əlavə 10.000 dollar yəni 17.000 manat ödəniş edəcəksiniz”. Bunu bildikdə əsəbləşmiş və bildirmişdir ki, avtomobili istəmir gəlib aparsın və pulunu qaytarsın. İki gün sonra Xəyyamla birlikdə həmin avtomobili Anar Aslanovun yaşadığı Abşeron rayonu, Xırdalan qəsəbəsindəki evinə aparıb təhvil vermişdir. Bu zaman Anarla, Xəyyam arasında mübahisə baş vermişdir. Son nəticədə razılaşmışlar ki, qara rəngli əvvəl verilmiş “Mercedes-Benz-E200D” model 2019-cu il buraxılışlı WDD213012İA658101 ban nömrəli **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili internetə elan qoyaraq satsınlar və əldə edilən puldan ona 16.540 manat verilsin və bununla da həmin avtomobil üçün eldiyi ödənişlərin bağlansın. Anar bildirmişdir ki, qara rəngli əvvəl verilən avtomobili qaytarsın, avtomobili özü satıb pulunu götürsün, lakin o, etiraz edərək avtomobil satılması ilə bağlı vaxtının və təcrübəsinin olmadığını bildirib bu məsələni özlərinin həll edib ona ödədiyi pulu qaytarsın. Bu qaydada avtomobil elana yerləşdirilmiş və təxminən 2-3 ay sonra Xəyyamdan tələb etmişdir ki, “gedib maşına baxaq haradadır satılıb ya yox”. Xəyyam müxtəlif bəhanələrlə onun lizinq şirkətinə getməyinə maneə yaratmışdır. Sonradan özü şirkətə yaxınlaşıb müəyyən etmişdir ki, avtomobil satılıb. Xəyyamla əlaqə saxlayıb bildirmişdir ki, avtomobil satılıb nə üçün pulu qaytarılmayıb. Xəyyam demişdir ki, “Anar söz verib həmin pulla sənin üçün yeni avtomobil gətirəcəkdir.” Bir müddət sonra Xəyyamla görüşmüş və tələb etmişdir ki, Anarla da görüşsünlər. Onlar Biləcəri qəsəbəsində Anarla görüşən zaman Anar, Xəyyamın dediyini danıb bildirmişdir ki, “mən heç kimə söz verməmişəm ki, yeni avtomobil gətirəcəyəm”. O, Anara maşının satılmasını, lakin pulunun qaytarılmamasını bildirdikdə Anar Xəyyamın ünvanına danışaraq pulu Xəyyamın ödəməli olduğunu demiş və müxtəlif bəhanələrlə məsələdən yayınmışdır. Xəyyamla Anara bildirmişdir ki, "belə olan halda sizin ikiniz barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”. Hazırda pulu geri qaytarılmamışdır. Bundan əlavə o, məhkəməyə mülki iddia ərizəsi vermiş, məhkəmə iclasında ərizədə yazdıqlarını təsdiq etmiş və yekun olaraq məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 2020ci ildə “Mercedes" markalı “Vito” modelli avtomobili almaq istəyərkən tanımışdır. Həmin il “Vito” modelli avtomobili “Turbo.az” saytında elanda görüb Təqsirləndirilən şəxsla əlaqə saxlayıb avtomobili almaq qərarına gəlmişdir. Belə ki, avtomobilə baxmaq və texniki yoxlatdırmaq üçün danışıq zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birlikdə gəlmişlər. Birlikdə avtomobili texniki yoxlatdırıb daha sonra qiymətdə razılaşıb avtomobili almışdır. Avtomobil lizinq şirkətində Zərərçəkmiş şəxs adına girovda olmuş və aylıq ödəniş edilməli olmuşdur. Danışıq üzrə o, ilkin olaraq Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs yanında 10.000 manat pul vermişdir. Belə ki, Zərərçəkmiş şəxs həmin vaxt Təqsirləndirilən şəxs qohumu kimi təqdim etmişdir. Pulu Xəyyama verən zaman Zərərçəkmiş şəxs orada iştirak etmiş və pulun Xəyyama verilməsinə etiraz etməmişdir. Bundan sonra hər ay vicdanlı alıcı olaraq lizinq şirkətinə olan ödəniş üçün 1.000 manat, eyni zamanda Xəyyama əlbəəl olaraq 1.000 manat 4 ay ərzində vermiş və ümumilikdə Xəyyama 14.000 manat pul vermişdir. Avtomobilin lizinqə olan borcunu 2022-ci ildə bitirib. Zərərçəkmiş şəxs yaşadığı evə gedib bildirmişdir ki, “mən avtomobilin borcunu bağlamışam, birlikdə banka gedək sənədləri imzala mən də avtomobili mülkiyyətimə keçirim". Həmin vaxt Əfsər bildirmişdir ki. Təqsirləndirilən şəxs pulunu ala bilməyib. Əfsər pulu almaq üçün köməklik etməyini xahiş etdikdə, cavabında bildirmişdir ki, "mən pulu verən zaman siz birlikdə olmusunuz, indi aranızda nə problem varsa onun mənə bir aidiyyatı yoxdur”. Eyni zamanda Zərərçəkmiş şəxs bildirmişdir ki, avtomobilin pulunu verən zaman söz vermişdir ki, gələcəkdə Xəyyamla bağlı hər-hansı bir problemi olarsa bu məsələnin avtomobilin rəsmiləşdirilməsinə heç bir maneəsi olmayacaqdır. Bundan sonra Zərərçəkmiş şəxs banka, söz verdiyi kimi lizinq şirkətinə gedib avtomobilin sənədlərini imzalamışdır. Zərərçəkmiş şəxsla, Təqsirləndirilən şəxs arasında olan narazılıqdan məlumatı sonda avtomobilin borcu bağlanan zaman olmuşdur. Avtomobili satın alındıqdan sonra dövlət qeydiyyat nişanı **-NE-*** olmuş, 2023cü ildə tərəfindən satılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün RPİ-nin istintaq şöbəsinə göndərilmişdir (i.v.1); cinayət işinin icraata qəbul edilməsi haqqında 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (i.v.35); zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.37); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (i.v.55-56); Abşeron Rayon Məhkəməsinin 1(012)-106/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmanın müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənədək müəyyən edilmiş, həbsetmənin əvvəlinin Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanması qərara alınmışdır (i.v.59-61); götürmə aparılması haqqında 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən 12.100 manat məbləğdə kredit götürməsinə dair çıxarış, əfəsr Sadıqovun qara rəngli "Mercedes-Benz- E200D" model 2019-cu il buraxılışlı WDD2130121A658108 ban nömrəli **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili almasına dair xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və ağ rəngli "Mercedes-Benz-E200D" model 2019-cu il buraxılışlı WDD2130121A725992 ban nömrəli **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili almasına dair xx.xx.2023-cü il tarixli "Faktor Lizinq” MMC-dən verilmiş etibarnamələrin surəti iş üçün əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs götürülmüşdür (i.v.63); "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə rəsmiləşdirdiyi 12.100 manat məbləğində GTKR1748086A109 saylı kredit müqaviləsi üzrə borcu tam olaraq ödənilib və hazırda bunula bağlı bank qarşısında öhdəliyi mövcud deyildir (i.v.64); "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə "Mercedes-Benz- E200D" model 2019-cu il buraxılışlı WDD2130121A658108 ban nömrəli **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir (i.v.65); "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə "Mercedes-Benz- E200D" model 2019-cu il buraxılışlı WDD2130121A658108 ban nömrəli **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir (i.v.66); "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə "Mercedes-Benz- E200D" model 2019-cu il buraxılışlı WDD2130121A658108 ban nömrəli **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir (i.v.67); "xxxx" MMC tərəfindən Xətai RPİ-yə ünvanlanmış məktubdan görünür ki, Aslanov Anar adlı şəxs heç zaman "xxxx" MMC-də çalışmayıb. Lizinq predmenti olan **-PK-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200 D” markalı avtomobil lizinq müqaviləsi üzrə öhdəlik X9 üzərində olmuşdur. X9 xx.xx.2023-cü il tarixində müqavilə üzrə öhdəlikləri X3 ötürmüşdür. X8 xx.xx.2023-cü il tarixində öhdəliklərini tam ödəyərək avtomobili öz adına rəsmiləşdirmişdir (i.v.69); axtarışda olan şəxsin tutulması barədə 04 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.75); 10 yanvar 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v.86-91); sərhəd keçmə barədə məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixdə X1 Əliyev adına X2 şəhərinə getmişdir (i.v.93); sübutların qiymətləndirilməsi haqqında 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuş və barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-106/2024 nömrəli qərar ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 180.1-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs götürülmüş istintaqa təqdim etdiyi xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən 12.100 manat məbləğdə kredit götürməsinə dair çıxarış, Əfəsr Sadıqovun qara rəngli "Mercedes-Benz- E200D model 2019-cu il buraxılışlı WDD2130121A658108 ban nömrəli **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili almasına dair xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, və ağ rəngli "Mercedes-Benz-E200D model 2019-cu il buraxılışlı WDD2130121A725992 ban nömrəli **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili almasına dair xx.xx.2023-cü il tarixli "Faktor Lizinq” MMC-dən verilmiş etibarnamələrin surəti maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, iş üzrə X4 əməlinə düzgün qiymət verilməsi üçün onun hazırda Azərbaycan Respublikası ərazisi hüdudlarından kənarda olması və ifadəsinin alınmasının mümkün olmaması nəzərə alınaraq həmin epizod üzrə cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi ayrılmış və qərarın surəti müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilmiş, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, götürmə və üzləşdirmə haqqında protokollar sübut növü kimi qiymətləndirilmişdir (i.v.102-109); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.128-129); Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəylə özünü təqsirli hesab etmədiyini bildirdiyindən məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir (CPM 327.1.3). Təqsirləndirilən şəxsin dindirilməsi barədə 04 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. 2019-cu ildə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyası yaxınlığında yerləşən binanın tikintisində işləyərkən Zərərçəkmiş şəxs həmin binada yaşamışdır. Həmin ilin oktyabr ayının ortalarında Bərdə rayonunda satışda olan qara rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes-Benz" markalı “Vito” modelli avtomobili almaq qərarına gəlmişdir. Avtomobili almaq üçün pulu olmadığından və Zərərçəkmiş şəxsla aralarındakı tanışlıqdan eyni zamanda, Əfsərin, Bakı şəhərində pasport qeydiyyatında olması səbəbi ilə xahiş etmişdir ki, avtomobili almaqda ona maddi köməklik etsin. Əfsərlə razılaşmışdır ki, avtomobili Əfsərin mülkiyyəti olaraq sənədləşdirib alacaq və Bakı şəhərinə gətirib lizinqə girov qoyaraq pul əldə edib, aldığı pulu qaytaracaq. Bu məqsədlə Əlsər Sadıqov 2020-ci ilin yanvar avında kredit götürmüş və qalan pulu da tamamladıqdan sonra onlar 2020-ci ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxsla birlikdə Bərdə rayonuna gedib həmin “Vito” modelli avtomobili baş etibarnamə əsasında Əfsərin mülkiyyətinə keçirməklə 19.000 manata almışlar. Əfsərin həmin avtomobilə 19.000 manat pul ödənişi olmuşdur. Sonradan avtomobili Bakı şəhərinə gətirdikdə Əfsərin avtomobili almaq üçün "xxxx" ASC-dən götürdüyü 12.100 manat pulla birlikdə borcunu qaytarmaq məqsədi ilə avtomobili adını dəqiq xatırlamadığı lizinq şirkətinə girov qoyaraq 16.000 manat pul götürmüş və həmin puldan 600 manat özünə saxlayıb 15.400 manat pulu Əfsərin avtomobili almaq üçün verdiyi pulun əvəzinə banka və Əfsərin özünə olmaqla ödəmişdir. Qalan 3.600 manat borcdan Əfsərin kreditinin əvəzində ödəniş etmiş və yekunda Əfsərə 2.100 manat bankdakı kreditin ödənişi olaraq borcu qalmışdır. “Covid 19” pandemiyası ilə əlaqədar işləri qaydasında getmədikdə o, avtomobilin lizinqə olan borcunu, eyni zamanda. Əfsərə qalan borcunu ödəyə bilməmişdir. Həmin ərəfədə avtomobili satmaq qərarına gəlmişdir. Avtomobil lizinqdə Əfsərin adına rəsmiləşdirildiyi üçün Əfsərə bu barədə məlumat vermişdir ki, avtomobili satmaq fikrindədir. Belə ki, Əfsər, Bakı şəhərində qeydiyyatda olduğu üçün əvvəldən avtomobili Əfsərin adına rəsmiləşdirmişdir ki, avtomobilin lizinqə girov qoyulması üçün Bakı qeydiyyatında olan şəxsin mülkiyyətində olması vacib olmuşdur. Avtomobili satmaq istəyərkən sadəcə məlumat məqsədi ilə Əfsərə bildirmişdir ki, gələcəkdə narazılıq olmasın. Həmçinin avtomobil üçün əlavə xərclər çəkib avtomobilin salon hissəsində daha yaxşı görünməsi üçün dəyişikliklər etmişdir. Əfsər ona bildirmişdir ki, avtomobil üçün əlavə ödəniş etsin və qalan lizinq borcunu özü ödəyərək avtomobili mülkiyyətinə keçirsin. Bu zaman Əfsərlə razılaşmışdır, çünki maddi durumu yaxşı olmamışdır. Əfsərdən 2020-ci ilin may ayının əvvəllərində ünvan 6 ünvanda 8.000 manat pul almışdır. Lakin sonradan avtomobili razılaşdığı kimi Əfsərə verməmişdir. Əfsərə avtomobili saxlamaqdansa satmağın daha yaxşı olacağını bildirib, avtomobili tanımadığı şəxsə 2020-ci ilin may ortalarında satmışdır. Əldə etdiyi puldan Əfsərdən aldığı 8.000 manat pulu və eyni zamanda Əfsərin avtomobili alarkən verdiyi puldan 2.100 manat borcunu qaytarmamışdır. Aralarında olan tanışlıqdan sui-istifadə edərək Əfsərə yalandan qısa müddət ərzində pulunu qaytaracağını bildirərək bir müddət vaxt qazanmışdır. Sonradan Əfsərin yeni model avtomobil alınaq istəməsini bildikdə təklif etmişdir ki "xxxx" MMC-də işləyən tanışı var, həmin şəxsin vasitəsi ilə avtomobil almaqda köməklik edə bilər. Əfsər təkliflə razılaşmışdır. Anar Aslanov avtomobil satışı ilə məşğul olan tanışı olmuşdur. Anar xarici dövlətdən avtomobili gətirib Bakı şəhəri, Xətai rayonunda yerləşən "xxxx" MMC-yə girova qoyaraq tez bir zamanda satışını həyata keçirməklə məşğul olmuşdur, Əfsər onun vasitəçiliyi üzrə Anar Aslanovla görüşüb ümumi dəyəri 42.500 manat olan qara rəngli 'Mercedes" markalı **-PK-*** dövlət qetdiyyat nişanlı avtomobili lizinq yolu ilə almışdır. Əfsər həmin avtomobili almaq üçün ilkin ödəniş olaraq 13.500 manat Anara pul vermiş və aylıq olaraq 2040 manat lizinqə ödəniş etmək şərti ilə xx.xx.2022-ci il tarixdə həmin avtomobili almışdır. Əfsərə əvvəldən qalan 2.100 manat və əlavə olaraq aldığı 8.000 manatla birlikdə pulun əvəzi olaraq onlar razılaşmışlar ki, həmin avtomobilin aylıq ödənişinin bir hissəsini o, Əfsərdən aldığı pulların əvəzi olaraq cəmi 10.100 manat tamamlananadək ödəsin. Lakin aylıq ödənişi ödəyə bilməmiş və Əfsərin avtombili YPX tərəfindən duracağa yerləşdirilmişdir. Bu yolla aralarında narazılıq yaranmışdır. Bundan başqa Əfsər bildirmişdir ki, həmin avtomobili texniki cəhətdən yoxlatdırıb, problemləri çoxdur, bu səbəbdən geriyə qaytarmaq istəyir. Belə olduqda Anar Əfsərə başqa avtomobil təşkil etmişdir. 17 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs "xxxx" MMC-dən ağ rəngli “Mercedes" markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sənədləşmə işlərinə ödəniş etməklə lizinq yolu ilə almışdır. Bunun üçün o, Əfsərdən sonuncu dəfə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 37 ünvanda yerləşən “Faktor Lizinq" MMC-nin qarşısında 1.000 manat pul almışdır. Həmin ərəfələr də o, Anarın, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evində təmir işi görmüşdür. Bir həftə sonra Anarında evində işlədiyi zaman Əfsər həmin ağ rəngli avtomobili oraya gətirib Anara bildirmişdir ki, avtomobil bahadır həmin məbləği ödəyə bilmir pulunu geri qaytarsın. Belə olduqda Anar, Əfsərə bildirmişdir ki, ya əvvəlki qara rəngli, ya da hazırda qaytarmaq istədiyi avtomobillərdən hər hansı biri satılarsa onun pulunu qaytaracaqdır. Anarın, Əfsərə avtomobillər üçün etdiyi sənədləşmə ödənişi və ilkin ödəniş ilə birlikdə təxminən 16.540 manat borcu yaranmışdır. Sonradan Anarın avtomobili kimə satması pulu nə etməsi, Əfsərin avtomobili almaq üçün etdiyi ilkin ödənişi nə üçün qaytarmaması barədə məlumatı yoxdur. Eyni zamanda Əfsərlə, Anar arasında danışıq olmuşdur ki, pulu qaytara bilməsə Anar başqa bir avtomobil təşkil etsin. X14 avtomobil ilə bağlı aldığı pulu geriyə qaytarmamışdır. Hazırda Anar ölkə xaricindədir. Anarın Əfsərdən aldığı pullarla bağlı heç bir əlaqəsi yoxdur, belə ki, məsələ ilə bağlı sadəcə məlumatlı olmuşdur. Əfsərdən aldığı puldan Anara verməmiş, nə də Anar, Əfsərdən avtomobil satışı üçün aldığı puldan ona heç bir məbləğ verməmişdir. Hazırda Zərərçəkmiş şəxs ümumilikdə 11.100 manat verəcəyi vardır (i.v. 139-141); Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəyə münasibətdə məhkəmə qeyd edir ki, istinad olunan ifadə özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən azad olunmaq üçün verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 adlı övladları vardır (i.v. 142). Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsindən görünür ki, ona vurulmuş 11.000 manat pulun, ötən 2 illik dövr üçün ona müvafiq 1110 manat məbləğində faiz və ödədiyi 127.10 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12.337 manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını CM-nin CM-59.1.4-cü maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, ona dəymiş ziyanı ödəməməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), zərərçəkmiş şəxslə barışıq əldə etməməsi və ona dəymiş ziyanı ödəməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 08 may 2025-ci il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ona vurulmuş 11.100 manat pulun, ötən 2 illik dövr üçün ona müvafiq 1110 manat məbləğində faiz və ödədiyi 127.10 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12.337 manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə sonuncuya 11.100 manat məbləğində maddi ziyan vurması və maddi ziyanı ödəməməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxs də həmin məbləği etiraf etdiyindən, mülki iddia həmin məbləğə münasibətdə təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 11.100 (on bir min yüz) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Məhkəmə ötən 2 illik dövr üçün ona müvafiq 1.110 manat məbləğində faiz məbləğinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutulmasına münasibətdə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Zərərçəkmiş şəxs həmin məbləği nə üçün tələb etdiyini, həmin məbləğin hesablanma qaydasının nəyə əsaslandığı barədə iddia ərizəsində hər hansı hal qeyd edilməmiş, məhkəmə iclasında da bu halı müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddia tələbinin qismən təmin olunması nəzərə alınaraq ödənilmiş dövlət rüsumunu əvəzi olan 127.10 (bir yüz iyirmi yeddi manat on qəpik) manat məbləğində vəsaitin 114.30 (bir yüz on dörd manat otuz qəpik) manatı Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, dövlət rüsumunun qalan 12.80 (on iki manat səksən qəpik) manatı mülki iddiaçı Zərərçəkmiş şəxs özünə aid edilməlidir. İş üzrə maddi sübutlar- "xxxx" ASC-dən alınmış çıxarışın, "xxxx" MMC-dən verilmiş etibarnamələrin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 28 (iyirmi səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Maddi sübut kimi tanınmış "xxxx" ASC-dən alınmış çıxarışın, "xxxx" MMC-dən verilmiş etibarnamələrin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin, 11.100 (on bir min yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 114.30 (bir yüz on dörd manat otuz qəpik) manatı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin, dövlət rüsumunun qalan 12.80 (on iki manat səksən qəpik) manatı mülki iddiaçı Zərərçəkmiş şəxs özünə aid edilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs 28 (iyirmi səkkiz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 308 (üç yüz səkkiz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar