Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-147/2023 02.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəvməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Estetik Lab klinikasında kosmetoloq işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20ci sahə, Salyan şossesi, fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının ortalarından 2022-ci ilin iyun ayının sonlarınadək olan müddət ərzində ünvan 2 ünvanında yaşayan tanışı X2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə müvafiq qaydada 50 və 100 manat məbləğlərdə gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 və 300 manat məbləğlərdə pulun müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zöhrə Bayramovanı tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, 2022-ci ilin iyul ayının əvvəllərində ünvan 3 ünvanında yaşayan dayısı qızı Zərərçəkmiş şəxs2 ilə mobil telefonun "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və müvafiq qaydada 50 və 100 manat məbləğlərdə gəlir əldə etmək məqsədi ilə iki dəfə həmin kişi müştərilərlə 200 və 300 manat məbləğlərdə pulun müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, maddi ehtiyaclarını ödəmək məqsədilə rəfiqəsi Zöhrə və dayısı qızı Günelin görüşməsi üçün müxtəlif şəxslər tapmış, görüşdükdən sonra əldə edilmiş puldan 50 və 100 manatını özünə götürmüşdür. Zöhrə və Güneli pul qarşılığında görüşdürdüyü şəxsləri “Tinder” sosial şəbəkəsindən təsadüf nəticəsində tapdığından həmin şəxslərin anket məlumatlarını bilməmişdir. Daha sonra o, əməlindən peşman olduğunu, azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 6-7 il əvvəl gözəllik salonunda tanış olmuş, ailəsində problemlər olduğuna görə Firəngizin evində yaşamağa başlamışdır. Firəngiz onun maddi vəziyyətinin yaxşı olmadığını görüb bildirmişdir ki, dostu ilə onu tanış edə bilər.Bir müddət sonra elə bir vəziyyət yaranmış ki,Firəngiz onu pul müqabilində ayrı-ayrı şəxslərlə görüşdürmüşdür. Həmin puldan Firəngiz hər dəfə özünə bir hissə götürmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi qızıdır. 2022-ci ilin iyul ayında Firəngizlə danışıqlar zamanı maddi vəziyyətinin yaxşı olmadığın bildirmişdir. Bu zaman Firəngiz ona bildirmişdir ki, tanışları ilə görüşə bilər. O, maddi sıxıntıları olduğundan 2022-ci ilin iyul ayının əvvəllərində Firəngizlə razılaşmış, pul müqabilində iki şəxslə görüşmüşdür. O da həmin puldan 50 manatını Firəngizə vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində bildirmişdir ki, təxminən 2022-ci ilin may ayında “Tinder” sosial şəbəkəsi vasitəsilə bir qadınla tanış olmuş, onlar bir qədər “Tinder” sosial şəbəkəsində danışdıqdan sonra mobil telefon nömrələrini götürmüşlər. Həmin qadının profil adını hazırda xatırlamasa da “Whatsapp" nömrəsini xatırlamış, o Həmin qadının istifadə etdiyi ********** rəqəmli mobil nömrə ilə özünə məxsus ********** rəqəmli mobil nömrədən “Whatsapp” vasitəsilə əlaqə saxlamış, həmin qadınla danışdığı zaman qadına cinsi əlaqədə olmaq istədiyini bildirmiş, qadın ona bir neçə nəfər digər qadının şəkillərini göndərmiş, o, şəkillərə baxdıqdan sonra bilmişdir ki, şəkildəki qadınların heç biri onun özü deyil. Bundan sonra o həmin qadınla sağollaşıb bir daha əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxslərin heç biri ilə görüşməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid14 ifadəsində bildirmişdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərin heç birini tanımır və görüşməmişdir. Xatırlamadığı bir nömrə ilə görüşmək və qiymət barədə yazışması olmuşdur. Həmin nömrəni işlədən şəxsin adını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində bildirmişdir ki, “Tinder” sosial şəbəkəsində bir qadınla tanış olmuş, lakin həmin qadının adını xatırlamamış, həmin qadınla biraz söhbət etdikdən sonra qadına məxsus “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlamış, bundan sonra həmin qadının vasitəsilə tanış olduğu məhkəmə iclas zalında əyləşmiş X2 ilə pul müqabilində görüşdüyünü bildirmişdir. Cinayət işi üzrə şahidlər Şahid4, Şahid1, Şahid3 və Şahid9 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişdirlər. Məhkəmə iclasında onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmiş, təqsirləndirilən şəxsin ifadəsinə oxşar ifadə vermişdirlər. Cinayət işi üzrə Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. Şahidlər Şahid15, Şahid8, Şahid13, Şahid10, Şahid11, Şahid12 və Şahid7 məhkəmə iclasında ifadələri elan edilərək tədqiq edilmişdir.Onların ifadəsi təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Samsung A50 markalı mobil telefona baxış keçirilmiş, “Whatsapp” mobil tətbiqinin “söhbətlər” bölməsində pul müqabilində müxtəlif şəxslərə qadınlar təklif etmişdir. Həmin yazışmaların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X1 məxsus Samsung A50 markalı mobil telefon maddi sübut kimi tanınmış və ona qaytarılmışdır. İş materiallarında olan 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 07 dekabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AZ-İV420328 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X3 adlı azyaşlı uşağı var. İş materiallarında olan zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, təqsirləndirilən şəxslə barışdıqlarını, dəymiş ziyanın ödənilməsini və ona qarşı tələb və şikayətlərinin olmamasını bildirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə cinayətini törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, mobil telefona baxış protokolu ilə, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 243.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib səmimi peşmançılıq çəkdiyini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təkrar cinayət törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi aşkar etmişdir. İttiham aktında Azərbaycan Respublikası CM-in 61.1.6-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi cinayətin tamah məqsədilə törədilməsi müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, CM-nin 61.3-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, ona Azərbaycan Respublikasının CM-in 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut X1 qaytarılmış Samsung A50 markalı mobil telefon aparatı onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut X1 qaytarılmış Samsung A50 markalı mobil telefon aparatı onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Hökmdən 20 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-147/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-147/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver