Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-148/2020 19.06.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs hüquqi varisi X11 və müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, Şıxlinski küçəsi ev 39, mənzil 32qediyyatdaolmaqla, ünvan 1 ünvanında yaşamış - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, etibarnamə əsasında idarə etdiyi “Nissan Sunny” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsinin qarşısında olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğun olaraq avtomobili arxaya hərəkət etdirməzdən əvvəl arxada və yan tərəfdə hərəkət üçün heç bir maneənin olmamasına əmin olmalı, piyadanın olması şəraitində piyada avtmobilin arxaya hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra arxaya hərəkət etdirməli, təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunu etməmiş, sol tərəfdə piyada Zərərçəkmiş şəxs olmasına fikir vermədən avtomobili təxminən 2-3 km/saat sürətlə geri hərəkət etdirərkən, avtomobilin sol tərəfində dayanmış piyada Zərərçəkmiş şəxs sol ayağının üstündən avtomobilin qabaq sol təkəri ilə keçərək, nəticədə ehtiyyatsızlıqdan ona hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol aşıq-baldır oynağı və ayaq səviyyəsində bağlarının cırılması, sol aşıq-baldır oynağının deltavari bağın hissəvi cırılmasından ibarət sağlamlığın uzun müddət pozulmasına, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Təqsirləndirilən şəxs öldüyündən onun hüquqi varisi qismində tanınması barədə müraciət etmiş yaxın qohumu – oğlu, X21 təqsirləndirilən şəxsin hüquqi varisi hesab olunmuş, sonuncunun Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi əsası ilə cinayət təqibinə xitam verilməsinə razılığı olmamış və iş üzrə məhkəmə baxışı davam etdirilmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, təxminən on ildən artıqdır ki, qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs və ailəsi ilə aralarında münasibətlər yaxşı olmamışdır. Belə ki, Yusiflə rəhmətlik atasının arasında münasibətlər torpaq üstündə pisləşmişdir. Təqsirləndirilən şəxs həyətin gediş-gəliş hissəsində və orta məktəbin həyətində özünə qeyri-qanuni yaşayış sahəsi inşa etdirmiş, Yusifin inşa etdiyi evin qarşı hissəsində isə onların həyəti olmuş və həmin həyətdə atası o vaxtdan iki ədəd daşdan ibarət qeyri-yaşayış sahəsi tikdirmişdir. X29 üçüncü qrup əlil olduğuna görə öz sosial təlabatlarını qarşılamaq məqsədi ilə həmin qeyri- yaşayış sahəsinin bir tərəfində avtoyuma məntəqəsi, digər tərəfində isə dəmirçi-rəngsaz sexi açmışlar və Asif də həmin avtoyuma məntəqəsində avtomaşın yumuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə avtoyuma məntəqəsinin yanında olan bağda qonşularla oturub söhbət edərkən Təqsirləndirilən şəxs özünə məxsus ağ rəngli “NİSSAN SUNNY” minik markalı, **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla işlətdikləri avtoyuma məntəqəsinin qarşısına gəlib avtomaşınını avtoyuma məntəqəsinin qarşısında olan müştərinin yuyulmaqda olan maşınına sıx saxlayaraq qardaşı Asifə təhqiramiz ifadələrlə onu çağırmasını tələb etmiş, qardaşı Asif onun yanına gəldikdə Yusif ona “qardaşın haradadır, cağır gəlsin bura” sözlərini demiş, o, Yusifə isə, “çıx get, mənim qardaşımı təhqir eləmə” sözlərini demiş, lakin Yusif yenidən qardaşı Asifdən onu çağırmasını tələb etmişdir. Bundan sonra qardaşı Asif gəlib onu çağıranda Asifə Təqsirləndirilən şəxs çıxıb getməsini və söz söhbət yaratmamasını deməsini bildirmişdir. Bundan sonra Yusif inadından əl çəkməyib bağçanın qapısından onu görmək üçün maşını arxaya verərək ona “bura gəl” deyərək bayıra çağırmışdır. Yusifin yanına gəlib nə istədiyini soruşduqda, Yusif ona, onların mülkiyyətlərini sökdürüb onları buradan köçürdəcəyini bildirmiş və ölümlə hədələyərək obyekti bağlamaqlarını və orada avtoyuma məntəqəsi işlətməmələrini tələb etmişdir. Bundan başqa, Yusif yuyulan maşının buradan çəkilməsini və burada avtomaşını ilə dönmə əməliyyatı aparmaq istədiyini bildirmiş, bu zaman Yusifə çıxıb getməsini və yenidən söz-söhbət yaratmamasını bildirmiş, Yusif bu zaman onu təhqir edərək maşınla vurub öldürəcəyini demişdir. Həmin vaxt Yusif maşının qapısını açıb dava etmək məqsədi ilə maşından düşüb onun üstünə gəlmək istədikdə maşının qapısını əli ilə bağlamış, bu an Yusif maşında olan həyat yoldaşı Natellaya maşından düşüb ona sillə vurmağını tələb etmiş və bundan sonra Natella maşından düşərək onun üzərinə gəlmişdir. Qadın xeylağından uzaq durmaq üçün Natella üzərinə gələndə bağçaya tərəf getmiş, sonra Natellanın qardaşı Asifin üzərinə gələrək Asifi təhqir etdiyini görmüş və münaqişənin böyüməməsi üçün yenidən qardaşı Asifin yanına gəlmişdir. Bu zaman Natella onu təhqir etmiş və qonşusu Həmdullanın da Natellaya irad bildirdiyini gördüyü an Yusif münaqişəni qızışdırmaq üçün avtoyuma məntəqəsindəki müştərinin maşınını vuracağını bildirmişdir. Bu zaman mobil telefonunu çıxarıb onun əməlini videoya çəkmək istəmiş, həmin vaxt Yusif avtomaşını onun üzərinə sürmək istəmiş, səs-küyə yaxınlıqda olan qonşular yığışmışdır. Yusifə dəfələrlə çıxıb getməsini bildirmiş, bu zaman Yusif avtomaşını sol istiqamətə yönəltmiş və onu iki avtomaşının arasında sıxmaq istəmiş, o və qonşular avtomaşının qabaq hissəsinə keçib Yusifə avtomaşını sürməyə icazə verməmişlər. Bundan sonra Yusifdən avtomaşını kənara çəkməyi tələb etdikdə, Yusif avtomaşının sükanını əks tərəfə döndərərək təkrar onu digər maşına sıxıb vurmaq niyyəti ilə arxaya hərəkət etdirmiş, avtomaşının qabaq təkəri ayağının üstünə çıxmış və bir qədər dayanmışdır. Bu zaman o, yerə yıxılmış, yerə yıxılanda qonşular və özü qışqıraraq ayağa dura bilməsi üçün Yusifdən avtomaşını çəkməsini tələb etmiş, ayağa duranda sol ayağında möhkəm ağrılar hiss etmiş, həyətdə olan qonşular təcili yardım çağırmışlar. Onun yıxılmağını və qonşuların təcili yardım çağırmasını Yusif görmüş və maşını arxaya sürərək “sənə heçnə olmayıb, həkimləri nahaq yerə narahat etmə, mənə şər atma, sən belə edirsənsə mən də gedib səndən polisə şikayət edəcəyəm” sözlərini demişdir. Təqsirləndirilən şəxs konkret hadisə yerinə həkimlərin çağırılmasını bilmişdir. Bundan sonra o, təcili yardımla 7 saylı poliklinikaya getmiş, orada həkimlər onu müayinə edərək ayağının möhkəm əzilməsini ona bildirmişlər. Bundan sonra evə gəlmiş və səhəri gün DİN-nin hospitalına müraciət etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində Təqsirləndirilən şəxs ilə arasında xüsusi ittiham qaydasında dəfələrlə mübahisələri olmuş, həmin gün hadisə yerinə Yusif qəsdən onu şərləmək məqsədi ilə gəlmiş, hətta 2017-ci ildə balta ilə üzərinə hücm etmişdir. Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısının sualına zərərçəkmiş şəxs cavab olaraq hadisə vaxtı şəxsi avtomobilinin 263 saylı orta məktəbin, avtoyuma məntəqəsinin qarşısında olduğunu bildirmişdir. Müdafiəçinin sualına zərərçəkmiş şəxs cavab olaraq hadisə yerində qalmağında məqsədinin Yusifin digər avtomobillərə zərər vurmasının qarşısını almaq olduğunu, münaqişənin olmaması üçün Yusifin qapını açıb düşməyinə imkan vermədiyini, hadisə yerindən bir dəfə uzaqlaşdığını, təkrar Yusifin yoldaşının qardaşını söyməsi səbəbindən qardaşını aparmaq üçün gəldiyini, mübahisəni 5-7 dəqiqə olduğunu, polis əməkdaşı olduğu üçün özünün münaqişənin qarşısını almağa və sakitləşdirmək istədiyini, bu səbəbdən 102 xidmətinə zəng etmədiyini, Yusifin maşını əvvəlcə qabağa sürdüyünü və onun dala çəkildiyini, Yusifin ona əl atdığını, sonra maşını arxaya sürəndə təkərin ayağına çıxdığını, həmin an maşına əli ilə vurduğunu, təkər ayağına çıxanadək maşına toxunmadığını, Təqsirləndirilən şəxs maşını arxaya verən zaman o, arxaya çəkilən anda təkərin ayağına çıxdığını, qəsdən ayağını təkərin altına atmadığını, Təqsirləndirilən şəxs maşından düşmədiyini, Təqsirləndirilən şəxs vurmadığını və təhqir etmədiyini, ikinci dəfə qardaşı Asifə görə qayıtdığını, Təqsirləndirilən şəxs maşını uzaqlaşdırmasına mane olmadığını, avtoyumada müştərinin maşının olduğunu, Təqsirləndirilən şəxs maşını ilə həmin maşının arasında yıxıldığını, müştərinin orada olmadığını, həmin vaxt Həmdulla və Emilin orada olduğunu, Təqsirləndirilən şəxs maşınla onu sıxdığı üçün kənara çəkilə bilmədiyini, Yusifin hərəkətlərinin ehtiyatsızlıq deyil qəsd olduğunu, gələcəkdə Yusifin hərəkətlərində qəsd olduğuna görə vəsatət verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə kommunal xərcləri poçtda ödəyib qayıdanda kişi səsi ilə nalayiq ifadələr eşitmiş, lakin səsi gələn şəxsi görməmişdir. Sonra avtoyuma məntəqəsində işləyən Asif adlı şəxsin bir nəfərlə danışdığını görmüş, bir qədər irəliləmiş və Asifə yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Asif ona ağ rəngli, **-HE-*** dövlət nömrə nişanlı, “Nissan Sunny” minik markalı avtomobildə əyləşən, sonradan adını Yusif kimi bildiyi şəxsin Asifə nalayiq ifadələr işlətdiyini və qardaşı Aqili çağırmasını tələb etdiyini və daha sonra maşından bir nəfər qadının düşərək Asifə qarşı yenidən nalayiq ifadələr işlətməyə başladığını, qadadının Asifə “ruhi xəstə, sus danışma” sözlərini deyərək onu aşağılamağa çalışmasını bildirmişdir. Bunu görüb qadına etiraz etmiş, daha sonra maşında olan Yusif adlı şəxsə yaxınlaşıb söyüş söyməməsini və etik qaydalara riayət etməsini xahiş etmişdir. Bu zaman Aqil də həmin yerə gələrək eyni sözləri Yusifə demiş və Yusifdən çıxıb getməsini xahiş etmiş, lakin Yusif bir neçə dəfə maşının qapısını açıb düşmək və münaqişəni daha da qızışdırmağa cəhd etsə də, Aqil əli ilə maşının qapısını örtmüş və Yusifi maşından düşməyə qoymamışdır. Aqil avtoyuma məntəqəsinin qarşısındakı yuyulmaqda olan maşınla Yusifin idarə etdiyi ağ rəngli, **-HE-*** dövlət nömrə nişanlı “Nissan Sunny” minik markalı avtomobilin arasında olmuşdur. Bu zaman Yusif maşını qəflətən irəli, sonra geri vermiş, Aqilin ayağının maşının qabaq sol təkərinin altında qaldığını görmüşdür. Həmin an Aqil qışqıraraq yerə yıxılmış, daha sonra Yusifə maşını azca qabağa sürməsini demiş, Yusif maşını qabağa sürmüşdür. Daha sonra ətrafdakı şəxslər kömək edərək Aqili yerdən qaldırmış və 7 saylı TTYS-na aparmışlar. Dövlət ittihamçısının sualına şahid cavab olaraq Aqilin qonşusu olduğunu və qonşu kimi tanıdığını, rəhmətlik Yusiflə münasibətinin olmadığını və ona salam vermədiyini, Aqilin avtomobilin qabaq hissəsində dayandığını, rəhmətliyin karıxdığını və avtomobili saxladığını, sonra maşını geri verdiyini, maşında digər şəxsin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin sualına şahid cavab olaraq Aqilin rəhmətliyi vurmadığını və söymədiyini bildirmişdir. Müdafiəçinin sualına şahid cavab olaraq mübahisənin 20 dəqiqə çəkdiyini, öncə Aqilin orada olmadığını, Asifi təhqir etdikləri üçün Aqilin oraya gəldiyini, Aqilin Yusifə söyüşlə danışma dediyini, Aqilin avtomobilə müdaxilə etmədiyini, Yusifə əli ilə toxunmadığını, sonra maşının Aqilin ayağının üstünə çıxdığını, Yusifdə xəsarət görmədiyini, maşının təkərinin Aqilin ayağının üstünə çıxanda Aqilin qışqırdığını, bu an Təqsirləndirilən şəxs ürəyini tutduğunu, sonra maşını sürüb aralaşdığını bildirmişdir. Məhkəmənin sualına şahid cavab olaraq Təqsirləndirilən şəxs maşının qapısını açıb düşmək istədiyini, Aqilin qapını əli ilə tutub Yusifi maşından düşməyə qoymadığını, Yusifin maşını əvvəlcə qabağa verdiyini, sonra arxaya verəndə Aqilin ayağı qaldığını, Aqil “vay ayağım” deyib qışqıraraq belini arxadakı maşına söykədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə dostu Aqillə Aqilin qardaşı Asifə məxsus avtoyuma məntəqəsinin bağçasında çay içmişlər. Qonşu Təqsirləndirilən şəxs özünə məxsus olan **-HE-*** dövlət nömrə nişanlı, ağ rəngli “Nissan Sunny” minik markalı avtomobili ilə avtoyuma məntəqəsinin qarşısında yuyulmaqda olan müştərinin maşınına tərəf gedərək həmin maşına tərəf sıx saxlayaraq dayanmışdır. Bu zaman Asif qardaşı Aqilin yanına gələrək Yusifin onu çağırdığını bildirmiş, lakin Aqil Yusiflə üzbə-üz gəlmək istəmədiyi üçün bayıra çıxmamışdır. Daha sonra Yusif qışqıraraq Aqili çağırmağa başlamış, bu zaman Aqil bayıra çıxmış, bir neçə dəqiqədən sonra Aqil bağçaya qayıtmışdır. Bu zaman Yusifin həyat yoldaşı Natella adlı qadın Aqilin qardaşı Asifin üstünə qışqırmağa başlamış, Aqil münaqişənin yaranmasının qarşısını almaq məqsədi ilə yenidən bayıra çıxıb qardaşı Asifi içəri gətirmək istəmişdir. Lakin vəziyyət elə gətirmiş ki, Aqil də bayırda qalmış və istər-istəməz münaqişəyə daxil olmuşdur. Daha sonra bayırdan səs-küy gəldiyini eşitmiş və həmin səs-küy bir neçə dəqiqə davam etmişdir. Bayırdakı səs-küyün səbəbini öyrənmək məqsədi ilə bayıra çıxmış, bayıra çıxdıqda Aqilin Yusifə “sür çıx get burdan” sözlərini dediyını eşitmiş və görmüşdür. Bu zaman Yusif Aqili iki maşının arasında sıxmaq məqsədi ilə avtomobili ilk öncə qabağa sürmüş və daha sonra sükanı əks istiqamətə yox, yəni digər maşına tərəf döndərərək bilərəkdən arxaya tərəf sürmüş, bundan sonra Aqil yerə yıxılıb qışqırmağa başlamışdır. Aqil yerə yıxılan zaman Aqilə yaxınlaşdığı üçün onun ayağının üstünə tərəf çıxmışdır. Bu zaman Yusifə əli ilə işarə edərək maşını qabağa sürməsini bildirmiş, sonra Yusif maşını qabağa sürmüşdür. Bundan istifadə edərək Aqilə kömək edib Aqilin ayağını maşının qabaq sol təkərinin altından çıxartmaq məqsədi ilə Aqili özünə tərəf dartmış, sonra Yusif sərbəst şəkildə maşını arxaya verərək həyat yoldaşı ilə birlikdə oradan uzaqlaşmışlar. Aqil isə ayağından xəsarət aldığı üçün ətrafdakı digər şəxslərin köməyi ilə 7 saylı TTYS-na aparılmışdır. Dövlət ittihamçısının sualına şahid cavab olaraq Aqilin söz-söhbət olmasını isdəmədiyini, ona görə Yusifin yanına getmədiyini, sonra Təqsirləndirilən şəxs Aqili maşının şüşəsindən çağırdığını, həmin vaxt Aqilin oraya getdiyini və hadisə baş verdiyini, Aqil ikinci dəfə səhv etmirsə qardaşı Asif təhqir olunduğu üçün oraya getdiyini, hadisə təxminən 10 dəqiqə çəkdiyini, bağçadan gələn vaxt Aqilin yıxıldığını, bağçada oturduğu yerdən baş verənlərin görsənmədiyini və sözlərin aydın eşidilmədiyini, Yusfin, yoldaşının və Aqilin səsinin gəldiyini, Yusiflə tanışlığının olmadığını, bağça ilə avtoyuma arasında 12-13 metr məsafə olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin sualına şahid cavab olaraq Aqilin Yusifi təhqir etmədiyini və vurmadığını, 2-ci dəfə çıxanda söz-söhbət olmasın deyə Aqilin Asifi gətirmək istədiyini, Yusifə “çıx get burdan” dediyini bildirmişdir. Müdafiəçinin sualına şahid cavab olaraq bağçada olanda hadisə yerini görmədiyini, səs-küyə görə çıxdığını, oraya gələn vaxt Aqil “ay ayağım” dediyini və ora çatanda yıxıldığını gördüyünü, oraya gələnə qədər olan söhbətləri eşitmədiyini, Aqil yıxılana qədər orada olmadığını, Natella xanımın harda dayandığını bilmədiyini, ona fikir vermədən Aqilin yanına qaçdığını, Aqil ilə bir yerdə oturduğunu, ona görə Aqilin gedibgəlməsini görürdüyünü, Aqilin 2-ci dəfə qardaşı Asifə görə getdiyini, səs-küyə görə çıxdığını, ora çatanda Aqilin yıxıldığını gördüyünü, Yusifə maşını qabağa sürməsini dediyini, təkərin Aqilin ayağının üstündən düşdüyünü, əvvəllər Yusiflə Aqilin arasında münaqişələrin olması barədə məlumatının olduğunu, əvvəl həmin avtoyumada işlədiyini, Aqilin qardaşı Ramil ilə aralarında müqvilə olduğunu, 6-7 ay işlədikdən sonra çıxdığını, orada rəngsaz işlədiyini, həmin müddətdə orada gərginliyin şahidi olmadığını bildirmişdir. Məhkəmənin sualına şahid cavab olaraq oraya gələnə qədər səs-küy olduğunu, çatanda Aqilin “ay ayağım” deyib yıxıldığını gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, hadisə günü mərhum əri Yusiflə həkimdən gəlmiş, qapılarının qarşısında Aqilin maşını dayandığından Yusif maşını içəri sala bilmiş, ətrafda da maşınlar olmuşdur. Yusif rahat döndərib içəri girə bilsin deyə maşını qabağa tərəf vermiş, maşını qabağa verəndə Asif Aqili çağırmağa getmişdir. Aqil gələndə Yusifi təhqir etmiş, həmin vaxt maşında olmuş, Yusif ona maşından düşüb yol göstərməsini demiş və buna görə maşından düşmüşdür. 1-ci dəfə gələndə Aqil Yusifə tərəf cummuş, həmin vaxt Emil və başqa bir oğlan Aqili aparmışlar. Sonra Aqil 2-ci dəfə yenidən onları təhqir edərək oraya gəlmiş, Yusifi ürək hissəsindən yumruqla vurmuş, Yusifin halı pisləşmiş, Aqil özü qəsdən ayağını maşının təkərinin altına qoymuşdur. Dövlət ittihamçısının sualına şahid cavab olaraq Aqilin özünün qəsdən ayağını maşının təkərinin altına qoyduğunu, darvazanın qabağında və ətrafda maşınlar olduğu üçün Yusif maşını çətinliklə hərəkət etdirdiyini, maşını arxaya verib həyətə salmaq olmadığına görə maşını döndərib qabaq-qabağa salmağa çalışdığını bildirmişdir. Zərərçəkmiş şəxsin sualına şahid cavab olaraq darvazanın ağzında maşın olanda siqnal verdiklərini və maşının sahiblərinin gəlib maşını çəkdiklərini və həyətə girdiklərini, Aqilə “nə istəyirsiz bizdən?” dediyini, Aqilin onlara “köçün gedin burdan” dediyini, buna görə Aqilə qolunu göstərdiyini, Yusifin və onun Aqilə və qardaşına söymədiyini, Aqildə heç bir şey olmadığından ona tibbi yardım göstərmədiyini, oradan polisə getdiklərini bildirmişdir. Məhkəmənin sualına şahid cavab olaraq əvvəlcə maşında arxada oturduğunu, sonra maşından düşdüyünü, Aqilin Yusifi vurduğundan Yusifin vəziyyətinin pisləşdiyini, Aqilin qəsdən ayağını maşının təkərinin altına qoyduğunu gördüyünü bildirmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X15 dövlət ittihamçısının sualına cavab olaraq cinayət işinin materialları ilə tanış olduğunu, təhlükə olmadığı halda maşını arxaya hərəkət etdirməyin mümkün olduğunu, qanunun müvafiq maddəsində maşını arxaya hərəkət etdirən zaman surətlə bağlı müddəa olmadığını bildirmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X15 müdafiəçinin sualına cavab olaraq istintaq orqanının qərarına əsasən rəy verildiyini, qərarda sükana müdaxilə edilməsinin olmadığını, təhlükə anını müəyyən etməyin istintaq orqanının səlahiyyətinə aid olduğunu, qərarda göstərilən hallara əsasən sürücünün Qanunun müvafiq maddəsinin tələblərini pozduğu barədə rəy verildiyini, piyadanın hərəkətlərinin tədqiqat obyekti olmadığını, piyadanın özünü qəsdən maşının altına atması hüquqi məsələ olduğunu və ekspertin ona qiymət vermək səlahiyyətinin olmadığını, piyada ilə maşın arasındakı məsafənin qərarda göstərilmədiyini, yalnız ekspertizanın təyin edilməsi barədə qərarda göstərilən mexanizmə uyğun rəy verildiyini bildirmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X15 məhkəmənin sualına cavab olaraqpiyadanın hərəkətlərinin hadisə ilə səbəbli əlaqəsinin olmasının tədqiqat obyekti olmadığını, rəy verilərkən əsas ekspertizanın təyin edilməsi barədə qərarda göstərilən mexanizm olduğunu, xatırladığı qədəri ilə videogörüntüyə baxmadığını, videogörüntü olsa belə, ekspert rəy verilərkən əsas ekspertizanın təyin edilməsi barədə qərarda göstərilən mexanizmi götürdüyünü və ona uyğun da cavablandırma aparıldığını, məhkəmə tərəfindən hadisənin mexanizminin fərqli olması müəyyən edildiyi halda bunun məhkəmə tərəfindən qiymətləndirildiyini, piyadanın hərəkətlərinin qanuna uyğun olubolmaması ekspertin tədqiqat obyekti olmadığını, əgər belə sual qoyulsa idi, həmin hissədə rəy verilməkdən imtina ediləcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, faktla görə CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi istintaq aparılması üçün Xətai RPİnin İŞ-inə göndərilmişdir (i.v. 01); məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Bakı şəhəri Xətai rayon MTE və PA şöbəsinə həvalə edilmişdir (i.v. 07); hadisə yerinə baxış baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən hal şahidləri X8, X4 iştirakı ilə Xətai rayonu G.Mehmandarov 76 ünvanında yerləşən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Xətai rayonu G.Mehmandarov 76 ünvanında avtoyuma məntəqəsi yerləşir, avtoyuma məntəqəsinin sağ tərəfində məntəqəyə bitişik hissədə qeyri-yaşayış sahəsi yerləşir, qeyri-yaşayış sahəsinə bitişik hissədə ağaclıq sahəsi yerləşir, avtoyuma məntəqəsinin qarşısında torpaq yol yerləşir. Avtoyuma məntəqəsinin sol tərəfində arakəsmə yol yerləşir, avtoyuma məntəqəsi ilə üzbə-üz hasar, hasara bitişik sahədə isə darvaza yerləşir. Hadisə yerində avtomobil detallarına aid qırıntılar və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir dəlil aşkar olunmamışdır. Hadisə yerinə baxış baxış keçirilməsi ilə bağlı protokol tərtib olunarkən hadisə yerinin sxemi tərtib olunaraq protokola əlavə edilmişdir (i.v. 10-11); Təqsirləndirilən şəxs istintaq orqanın verimiş olduğu xx xxxxxxxx 2019-cu il tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs həmin izahatında ona verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən dörd il olar ki, “NİSSAN SANNY” minik markalı, **-HF-*** dövlət nömrə nişanlı avtomaşını idarə edir. Onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs qonşusu kimi on beş il olar ki, tanıyır. Adil və ailəsi çox problemli insanlar olduğundan onların, yəni onun və ailə üzvlərinin Zərərçəkmiş şəxsla münasibəti yaxşı olmamışdır. Aqil və ailəsi demək olar ki, mütamadi olaraq onlara sataşmış və onlara köçüb oradan getmələrini bildirmişdir. Bunun üstündə neçə illərdir ki, aralarında mübahisələr yaranmış və mütamadi davam etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində o, şəhərdən evə gəlmiş və avtomaşını həyətinin içərisinə salımaq istəmişdir. Bu zaman qonşusu Aqilin öz avtomaşınını onun qapısının ağzında saxladığını görmüş və o, bu səbəbdən həyətə avtomaşını park edə bilməmişdir. Bu zaman o, avtomaşını arxa-arxaya həyətə salmaq istədikdə Aqil ona yaxınlaşaraq nə üçün avtomaşını ora verdiyini və avtomaşını arxaya verərək oradan çıxmasını bildirmiş, o da Aqilə avtomaşını öz həyətinə salmaq istədiyini bildirmişdir. Bu zaman Aqil onun sinəsindən möhkəm vurmuş və həmin zərbədən sonra o, cərrahi əməliyyatdan yeni çıxdığı üçün bir anlıq özünü çox pis etmişdir. Bu zaman o, avtomaşını arxaya vermək istədikdə, Aqil ayağını o, avtomaşınla onun ayağının üstündən keçsin deyə qabaq təkərin altına qoymuş, bu zaman o, Aqilin bu hərəkətini görüb avtomaşını qabağa hərəkət etdirmək istəmiş, Aqil həmin vaxt ayağını avtomaşının qabaq təkərinin qabaq hissəsinə qoymuş, lakin o, avtomaşını saxlamış və sürməmişdir. Sonradan Aqilin ondan guya onun avtomaşınla Aqilin ayağının üstündən keçib xəsarət yetirməsi ilə bağlı şikayət etdiyini eşitmişdir. Lakin o, avtomaşınla Aqilin ayağının üstündən keçməmiş, bu şər və böhtan olmuşdur (i.v. 13-14); məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Bakı şəhəri Xətai rayon MTE və PA şöbəsinə həvalə edilmişdir (i.v. 19); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17- Təcrübi və Tədris Biliyinin canlı şəxsin ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 932 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər – hərəkət məhdudluğu və ağır simtomu ilə qeyd olunan döş qəfəsinin ön səthi və sol bazu nahiyələrində hematomlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Təqsirləndirilən şəxs M.Ə.Əfəndiyev adına 2 saylı ŞKX-da müəyyən edilmiş “Ürəyin işemik xəstəliyi, qeyristabil stenokardiya Şəkərli diabet İİ tipİnsusulin tələbli, Korner stent əməliyyatından sonrakı vəziyyət, Kardioskleroz Səyrici aritmiya” və C.Abdullayev adına X1 müəyyən edilmiş “ULX Stabil – qeyri-stenokardiya İnfarktdan sonrakı vəziyyət, Angiloplastikadan sonrakı vəziyyət (2015) (2019), Ürək çatışmamazlığı İİ st, Səyrici aritmiya, Hipertoniya xəstəliyi İİİ dərəcə, Şəkərli diabet tip 2” diaqnozları xəstəlik əlamətləri olub, onları travma ilə əlaqələndirmək mümkün olmamışdır (i.v. 23-25); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17- Təcrübi və Tədris Biliyinin canlı şəxsin ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 951 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – hərəkət məhdudluğu və ağır simptomu ilə müşayət olunan sol aşıq-baldır oynağı və ayaq səviyyəsində bağlarının cırılması, sol aşıq baldır oynağının deltavari bağın hissəvi cırılması küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə yəni, piyada qismində yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (i.v. 26-28); cinayət işinin icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, 19116199 nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (i.v. 29); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 34); əşyanı könüllü təqdim etmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istinaaqı aparılan ********* nömrəli cinayət işi üzrə sübuti əhəmiyyət kəsb edə biləcəyi üçün özünə məxsus qeyri-yaşayış sahəsinə quraşdırdığı nəzarət-müşahidə kamerasından əldə etdiyi videogörüntüləri 01 ədəd “CD” diskə köçürməklə həmin “CD” diski könüllü olaraq istintaq orqanına təqdim etmiş, istintaq üçün əhəmiyyət təşkil etdiyi nəzərə alınaraq Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “CD” disk iş üzrə maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən götürülmüş və bu barədə protokol tərtib edilmişdir (i.v. 42); ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən Zərərçəkmiş şəxs ifadəsi həmin tarixdə yerində yoxlanılmış və Zərərçəkmiş şəxs hadisə yerində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə moykanın yanında olan bağda qonşuları ilə oturub söhbət edən zaman, həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus “NİSSAN SUNNY” minik markalı, **-HE-*** dövlət nömrə nişanlı avtomaşını ilə onların işlətdikləri moykanın qarşısına gəlib avtomaşınını avtoyuma məntəqəsinin qapısında müştərinin yuyulmaqda olan maşınına sıx saxlayaraq Asifə təhqiramiz ifadələrlə onu çağırmasını tələb etmiş, qardaşı Asif yanına gəliərək Yusifin onu təhqiramiz ifadələr işlətməklə çağırdığını tələb etməsini demişdir. Qardaşı Asif, Təqsirləndirilən şəxs çıxıb getməsini və qardaşını təhqir etməməsini bildirsə də, Təqsirləndirilən şəxs yenidən onu çağırmasını Asifdən tələb etmişdir. O, Təqsirləndirilən şəxs yanına gələrək nə istədiyini soruşduqda, Təqsirləndirilən şəxs ona buranı bağlatmağını və avtoyuma məntəqəsini işlətməmələrini tələb etmişdir. O, Təqsirləndirilən şəxs çıxıb getməsini bildirmiş, həmin vaxt Yusif maşının qapısını açıb dava etmək məqsədi ilə onun üzərinə gəlmək istədikdə maşının qapısını əli ilə bağlamış, bu zaman Təqsirləndirilən şəxs maşında əyləşən həyat yoldaşı Natella, maşından düşərək üzərinə gəlmiş, Natelladan uzaq durmaq məqsədi ilə bağçaya tərəf getmiş, lakin sonradan Natellanın qardaşı Asifin üzərinə gəlməsini görüb münaqişənin böyüməməsi üçün Asifin yanına qayıtmışdır. Bu zaman Natella onu təhqir etmiş və Yusif münaqişəni qızışdırmaq məqsədi ilə avtoyuma məntəqəsinin qarşısındakı maşını vuracağını bildirmişdir. Bu zaman o, mobil telefonunu çıxarıb Yusifin əməlini videoya çəkmək istədikdə, Yusif maşını sol istiqamətə yönəltmiş və onu iki avtomaşının arasında sıxmaq istəmişdir. Yusifə maşını kənara çəkməsini tələb etdikdə, Yusif avtomaşının sükanını əks tərəfə döndərərək təkrar onu digər maşına sıxmaq niyyəti ilə arxaya hərəkət etdirmiş və avtomaşının qabaq təkəri ayağının üstünə çıxmışdır. O, bu zaman yerə yıxılmış, yerə yıxılanda qonşular və özü qışqıraraq Yusifdən maşını geriyə çəkməsini bildirmiş, ayağa duranda sol ayağında möhkəm ağrılar hiss etmiş, bundan sonra qonşular təcili tibbi yardım çığırmış və təcili tibbi yardım maşını ilə 7 saylı poliklinikaya getmişdir (i.v. 43-44); diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə həmin tarixdə icraatında olan ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd “CD” diskə Xətai RPİ-nin inzibati binasında yerləşən xidməti otaqda “HP” markalı notbuk vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı diskin içərisində 02 ədəd “mp4” formatlı video görüntünün olması, həmin videogörüntünün adının VİD-20200120-WA0005.mp4 və VİD- 20200120-WA0007.mp4 adı ilə qeyd olunması, VİD-20200120-WA0005.mp4 saylı fayla baxış keçirdikdə, həmin faylın 05 dəqiqə 02 saniyədən ibarət olması müəyyən olunmuşdur. Həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “CD” diskə baxış zamanı istintaq orqanı tərəfindən bu qənaətə gəlinmişdir ki, videogörüntünün 1-ci saniyəsindən etibarən ağ rəngli “Nissan Sunny” minik markalı avtomobilin küçə ilə hərəkət edib dayanmış vəziyyətdə olan avtomobilin yanında saxlamış, dayanmış vəziyyətdə olan avtomobilin içərisinə əyilmiş vəziyyətdə arıq bədən quruluşlu bir nəfər şəxsin başını qaldırıb “Nissan Sunny” markalı avtomobilin sürücüsünə nə isə dediyi və dönüb yaşıllıq sahəsinə getməsi əks olunmuşdur. Daha sonra videogörüntünün 35-ci saniyəsindən etibarən yaşıllıq sahəsindən bir nəfər hündür boylu, seyrək saçlı, dolu bədən quruluşlu bir nəfər şəxsin çıxaraq “Nissan Sunny” markalı avtomobilə yaxınlaşıb nə isə deməsi əks olunmuşdur. Daha sonra yoldan keçən bir nəfər kişi cinsindən olan şəxsin də onlar arasında gedən dialoqa müdaxilə etdiyi, videogörüntünün 2-ci dəqiqəsinin 25-ci saniyəsindən etibarən bır nəfər dolu bədən quruluşlu qadın cinsindən olan bir nəfər şəxsin də onların söhbətinə müdaxilə edərək yaşıllıq sahəsindən çıxan şəxsin yanına gedib əlini həmin şəxsə uzadıb nə isə dediyi, daha sonra yaşıllıqdan çıxan hündür boylu, seyrək saçlı, dolu bədən quruluşlu həmin şəxsin "Nissan Sunny” markalı avtomobilin yanında saxladığı açıq yaşıl rəngli avtomobil ilə "Nissan Sunny” markalı avtomobilin arasına girib “Nissan Sunny” markalı avtomobilin sürcüsü ilə mübahisə etdiyi, videogörüntünün 3-cü dəqiqəsinin 24-cü saniyəsindən etibarən "Nissan Sunny” markalı avtomobilin geriyə hərəkət etmək istəyərkən yaşıllıq sahəsindən çrxan hündür boylu, dolu bədən quruluşlu seyrək saçlı şəxsin ayağının üzərinə çıxması və ayağının avtomobilin qabaq sol təkərinin altında qalan hündür boylu, seyrək saçlı, dolu bədən quruluşlu şəxsin isə əl və yumruq zərbələri ilə “Nissan Sunny” markalı avtomobilin qabaq sol qanad hissəsinə vurduğu, videogörüntünün 4-cü dəqiqəsinin 24-cü saniyəsindən etibarən isə ətrafa toplaşan şəxslərin yavaş-yavaş hadisə yerindən uzaqlaşması və “Nissan Sunny” markalı avtomobilin isə arxaya hərəkət edərək gəldiyi yolun əks istiqamətində hərəkət etməsi əks olunmuşur. VİD-20200120-WA0007.mp4 saylı fayla baxış keçirdikdə, həmin faylın 5 dəqiqədən ibarət olduğu müəyyən olumuşdur. Belə ki, videogörüntünün 1-ci saniyəsindən etibarən ağ rəngli “Nissan Sunny” markalı avtomobilin küçə ilə hərəkət edib dayanmış vəziyyətdə olan avtomobilin yanında saxladığı görümüş, dayanmış vəziyyətdə olan avtomobilin içərisinə əyilmiş vəziyyətdə arıq bədən quruluşlu bir nəfər şəxsin başını qaldırıb “Nissan Sunny” markalı avtomobilin sürücüsünə nə isə dediyi və dönüb yaşıllıq sahəsinə getməsi əks olunmuş, daha sonra videogörüntünün 33-cü saniyəsindən etibarən yaşıllıq sahəsindən bir nəfər hündür boylu, seyrək saçlı, dolu bədən quruluşlu bir nəfər şəxsin çıxaraq “Nissan Sunny” markalı avtomobilə yaxınlaşıb nə isə deməsi əks olunmuş, daha sonra yoldan keçən bir nəfər kişi cinsindən olan şəxsin də onlar arasında gedən dialoqa müdaxilə etdiyi görünmüşdür. Videogörüntünün 2-ci dəqiqəsinin 23-cü saniyəsindən etibarən bir nəfər dolu bədən quruluşlu qadın cinsindən olan bir nəfər şəxsin də onların söhbətinə müdaxilə edərək yaşıllıq sahəsindən çıxan şəxsin yanına gedib əlini həmin şəxsə uzadıb nə isə dediyi, daha sonra yaşıllıqdan çıxan hündür boylu, seyrək saçlı, dolu bədən quruluşlu həmin şəxsin ‘‘Nissan Sunny” minik markalı avtomobilin yanında saxladığı açıq yaşıl rəngli avtomobil ilə "Nissan Sunny” minik markalı avtomobilin arasına girib “Nissan Sunny” markalı avtomobilin sürcüsü ilə mübahisə etdiyi görünmüşdür. Videogörüntünün 3-cü dəqiqəsinin 22-ci saniyəsindən etibarən “Nissan Sunny” markalı avtomobilin geriyə hərəkət etmək istəyərkən yaşıllıq sahəsindən çıxan hündür boylu, dolu bədən quruluşlu, seyrək saçlı şəxsin ayağının üzərinə çıxması və ayağı avtomobilin qabaq sol təkərinin altında qalan hündür boylu, seyrək saçlı, dolu bədən quruluşlu şəxsin isə əl və yumruq zərbələri ilə “Nissan Sunny” markalı avtomobilin qabaq sol qanad hissəsinə vurduğu əks olunmuşdur. Videogörüntünün 4-cü dəqiqəsinin 22-ci saniyəsindən etibarən isə ətrafa toplaşan şəxslərin yavaş-yavaş hadisə yerindən uzaqlaşması və “Nissan Sunny” minik markalı avtomobilin isə arxaya hərəkət edərək gəldiyi yolun əks istiqamətində hərəkət etməsi əks olunmuşdur (i.v. 49-50); əşyanın maddi sübut hesab edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 01 ədəd “CD” markalı disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 51); cinayət işinin dayandırılması haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır (i.v. 54); cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (i.v. 57); cinayət işinin dayandırılması haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır (i.v. 69); cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (i.v. 71); cinayət işinin dayandırılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır (i.v. 74); cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (i.v. 76); şahidi dindirmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şahid qismində dindirilərkən istintaq verdiyi ifadəsində göstərmişdir ki, təxminən dörd il olar ki, “Nissan Sunny” markalı, **-HE-*** dövlət nömrə nişanlı avtomaşını idarə edir. Qonşuluqda yaşayan Zərərçəkmiş şəxs o, qonşu kimi on beş il olar ki tanıyır. Aqil və qardaşları çox problemli insanlar olduğundan, onun və ailə üzvlərinin onunla münasibəti yaxşı olmamışdır. Aqil və qardaşları demək olar ki, mütəmadi olaraq onlara sataşmış və onlara köçüb oradan getmələrini bildirmişdir. Bunun üstündə neçə illərdir aralarında mübahisələr yaranmış və mütəmadi davam etmişdir. xx xxxxxxxx 2019cu il tarixdə, saat 12 radələrində o, şəhərdən evə gəlmiş və istəmiş ki, avtomaşını həyətinin içərisinə salsın, həyat yoldaşı Natella Nağıyeva da onunla birlikdə olmuşdur. Bu zaman həmin qonşusu Aqilin öz avtomaşınını onun qapısının ağzında saxladığını görmüş və o, həyətə avtomaşını parkinq edə bilməmişdir. Bu zaman o, qarşı tərəfdən dönmə əməliyyatı edib maşını üzü həyətə tərəf salmaq istədikdə Aqil ona yaxınlaşaşaraq niyə avtomaşını ora verdiyini soruşmuş, “ver arxaya çıx burdan” sözlərini demişdir. O, Aqilə həyətinə avtomaşını salmaq istədiyini bildirmiş, bu zaman Aqil məni nalayiq söyüşlərlə təhqir edərək onun sinəsindən və qolundan möhkəm vurmuş, zərbədən sonra əməliyyatdan təzə çıxdığı üçün bir anlıq özünü çox pis hiss etmiş və sağ oturacağa tərəf yıxılmışdır. Aqil onun vəziyyətinin pis olduğunu görüb qəsdən özünü yerə yıxmış, bu zaman o, maşını arxaya vermək istədikdə Aqil ayağını o, avtomaşınla Aqilin ayağının üstündən keçsin deyə qabaq sol təkərin altına qoymuşdur. Bu zaman o, Aqilin bu hərəkətini görüb avtomaşını qabağa hərəkət etdirmək istədikdə, Aqil həmin vaxt ayağını avtomaşının qabaq sol təkərinin qabaq hissəsinə qoymuş, bu zaman həyat yoldaşı Natella Nağıyeva qışıraraq onu maşını tərpətməməyini bildirmiş, o, avtomaşını saxlamış və sürməmişdir. Sonradan Aqil ondan, guya onun Aqilin ayağının üstündən maşınla keçib xəsarət yetirməsi barədə şikayət etdiyini bilmişdir. Lakin o, avtomaşınla Aqilin ayağının üstündən keçməmişdir. Zərərçəkmiş şəxs yalan ifadə vermişdir. O, Aqilin ayağının üzərindən maşınla keçməmişdir. Aqil onu maşının içərisində olarkən döş qəfəsindən zərbə ilə vurmuşdur (i.v. 78-79); ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən Təqsirləndirilən şəxs ifadəsi həmin tarixdə yerində yoxlanılmış və Təqsirləndirilən şəxs hadisə yerində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində o, şəhərdən evə gəlmiş və istəmiş ki, avtomaşını həyətinin içərisinə salsın, həyat yoldaşı Natella Nağıyeva da onunla birlikdə olmuşdur. Qonşusu Aqilin öz avtomaşınını onun qapısının ağzında saxladığını görmüş bu zaman qarşı tərəfdən dönmə əməliyyatı edib üzü həyətə tərəf girmək istədikdə Aqil ona yaxınlaşaraq niyə avtomaşını bura verməsini irad tutmuşdur. Bu zaman Aqil onu nalayiq söyüşlərlə təhqir edərək sinəsindən və qolundan möhkəm vurmuş, zərbədən sonra əməliyyatdan təzə çıxdığı üçün bir anlıq özünü çox pis hiss etmiş və sağ oturacağa tərəf yıxılmışdır. Aqil onun vəziyyətinin pis olduğunu görüb qəsdən özünü yerə yıxmış, bu zaman o, maşını qabağa vermək istədikdə Aqil ayağını o, avtomaşınla Aqilin ayağının üstündən keçsin deyə qabaq sol təkərin altına qoymuşdur. Bu zaman o, Aqilin bu hərəkətini görüb avtomaşını qabağa hərəkət etdirmək istədikdə, Aqil həmin vaxt ayağını avtomaşının qabaq sol təkərinin qabaq hissəsinə qoymuş, bu zaman həyat yoldaşı Natella Nağıyeva qışıraraq onu maşını tərpətməməyini bildirmiş, o, avtomaşını saxlamış və sürməmişdir. Sonradan Aqil ondan, guya onun Aqilin ayağının üstündən maşınla keçib xəsarət yetirməsi barədə şikayət etdiyini bilmişdir. O, avtomaşınla Aqilin ayağının üstündən keçməmişdir, bu şər və böhtan olmuşdur (i.v. 80- 81); məhkəmə-komputer-texniki ekspertizasının təyin edilməsi haqqında xx xxxxxx 2020ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə-komputer-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının ekspertlərinə həvalə edilmişdir (i.v. 86); xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə dindirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ifadələri kimi ifadə vermişlər (i.v. 88-89); cinayət işinin dayandırılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır (i.v. 96); cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (i.v. 99); məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir (i.v. 101); cinayət işinin dayandırılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır (i.v. 103); cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (i.v. 105); kompleks-məhkəmə-trasoloji-kimyəvi ekspertizalarının təyin edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə kompleksməhkəmə-trasoloji-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir (i.v. 107-108); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X10 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 112); vəsatətin təmin edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçisi X5 Təqsirləndirilən şəxs xəsarətin yetirilib-yetirilməməsi faktının müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizasının təyin edilməsinə dair vəsatəti təmin edilmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirib-yetirməməsi faktının müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir (i.v. 120); təkra məhkəmə-tibbi ekspertizalarının təyin edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə tibbi sənədlər əsasında təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAETTB-nin ekspertlərinə həvalə edilmişdir (i.v. 122-123); cinayət işinin dayandırılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır (i.v. 125); cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (i.v. 128); xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə dindirmə protokolundan görünür ki, istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 və Təqsirləndirilən şəxs yuxarıda qeyd olunmuş ifadələrinə oxşar ifadə vermişlər (i.v. 130- 132); cinayət işinin dayandırılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır (i.v. 133); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 137); Azərbacan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1390 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş məlumatlara əsasən “Nissan Sunny” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 142-145); Azərbacan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 485 nömrəli rəyində qeyd edilmişdir ki, təqdim olunmuş “Gold” markalı optik diskdə “VİD-20200109-WA0007” və “VİD-20200109-WA0005” adlı “*.MP 4” formatlı videogörüntüləri əks etdirən faylda real hadisələri təhrif edən hər hansı video effektlər, həqiqətə uyğun olmayan məntiq rabitəni pozan kənar obyektlərin əlavəsi və digər montaj əlamətləri müəyyən olunmamışdır (i.v. 146-150); Azərbacan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2129/2130 nömrəli rəyində qeyd edilmişdir ki, təqdim edilmiş “Nissan Sunny” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlıavtomobilin qabaq sol qanadında olan zədə öz formasına, marfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər-hansı bərk olmayan predmetlə, yəni insanla kontaktda olması, o cümlədən fiziki qüvvənin təsirindən əl ilə (yumruq) vurulması nəticəsində yarana bilər. Təqdim edilmiş avtomobilin qabaq sol qanadında olan bir ədəd zədə soldan sağa doğru istiqamətlənmişdir. Təqdim edilmiş “Nissan Sunny” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlıavtomobilin qabaq sahəsinə bərkidilmiş detalların dəyişdirilməsinə və ya təmirbərpa işlərinin aparılmasına uyğun gəlir. Tədqiqata təqdim edilmiş “Nissan Sunny” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlıavtomobilin qabaq sol qanadı üzərində sonradan əlavə rənglənmə işləri aparılmamışdır. (i.v. 151-155); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 263-1.1-ci maddəsi ilə ittiham elan olunmaqla, qərarın surəti ona təqdim edilmişdir (i.v. 162-163); axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yerinin müəyyən edilib istintaqa təmin edilməsi məqsədi ilə barəsində axtarış elan edilmiş və cinayət təqibi üzrə icraat dayandırılmışdır (i.v. 164); cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, DİN-in BMİ-nin Neft Emalı obyektlərinin Mİ-sinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işi başlanması rədd edilmişdir (i.v. 168-170); Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası üzrə verdiyi xx xxxx 2020-ci il tarixli, 62/2020 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – döş qəfəsinin ön səthi və sol bazu nahiyələrində hematomalar – bərk küt əşyanın (əşyaların), o cümlədən də yumruğun qərarın təsviri hissəsində göstərilmiş şəraitdə və tarixdə, yəni xx xxxxxxxx 2019-cu il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər, istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməmişdir (i.v. 173-176); cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (i.v. 180); təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək ifadə verməkdən imtina etmiş və imtinasının əsası kimi göstərmişdir ki, polis əməkdaşı tərəfindən ictimai qaydanı pozaraq ona qarşı uzunmüddətli aralarında olan mübahisəli vəziyyətdən istifadə edərək cəmiyyət qarşısında onu nüfuzdan salmaq üçün alçaldıcı formada onu təhqir edib və səhhətinə ciddi təsir edən bədən xəsarəti yetirməsinə baxmayaraq Xətai rayon prokuroru, İldırımzadənin sifarişi və dəstəyi ilə bəmin polis əməkdaşına cinayət işi açmaq əvəzinə heç bir tərəfindən qəsd və ya ehtiyyatsızlıqdan bəmin polis əməkdaşına hər-hansı bir xəsarət yetirməməyinə baxmayaraq əvvəlcədən planlaşdırılmış və törətdiyi cinayətdən yayınmaq məqsədi ilə hadisə vaxtı olmayan, hadisədən kənar hadisədən sonra özünə xəsarət yaradaraq cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Zərərçəkmiş şəxs qismində cəlb edilməyi əvəzinə ona saxta ittiham verilmişdir. O da bu saxta ittihama və mövcud olan müşahidə kamerasına düzgün hüquqi qiymət verilmədiyindən həmin polis əməkdaşı Xətai rayon prokuroru və Xətai rayon Polis İdarəsi polisin müdafiəsində dayandıqlarından iş Bakı şəhər prokurorluğunun icraatına verilməyənə qədər istintaqa etiraz əlaməti olaraq ifadə verməkdən imtina etmişdir (i.v. 201-202); təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş və o, Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 203-204); vəsatətin rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərər çəkmiş və şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də iş üzrə toplanmış digər istintaq sənədləri ilə tam sübuta yetirildiyi üçün Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli dəlil kimi göstərdiyi xüsusatlar əsassız olduğundan həmin vəsatət təmin olunmadan rədd olunmuşdur (i.v. 208-209); etiraza baxlıması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, CM-nin 263.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixli etirazı əsassız olduğundan təmin edilməmişdir (i.v. 212-213); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və həmin tarixdə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam”qismində qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməli toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş X25, Şahid2 və Şahid1 ifadələri, ifadənin yerində yoxlanması protokolları, üzləşdirmə istintaq hərəkətinin protokolları, məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X19 X14 Xətai rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 951 nömrəli rəyi, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1390 nömrəli rəyi, məhkəməkomputer-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 485 nömrəli rəyi və kompleks- Məhkəmə-Trasoloji-Kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2129/2130 nömrəli rəyi də is üzrə sübut növü kimi qiymətləndirilmiş, iş üzrə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı içərisində vıdeogörüntülər olan “CD” formatlı disk maddi sübut növü kimi qiymətləndirilib cinayət işinə əlavə edilməsi nəzərə alınmış, Xətai rayon prokurorluğunda toplanmış 213-c- 19 saylı material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, iş üzrə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərarın surəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X19 X14 xx xxxx 2020-ci il tarixli, T 62/2020 saylı rəyin əsli Xətai rayon prokurorluğunda toplanmış 213-C-19 saylı materiala əlavə olunması üçün göndərilməsi, rəyin surətinin isə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, cinayət hadisəsinin baş vermə saatının 12 radələri kimi qəbul edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs təvəllüdünün “xx.xx.1955-ci il” kimi qəbul edilməsi nəzərə alınmış, iş üzrə şahid qismində dindirilmiş Natella Nağıyevanın ifadəsi ittiham üzrə toplanmış dəlillərin mötəbərliyinə xələl gətirdiyi üçün sübut növü kimi qiymətləndirilməmiş, iş üzrə Təqsirləndirilən şəxs istintaqın sifarişli və qərəzli aparılmasını və ona yetirilən xəsarətə Xətai rayon prokuroru tərəfindən sifarişlə düzgün hüquqi qiymət verilmədiyini və cinayət əməlini törətmədiyini bildirməsi kimi göstərdiyi dəlillər özünü müdafiə xarakterli vəsatət kimi qəbul edilərək rədd edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlaməti müəyyən edilmədiyindən, həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 127-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlaməti müəyyən edilmədiyindən, həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs şikayət ərizəsində göstərilən xüsusatlar, CM-nin 263.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən və həmin xüsusat üzrə Xətai rayon prokurorluğu tərəfindən cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərar qəbul edildiyindən, ərizədə göstərilən xüsusatlar nəzərə alınmamış, iş üzrə Təqsirləndirilən şəxs hadisə baş verən zaman nəqliyyat vasitəsini sürücülük hüququ olaraq idarə etməsi kimi qiymətləndirilmişdir (i.v. 214-224); vəsatətin rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərər çəkmiş və şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də iş üzrə toplanmış digər istintaq sənədləri ilə tam sübuta yetirildiyi üçün Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli dəlil kimi göstərdiyi xüsusatlar əsassız olduğundan həmin vəsatət təmin olunmadan rədd olunmuşdur (i.v. 232-233); Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına, onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 26.1-ci maddəsi ehtiyatsızlıqdan törədilmiş cinayətlərin anlayışını verir və ehtiyatsızlığın iki növünü fərqləndirir. a) cinayətkarcasına özünəgüvənmə b) cinayətkarcasına etinasızlıq CM-in 26.2-ci maddəsində cinayətkarcasına özünəgüvənmənin iki əlaməti nəzərdə tutulur: a) əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi; b) kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağının güman edilməsi. Əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi cinayətkarcasına özünəgüvənmənin əqli momentinin, kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağının güman edilməsi isə cinayətkarcasına özünəgüvənmənin iradəvi momentinin məzmunu-nu təşkil edir. Cinayətkarcasına özünəgüvən-mə zamanı təqsirkar hər bir halda əməlin ictimai təhlükəli nəticələr verə bilə-cəyi imkanını qabaqcadan görür və dərk edir, lakin kifayət qədər əsas olma-dan onların qarşısının alınacağı gümanında olur. Cinayətkarcasına etinasızlıq onunla xarakterizə olunur ki, a) şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməlidir və ya görə bilmək imkanına malik olur; b) şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını görmür. Məlum olduğu kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlərə aiddir. Bu cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263.1-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının zərəçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan dərəcədə pozulmasında ifadə olunur. CM-in 263.1-ci maddəsində nəzərdə tutulan mənada yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən «Yol hərəkəti haqqında» Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. «Yol hərəkəti haqqında» Qanunun 5-ci fəsli yol hərəkəti qaydalarına həsr olunmuşdur. Bu fəslin normaları yol hərəkəti iştirakçılarının hərəkətdə iştirakla bağlı vəzifələrini və yollarda hərəkətin müxtəlif qaydalarını müəyyən edir. Həmin qaydalar «yol» termini ilə əhatə olunan müxtəlif təyinatlı və kateqoriyalı yollarda, küçə, prospekt və meydanlarda hərəkətlə bağlı ictimai münasibətləri tənzimləyir və hərəkətin digər növlərinə (məsələn, dəmiryolu ilə, su yolu ilə hərəkət və s.) şamil olunmur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır zərər vurulmasına səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünə güvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Ple-numunun xx xxxxxx 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video- müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Qanunvericiliyə əsasən yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu, müəyyən olunmalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Ple-numunun xx xxxxxx 2013-cü il tarixli 5 №-li qərarında da göstərilir ki, təqsirləndirilən şəxslərlə yanaşı yol hərəkətinin digər iştirakçılarının da hərəkət və ya hərəkətsizliyinin cinayətin baş verməsinə səbəb olması faktlarına və qarşılıqlı təqsirin mövcudluğuna əhəmiyyət verilməlidir. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. Məhkəmə iclasında tədqiq edilmiş hadisənin real şəraitini əks etdirən videogörüntülərdən bir daha aydın olur ki, ağ rəngli “Nissan Sunny” minik markalı avtomobil küçə ilə hərəkət edib dayanmış vəziyyətdə olan avtoyuma məntəqəsinin qarşısında dayanır, “Nissan Sunny” minik markalı avtomobilin sürücüsü avtomobilini geriyə hərəkət etdirir, bu zaman avtoyuma məntəqəsinin qarşısında dayanmış avtomobilin içərisindən bir nəfər şəxs çıxır (zərərçəkmiş şəxsin qardaşı Asif) sürücü tərəfə nəsə deyərək avtoyuma məntəqəsinin sağ hissəsinə doğru hərəkət edir və kimisə çağırır (zərərçəkmiş şəxsi), zərərçəkmiş şəxs avtoyuma məntəqəsinin sağ hissəsindən “Nissan Sunny” minik markalı avtomobilə doğru hərəkət edir və həmin anda “Nissan Sunny” minik markalı avtomobilin sürücüsü avtomobili irəli hərəkət etdirir, zərərçəkmiş şəxs sürücüyə nəsə deyir (sürücü görünmür), “Nissan Sunny” minik markalı avtomobilin sürücüsü avtomobilini yenidən irəli hərəkət etdirir, bu zaman zərərçəkmiş şəxsin avtomobildən aralı olduğu görünür, zərərçəkmiş şəxs avtomobilin ön hissəsinə tərəf gəlir və sonra telefonu çıxarır, avtoyuma məntəqəsinin qarşısında dayanmış avtomobilin arxa hissəsinə keçir, anidən geri qayıdaraq “Nissan Sunny” minik markalı avtomobilin sürücüsünə əlini qaldıraraq nəsə deyir, “Nissan Sunny” minik markalı avtomobilin sürücüsü qapını açır, bu an zərərçəkmiş şəxs ona tərəf gəlir, avtoyuma məntəqəsinin sağ hissəsindən bir nəfər şəxs gəlir (şahid Həmdulla), zərərçəkmiş şəxs “Nissan Sunny” minik markalı avtomobilin açıq vəziyyətdə olan qapısını bağlayır, avtoyuma məntəqəsinin sağ hissəsindən gələn şəxs (şahid Həmdulla) zərərçəkmiş şəxsi oradan uzaqlaşdırmaq istəyir, zərərçəkmiş şəxs avtoyuma məntəqəsinin sağ hissəsinə gedərkən əlini qaldıraraq sürücüyə nəsə deyir, bir nəfər şəxs zərərçəkmiş şəxsi oradan avtoyuma məntəqəsinin sağ hissəsinə aparır, sürücünü qapısı açıq vəziyyətdə olur, bir nəfər şəxs (zərərçəkmiş şəxsin qardaşı Asif) sürücü tərəfə nəsə deyərək əlini qaldırır, bu zaman zərərçəkmiş şəxs yenidən “Nissan Sunny” minik markalı avtomobil tərəfə qayıdır və telefonu çıxarır, bir nəfər qadın (şahid Natella) zərərçəkmiş şəxsin yanında dayanmış şəxsə nəsə deyir, zərərçəkmiş şəxs həmin qadının (şahid Natella) üzərinə gedərək əlini qaldırıb nəsə deyir, həmin qadın (şahid Natella) oradan uzaqlaşır, zərərçəkmiş şəxs həmin qadının (şahid Natella) arxası ilə irəlləyərək əlini qaldırıb nə isə deyir, zərərçəkmiş şəxs telefonla “Nissan Sunny” minik markalı avtomobili çəkir, əlini qaldırıb nəsə deyərək “Nissan Sunny” minik markalı avtomobilin sürücüsü tərəfə yaxınlaşır, sürücü avtomobili irəli hərəkət etdirir və saxlayır, bu zaman zərərçəkmiş şəxs avqtomobilin sol güzgüsü istiqamətində dayanaraq əlini qaldıraraq sürücüyə nəsə deyir, ayaqları avtomobildən aralı olur, görüntünün 0:03:17 anında sol ayağını “Nissan Sunny” minik markalı avtomobilin qabaq sol təkərinin arxa hissəsinin qarşısına qoyur, görüntünün 0:03:22 anında aşağı əyilir və əli ilə “Nissan Sunny” minik markalı avtomobilin sol qanadına vurmağa başlayır, “Nissan Sunny” minik markalı avtomobil bir qədər irəli hərəkət edir və dayanır, bir qədər sonra geriyə hərəkət edir və oradan uzaqlaşır. Şahid X3 ifadəsində, həmçinin təqsirləndirilən şəxsin istintaq zamanı vemiş olduğu izahat və ifadələrindən görünür ki, onlar hadisənin şər-böhtan olmasını, zərərçəkmiş şəxs qəsədən ayağının avtomobilin sol qabaq təkərinin altına qoymuşdur. Qeyd olunan hallar hadisənin real şəraitini əks etdirən video-görüntülərlə bir daha təsdiq edilmişdir. Belə ki, videogörüntüdən göründüyü kimi hadisənin baş verməsindən bir-iki saniyə öncə zərərçəkmiş ayaqları avtomobildən kənarda olmuş, bədəninə paralel şəkildə dayanmış, məhz zərərçəkmiş şəxs özü ifadəsində həmin anda avtomobilin mühərrikinin işlədiyini və sürücüdən avtomobili arxaya verməsini tələb etdiyini bildirmişdir. Videogörüntüdə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin avtomobili geriyə verməsi anında sol ayağını sağ ayağının yanından götürərək avtomobilin qabaq sol təkərinin önünə qoyması açıq-aşkar müəyyən olunmuşdur. Belə olan halda, təqsirləndirlən şəxsin ehtiyatsızlığı ilə deyil, zərərçəkmiş şəxsin qəsdi ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcudluğu təsdiq olunur. Məhkəmə qeyd edir ki, hazırkı əmələ münasibətdə təqsirləndirilən şəxsin hərəkətlərində cinayətkarcasına özünəgüvənmə və cinayətkarcasına etinasızlıq olmamışdır. Belə ki, cinayətkarcasına özünəgüvənmənin iki əlamətindən biri əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi, cinayətkarcasına etinasızlığın iki əlamətindən biri isə şəxsin öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və ya görə bilmək imkanına malik olmasıdır. Lakin, hazırkı halda təqsirləndirilən şəxs əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını diqqət və ehtiyatlılıq göstərsə belə qabaqcadan görə bilməzdi. Çünki, sürücünün görməli olduğu hallar o zaman mümkündür ki, bu hallar digər iştirakçının ehtiyatsızlığı nəticəsində baş vermiş olardı və sürücü bunun baş verə biləcəyini ehtimal edə bilərdi. Lakin, hazırkı halda, zərərçəkmiş şəxsin avtomobil geriyə hərəkət edən zaman qəsdən ayağının avtomobilin təkərinin altına qoyması halının sürücü tərəfindən qabaqcadan görülməsi və ya lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olması mümkünsüzdür. Ümumiyyətlə məhkəmə hesab edir ki, ehtiyatsızlıqdan törədilən cinayət həm təqsirləndirilən şəxsin həm də zərərçəkmiş şəxsin əməlinin (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan baş verməsi zamanı mümkündür. Yəni, təqsirləndirilən şəxsi ehtiyatsızlığı + zərərçəkmiş şəxsin qəsdi halında cinayətin ehtiyatsızlıqdan törədilməsi qeyri-mümkündür. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, tərəflər arasında on illərlə davam edən mübahisə vardır, dəfələrlə tərəflər bu və ya digər səbəblərdən hüquq mühafizə orqanlarına müraciət etmiş, dəfələrlə aralarında məhkəmə çəkişmələri olmuşdur. Zərərçəkmiş şəxs özü də baş vermiş hadisənin sürücünün ehtiyatsızlığı nəticəsində deyil qəsdi nəticəsində baş verməsini təkidlə bildirmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən istintaq ekspermenti keçirilmiş, eksperment zamanı sürücü qismində əyləşəmiş şəxs avtomobilin sol güzgüsü istiqamətində dayanmış şəxsin dizindən aşağı hissəsinin görünmədiyini qeyd etmişdir. Belə olan halda, sürücü avtomobili arxaya hərəkət etdirən zaman qabaq təkərin alt hissəsini görə bilməzdi. Məhkəmə, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1390 nömrəli rəyinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Ple-numunun xx xxxxxx 2013-cü il tarixli 5 №-li qərarının 20-ci bəndində deyilir ki, CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə iclasında dindirilmiş və qeyd edilən rəyi vermiş ekspert hadisənin baş vermə mexanizminin “məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası təyin etmək haqqında” xx.xx.2020-ci il tarixli qərarında göstərilən qaydada qəbul edilib həmin qərara uyğun rəy verildiyini bildirmişdir. “Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası təyin etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, qərarın müəyyən etdi hissəsində “Təqsirləndirilən şəxs avtomobili 2-3 km/saat sürətlə 40 sm arxaya doğru hərəkət edirərək Zərərçəkmiş şəxs ayağının üzərindən keçmişdir” kimi qeyd edilməklə hadisənin mexanizmi həmin şəkildə verilmiş, zərərçəkmiş şəxsin hərəkətləri ilə bağlı qərarda hər hansı bir hal göstərilməmiş, təhlükə anı müəyyən edilməmiş, ekspert müstəntiqin həmin qərarında göstərdiyi mexanizmi olduğu kimi rəyinə köçürərək həmin mexanizmə uyğun formal olaraq «Yol hərəkəti haqqında» Qanunun müddəasını sadalamaqla rəy vermişdir. Həmin rəydə hadisənin real şəraitini əks etdirən video-görüntülərə istinad edilməmiş, həmin görüntülər ümumiyyətlə tədqiq edilməmişdir. Ümumiyyətlə məhkəmə hesab edir ki, məhkəmə yol-nəqliyyat ekspertizası ilə əlaqədar istintaq təcrübəsində yanlış bir mövqe formalaşmışdır. Həmin ekspertizanı təyin edən müstəntiqlərin əksəriyyəti ekspertiza qarşısında ənənəvi olaraq sürücü tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmamasına dair (sürücünün hərəkətinə «Yol hərəkəti haqqında» Qanunun tələbləri baxımından qiymət verilməsinə dair) sual qoyurlar (hətta bəzi hallarda bu ekspertizanı təyin etməyin yeganə məqsədi həmin suala cavab almaq olur), ekspertlər isə bu suala cavab verirlər. Lakin, həmin sualın qoyulması və ona verilən cavab CPM-in 97-ci maddəsinin tələblərinin kobud surətdə pozulması deməkdir, çünki bu sual sırf hüquqi məsələdir və ekspert qarşısında hüquqi məsələlərə dair sual qoyula bilməz. Sürücünün hərəkətinin «Yol hərəkəti haqqında» Qanunun hər hansı müddəasını pozub-pozmadığını müstəntiq və hakim müəyyən etməlidir. Bu zaman onlar belə hüquqi qiymətləndirmə üçün ekspert rəyində göstərilən və xüsusi biliklər tələb edən tədqiqat nəticəsində əldə olunan məlumatlardan istifadə edə bilərlər. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş ekspertpiyadanın hərəkətlərinin hadisə ilə səbəbli əlaqəsinin olmasının tədqiqat obyekti olmadığını, rəy verilərkən əsas ekspertizanın təyin edilməsi barədə qərarda göstərilən mexanizmin olduğunu, ekspert rəy verilərkən əsas ekspertizanın təyin edilməsi barədə qərarda göstərilən mexanizmi götürdüyünü və ona uyğun da cavablandırma aparıldığını, məhkəmə tərəfindən hadisənin mexanizminin fərqli olması müəyyən edildiyi halda bunun məhkəmə tərəfindən qiymətləndirildiyini, piyadanın hərəkətlərinin qanuna uyğun olub-olmaması ekspertin tədqiqat obyekti olmadığını, əgər belə sual qoyulsa idi, həmin hissədə rəy verilməkdən imtina ediləcəyini bildirmişdir. Məhkəmə yuxarıda sadalanlara əsasən xx xxxxxx 2020-ci il tarixli, 1390 nömrəli rəyi mötəbər hesab etmir. Həmçinin, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin və ittiham tərəfinin şahidlərinin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. Müəyyən edilir ki, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin münasibətləri normal olmamış, aralarında dəfələrlə mübahisələri olmuşdur. Beləliklə, cinayət hadisəsi baş verməsini bildirən ifadəni verən zərərçəkmiş şəxs ilə əlehinə ifadə verdiyi şəxsin bir-birləri ilə mübahisələri vardır, bir-birlərinə qarşı qərəzli mövqedədirlər. Zərərçəkmiş şəxs ifadəsində ayağının avtomobilin təkərinin altına qoymadığını bildirmişdir. Halbu ki, bu hal hadisənin real şəraitini əks etdirən video-görüntülərlə təkzib edilmişdir. Məhkəmə qeyd edir ki, şahidlərdən Şahid1 Zərərçəkmiş şəxs qonşusu və həmin avtoyuma məntəqəsində işləmiş şəxs olmuş, Şahid2 isə Zərərçəkmiş şəxs dostudur. Göründüyü kimi, hazırkı cinayət işi üzrə dindirilmiş həmin şahidlərin qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr vardır. İfadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmişin təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında illərdir davam edən mübahisələri və mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə də, zərərçəkmiş şəxsin ifadəsi artıq mövcud olan digər sübutlarla bağdaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş ifadələr varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilməsi aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimalı qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. X24 Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tədbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsasalı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X20 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X24 Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inan-dı-rı-cılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər.İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin, şahidlərin və zərərçəkmişin ifadələrindən, həmin ifadələrdən zərərçəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, ifadəni təsdiqləyən digər sübut olmadığı halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmin ifadələrdən birinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət hadisəsi olmaması əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 401,17 (dörd yüz bir, on yeddi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Maddi sübut kimi tanınmış “CD” disk iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilsin. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 401,17 (dörd yüz bir, on yeddi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Cinayət işi üzrə disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-148/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-148/2020
19.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver