Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-148/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, nümayəndə- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1967-ci ildə Yardımlı rayonu Kürəkçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yardımlı rayonu, Kürəkçi kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 05 avqust 2022-ci il tarixdə saat 11 radələrində qardaşı Şahid3 məxsus ünvan 1 ünvanda yerləşən binanın 136 nömrəli mənzilində mərhum qardaşının arvadı Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun evli qızının tanımadığı şəxslə danışmasına görə yaranmış mübahisə zamanı masanın üzərində olan qabı götürüb ilkin olaraq Zərərçəkmiş şəxs qulağımndan, ardınca isə masanın üzərində olan su qabını götürüb sol qolundan, bundan sonra da masanın üzərində olan kül qabını götürüb sağ qolundan vurub ona hər iki bazunun qançırları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən, sol bazunun və sol qulaq seyvanın hematomaları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış, üzləşdirmə protokolları və ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CMnin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rəhmətlik qardaşı X1 məsələsi ilə bağlı olaraq qardaşı Lütfiyar zəng vuraraq Zərərçəkmiş şəxs digər qardaşı Əlvanın evinə dəvət etmişdir. Onu Bakıya çağırmaqda məqsədi o olmuşdur ki, müəyyən müddət əvvəl Nəcibənin əri Qafur ona zəng vuraraq bildirmişdir ki, Nəcibə telefonda başqaları ilə danışdığı üçün onu və anası Minanı yumruq təpiklə vurmuşdur. O, qardaşı arvadı Zərərçəkmiş şəxs vurmamışdır, ona əli toxunmamışdır. Sadəcə olaraq qənd qabını ona tərəf atmış, qənd qabı divara dəyərək qırıntıları Minaya dəymişdir. Minanın ifadəsində bildirdikləri yalandır. Minanın xəsarətlərinin səbəbi Qafurun döyməsi, qızı Nəcibənin döyməsi və ya özü özünə xəsarət yetirməsi ehtimalı böyükdür. Belə ki, Nəcibə onun oğlu ilə telefonda danışarkən anasının özünü yerə çırpdığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yardımlı rayonu, Kürəkçi kəndində yaşayır, evlidir və üç yetkinlik yaşına çatmış uşağı vardır. Zərərçəkmiş şəxs məhrum qardaşı İxtiyarın arvadıdır. Şahid2 və Şahid3 qardaşlarıdır. Şahid3 Bakı şəhəri, Xətai rayonunda, Şahid2 isə Xəzər rayonu, Binə qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs da Yardımlı rayonu Kürəkçi kəndində yaşayır. Zərərçəkmiş şəxs dörd yetkinlik yaşına çatmış uşağı vardır. Minanın qızları evlidir, oğlu isə subaydır. Mina ilə arasında narazılığı, ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs Yardımlı rayonu Kürəkçi kəndində yaşadığı mənzil ata yurdu olmuş və evi sonuncuya vermişlər. Mərhum qardaşının ikinci qız övladının barəsində evli olduğu halda oğlan ilə telefonla danışması barədə söhbətlər eşitmişlər. Buna görədə qardaşları Lütviyar və Əlvan ilə qərara gəlmişlər ki, bu barədə Mina ilə söhbət etsinlər. Məqsədləri də qardaşı qızının ailəsinin dağılmaması olmuşdur. 05 avqust 2022-ci il tarixdə qardaşı Əlvan ilə yaşadığı ünvan 1 ünvanda yerləşən binanın 136 nömrəli mənzildə əyləşib söhbət etmişlər. Digər qardaşı Lütviyar isə evdə olmamışdır. Ancaq Lütviyar yolda olmaqla onların yanına gəlmişdir. Qardaşı Əlvan evə çatmamış Minaya zəng edib onu Əlvanın evinə çağırmışdır. Həmin günü saat 11 radələrində Zərərçəkmiş şəxs və oğlu İslam evə gəlmişdir. Sonra isə qardaşı Lütviyar da evə gəlmişdir. Onlar əyləşib Mina ilə qızına görə söhbət etməyə başlamışlar. Lakin, Mina dediklərinin həqiqət olmadığını və onların işinə qarışmamaqlarını istəmişdir. Zərərçəkmiş şəxs danışıqlarına görə əsəbləşmiş və masanın üzərində olan qabı götürüb Minanın qulağından vurmuşdur. Sonra masanın üzərində olan su qabını götürüb Minanın sol qolundan vurmuşdur. Bundan sonra isə masanın üzərində olan kül qabını götürüb Minanın sağ qolundan vurmuşdur. Qardaşı oğlu İslam əlindən tutub sakitləşdirmişdir. Bundan sonra isə onlar bir saat söhbət etmiş və yemək yemişlər. Sonra isə Zərərçəkmiş şəxs oğlu İslam ilə çıxıb getmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə qardaşları Lütviyar və Əlvan Zərərçəkmiş şəxs vurmamış və xəsarət də yetirməmişdir. Minanı yalnız o, vurmuşdur. 05 avqust 2022-ci il tarixdə evdə o, Mina, oğlu İslam, qardaşları Lütviyar və Əlvan olmuşdur. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətləri sonuncuya o, yetirmişdir. Belə ki, yalnız Minanı qeyd etdiyi əşyalar ilə vurmuşdur. Zərərçəkmiş şəxs və oğlu İslamın izahatlarında göstərdikləri tam düzgün deyil, belə ki, onlar yalan danışmış, 05 avqust 2022-ci il tarixdə qardaşları Lütviyar və Əlvan Minanı vurmamışdır. Hadisə zamanı heç kim söyüş söyməmişdir. Zərərçəkmiş şəxs qarşının deməsi əsasında şikayət etməsini öyrəndikdə qardaşları ilə qərara gəlmişlər ki, onun Minanı vurmağını bildirməsinlər. Buna görədə ilkin araşdırma zamanı hər biri izahatlarında onun Zərərçəkmiş şəxs vurmadığını bildirmişlər. Qardaşları ilə Zərərçəkmiş şəxs bildirmişlər ki, qızı düzgün yolda deyil və qızını başa salsın. Mina isə onları başa düşməmiş və başqa sözlər bildirmişdir. O da buna əsəbləşərək Minanı vurmuşdur. Zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində göstərdikləri tam düzgün deyil. Belə ki, Mina yalan danışmış, mübahisə sonuncunun, yəni qardaşı qızının düzgün yolda olmamasına görə baş vermişdir.(i.v 96-98) Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 05 avqust 2022-ci il tarixdə ərinin qardaşı Əlvanın evinə oğlu İslam ilə gəlməmişdən əvvəl qızı Nəcibə gilə getmiş, Nəcibədə ona hadisəni danışmışdır. O, Əlvanın evinə getdikdə bilmişdir ki, onu qızı Nəcibənin bir nəfər oğlan ilə telefonla danışması səbəbi ilə çağırmışlar. Ərinin qardaşları Camalxan, Əlvan və Lütviyar bildirmişlər ki, qızı ailəlidir və söz-söhbət böyüməmiş danışaraq bu məsləyə son qoysun. İlkin olaraq onlara inanmamış və bir ana kimi kəskin şəkildə etirazını bildirmişdir. Camalxan isə əsəbləşib masanın üzərində olan şüşə qabları götürüb ardıcıl olaraq ona ataraq vurmuşdur. Sonradan aydın olmuşdur ki, həqiqətən də qızı evli ola-ola bir nəfər şəxs ilə telefonla danışmışdır. Camalxan onu vurduqdan sonra oğlu ilə oradan çıxıb getmidir. Mübahisə qızının başqa şəxs ilə telefonla danışmasına görə olmuşdur. Belə ki, qızının evli olaola başqa şəxs ilə telefonla danışmasını bir ana kimi qəbul etməmişdir. Camalxan da buna əsəbləşib onu vurmuşdur. Qızının adının hallanmasını istəməmiş, belə ki, qızı evlidir və ailəsinin dağılmasından qorxmuşdur. Buna görədə mübahisənin evə görə olmasını bildirmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həmin hadisə zamanı evdə əmiləri Camalxan, Əlvan, Lütviyar, bibisi Cəmilə və o, olmuşdur. Əmisi Camalxanın anasını vurmağı 1-2 dəqiqə çəkmişdir. O və anası orada heç kimi vurmamışdır. Anasını hər üç əmisi vurmuşdur. Əmisi Camalxan anasını əşyalarla vurmuş, digər əmiləri Lütviyar və Əlvan isə anasını əl ilə vurmuşlar. Hadisə zamanı hər üç əmisi və bibisi Cəmilə söyüş söymüşdür. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 ilkin araşdırma zamanı izahatlarında göstərdikləri düzgün deyil, belə ki, anasını Camalxan qeyd etdiyi əşyalar ilə vuraraq xəsarət yetirmişdir. Camalxan anasını döyən zaman digər əmiləri Lütviyar və Əlvanın Camalxana heç bir irad bildirməməsinə və anasını vurmasına göz yumduqlarına əsəbləşmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır, subaydır və anası Zərərçəkmiş şəxs ilə yaşayır. Belə ki, onlar əvvəl Yardımlı rayonu, Kürəkçi kəndində yaşamış, lakin kənddə özünə iş tapa bilmədiyi üçün Bakı şəhərinə gəlmişdir. Anası da bir müddət onunla yaşamışdır. Lakin sonradan kəndə getmişdir. Buna baxmayaraq mütəmadi olaraq Bakı şəhərinə gəlib-getmişdir. Atası İxtiyar vəfat etmişdir. Özündən böyük üç bacısı vardır və ərə getmişdir. Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 əmiləridir. Atası 2018-ci ildə vəfat etdikdən sonra əmiləri ilə aralarında narazılıq yaranmışdır. Belə ki, Yardımlı rayonu, Kürəkçi kəndində olan evi onlardan almaq istəmişlər. Mərhum babası isə həmin evi atasına vermişdir. Ancaq atası vəfat etdikdən sonra atasının qardaşları birləşərək evi əmisi Camalxanın adına keçirmişlər. 05 avqust 2022-ci il tarixdə saat 11 radələrində anam ilə evdə oturub söhbət edən zaman anası Minanın telefonuna zəng gəlmiş və zəng edən şəxsin əmisi Əlvan olmuşdur. Əlvan əmisi anasını evinə çağırmışdır. Bundan sonra anası ilə ünvan 3 ünvana getmişlər. Evə daxil olduqda yalnız əmisi Əlvanı görmüşdür. Onlar əyləşib söhbət etməyə başlamışlar. Sonradan əmiləri Camalxan və Lütfiyar da mənzilə gəlmşilər. Onlar evə gəldikdən sonra anası ilə ucadan danışıb xoşa gəlməz ifadələr işlətməyə başlamışlar. Belə ki, əmiləri anasına bacısının başqa şəxslə danışmasını və anasına buna nə üçün göz yummasını bildirmişlər. Onlardan yaşca kiçik olduğu üçün söhbətlərinə müdaxilə etməmişdir. Əmisi Camalxan ilkin olaraq masanın üzərində olan qabı götürüb anasının qulağından vurmuşdur. Bunun ardınca isə masanın üzərində olan su qabını götürüb anasının sol qolundan vurmuşdur. Əmisi Camalxan bununla da kifayətlənməyib masanın üzərində olan kül qabını götürüb anasının sağ qolundan vurmuşdur. Dərhal əmisi Camalxanı tutub sakitləşdirməyə başlamışdır. Orada olan əmiləri və bibisi kömək edib əmisi Camalxanı sakitləşdirmişlər. Sakitlik olduqdan sonra evdə əyləşib yemək yemiş və bacısının ailəsi dağılmaması üçün söhbət etmişlər. Sonra isə evdən çıxıb öz yaşadığı evə gəlmişlər. Evdə anası ilə bir qədər söhbət etmiş və şikayət etməmək qərarına gəlmişlər. Həmin günü anası Yardımlı rayonu Kürəkçi kəndinə yola salmışdır. 16 avqust 2022-ci il tarixdə dayısı Aməd bu barədə xəbər tutduqda evinə çağırmışdır. Bundan sonra dayısının evinə getmiş və dayısına baş verənləri danışmışdır. Dayısı da DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Dayısına nə üçün onlara demədən DİN-nin 102 xidmətinə zəng edərək müraciət etməsini irad bildirmişdir. Dayısı həmin günü anasını evinə dəvət etmiş və anası Bakı şəhərinə gəlmişdir. Dayısı anasını götürüb Xətai RPİ-nin 36-cı PB-nə getmiş və orada ərizə ilə müraciət etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, həmin hadisə zamanı evdə əmiləri Camalxan, Əlvan, Lütviyar və o, olmuşdur. Əmisi Camalxanın anasını vurmağı 1-2 dəqiqə çəkmişdir. O və anası orada heç kimi vurmamışdır. Anasını yalnız əmisi Camalxan vurmuşdur. Əmilərinin anasını vurmasını görməmişdir. Əmisi Camalxan anasını əsəbləşib vurmuşdur. Digər əmilərinin anasını vurmasını görməmişdir. Yalnız əmisi Camalxanın anasını vurmasını görmüşdür. Digər əmilərinin anasını vurmasını görməmişdir. Hadisə zamanı heç kim söyüş söyməmişdir. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 ilkin araşdırma zamanı izahatlarında göstərdikləri düzgün deyil, belə ki, anasını Camalxan qeyd etdiyi əşyalar ilə vuraraq xəsarət yetirmişdir. Camalxan anasını döyən zaman digər əmiləri Lütviyar və Əlvanın Camalxana heç bir irad bildirməməsinə və anamı vurmasına göz yumduqlarına əsəbləşmişdir. Buna görədə ilkin araşdırma zamanı izahatında digər əmilərinin də anasını vurmasını bildirmişdir. Faktiki olaraq anasını yalnız Camalxan vurmuşdur.(i.v 40-43) Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı Əlvanın evinə o dəvət etmişdir. 05 avqust 2022-ci il tarixdə nə o, nə də ki, qardaşı Əlvan Zərərçəkmiş şəxs vurmamış və xəsarət də yetirməmişlər. Minanı yalnız qardaşı Camalxan vurmuşdur. 05 avqust 2022-ci il tarixdə evdə o, Mina, oğlu İslam, qardaşları Camalxan və Əlvan olmuşdur. Zərərçəkmiş şəxs da aşkar edilmiş xəsarətləri sonuncuya o və qardaşı Əlvan yetirməmişdir. Qardaşları ilə Zərərçəkmiş şəxs bildirmişlər ki, qızı düzgün yolda deyil və qızını ailəsi dağılmaması üçün başa salsın. Mina isə onları başa düşməmiş və başqa sözlər bildirmişdir. Mübahisə Minanın qızının düzgün yolda olmamasına görə baş vermişdir. X9 vurmamışdır. Onun məhkəmə iclasında bildirdiyi ifadəsi doğrudur. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında şahid X2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə nə o, nə də ki, qardaşı Əlvan Zərərçəkmiş şəxs vurmamış və xəsarət də yetirməmişlər. Minanı yalnız qardaşı Camalxan vurmuşdur. 05 avqust 2022-ci il tarixdə evdə o, Mina, oğlu İslam, qardaşları Camalxan və Əlvan olmuşdur. Zərərçəkmiş şəxs da aşkar edilmiş xəsarətləri sonuncuya o və qardaşı Əlvan yetirməmişdir. Həmin xəsarətlərin Minaya qardaşı Camalxan yetirmişdir. Zərərçəkmiş şəxs və oğlu Şahid1 ilkin araşdırmazamanı bildirdikləri düzgün deyil, belə ki, onlar yalan danışmış və 05 avqust 2022-ci il tarixdə istər o, istərsədə qardaşı Əlvan Minanı vurmamışdır. Minanı yalnız qardaşı Camalxan vurmuşdur. Hadisə zamanı heç kim söyüş söyməmişdir. Zərərçəkmiş şəxs qardaşının deməsi əsasında şikayət etməsini öyrəndikdə onlar hamısı qərara gəlmişlər ki, qardaşı Camalxanın Minanı vurmağımı bildirməsinlər. Buna görədə onlar ilkin araşdırma zamanı izhatlarında Zərərçəkmiş şəxs Camalxanın vurmadığımı qeyd etmişlər. Qardaşları ilə Zərərçəkmiş şəxs bildirmişlər ki, qızı düzgün yolda deyil və qızını ailəsi dağılmaması üçün başa salsın. Mina isə onları başa düşməmiş və başqa sözlər bildirmişdir. Camalxan da buna əsəbləşərək Minanı vurmuşdur. Mina yalan danışır. Mübahisə Minanın qızının düzgün yolda olmamasına görə baş vermişdir.(i.v 48-51) İş üzrə digər Şahid3 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şahid X5 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə nə o, nə də ki, qardaşı Lütfiyar Zərərçəkmiş şəxs vurmamış və xəsarət də yetirməmişlər. Minanı yalnız qardaşı Camalxan vurmuşdur. 05 avqust 2022-ci il tarixdə evdə o, Mina, oğlu İslam, qardaşları Camalxan və Əlvan olmuşdur. Zərərçəkmiş şəxs da aşkar edilmiş xəsarətləri sonuncuya o və qardaşı Lütfiyar yetirməmişdir. Həmin xəsarətlərin Minaya qardaşı Camalxan yetirmişdir. Zərərçəkmiş şəxs və oğlu Şahid1 ilkin araşdırmazamanı bildirdikləri düzgün deyil, belə ki, onlar yalan danışmış və 05 avqust 2022-ci il tarixdə istər o, istərsədə qardaşı Əlvan Minanı vurmamışdır. Minanı yalnız qardaşı Camalxan vurmuşdur. Hadisə zamanı heç kim söyüş söyməmişdir. Zərərçəkmiş şəxs qardaşının deməsi əsasında şikayət etməsini öyrəndikdə onlar hamısı qərara gəlmişlər ki, qardaşı Camalxanın Minanı vurmağımı bildirməsinlər. Buna görədə onlar ilkin araşdırma zamanı izhatlarında Zərərçəkmiş şəxs Camalxanın vurmadığımı qeyd etmişlər. Qardaşları ilə Zərərçəkmiş şəxs bildirmişlər ki, qızı düzgün yolda deyil və qızını ailəsi dağılmaması üçün başa salsın. Mina isə onları başa düşməmiş və başqa sözlər bildirmişdir. Camalxan da buna əsəbləşərək Minanı vurmuşdur. Mina yalan danışır. Mübahisə Minanın qızının düzgün yolda olmamasına görə baş vermişdir(i.v 61-64) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, cinayət hadisəsi ünvan 1 ünvanda yerləşən binanın 136 nömrəli mənzilində baş vermişdir (i.v. 7-11); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X14 905 nömrəli ekspert rəyindən görünür ki, vət. A.V.Məmmədovanın bədənində müəyyən edilmiş xəsarətlər-ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sağ sağrı və sağ bud nahiyələrində şişkinli qançırlar, sağ bud-çanaq oynağının gərilməsi və qeyri stabilliyi, ağrı sindromu ilə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2021-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi ümumilikdə dərəcələrində görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. “Döyülmə” məfhumu hüquqi məfhum olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir ( i.v. 25-26); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və qərar ona edilməklə, hüquq və vəzifələri izah edilmişdir (i.v. 39); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X14 07/1207 nömrəli ekspert rəyindən görünür ki, 1.Vǝt.Zərərçəkmiş şəxs sol bazunun və sol qulaq seyvanın hematomaları, hər iki bazunun qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (lar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə hematomalar həm ümümilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zararvurmaya aiddirlər, qançırlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcǝləri təyin edilmir. Vǝt.Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter va lokalizasiyalarına görə demək olar ki zü-öz yetirmələri inkar olunur. ( i.v.25-26); 22 sentyabr 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır.(i.v 31) 14 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs X11 ifadəsində dediklərini şahid Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(i.v 52-54) 14 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs X11 ifadəsində dediklərini şahid Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(i.v 55-57) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin madə ilə nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 81); qətimkan tədbirinin seçilməsi haqqında 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 99-100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış 20 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir( i.v. 104-105); Sübutların qiymətləndirilməsi haqqında 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittiham dəyişdirilməsin və qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə təsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və X8 ifadələri, üzləşdirmə, hadisə yerinə baxış protokolları, məhkəmə tibbi ekspertizasının 17 avqust 2022-ci il tarixli 905 saylı rəyi iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid2 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır. ( i.v. 106-115); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaması, X2 qardaşı X6 vurmaması, Şahid1 anasını hər üç əmisini vurması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq, Camalov Lütfiyar isə qardaşı Camalxanı məsuliyyətdən yayındırmaq, Şahid1 isə digər əmilərini məsuliyyətə cəlb olunması məqsədi daşıyır və digər sübutlarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə vermiş olduğu və öz imzası ilə təsdiq etmiş olduğu ifadəsində hadisə ilə bağlı bütün xüsusatları bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı vermş olduğu və imzası ilə təsdiq etmiş olduğu ifadəsində iş üzrə xüsusatları göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmlıdır. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə tərəfindən tərəflərə barışıq hüuquq izah edilmiş, lakin tərəflər barışmaqdan imtina etmişlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşını (CM-nin 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-148/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-148/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver