Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-148/2025 05.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Guseinov Gasanın, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi – «Mirzəyev və Partnoyları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibarnamə əsasında AD 202770 seriyalı «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan «Ford Fusion» markalı **-GS- *** dövlət qeydiyyat nişanlı avtomobili 30 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu «8 Noyabr» prospekti ilə şəhər istiqamətində 70 km/saat sürətlə darə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq maddənin tələblərinə riayət etməyib, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda onunla eyni istiqamətdə dayanmış vəziyyətdə olan avtomobilləri nəzərə alaraq vaxtında tədbir görməklə qarşıda olan avtomobillərə çatmadan idarə etdiyi avtomobili dayandırlmasına texniki imkanı olduğu halda buna əməl etməyərək avtomobilin sağ ön hissəsi ilə «8 Noyabr» prospekti 106 ünvanında «Asiman» şadlıq sarayının qarşısındakı işıqforun qırmızı işığında dayanmış X11 idarə etdiyi «Chevrolet-Cobalt» markalı **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi ilə toqquşaraq həmin avtomobilin irəli hərəkət edib qarşıda dayanmış Şahid1 idarə etdiyi «Graat Wall» markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə və təkrarən yol ayrıcına daxil olan Şahid2 idarə etdiyi «Hyundai-Aventa» markalı **-AB-*** dövlət nömrə nişanlı avtomobilin arxa sağ hissəsinə çırpılmasına səbəb olmaqla Anar Məmmədova ehtiyatsızlıqdan baş-beyin əzilməsi, kəllə tağı sümüklərinin sınıqları, başın təpə və təpə-gicgah nahiyyələrinin əzilmiş yaraları, bədənin çoxsaylı sıyrıqları ilə müşayiət olunan həyati olub ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Anar Məmmədovun baş-beyin əzilməsi ilə birbaşa səbəbli əlaqəli olan və hadisə yerində ölməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2021-ci ildə «Ford Fusion» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, həmin avtomobil anası X6 adına olsa da özünə məxsus olmuş və qeyd olunmuş avtomobili etibarnamə əsasında «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 30 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində idarə etdiyi «Ford Fusion» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu 8 Noyabr prospekti ilə şəhər istiqamətində saatda 70 km sürətlə idarə edərkən maqnitafona başı qarışdığı üçün bir anlıq fikri yayınmış və irəli baxdıqda 8 noyabr prospektində yerləşən «Asiman» şadlıq evinin qarşısındakı işıqforun qırmızı işığında bir neçə avtomobilin dayanmasını görmüş, bu zaman sükanı sola istiqamətləndirərək toqquşmadan yayınmaq üçün tormozlama əməliyyatı etmək istəsə də hadisənin qarşısını ala bilməmiş və qarşısında o an avtomobilə dəymiş, lakin hadisə ani bir zaman kəsiyində baş verdiyindən ilk öncə hansı avtomobilə dəydiyini xatırlamamış, toqquşmadan sonra adığı xəsarətlərdən huşunu itirmiş, özünə gəldikdə sol qolunda bərk ağrı hiss etmiş, sonra hadisə yerinə gəlmiş tanımadığı şəxslər onu avtomobildən çıxartmışdır. Hadisə zamanı başqa şəxsin də xəsarət almasını görərək AR DİN-nin 102 xidmətinə və təcili yardıma zəng vurmuş, sonra hadisə yerinə təcili yardım briqadası gələrək Sabunçu xəstəxanasına aparmış, orada toqquşma zaman xəsarət alanlardan birinin dünyasını dəyişməsini eşidib-bilmiş, baş vermiş toqquşma zamanı əmisi oğlu Ramin Dadaşbəyli də avtomobilində olduğu üçün xəsarət almış, hadisədən əvvəl avtomobili saz vəziyyətdə olmuş və heç bir nasazlığı olmamış, toqquşmadan əvvəl avtomobilində əlavə yükü və əmisioğlu Ramindən başqa sərnişini olmamış, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, idarə etdiyi avtomobillə Xətai rayonu, 8 Noyabr prospekti ilə şəhər istiqamətində hərəkətdə olarkən başı maqnitafona qarışdığı üçün bir anlıq fikri yayınmış və irəli baxdıqda 8 noyabr prospektində yerləşən «Asiman» şadlıq evinin qarşısındakı işıqforun qırmızı işığında bir neçə avtomobil dayanmasını görmüş, lakin ara məsafəsi çox az olduğuna görə sükanı sola istiqamətləndirsə də toqquşmadan yayına bilməyərək qarşıda olan avtomobillərə çırpılmışdır. Mərhum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün dəfələrlə cəhd etmiş, onun acısını anlayır, kömək olmaq üçün zərərçəkmiş şəxsin hüquqi varisinə 20.000 manat ödəniş də etmişdir. Hazırda əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində bildirmişdir ki, mərhum X14 həyat yoldaşı olmuşdur, onunla 2009-cu ildə ailə həyatı qurmuş, həmin nikahdan 2010-cu ildə qızı, 2013-cü ildə oğlu dünyaya gəlmiş, mərhum həyat yoldaşı X14 xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, dünyasını dəyişənə qədər Bakı şəhərində fəaliyyət göstərən restoranlardan birində anbardar işləmiş və 2024-cü ildə «Chevrolet-Cobalt» markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobili kreditlə əldə edərək idarə etmişdir. 30 sentyabr 2024-cü il tarixdə saat 05 radələrində yaşadığı ünvanda olarkən tanımadığı bir şəxs mobil telefonuna zəng vuraraq Bakı şəhəri, Xətai rayonu 8 noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verməsini və həyat yoldaşı Anar Məmmədovun dünyasını dəyişməsini bildirmiş, sonradan isə Təqsirləndirilən şəxs idarə etdiyi «Ford-Fusion» markalı, 10-GS- 207 dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanın qarşısında işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan «Chevrolet- Cobalt» markalı, 77-YK- 671 dövlət qeydiyyat nişanlı avtomobili vurması və nəticədə həyat yoldaşı Anar Məmmədovun hadisə yerində dünyasını dəyişməsi bəlli olmuşdur. Mərhum həyat yoldaşı X12 Novxanı qəsəbə qəbirstanlığında dəfn etmiş, «Ford-Fusion» markalı, **- GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona 20.000 manat ödəniş edilmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir və barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Guseinov Gasan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 30 sentyabr 20024-cü il tarixdə, saat 02 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” markalı, **-GS-*** dövlət qeyddiyyat nişanlı avtomobil ilə ünvan 4 ünvanın qarşısında işıqforun qırmızı işiğmda dayanmış vəziyyətdə olan “Hyundai” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, “Daewoo” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı və "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Hadisə nəticəsində “Chevrolet Cobalt” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1977-ci il təvəllüdlü X14 aldığı bədən xəsarətindən hadisə yerində ölmüşdür. Beləliklə, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı "xxxx" MMC-yə qarşı ziyan vurulması ilə nəticələnən cinayət törətmişdir. "xxxx" MMC-nin mülkiyyətində olan 2024-cü il buraxılışlı, “Chevrolet Cobalt” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı qəhvəyi metallik rəngli avtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür. "xxxx" MMC Servis tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız hesab edilmiş və avtomobilin real bazar dəyərinin 25000 manat olduğu müəyyən edilmişdir. İbtidai istintaq aparılarkən Xətai Rayon Polis İdarəsinə müraciət olunaraq "xxxx" MMC-nin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb olunması xahiş edilsə də şirkət işə cəlb edilməmişdir. Odur ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 25.000 manat məbləğində maddi zərərin və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq mülki iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2024-cü il tarixdə saat 02:13-də yol vərəqəsi ilə idarə etdiyi, «Hunday- Aventa» markalı, **-AB-*** dövlət nömrə nişalı avtomobillə Xətai rayonu, «Meqafun» istiqamətindən 8 noyabr prospekti ilə 7-ci dairəvi küçəsi istiqamətində işıqforun yaşıl işığında saatda təxminən 20-30 km sürətlə hərəkət edərək küçəyə daxil olan zaman idarə etdiyi avtomobilin arxa sağ hissəsindən zərbə hiss etmiş, zərbədən idarə etdiyi avtomobil fırlanaraq istiqamətini dəyişib «Nargilə» kafesi istiqamətində dayanmış, dərhal avtomobildən enib hadisə yerinə baxdıqda avtomobilinin arxa hissəsinə çırpılan avtomobilin «Chevrolet-Cobalt» markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını görmüş, hadisə nəticəsində idarə etdiyi avtomobilin arxa sağ qapısı, arxa sağ qanadı əzilmiş, arxa sağ təkəri isə deformasiyaya uğramışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı daha 4 avtomobilin əzildiyinin şahidi olmuş avtomobilinə çırpılan «Chevrolet-Cobalt» markalı, **-YK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü hadisə yerində olan vətəndaşların köməkliyi ilə avtomobildən çıxarılıb yerə uzadılmış, ancaq həmin sürücünün həyatda olmasını bildirəcək hər hansı işarə və ya hərəkətlər müşahidə olunmamış, təxminən 10 dəqiqə sonra YNH-si yerinə TYS-nın ekipajı gəlmiş və həmin sürücünün öldüyü müəyyən olunmuşdur. Baş vermiş YNH-nə «Ford-Fusion» markalı, **- GS-*** dövlət nömrə nişanlı avtomobil səbəb olmuş, belə ki, həmin avtomobil «Nargilə» kafesi istiqamətindən 8 noyabr prospekti ilə hərəkət edərək işıqforun qırmızı işığında dayanmış avtomobillərlə toqquşaraq zərbədən prospektin əks istqamətinə istiqamətini dəyişib dayanmış, digər avtomobillər isə «Graat Wall» markalı, **-VB-*** dövlət nömrə nişanlı avtomobil, «Toyota-Prius» markalı, **-XM-*** dövlət nömrə nişanlı avtomobil və nömrə nişanı yadında qalmayan «Chevrolet-Cobalt» markalı avtomobillər olmuş, hadisə baş verən ərazidə çoxlu insan toplaşdığından «Ford-Fusion» markalı, **-GS-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün kim olduğunu bilməmiş, baş vermiş YNH-dən öncə spirtli içki qəbul etməmiş, avtomobili idarə etmək üçün sənədləri qaydasında olmuş, avtomobili isə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində idarə etdiyi avtomobillə Xətai rayonu, 8 noyabr prospekti ilə şəhər istiamətində hərəkətdə olarkən «Asiman» şadlıq evinin qarşısındakı avtomobil yolunda işıqforun qırmızı işığı yandığı üçün üç zolaqlı yolun soldan birinci zolağında avtomobilini tam hərəkətsiz vəziyyətdə saxlayıb işıqforun yaşıl işığının yanmasını gözləmiş, həmin vaxt ondan arxada qəhvəyi rəngli «Chevrolet-Cobalt» markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobil saatda 60 km. surətlə onun maşınını arxa sağ tərəfdən vurmuşdur. Hadisədən 8-9 saniyə sonra «Chevrolet-Cobalt» markalı avtomobili «Ford-Fusion» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. «Chevrolet-Cobalt» markalı avtomobili idarə edən mərhumu o özü avtomobildən taxdığı qoruyucu kəməri kəsərək çıxartmışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində idarə etdiyi avtomobillə Xətai rayonu, 8 noyabr prospekti ilə şəhər istiamətində hərəkətdə olarkən «Asiman» şadlıq evinin qarşısındakı avtomobil yolunda işıqforun qırmızı işığı yandığı üçün üç zolaqlı yolun soldan birinci zolağında avtomobilini tam hərəkətsiz vəziyyətdə saxlayıb işıqforun yaşıl işığının yanmasını gözləmiş, həmin vaxt ondan arxada qəhvəyi rəngi «Chevrolet-Cobalt» markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlib dayanmış və onun kimi işıqforun yaşıl işığının yanmasını gözləmiş, təxminən 3-5 saniyə sonra «Ford-Fusion» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil gözlənilmədən arxasında hərəkətsiz dayanmış «Chevrolet-Cobalt» markalı avtomobili vurub sağ tərəfinə atmış, sonra isə idarə etdiyi maşını arxadan vuraraq fırlatmış və sol yan qarşı tərəfindən vuraraq maşınının istiqamətini dəyişib yolun ortasında saxlamış, özü isə yolun əks tərəfinə keçərək dayanmışdır.Baş vermiş toqquşmadan sonra çaşqın vəziyyətdə maşından düşmüş və avtomobilinin qarşı, sol yan tərəfi və arxasının əzilərək yararsız hala düşdüyünü görmüş, eləcə də hadisə zamanı boyun nahiyyəsində və döş qəfəsində bərk ağrılar hiss etmişdir. Hadisəni törətmiş «Ford-Fusion» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilməklə bərabər sürücüsü və yanında oturmuş sərnişini xəsarət almış, hadisədən əvvəl arxasında dayanmış və hadisədən sonra sağ yan tərəfinə atılmış «Chevrolet-Cobalt» markalı, **-YK- *** dövlət qeydiyyat nişanlı avtomobil də əzilərək yararsız hala düşmüş, sürücüsü isə tərpənməmiş, yəni artıq dünyasını dəyişmişdir. Sonra hadisə yerinə DYP əməkdaşları və təcili yardım briqadası gələrək hadisəni törətmiş avtomobilir sürücüsünü və yanındakı şəxsi, eləcə də dünyasını dəyişmiş «Chevrolet-Cobalt» markalı avtomobilin sürücüsünü götürüb aparmış, bundan sonra qardaşı Elvinə zəng vurub hadisə yerinə çağırmış və baş vermiş hadisə barədə məlumat vermiş, yaşadığı ünvan hadisə yerinin yaxınlığında olduğu üçün qardaşı Elvin tez bir zamanda gəlib xəsarət aldığını və ağrıları olduğunu görüb öz avtomobili ilə Sabunçu rayon xəstəxanasına aparmış, orada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Hadisə zamanı idarə etdiyi avtomobildən və «Chevrolet-Cobalt» markalı avtomobildən başqa işıqforda dayanmış, markasını və nömərəsini xatırlamadığı başqa bir avtomobil də xəsarət almış, lakin sürücüsü xəsarət almamış, hadisə zamanı sərxoş olmamış, həmin vaxt hava aydın və yağmursuz olmuş, maşında sərnişin və ya yük olmamış, işıqforda dayandıqdan sonra ani bir zamanda hadisə baş vermiş, yəni «Ford-Fusion» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil arxasında «Chevrolet-Cobalt» markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandıqdan 3-5 saniyə sonra gəlib öncə arxasındakı maşını vurub sağ tərəfinə tullamış, sonra isə maşınını vurmuş, toqquşmadan əvvəl işıqforun qırmızı işığında dayanıb yaşıl işığını yanmasını gözləmiş, hadisə ani bir zaman kəsiyində baş verdiyindən toqquşmanın baş vermə səbəbini bilməmiş, hadisəni törətmiş «Ford-Fusion» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan əvvəl əyləcdən istifadə etməmişdir. (i.v 89-91) İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs doğma əmisi oğludur və ailəsi ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yaşayır, Şabanəlinin «Ford-Fusion» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilli olmuş, həmin avtomobili etibarnamə və «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 30 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində evdə olan zaman Şabanəli gəlib götürmüş və şəxsi işləri ilə əlaqədar onun yaşadığı ünvana getməli olmuş, həmin vaxt Şabanəli idarə etdiyi «Ford-Fusion» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilli Xətai rayonu, 8 noyabr prospekti ilə şəhər istiqamətində saatda 60-70 km sürətlə hərəkət etdirən zaman yolda avtomobildə olan maqnitafona başı qarışdığı üçün bir anlıq fikri yayınmış və 8 noyabr prospektində olan «Asiman» şadlıq evinin qarşısındakı işıqforda maşınların dayanmasını görüb qəfil sükanı sola istiqamətləndirmiş, həmin vaxt telefonuna başı qarışsa da Şabanəlinin qəfil sükanı sola istiqamətləndirməsinə görə telefondan ayrılmış və işıqforun qırmızı işığında bir neçə avtomobilin dayanmasını görmüş, artıq ara məsafəsi çox az olduğundan Şabanəli heç bir tədbir görə bilməmiş və tormozlama əməliyyatı etmədən qarşıda olan avtomobilə çırpılmış, hadisədən sonra Şabanəli sol qolundan xəsarət alaraq huşunu itirmiş, özü isə zərbədən sağ qabırğasında və sol omba nahiyyəsində bərk ağrı olmasını hiss etmiş, sonra onları hadisə yerində olan tanımadığı şəxslər maşından düşürtmüş və hadisə yerinə gələn təcili yardım briqadası onları Sabunçu rayon xəstəxanasına aparmışdır. Xəstəxanada olarkən baş vermiş toqquşma zamanı bir nəfərin dünyasını dəyişməsini eşitmiş, Sabunçu rayon xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra yaşadığı ünvana qayıtmış, hadisə zamanı əmisioğlu Təqsirləndirilən şəxs sərxoş olmamış, həmin vaxt hava aydın və yağmursuz olmuş, maşında ondan başqa sərnişin və ya əlavə yük olmamış, hadisənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs Xətai rayonu 8 noyabr prpospekti ilə şəhər istiqamətində hərəkətdə olan zaman bir anlıq fikrinin yayınması olmuş, Şabanəli işıqforda maşınların dayanmasını gördükdə isə sükanı sola bursa da ara məsafəsi az olduğundan heç bir tədbir görə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və iş icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 30 sentyabr 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ünvanına baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 5-28); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2019-cu il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AD 202770 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 58); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/53567 nömrəli, xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 43); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 maddi sübutların ekspertizası barədə 3407K saylı 11 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (i.v. 83- 87); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə X5 ölmüş əri X11 hüquqi varisi qismində tanınmışdır (i.v. 110-111); 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X14 ilə X1 nikahı haqqında 14 fevral 2015-ci il tarixdə 330 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikaha A.A.Məmmədovun xx.xx.2024-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2024-cü ildə 1080 nömrəli akt qeydi ilə Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır (i.v. 53); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 07 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 100); Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 450708 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə baş beyin ocaqlı travma nəticəsində vəfat etmişdir (i.v. 118); 15 noyabr 2024-cü il tarixli aktdan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs dəymiş ziyanı aradan qaldırmaq üçün zərərçəkmiş şəxsin hüquqi varisi X3 20.000 manat ödəniş etmişdir (i.v. 119); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 20 oktyabr 2024-cü il tarixli, 100 saylı rəyindən görünür ki, X11 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş-beyin əzilməsi, kəllə tağı sümüklərinin sınıqları, başın təpə və təpə-gicgah nahiyələrinin əzilmiş yaraları, bədənin çoxsaylı sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X4 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur, müddəti meyitin muayinəsindən 6-12 saat əvvələ uyğun gəlir. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. (Əsas MKŞ- S nin 3396/K saylı aktı) (i.v. 124-127); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən dayandırılmışdır (i.v. 131); 09 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, «Ford Fusion» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil zərurət olmadığı üçün Təqsirləndirilən şəxs qaytarılmışdır (i.v. 136); X18 PHŞ tərəfindən təqdim edilmiş 25 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Şahid1 xx.xx.2024-cü il tarixdə saat 21:00-da “Döş qəfəsinin əzilməsi, burnun əzilməsi və bağ aparatının gərilməsi” diaqnozu ilə ambulator müraciət etmişdir. Şahid3 xx.xx.2024-cü il tarixdə Mərkəzə müraciət etməmişdir (i.v. 143); "xxxx" MMC tərəfindən Xətai RPİ-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, 30 sentyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Chevrolet Cobalt LTZ” minik markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız hesab edilmişdir (i.v. 144); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 25 dekabr 2024-cü il tarixli, 1126 saylı rəyindən görünür ki, Şahid3 məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir (i.v. 149-150); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 25 dekabr 2024-cü il tarixli, 1131 saylı rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir (i.v. 151-152); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 13 dekabr 2024-cü il tarixli, 8/3264 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Fusion markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 153-156); Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 157); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 161- 163); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 177-178); Azərbaycan Respublikası Vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r (i.v. 220-222); 36 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində Nərimanov rayonu 36 saylı Mənzil-Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır (i.v. 227). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 10 yanvar 2025-ci il tarixli, 1316 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol said sümüklərinin çoxqəlpəli sınıqları, cərrahi əməliyyatdan sonrakı vəziyyət müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir (i.v. 238-240); sübutların qiymətləndirilməsi haqqında 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143 və 264-cü maddələri ilə və 263-1.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi «Ford Fusion» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanımış və sahibi Təqsirləndirilən şəxs geri qaytarılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 242-253); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verməsi ilə bağlı qeyd ki, Şahid1 məhkəmədə verdiyi ifadəsi işin halları ilə ziddiyyət təşkil edir və digər şahidlərinin ifadələri ilə uzlaşmır. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini daha inandırıcı hesab edərək sübut qismində qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində 1 (bir) azyaşlı övladının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə dəfələrlə barışıq əldə etməyə cəhd etməsini və bu məqsədlə hüquqi varisə 20.000 manat pul ödəməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində ağırlaşdıran hallar olmadan ona beş ildən artıq azadlıqdan məhrum etmə cəzası təyin etməklə xüsusi müəssisəyə göndərilməsi onun zərərçəkmiş şəxsin ziyanını və acısını azaltmağa yönəlmiş peşmançılında ifadə olunan nəzərə alınmış cəzasını yüngülləşdirən halların faydasız olduğu anlamına gəlməklə ədalət prinsipinə də zidd olur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM-67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Fusion» markalı, **- GS-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Guseinov Gasan Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə dəymiş 25.000 (iyirmi beş min) manat maddi ziyanın Təqsirləndirilən şəxs alınaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə mülki iddiaçının nümayəndəsi iddianın təmin edilməsini, təqsirləndirilən şəxs (mülki cavabdeh) isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, mülki iddiaçı "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Cobalt” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı qəhvəyi metallik rəngli avtomobilə ziyan dəydiyini və avtomobilin bazar qiymətinin 25.000 manat təşkil etməsinə dair məhkəməyə hər hansı rəsmi qaydada təsdiq olunmuş sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Göründüyü kimi, mülki iddiaya hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm, mülki iddiaçının həm də mülki cavabdehin mənafeyinə uyğundur. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun qərarında qeyd olunur ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, mülki iddiaçı "xxxx" MMC-nin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ "xxxx" MMC-yə izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Ford Fusion» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin istintaq zamanı sahibinə geri verilməsi nəzərə alınsın. Mülki iddia baxılmamış saxlanılsın, mülki iddiaçı "xxxx" MMC-yə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-148/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-148/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver