Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-149/2024 16.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 (üç) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 0,510 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən 06 oktyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsində yerləşən 7 saylı X6i sanitar hissəsinin 2 saylı palatasında aparılan baxış və götürmə zamanı sağ əlində saxladığı, 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,368 qram, 0,121 qram və 0,021 qram olmaqla ümumi çəkisi 0,510 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, oktyabr ayının 16-sı Şahid1 ona yaxınlaşıb demişdir ki, otağından narkotik vasitə aşkar olunub. Şahid1 bildirmişdir ki, idarəyə getməlidirlər. Orada Süleyman olmuşdur və digər bir əməkdaş. Ona demişlər ki, yazsın ki, otağından narkotik vasitə aşkar olunub. O isə bununla razı olmamışdır. Bundan sonra ona işgəncə verməyə başlamışlar və onu Cərimə Təcridxanasına salmışlar. Bunun hamısı oktyabr ayının 6-sı baş vermişdir. Ona deyirdilər ki, ən azı yazsın ki, tapıb və özü könüllü təhvil vermişdir, o, buna da razı qalmamışdır. Bu hadisələrin səbəbi bir şəxsin ondan şikayətçi olmasıdır, həmin şəxs bir il ərzində onun barəsində Ədliyyə Nazirliyinə müxtəlif şikayətlər yazırdı, guya o, cəzasını imtiyazlı şəkildə çəkir. Onu döyəndən sonra əməkdaşlar tərəfindən Cərimə Təcridxanasına salınmış, o, iki aya yaxın ailəsi ilə nə görüşə bilmiş, nədə ki, telefon əlaqəsi saxlaya bilmişdir. Sonra döyülməsi nəticəsində aldığı xəsarətlər, yəni üzü-gözü sağalandan sonra şüşənin arxasından bir dəfə atası ilə görüşə çıxmışdır. Həmin vaxt artıq xəsarətləri qalmamışdır. O, aldığı xəsarətlər barədə heç bir yerdə qeydiyyata düşməmiş və müalicə müəssisəsinə keçirilməmişdir. 6 oktyabr tarixindən bir ay və bir neçə gün onun nə görüşü olub, nə də ki telefon əlaqəsi. Lakin normal halda ayda bir dəfə görüşmək və həftədə iki dəfə telefon vasitəsi ilə əlaqə saxlamaq hüququ var. Əvvəllər ailəsi ilə görüşmək hüququndan istifadə edirdi və hər gün telefon vasitəsi ilə əlaqə saxlayırdı. Onun hər görüşü və telefon vasitəsi ilə əlaqə saxlamağı orada qeydiyyata düşürdü. Bundan sonra ona demişlər ki, onlar dediklərini yazmasa ona külli miqdar ilə ittiham verəcəklər, o da məcbur olub izahat yazmışdır, çünki evə getmək istəyirdi, uşaqlarını görmək istəyirdi. Bu hadisələrin baş verməsinin səbəbi kimi iki şeydən şübhələnir, bir həmin şikayətçinin onunla düşmənçiliyi olduğu üçün, o, onlara pul verib ki, onlar onun vəziyyətini ağırlaşdırsınlar. İkinci şübhəsi isə, onun orada yaşadığı otağının digər bir adama satılması idi. Cəzaçəkmə müəssisəsinin rəisi ilə onun qohumluq əlaqəsi var, belə ki, o, onun əmisinin qaynıdır. Onun barəsində isə şikayət edən şəxs müxtəlif yerlərə şikayətlər yazıb, Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə, bununla bağlı kurator gəlib yoxlama keçirib, o, yaşamadığı barakı guya, orada yaşayır kimi qeyd ediblər. Barəsində yazılmış şikayətlərin surətlərini müəssisədən təqdim edə bilərlər. Müəssisənin rəisi ilə qohumluğu olmasını təsdiq edən sənədləri təqdim edə bilərlər. Bu hadisələr baş verəndən sonra, barəsində məhkəmə keçirilmiş və o, həbsxanaya yerləşdirilmişdir. İstintaq zamanı ancaq müstəntiq verdiyi sənədləri imzalamışdır. İstintaq zamanı verdiyi ifadələrdə özünü təqsirli bilməmişdir, müstəntiq onun ifadəsini özü yazmışdır. Üzərinə baxış keçirilməmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, sanitar hissəyə pul verib keçib qalmışdır. Onu döyən Yaşar, Süleyman və Bəhruz idi. Yaşar əməliyyatçıdır, Süleyman onun köməkçisidir. Bəhruz isə təhqiqatçıdır. Bu hadisədən əvvəl adlarını qeyd etdiyi şəxslər ilə aralarında hər hansı problem yaşanmamışdır. Onun barəsində şikayət olunduğundan onu 3 dəfə çağırmışlar, bu hadisə baş verməmişdən 6 ay əvvəl olmuşdur, hətta o, Cərimə Təcridxanasında olduğu zaman belə təhqiqatçı yanına gəlib bildirmişdir ki, şikayətçi yenə onun barəsində şikayət edir ki, guya o, ideal vəziyyətdə cəzasını çəkir. Sonra CT-da ondan müəssisədə harada qalması barədə izahat almışlar, yəni ki sanitar hissədə olmamışdır. CT-na onu bu məsələyə görə salmışdırlar, oktyabr ayının 6-dan CTna düşəndən sonra çıxa bilməmişdir. Əvvəlcə 12 sutka vermişlər, sonra 2 ay uzatmışlar, bunun səbəbi guya o, digər dustaq ilə danışmışdır. İşdə olan şahidlər ilə əvvəllər onun heç bir problemi olmamışdır. Əvvəllər onun müəssisədə heç bir problemi olmayıb. O, sanitar hissədə olan zaman orada Rzayev Rufan, Kərimov Rəhim və Raul adlı şəxslər olmuşlar. Odur ki, o, heç bir cinayət əməli törətmədiyini, üzərində narkotik vasitə və ya qanunsuz hər hansı bir əşya daşımadığını bildirərək ona elan olunmuş ittiham üzrə bəraət verilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı X1 şöbəsinin rəisi vəzifəsində işləyir, ədliyyə mayoru rütbəsindədir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib barəsində 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Türkel cəzasının bir hissəsini 15 saylı CÇM-də çəkmiş və xx.xx.2020-ci il tarixdən 7 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülmüşdür. Bir müddət xəstəliyi ilə əlaqədar müəssisənin X14 2 saylı palatasında qalmışdır. xx.xx.2023-cü il tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs saxlanıldığı X14 2 saylı palatasında şəxsi axtarış keçirilən zaman, onun əlində tutduğu 04 ədəd bükülü aşkar edilərək tərəflərindən götürülmüş və daha sonra məhkəmətibbi ekspertizasına göndərilmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, narkotik vasitənin müəssisəyə necə keçməsinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilir, lakin halhazırda hər hansı bir nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs müəssisədə olan zaman yanına valideynləri və dostları gəlirdi. Əgər məhkum son 6 altı ay ərzində hər hansı pozuntuya yol veribsə və onun barəsində hər hansı tədbirlərin görülməsi barədə qərar çıxıbsa, bunun hamısı onun şəxsi işində qeyd olunub. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış məlumatı həmin gün daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə videogörüntüdən istifadə olunmadan baxış keçirilməsinin səbəbi müəssisədə rəisdən və rəis müavinindən başqa mobil telefondan istifadənin qadağan olması və sanitar hissədə və tibbi palatalarda videomüşahidə kameralarının olmamasıdır. Təqsirləndirilən şəxs üzərinə videogörüntüdən istifadə edilməklə baxış keçirilməsi barədə rəisə məlumat verilməmişdir, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi protokollaşdırılmışdır. Təqsirləndirilən şəxs həbsxanaya keçirilməsinin səbəbi onun daxili rejim qaydalarının pozulması idi, lakin hansı qaydanın pozulması yadında deyil, bu onun şəxsi işində qeyd olunub. Əgər müəssisədə cəza çəkən məhkumdan istifadəsi qadağan olunmuş əşyalar aşkar olunmuşdursa, o, cəza təcridxanasına keçirilir və əgər cəza təcridxanasında olan zaman məhkum daxili rejim qaydalarını pozubsa, o, həbsxanaya keçirilə bilər. Narkotik vasitə məhkumun əlində aşkar olunmuşdur. Sanitar hissənin girişində videomüşahidə kamerası var. Əgər müəssisənin videomüşahidə kamerası video çəkirdisə, həmin videogörüntülər pozula bilməz. Sanitar hissənin giriş hissəsində videomüşahidə kamerası yoxdur, kamera ancaq palataların girişi olan hissədə var, həmçinin otaqlarının daxilində də videomüşahidə kamerası yoxdur. Təqsirləndirilən şəxs cəza təcridxanasına keçirilməsi onlar tərəfdən toplanmış materialların və sənədlərin əsasında müəssisənin rəis köməkçisi tərəfindən yazılan qərarın əsasında həyata keçirilir. Həmin sənədlər onun tərəfindən tərtib olunmuşdur. Narkotik vasitə Təqsirləndirilən şəxs əlində aşkar olunmuşdur, qərarda 4 büküm narkotik vasitə Təqsirləndirilən şəxs masasının üzərindən aşkar olunması ola bilsin ki, səhvə yol verildiyindən qeyd olunub. Onlar Təqsirləndirilən şəxs palatasına daxil olarkən Təqsirləndirilən şəxs oturaq vəziyyətdə idi, otaqda digər bir məhkum da olmuşdur, lakin, o, yatırdı. Həmin məhkumun adı Raul idi səhv etmirsə. Təqsirləndirilən şəxs əlində narkotik vasitə aşkar olunanda, Təqsirləndirilən şəxs tərəfindən müqavimət olmadan həmin narkotik vasitə ondan alınmışdır. Ola bilsin ki, bu iş üzrə cəlb etdikləri hal şahidləri digər işlərdə də iştirak ediblər. Şəxsi axtarış əməliyyat axtarış təbdirlərinin əməkdaşları ilə keçirilmişdir, onlar Mehdizadə Süleyman və Şahid3 olmuşdurlar. Onlar saat 3 radələrində sanitar hissəyə daxil olmuşlar. Sanitar hissənin giriş hissəsindən palatalar başlayır. Təqsirləndirilən şəxs əlində narkotik vasitə aşkar olunanda, həmin narkotik vasitə ondan alınmış və onu əməliyyat-axtarış şöbəsinə dəvət etmişlər. Hal şahidlərini müəssisədə çalışan işçilər arasından o, dəvət etmişdir. Təqsirləndirilən şəxs ilə palatada olan Raul adlı məhkumun Təqsirləndirilən şəxs ilə münasibəti olduğundan onu hal şahidi kimi cəlb etməmişlər. Dəvət olunmuş hal şahidlərindən biri feldşer kimi çalışır, digəri isə bildiyi qədər çalışmır. Həmin şəxs feldşer kimi çalışdığına görə hər hansı imtiyaz əldə etmir və buna görə maaş almır. Həmin hal şahidlərini özü seçmiş və onlar hadisə zamanı orada olmamışdırlar. Təqsirləndirilən şəxs həmin hal şahidlərinin yanında həmin narkotik vasitənin ona məxsus olduğunu təsdiqləmiş, həmin narkotik vasitə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirdikdən sonra onlardan bu məsələni keçmələrini və göz yummaqlarını xahiş etmişdir, lakin bu qanuna zidd olduğundan onunla razılaşmamışlar. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən əldə etdiyini açıqlamamışdır. Təqsirləndirilən şəxs ifadəsi onun tərəfindən alınmışdır. O, şifahi olaraq törətdiyi əməli etiraf etmiş, lakin yazılı şəkildə izahat verərkən əməlini etiraf etməmiş, bəzi hallarda narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs izahat verəndə demişdir ki, o, narkotik vasitələri yerdən tapıb. 4 büküm narkotik vasitə olmuşdur, onlardan biri açıq rəng idi, digərləri isə qəhvəyi. Onlara məlumat daxil olandan sonra onlar dərhal əməliyyataxtarış tədbirlərinin keçirilməsinə başlamışlar, bu səbəbdən məhz Təqsirləndirilən şəxs əlində narkotik vasitə aşkar olunarkən hal şahidlərini dəvət edə bilməmişlər, lakin Təqsirləndirilən şəxs alınan narkotik vasitələr açılmamış, onların açılması hal şahidlərinin iştirakı ilə baş vermişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs əlində aşkar olunanda hal şahidi olmamışdır, hal şahidlərini sonradan əməliyyat-axtarış şöbəsinə dəvət etmişlər. İşdə iştirak etmiş hal şahidləri narkotik vasitənin Təqsirləndirilən şəxs aşkar olunmasının, yəni onun üzərindən çıxmasının və ondan alınmasının şahidləri olmamışdırlar, onlar həmin narkotik vasitələrin qablaşdırılmasını görmüşdürlər. Səhv etmirsə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış işi açılmışdır. Bir nəfər şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin olmasını görmüş və onlara bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığı yerdə videomüşahidə kamerası yoxdur. Tibbi sanitar müəssisənin hər palatasının üstündə kamera var, Türkelin saxlanıldığı palatanın üstündə isə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı X1 şöbəsinin inspektoru vəzifəsində işləyir, ədliyyə kapitanı rütbəsindədir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, Şahid1 və Şahid3 birlikdə olmuşlar. Narkotik vasitə Təqsirləndirilən şəxs əlində olmuşdur. Həmin palatada Təqsirləndirilən şəxs başqa bir nəfər məhkum olmuşdur. Əməliyyat-axtarış tədbiri palatada keçirilmişdir. Hal şahidləri əməliyyat-axtarış şöbəsinə dəvət olunmuşdurlar. Hal şahidlərini əməliyyat-axtarış şöbəsinin rəisi dəvət etmişdir. Hal şahidləri narkotik vasitələri qablaşdıranda iştirak etmişdirlər. Narkotik vasitələrin aşkar olunub götürülməsinin və qablaşdırılmasının arasından nə qədər vaxt keçməsi dəqiq yadımda deyil. Əməliyyat-axtarış şöbəsində otaqda kimin olması dəqiq yadında deyil. Təqsirləndirilən şəxs olduğu palataya 3 nəfər olaraq daxil olmuşlar, palataya daxil olanda görmüşlər ki, Təqsirləndirilən şəxs əlində narkotik vasitə var. Təqsirləndirilən şəxs əlindən Şahid1 narkotik vasitələri götürmüş və özündə saxlamış, sonra da onlar əməliyyat-axtarış şöbəsinə getmişlər. Əməliyyat-axtarış şöbəsinə gəldikdən sonra hal şahidləri dəvət olunmuşlar. Hal şahidləri baxış və götürmədə iştirak etməmişdirlər, onlar ancaq qablaşdırmada iştirak etmişdirlər. Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Hal şahidlərindən Şahid5 komendant kimi, Şahid6 isə feldşer kimi çalışır. Hal şahidləri Şahid5 və Şahid6 müəssisədə işlədiklərinə görə hər hansı imtiyazlara sahib deyildirlər. Şahid5 və Şahid6 komendat kimi və feldşer kimi müəssisənin rəhbərliyi tərəfindən təyin edilmişdirlər. İbtidai istintaq zamanı verdiyi ifadəsində nəyə görə Təqsirləndirilən şəxs palatasına 2 nəfər hal şahidi ilə daxil olmasının qeyd edilməsini bilmir. Cari məhkəmə iclasında verdiyi ifadəsi daha əsaslıdır. Baş vermiş əməliyyat axtarış tədbiri qəflətən təşkil olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı X5 Nəzarət şöbəsinin böyük nəzarətçisi vəzifəsində işləyir, ədliyyə baş giziri rütbəsindədir. O, əməliyyatçı deyil, sadəcə keçirilən tədbirdə iştirak etmişdir. Onlar 2 saylı palataya getmişlər. Palataya daxil olanda Təqsirləndirilən şəxs 4 büküm narkotik vasitə görmüşlər. Həmin narkotik vasitəni Şahid1 və X2 Türkeldən götürmüşdür. Tədbir zamanı 3 nəfər olmuşlar. O, narkotik vasitələr aşkar olunub Təqsirləndirilən şəxs götürüləndən sonrakı tədbirlərdə iştirak etməmişdir. Palataya əvvəlcə Şahid1 və Mehdizadə Süleyman daxil olmuşlar, palatada Təqsirləndirilən şəxs digər kiminsə olub-olmamasını bilmir, çünki diqqəti ancaq Təqsirləndirilən şəxs idi. Palataya yalnız üçü daxil olmuşlar. Narkotik vasitələr masanın üzərində idi sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni əlinə götürmüşdür. Həmin narkotik vasitələri Şahid1 Təqsirləndirilən şəxs götürmüş, sonra onlar əməliyyat-axtarış şöbəsinə getmişlər. Əməliyyat-axtarış şöbəsinə əvvəlcə o, Təqsirləndirilən şəxs, Şahid1 və Mehdizadə Süleyman daxil olmuşlar, orada narkotik vasitələrə baxandan sonra çöldə olan 2 nəfər hal şahidi otağa daxil olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün o, görüşə getmiş, belə ki, həftədə bir-iki dəfə görüşü olur. Görüşə gedərkən həmişəki kimi qeydiyyatdan keçmişdir. Görüşdən çıxandan sonra orada qapıda olan Rəşad adlı şəxs ona demişdir ki, rəis onu görmək istəyir. Avqust ayında o, rəisdən xahiş etmişdir ki, Türkelin cəzasının ¾ hissəsini çəkməsi sentyabr ayında başa çatır, ona köməklik etsinlər ki, çıxsın. O da ona bildirmişdir ki, qoy onun 3 ili xırdalansın sonra köməklik edərlər. O da demişdir ki, bəs, o, özünü yaxşı aparır, bir neçə təşəkkürnaməsi var, əlavə görüşlər ona verilib, nəyə görə onu saxlayırlar, o, isə bildirmişdir ki, onluq məsələ deyil, penitensiar xidmət elə işləyir. Sonra o, penitensiar xidmətə də müraciət etmiş, müavinin qəbulunda olmuş və yenə eyni xahişini etmişdir. Qəbulda olandan sonra başa düşmüşdür ki, onların buraxmaq fikirləri yoxdur. Rəisin qəbulunda olanda, o, ona demişdir ki, penitensiar xidmət deyir ki, 6 ay – 1 il də yatsın, sonra köməklik edərlər çıxmağına. Daha sonra o, çıxıb evə gəlmişdir. Bunun üstündən 2 gün keçmiş və ona zəng edib demişlər ki, oğlu CT-dır, ona bir həftə veriblər, bir həftədən sonra gələr. Bir həftə ərzində eşitmişdir ki, Rasimi rəis vəzifəsindən azad ediblər. O, təzə rəis ilə görüşmək üçün cəzaçəkmə müəssisəsinə getmiş, lakin, o, onunla görüşməmişdir. Təxminən bir ay - ay yarım Türkel CT-da qalmışdır. Yəni 9 gün ərzində 11 il heç bir problemi olmayan Türkeli 3 dəfə CT-na vermişlər, əvvəlcə 3 gün, sonra 5 gün, sonra isə 2 ay həbsə keçirmişlər. Nəyə görə bunun baş verməsini bilmir, sonradan ona məlum olmuşdur ki, onlar hesab edirlər ki, guya o, Türkelə narkotik vasitə vermiş, sonra isə demişlər ki, guya başqa bir adam verib. Sonra o, nəticəyə gəlmişdir ki, bunların hamısı onun şikayətlərinə görə və Türkelin azadlığa çıxmaması üçün qurulan bir oyundur, bu onun şəxsi fikiridir. Həmçinin, oğlu Türkelin o vaxt yaraladığı adam Ədalət Qənbərov saysız şəkildə Türkelin barəsində şikayətlər və teleqramlar göndərirdi ki, guya Türkel orada imtiyazlı şəkildə qalır, mobil telefondan istifadə edir. O, bütün orqanlara 100-dən çox şikayətlər göndərmişdir, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, prokurorluğa və s., həmin şikayətləri həm öz adından, həm digər insanların adından göndərmişdir. Oğlu Türkel 11 ildən çoxdur cəza çəkir, və bu müddət ərzində, o, heç bir maddə qəbul etməmiş, hətta əvvəllər siqaret belə çəkməmişdir. İndiki rəis isə onun qardaşının qaynıdır, bir-iki dəfə onunla görüşməyə çalışmış, lakin, o, onunla görüşməmişdir. 15-20 il olar ki, həmin qohumları ilə əlaqəsi kəsilib. Qeyd etdiyi zərərçəkmiş şəxs ilə bugünki günə kimi problemləri qalıb. X18 şikayəti əsasında həyat yoldaşı 35-ci Polis Şöbəsində izahat vermişdir. Yalandan yazıb ki, guya evi qeydiyyata salanda onun yoldaşı rüşvət alıb. Onun özünün də həbsdə olması onun etdiyi əməllərin nəticəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, həmin gün əməliyyatçılar onu çağırmışlar, o özü də sanitar hissədə feldşer kimi çalışır. Müəssisə tərəfindən heçnə almır, lakin olur ki, məhkumlar arada ona hörmət edirlər. Əməliyyat bölmə rəisi Şahid1 onu sanitar hissənin 2-ci otağına çağırmışdır. Təqsirləndirilən şəxs olan otaqdan 4 büküm narkotik vasitə aşkar olunmuşdur. Onu aparıb aşağıda onlara göstərmişlər və bundan sonra aktlaşdırmışlar. Təqsirləndirilən şəxs sanitar hissədə 2-ci otaqda görmüşdür. O, çöldə qapının yanında dayanmış, içəridə Şahid1 olmuşdur, o, Təqsirləndirilən şəxs əlindən 4 büküm narkotik vasitə götürmüşdür. Yaşar tək idi. O, sanitar hissənin içərisində, lakin palatanın qapısının yanında olmuşdur. Qapının ağzında Tahir, o və Mehdizadə Süleyman olmuşlar. Birdə Əbülfəz olmuşdur, o, çöldə idi. İçəri ancaq Şahid1 daxil olmuşdur. Türkel otaqda oturmuşdur, əlləri bağlı şəkildə idi, Şahid1 əlində olan bükümləri istəmişdir. Türkel özü bükümləri ona vermişdir. O, sadəcə Şahid1 otağa daxil olmasını görmüşdür. Otaqda olan gedişatı görməmişdir. İçəridə ancaq Şahid1 olmuşdur, çöldə qapının ağzında o, Mehdizadə Süleyman və Tahir olmuşlar. Həmçinin otağın girişində Emin adlı əməkdaş durmuşdur. Özü Şahid1 Təqsirləndirilən şəxs əlindən narkotik vasitələri götürməsini görməmişdir. Lakin sonradan həmin narkotik vasitəni ona göstərmişlər. Otaqdan çıxandan sonra Şahid1, Mehdizadə Süleyman, Emin və Tahir Təqsirləndirilən şəxs ilə birgə getmişlər, o da onların arxası ilə gedirdi. Ondan biraz arxada Əbülfəz də var idi. Onlar “119” deyilən yerə getmişlər, orada əməliyyatçılar otururdu. Orada Bəhruz olmuşdur, amma bükümləri Şahid1 göstərmişdir. Otağa hamısı bir yerdə getmişlər. Sonra həmin bükümləri qoymuşlar sellofana və demişlər ki, bunu aktlaşdıracaqlar və o, çıxıb getmişdir. Sonradan bunun hamısını gördüyünə görə ona sənəd imzalatmışlar. Lakin həmin sənədi hadisə zamanı imzalamamışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisənin üstündən 6 ay keçdiyinə görə ola bilsin ki, bəzi halları unutmuşdur. O, sanitar hissənin qapısının ağzından getmişdir hadisə yerinə, Şahid1 ona əvvəlcədən demişdir ki, belə bir hadisə olacaq. Ona Şahid1 və Mehdizadə Süleyman demişdirlər ki, ora getsin. Hadisədən 3-4 saat əvvəl ona Şahid1 və Mehdizadə Süleyman demişdirlər ki, getsin sanitar hissəyə çünki belə bir hadisə baş verəcək. Sanitar hissədə hər şey ondan soruşulduğu üçün bu hadisə barədə ona demişdirlər. Cari məhkəmə iclasında verdiyi ifadəsi daha əsaslıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 7 saylı CÇM-də cəza çəkir. Ona törətdiyi əmələ görə 16 il cəza təyin edilib, 3 ilə yaxındır ki, cəza çəkir. O, müəssisədə komendant kimi çalışır. O, komendant kimi məhkumlara yemək verilməsi və s. kimi işlərə baxır. Özü ailə vəziyyətinə görə komendant kimi çalışmağı seçmişdir. Həmin işə görə ona maaş verilmir. Olur ki arada məhkumlar ona hörmət edir. Müəssisə tərəfindən, lakin heçnə almır. Komendant olduğuna görə hər hansı xüsusi imtiyazları olmur. Məhkumlar ona arada siqaret və yemək verirlər. Şahid1 ona demişdir ki, gedəcəklər Təqsirləndirilən şəxs olan palataya baxış keçirməyə. X15, Emin və Tahir olmuşlar. Ora gedəndən sonra onlar qalmışlar palatının qapısının ağzında, digərləri isə içəriyə keçmişlər baxış keçirməyə. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Şahid1 məni saat 3 radələrində çağırmışdır. Şahid1 onu öz otağına çağırmışdır. Həmin otaqda Emin, Mehdizadə Süleyman və Tahir olmuşdurlar. O, oraya tək getmiş, orada ona demişlər ki, gedəcəklər Təqsirləndirilən şəxs olan palataya baxış keçirməyə. Digər hansısa məlumat verilməmişdir. Otaqdan hamısı bir yerdə palataya getmişlər. Palataya çatandan sonra onlar daxil olmuşlar palataya, onlar isə çöldə qalmışlar. Palatının qapısının ağzında dayanmışlar. Qapıdan içəriyə baxanda görmüşdür ki, otağa baxış keçirirlər. Sonra Şahid1 Təqsirləndirilən şəxs əlindən 4 büküm narkotik vasitəni almış və qoymuşdur masanın üzərinə. Qapının ağzından həmin masa görünürdü, masa otağın ortasında yerləşirdi. Orada Şahid1 həmin bükümlərə biraz baxandan sonra bükümləri götürmüş və hamısı əməliyyat şöbəsinə getmişlər. Orada həmin bükümlər açılmış, onlardan üçü qəhvəyi rəngdə, biri isə ağ rəngdə idi. Sonra narkotik vasitələr zərfə qoyulmuş, onlar üzərinə imza çəkmişlər və zərf möhürlənmişdir. X12, Şahid1, Tahir, Emin və Təqsirləndirilən şəxs olmuşdurlar. Həmçinin Talehdə orada olmuşdur. Taleh ondan sonra gəlmişdir. Şahid1 otağından hamısı bir yerdə getmişlər Təqsirləndirilən şəxs palatasına və oradan da hamısı bir yerdə çıxıb getmişlər əməliyyat şöbəsinə. Sanitar hissədə palataya çatanda əməkdaşlar içəriyə daxil olmuşlar, Talehnən o, qapının ağzında dayanmışlar. Bundan sonra hamısı bir yerdə getmişlər əməliyyat şöbəsinə, Taleh onun yanında olmuşdur. Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələri alıb əlində aparmışdır başqa otağa. Otağa daxil olandan sonra Şahid1 həmin bükümləri açmış və baxmağa başlamış, sonra zərfə qoymuş və zərf tərəflərindən imzalanaraq götürülmüşdür. İmzanı həmin zaman çəkmişlər. Həmin zaman protokol tərtib olunmuşdur. Həmin protokolu da imzalamışdır. Orada olan hamı həmin zaman protokolu imzalamışdır. Həmin zaman Təqsirləndirilən şəxs soruşmurdular narkotik vasitə haradandı onda. İbtidai istintaq zamanı ifadəmdə baxış keçirilən zaman palataya girməsi qeyd edilsə də, o, palataya daxil olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni oxumuşdur və özü imzalamışdır, lakin bilmir niyə cari məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadə arasında ziddiyyət var. Cari məhkəmə iclasında verdiyi ifadəsi daha əsaslıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisin növbətçi köməkçisi vəzifəsində işləyir, ədliyyə mayoru rütbəsindədir. xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində əməliyyat-axtarış şöbəsinin rəisi Şahid1 rabitə vasitəsi ilə onu və onun böyük nəzarətçisini qəflətən axtarış-baxış ilə bağlı sanitar tibb hissəsinə çağırmış, hal şahidləri və Mehdizadə Süleyman ilə birgə getmişlər sanitar tibb hissəsinə. 2-ci palatada cəza çəkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə qəfləti axtarış-baxış tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli apardığını Şahid1 aşkar etmişdir. Nəticədə Təqsirləndirilən şəxs əlində olan 4 büküm narkotik vasitəni təqdim etmişdir Şahid1. Sonra Təqsirləndirilən şəxs, hal şahidləri ilə birgə xidməti otağa dəvət olunmuşdur. Sonra həmin maddə aktlaşdırılmış və ekspertizaya göndərilmişdir. Həmin maddənin nə olduğunu dəqiq bilmirdi. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Şahid1 çağırdığı xidməti otağa, o, köməkçisi Tahir ilə getmişdir. Otaqda həmçinin Mehdizadə Süleymanda olmuşdur. Şahid1 bildirmişdir ki, sanitar tibb hissəsində əməliyyat-axtarış tədbiri keçiriləcəkdir və orada iştirakları mütləqdir. Sonra hal şahidləri dəvət olunmuşlar, onları Şahid1 dəvət etmişdir. Həmin hal şahidləri Şahid5 və Şahid6 olmuşdurlar. Onları Şahid1 özü seçmişdir, onların müəssisədə xüsusi bir vəzifələri yoxdur. Şahid5 orada komendant kimi çalışdığını bilmir. Müəssisədə komendant yoxdur, Şahid6 feldşer kimi qeydiyyatda olduğunu bilmirdi. Müəssisədə məhkumlardan kimsə hansısa əmək ilə məşğul olursa onlara dövlət büdcəsi tərəfindən maaş verilir, lakin həmin məhkumların necə seçildiyini bilmir. Onun vəzifəsi rəisin qərarlarını icra etməkdir. Həmin hal şahidlərini əməliyyat-axtarış şöbəsinin rəisi seçmişdir, hansı səbəb ilə məhz həmin məhkumlar seçilmişdir hal şahidi qismində bilmir. Sonra hamısı bir yerdə getmişlər sanitar tibbi hissəyə. Həmin sanitar tibbi hissənin dəhlizini və həyətini çəkən videomüşahidə kameraları mövcuddur. Həmin videomüşahidə kameralarının video çəkib-çəkməmələrini dəqiq bilmir. Şahid1 otağından çıxandan sonra orada olan hamı bir yerdə getmişlər palataya. 2 saylı palata sanitar tibbi hissənin orta hissəsində yerləşir. Palatanın qapısı açıq idi. Hal şahidləri çöldə palatanın qapısının ağzında gözləyirdi, onlar isə içəriyə daxil olmuşlar. O, Şahid1 və Mehdizadə Süleymanın arxasında, hal şahidlərin yanında palatının içərisində dayanmışdır. Onlar içəri daxil olanda Təqsirləndirilən şəxs ayağa qalxmışdır. Palatada Təqsirləndirilən şəxs başqa heçkim yox idi, o, palatada tək idi. Təqsirləndirilən şəxs bükümləri əlində saxlayırdı, sonra isə onları təqdim etmişdir. Həmin narkotik vasitələri Şahid1 götürmüşdür. Bundan sonra getdik başqa otağa, yəni xidməti otağa. Palatadan başqa otağa getməklərinin səbəbi Təqsirləndirilən şəxs istəyi idi, o, təklif etmişdir ki, gedək başqa otağa, bu məsələ bağlansın. Həmin xidməti otağa hamısı hal şahidləri ilə birgə getmişlər. Həmin otağa hamısı hal şahidləri ilə birgə daxil olandan sonra həmin bükümlərə baxılmış və ekspertizaya göndərilməsi üçün aktlaşdırılmışdır. Orada Təqsirləndirilən şəxs etiraf edirdi ki, həmin narkotik vasitə ona məxsusdur, lakin məsələni həll etmək və izləri itirmək istəyirdi. İşin məhkəməyə getməməsini xahiş edirdi. Onların müəssisəsində belə narkotik vasitə istifadə edən, daşıyan olmayıb. Həmin narkotik vasitələrin müəssisəyə necə daxil olduğunu bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01); baxış və götürmə aparılması haqqında 06 oktyabr 2023-cü il tarixli protokolun surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı X1 şöbəsinin rəisi ədliyyə mayoru Şahid1, ƏŞ-nin inspektoru (əməliyyat müvəkkili) ədliyyə kapitanı Şahid2, RNK ədliyyə mayoru X7, həmin şöbənin böyük nəzarətçisi ədliyyə baş giziri Şahid3, həmçinin hal şahidləri qismində dəvət edilmiş məhkumlar Şahid6 və Şahid5 Əfsər oğlunun iştirakları ilə xx.xx.2023-cü il tarixdə saat 15:00-da 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 120.2.4, 29.120.2.4 və 29.120.2.7-ci maddələri ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2012-ci il, cəzasının sonu xx.xx.2027-ci il tarixə hesablanmış, 7 saylı Cəzaçəkmə Müəssisəsinə xx.xx.2020-ci il tarixdə 15 saylı Cəzaçəkmə Müəssisəsindən köçürülmüş Təqsirləndirilən şəxs saxlanıldığı X20 2 saylı palatasında qəfləti axtarış-baxış tədbiri keçirilmişdir. Bu zaman adı göstərilən məhkumun əlində saxladığı 04 (dörd) ədəd kiçik ölçüdə bükülmüş siqaret falqasının olması aşkar edilmişdir. Qeyd olunan bükülüləri açarkən onun 03 (üç) ədədinin içərisində qəhvəyi rəngli heroinə bənzər kütlə, 01 (bir) ədədinin içərisində isə ağ rəngli kristalşəklli, metamfetaminə oxşar kütlənin olmasını görmüşlər. Qeyd olunan bükülülərdəki narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr iştirakçılarının iştirakı ilə qablaşdırılaraq tərkib və çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinə göndərilmişdir (i.v. 7-8); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5237 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmət 7 saylı cəzaçəkmə müəssisəsi Zərflər üçün” dairəvi möhür əksləri, “..Məhkum (imza) Təqsirləndirilən şəxs...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 3 (üç) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,368 qram, 0,121 qram, 0,021 qram ümumi təmiz çəkiləri 0,510 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindirlər, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,091 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 11-14); Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-143/13 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək CM-nin 120.2.4-cü maddəsi ilə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları toplamaq yolu ilə ona qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkmə müddətinin başlanğıcının 05 iyun 2012-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi hökm edilmişdir (i.v. 19-20); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmışdır (i.v. 32-33); Azərbaycan Respublikası vətəndaşının AA5308113 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxsdur (i.v. 47); Azərbaycan Respublikası vətəndaşının AA5308114 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxsdur (i.v. 48); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsinin xx.xx.2023-cü il tarixli, 8474 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 75- 76); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur (i.v. 90-91); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və onun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılması nəzərə alınmış, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5237 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 8474 saylı rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2 və 317-2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ilkin təmiz çəkisi 0.510 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.480 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0.091 qram psixotrop maddə metamfetamin aşkar olunması xüsusatı üzrə cinayət təqibinə xitam verilmiş və onun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati icraat başlanması məsələsinə baxılması üçün materialların surətləri Xətai rayon prokurorluğuna göndərilmiş və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.091 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.071 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (i.v. 112-119). Məhkəmə hazırki cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin , şahidərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İlk növbədə məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinin 105-107 vərəqələrində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda, həmçinin ittiham aktında Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi göstərilsə də, ifadənin məzmununa nəzər yetirdikdə “onun xx.xx.2023-cü il tarixdə saat 14 radələrində müəssisənin X17n fərdi mətbəxə tərəf gedən zaman yerdə bir büküm olduğunu görüb bükümü yerdən götürdüyünü, bükümün içərisində 4 ədəd xırda bükümlərdə siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə narkotik vasitəyə bənzər maddələr olmasını gördüyünü, həmin maddələri cibinə qoyduğunu və nə edəcəyi barədə fikirləşməyə başladığını, oradan qaldığı 2 saylı palataya gəldiyini, bu zaman müəssisənin əməliyyat şöbəsinin rəisi Şahid1, Əməliyyat şöbəsinin inspektoru Süleyman Mehdizadənin, ədliyyə mayoru Emin Məmmədovun, böyük nəzarətçi ədliyyə baş giziri Şahid3 palataya daxil olaraq, hal şahidləri 7 saylı CÇM-də cəza çəkən Şahid6 və Şahid5 Əfsər oğlunun iştirakları ilə palatada baxış və götürmə keçiriləcəyini ona bildirdiklərini, həmin vaxt cibində olan bükümləri sağ əlinin içərisində əməkdaşlar gələn zaman onlara təqdim etsin deyə saxladığını” bildirməsi qeyd edilmişdir ki, sözügedən ifadə daha çox şəxsin ona elan edilmiş ittihamla razılaşması və əməli etiraf etməsi kimi başa düşülür. Məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla razılaşmayaraq yuxarıda qeyd olunan ifadəyə etiraz edərək bildirmişdir ki, oktyabr ayının 16-sı Şahid1 ona yaxınlaşıb demişdir ki, otağından narkotik vasitə aşkar olunub. Şahid1 bildirmişdir ki, idarəyə getməlidirlər. Orada Süleyman olmuşdur və digər bir əməkdaş. Ona demişlər ki, yazsın ki, otağından narkotik vasitə aşkar olunub. O isə bununla razı olmamışdır. Bundan sonra ona işgəncə verməyə başlamışlar və onu Cərimə Təcridxanasına salmışlar. İstintaq zamanı verdiyi ifadələrdə özünü təqsirli bilməsinin səbəbi isə ona təzyiq olunmasıdır, ona külli miqdarda narkotik vasitənin daşınması ilə bağlı ittiham elan olunacağı ilə hədə-qorxu gəlirdilər. Həmin müstəntiqdə olan ifadəsini özü yazmamışdır, müstəntiq əvvəl vermiş olduğu ifadədən köçürmüşdür. Üzərinə baxış keçirilməmişdir Onu döyən Yaşar, Süleyman və Bəhruz idi. Yaşar əməliyyatçıdır, Süleyman onun köməkçisidir. Bəhruz isə təhqiqatçıdır. Bu hadisədən əvvəl adlarını qeyd etdiyi şəxslər ilə aralarında hər hansı problem yaşanmamışdır. Odur ki, o, heç bir cinayət əməli törətməmişdir, üzərində narkotik vasitə və ya qanunsuz hər hansı bir əşya daşımamışdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X16 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, cəzaçəkmə müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayətprosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. 74.5-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində məhkumlara özlərində saxlamağa, əldə etməyə, habelə onlara bağlama və banderollarda göndərilməsinə, sovqatlarda gətirilməsinə icazə verilən əşya, mallar və qida məhsullarının siyahısı cəzaçəkmə müəssisələrinin X16 ilə müəyyən edilir. 74.6-cı mddəsinə əsasən bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və qida məhsulları cəzaçəkmə müəssisəsində aşkar edildikdə onlar həmin müəssisənin müdiriyyəti tərəfindən götürülür, müvafiq araşdırma aparılır və məhkumun hərəkətləri cəzaların icrası qaydalarının pozuntusu kimi qiymətləndirilə bilər. Götürülmüş əşya, mallar və ya qida məhsulları məhkum azad olunanadək saxlanılması üçün anbara təhvil verilir və ya cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə məhkuma məlumat verilməklə müvafiq akt tərtib olunur. Cəzaçəkmə müəssisəsinə daxil olan və ya çıxan şəxslərdə bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və qida məhsulları aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır. Göründüyü kimi, ittiham aktında Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd bükülüdə olan maddələri müəssisənin X17n fərdi mətbəxə tərəf gedən zaman yerdə tapmasını bildirməsi göstərilsə də, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməməsini göstərməsi ilə, ifadənin məzmununda əməlini etiraf etməsi ilə bağlı ziddiyyəti aydınlaşdırmadan, həmçinin həmin maddələrin hansı yolla cəzaçəkmə müəssisəsinə daxil olması və başqa şəxsə məxsus olma ehtimalının mövcud olubolmaması araşdırılmadan, heç bir mötəbər sübut olmadan həmin maddələrin Təqsirləndirilən şəxs aid olması qənaətinə gəlinərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuş və özünü təqsirli bilmədiyi halda ittiham aktında Təqsirləndirilən şəxs ifadəsi etirafedici məzmunda öz əksini tapmışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmədiyi halda narkotik vasitə hesab edilən heroini və psixotrop maddə metamfetamini yerdən taparaq götürməsi və ya hansısa başqa yolla əldə etməsi və üzərində gəzdirməsi inandırıcı deyil. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs məcburi-narkoloji müayinədən keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsinin xx.xx.2023-cü il tarixli, 8474 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən də məlum olduğu kimi Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, onun həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri işdə toplanmış digər sübutlarla müqayisəli olaraq qiymət verərək onun ibtidai istintaq zamanı(özünü təqsirli bilməməsini göstərməsi) və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir. Bundan başqa, ibtidai istintaq orqanının sübut qismində istinad etdiyi digər sübut növü “baxış və götürmə aparılması” haqqında 06 oktyabr 2023-cü il tarixli protokol olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı “baxış və götürmə aparılması” haqqında 06 oktyabr 2023-cü il tarixli protokolun cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması nəticəsində tərtib edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində pozuntuları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 94.4.1. müvafiq istintaq hərəkətinin icraatında onun başlanmasından qurtarmasınadək iştirak etmək; 94.4.2. iştirak etdiyi istintaq hərəkətinin protokolu ilə tanış olmaq, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; 94.4.3. müvafiq istintaq hərəkətinin icraatı və onun protokolu ilə tanış olarkən baş verənlərə dair öz etirazını bildirmək; 94.4.4. istintaq hərəkəti protokolunu yalnız şəxsən dərk etdiyi hallarda imzalamaq; 94.4.5. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq; 94.4.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Lakin, qeyd olunmalıdır ki, “baxış və götürmə aparılması” haqqında 06 oktyabr 2023cü il tarixli protokolda əməliyyat tədbirinin xx.xx.2023-cü il tarixdə, saat 15:00-da 7 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı X1 şöbəsinin rəisi ədliyyə mayoru Şahid1, ƏŞ-nin inspektoru (əməliyyat müvəkkili) ədliyyə kapitanı Şahid2, RNK ədliyyə mayoru X7, həmin şöbənin böyük nəzarətçisi ədliyyə baş giziri Şahid3, həmçinin hal şahidləri qismində dəvət edilmiş məhkumlar Şahid6 və Şahid5 Əfsər oğlunun iştirakları ilə aparılması qeyd edilsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində göstərdikləri xüsusatlar araşdırılarkən protokolun pozuntuya yol verilərək tərtib edilməsi, həmin əməliyyat tədbiri zamanı ümumiyyətlə hal şahidlərinin iştirakının formal olaraq qeyd edilməsi, RNK ədliyyə mayoru X7 baxış keçirilən zaman orada olub-olmamasının şübhəli olması və hal şahidlərinin əməliyyat tədbirinin gedişatından xəbərlərinin olmaması müəyyən edilmişdir. Habelə, məhkəmə qeyd edir ki, məhkumun 3247 saylı şəxsi işinə əlavə edilmiş müəssisə rəisi tərəfindən imzalanmış 272 saylı qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində müəssisənin X20 2 saylı palatasında saxlanılan məhkum Təqsirləndirilən şəxs saxlanıldığı palataya əməkdaşlar tərəfindən keçirilmiş qəfləti axtarış tədbiri nəticəsində orada olan masanın üzərində 04 (dörd) ədəd siqaret kağızına bükülmüş vəziyyətdə narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürüldüyündən və bununlada məhkum tərəfindən daxili qaydalar pozulduğundan barəsində 10 gün müddətinə Cərimə Təcridxanasına keçirilmə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan “baxış və götürmə aparılması” haqqında 06 oktyabr 2023-cü il tarixli protokolun məzmununda isə Təqsirləndirilən şəxs saxlanıldığı X20 2 saylı palatasında qəfləti keçirilmiş axtarış-baxış tədbiri zamanı məhkumun əlində saxladığı 04 (dörd) ədəd kiçik ölçüdə bükülmüş siqaret falqasının olmasının aşkar edilməsi göstərilmişdir. Eyni hal ilə bağlı, eyni müəssisənin iki fərqli rəsmi sənəddə hadisəni fərqli formada qeyd etməsi də məhkəmədə haqlı şübhələr yaratmışdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı X1 şöbəsinin rəisi ədliyyə mayoru Şahid1 tərəfindən dəvət edilmiş və baxış və götürmə aparılması haqqında protokola imza etmiş hal şahidləri Şahid6 və Şahid5 Əfsər oğlunun hansı prinsipə əsaslanılaraq seçilmələri, niyə məhz müəssisədə cəza çəkən digər məhkumlar arasından deyil də, həmin müəssisədə müvafiq olaraq feldşer və komendant vəzifələrini icra edən, bununla da müəssisənin maraqlarının təmin edilməsi üçün çalışan şəxslərin hal şahidi qismində işə cəlb edilmələri də məhkəmədə istintaq hərəkətlərinin tam, qanuni və obyektiv aparılmasında müəyyən şübhələr yaradır. Məhkəmə həmçinin qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 31-ci bəndində göstərilmişdir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İ hissəsinin 1-18-ci bəndlərində əməliyyat-axtarış tədbirlərinin bütün növləri qapalı siyahı şəklində təsbit edilmişdir. Məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri isə CPMin 445.1-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İİİ hissəsinə əsasən 38 həmin maddənin İ hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş “telefon danışıqlarına qulaqasma”, 4-cü bəndində nəzərdə tutulmuş “poçt, teleqraf və digər göndərişlərin yoxlanılması”, 5-ci bəndində nəzərdə tutulmuş “texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması”, 8-ci bəndində nəzərdə tutulmuş “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə”, 9-cu bəndində nəzərdə tutulmuş müstəsna olaraq texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə həyata keçirildiyi halda, “yaşayış yerlərinin müşahidəsi”, habelə 10cu bəndində nəzərdə tutulmuş “insanların güdülməsi” tədbirləridir. CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İV hissəsinə əsasən şəxsiyyət əleyhinə olan ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişləri yoxlama, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarma, habelə insanları güdmə kimi əməliyyat-axtarış tədbirləri; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün isə binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirmə əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Lakin cinayət işi materiallarında əməliyyat-axtarış tədbirinin keçirilməsinin zəruriliyini əks etdirən səlahiyyətli şəxsin əsaslandırılmış hər hansı qərarı olmamışdır. Bundan başqa, həmin qərarda göstərilmişdir ki, CPM-in 445.2-ci maddəsinə və 728- İQ nömrəli Qanunun 10-cu maddəsinin V hissəsinə əsasən həmin maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyataxtarış tədbiri məhkəmə qərarı olmadan həyata keçirildikdə, onun keçirilməsindən sonra 48 saat ərzində əməliyyat-axtarış fəaliyyətinin subyekti (səlahiyyətli şəxs) həyata keçirilmiş tədbirlər barədə əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın yerləşdiyi yer üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidir (eyni bir əməliyyataxtarış tədbirinə məhkəmə nəzarətinin həyata keçirilməsi üçün əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərarın bir neçə məhkəməyə – tədbirin faktiki olaraq baş tutduğu yer üzrə və tədbirin keçirilməsinə qərar vermiş orqanın yerləşdiyi yer üzrə məhkəməyə göndərilməsinə yol verilməməlidir). Halbuki, xx.xx.2023-cü il tarixdə əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə baxmayaraq 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərar təqdim edilməsi ilə bağlı hər hansı sənədə iş materiallarında rast gəlinməmişdir. Məhkəmə ittihamın əsasını təşkil edən və sübut növü kimi qiymətləndirilən şahidlərin ifadələri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələri arasında əhəmiyyətli ziddiyyətlər müəyyən edilmişdir ki, qeyd olunan hal elan edilmiş ittihamın əsasının qanuni və obyektiv olmasını, mötəbər sübutlara əsaslanmasını, həmçinin istintaq hərəkətlərinin cinayət prosessual qanunvericiliyin tələblərinə riayət olunaraq həyata keçirilməsini şübhə altına salır. Belə ki, məhkəmə şahid qismində dindirilmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrini qarşılıqlı tədqiq edərək aşağıda göstərilən ziddiyyətli məqamları və məhkəməyədək icraat zamanı yol verilmiş kobud pozuntuları müəyyən edir. Məhkəmə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı X1 şöbəsinin rəisi, ədliyyə mayoru Şahid1 ifadəsi ilə bağlı qeyd edir ki, onun məhkəmə iclasında verdiyi ifadəsindən məlum olduğu kimi şəxsi axtarış Əməliyyat axtarış təbdirlərinin əməkdaşları Mehdizadə Süleyman və Şahid3 adlı şəxslərin iştirakları ilə keçirilmiş, onlardan başqa otaqda məhkum Raul adlı şəxs olmuş, hal şahidləri ümumiyyətlə narkotik vasitə aşkar edilərkən orada olmamışlar, onlar narkotik vasitənin Təqsirləndirilən şəxs aşkar olunmasının, yəni onun üzərindən çıxmasının və ondan alınmasının şahidləri olmamışdırlar, onlar sadəcə olaraq həmin narkotik vasitələrin açılmasını və qablaşdırılmasını görmüşlər. Məhkəmə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı X1 şöbəsinin inspektoru, ədliyyə kapitanı Şahid2 ifadəsi ilə bağlı qeyd edir ki, onun məhkəmə iclasında verdiyi ifadəsindən məlum olduğu kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman yalnız o, Şahid1 və Şahid3 birlikdə olmuşlar, 2 saylı palatada Təqsirləndirilən şəxs başqa bir nəfər də məhkum olmuş, Əməliyyat-axtarış tədbiri palatada keçirilmiş, hal şahidləri əməliyyat-axtarış şöbəsinə dəvət olunmuşlar və yalnız narkotik vasitələri qablaşdıranda iştirak etmişlər. Məhkəmə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı X5 Nəzarət şöbəsinin böyük nəzarətçisi, ədliyyə baş giziri Şahid3 ifadəsi ilə bağlı qeyd edir ki, onun məhkəmə iclasında verdiyi ifadəsindən məlum olduğu kimi tədbir zamanı 3 nəfər olmuşlar, o, narkotik vasitələr aşkar olunub Təqsirləndirilən şəxs götürüləndən sonrakı tədbirlərdə iştirak etməmiş, həmin narkotik vasitələri Şahid1 Təqsirləndirilən şəxs götürmüş, sonra onlar əməliyyat-axtarış şöbəsinə getmişlər və orada narkotik vasitələrə baxandan sonra çöldə olan 2 nəfər hal şahidi otağa daxil olmuşdur. Məhkəmə şahid qismində dindirilmiş Şahid6 ifadəsi ilə bağlı qeyd edir ki, onun məhkəmə iclasında verdiyi ifadəsindən məlum olduğu kimi o, özü sanitar hissədə feldşer kimi çalışır. Təqsirləndirilən şəxs olan otaqdan 4 büküm narkotik vasitə aşkar olunmuş, onu aparıb aşağıda onlara göstərmişlər və bundan sonra aktlaşdırmışlar. O, sadəcə Şahid1 otağa daxil olmasını görmüşdür. Otaqda olan gedişatı görməmişdir. Hadisə vaxtı o, sanitar hissənin içərisində, lakin palatanın qapısının yanında olmuşdur. Qapının ağzında Tahir, o və Mehdizadə Süleyman olmuşlar. Birdə Əbülfəz olmuşdur, o, çöldə idi. İçəri ancaq Şahid1 daxil olmuşdur. Özü Şahid1 Təqsirləndirilən şəxs əlindən narkotik vasitələri götürməsini görməmişdir. Sonra onlar getmişlər əməliyyat-axtarış şöbəsinə, həmin bükümləri qoymuşlar sellofana və demişlər ki, bunu aktlaşdıracaqlar və o, çıxıb getmişdir. Sonradan bunun hamısını gördüyünə görə ona sənəd imzalatmışlar. Lakin həmin sənədi hadisə zamanı imzalamamışdır. Eyni zamanda, məhkəmə şahid qismində dindirilmiş Şahid5 ifadəsi ilə bağlı qeyd edir ki, onun məhkəmə iclasında verdiyi ifadəsindən məlum olduğu kimi o, 7 saylı CÇM-də cəza çəkir və həmin müəssisədə komendant kimi çalışır. Hadisə vaxtı sanitar hissədə palataya çatanda əməkdaşlar içəriyə daxil olmuşlar, Talehnən o, qapının ağzında dayanmışlar. İbtidai istintaq zamanı ifadəsində baxış keçirilən zaman palataya girməsi qeyd edilsə də, o, palataya daxil olmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hal şahidi qismində işə cəlb edilmiş Şahid6 və Şahid5 Təqsirləndirilən şəxs olduğu X20 2 saylı palatasına baxış keçirilən zaman həmin palatada içəridə olmamış, bu səbəblə əməliyyat tədbirinin başlanması anından sonunadək gedişatın nədən ibarət olmasından xəbərləri olmamış və Şahid1 Təqsirləndirilən şəxs əlindən narkotik vasitələri götürməsini görməmişlər. Lakin buna baxmayaraq “baxış və götürmə aparılması” haqqında 06 oktyabr 2023-cü il tarixli protokol Şahid6 tərəfindən imzalanmış və guya ki, onun protokolun məzmunu ilə razılaşması və həmin əməliyyat tədbiri zamanı baş verənlərin protokolda düzgün əks olunmasını təsdiqləməsi qeyd edilmişdir. Cəzaçəkmə müəssisəsinin əməkdaşları olan şahidlər Şahid1, Şahid2, Şahid3 baxış və götürmə istintaq hərəkəti həyata keçirilərkən hal şahidlərinin nəinki palatada, ümumiyyətlə tibb hissəsində olmamasını göstərərək bu halı təsdiq etmişlər. Azərbaycan Respublikasının CPM-nin 94.2.4-cü maddəsinə əsasən hal şahidləri iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləmək, istintaq hərəkəti aparılan yeri tərk etməmək vəzifələrini yerinə yetirməlidirlər. Bununla da, məhkəmə bir daha vurğulayır ki, “baxış və götürmə aparılması” haqqında 06 oktyabr 2023-cü il tarixli protokolda hal şahidlərinin iştirakı ilə əməliyyataxtarış tədbirinin keçirilməsinin göstərilməsi, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə təkzib edilmiş, habelə cinayət işi üzrə X13 şahid qismində cəlb edilərək onun da əməliyyat-axtarış tədbiri zamanı X20 2 saylı palatasında olması göstərilsə də, tədbirin əsas təşkilatçıları hesab edilən Şahid1, Şahid2 və Şahid3 həri biri ayrı-ayrılıqda verdikləri ifadələrində baxış keçirilən zaman yalnız özlərinin iştirak etdiyini bildirmişlər. Bununla da hal şahidlərinin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin bir biri ilə, digər şahid ifadələri ilə, eləcə də işin həqiqi halları ilə uzlaşmaması müəyyən edilmişdir ki, bu da iş materiallarında olan hal şahidlərinin ifadələrinin həqiqəti əks etdirməməsinin göstəricisi olmaqla həmin ifadələrin sübut əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından çıxarılması üçün əsasdır. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə yazılı vəsatətlə müraciət edərək qeyd etmişdir ki, ittiham aktına görə guya 7 saylı CÇM-nin X20 2 saylı Palatasında olarkən ondan narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Buna görə də Şahid1, Şahid2, X13, Şahid3, Şahid5 və Şahid6 tibb sanitar hissəsinə gələrək üzərində axış keçirmişlər. Odur ki o, 7 saylı CÇMnin tibb sanitar hissəsinə həmin şəxslərin 06 oktyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində cəm halda gəlmələrinin və baxış keçirərək protokol tərtib etmələrinin yoxlanılması üçün 7 saylı CÇM-nin X20 videokameralarının 06 oktyabr 2023-cü il tarixdə, saat 14:00-dan 16:00-a qədər olan videogörüntülərinin götürülməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinə xx.xx.2024-cü il tarixli sorğu məktubu ünvanlanaraq hadisənin baş verdiyi zaman 7 saylı CÇM-nin X17 müşahidə kameralarının olub-olmaması və olduğu təqdirdə 06 oktyabr 2023-cü il tarixdə saat 13:00 radələrindən saat 17:00 radələrinə qədər olan müddət ərzində videogörüntülərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan və ona əlavə edilmiş aktda qeyd edilmişdir ki, 7 saylı Cəzaçəkmə Müəssisəsinin mərkəzi növbətçi hissəsində quraşdırılmış 24 saat videoqeydiyyat və yaddaşı 2 TB imkanları olan kamera müşahidə sisteminin arxivinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, qeydiyyat cihazının istehsalçı tərəfindən təyin edilmiş texniki parametrlərinə əsasən yaddaş diskindən (HDD) məlumat müəyyən zaman keçdikdən sonra yenilənir və video yazılış avtomatik olaraq əvəzlənir. 7 saylı X6 Sanitar Hissəsinin içərisində müşahidə kamerası quraşdırılmayıb, ancaq X20 çöl tərəfdən giriş hissəsini çəkən müşahidə kamerası quraşdırılıb. Qeyd olunan səbəbdən xx.xx.2023-cü il tarixinə saat 13:00-dan 17:00-dək olan müddət üzrə olan görüntülər videoqeydiyyat cihazının yaddaş diskində aşkar edilməmişdir. Məhkəmə sözügedən xüsusatla bağlı qeyd edir ki, səlahiyyətli orqana 7 saylı CÇMnin X9raşdırılmış müşahidə kameralarının 06 oktyabr 2023-cü il tarixdə saat 13:00 radələrindən saat 17:00 radələrinə qədər olan müddət ərzində qeydə aldıqları videogörüntüləri məhkəməyə təqdim etməsi barədə sorğu məktubunun göndərilməsinə, həmin sorğuya cavab olaraq görüntülərin videoqeydiyyat cihazının yaddaş diskində aşkar edilməməsinin bildirilməsinə baxmayaraq, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı X1 şöbəsinin rəisi, ədliyyə mayoru Şahid1 (vəzifəsi ilə əlaqədar sırf kameralarla sıx olaraq iş görən) ona müəssisədə quraşdırılmış videokameralarla bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, sanitar hissənin girişində videomüşahidə kamerası vardır. Əgər müəssisənin videomüşahidə kamerası video çəkirdisə, həmin videogörüntü pozula bilməz. Tibbi sanitar müəssisənin hər palatasının üstündə kamera var, Türkelin saxlanıldığı palatanın üstündə isə yoxdur. Beləliklə, müşahidə kameraları olduğu təqdirdə görüntülərin məhkəməyə təqdim edilməməsi də məhkəmədə müəyyən şübhələr yaratmışdır. Eyni zamanda, tibbi sanitar müəssisəsinin hər palatasının girişində kamera olduğu halda, Türkel Əsadullazadənin məhz üzərində kamera olmayan palataya yerləşdirilməsi məhkəmədə haqlı sual doğurmuşdur. Yuxarıda qeyd edilən hallar xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirinin qanuni əsaslarla keçirilməsində müəyyən şübhələr yaradır. İbtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilən məhkəmə-kimyəvi ekspertizasının 07 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5237 saylı rəyinə münasibətdə məhkəmə qeyd edir ki, həmin rəy təqdim edilmiş maddənin növünü, çəkisini müəyyən edən sübut olsada, göstərilən ekspert rəyi həmin maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü deyildir. İttiham aktında istinad edilən digər sübut növü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsinin xx.xx.2023-cü il tarixli, 8474 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması öz əksini tapmışdır ki, sözügedən ekspert rəyi də təqsirləndirilən şəxsin hazırda ittiham olunduğu cinayət əməlində təqsirliliyini təsdiq edən sübut növü deyildir.. Beləliklə, göründüyü kimi ibtidai istintaq orqanının təqsirləndirilən şəxsin təqsirli olması ilə bağlı istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X21 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və onun hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən 03 ədəd bükümdə ilkin təmiz çəkisi 0.510 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.480 qram narkotik vasitə heroinin, həmçinin 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.091 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.071 qram psixotrop maddə metamfetaminin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – narkotik vasitə və psixotrop maddənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən, narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan heroinin və metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 03 ədəd bükümdə ilkin təmiz çəkisi 0.510 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.480 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.091 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.071 qram psixotrop maddə metamfetamin aparılan araşdırma sona çatanadək Bakı şəhəri Xətai RPİ-nin saxlanc otağında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut 03 ədəd bükümdə ilkin təmiz çəkisi 0.510 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.480 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.091 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.071 qram psixotrop maddə metamfetamin həmin maddələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-149/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-149/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver