Məhkəmə qərarları › İş №1(011)-150/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-150/2023

24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-150/2023 24.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakm Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşaev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi X6, onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Cəlilabad rayonunun Alar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan yaşayan, 15 dekabr 2022-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 1985-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 2 ünvanda yaşayan, 15 dekabr 2022-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İtitham aktına əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs özünə məxsus “Mercedes E 240” markalı, ** BY *** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində onun qohumu Şahid4 məxsus “VAZ 2107” markalı, ** BU *** qeydiyyat nişanlı avtomobilin yanında saxlamasını bəhanə edib, zor tətbiq etmə yolu ilə həmin məsələni həll etmək iqtidarında olduğunu nümayiş etdirmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək 17 iyul 2022-ci il tarixdə saat 23:45 radələrində ünvan 3 ünvanındakı fərdi yaşayış evinin giriş darvazasının qarşısında Zərərçəkmiş şəxslə mübahisə edib, ünvanına nalayiq ifadələr işlətməklə, şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərinə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib, yumruqla Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə qəsdən zərbələr vurub ona sağ bazunun qançırları və sağ saidin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vurub ona başın ənsə nahiyəsinin dərialtı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 öz qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs məxsus «Mercedes E 240» markalı, ** BY *** qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsinin sağ tərəfini, qabaq hissəsində olan «Mercedes» nişanını və qabaq bamperinin sağ tərəfini sındıraraq sonuncuya 600 manat ziyan vurmaqla qərəzli hərəkətlərini inadkarlıqla uzun müddət davam etdirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs özünə məxsus “Mercedes E 240” markalı, ** BY *** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində onun atası Şahid4 məxsus “VAZ 2107” markalı, ** BU *** qeydiyyat nişanlı avtomobilin yanında saxlamasını bəhanə edib, zor tətbiq etmə yolu ilə həmin məsələni həll etmək iqtidarında olduğunu nümayiş etdirmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək 17 iyul 2022-ci il tarixdə saat 23:45 radələrində ünvan 3 ünvanındakı fərdi yaşayış evinin giriş darvazasının qarşısında Zərərçəkmiş şəxslə mübahisə edib, ünvanına nalayiq ifadələr işlətməklə, şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərinə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib, yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vurub ona başın ənsə nahiyəsinin dərialtı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs2 isə yumruqla Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə qəsdən zərbələr vurub ona sağ bazunun qançırları və sağ saidin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, bundan sonra öz qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs məxsus «Mercedes E 240» markalı, ** BY *** qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsinin sağ tərəfini, qabaq hissəsində olan «Mercedes» nişanını və qabaq bamperinin sağ tərəfini sındıraraq sonuncuya 600 manat ziyan vurmaqla qərəzli hərəkətlərini inadkarlıqla uzun müddət davam etdirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri Təqsirləndirilən şəxs1 cinayəti qismən etiraf ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ilkin olaraq ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, H.Aslanov küçəsi, ev 13-də yaşayır. 2022-ci ilin iyul ayının 17-də, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yaşayan xalasıgildə xınayaxdı mərasimi olmuşdur. Ora dəvətli olduğundan günorta vaxtları həmin ünvana getmişdir. Həmin vaxtı orada xalası oğlu Təqsirləndirilən şəxs1, atası Şahid4, dayısı Şahid3 və digər qohumları olmuşdur. Həmin mərasimdə bir müddət iştirak etdikdən sonra saat təxminən 23:00 radələrində oradan çıxıb həmyerlisi X4 ilə rayona getmişdir. X1 istifadəsində ***-***-**-**, ***-***-**-** mobil nömrələri, özünün istifadəsində isə ***-***-**-** nömrələri olmuşdur. Səhərisi günü eşitmişdir ki, qohumlarıyla qonşuluqda yaşayan Cəlal adlı şəxsin arasında mübahisə düşmüşdür. Cəlal şikayətində göstərmişdir ki, güya həmin vaxtı o da orada olmuş və Elgünlə birlikdə ona xəsarət yetirmişdir. Bu yalandır o hadisə vaxtı orada olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, özünü təqsirli bilir, törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş zərər ödənilmişdir. Himayəsində üç azyaşlı uşağı var. Ailənin yeganə qazanc gətirəni odur. Özü hal-hazırda Bakıdan rayonlara müştəri aparmaqla taksi fəaliyyəti ilə məşğul olur. Qeyd olunanların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ilkin olaraq ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 15-də yaşayır. 17 iyul 2022-ci il tarixdə, saat 18-də qonşuluqda yaşayan xalası qızının xınayaxdı mərasimi keçirilirmiş, həmin vaxtı atası Fərman VAZ 2107 markalı, ** BU *** qeydiyyat nişanlı avtomobilini yaşadıqları küçədə yaşayan, yəni Zərərçəkmiş şəxs 36 saylı evinin giriş qapısının qarşısında saxlamışdır. Həmin gün saat təxminən 23:45 radələrində atası Fərmanla birlikdə küçəyə çıxdıqda görmüşdür ki, Cəlal «Mercedes E 240» markalı, ** BY *** qeydiyyat nişanlı avtomobilini atası Fərmanın avtomobilinin yan tərəfində saxlamışdır. Cəlal onlardan avtomobilin kimə məxsus olmasını soruşmuş, atası isə avtomobilin ona məxsus olduğunu bildirmişdir. Cəlal isə kobud şəkildə avtomobili nə üçün orada saxlamalarını bildirib, öz avtomobilini həyətə salmaq üçün avtomobili oradan götürməsini tələb etmişdir. Cəlal onlara pis cavab verdiyindən avtomobili oradan çıxarmaq istəməmişdir. Lakin atası Fərman avtomobili oradan çıxarmaq istəsə də Cəlal öz avtomobilini çıxarmaq istəmədiyi üçün atası avtomobili çıxara bilməmişdir. Cəlal avtomobili oradan çıxarmaq əvəzinə onlarla sözlə mübahisə etmiş və avtomobilini səhər saat 9-da çıxaracağını deyib evlərinə getmişdir. Atası onların giriş qapısına yaxınlaşıb onu həyətə çağırmışdır ki, gəlib avtomobilini kənara çəksin. Lakin, Cəlal həyətə çıxmadan avtomobilini səhər götürəcəyini demişdir. Sonra, o, öz evlərinə getmiş və yenidən atasının yanına qayıtdıqda görmüşdür ki, orada olan dayısı Rövşəninin burnundan qan gəlir. Rövşən bildirmişdir ki, onu Cəlal vurmuşdur. Buna görə də əsəbləşib onun avtomobilinin müxtəlif hissələrini ayağıyla vurub zədələmişdir. Bundan sonra mübahisə başa çatsa da oraya polislər gəlmiş və sonradan atasıyla birlikdə Xətai RPİ-nin 34-cü PB-nə gedib hadisə barədə izahat vermişlər. Daha sonra Təqsirləndirilən şəxs1 məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Özünü təqsirli bilir. Özü 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə ön cəbhədə düşmənə qarşı döyüşmüşdür. Xəstə ata və anasına o baxır. Rəsmi işləməsədə, lakin qeyri-rəsmi işləyərək ailəsinin keçimini təmin edir. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 36-da qeydiyyatdadır və orada ailə üzvləri ilə birlikdə yaşayır. 17 iyul 2022-ci il tarixdə, saat təxminən 23:45 radələrində həyat yoldaşı və azyaşlı uşaqlarıyla birlikdə «Mercedes E 240» markalı, **-BY-*** qeydiyyat nişanlı avtomobiliylə yaşadığı evə gəlmişdir. Evlərinə yaxınlaşdıqda görmüşdür ki, giriş qapılarının qarşısında «VAZ 2107» markalı avtomobil saxlayıb, həmin avtomobilin sahibini axtarmağa başlamışdır ki, avtomobilin sahibini tapıb avtomobili oradan çıxardırsın ki, öz avtomobilini həyətə salsın. Bu vaxt qarşısına çıxan qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 və hazırda tanıdığı Elgünün qohumu olan, anket məlumatlarını bildiyi xx.xx.1985-ci təvəllüdlü Biləsuvar rayonunda yaşayan Təqsirləndirilən şəxs2 çıxmışlar. Onlardan həmin avtomobilin kimə məxsus olmasını soruşduqda kobud şəkildə bildirmişlər ki, həmin avtomobil onlara məxsusdur yaxşı edib orada saxlayıblar. Ailə üzvlərini evə düşürdüb qayıtmışdır ki, avtomobildən əşyaları götürsün. Avtomobilini həmin avtomobilin yan hissəsində saxlamışdır. Elgün və Afət təkidlə ona bildirmişlər ki, avtomobili oradan çıxartsın. Onlara başa salmışdır ki, avtomobili oradan çıxarmaq üçün gərək 50-100 metr arxaya sürüb uzaqda saxlasın. Yəni onlar avtomobili oradan sürüb gedə bilərmişlər. Bu vaxtı onlar ikisi də üzərinə hücum etdiklərindən həyətlərinə girib qapını arxadan bağlamışdır. Buna baxmayaraq onlar evin giriş qapısını bərk-bərk döyərək çölə çıxmağını bildirmişlər. Həmçinin, onlar onun ünvanına nalayiq sözlər söyürmüşlər, bunun üçün həyətə çıxmış və bu vaxtı Elgün və Afət onun ünvanına nalayiq söyüşlərini davam etdirərək onu döyüb Elgün əli ilə başına və Afət isə əli ilə sağ qoluna xəsarət yetirmişdir. Gücnən onların əlindən çıxmış və oraya yığılmış şəxslərin köməkliyi ilə evlərinə girib giriş qapısını bağlamışdır. Giriş qapısının gözlüyündən baxdıqda görmüşdür ki, Elgün ayağı ilə avtomobilinin qabaq ön şüşəsininin sağ tərəfini, qabaq tərəfində olan «Mercedes» nişanını və qabaq bamperin sağ tərəfinin üzərində olan lentini vurub sındırmışdır. Dərhal DİN-in 102 zəng xidmətinə zəng edib məlumat vermişdir. Həmin vaxtı onların çoxsaylı qohumları və qonşular Elgün və Afətin hərəkətlərinə görə oraya yığılmışlar, lakin onlar ona qarşı heç bir qanunazidd hərəkətlərə yol verməmişlər. Sonradan isə Xətai RPİ-nin 34-cü PB-nə gedərək faktla bağlı ərizə vermişdir. Mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Mübahisə başlamamışdan öncə avtomobili oradan çəkmək istəyirmiş, lakin onlar onu döyməyə başladıqları üçün avtomobili oradan kənara çəkə bilməmişdir. Həmçinin avtomobili oradan çəkmədən də onlar sürüb gedə bilərmişlər. Şahid3 sifət nahiyəsindən vurub ona xəsarət yetirməmişdir. Ola bilsin ki, onların əlindən alıb həyətlərinə salan vaxtı Şahid3 xəsarət almışdır. Mübahisə zamanı heç kimi vurmamışdır. Hazırda avtomobilini təmir etdirmiş, Elgünün avtomobilini əzməsi nəticəsində ona 600 manat ziyan dəymişdir. Hadisə vaxtı Elgün və Afətin əlində hər hansı bir kəsici alət və predimet görməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 39-da ailə üzvləri ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 qonşularıdır. Təqsirləndirilən şəxs2 Elgünün qohumu kimi tanımış və arada onlara gəlib-gedir. 17 iyul 2022-ci il tarixdə, saat təxminən 23:50 radələrində yaşadığı evdə olan zaman küçədə səs-küy gəlməsini eşidib küçəyə çıxmışdır. Bu vaxtı görmüşdür ki, X15 mübahisə edirlər. O və oraya gələn qonşuları Şahid1 ilə onları müşahidə edən zaman Elgün və Afət Cəlalı nalayiq sözlərlə söyərək əlləri və ayaqları ilə onu döyməyə başlamışdır. Bu vaxtı oraya Elgün və Afətin bir neçə qohumu da gəlmişdir. Sonra Cəlillə birlikdə güclə onları sakitləşdirib Cəlalı onların əlindən alıb evlərinin giriş qapısından həyətlərinə salmışlar. Bu vaxtı görmüşdür ki, Elgün ayağı ilə Cəlalın avtomobilinin müxtəlif yerlərinə zərbələr yetirir. Sonradan ona məlum olmuşdur ki, hadisəyə səbəb Elgün və Afətin Cəlalın evinin giriş qapısında dayanmış qohumlarına məxsus avtomobilin oradan çıxarmayacaqlarını demələri olmuşdur. Həmin vaxtı mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, Cəlalın başqa bir şəxsə qarşı hər hansı bir hərəkətə yol verməsini görməmiş və kiməsə qarşı hər hansı bir nalayiq ifadələr işlətməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 37-də yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 qonşularıdır. Təqsirləndirilən şəxs2 Elgünün qohumu kimi tanıyır və ara-bir Elgün gilə gəlib-gedir. 17 iyul 2022-ci il tarixdə, saat təxminən 23:50 radələrində yaşadığı evdə olan zaman küçədə səs-küy gəlməsini eşidib küçəyə çıxmışdır. Bu vaxtı görmüşdür ki, X15 mübahisə edirlər. O və oraya gələn qonşuları Şahid2 ilə onları müşahidə edən zaman Elgün və Afət Cəlalı nalayiq sözlərlə söyərək əlləri və ayaqları ilə onu döyməyə başlamışdır. Bu vaxtı oraya Elgün və Afətin bir neçə qohumu da gəlmişdir. Sonra Cəlillə güclə onları sakitləşdirib Cəlalı onların əlindən alıb evlərinin giriş qapısından həyətlərinə salmışlar. Bu vaxtı görmüşdür ki, Elgün ayağı ilə Cəlalın avtomobilinin müxtəlif yerlərinə zərbələr yetirir. Sonradan ona məlum olmuşdur ki, hadisəyə səbəb Elgün və Afətin Cəlalın evinin giriş qapısında dayanmış qohumlarına məxsus avtomobilin oradan çıxarmayacaqlarını demələri olmuşdur. Həmin vaxtı mübahisə təxminən 15-20 dəqiqə davam etmiş və Cəlalın başqa bir şəxsə qarşı hər hansı bir hərəkətə yol verməsini görməmiş və kiməsə qarşı hər hansı bir nalayiq ifadələr işlətməsinin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi haqqında 30 sentyabr 2022ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti və həmin əsasında rayon prokurorluğunda toplanmış material üzrə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və ibtidai istintaqın aparılması üçün aidiyyatı üzrə Xətai RPİ İŞ-nə göndərilməsi qərara alınmışdır. ( i.v. 1); Xətai RPİ 34-cü PŞ-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixində üzdən tanıdığı şəxsin onun yaşadığı ünvanın qarşısında etibarnamə əsasında idarə etdiyi mersedes markalı maşının şüşəsini sındıraraq yumruqla onu vuraraq bədən xəsarəti yetirmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir.(i.v 6) 1673 saylı raportan görünür ki, xx.xx.2022-ci il tarixli raportan görünür ki, Zərərçəkmiş şəxs qonşusu tərəfindən döyülməsi barədə məlumat vermişdir.(i.v 7) hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 5 ünvanına baxış keçirilmişdir. Hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir ( i.v. 11-11a); xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs1 ayıqdır.(i.v 15) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 781 saylı rəyində gösərilmişdir ki, müayinə zamanı Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin dərialtı hematomaları, sağ bazunun qançırları və sağ saidin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.(i.v 27-28) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 40) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 26 oktyabr 2022-ci il tarixli tələbnaməldən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.(i.v50) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 26 oktyabr 2022-ci il tarixli tələbnaməldən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (i.v51) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir.(i.v62-64) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi həmin məcəllənin 221.2.1-ci maddəsinə tövsif olunmuşdur.(i.v 65) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir.(i.v 77-79) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır.(i.v 87-88) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 111-112) Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X3 vəxx.xx.2019-cu il təvəllüdlü X8 adlı övladları vardır. (i.v 115-117) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır.(i.v 125-126) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 139-140) xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs1 15 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham və həmin tarixli qərarla barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tadbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs2 15 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham və həmin tarixli qararla barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barasinda Azərbaycan Respublikası CM-nin 128 va 221.1.2-ci maddələri ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CMnin 186-cı maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şahid3 va Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39,1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs1 Forman oğlunun istintaqa vermiş olduğu ifadələrində Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini, ona qarşı xuliqanlıq etmədiyini, sadəcə olaraq avtomobilinə zədələr yetirdiyini bildirməsi ilə bağlı xüsusatlar cinayət işinin materialları ilə tam təkzib olunduğundan özünü müdafiə üçün gətirdiyi dəlil kimi qiymətləndirilərək rədd edilməsi və ifadələrinin həmin hissələri iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs2 istintaqa vermiş olduğu fadələrində hadisə yerində olmadığını, Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini və sonuncuya qarşı xuliqanlıq etmədiyini bildirməsi ilə bağlı xüsusatlar cinayət işinin materialları ilə tam təkzib olunduğundan özünü müdafiə üçün gətirdiyi dəlil kimi qiymətləndirilərək rədd edilməsi və ifadələrinin həmin hissəlari iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməməsi, Şahid3 istintaqa vermiş oldugu ifadəsində 17 iyul 2022-ci il tarixdə, saat təxminən 23:45 radələrində ünvan 3 ünvanının qarşısında aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə onun burnundan vuraraq xəsarət yetirməsi, Afat İbrahimovun hadisə yerində olmaması, mübahisə zamanı Təqsirləndirilən şəxs1 va Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini bildirməsi ilə bağlı xüsusatlar cinayət işinin materialları ilə tam təkzib olunduğundan qohumluq əlaqəsi olduğu təsirləndirilən şəxslərin cinayət məsuliyyətindən kənarda qalmalarına nail olmaq üçün gətirdiyi dəlil kimi qiymətləndirilərək rədd edilməsi və ifadələrinin həmin hissələri iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməməsi, Şahid4 istintaqa vermiş olduğu ifadəsində 17 iyul 2022-ci il tarixdə, saat təxminən 23:45 radələrində ünvan 3 Ünvanının qarşısında aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə X2 burnundan vuraraq xəsarət yetirdiyini, Afət İbarhimovun hadisə yerində olmadığını, mübahisə zamanı Təqsirləndirilən şəxs1 və Afǝt İbrahimovun Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini bildirməsi ilə bağlı xüsusatlar cinayət işinin materialları ilə tam təkzib olunduğundan qohumluq əlaqasi olduğu təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən kənarda qalmalarına nail olmaq üçün gətirdiyi dalil kimi qiymətləndirilərək rədd edilməsi və ifadələrinin həmin hissələri iş materiallarına uyğun olmadığından sübut kimi qabul edilmməsi, Zərərçəkmiş şəxs məxsus «Mercedes E 240» markalı, ** BY *** qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü sahibinə təhvil verilməsi nəzərə alınması, məhkəmə-tibbi ekspertizasının mahkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 781 saylı rəyi, təqsirləndirilən şəxslərin ifadələrinin qalan hissələri, zərərçəkmiş şəxsin ifadəsi, Şahid1 və Şahid2 ifadələri, Şahid3 va Şahid4 ifadələrinin qalan hissələri, və üzləşdirmə haqqında protokollar iş materillarına uyğun olduğundan sübut kimi qiymətləndirilməsi qərara alınmışdır.(i.v146-156) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş 11979 saylı məktubdan görünür ki, X7 istifadəsində olan ********** saylı mobil telefonun anten dairəsi xx.xx.2022-ci il tarixində ünvan 6 ünvanını göstərir. “AZEMİS” elektron məhkəmə sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin qanuni nümayəndələri və müdafiəçilərin iştirakı ilə vermiş olduğu ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 221.2.1-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Xuliqanlığı yaz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. 49.2. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. 49.3. İslah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. [42] 49.4. İslah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyşalı uşağının olmasını (CM 59.1.4), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması (CM59.1.13), zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi(CM59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması(CM59.1.13), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və törətdiyi əməldən səmimi peşman olmasını (CM 59.2), nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması (CM59.1.13), zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi(CM59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması(CM59.1.13), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və törətdiyi əməldən səmimi peşman olmasını, deməsinə görə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə iştirak etməsini(CM 59.2), nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını iş yeri üzrə çəkməli, cəzasının əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işi materillarında saxlanılmalı, iş üzrə digər maddi sübut “Mercedes E 240” markalı 99BY751 qeydiyyat nişanlı avtomobil maddi sübutun sahibinə qaytarılması nəzərə alınmalı,hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinin istifadəsinə verilmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını iş yeri üzrə çəkməli, cəzasının əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul, Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını iş yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını iş yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Biləsuvar rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işi materillarında saxlanılsın, iş üzrə digər maddi sübut “Mercedes E 240” markalı 99BY751 qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra sahibinin istifadəsinə verilmiş hesab olunsun. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul, Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar