Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-151/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Şahanə Ədalət qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, hazırda "xxxx" MMCnin "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərgər Palan küçəsində olarkən "Tik Tok" sosial şəbəkəsində "bbyvshbz" adlı özünə məxsus profillə videolara baxarkən "ms.jabbarova" adlı istifadəçinin ilk dəfə videolarını görmüş, kim olmasını bilmirmiş. Qeyd edilən profil "public", yəni hər kəsə açıq səhifə olduğundan və içki reklamı ilə bağlı olduğundan həmin videoların müxtəlif internet şəbəkəsindən reklam tipli paylaşım olduğunu düşünmüşdür. Həmin gün "Tik-Tok" sosial şəbəkəsində "jabbarova_14" adı ilə xatırlamadığı elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçmiş, profilin bioqrafiya hissəsinə "səhifəmiz yenidi takib atıb dəstək olun görüş üçün dm" yazmışdır. Bundan sonra həmin səhifədə "ms.jabbarova" adlı profildən yüklədiyi və reklam paylaşımı düşündüyü 2 videonu "jabbarova 14" adlı istifadəçinin profilində paylaşıb "baki" və "rəy yazıb dm gəlin canlar" adlı başlıqlar yazıb "ms.jabbarova" adlı istifadəçinin videolarını da bəyənmiş, bundan sonra "ms.jabbarova" adlı istifadəçi ona, yəni "jabbarova_14" adlı istifadəçiyə "fikirləşmirsən ki səni tapmaq çox sadədi" deyə yazdı, o isə həmin şəxsin bəy olduğunu düşünmüş "mözölənmə a" deyə cavab vermişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə də "ms jabbarova" adlı istifadəçinin profilindən içki reklamı sayıb yüklədiyi 1 videonu "dm gəlin darıxıram" başlığı idə paylaşmışdır. Həmin profil vasitəsilə cəmi 2 nəfərlə danışıq aparmış, lakin hər hansı məbləğdə pul vəsaiti almamış, eyni zamanda işdə olduğundan ümumiyyətlə o profilə baxmağa və ondan istifadə etməyə vaxtı da olmamışdır. xx.xx.2024-cü il tarixdə dostları ilə əlaqə saxladıqdan sonra ona yazan o 2 şəxsin başqaları olduğunu bildikdən sonra etdiyinin yanlış olduğunu başa düşüb həmin profili silmək qərarına gəlmiş və qeyd etdiyi tarixdə "Tik Tok" sosial şəbəkəsində yaratdığı "jabbarova 14" adlı profili və adını xatırlamadığı elektron poçt ünvanı da silmişdir. Sonradan Yasamal rayon Prokurorluğunda barəsində "Şahanə Cabbarova" adlı xanım tərəfindən şikayət olduğunu bildikdən sonra, "ms.jabbarova" adı istifadəçinin həmin xanım olduğunu bilmişdir. Şahana Cabbarova yaratdığı "jabbarova_14" adlı profili görmüş, buna görə şikayət etmiş, şikayət əsasında Yasamal rayon Prokurorluğunda araşdırma aparılaraq, barəsində Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda cinayət məhkəmənin icraatındadır. O öz səhvini başa düşərək dəfələrlə zərərçəkmiş şəxslə mübahisəni həll etmək üçün cəhdlər göstərmiş, mübahisənin həlli üçün uzlaşma yollarının axtarılmasına hazır olduğunu ona bildirmişdir. Mübahisəni həll etmək üçün "Whatsapp" mobil tətbiqi vasitəsilə ilə zərərçəkmiş şəxs Şahana Cabbarovanın istifadə etdiyi +99455654-15-14 nömrəsinə təklif göndərmiş, üzr istəmişdir. X5 cavab verməmiş, cavab verdikdə isə "Sən kimsən? Sənin ailən kimdi? Necə arsız-abırsız adamsan ki hələ utanmadan mənim qapımı döymək fikrinə də düşürsən. Sən o küt beyninlə məni hədələyirsən öz aləminda? Atam bilir hər şeyi. Bundan sonra mən heç nəya qarışmayacam. Hüquqi yolla nə lazımdı olacaq. Sən cəzam alacaqsan. Heç nə sakit bitməyəcək. Bütün xəbər saytlan, televiziya xəbərləri sənin elədiyini paylaşacaq. Səni adam içinə çıxılmaz vəziyyətə gətirəcəm. Necə ki sən məni biabır eləmisən. Eləcə də mən sənin elədiyin hərəkəti ictimailəşdirəcəm. Qoy hamı görsün tanısın sən kimsən" deyə mənə və ailəmə qarşı təhqiredidici ifadələr işlətmişdir. (sms-lər şikayətə əlavə edilir). Şahana Cabbarova sonuncu müraciətinə cavab verməmiş, yalnız "+994-10-225-37- 47" telefon nömrəsini ona yazmış, bununla bağlı "Whatsapp" mobil tətbiqi üzərindən aparılan yazışmalar da mövcuddur. Ş.Cabbarovanın birbaşa mənimlə əlaqə qurmaq istəmədiyini hesab edərək, həmin nömrənin kişi xeylağı olan ailə üzvünə məxsus olduğunu düşünmüşdür. Lakin həmin +994-10-225-37-47" nömrə ilə əlaqə saxladıqda, Vüqar adlı polis əməkdaşı olan şəxs ondan 20000 (iyirmi min) manat məbləğində pul tələb etdi. O, bu məbləğin ona ödənilmədiyi halda Ş.Cabbarova ilə birlikdə ona ciddi cəza verilməsini təmin edəcəklərini, əlavə olaraq tələb edilən pulu onlara vermədiyim təqdirdə bu məsələni ictimailəşdirərək onu rüsvay edəcəyi ilə hədələməyə başladı. Lakin o ona istədikləri pul məbləğinin çox olduğunu, Vətən Müharibəsi veteranı olduğunu, əməlimdən peşman olduğumu bildirdikdə, Vüqar Şahanə ilə məsləhətləşib ona xəbər verəcəyini bildirdi. Sonradan ona zəng vuraraq həmin məbləği 15.000 (on beş min) manat məbləğinə endirdiklərini dedi. Bunu təsdiq edən telefon danışıqlarının yazısı da mövcuddur. (şikayətə əlavə edilir) O yaranmış vəziyyətdən anladı ki, X11 adlı şəxs ilə birgə onu internetdə bu haqda yazmaqla onu rüsvay edəcəkləri ilə hədələyərək onu şantaj etmişlər. Buna dair smsləri, vatsap səsyazılarını (diskdə) təqdim edir. Onu rüsvay etməklə hədələyərək tələb etdiyii 20000 (iyirmin min) manatı verməyə imkanı olmadığından, Şahanə Cabbarova tərəfindən söz verildiyi kimi ona qarşı şantaj və rüsvayedici məlumatlar yayılması kompaniyasına başlanılmışdır. Bundan başqa, Şahanə Cabbarova 14 yanvar 2025-ci il tarixdə "Xəzər" televiziyasında yayımlanan "Xəzər xəbər verilişində müsahibə verərək, guya onun tərəfimdən (Babayev Şahbaz) 4 aydır ki, şantaj olunduğunu, guya nişanlı olduğunu və bu səbəbdən nişanının qaytarıldığını, guya işdə müdiriyyətlə bununla bağlı aralarında problemla yarandığından işdən çıxarıldığını bildirmiş və həmin televiziya kanalında şəklini nümayiş etdirilərək onunla telefon vasitəsilə əlaqə yaradılmışdır. Verilişdən sonra həmin məlumatlar 14 yanvar 2025-ci il tarixdə "Xəzər" xəbər saytında da dərc edilərək nümayiş etdirilmişdir Daha sonra, həmin məlumatlar "Youtube" kanalında paylaşılıb və bütün digər kütləvi informasiya vasitələri də həmin məlumatı götürüb paylaşmış və 400.000 mindən yuxarı baxış olmuşdur. Bundan başqa, yuxarıda qeyd edilənlər 14 yanvar 2025-ci il tarixdə "PUBLİKA AZ". "korrupsiya.az", "hurriyyet.az" 15 yanvar 2025-ci il tarixdə "REDAKTOR. AZ", sayılarında da dərc edilərək, "aznews.ws" nümayiş etdirilmiş və eləcə də bütün kütləvi informasiya vasitələri də həmin xəbərləri götürüb dərc edərək paylaşmışlar. Bununla da barəmdə məni nüfuzdan salan həqiqətə uyğun olmayan məlumatlar yaymaqla, TELEVİZİYADA VƏ XƏBƏR SAYTLARİNDA etdiyi çıxışlarında mənə böhtan atmışdır. Bununla bağlı, yani Şahana Cabbarovanın guya 4 aydır ki, onu şantaj etməyimlə bağlı məlumatların böhtan xarakterli olması, Ş Cabbarovanın özünün barəmdə Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə cinayət işi üzrə verdiyi ifadəsi ilə də sübut edilir. Belə ki, Şahana Cabbarova istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində qeyd etmişdir ki, o "jabbarova_14" adlı istifadəçini xx.xx.2024-cü il tarixdə görmüş, sonradan öyrənmişdir ki, 4169 7385 6240 2838 kart hesabı X7 məxsusdur. Qeyd etdiyi profilin Şahbaz Babayev tərəfindən açılıb-açılmaması barədə dəqiq məlumatı yoxdur, lakin bilir ki, həmin kart hesabı sonuncuya məxsusdur. Həmin profili işlədən şəxs olan bilsin ki, pul yığmaq məqsədilə onun adından profil açmış, xx.xx.2024-cü il tarixdə həmin profil silinmişdir. Qeyd etdiyi profilin kim tərəfindən açılması barədə heç bir məlumatı yoxdur. (ittiham aktı əlavə edilir) 102 xidmətinə müraciət etdim va Polis Bölməsinə çağırılaraq izahatım alınmışdır. Bütün ailə üzvləri, qohumları, tanışları, dostları yuxarıda qeyd etdiyi "Xazar TV"-da yayımlanan verilişi izləmiş, mənə zənglər edilmiş və xəbər saytlarında haqqında Şahana Cabbarovanın həqiqətəuyğun olmayan, böhtan xarakterli çıxışlarını oxumuşlar. Bu hadisə ilə bağlı mən və ailə üzvlərim mənəvi sarsıntı, stress, əsəb keçirtdik. Bununla da Şahana Cabbarova ona şər ataraq haqqımda böhtan təhqir xarakterli məlumatları yayaraq onu rüsvay etmiş, barəsində yanlış, böhtan və təhqir xarakterli fikirlər ifadə etmişdir. "Xəzər TV"də və bütün xəbər saytlarında (tik-tok, instaqram, facebook, youtube) həmin yazıları dərc etməklə mənim işgüzar nüfuzumu, habelə, şərəf və ləyaqətimi ləkələyən, böhtan və təhqir xarakterli məlumatları yaymışdır. Onun barəsində yayılan məlumatlar şikayət etdiyi şəxs tərəfindən yayılan məlumatlardır. Bu şəxs tərəfindən yayılan böhtanlar onun talab etdiyi 20000 (iyirmi min) manatı vermədiyimdən mənə qanunsuz təsir etmək məqsədini güdür. Qeyd edim ki, ədəbsiz sözlərin leksikasında təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır. Təhqir, əvvəlcə əsəb və aqressiya, ardından depressiya. unudulmayan, düzəldilməsi illər sürən bir acı verə bilir. Mənim Vətən qarşısında əvəzolunmaz xidmətlərim vardır ki, bununla bağlı ölkəmizin prezidenti canab İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilmişəm. Hələ 18 yaşında ikən mən 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşam. Vətən müharibəsi zamanı yanımda dəfələrlə mərmilər, minalar partlamış, xəsarət aldıqda hətta öldüyümü düşünüb morqda belə yatırılmışam. "ms jabbarova" adlı profil publik, yəni hər kəsə açıq profil olmuş, paylaşılan videolar içki ilə bağlı olduğundan reklam səhifəsi olduğunu düşünmüş və istifadəçinin xanım olduğunu və şəxsi videoları olduğunu bilməmişdir, 3 gün içində cəmi 2 nəfər özü və dayısı qızı həmin profilə yazmış və işdə olduğundan heç istifadə belə etməmişdir. Səhvini özü dərk edərək 3 gün içində həmin profili silmişdir. İstifadəçinin Ş.Cabbarova olduğunu bildikdən sonra isə dəfələrlə üzr istəmiş, özü və ailə üzvləri atası dayısı üzr istəməyə qapılarına neçə dəfə getsək də, qapını açmamışlar. Ölkəmizdə milli mentalitet dəyərləri çərçivəsində bu cür təhqirlər ucbatından baş verən cinayət hadisələri azdırmı? Neçə-neçə başı alovlanmış gənclərin və ya spirtli içki, narkotik maddələr təsiri altında olan insanların həyatına təhqirə qarşı özünümüdafiə "cavabı" son qoyub. Azərbaycanda şərəf və ləyaqətin qorunması və müdafiəsi hüququ Konstitusion hüquqdur. Ali Qanunumuz olan Konstitusiyanın 46-cı maddəsində təsbit olunmuşdur ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına asas vera bilmaz. Göründüyü kimi, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunması dövlətin Konstitusion vəzifəsi kimi tashit olunmuşdur. Bu baxımdan dövlət öz vəzifəsinin təmin edilməsi üçün ayrı-ayrı qanunvericilik aktlarında bu müdafiənin hüquqi mexanizmlərini nəzərdə tutmuşdur. Sözsüz ki, bu mexanizmlərdən daha kəsərlisi ləyaqətin alçaldılmasının cinayət mühakiməsi icraatı qaydasında cazalandırılmasıdır. Hesab edirəm ki, yuxarıda qeyd etdiklərimə əsasən barəsində şikayət etdiyim şəxsin əməlində Azarbaycan Respublikasinin CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir və 147.2-ci maddəsində nəzərdə tutulmuş böhtan atma cinayətinin tərkibi vardır. Böhtan cinayətinə görə masuliyyəti yalnız Böhtanın məzmununu təşkil edən məlumatlarını yayan şəxs daşıyır. Bu cinayətin motivi müxtəlif ola bildiyindən hansı səbəbdən onun mənə böhtan atmasının əhəmiyyəti yoxdur. Onun böhtan cinayətini törətməsi məndə olan mötəbər sübutlarla təsdiq olunur. (səs yazıları olan diski, fotoşəkilləri, sms-lər şikayətə əlavə edirəm) X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 va 147.2-ci maddələri ilə cinayət məsulliyətinə cəlb edərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza verilməsini, məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəməmiş, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkili 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə verilmiş şikayətin baxılmadan geri qaytarılması barədə məhkəməyə müraciət ümvanlanlamışdır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət baxılmadan geri qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, verilmiş xüsusi ittiham qaydasında barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs barəsində məlumatlar verilməməklə Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci(293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi;) maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin məcəllənin 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); sübutlarla təsdiq edildiyi göstərilir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkilinin müraicətini nəzərə alaraq hesab edir ki, verilmiş xüsusi ittiham qaydasında şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət geri qaytarılsın. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-151/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-151/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver