Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-152/2020 16.06.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, subay, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi, ev 42-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes Benz 300 D” markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Zığ yolu şossesinə doğru hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yaşayış məntəqəsində avtomobili müəyyən edilmiş 60 km/saat sürətdən, yüksək 70-80 km/saat sürətlə hərəkət etdirmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 39c saylı binanın birinci mərtəbəsində yerləşən “Favorit” marketin qarşısında "Yol hərəkəti haqqında" Qanununun 60-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq işıqforun qırmızı işığında gözləməli olduğu halda hərəkətini davam etdirmiş, həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin vaxt sağ tərəfdən yola daxil olan İbrahimov Fuad Fərhad oğlunun baş etibarnamə ilə idarə etdiyi “Daewoo Lanos” markalı 99-MA- 139 dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə idarə etdiyi avtomobilin qabaq hissəsi toqquşaraq, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 sağ əlin V daraq sümüyünün qapalı yerdəyişən sınığından, Zərərçəkmiş şəxs2 isə “müştərək travma, başın sol təpə - gicgah nahiyəsində əzilmiş yara və baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, alında yumşaq toxumaların əziyi, sıyrıqlar, döş qəfəsinin küt travması ilə qeyd olunan solda Vİ-Vİİ-Vİİİ qabırğaların sınığı və hər iki ağciyərin əzilməsi, solda oturaq sümüyünün yerdəyişməsiz sınığından ibarət dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almalarına, həmçinin Zərərçəkmiş şəxs2 məxsus olan “Daewoo Lanos” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2100 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən “BC” dərəcəli sürücülük vəsiqəsi ilə avtomobil idarə edir. xx.xx.2019-cu il tarixdən 1993-cü il buraxılışlı gümüşü metalik rəngli “Mercedes Benz 300 D” markalı ** OJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında X3 almışdır. Avtomobil Ş.Şirinovun adına qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq ona məxsusdur. Həmin avtomobillə Hövsan qəsəbəsindən metronun “Əhmədli” stansiyasına və geriyə sərnişin daşımaqla məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan həmin avtomobillə metronun “Əhmədli” stansiyasında 4 nəfər Hövsana getmək istəyən müştəri oturmuşdur. Həmin müştərilərdən sonradan adını bildiyinə görə Zərərçəkmiş şəxs1 qabaq sərnişin oturacağında, onun bacısı Şahid arxa oturacaqda və onun yanında 2 nəfər cavan oğlan oturmuşdur. Həmin vaxt Xətai rayonu Gəncə prospekti ilə idarə etdiyi avtomobildə 70-80 km/saat sürətlə hərəkətdə olduğu zaman Gəncə prospekti 39 saylı binanın altında yerləşən “Favorit” marketin yanındakı işıqforda qırmızı işığın yanmasına baxmayaraq tələsdiyi üçün dayanmamış və hərəkətini davam etdirdiyi üçün avtomobili həmin vaxt əsas yola, yəni Gəncə prospektinə dönərək daxil olan sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxsin idarə etdiyi «Daewoo Lanos» markalı **-MA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sol tərəfinə vurmuşdur. Hadisə vaxt Zərərçəkmiş şəxs2 və onun avtomobilində sərnişin olan Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Digər şəxslər heç bir xəsarət almamışlar. Həmin vaxt o, 103 xidmətinə zəng etdiyi üçün təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və digər sürücünü xəstəxanaya aparmışdır. Daha sonra zərərçəkmiş şəxslərlə notarial qaydada barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq barəsində olan cinayət iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2013-cü ildən etibarən “BC” dərəcəli sürücülük vəsiqəsi ilə avtomobil idarə edir. xx.xx.2019-cu il tarixdə 1997-ci il buraxılışlı ağ rəngli “Daewoo Lanos” markalı ** MA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında X1 almışdır. Avtomobil Z.Səmədovun adına qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq ona məxsusdur. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə 269 saylı tam orta məktəbin yanından Gəncə prospekti 39 saylı binanın altında yerləşən “Favorit” marketin yanındakı yoldan əsas yola, yəni Gəncə prospektinə daxil olmaq istəmişdir. Belə ki, əsas yolda Gəncə prospektində işıqforun qırmızı işığı yandıqdan sonra o idarə etdiyi avtomobillə Gəncə prospektinə 20 km/saat sürətlə sağa dönərkən, həmin yolla, yəni Gəncə prospektində işıqforun qırmızı işığında hərəkətini davam etdirən gümüşü metalik rəngli “Mercedes Benz 300 D” markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq tərəfi ilə gözləmədiyi halda onun idarə etdiyi avtomobilin sol yan tərəfini vurmuşdur. Hadisə vaxtı hava aydın olmuş, yol asfaltbeton örtüklü olmaqla quru olmuşdur. Avtomobil yüksüz olmuş, avtomobildə tək olduğu üçün zərbənin təsirindən başından, sinə nahiyəsindən, qabırğalarından və çanaq nahiyəsindən xəsarət almışdır. Buna görə də təcili tibbi yardım avtomobili ilə əvvəlcə Neyrocərrahiyyə xəstəxanasına, sonra 3 saylı şəhər klinik və oradan da 1 saylı şəhər klinik xəstəxanasına müraciət etmişdir. Avtomobili isə tam yararsız vəziyyətə düşmüş və yol-nəqliyyat hadisəsi nəticəsində ona 8890 manat məbləğində ziyan dəymişdir. Bu barədə “xxxxxxxxxxxxxx” MMC tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktını istintaqa təqdim etmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Onunla barışdığını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş barışıq ərizəsi nəzərə alınaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilərək ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 09 radələrində bacısı Şahid ilə Sabunçu xəstəxanasına getmişlər. Orada həkimə müraciət etmiş, müayinə olunmuşdur. Bundan sonra bacısının yaşadığı Hövsan qəsəbəsinə getmək üçün Əhmədli metro stansiyasının yanına gəlmişlər. Saat təxminən 13 radələrində Əhmədli metro stansiyasının üzərindən əvvəllər tanımadığı, adamın birini 1 manata Hövsan qəsbəbəsinə aparan, sonradan adının Bəhram olduğunu bildiyi sürücüyə yaxınlaşmışlar. Bəhram «Mercedes-Benz 300D» markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O sürücünün yanında əyləşmiş, bacısı arxa oturacaqda onun arxasında, onun yanında isə tanımadığı 2 nəfər cavan oğlan əyləşmişlər. Həmin şəxsləri tanımır. Ancaq orada görüşmüşlər. Bəhram avtomobili idarə etmiş, Gəncə prospekti ilə üzü Zığ şossesi istiqamətində irəliləməyə başlamışdır. Saat 13:20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes-Benz 300D» markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti ilə Zığ istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfindən yola çıxmaq istəyən sonradan tanıdığı Zərərçəkmiş şəxs2 idarə etdiyi «Daewoo Lanos minik» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin avtomobil yola çıxmaq istədiyi zaman hadisə baş vermişdir. Bəhram svetoforun qırmızı işığında hərəkətini davam etdirdiyinə görə bu hadisə baş vermişdir. Nəticədə sağ əlinin balaca barmağı sınmış, sifəti isə dodaq nahiyədən cırılmışdır. Hadisə zamanı digər sürücü də xəsarət almışdır. Onları dərhal başqa bir avtomobillə xəstəxanaya aparmışlar. Xəstəxanada zəruri tibbi yardım almışdır. Bunları Bəhram etmişdir. Sifətinə tikiş vurmuşlar, əlini isə gipsə qoymuşlar. Xəsarətləri tam sağalmamışdır. Həmin hadisə zamanı az ağır dərəcəli bədən xəsarəti almışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir, onun ifadəsi şahid Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 31810 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz 300D markalı, 10OJ265 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü B.İ.X5 300D markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60km/saatdan artıq, yəni 70-80 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda Daewoo Lanos markalı, 99MA139 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 10,5 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Daewoo Lanos markalı, 99MA139 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 10,5 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyi "MTE və PA" ETT Birliyinin Xətai rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 1337 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər -“müştərək travma, başın sol təpə - gicgah nahiyəsində əzilmiş yara və baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, alında yumşaq toxumaların əziyi, sıyrıqlar, döş qəfəsinin küt travması ilə qeyd olunan solda Vİ-Vİİ-Vİİİ qabırğaların sınığı və hər iki ağciyərin əzilməsi, solda oturaq sümüyünün yerdəyişməsiz sınığı” bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni sürücü qismində yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Səhiyyə Nazirliyi "MTE və PA" ETT Birliyinin Xətai rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 01/2020 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - “sağ əlin V daraq sümüyünün qapalı yerdəyişən sınığı” bərk küt əşyanın təsirindən törənmişdir. xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi şəraitində, sərnişin olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində xəsarət almışdır, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 4225 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təqdim məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 3000,00 manat olmuş 1997-ci il buraxlışlı Daewoo Lanos markalı az **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 2100,00 (3000m-30%) manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2016-cı il tarixində verilmiş AD seriyalı 071558 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. Sürücülük vəsiqəsi xx.xx.2026-ci il tarixədək etibarlıdır. Cinayət işinin 54-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir tələb və şikayətləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Məhkəmə iş materiallarını tam təhlil etdikdən sonra hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli vəiş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilənəzərdətutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi iləolan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutularaqdövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 43.1.2, 39.1.11 , 344- 347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-152/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-152/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver