Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-152/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Mincivan qəsəbəsi Ə.Əsədov küçəsi ev 34-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında məskunlaşmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 18:48-də atası Şahid2 məxsus, ƏN- İV- №745313 nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Aveo” minik markalı **-OD-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu Alfred Nobel prospektində Zığ şossesi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, dərhal nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu və nəqliyyat vasitəsini yaşamış məntəqəsində icazə veriləndən artıq surətlə hərəkət etdirməməli olduğu halda buna etməmiş, 44.8-52.3 metrdən artıq məsafədən X3 yolun hərəkət hissəsinə çıxdığını görsə də dərhal avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbir görmədiyindən idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə yolu adi yerişlə keçən Altun Zeynallını vurub ehtiyatsızlıqdan sonuncuya baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, sol gicgah-ənsə nahiyəsinin yumşaq toxumasının hematoması, başın alın və sol üst göz qapağının əzilmiş-cırılmış yaraları, burun sümüyünün qapalı sınığı, onurğa beyinin boyun şöbəsinin əzilməsi, İİİ və İV boyun fəqərələrinin qəlpəli sınıqları, sifətin və yuxarı ətrafların sıyrıqları, sol bud nahiyəsinin yumşaq toxumasının hematoması ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək, ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, “Chevrolet Aveo” markalı **-OD-*** dövlət nömrə nişanlı avtomaşın atası Şahid2 mülkiyyətindədir, həmin avtomaşını o, etibarnamə əsasında idarə edir, avtomaşın idarə etmək üçün B kateqoriyalı sürücülük vəsiqəsi vardır. 2020-ci ilin noyabr ayının 15-də saat 18:45-də Bakı şəhəri Xətai rayonu Alfred Nobel prospektindən üzü Zığ yolu istiqamətində saatda 70 km sürətlə hərəkətdə olan zaman hərəkətdə olduğu yolun sağ tərəfindən sol tərəfinə doğru əks istiqamətə qaça-qaça bir nəfər kişi yolu keçmək istəyən zaman yolun sol tərəfində yerləşən yol ayrıcına çatmağa bir iki metr qalmış idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə onu vurub xəsarət yetirmişdir. Hərəkətdə olduğu yolda başqa avtomobillər olduğundan idarə etdiyi avtomobili sola tərəf çəkə bilməmişdir. Zərbənin təsirindən piyada 40-50 metr əks yola düşmüşdür. Əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, zərərçəkmiş şəxsin bütün xərclərini tam ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, məcburi köçkün olmasını, atasının Qarabağ müharibəsi veteranı olmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilməsini, “Vətən naminə”, “Fədai”, “Qarabağ Veteranı” medalları ilə təltif edilməsini, anasının qara ciyər sirrozundan əziyyət çəkməsini, özünün nitqinin qüsurlu olmasını, kəkələməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 göstərmişdir ki, Altun Zeynallı onun doğma oğludur. Oğlu yol nəqliyyat hadisəsində vəfat edən günə qədər “xxxx” MMC-də mühafizəçi işləmişdir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində ona gələn telefon zəngindən sonra bilmişdir ki, oğlu Altun Zeynallı Bakı şəhəri Xətai rayonu Alfred Nobel prospektində iş yerinin qarşısında yolu piyada keçmək istəyərkən, baş vermiş yol nəqliyyat hadisəsində xəsarət almış və aldığı xəsarətlər səbəbindən hadisə yerində ölmüşdür. Daha sonra ona məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu Alfred Nobel prospektində əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs idarə etdiyi «Chevrolet Aveo” minik markalı **-OD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə Zığ Şössesi istiqamətində hərəkətdə olarkən yolu keçən oğlu Altun Zeynallını ehtiyyatsızlıqdan vurmuş və onun ölümünə səbəb olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs ailə üzvləri onun evinə gələrək ondan üzr istəmiş, oğlu Altunun ölümü nəticəsində ona dəymiş ziyanı ödəmişlər. Buna görə də onun və ailə üzvlərinin Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində qonşusu Təqsirləndirilən şəxs “Chevrolet Aveo” minik markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu Alfred Nobel prospektində üzü Zığ Şossesi istiqamətində saatda 70 km/saat surətlə hərəkətdə olmuş, o, avtomobildə sərnişin qismində əyləşmişdir. Həmin vaxt yolun sağ tərəfindən sol tərəfinə doğru əks istiqamətdə qaça-qaça bir nəfər kişi yolu keçmək istəyən zaman Səbuhi avtomobilin qabaq sol tərəfi ilə onu vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlunun idarə etdiyi “Chevrolet AVEO” minik markalı **-OD-*** dövlət nömrə nişanlı avtomobil onun mülkiyyətindədir. Avtomobili idarə etməsi üçün oğlu Səbuhiyə xx.xx.2019-cu il tarixdə etibarnamə vermişdir. 2020-ci ilin noyabr ayının 15-də saat təxminən 19 radələrində oğlu Səbuhi ona zəng edərək Bakı şəhəri Xətai rayonu Alfred Nobel prospektindən üzü Zığ yolu istiqamətində hərəkətdə olan zaman qəfildən yolu keçməkdə olan piyadanı ehtiyyatsızlıqdan vurduğunu və piyadanın hadisə yerində öldüyünü demişdir. O, bu xəbərdən sarsılmış və dərhal hadisə yerinə getmişdir. Ona məlum olmuşdur ki, oğlunun avtomobillə vurub xəsarət yetirdiyi şəxs Altun Zeynallıdır. Oğlunun törətdiyi yol nəqliyyat hadisəsində gənc oğlanın vəfat etməsindən təssüflənir. X10 dəfn xərclərini özü çəkmiş, həm özü həm də ailə üzvləri onun yas mərasimində yaxından iştirak etmişlər. Mərhumun ailəsinə dəymiş maddi ziyanı qarşılamışlar. Məcburi köçkündür, Qarabağ müharibəsi veteranıdır, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, bundan əlavə, “Vətən naminə”, “Fədai”, “Qarabağ Veteranı” medalları ilə təltif edilmişdir. Bunları da, nəzərə alaraq oğluna yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata götürülməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin başlanılmış, iş icraata qəbul edilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən yol asfalt örtüklü, hamar, düz olmuş, hadisə baş verən zaman yol quru olmuşdur. Hadisə baş verən yolun ümumi eni 30 metr olmaqla, 2 hərəkət zolağından ibarətdir, hərəkət hissələrinin eni 15 metrdir. Yol, əks istiqamətdə nəqliyyat axınını ayıran və əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran xəttlərdən ibarətdir. Yol-nəqliyyat hadisəsi zamanı “Chevrolet Aveo” minik markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə olmuş və avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən ana qədər avtomobili 60-70 km/saat sürətlə idarə etmişdir. Bu istintaq hərəkətinin nəticəsi tərəfimdən protokolla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilərək həmin protokola əlavə edilmişdir (i.v. 4-10); 2/18985 №-li xx xxxxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 11); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2011-ci il buraxılışlı, sedan tipli, “Chevrolet Aveo” minik markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid2 mülkiyyətindədir (i.v. 14); zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə X3 atası X7 hüquqi varis qismində tanınmışdır (i.v. 20); X4 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X3 vəfatı ilə əlaqədar çəkilən xərclər, o cümlədən dəfn xərcləri Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, ona qarşı heç bir şikayəti və maddi tələbi yoxdur (i.v. 29); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 41); xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta məktəbin işlərində fəal iştirak etmiş, təhsilini başa vurduqdan sonra sağlamlığında yaranan problemlə əlaqəli hərbi xidmət keçməməsinə baxmayaraq İİ Qarabağ savaşı başlayanda cəbhəyə göndərilməsi üçün nümayəndəliyə müraciət etmişdir (i.v 43); Məhkəmə Tibb Ekspertizası və X6 X13 X1 barəsində verilmiş xx xxxxxx 2020-ci il tarixli 109 nömrəli rəyindən görünür ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, sol gicgahənsə nahiyəsinin yumşaq toxumasının hematoması, başın alm və sol üst göz qapağının əzilmiş-cırılmış yaraları, burun sümüyünün qapalı sınığı, onurğa beyinin boyun şöbəsinin əzilməsi, İİİ və İV boyun fəqərələrinin qəlpəli sınıqları, sifətin və yuxarı ətrafların sıyrıqları, sol bud nahiyyəsinin yumşaq toxumasının hematoması bərk küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin vurması nəticəsində törənə bilən xəsarətlərdir. Ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölüm ilə birbaşa səbəbli əlaqəlidirlər. X1 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı başın küt travması nəticəsində yaranmış baş beyin toxumasına, mədəciklərə massiv qansızma və baş beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin müayinə olduğu vaxtdan təxminən 2-3 saat əvvələ uyğun gəlir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v 44-48); Azərbaycan Respublikası “xxxx” MMC-nin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 691 saylı rəyindən görünür ki, “Chevrolet Aveo” minik markalı **-OD-*** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda zəruri tədbirlər görmədiyi və nəqliyyat vasitəsini yaşayış məntəqəsində icazə veriləndən artıq surətlə (70 km/saatla) hərəkət etdirməməli olduğu halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 49-55); DİN-nin BDYPİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına verilmiş sürücülük vəsiqəsi qüvvədədir (i.v. 57); Azərbaycan Respublikası DlN-nin Növbətçi hisslərinin İdarəetmə Xidmətinin təqdim etdiyi video görüntülərdən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:48-də Bakı şəhəri Alfred Nobel prospektindən Zığ şossesi ilə hərəkətdə olan nəqliyyat vasitəsi yolu qarşıdan-qarşıya keçmək istəyən piyadanı vurmuşdur (i.v. 62); cinayə işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi barədə xx xxxxxx 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, “Chevrolet Aveo” minik markalı **-OD-*** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilin müliyyətçisinə təhvil verilməsi, vudogörüntülərin əks olunduğu görüntülərin maddi sübut kimi tanınması, məhkəmə-tibbi ekspertizası üzrə rəyin və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası üzrə rəyiin iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v 63-70); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v 72-73); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 87-88); sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ İmişli RQİTBŞ tərəfindən xx.xx.2019-cu il tarixdə 10 il müddətinə «B» kateqoriyalı AD201353 nömrəli sürücülük vəsiqəsi verilmişdir; zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, X7 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir; müayinə aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs mülayim dərəcədə ifadə olunmuş obsessiv-kompulsiv pozuntusu kəkələmə diaqnozu qoyulmuşdur. vəsiqələrin və təltiflərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs atası Şahid2 Qarabağ müharibəsi veteranıdır, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir, “Vətən naminə”, “Fədai”, “Qarabağ Veteranı” medalları ilə təltif edilmişdir. məlumatın surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X5 qaraciyərin fibrozu və sirrozu xəstəliyindən əziyyət çəkir, İİ qrup əlildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, atasının Qarabağ müharibəsi veteranı olmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilməsini, “Vətən naminə”, “Fədai”, “Qarabağ Veteranı” medalları ilə təltif edilməsini, anasının qaraciyərin fibrozu və sirrozu xəstəliyindən əziyyət çəkməsini və İİ qrup əlil olmasını CM-59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “Chevrolet Aveo” minik markalı **-OD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid2 qaytarılması nəzərə alınmalı, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub “xxxx” MMC-nin hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Aveo” minik markalı **-OD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutulub “xxxx” MMC-nin hesabına keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-152/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-152/2021
25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver