Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-153/2021 18.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1991-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təhqiqat orqanı tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, 20 yanvar 2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanın qarşısında yolun kənarında dayanmış Zərərçəkmiş şəxs məxsus VAZ-2107 markalı ** SK *** dövlət nömrə nişanlı avtomobildən dəyəri 450 manat olan 01 (bir) ədəd pioner markalı 5750XL modelli CD və DVD formatlı disklə işləyən avtomobil üçün nəzərdə tutulmuş maqnitolanı, ümumi dəyəri 125 manat olan 05 (beş) ədəd “Pioner” markalı avtomobil üçün nəzərdə tutulmuş səs gücləndiricini və 40 (qırx) manat olan 01 (bir) ədəd VAZ-2107 markalı avtomobilin ehtiyat təkərini qəsdən tamah niyyəti ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 615 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, ona məxsus maqnitola və səs gücləndiricilər xalası oğlunun avtomobilində olmuş, sonuncuya həmin əşyaları götürəcəyini demiş, xalası oğlu etiraz etməmişdir. 20 yanvar 2021-ci il tarixdə saat 16 radələrində sərxoş olmuş, ünvan 2 ünvanın qarşısında yolun kənarında dayanmış VAZ-2107 markalı avtomobilin dayandığını görmüş, xalası oğlunun avtomobili də VAZ-2107 markalı olduğundan, həmin avtomobilin xalası oğluna məxsus avtomobil olduğunu zənn edərək avtomobildən 01 (bir) ədəd pioner markalı maqnitolanı, 05 (beş) ədəd “Pioner” markalı avtomobil üçün nəzərdə tutulmuş səs gücləndiricini və 01 (bir) ədəd VAZ-2107 markalı avtomobilin ehtiyyat təkərini götürüb yaşadığı evə gətirmişdir. Səhəri gün sərxoşluğu keçmiş, götürdüyü əşyaların ona aid olmadığını görüb həmin əşyaları polisə təqdim etmişdir. Əşyaların dəyəri düzgün göstərilməmiş, əşyalar işlənmiş olmuş, bazarda işlənmiş pioner markalı maqnitola 50-60 manat, səs gücləndiricinin isə cütü 60-70 manatadır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəyən ziyanı tam olaraq ödəmişdir. Odur ki, qeyd edilənərin nəzərə alınaraq, məhkəmə tərəfindən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, hadisənin baş verməsindən təxminən iki ay əvvəl 01 (bir) ədəd pioner markalı 5750XL modelli CD və DVD formatlı disklə işləyən avtomobil üçün nəzərdə tutulmuş maqnitolanı 150 manata, 04 (dörd) ədəd səs gücləndiricini isə 150 manata almış, həmin əşyalardan hadisə günündək istifadə etmişdir. Təhqiqat zamanı həmin əşyalar ona geri qaytarılmış, hazırda həmin əşyaları satmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən, hazırda onlar barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Verilən suallara cavab olaraq əşyaları tanışından aldığını, bu səbəbdən onları uzuc qiymətə aldığını, əslində isə əşyalarının dəyərinin 700 manatdan çox olduğunu, ona 700 manatdan çox zərər dəydiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə ünvanlanan HK-1 saylı, 120 nömrəli raportdan görünür ki, Suraxanı rayon sakimi Zərərçəkmiş şəxs Nobel pr., Günəş marketlə üzbəüz saxladığı Vaz 2107 markalı, ** SK *** d.q.n. avtomobildən maqnitofon, 5 ədəd səs gücləndirici və 1 ədəd ehtiyat təkəri oğurlanması və 700 manat maddi ziyan dəyməsi barədə məlumat daxil olmuşdur (i.v. 2); Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkilinin 21 yanvar 2021-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilərək təhqiqata təqdim edilmişdir (i.v. 8); 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsini törətmiş şəxs Təqsirləndirilən şəxs araşdırma zamanı oğurladığı 1 (bir) ədəd Pioner markalı maqnitofonu, 5 (beş) ədəd səs gücləndiricisini və 1 (ədəd) ehtiyyat təkərini könüllü olaraq təqdim etmişdir (i.v. 15); 2 saylı Bakı Asan Xidmət X1 tərəfindən verilmiş, 12.01.2015-ci il tarixli, akt qeydləri kitabında 225 nömrəsi ilə qeyd edilmiş, AZ-İİİ 463842 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 24.12.2014-cü il təvəllüdlü Əliyev Valeh adlı övladı vardır (i.v. 31); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 26.01.2021-ci il tarixli, 19/51-968 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04.05.2020-15.05.2020-ci il, 22.08.2020-31.08.2020-ci il, 04.09.2020-10.09.2020-ci il, 17.12.2020-28.12.2020-ci il tarixlərdə mərkəzdə stasionar müalicədə olmuşdur (i.v. 37); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 26.01.2021-ci il tarixli, 538 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 38); Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 27 yanvar 2021-ci il tarixli, 27 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan avtomobillər üçün nəzərdə tutulmuş aksesuarların 2021-ci ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri 615,0 manat müəyyən edilir (i.v. 42-45); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 yanvar 2021-ci il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə vətəndaş Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 48); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-246/2020 saylı, 28.09.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir (i.v. 57-65); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 29 yanvar 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 19 iyul 2017-ci il tarixli hökmü ilə CM-nin 332.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, cəriməni ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli hökmü ilə CM-in 221.3 və 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir (i.v. 66-67); Bakı şəhəri Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsinin 11 nömrəli, 30.01.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, o, ailəsi ilə birlikdə hal-hazırda ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Təqsirləndirilən şəxs özünü ailədə, yaşadığı məhəllədə nümunəvi aparmaqla, qonşularla yaxşı münasibət saxlayır və məhəllə daxili tədbirlərdə fəal iştirak edir. Təqsirləndirilən şəxs haqqında 2 saylı MKİS-ə yazılı və ya şifahi şəkildə heç bir şikayət daxil olmamışdır (i.v. 69); Məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırlması ilə əlaqədar sübutların qiymətləndirilməsi haqqında 30 yanvar 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin tərkib əlamətinin yaranmadığını nəzərə alaraq material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinin tərkib əlamətinin yaranmadığını nəzərə alaraq material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus VAZ-2107 markalı **-SK-*** dövlət nömrə nişanlı avtomobildən 615 manat olan 1(bir) ədəd Pioner markalı maqnitofonun 5 (ədəd) səs gücləndiricilər və 1 (bir) ədəd ehtiyat təkərinin 20021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə dəyəri 615.00 manat olan avtomobil aksesuarlarını qəsdən gizli olaraq talamaqla oğurluq etməsi ilə bağlı Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılması davam etdirilmiş, 1 (bir) ədəd Pioner markalı maqnitofon, 5 (beş) ədəd səs gücləndirici və 1 (bir) ədəd ehtiyat təkəri sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tanışetmədən sonra saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v. 70-73); zərərçəkmiş Zərərçəkmiş şəxs 18.02.2021-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs haqqında hər hansı şikayət və tələbi yoxdur. Əşyalar olduğu kimi, heç bir zərər dəymədən ona geri qaytarılmışdır (i.v. 100); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-153/2021 saylı, 18.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir (i.v. 106- 109); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli, 9/1401 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən avtomobillər üçün nəzərdə tutulmuş aksesuarların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 615,0 manat müəyyən olunur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 qarşı oğurluq etməməsi, sərxoş vəziyyətdə olduğundan xatırlamaması barədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və onun yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq həmin ifadəsinin səmimi olmadığı qənaətinə gəlir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşığını hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ona məxsus maqnitola və səs gücləndiricilərin xalası oğlunun avtomobilində olduğunu, sonuncuya həmin əşyaları götürəcəyini dediyini, xalası oğlunun etiraz etmədiyini göstərmiş, lakin, həmin halar araşdırma zamanı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs səhəri gün sərxoşluğu keçdiyini götürdüyü əşyaların ona aid olmadığını görüb həmin əşyaları polisə təqdim etdiyini göstərmiş, lakin Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkilinin 21 yanvar 2021-ci il tarixli raportdan görünür ki, hadisəni törədən şəxsin əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olması keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşağın olmasını (CM-59.1.4); zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini (CM-59.1.12), zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hazırda böyük ictimai təhlükə törətməyən cinayət törətdiyindən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi, sınaq müddəti ərzində yenidən qəsdən cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-246/2020 saylı, 28.09.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Bakı Probasiya İdarəsinin 18 may 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-246/2020 saylı, 28.09.2020-ci il tarixli hökmü və onun icrası barədə göstəriş 27.10.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, sınaq müddətinin əvvəli 19.10.2020-ci il tarixdə başlamış, 19.04.2022-ci il tarixdə bitəcəkdir. Şərti məhkum etmə ləğv edilməmiş, məhkum hal hazırda idarənin qeydiyyatındadır. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətsə belə, şərti məhkum etmə saxlanmamalı və ləğv edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum edilmiş, sınaq müddəti ərzində yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 26.01.2021-ci il tarixli, 19/51-968 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04.05.2020-15.05.2020-ci il, 22.08.2020-31.08.2020-ci il, 04.09.2020-10.09.2020-ci il, 17.12.2020-28.12.2020-ci il tarixlərdə mərkəzdə stasionar müalicədə olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs cinayətinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini xarakterizə edən hallar az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməyəcəyinə, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığına dəlalət edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 71.4-cü maddəsinə əsasən şərti məhkum etmə ləğv edilməli və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), əvvəllər məhkum edilməsi, sınaq müddəti ərzində qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli, 1(011)-246/2020 saylı hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməli (CM-71.4), hökümlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM 67.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd pioner markalı 5750XL modelli CD və DVD formatlı disklə işləyən avtomobil üçün nəzərdə tutulmuş maqnitolanın, 04 (dörd) ədəd səs gücləndiricinin və 01 (bir) ədəd VAZ-2107 markalı avtomobilin ehtiyat təkərinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsili bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(003)-246/2020 nömrəli 28 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(003)-246/2020 nömrəli 28 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həmin cəzanın əvvəli 18 may 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut – 01 (bir) ədəd pioner markalı 5750XL modelli CD və DVD formatlı disklə işləyən avtomobil üçün nəzərdə tutulmuş maqnitolanın, 04 (dörd) ədəd səs gücləndiricinin və 01 (bir) ədəd VAZ-2107 markalı avtomobilin ehtiyat təkərinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs “xxxx” MMC-nin hesabına keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-153/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-153/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver