Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-153/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə, xx xxxx 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Əylis kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 sərtləşdirilmiş karantin rejimi dövründə, sərbəst hərəkət etmələri üçün, qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənar şəkildə, ayrıayrı şəxslərə elektron icazələrin təşkil edilməsi barədə tanışı X3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə imkan yaradılmasından ona müraciət edən Şahid2 və qeyrilərini Bayram Fərəcovun vasitəsi ilə "xxxx" və "xxxx" MMC şirkətlərində müxtəlif vəzifələrdə çalışan əməkdaşlar kimi “icazə.e-gov.az” icazə portalında pul müqabilində qeydiyyatdan keçirməklə həmin şəxslərə elektron icazələrin qanunsuz verilməsinə nail olmuş, bununla da "xxxx" MMC üzrə 537, "xxxx" MMC üzrə isə 437 nəfər şəxsi guya həmin şirkətlərin əməkdaşı kimi B.Fərəcovun vasitəsi ilə 14 dekabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək olan müddət ərzində qeydiyyatdan keçirib elektron icazələr verməklə, «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli 488 nömrəli Qərarına əsasən, 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini qəsdən pozmaqla, koronavirus (COVİD-19) pandemiyasının yayılması üçün real təhlükə yaratmışdır. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət etmələri üçün, qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənar şəkildə, ayrı-ayrı şəxslərə elektron icazələrin təşkil edilməsi barədə tanışı X3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə imkan yaradılmasından ona müraciət edən X4 və qeyrilərini Bayram Fərəcovun vasitəsi ilə "xxxx" və "xxxx" MMC şirkətlərində müxtəlif vəzifələrdə çalışan əməkdaşlar kimi “icazə.egov.az” icazə portalında pul müqabilində qeydiyyatdan keçirməklə həmin şəxslərə elektron icazələrin qanunsuz verilməsinə nail olmuş, bununla da "xxxx" MMC üzrə 537, "xxxx" MMC üzrə isə 437 nəfər şəxsi guya həmin şirkətlərin əməkdaşı kimi B.Fərəcovun vasitəsi ilə 14 dekabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək olan müddət ərzində qeydiyyatdan keçirib elektron icazələr verməklə, «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020ci il tarixli 488 nömrəli Qərarına əsasən, 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini qəsdən pozmaqla koronavirus (COVİD-19) pandemiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Bayram Fərəcovu bir neçə ildir ki, tanımışdır. O, Bayramın sürücüsü kimi işləmiş və aralarında normal münasibətləri olmuşdur. "xxxx" şirkətində müvafiq portalda Bayramın köməkliyi ilə elektron icazə əldə etmiş və karantin dövründə həmin elektron icazə ilə sərbəst hərəkət etmişdir. «Whatsapp» proqramında qeydiyyatdan keçməklə, Bayram Fərəcovla telefon danışıqları aparmışdır. Həmin danışıqlar zamanı, Bayram ona müxtəlif icazə sənədləri yollayırmış, həmçinin tanımadığı şəxslərə aid şəxsiyyət vəsiqələri də göndərirmiş. Həmin şəxsiyyət vəsiqələri olan şəxslərə də sonradan sərbəst hərəkət etmələri üçün icazə sənədləri verilirmiş. Bayram bir müddət sonra ona «Whatsapp» proqramı vasitəsi ilə göndərdiyi icazə sənədlərinin və şəxsiyyət vəsiqələrinin fotoşəkillərini geri göndərməsini istəyirmiş, o, da öz növbəsində həmin sənədləri geri göndərirmiş. Bayram da həmin sənədlər əsasında ayrı-ayrı şəxslərə elektron icazə sənədləri verirmiş. Bayram Fərəcovun ayrı-ayrı şəxslərə "xxxx" və "xxxx" şirkətləri vasitəsi ilə elektron icazələrin verdiyini bilirmiş. İcazə sənədlərinə əsasən guya həmin müraciət edən şəxslər "xxxx" və "xxxx" şirkətlərinin əməkdaşları olmuş, əslində isə həmin şəxslərin heç biri şirkətdə çalışmamış. O, bu işə görə, yəni elektron icazələrin verilməsinə görə pul qazanmamışdır. O, Bayramın vasitəsi ilə pandemiya dövründə ona müraciət edən şəxslərə elektron icazələrin təşkil etməsini etiraf edir. Bayram özü Əhmədli qəsəbəsində evdə kompüter vasitəsi ilə icazə sisteminə daxil olurmuş, o isə, sadəcə müraciət edən şəxslərin sənədlərini Bayrama göndərirmiş. Tətbiq olunmuş karantin dövründə sərbəst hərəkət etmək üçün, elektron icazələrin verilməsi müqabilində heç kimdən pul almamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhərində kondisioner və paltaryuyan maşınlarının təmiri ilə məşğul olur. Bayram Fərəcovu təxminən 2020-ci ilin iyun ayının əvvəllərindən tanımışdır. Belə ki, o, Bayramın Xətai rayonunda yerləşən mənzilində kondisioner təmiri ilə məşğul olmuşdur. 2020-ci ilin dekabr ayında ölkədə pandemiya ilə əlaqədar sərt karantin rejimi tətbiq olunmuş və Bayram Fərəcov ona demişdir ki, 60 manat müqabilində ona icazə düzəldə bilər. O, Bayramın «Unibank» bankına aid bank kartının hesabına ödəmə terminalı vasitəsi ilə 60 manat ödəmiş, «Whatsapp» proqramı vasitəsi ilə öz şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib göndərmişdir. Bundan sonra Bayram «Whatsapp» proqramı vasitəsi ilə «PDF» formatında ona aid elektron icazənin fotoşəklini göndərmişdir. Bayram onu "xxxx" MMC-yə menecer vəzifəsində guya işə götürmüş və icazə portalında bu məzmunda qeydiyyat aparmışdır. O, həmin icazə ilə yoxlanış postlarından sərbəst keçmiş, heç kim problem yaratmamış və əmin olmuşdur ki, Bayramın düzəltdiyi icazə həqiqidir. Söhbət zamanı Bayram ona demişdir ki, başqa kiməsə icazə düzəltmək lazım olsa ona müraciət etsin. O da, ətraf dost-tanışlarına şifahi şəkildə bildirmişdir ki, karantin dövrü ərzində sərbəst hərəkət etmələri üçün Bayram Fərəcovun vasitəsi ilə icazə təşkil edə bilərmiş. Bayramla əvvəlcədən belə razılaşmışdır ki, icazəsi alınan hər adama görə ona bank kartı vasitəsi ilə 50 manat ödəməli imiş. O, da yaxın dost-tanışlarından 50 manat, yaxın olmayan şəxslərdən isə əlavə 50 manat olmaqla, cəmi 100 manat alırmış. Belə ki, icazə almaq istəyən şəxslərin şəxsiyyət vəsiqələrinin fotoşəkillərini «Whatsapp» proqramı vasitəsi ilə Bayrama göndərirmiş, Bayram da öz növbəsində icazə sənədinin fotoşəklini «Whatsapp» vasitəsi ilə ona göndərirmiş ki, icazə alan şəxsə elektron formatda olan sənədi təqdim etsin. Pul vəsaitlərini isə bir qayda olaraq bank kartı vasitəsi ilə Bayram Fərəcova göndərirmiş. Bayram "xxxx" və "xxxx" şirkətlərinin nəznində icazə almaq üçün müraciət etmiş şəxsləri guya müxtəlif vəzifələrdə işçi kimi işə qəbul edirmiş və icazə portalında bu məzmunda qeydiyyat aparırmış. İcazə portalına şəxslər barədə məlumatları Bayram özü daxil edirmiş, yəni o, «icazə.e-gov.az» saytına daxil olmamış və məlumatları sistemə daxil etməmişdir. O, ancaq Bayramı tanımış, Təqsirləndirilən şəxs1 isə tanımamışdır. Təxminən 10 nəfərə karantin dövründə sərbəst hərəkət etmələri üçün Bayramın vasitəsi ilə elektron icazə təşkil etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, idarə etdiyi avtomaşınla Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin dekabr ayında ölkədə pandemiya ilə əlaqədar sərt karantin rejimi tətbiq olunduğuna görə, taksi fəaliyyyəti göstərməkdə, pul qazanıb ailəsini dolandırmaqda çətinlik çəkmişdir. Tanış taksilərdən eşitmişdir ki, Bayram Fərəcov adlı şəxs 100 manat müqabilində tam qanuni şəkildə elektron icazələr düzəldir. Taksi sürücüsü olan tanışlarından biri ona Bayramın «Whatsapp» proqramında istifadə etdiyi mobil telefon nömrəsini vermişdir. Telefon danışığı zamanı, Bayram Fərəcov ona bildirmişdir ki, ona və avtomobilin hərəkətinə icazə verilməsi üçün «Unibank»a aid olan bank kartının hesabına 100 manat köçürməli idi. Bundan əlavə Bayramın tapşırığına əsasən şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib, «Whatsapp» proqramı vasitəsi ilə göndərmişdir. 14 dekabr 2020-ci il tarixdə Bayram Fərəcov ona və idarə etdiyi nəqliyyat vasitəsinə icazə verilməsi ilə bağlı icazənin hazır olmasını bildirmişdir. Bundan sonra, 100 manat pulu ödəmə terminalı vasitəsi ilə Bayramın bank kartına göndərmişdir. Bayram Fərəcovdan icazə sənədinin qanuni olub-olmadığını soruşduqda, onu tam əmin etmişdir ki, icazəni tam qanuni şəkildə verir, heç nədən narahat olmasın. İcazədən istifadə etməmişdən əvvəl, icazənin qanuniliyinə əmin olmaq üçün küçədə xidmət aparan polis əməkdaşına yaxınlaşmış və xahişi əsasında planşet vasitəsi ilə yoxlama zamanı məlum olmuşdur ki, ona verilən icazə həqiqidir, yəni icazə sistemində onun sərbəst hərəkətinə icazə verilmişdir. Bundan sonra bir daha əmin olmuşdur ki, Bayramın ona düzəltdiyi icazə qanunidir. Sonradan məlum olmuşdur ki, Bayramın hərəkətləri və onun verdiyi icazə qanunsuzdur. Bayram Fərəcovun barəsində cinayət işi başlandıqdan sonra, ona verilən həmin icazə də ləğv olunmuşdur. İş materiallarından görünür ki, X3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, lakin təqsirləndirilən şəxs Bayram Fərəcov məhkəmədən gizləndiyindən, onun barəsində axtarış elan olunmuşdur. Həmçinin, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs X3 axtarışda olduğundan, ona aid hissədə cinayət işindən ayrıca cinayət işinin ayrılması qərara alınmışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş 1(011)-15/2022 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs X3 göstərmişdir ki, 2018-ci ildə "xxxx", 2020-ci ildə "xxxx" MMC-lər təsis edilmişdir. Həmin MMC-lərdən "xxxx" Fərid Mirzəxanov, "xxxx" MMC Sarvan Nuğayev adlı tanışının adına dövlət qeydiyyatına alınmışdır. Qeyri-rəsmi olaraq hər iki şirkətin işlərini o, idarə etmişdir. Təsisçilərin heç birinin şirkətlərin fəaliyyətlərində iştirakları, əldə olunan gəlirdə maddi maraqları olmamışdır. «İcazəe.gov.az» portalında özünü qeydiyyatdan keçirmişdir ki, karantin dövründə sərbəst hərəkət edə bilsin. Amma əslində "xxxx" və "xxxx" adlı şirkətlərin direktoru deyilmiş, bununla bağlı hər hansı rəsmi sənəd və ya daxili əmr mövcud olmamışdır. Şirkətlərin qeydiyyatla bağlı asan imza parollarını təsisçilərdən almış və elektron qaydada müəyyən əməliyyatları həmin asan imza parollarından istifadə etməklə özü həyata keçirmişdir. Şirkət təsisçilərinin onun qanunsuz əməllərindən xəbərləri yox imiş. Belə ki, şirkətin asan imza şifrəsi ilə «icazə-e.gov.az» portalına daxil olub ayrı-ayrı şəxslərə elektron icazə verilməsi ilə bağlı əməliyyatları həyata keçirmişdir. Sonuncu dəfə Nazirlər Kabinetinin Qərarı ilə 14 dekabr 2020-ci il tarixdən sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğuna görə, ona müraciət edən ayrı-ayrı şəxslərə hər adama görə 50 manat almaqla, onların barəsində olan məlumatları «icazə-e.gov.az» portalına daxil edib, həmin şəxsi şirkətin əməkdaşı kimi qeydiyyata aldırırmış. İcazələr təşkil etdiyi şəxslərin hamısından deyil, amma çox hissəsindən pul almış, cuzi hissəsi tanışı olduğuna görə, icazələrə görə onlardan pul almamışdır. Onun qanunsuz yolla icazə təşkil etdiyi şəxs avtomatik olaraq elektron icazə əldə etmiş olurdu və ölkə ərazisi üzrə sərbəst hərəkət edə bilirdi. Müraciət edən şəxsləri pul müqabilində "xxxx" və "xxxx" MMC şirkətləri üzərinə müxtəlif vəzifələrdə çalışan şəxslər kimi qeydiyyata alırmış. Ona müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin fotoşəkli «Whatsapp» proqramı vasitəsi ilə ona təqdim olunurdu. O, Xətai rayonunda, kirayədə yaşadığı E.Əliyev küçəsi 8 nömrəli evdə kompüter vasitəsi ilə «icazə-e.gov.az» saytına "xxxx" internet xidmətindən istifadə etməklə daxil olurmuş. Şirkətin şifrəsini icazə portalına daxil etdikdən sonra, həmin şəxsin anket məlumatlarını portalda elektron qaydada doldururmuş. Bundan sonra vəzifə qrafasına guya şirkətdə sürücü, menecer və yaxud da digər bir vəzifədə çalışması barədə məlumatı daxil edirmiş. Bundan sonra, sistem avtomatik olaraq həmin şəxsi şirkətin işçisi kimi yaddaşa qəbul edirmiş və yoxlamalar zamanı həmin şəxs şirkətin işçisi kimi sistemdə görsənirmiş. Buna görə də, sərbəst hərəkət edə bilirmiş. «Whatsapp» proqramında Kanada mobil telefon operatoruna məxsus mobil telefon nömrəsini qeyd etmişdir. İcazə almaq istəyən şəxslər əsasən həmin nömrə vasitəsi ilə ona müraciət edirmişlər. Ona müraciət edən şəxslərdən əlavə, tanışları Təqsirləndirilən şəxs2 və sürücüsü Babək də ayrı-ayrı müştərilər tapırmışlar. Bir qayda olaraq elektron icazələrə görə ödənilməli pullar «Unibank» bankında qeydiyyata alınmış, ona məxsus olan bank kartının hesabına göndərilirmiş. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafları ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından görünür ki, cinayət işi üzrə “icazə.e-gov.az” icazə portalına xüsusi proqram təminatı vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC üzrə 437 nəfər müxtəlif vəzifələrdə çalışan əməkdaşlar kimi (menecer, sürücü, texnik, usta, direktor müavini) qeydiyyatdan keçirilməklə, onlara sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət üçün icazə verilmişdir. "xxxx" MMC üzrə 537 nəfər ayrı-ayrı vəzifələr üzrə «icazə.e-gov.az» icazə portalında qeydiyyatdan keçirilməklə, onlara icazələr verilmişdir. İcazələrin bəziləri fərd şəklində ayrı-ayrı şəxslərə, bəziləri isə şəxsin özü ilə yanaşı idarə etdiyi nəqliyyat vasitəsinə verilmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd “İphone-11Pro” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “İphone-11Pro” markalı mobil telefon aparatı işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır və üzərində “Azerfon” mobil operatoruna aid nömrə vardır. Mobil telefon aparatının foto və videoçəkilişlər üçün nəzərdə tutulmuş kamerası, SMS bölməsi, Whatsapp ani mesajlaşma mübadilə proqramı vardır. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “Kni” adı ilə xarici mobil telefon operatoruna məxsus nömrənin yaddaşda qeydə alınması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin nömrə Bayram Fərəcova məxsusdur, ayrı-ayrı şəxslərə aid sənəd şəkillərini Bayram ona göndərmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “İphone-11Pro” markalı mobil telefon aparatı cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi ekspertiza və patoloji anatomiya birliyinin 01 fevral 2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs1 14 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək “Covid-19” virus infeksiyasına yoluxması ilə əlaqədar, laborator müayinənin cavabı olmadığından, həmin tarixlərdə onun qeyd olunan virusa yoluxub-yoluxmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 virusa yoluxduğu halda, sanitariya-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya digər formada “Covid-19” virus infeksiyasını bir yerdən başqa yerə daşıması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarından görünür ki, 02 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdırlar. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onların şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət əməli törətmələrini, törətdikləri cinayət əməlini etiraf etmələrini və əməllərindən peşmançılıq çəkmələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun 31 dekabr 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən, məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 20-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 69.4-cu maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-nin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda, daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “İphone-11Pro” markalı mobil telefon aparatı sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5000 (beş min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 31 dekabr 2020-ci il tarixdən 30 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı və 30 mart 2021-ci il tarixdən hal-hazıradək ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla, o, təyin edilmiş 5000 (beş min) manat miqdarda cərimə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “İphone-11Pro” markalı mobil telefon aparatı sahibinə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-153/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-153/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver