Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-153/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 1 yanvar 1962-ci il tarixdə Ağdam rayonu, Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “İdeologiya.az” Media Holdinqin baş redaktoru, “Son Xəbər” youtube kanalının rəhbəri işləyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq 11 ay vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 yanvar 2023-cü il tarixli, 4(000)- 000/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Ağcabədi RPŞ-nin İB-də istintaq olunan cinayət işi üzrə təqsirləndirilən övladı X2 cinayət məsuliyyətindən azad edilməsində köməklik göstərilməsi ilə bağlı 2021ci ilin iyul ayında cinayətdən xəbərsiz tanışı Şahid1 vasitəsilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək, özü barədə geniş əlaqələrindən istifadə edərək hüquq mühafizə orqanlarında işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elməddin Ələsgərovun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun barəsində olan həmin iş üzrə cinayət məsuliyyətindən azad olunması üçün zəruri olan tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət qismində ilkin olaraq 13.000 manat, daha sonra isə əlavə olaraq müxtəlif məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxsla həmin ərəfədə aralarında olan telefon əlaqələri zamanı aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə Zərərçəkmiş şəxs tərəfindən Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən “Kral” marketin daxilində olan “Emanat” ödəmə sistemi vasitəsi ilə özünün adına "xxxx" ASC-də olan 4169********7059 saylı kart hesabına xx.xx.2021-ci il tarixdə 5.000 manat, xx.xx.2021-ci il tarixdə 1.500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 və 1.000 manat olmaqla, 2 dəfəyə cəmi 2.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.400 manat, xx.xx.2021-ci il tarixdə 600 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat və xx.xx.2021-ci il tarixdə 450 manat olmaqla, ümumilikdə 25.350 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub, qeyd edilən məbləğ üzrə həmin kartdan istifadə edib şəxsi ehtiyaclarına uyğun nağdsız qaydada ödənişlər etməklə, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə hissə-hissə olmaqla Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən həmin banka məxsus bankomatlardan, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən “Mediland Hospital”ın qarşısında yerləşən bankomatdan 27 manat məbləğdə pul vəsaitini nağdlaşdırmaqla əldə edərək, əldə etdiyi bütün pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 25.350 (iyirmi beş min üç yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elməddin Ələsgərovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunun atası Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Şahid1 təxminən 2021-ci ildən tanıyır, sonuncu ona özünü “X5 Şurasının” Ağcabədi rayon şöbəsinin sədri kimi təqdim etmişdir. 2021-ci ilin yay aylarında Cahid Bakı şəhərində olarkən ona müraciət edərək tanışı Zərərçəkmiş şəxs oğlu Elməddin Ələsgərovun oğurluq cinayəti törətdiyindən Ağcabədi RPŞ-də həbs edildiyini, Bayramın oğlunu cinayət məsuliyyətindən azad etmək istədiyini demişdir. O, Cahidə əlaqələrinin olduğunu, Elməddinin məsuliyyətdən azad edilməsini təmin edə biləcəyini deyərək Cahidə öz nömrəsini Bayrama verməsini, sonuncunun da onunla əlaqə saxlamasını bildirmişdir. Həmçinin, söhbət zamanı Cahid ona Bayramın bir müddət əvvəl “X5 Şurasının” sədri Ramil Şükürova 13.000 manat pul verməsinə baxmayaraq, sonuncunun həmin məsələni həll etməyərək Bayramı aldatdığını, lakin pulu sonradan Ramildən geri aldıqlarını dedikdə o, Bayramın pulunun olmasını anladığından bu proseslə özünün məşğul olacağını Cahidə demişdir. Bundan sonra təxminən 2021-ci ilin iyul ayında Bayram ona zəng edərək özünü təqdim etmiş və ona oğlu Elməddinin tutulma səbəbini bildirmişdir. Elməddinin ağır maddələrlə ittiham olunduğunu görsə də, həmin vaxt şəxsi işləri ilə bağlı özünə pul lazım olduğundan Bayrama problem olmadığını, əlaqələrinin olduğu hüquq mühafizə orqanının vəzifəli şəxsləri vasitəsilə Elməddinin azadlığa buraxılmasını təmin edəcəyini demişdir. Bayram da ona köməklik etməsini, maddi cəhətdən nə lazım olsa, edəcəyini bildirmişdir. Bundan sonra, Bayramla münasibətlərini yaxşı saxlamaqla davamlı olaraq əlaqə saxlayaraq Elməddinin azadlığa buraxılmasının təmin edilməsi üçün müəyyən vəzifəli şəxslərə vermək adı ilə Bayramdan pul göndərməsini tələb etmişdir. Həmçinin, Bayram da rayonda yaşadığından adına olan "xxxx" ASC-yə aid kart nömrəsini ona göndərməklə həmin karta pulu yükləməsini demişdir. İlk olaraq tələbi ilə Bayram xx.xx.2021-ci il tarixdə onun adına olan 4169********7059 kart nömrəsinə 5.000 manat pul göndərmişdir. Bundan sonrakı müddətdə xx.xx.2021-ci il tarixdə 1.500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.400 manat, xx.xx.2021-ci il tarixdə 600 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 450 manat olmaqla, ümumilikdə 25.350 manatı Bayram onun bank kartı hesabına göndərmişdir. Bayram tərəfindən həmin pullar həbs edilmiş oğlu Elməddinin məsuliyyətdən azad edilməsini təmin etməyi ilə əlaqədar onun tələbi əsasında göndərilmişdir. Həmin müddətdə səhhətində problemlər olduğundan həmin pulları da şəxsi işlərinə xərcləmiş, Bayramla da telefon əlaqəsi saxlamaqla müxtəlif bəhanələrlə vaxtı uzatmağa şikayət etməsinin qarşısını almağa çalışmışdır. Həmçinin o, Cahidə özünü Prokurorluğun mətbuat katibi kimi deyil, mətbuat qrupunun üzvü kimi təqdim etmişdir. Yəni ki, prokurorluq tərəfindən keçirilən mətbuat proseslərində iştirak etdiyindən, bunu bildirmək istəmişdir. Həmin puldan hazırkı vaxtadək zərərin bir qismi Bayrama qaytarmış, qalan məbləği də qısa müddətə Bayrama qaytaracaqdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, oğlu Elməddin Ələsgərov 2021-ci ilin aprel ayında qrup şəkildə quldurluq cinayət törətdiyindən Ağcabədi RPŞ tərəfindən barəsində cinayət işi başlanılmaqla həbs edilmişdir. O da bir valideyn kimi oğlu Elməddinin cəzasının azaldılmasını, azadlığa buraxılmasını istədiyindən bunun üçün müəyyən vasitələr axtarmışdır. 2021-ci ilin yay aylarında həmkəndlisi Şahid1 onun oğlu Elməddin Ələsgərovu azadlığa buraxılması üçün əlaqə axtardığını görərək, telefon əlaqəsi zamanı Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, Teylorun Baş Prokurorluğun mətbuat katibi olduğunu, köməklik edə biləcəyini demişdir. Bu zaman o, Şahid1 Təqsirləndirilən şəxsla əlaqə saxlamasını dediyindən, sonuncu ona Təqsirləndirilən şəxs nömrəsini verərək əlaqə saxlamasını bildirmişdir. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** mobil nömrələrindən biri ilə Cahid tərəfindən ona verilmiş Teylora aid ***-***-**-** və ya ***-***-**-** mobil nömrələrindən birinə zəng etmişdir. Teylor ilə əlaqə saxladığı zaman, nömrəni Cahidin verdiyini deməklə Teylora oğlu Elməddin Ələsgərovun barəsində cinayət işi başlanılmaqla həbs edilməsi barədə məlumat vermişdir. Teylor ona Ramil Şükürovun onu aldatmasından Cahid vasitəsilə məlumatının olduğunu, 13.000 manat müqabilində Elməddinin buraxılmasını təmin edəcəyini, ilkin olaraq prosesə başlanılması üçün dərhal 5.000 manat pul verməli olduğunu demişdir. O, Teylora rayonda yaşadığını dedikdə sonuncu ona bank kart nömrəsini göndərəcəyini həmin nömrəyə ödəniş terminalları vasitəsilə pulu göndərməyini demişdir. Teylorun özünə inamlı danışığı, rəhbər şəxslərlə əlaqələrinin olmasını deməsi onda Teylora qarşı inam yaratmış və həmin gün yəni xx.xx.2021-ci il tarixdə Teylorun ona göndərdiyi **********807059 kart nömrəsinə Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən “Kral” marketin daxilində olan ödəniş terminalı vasitəsilə 5.000 manat pulu şəxsən göndərmişdir. Teylor onunla əlaqə saxlayaraq pulun kartına yüklənildiyini deməklə, 10 gün ərzində Elməddinin buraxılmasını təmin edəcəyini bildirməklə, həmin müddət ərzində də ümumilikdə 13.000 manat pul göndərməyini demişdir. Bundan sonrakı müddətdə Teylor ona davamlı olaraq zəng edərək pul göndərməyini dediyindən xx.xx.2021-ci il tarixdə 1.500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat xx.xx.2021-ci il tarixdə 1.000 manat olmaqla, birinci göndərmiş olduğu pulla birlikdə cəmi 13.000 manatı Teylorun ona vermiş olduğu karta yükləmişdir. Pullar yüklənildikcə Teylor pulun yüklənilməsini təsdiq etmişdir. İlkin 5.000 manat pulu “Kral” marketdə yükləsə də, qalan pulların hamısını Ağcabədi rayonu, Aşağı Avşar kəndində yerləşən “Flamingo” marketində yerləşən ödəniş terminalları vasitəsilə Teylora məxsus bank kart nömrəsinə göndərmişdir. Bundan sonra Teylor bu prosesin çətin proses olduğunu, işi üzrə əlavə pulun ödənilməli olduğunu deməklə bundan sonra ondan hissə-hissə olmaqla zərərçəkmişlərə, müəyyən vəzifəli şəxslərə pul vermək adı ilə xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat xx.xx.2021-ci il tarixdə 1.400 manat, xx.xx.2021-ci il tarixdə 600 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 450 manat ümumilikdə 13.000 manatda daxil olmaqla 25.350 manat pul almışdır. Həmin pulları alarkən Teylor hər dəfə müxtəlif bəhanələr irəli sürərək, gah istintaqın aparılmasına nəzarət edən şəxslə danışdığını, həmin pulun həmin şəxsə verilməli olduğunu, daha sonra iş məhkəməyə göndərildiyindən hakimlərə nəzarət edən şəxslərlə danışdığını deməklə hər dəfə müxtəlif fikirlər bildirmişdir. Həmin pulun 6.000 manatını o, Bakı şəhərində olan tanışı mobil nömrəsi ***-***-**-** olan Məmməddən borc qismində almışdır. 2022-ci ilin əvvəllərində oğlu Elməddinin barəsində məhkəmə hökmü çıxarılmış və sonuncu 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bu zaman o, Teylorun onu aldatdığını görərək pulunu tələb etməyə başlamışdır. Teylor ilə əlaqə saxladığı zaman sonuncu ona narahat olmamağını Apellyasiya məhkəməsində Elməddinin buraxılacağını demişdir. Bundan sonra Teylorun onu aldatdığını görərək pulunu tələb etdiyindən, Bakı şəhərinə gələrək 3-cu mkr dairəsinin yaxınlığında Teylor ilə görüşmüşdür. Bu zaman Teylor ona yenə də narahat olmamağını prokurorla yenə də danışdığını Apellyasiya məhkəməsində Elməddinin azadlığa buraxılacağını desə də, o, inanmadığından pulunu tələb etmişdir. 2022-ci ilin əvvəllərində 6.000 manat borc aldığı Məmməd də pulunu tələb etdiyindən bu barədə Teylora demiş və 2022-ci ilin mart-aprel aylarından Teylor həmin 6.000 manatı Məmmədin özünə qaytarmışdır. Teylor qalan pulun isə guya adını demədiyi prokurorda olduğunu, alıb verəcəyini desə də, nəticəsi olmamışdır. Bundan sonra isə Teylor müxtəlif bəhanələr danışmağa başlamış və həkim kimi təqdim etdiyi şəxsdə olduğunu və sair, adlardan istifadə etməklə pulu qaytarmaqdan boyun qaçırmışdır. Teylor hazırkı vaxtadək zərərin bir qismini qaytarmış, lakin bir qismini qaytarmamışdır. Hal-hazıradək ona dəymiş ziyan tam ödənilməmişdir. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tanışı Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb edilmiş oğlu Elməddinin azadlığa buraxılmasının təmin edilməsinə köməklik edilməsi üçün adam axtardığını ona demişdir. 2021-ci ilin yay aylarında Teylor Fətişoğlu kimi özünü təqdim edən Təqsirləndirilən şəxs onun “Facebook” sosial şəbəkədən mobil nömrəsini götürərək onunla əlaqə saxlamış, danışıq zamanı da özünü prokurorluqda mətbuatın sədri kimi təqdim edərək onun fəaliyyətini izlədiyini, onunla tanış olmaq istədiyini demişdir. O da taksi kimi Bakı şəhərinə sərnişin gətirib-aparmaqla əlaqədar Bakı şəhərində olduğundan telefon danışığı zamanı Teylora bu barədə demiş və sonuncu da ona təkidlə görüşmək istədiyini bildirmişdir. Etiraz etməməklə Teylorun deməsinə əsasən Ali Məhkəmənin arxasında yerləşən kafeyə getmiş və orada Teylor onu qarşılamaqla görüşüb tanış olmuşdurlar. Həmin vaxt Teylorun yanında Elnur adlı şəxs olmuş və Teylor ona həmin şəxsin Ağdam rayonu, Subcanlı kənd icra nümayəndəsi Elnur Abdullayev olduğunu demişdir. İlkin danışığı əsasında Teylor ona əlaqəli şəxs olmaqla prokurorluğun mətbuat idarəsinin sədri olduğunu, həmçinin də hüquq-mühafizə və məhkəmə sisteminin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu, bu işlərlə bağlı nə problem olsa, köməklik edə biləcəyini demişdir. Teylorun özünə güvənli danışığı onda inam yaratmış, yemək yedikdən sonra oradan uzaqlaşmışdır. Bundan sonra Ağcabədi rayonunda evində olarkən Bayram evinə gəlmiş və söhbət zamanı oğlunun işinin müsbət həlli üçün adam tapa bilmədiyini demişdir. Teylorun sözü onun yadına düşmüş və Bayrama özünü prokurorluğun mətbuat idarəsinin sədri kimi, həmçinin deməsinə görə hüquq-mühafizə və məhkəmə sisteminin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu deyən Teylor adlı tanışının olduğunu demişdir. Bu zaman Bayram ona Teylor ilə əlaqə saxlamağını dediyindən, o da telefon əlaqəsi saxlamaqla Teylora Bayramın oğlu barədə məlumatları vermiş, Teylor nömrəsini Bayrama verməsini, sonuncu ilə özünün danışacağını dediyindən, Bayrama Teylorun nömrəsini vermişdir. Bundan sonrakı proseslərdən xəbəri olmamış, Bayramın özü Teylorla əlaqə saxlamış və sonradan ona deməsinə görə Teylora oğlu Elməddinin həbsdən azad edilməsi üçün pul verməsinə baxmayaraq, Teylorun onu aldatmaqla vaxtı uzatmışdır. Bundan sonrakı proseslərdə isə Bayram ona Teylorun yalandan özünü mətbuat katibi kimi təqdim etməklə guya Elməddinin işinin həlli ilə bağlı Baş Prokurorluğun məsul şəxslərinə vermək adı ilə ondan təxminən 25.000 manatdan artıq pul və əlavə olaraq kənd məhsulları tələb edərək aldığını demişdir. Elməddinin qanunsuz olaraq tutulması barədə məlumatları pul qarşılığında rəhbərlik etdiyi “İdeologiya.az” və “Son Xəbər” youtube kanalında işıqlandırması üçün Teylora müraciət etmədiyini, Teylorun bank kartına hər hansı məbləğdə pul göndərilməsini təmin etmədiyini, Bayram tərəfindən Teylora məxsus bank kartına köçürülmüş 25.300 manat məbləğində puldan ona hər hansı məbləğdə o cümlədən 19.300 manat məbləğində pul verilmədiyini, Bayramın Teylora 25.000 manat məbləğində pul verməsindən sonradan xəbər tutduğunu bildirmişdir. Sonradan isə Bayram aldadıldığını bilərək Teylordan pulunu geri tələb etdiyi zaman sonuncunun pulu ona verməsi barədə sözlər dediyini Bayram ona dediyindən, o, həmin vaxt Teylor barədə 2022ci ilin əvvəllərində Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat vermişdir. Qeyd etdiyi kimi o, ancaq Teylorla Bayramı əlaqələndirmiş, pul alınması və qaytarılması proseslərində iştirak etməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 Nizami oğlu göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. Bayramın oğlu Elməddin cinayət hadisəsi törətdiyindən 2021-ci ildə həbs edilmişdir. Belə ki, 2021-ci ilin yay aylarında Bayram ona müraciət edərək Elməddinin məsuliyyətdən azad edilməsi ilə bağlı prokurorluğunun mətbuat xidmətində işləyən Təqsirləndirilən şəxs adlı tanışı ilə əlaqə saxladığını, Elməddinin azadlığa buraxılması ilə bağlı Teylora 13.000 manat pul verdiyini, yenə də pul verməli olduğunu deyərək ondan 6.000 manatı borc pul istəmişdir. Onun Bayramla ünsiyyəti olduğundan sonuncuya köməklik etmək niyyəti ilə 2021-ci ilin avqust ayında 6.000 manat Bayrama borc vermişdir. Bundan sonrakı proseslərdən məlumatı olmamışdır. Pulu verməsindən təxminən 3 ay sonra özünə pul lazım olduğundan Bayramla əlaqə saxlamaqla borc qismində vermiş olduğu pulunu tələb etmişdir. Bundan sonra Bayram Teylorla əlaqə saxlamış və pulun ona aid olmasını deməklə geri tələb etmişdir. Həmçinin Teylorun da nömrəsini ona vermişdir. Bundan sonra isə təxminən 2 ay davamlı olaraq Teylorla əlaqə saxlamış və nəticə olaraq 2022-ci ilin əvvəllərində hissəhissə olmaqla Teylor onun pulunu Ali Məhkəmənin yaxınlığında qaytarmışdır. Bundan sonra Bayram ona Teylorun onu aldatmaqla Elməddinin azadlığa buraxılmasını təmin edəcəyi adı ilə özünü prokurorluq əməkdaşı kimi təqdim etməklə ümumilikdə 25.000 manatdan artıq pulunu ələ keçirdiyini demişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan 04 fevral 2022-ci il tarixli Cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından ********* nömrəsi ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə cinayət işi açılmışdır. İş materiallarında olan "xxxx" MMC-yə məxsus xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş CD diskə xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, həmçinin Zərərçəkmiş şəxs məxsus digər ***-***-**-** mobil nömrəsi arasında Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mütəmadi telefon danışıqları aparılmışdır. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından 11 ay əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(099)-660/2021 nömrəli hökmündən görünür ki, Ağcabədi RPŞ-də Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Ağcabədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi “Emanat” ödəniş terminalı vasitəsilə etmiş olduğu ödəniş qəbzlərinə baxış keçirilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-də olan 4169********7059 saylı kart hesabına xx.xx.2021-ci il tarixdə 5.000 manat, xx.xx.2021-ci il tarixdə 1.500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 və 1.000 manat olmaqla, 2 dəfəyə cəmi 2.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 1.400 manat, xx.xx.2021-ci il tarixdə 600 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat və xx.xx.2021-ci il tarixdə 450 manat olmaqla, ümumilikdə 25.350 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Zərərçəkmiş şəxs disk şəkildə təqdim etdiyi Təqsirləndirilən şəxsla aralarında olan səs yazılarına baxış keçirilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, səs yazıları 4 ədəd “aac” formatında fayllardan ibarətdir. Faylların ümumi həcmi 58,7 mb olmaqla 36 dəqiqə 2 saniyədən ibarətdir. Həmin danışıqların ümumi məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Elməddin Ələsgərovun azadlığa buraxılmasının təmin edilməsi üçün müəyyən şəxslərlə danışıqlar apardığını deyərək ilkin olaraq göndərmiş olduğu kart nömrəsinə 5.000 manat məbləğində pul vəsaitinin yüklənilməsini Bayramdan tələb edir, həmçinin Elməddinin azadlığa buraxılması ilə bağlı böyük qardaş kimi təqdim etdiyi vəzifəli şəxs kimi qələmə verdiyi şəxslə də danışdığını, sonuncunun razılığını aldığını, Elməddinə əsassız olaraq ağır ittihamların verildiyini, buna baxmayaraq Elməddinin azadlığa buraxılmasını əlaqəli olduğu vəzifəli şəxslər vasitəsilə təmin edəcəyini deyir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan hesab nömrəsindən çıxarışı özündə əks etdirən CD diskə baxış keçirilməsi haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 4169********7059 kart nömrəsinə 2021-07-22-ci il tarixdə 5.000 manat, 2021-07-26-ci il tarixdə 1.500 manat, 2021-07-28-ci il tarixdə 1.000 manat, 2021-07-29-ci il tarixdə 500 manat, 2021-08-02-ci il tarixdə 1.000 manat, 2021-08-02-ci il tarixdə 1.000 manat, 2021-08-05-ci il tarixdə 1.000 manat, 2021-08-09-ci il tarixdə 1.000 manat, 2021-08-09-ci il tarixdə 1.000 manat, 2021-08-11-ci il tarixdə 1.000 manat, 2021- 08-16-ci il tarixdə 1.000 manat, 2021-08-23-ci il tarixdə 2.000 manat, 2021-08-25-ci il tarixdə 500 manat, 2021-08-30-ci il tarixdə 1.000 manat, 2021-09-06-ci il tarixdə 1.000 manat, 2021-09-09-ci il tarixdə 1.400 manat, 2021-09-13-ci il tarixdə 600 manat, 2021-09- 16-ci il tarixdə 900 manat, 2021-09-20-ci il tarixdə 700 manat, 2021-09-20-ci il tarixdə 300 manat, 2021-10-04-ci il tarixdə 1.000 manat, 2021-11-22-ci il tarixdə 500 manat, 2021-11- 25-ci il tarixdə 450 manat “E-manat” ödəniş terminalı vasitəsilə pul yüklənilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə hissə-hissə olmaqla Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən həmin banka məxsus bankomatlardan, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən “Mediland Hospital”ın qarşısında yerləşən bankomatdan 27 manat məbləğdə pul vəsaiti nağdlaşdırmaqla əldə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli Qətimkan tətbirinin siçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tətbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri qismən etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. İş üzrə maddi sübut kimi tanınan - üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 18 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-153/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-153/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver