Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-154/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Müdafiəçi qızının, Zərərçəkmiş şəxs Yafər qızının, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi işlə məşğul olan, ünvan 1 mənzil 32 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixində saat 17:00 radələrində Bakı şəhəri Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsindəki nömrəsiz evin yataq otağında şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs Yafər qızının bədəninin müxtəlif nahiyyələrində bir neçə dəfə əl-zərbələri ilə qəsdən vuraraq ona sol əlin və sol əlin İİ, İİİ və İV barmaqlarının arxa səthinin yumşaq toxumalarının hematoması, belin sağ yan səthinin və sol budun yumşaq toxumalarının hematoması, başın alın nahiyyəsinin, sol kürəkaltı nahiyyəsinin və sağ əlin arxa səthinin qançırları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsasrətəri yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Yafər qızı ilə qeyri rəsmi olaraq ər-arvad münasibətlərində Bakı şəhəri Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsindəki nömrəsiz evdə yaşayırlar. xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 17:00 radələrində evdə olarkən Vəfa Yolçuyevaya məxsus cüzdanın içərisində telefona aid yaddaş kartı tapmışdır. O, həmin yaddaş kartını götürüb öz mobil telefonunda yoxlayan zaman orada Vəfaya aid şəkillər olduğunu görmüşdür. O, Vəfada bunu ona izah etmək istəyini bildirmiş və Vəfa ona dörd ay bundan əvvəl ondan ayrı yaşadığı müddətdə çəkdirdiyi şəkillər olduğunu demişdir. O, Vəfanın dediklərinə inanmamış və aralarında olan mübahisənin böyümədiyi üçün Vəfanın evdən çıxıb getmək istədiyini demişdir. Vəfa isə ona nə istəsəndə evdən heç bir yerə getməyəcəyini demişdir. O, əsəbləşdiyindən Vəfaya yaxılaşaraq əlləri ilə Vəfanın üzündən tutmuş və bir neçədəfə Vəfanın sifət nahiyyəsindən sillə ilə vurmuşdur. Həmin vaxt Vəfa epilepsiya xəstəsi olduğundan hal pistəşmiş və yerə yıxılmışdır. Evdə onlardan başqa heç kim olmamışdır. Hazırda o, Zərərçəkmiş şəxs Yafər qızı ilə barışmışdır. Zərərçəkmiş şəxs Yafər qızının ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Yafər qızı ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq ər-arvad münasibətlərində Bakı şəhəri Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsindəki nömrəsiz evdə yaşayırlar. xx xxxxxx 2021-ci il tarixdə evdə olarkən Elmar ona məxsus cüzdanın içərisində telefona aid yaddaş kartı tapmışdır. Həmin yaddaş kartında ona aid 10 il bundan əvvəl çəkdirmiş ailəvi şəkillər olmuşdur. Elmar həmin şəkilləri görmüş və ona qısqanaraq onunla mübahisə etməyə başlamışdır. Sonra Elmar sakitləşmişdir. Daha sonra, həmin gün təxminən saat 17:00 radələrində Elmar spirtli içki qəbul etməyə başlamış və onunla günorta baş vermiş söz-söhbəti yenidən yaradaraq onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Elmar onun sifətindən tutaraq başına əlləri ilə zərbələr vurmağa başlamışdır. Onun başında şiş olduğundan halı pisləşmiş və o, yerə yıxılmışdır. Ayıldıqdan sonra o, Elmarın sakitləşdiyini görmüş, Elmar yatmağa getdikdən sonra o, evi tərk edib getmişdir. Evdə onlardan başqa heç kim olmamışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Bacısı Vəfa bir neçə ildir ki, Elmar ilə Bakı şəhəri Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsindəki nömrəsiz evdə qeyri rəsmi ər-arvad münasibətlərində yaşayırlar. O, xx xxxxxx 2021-ci il tarixdə səhər saatlarında evdə olarkən bacısı Vəfa tək onun yaşadığı evə gəlmiş və Elmarla mübahisə etdiklərini, mübahisə zamanı Elmarın onu döydüyünü bildirmişdir. O, bacısının pis olduğunu və bacısının baş nahiyyəsində xəstəliyi ilə əlaqədar əziyyət çəkdiyinə görə bu barədə DİN-nin 102 xidmətinə zəng etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 14-16-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 xx xxxxxx 2021-ci il tarixli, 57 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Yafər qızı qızının bədənində aşkar edilmiş xəsarətlər – sol əlin və sol əlin İİ, İİİ və İV barmaqlarının arxa səthinin yumşaq toxumalarının hematoması, belin sağ yan səthinin və sol budun yumşaq toxumalarının hematoması, başın alın nahiyyəsinin, sol kürəkaltı nahiyyənin və sağ əlin arxa səthinin qançırları müəyyən edilmişdir. Xəsarətlər, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə həmin, qeyd edilən xəsarətlərin özünün-özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunmur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2021-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(011)-11/2014 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancandan dövlət nəfinə 20 % pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasana məhkum edilnişdir. Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2013-cü il tarixədək 02 (iki) gün həbsdə olma müddətinin 1 (bir) günü 3 (üç) gün islah işlərinə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası saxlanılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 46-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X3 xx xxxxxx 2021-ci il tarixli, 571 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 47-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 xx xxxxxx 2021-ci il tarixli, 19/51-969 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəməyə təqdim edilmiş və məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Zərərçəkmiş şəxs Yafər qızının ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs təqsirli olmasını özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 384.1-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərardan, 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-154/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-154/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver