Məhkəmə qərarları › İş №1(011)-154/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-154/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-154/2024 01.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* müəyyən etmişdirTəqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs2 vəkil kimi təqdim edib sonuncunun Ukrayna Respublikasında bitirdiyi universitetin diplomunun ölkə ərazisində tanınmasını təsdiq etdirəcəyinə dair yalan vəd verib inanması üçün aralarında imzalanmış xx.xx.2022-ci il tarixli 100 saylı “Tapşırıq müqaviləsi” ilə, həmin tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində həmin ünvanda xx.xx.2022-ci il tarixli 107 saylı “Tapşırıq müqaviləsi” ilə Zərərçəkmiş şəxs2 qardaşı Şahid vasitəsi ilə 900 manat, cəmi 2.900 manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 2.900 (iki min doqquz yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs6 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs6 mülkiyyətində olan və icarəyə vermiş olduğu “Hyundai Accent” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 2021-ci ilin aprel ayında Bakı- Qazax avtomagistral yolunda törədilmiş yol nəqliyyat hadisəsi zamanı avtomobilin əzilməsi ilə bağlı sonuncuya dəymiş maddi ziyanın guya məhkəmə prosesində ödənilməsi üçün köməklik edəcəyi barədə yalan vəd verib xx.xx.2022-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs6 1400 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 1400 (min dörd yüz) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs1 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək oğlu X4 barəsində Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə guya həbslə bağlı olmayan hökm çıxarılacağında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs1 10.000 manat, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində həmin ünvanda 2.000 manat, cəmi 12.000 manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 12.000 (on iki min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs7 vəkil kimi təqdib edib atası X1 dondurulmuş əlillik pensiyasını bərpa etdirəcəyi barədə yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə 09 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs7 300 manat, həmin tarixdə və ünvanda saat 19 radələrində 1700 manat, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Xətai rayonu, M.Hadi küçəsi 51 ünvanında yerləşən kafedə 2.200 manat, cəmi 4.200 manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 ümumilikdə 4.200 (dörd min iki yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs8 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə Zərərçəkmiş şəxs8 barəsində tətbiq edilmiş alimentin endirilməsi üçün müvafiq qərarın qəbul edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ünvan 4 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs8 250 manat, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində həmin ünvanda 600 manat, cəmi 850 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs8 ümumilikdə 850 (səkkiz yüz əlli) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs3 vəkil kimi təqdim edib yaşadığı ünvana çıxarış əldə edəcəyi və həmin evə qeydiyyata alınması üçün köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq inanması üçün aralarında imzalanmış xx.xx.2023-cü il tarixli 74 saylı “Tapşırıq müqaviləsi” ilə həmin tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs3 1.060 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 1.060 (min altmış) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs4 vəkil kimi təqdim edib bacısı X3 adına olan Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 189 ünvanında yerləşən həyət evinə çıxarış əldə edəcəyi barədə yalan vəd verib aldadaraq inanması üçün aralarında imzalanmış xx.xx.2022-ci il tarixli 93 saylı “Tapşırıq müqaviləsi” ilə həmin tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs4 500 manat, xx.xx.2022-ci il tarixli 87 saylı “Tapşırıq müqaviləsi” ilə həmin tarixdə saat 10 radələrində həmin ünvanda 1.500 manat, xx.xx.2022-ci il tarixli 99 saylı “Tapşırıq müqaviləsi” ilə həmin tarixdə saat 14 radələrində 5.000 manat, xx.xx.2023-cü il tarixli nömrəsiz “Tapşırıq müqaviləsi” ilə həmin tarixdə saat 11 radələrində həmin ünvanda 3.500 manat, cəmi 10.500 manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 10.500 (on min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs5 vəkil kimi təqdin edib sonuncu barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını ləğv etdirəcəyinə dair yalan vəd verib aldadaraq inanması üçün aralarında imzalanmış xx.xx.2023-cü il tarixli 87 saylı “Tapşırıq müqaviləsi” ilə Zərərçəkmiş şəxs5 həmin tarixdə saat 12 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə 470 manat, xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən Milliön elektron terminal aparatı vasitəsilə onun göndərdiyi plastik hesab kartına köçürülmüş 200 manat, cəmi 670 manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zərərçəkmiş şəxs X2 ümumilikdə 670 (altı yüz yetmiş) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilib törətmiş olduğu cinayətləri etiraf edərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən bəri ünvan 3 ünvanında yerləşən ofisdə hüquq xidmətləri göstərir. Ali təhsillidir, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Vəkillər Kollegiyasının üzvü deyil. Zərərçəkmiş şəxs2 vəkil kimi təqdim edib sonuncunun Ukrayna Respublikasında bitirdiyi universitetin diplomunun ölkə ərazisində tanınmasını təsdiq etdirəcəyinə görə aralarında imzalanmış xx.xx.2022-ci il tarixli 100 saylı Tapşırıq müqaviləsi ilə, həmin tarixdə ofisdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda xx.xx.2022-ci il tarixli Tapşırıq müqaviləsi ilə Zərərçəkmiş şəxs2 qardaşı Şahid vasitəsi ilə 900 manat, cəmi 2.900 manat nağd pul vəsaitini almışdır. Bundan başqa Zərərçəkmiş şəxs6 mülkiyyətində olan və icarəyə vermiş olduğu “Hyundai Accent” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 2021-ci ilin aprel ayında Bakı-Qazax avtomagistral yolunda törədilmiş yol nəqliyyat hadisəsi zamanı avtomobilin əzilməsi ilə bağlı sonuncuya dəymiş maddi ziyanın məhkəmə prosesində ödənilməsi üçün köməklik edəcəyini bildirib xx.xx.2022-ci il tarixdə ofisdə Zərərçəkmiş şəxs6 1400 manat almışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 oğlu X4 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə həbslə bağlı olmayan hökm çıxarılacağında köməklik göstərəcəyini bildirib xx.xx.2022-ci il tarixdə ofisdə Zərərçəkmiş şəxs1 10.000 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat, cəmi 12.000 manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 12.000 (on iki min) manat pulunu almışdır. Bundan başqa Zərərçəkmiş şəxs7 atası X1 dondurulmuş əlillik pensiyasını bərpa etdirəcəyini bildirib xx.xx.2023-cü il tarixdə ofisdə Zərərçəkmiş şəxs7 ümumilikdə 4.200 manat almışdır. Zərərçəkmiş şəxs8 Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə alimentin endirilməsi üçün müvafiq qərarın qəbul edilməsində köməklik göstərəcəyini bildirib xx.xx.2023-cü il tarixdə ofisdə 250 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, ümumilikdə 850 manat almışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 yaşadığı ünvana çıxarış əldə edəcəyi və həmin evə qeydiyyata alınması üçün köməklik göstərəcəyini bildirib aralarında imzalanmış xx.xx.2023-cü il tarixli Tapşırıq müqaviləsi ilə həmin tarixdə ondan 1.060 manat almışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 bacısı X3 adına olan Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 189 ünvanında yerləşən həyət evinə çıxarış əldə edəcəyini bildirib aralarında imzalanmış xx.xx.2022-ci il tarixli Tapşırıq müqaviləsi ilə həmin tarixdə ofisdə Zərərçəkmiş şəxs4 500 manat, xx.xx.2022-ci il tarixli Tapşırıq müqaviləsi ilə həmin tarixdə 1.500 manat, xx.xx.2022-ci il tarixli Tapşırıq müqaviləsi ilə həmin tarixdə 5.000 manat, xx.xx.2023-cü il tarixli Tapşırıq müqaviləsi ilə həmin tarixdə 3.500 manat, cəmi 10.500 manat almışdır. Bundan başqa Zərərçəkmiş şəxs5 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını ləğv etdirəcəyini bildirib aralarında imzalanmış xx.xx.2023-cü il tarixli Tapşırıq müqaviləsi ilə ondan həmin tarixdə ofisdə 470 manat, xx.xx.2023-cü il tarixdə Milliön vasitəsilə onun göndərdiyi plastik hesab kartına köçürülmüş 200 manat, cəmi 670 manat almışdır. Aldığı pulların qarşılığında hər hansı bir iş görə bilməmiş və pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra Zakir gələrək ondan pulunu geri tələb etməyə başlamış. Zakirə həmin məbləğdən 100 AZN qaytarsa da qalan məbləği qaytara bilməmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanların tam ödənilməsini, onlarla barışmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, “H.Aslanov” metrostansiyası yaxınlığında olarkən qardaşı Şahid ilə birlikdə “Hüquqi xidmət” yazısı altında fəaliyyət göstərən ofisə daxil olmuşlar. 2021-ci ilin yay aylarında o, Ukrayna Respublikasında təhsilini bitirib diplomunu alsa da daha sonra “Covid-19” infeksiyası ilə əlaqədar diplomun təsdiqlənməsi gecikmiş və təsdiq olunmamışdır. Onlar həmin ofisdə bu barədə maraqlandıqda ofisdə olan, özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs ona köməklik göstərə biləcəyini deyərək diplomunu təsdiq etdirəcəyini vəd vermiş və qarşılığında 2000 AZN pul verməli olacağını bildirmiş, o, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Elxanın yanında ofisdə Məhəmmədə 2000 manat pul vermiş, daha sonra isə Məhəmməd onunla əlaqə saxlayaraq diplomun təsdiq olunması ilə bağlı əlavə 900 manat pul lazım olmasını bildirərək yaxın müddətə işin həll olunacağını qeyd etmiş, o, qardaşı Elxana pul vermiş və Elxan xx.xx.2022-ci il tarixdə 900 manat pulu Məhəmmədin ofisində sonuncuya vermişdir. Daha sonra isə Məhəmmədin bildirdiyi müddət keçmiş və o, işin nə yerdə olmasını soruşduqda Məhəmməd müxtəlif bəhanələr gətirərək müddəti uzatmış, ardınca Məhəmməddən pulunu tələb etməyə başlamış və onu aldatdığına görə şikayət edəcəyini bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının sonlarında ona məxsus “Hyundai Accent” marka və modelli **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə verdiyi Soltan adlı şəxs Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi törətmiş və daha sonra aparılan araşdırma nəticəsində yol nəqliyyat hadisəsinin törədilməsində günahkar olmağı sübuta yetsə də onun avtomobilinə dəymiş maddi ziyanı ödəməkdən boyun qaçırmışdır. Buna görə də xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “H.Aslanov” metrostansiyası yaxınlığında olarkən “Hüquq Xidməti” yazısı olan obyektə daxil olmuş, orada işləyən Məhəmməd adlı şəxsə baş vermiş hadisə ilə bağlı məlumat verərək ona köməklik göstərməsini xahiş etmişdir. Məhəmməd məhkəmə yolu ilə ona dəymiş maddi ziyanı ödətdirəcəyini vəd edərək bunun qarşılığında 1400 AZN pul istəmişdir. O həmin tarixdə saat 16 radələrində Məhəmməd adlı şəxsin ofisində təklikdə 1400 AZN pulu vermişdir. O, Təqsirləndirilən şəxs 1400 AZN pulu 2021-ci ilin mart ayında icarəyə verdiyi “Hyundai Accent” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəza törədib sonradan avtomobilə dəyən maddi ziyanı ödəməkdən boyun qaçıran şəxsdən məhkəmə yolu ilə ödənişini almaq məqsədilə vermiş, Məhəmməd ona heç bir köməklik göstərməyərək sonradan zənglərinə cavab verməmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının ortalarında oğlu X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Suraxanı RPİ tərəfindən saxlanılmış və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ittiham elan edilərək barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “H.Aslanov” metrostansiyası yaxınlığında yerləşən “Hüquqi yardım” yazısı altında olan ofisə yaxınlaşdıqda orada işləyən, özünü vəkil kimi təqdim edən Məhəmməd adlı şəxsə yaxınlaşaraq oğlu Xəyyamın məsələsi ilə bağlı məlumat vermiş və ona nə cür köməklik göstərmək alınacağı ilə maraqlanmışdır. Məhəmməd tanışının olmasını, oğlunu həmin şəxsin köməyi ilə həbsdən azad etdirəcəyini, barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməyəcəyini deyərək qarşılığında 10.000 AZN pul verməli olmağını demişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Məhəmmədlə onun qeyd olunan ofisində görüşmüş və qohumu Cavidin yanında Məhəmmədə əlbəəl 10.000 manat pul vermişdir. Bundan təxminən 1 həftə keçdikdən sonra Məhəmməd onunla əlaqə saxlayaraq pulun az olması səbəbindən işin alınmama ehtimalı olmasını və 4000 pul verilməsi lazım olmasını qeyd etmişdir. O isə pulunun olmamasını deyərək həmin məbləğin yarısını düzəldə biləcəyini demiş, Məhəmmədlə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yenidən qohumu Cavidlə Məhəmmədin ofisinə getmiş, Məhəmmədə 2000 manat pul vermişdir. Bundan bir neçə gün keçdikdən sonra Məhəmmədlə mütəmadi olaraq əlaqə saxlayaraq işin nə yerdə olmasını soruşduqda Məhəmməd müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa başlamışdır. Həmin vaxtdan 4-5 ay keçdikdən sonra oğlu Xəyyamın barəsində Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası tətbiq edilmişdir. Məhəmmədin heç bir iş görməməsi və vədinə əməl etməməsi səbəbindən onun ofisinə gedərək onu aldatmasına görə onunla mübahisə edərək pulunu geri tələb etmişdir. Lakin Məhəmməd müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa başlamışdır. Daha sonra Məhəmmədin ona qarşı dələduzluq etməsi barədə Xətai RPİ-nin 36-cı PŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, “H.Aslanov” metrostansiyası yaxınlığında olarkən sənəd surəti çıxarmaq üçün “Hüquq Xidməti” yazılan obyektə girib sənədi kseroks etdikdə orada arxa otaqda “problemıərin həlli” və s buna oxşar yazılar gördüyü üçün atası X1 2-ci dərəcəli əlil olması ilə bağlı təqaüd verilməsi dondurulmuşdu və bunu məsləhət etmək qərarına gələrək orada oturan Məhəmməd adlı şəxsə yaxınlaşmışdır. Məhəmməd özünü vəkil kimi təqdim edərək bir neçə dəfə əlillik dərəcəsi və digər təqaüdləri bərpa etməsini deyərək bu barədə köməklik göstərə biləcəyini bildirmiş və bununla bağlı 2000 AZN ödəniş etməli olmağını deyərək tanışı vasitəsi ilə atasının təqaüdünün 1 həftəyə bərpa olunacağını bildirmişdir. Saat 09 radələrində üzərində olan 300 AZN pulu Məhəmmədə verdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Məhəmmədin ofisində onunla görüşərək 1700 AZN pulu təklikdə ona vermişdir. 2-3 gün keçdikdən sonra Məhəmməd onunla əlaqə saxlayaraq görüşməli olmağını demiş və xx.xx.2023-cü il tarixdə onun ofisində görüşüb söhbət edən zaman Məhəmməd ona təqaüd kartının tezliklə veriləcəyini bildirib təqaüdün 280 manatdan 600-700 manat məbləğinə qaldırılması üçün əlavə olaraq 3000 AZN ödəniş etməli olmağını demişdir. O, maddi vəziyyətinin pis olmasını deyərək 2200 AZN pul tapıb verə biləcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ünvan 8 ünvanında yerləşən kafedə Məhəmmədlə görüşərək ona 2200 AZN pul vermişdir. Təxminən 1 ay keçdikdən sonra Məhəmmədin yanına gedərək məsələ ilə maraqlandıqda müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa başlamış və 3-4 ay ərzində onu aldadaraq təqaüd kartının tezliklə veriləcəyini bildirmişdir. Lakin ardınca Məhəmmədlə əlaqə saxlaya bilməmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayında Bakı Apellyasiya Məhkəməsi tərəfindən alimentin onun gəlirlərinin % səviyyəsində artırılması üçün 1-ci instansiya məhkəməsinin qərarından verdiyi etiraz təmin edilməmiş, bu barədə qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, “H.Aslanov” metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs işlədiyi, üzərində “Hüquq Xidməti” yazılan ofisə daxil olmuş, Məhəmmədə Apellyasiya Məhkəməsi tərəfindən onun əleyhinə qərar qəbul edilməsini bildirdikdə, Məhəmməd ona köməklik göstərəcəyini və qərarın qüvvəyə minməyəcəyini deyərək əvəzində ona 250 AZN pul verməli olduğunu bildirmişdir. Həmin gün saat 15 radələrində təklikdə Məhəmmədə 250 AZN pul vermişdir. Təxminən 1 ay keçdikdən sonra Məhəmmədlə bir neçə dəfə əlaqə saxlayaraq artıq ondan əmək haqqının 1/4 məbləğində aliment tutulmasını deyib etiraz etmişdir. Məhəmməd isə əlavə 600 AZN lazım olmasını deyərək 2-3 gün ərzində qərarın ləğvi ilə bağlı sənədi ona təqdim edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində həmin ünvanda Məhəmmədə 600 manat pul vermişdir. Bundan 1-2 həftə keçdikdən sonra isə artıq Məhəmmədlə əlaqə saxlaya bilməmiş, zənglərinə cavab verməmişdir. O, Təqsirləndirilən şəxs 850 AZN pulu əmək haqqının 1/4-nin aliment olaraq tutulması barədə məhkəmə qərarının ləğvi üçün vermiş, lakin o, bu istiqamətdə heç bir tədbir görməyərək ona heç bir sənəd təqdim etməmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında “H.Aslanov” metrostansiyası yaxınlığında olan zaman orada “Hüquqi yardım” adlı ofisdə olan Təqsirləndirilən şəxs yaxınlaşaraq bacısı X6 məxsus, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 189 ünvanında yerləşən həyət evinə çıxarış əldə edilməsi ilə bağlı köməklik göstərə bilib bilməyəcəyini soruşduqda vəkil olmasını qeyd edərək məsələni həll edəcəyini bildirmiş və ardınca müxtəlif tarixlərdə işin həlli üçün ondan müəyyən məbləğlərdə pulu istəmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Məhəmmədin ofisində əlbəəl 500 manat, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində 1500 manat, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində 5000 manat, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində 3500 manat olmaqla cəmi 10.500 manat pul vermişdir. Həmin pulları təklikdə Təqsirləndirilən şəxs verdikdən sonra Məhəmməd ona bildirmişdir ki, tezliklə evin çıxarışını ona təqdim edəcək. Bundan sonra o, Məhəmmədlə mütəmadi olaraq əlaqə saxladıqda Məhəmməd müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa başlamışdır. Daha sonra isə Məhəmmədin onu aldatmasını dərk edərək ondan pulunu geri tələb etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, “H.Aslanov” metrostansiyası yaxınlığında olarkən orada olan “Hüquqi Xidmət” yazısı altında fəaliyyət göstərən ofisə daxil olmuş, orada əyləşən, özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsi tərəfindən 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilməsi barədə məlumat vermişdir. Məhəmməd ona cəzadan vaxtından əvvəl azad edilməyinə və tətbiq edilmiş elektron qolbağın çıxarılmasına köməklik göstərəcəyini bildirmişdir. İlkin olaraq ondan 470 manat pul istəmiş, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Məhəmmədə ofisində 470 AZN pul vermiş, daha sonra isə ona yenidən pul lazım olmasını demişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində o, Məhəmmədin ona dediyi nömrələrini xatırlamadığı kart hesabına ünvan 9 ünvanında yerləşən “A-Plus” mağazasında olan milliön vasitəsilə 200 manat göndərmişdir. Ardınca heç bir iş görülməməsi səbəbindən Məhəmmədin ofisinə gedərək öz etirazını bildirmiş və pulunu geri tələb etmişdir. Lakin Məhəmməd pulunu qaytarmadığından bu barədə Xətai RPİ-nin 36-cı PŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq dəymiş ziyanın tam ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyası yaxınığında olan zaman “Hüquqi xidmət” adlı yazısı olan obyekt görmüş, yaşadığı ünvana qeydiyyata düşmək həmçinin evə çıxarış almaq məqsədilə həmin obyektə gedərək bu barədə həmin obyektə işləyən Təqsirləndirilən şəxs adlı şəxsə yaxınlaşmış, Məhəmməd ona köməklik göstərə biləcəyini deyib əvəzində 1060 AZN pul verməli olmağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, Məhəmmədin ofisində saat 15 radələrində əlbəəl 1060 AZN pul vermiş, lakin sonradan bir neçə dəfə əlaqə saxladıqda Məhəmməd müxtəlif bəhanələr gətirərək müddəti uzatmışdır. Ardınca Məhəmmədin onu aldatdığını başa düşərək pulunu geri tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 ilə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, Zərərçəkmiş şəxs3 ilə xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs4 ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs5 ilə bağlanmış xx.xx.2023-cü il tarixli tapşırıq müqavilələrindən görünür ki, Təqsirləndirilən şəxs həmin şəxslərdən müxtəlif məbləğlərdə pul almışdır. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, Zərərçəkmiş şəxs3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs4 arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli tapşırıq müqavilələri maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan 24 noyabr 2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 03 il azadlıqdan məhrum etmə cəzası, 02 il şərti sınaq müddəti tətbiq edilmiş, xx.xx.2015-ci il tarixdə cəzanı çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs3 ərizələrindən məlum olur ki, onlara dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişlər. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin verdiyi səmimi ifadəsi, zərərçəkmiş şəxslərin, şahidin ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslərin hamısı ilə barışmasını, dəymiş ziyanın ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxslərin heç birinin şikayətçi olmamasını, hamısı ilə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) ay 08 (səkkiz) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, Zərərçəkmiş şəxs3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs4 arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli tapşırıq müqavilələri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) ay 08 (səkkiz) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 4000 (dörd min) manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 2000 (iki min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, Zərərçəkmiş şəxs3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs4 arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli tapşırıq müqavilələri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar