Məhkəmə qərarları › İş №1(011)-154/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-154/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-154/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda dörd bükümdə ümumi təmiz çəkisi 1,171 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə ilə psixotrop maddənin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən 03 yanvar 2025-ci il tarixdə saat 13:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi 32 saylı binanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd qara rəngli gödəkcənin sol döş cibindən bir ədəd kibrit qutusunun içərisində ümumilikdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,406 qram, 0,511 qram, 0,186 qram, 0,068 qram, ümumi təmiz çəkisi 1,171 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi A.Alıcanov küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 3n vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş məlumatla əlaqədar 03 yanvar 2025-ci il tarixdə saat 13:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və polis sahə inspektoru polis kapitanı Şahid2 ilə birlikdə Xətai rayonu, Araz Novruzov küçəsi 32 saylı binanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini ona təqdim edib saxlama səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli gödəkcənin sol döş cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək içərsində olan şəffaf sellofan bükümdə "patı” kimi tanıdığı narkotik vasitə olmasını və həmin bükümü tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Tədim olunan bükümlər elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1.45 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənib üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış keçirildikdə qeyd olunandan başqa heç bir əşya aşkar edilməmişdir. Videoçəkilişin davam olaraq Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirib üzərindən aşkar edilərək qablaşdırılmış büküm ilə birlikdə polis şöbəsinin təhqiqatçısı polis mayoru X3 təhvil vermişlər. X7 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər elektron tərəzidə çəkildikdə ümumilikdə 1.48 qram olması müəyyən edilib təkrar həmin bükümlər iştirakçıların gözü qarşısında yenidən kağızda qablaşdırılıb, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən bir ədəd disqə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən həmin bükümləri haradan kimdən alması barədə verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs "Neftçilər”dən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir. Bundan sonra X7 tərəfindən çəkilişin yekunlaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib edilərək Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); 03 yanvar 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə inspektoru polis kapitanı Şahid2, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilən şəxs-xx.xx.1993cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 234.1-ci, 177.2.1ci,177.2.2-ci 177.23-cü maddələri ilə məhkum olunmuş. ünvan 4 ünvanında qeydiyyatda olan və Xətai rayonu Araz Novruzov küçəsi ev 34 mənzil 11-də yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib edirəm həmin protokolu ondan ötrü ki, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 03 yanvar 2025-ci il tarixdə, saat 13:00-da ünvan 6 ünvanda yerləşən binanın qarşısında olan zaman saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanmışdır. Üzərini yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan tünd qara rəngli gödəkçənin sol sinə cibindən 1(bir) ədəd kibrit qutusunun içərisində 3 ədəd ağ rənfli şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütləni təqdim etdi. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkildi, çəkisi 1.45(bir tam yüzdə qırx beş)qram olması müəyyən edildi. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və tərəfimdən imzalandı və götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı, sonuncunun üzərində qnaunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 3 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütlə götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi 32 saylı binanın qarşısında keçirildi. Üstünü yoxlama və baxış zamanı "Huawei" markalı telefon vasitəsi ilə Xətai RPİnin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 tərəfindən video çəkiliş aparıldı. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1(bir) ədəd DVD əlavə olundu.(i.v 11-12) şübhəli şəxsin tutulması haqqında 03 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2025-ci il tarixdə, saat 14:40-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 13:00-dan hesablanmışdır (i.v. 32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 yanvar 2025-ci il tarixli 6/04 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs (imza)..." sözləri olan zərfi açdıqda içərisində ümumilikdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,406 qr., 0,511 qr., 0,186 qr., 0,068 qr., ümumi təmiz çəkisi 1,171 qram olan ağ rəngli kristallik hissəciklərdən ibraət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (ekspertiza xərci 81manat) (i.v 46-48) 05 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v 62-63); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-1/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır.(i.v 94-99) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 dekabr 2023-cü il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə 01 ay 22 gün vaxtından əvvəl şərti azad edilmiş və 09 fevral 2024-cü il tarixdə cəzası bitmişdir. (i.v 103-105); Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanması höküm olunmuşdur(i.v 106- 116) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-799/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 22 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v.117-119) İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kimyəvi ekspertizalar şöbəsinin ekspert iş stajına malik olan İ dərəcəli ədliyyə qulluqçusu X4 ifadəsində göstərmişdir ki, 04 yanvar 2025-ci il tarixli 3-16- 16/2-6/04 nömrəli ekspertiza rəyini özünün tərtib etdiyini və verdiyi rəyi təsdiq etdiyini bildirərək polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman aşkar olunmuş psixotrop maddə metamfetaminin çəkisi polis şöbəsində istifadə edilən tərəzi ilə ölçülən zaman 1.45 qram və təhqiqat zamanı çəkinin 1.48 qram olması müəyyən olunmuş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində keçirilən məhkəmə-kimyəvi ekspertizası zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi 1,171 qram olması müəyyən edilmişdir. Belə ki, polis şöbəsində şəxsi-axtarış və götürmə zamanı istifadə edilən tərəzi standarta uyğun deyildir və yanlış miqdar göstərə bilər. Buna görə də, X5 tərəfindən verilmiş ekspertiza rəyi əsas götürülməli və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin çəkisi ekspert rəyinə uyğun olaraq 1,171 qram olması nəzərə alınmalıdır. Tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizası zamanı tədqiqat obyektləri üzərində "...Təqsirləndirilən şəxs (imza)..." sözləri, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153" dairəvi möhür əksləri, imzalar olan bir ədəd zərfdə təqdim olunmuşdur. Zərfi açdıqda içərisində üç ədəd bükümdən birinə bitişik halda bir ədəd büküm ayrılmış və ümumilikdə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,406 qr., 0,511 qr., 0,186 qr, 0,068 qr., ümumi təmiz çəkisi 1,171 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələrin olması müşahidə edilmişdir. X2 narkotik vasitələrin çəkisinin müəyyən edilməsində istifadə olunan "CAS CUX 420 H" markalı tərəzinin həssaslığı (düzgünlüyü) ildə 2 dəfə hər 6 aydan bir Azərbaycan Standartlaşdırma institutunun mütəxəssisləri tərəfindən yoxlanılır.(i.v: 137-139) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 12 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixotimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. ( i.v.146-147); Sübutların qiymətləndirilməsi haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 yanvar 2025-ci il tarixli 3-16-16/2-6/04 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə ediməsi, məhkəmə-narkoloji ekspertizasının 06 yanvar 2025-ci il tarixli 12 nömrəli rəyi üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin təmiz çəkisi məhkəmə kimyəvi ekspertizasının rəyində göstərildiyi 1,171 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,171 qram maddi sübut kimi tanınsın və qalıq qalmış 1,071 qram psixotrop maddə metamfetamin saxlanması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan iki ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməməsi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan maddəsinə Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi kimi məsuliyyətini ağırlaşdıran hal nəzərə alınması qərara alınmışdır.(i.v.154-159); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsinə dair protokolda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün— ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi ) 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə 01 ay 22 gün vaxtından əvvəl cəzasından şərti azad edildiyi tarixdən 02 il müddət keçmədən yenidən cinayət törətdiyindən o əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəzaya görə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən az ağır cinayət törətmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması(CM61.1.1) onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olması(CM59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – şəxsi axtarış və baxış keçirilməsi görüntürlərini özündə əks etdirən 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 17 (on yeddi) saat üçün nəzərdə tutulan 181 (yüz səksən bir) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 03 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan dörd bükümdə ümumi təmiz çəkisi 1,171 qram psxiotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 17 (on yeddi) saat üçün nəzərdə tutulan 181 (yüz səksən bir) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar