Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-155/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Reespublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkəmə iclasına videokonfrans əlaqə sistemindən istifadə etməklə qoşulmuş Zərərçəkmiş şəxs və onun nümayəndəsi –“Femida” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1979-cu ildə Lerik rayonu, Monidigah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 156000,00 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli, 2(011)-3471/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Xətai Rayon Məhkəməsinin 3(011)-1056/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il tarixdə rəsmi qaydada ona məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, sonuncu öz hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixinədək cəmi 120980.00 manat məbləğində borcunu ödəməyərək Zərərçəkmiş şəxs qeyd edilən məbləğdə maddi ziyan vuraraq, məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2011-ci ildən Bakı şəhərində yerləşən «Binə» Ticarət Mərkəzində topdan olaraq kişi geyimlərinin satışı ilə məşğul olmuşdur. İşi ilə əlaqədar tez tez Türkiyə Respublikasının İstanbul şəhərinə gedib gələrkən «Laləli» Ticarət Mərkəzinin yerləşdiyi küçədə 2012-ci ildə kişi üçün parça gödəkçə satışı ilə məşğul olan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Daha sonra Zərərçəkmiş şəxslə onun arasında ticarət əlaqəsi yaranmışdır. 2011-ci, 2012-ci illərdən 2017-ci ilədək Zərərçəkmiş şəxs ilə ticarət əlaqəsində olmuşdur və bu müddət ərzində ondan hissə-hissə olmaqla ümumi dəyəri 156000,00 manat məbləğində mal götürmüşdür. Beyhan ona mal götürdüyü zavod və fabriklərə alacaqlarının olduğunu göstərməklə həmin zavod və fabriklərdən nisyə olmaqla mal götürmək üçün aralarında notarial qaydada borc müqaviləsi bağlamağı bildirmiş, Beyhanla dostluq münasibətləri olduğundan və Beyhanın onda nisyə malları olduğundan bununla razılaşmışdır. Notarial qaydada borc müqaviləsi bağlamışlar. Bundan sonra bir müddət ticarət əlaqələri davam etmiş, 2015-ci ildə məlum devalivasiya vaxtında ticarəti iflas etmiş və Zərərçəkmiş şəxsdən götürdüyü malların pulunu qaytara bilməmişdir. Bir müddət müxtəlif işlərdə işləyərək Zərərçəkmiş şəxs pul ödəməyə başlamış, amma Beyhan yaranmış borcu bütov olaraq tələb etmişdir. Borcu tam qaytarmağa imkanı olmadığından Zərərçəkmiş şəxs əlində olan notarial qaydada bağlanmış borc müqaviləsini əsas gətirərək ona qarşı məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3471/2017 saylı qətnaməsinə əsasən ondan 156000,00 manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Xətai rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qeydiyyat ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Orada ona qərarın surəti təqdim edilmiş, xəbərdarlıq edilmiş, izahatı alınaraq məsuliyyəti izah olunmuşdur. Lakin maddi imkanı kifayət qədər olmadığından qeyd edilən məhkəmə qətnaməsini icra etmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək cəmi 120980,00 manat borcu qalmışdır. Bu müddət ərzində müxtəlif işlərdə işləmiş, 450,00- 500,00 manat qazancı olmuşdur. Son bir ildir ki, Binə qəsəbəsində yerləşən çay evində çayçı kimi işləyir. Aylıq 450,00 manat əməkhaqqı alır. İşlədiyinə görə Məşğulluq mərkəzinə müraciət etməmişdir. Yuxarıda qeyd edilən qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət etməmiş, həmçinin qətnamənin icrası ilə bağlı möhlət hüququnun verilməsi və ya hissə-hissə ödəniş edilməsi üçün məhkəməyə müraciət etməmişdir. Məhkəmə qətnaməsinin icrası ilə bağlı iki dəfə inzibati məsuliyyətə cəlb edilsə də qeyd edilən inzibati qərarlardan yuxarı instansiya məhkəməsinə şikayət etməmişdir. Həmçinin, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, mənzil 18 ünvanında yerləşən 65 kvadrat olan mənzili 2021-ci il tarixdə 102000,00 manata satmış və 1-2 gün sonra elə həmin ərazidə, yəni ünvan 2 ünvanında yerləşən 87 kvadrat olan təmirli mənzili 100000,00 manata almışdır. Həmin mənzilin müqaviləsi yoldaşı Şahid5 adınadır. Müqavilə ilə olduğuna görə qeydiyyata düşə bilmədiklərindən qardaşının evində, yəni ünvan 3 ünvanında qeydiyyatdadırlar. İki övladı var. Ramin adlı övladının 18 yaşı, Amin adlı övladının isə 19 yaşı var. Amin əvvəllər Xətai rayonunda Nömrə 1 hazırlıq kursuna gedirdi. Aylıq təxmini 100,00 manat pul ödəyirdilər, hal-hazırda isə X3 1-ci kursunda oxuyur. Baş verən məlum səbəblərə görə təhsilini internet vasitəsi ilə davam etdirir. Qeyd edilən üniversitetin illik ödənişi 700,00 ABŞ dolları təşkil edir. O, borcunu qəbul edir, borcu ödəmədiyinə görə özünü təqsirli bilir. Amma borcunu tam ödəməməyinə səbəb maddi imkanının kifayət qədər olmaması olmuşdur. O, borcunu ödəməkdən heç vaxt qərəzli olaraq yayınmamışdır. İstintaq müddətində qohumlarının köməkliyi ilə 5000,00 manat pulu icra şöbəsinin depozit hesabına ödəmişdir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, maddi imkanı zəif olduğundan və bir müddət heç bir yerdə işləmədiyindən borcunu tam olaraq ödəyə bilməmişdir. Həmçinin, 2017-ci ildə Zərərçəkmiş şəxs nümayəndələri ona hədə-qorxu gələrək pulun ödənilməsini tələb etmişlər, o da öz növbəsində qorxduğu üçün həmin ərəfədə 50000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Bundan sonra zərərçəkmiş şəxs onun heç bir borcu qalmadığını bildirmişdir. Lakin daha sonra icra sənədi üzrə olan borcun ödənilmədiyini iddia edərək ondan şikayət etmişdir. Sadəcə olaraq həmin məbləğdə pulun ödənilməsi ilə bağlı onun heç bir sübutu yoxdur. Bundan əlavə icra sənədində olan borcun ödənilməsini təmin etmək məqsədilə ona məxsus olan və Lerik rayonu, Monidigah kəndində yerləşən 0.24 ha və 1.14 ha torpaq sahələri hərraca çıxarılmışlar, lakin daha satılmadıqlarından zərərçəkmiş şəxsə borcun qarşılığı olaraq təklif edilmişlər. Buna baxmayaraq zərərçəkmiş şəxs həmin torpaq sahələrini almaqdan imtina etmişdir. Tərəfindən məhkəmə istintaqının gedişatında zərərçəkmiş şəxsin depozit hesabına əlavə olaraq 20000 manat məbləğində ödəniş edilmişdir. Beləliklə göstərilənlərə əsasən, onun əməlində məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmanın heç bir əlaməti olmadığından, tərəfindən müəyyən ödənişlər edildiyindən, borcunun təxminən 50% hissəsini ödədiyindən və bununlada ona elan edilmiş ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına videokonfrans əlaqə sistemindən istifadə etməklə qoşulmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İstanbul şəhərində yerləşən «Laləli» Ticarət Mərkəzi yerləşən küçədə ticarətlə məşğul olur. 2012-ci ildə orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanış olduqdan sonra onunla aralarında dostluq münasibəti yaranmışdır. 2012-ci ildən 2017-ci ilədək Təqsirləndirilən şəxs ilə ticarət əlaqəsində olmuşdur. Ona etibar etdiyi üçün hissə-hissə olmaqla nisyə mal vermiş və aralarında notarial qaydada 156000,00 manatlıq borc müqaviləsi bağlanmışdır. Razılaşmalarına əsasən Təqsirləndirilən şəxs notarial qaydada təstiq edilən borc pulu hər ay bir neçə min olmaqla qaytarmalı idi. Sonradan Təqsirləndirilən şəxs götürdüyü malların pulunu qaytarmamışdır. Yəni aralarında olan razılığın şərtlərinə əməl etmir, müxtəlif bəhanələr etməklə pulu ödəməkdən qaçırdı. Təqsirləndirilən şəxs ilə notarial qaydada bağlanmış borc müqaviləsini əsas tutaraq ona qarşı məhkəmədə iddia qaldırması üçün X4 etibarnamə vermiş, Türkiyə Respublikasında olduğuna görə məhkəmədə iştirak edə bilməmiş, məhkəmədə nümayəndəsi iştirak etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 156000,00 manat pulun alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Xətai rayon İcra Şöbəsinə göndərilmiş, aparılmış bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs qətnaməni icra etməmişdir. Əldə etdiyi məlumatlara görə həmin ərəfələrdə ondan aldığı pullarla Ukrayna Respublikasında özünə biznes qurmuş və gəlir əldə etmişdir. 2020-ci ildə Azərbaycana qayıdanda Təqsirləndirilən şəxs sərhəddə saxlanılmış, ondan yenidən qeyd edilən qətnamənin icra edilməsi tələb olunmuş, yetərli qədər vaxt verilmiş, lakin qətnamədə qeyd edilən pulu ödəməmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsini icra etmədiyindən həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati cərimə, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə isə on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də qanunları saymamış və təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək cəmi 120980,00 manat borcun qalması göstərilmişdir. Bu günə kimi Təqsirləndirilən şəxs hissəhissə olmaqla 5780,00 manat (3400,00 ABŞ dolları) almışdır. Qalan pulun isə etibarnamə əsasında əvvəlki nümayəndəsi Xəqani qəbzə imza etməklə qəbul etməsi ilə bağlı verdiyi qəbzdən məlumatı olmamışdır. Sonradan nümayəndəsi olan Nümayəndə Xəqani qızı işin içində belə bir qəbzin olması ilə bağlı ona məlumat vermiş və dərhal Azərbaycan Respublikası hüquq Mühafizə orqanlarına bu barədə məlumat verilmiş və hazırda bununla bağlı araşdırılma aparılır. Təqdimatda qeyd edilən 120980,00 manat borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, dəfələrlə icra şöbəsinə özü və sonradan etibarnamə əsasında nümayəndəsi olmuş Nümayəndə Xəqani qızı tərəfindən şikayətlər edilsə də bunlara baxılmamış və Təqsirləndirilən şəxs barəsində ciddi tədbir görülməmişdir. Bunların nəticəsidir ki, Təqsirləndirilən şəxs əvvəllər pulu hissə-hissə ödəyəcəyini bildirsə də hazırda açıq aydın pulu ödəməyəcəyini, buranın Azərbaycan Respublikası olduğunu, onun sözünün daha üstün olduğunu deyərək pulu ödəməyəcəyini bildirmiş və pulu ödəməkdən qərəzli olaraq yayınmışdır. Təqsirləndirilən şəxs 2021-ci ildə 102000,00 manata ev satıb. Əgər onun borcu ödəmək fikri olsaydı ən azı həmin puldan borcunun bir hissəsini qaytarardı. Göründüyü kimi Təqsirləndirilən şəxs borcunu bilərək və istəyərək ödəmir. Həmçinin o, bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır və onun həbs edilməsini istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayındığını, icra sənədi üzrə olan borcu bu vaxtadək ödəmədiyini bildirərək barəsində ağır cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, Lerik rayonu, Monidigah kəndində yerləşən 0.24 ha və 1.14 ha torpaq sahələri borc müqabilində zərərçəkmiş şəxsə təklif edilsələr də, həmin torpaq sahələri yararsız vəziyyətdə olduqlarından xüsusi qiymətləri yoxdur, bu səbəbdən həmin torpaq sahələrini qəbul etməkdən imtina edirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 156000,00 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Xətai rayon İcra Şöbəsinin icraatına daxil olmuş, həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Bundan sonra borclunun gəlirlərini və əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, borclu Təqsirləndirilən şəxs adına ümumi birgə mülkiyyətdə olan ünvan 8 və Lerik rayonu, Monidigah kəndində yerləşən 0.24 ha və 1.14 ha torpaq sahəsi aşkar edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(011)-2617 saylı qərardadı ilə borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. "xxxx" MMC Hərrac Mərkəzinin xx.xx.2019-cu il tarixli, 01/4258 nömrəli məktubuna əsasən borclu Təqsirləndirilən şəxs məxsus həmin torpaq sahəsinin mövcud qanunvericiliyə uyğun olaraq hərracları keçirilmiş, alıcı müraciəti olmadığından və icra müddəti başa çatdığı üçün sənədlər icra olunmadan geri qaytarılmışdır. Həmçinin həmin torpaq sahəsi tələbkara da təklif edilmiş, lakin tələbkarda torpağı götürməkdən imtina etdiyindən “İcra haqqında” qanunun 53.3-cü maddəsinə əsasən əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(011)-488/2018 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2020-ci il tarixdə borclunun izahatı alınmış, hazırda borcunun 120980,00 manat olduğu barədə məlumatlandırılmış və borcunun ödənilməsi ondan tələb olunmuşdur. Borclu Xətai Rayon Məhkəməsinin 3(011)-1056/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində cərimə tənbeh tədbiri tədbiq edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş, tələb yenə icra olunmamışdır. xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə borclu Təqsirləndirilən şəxs borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıqlar ünvanlanmışdır. xx.xx.2023-cü il tarixdə borclunun izahatı alınmış, hazırda borcunun 120980,00 manat olduğu barədə məlumatlandırılmış və borcunun ödənilməsi ondan tələb olunsa da əsas gətirmədən icra etməmişdir. Borclu Xətai Rayon Məhkəməsinin 3(011)-3213/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına dair xx.xx.2023-cü il tarixli rəsmi xəbərdarlıqlar edilmiş, tələb borclu tərəfindən icra olunmamışdır. Göründüyü kimi borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini ona inzibati tənbehlər tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlardan istifadə etmir. Onun əməlində qərəzlik müşahidə olunur. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Xətai rayon İcra Şöbəsinə rəsmi ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, mənzil 18 ünvanında yerləşən 65 kvadratlıq mənzil olsa da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarına əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin siyahısı müəyyən olunmuş və qeyd edilmişdir ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzilin, ev və ya onun ayrı-ayrı hissələrinin, həmçinin onların altında olan həyətyanı torpağın (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) üzərinə həbs qoyula bilməz. Bu səbəbdən də Təqsirləndirilən şəxs və ailəsinə məxsus tək ev olduğundan həmin evə həbs qoyulmamışdır. Lakin Təqsirləndirilən şəxs sonradan həmin mənzili 2021-ci il tarixdə 102000,00 manata satsa da qətnamə üzrə yaranmış borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid7 Şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli, 2(011)-3471/2017 saylı qətnaməsini qərəzli olaraq icra etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. Əmisi Təqsirləndirilən şəxs 2011-ci ildən Bakı şəhərində yerləşən «Binə» Ticarət Mərkəzində topdan olaraq kişi geyimlərinin satışı ilə məşğul olurdu. Ticarətlə əlaqədar tez-tez Türkiyə Respublikası İstanbul şəhərinə gedib gəlirdi. İstanbul şəhərində yerləşən «Laləli» Ticarət Məkəzi küçəsində türk vətəndaşı olan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs «Laləli» də kişi üçün parça gödəkçə satışı ilə məşğul olduğunu bilirdi. Əmisi Beyhan arasında ticarət əlaqəsi yaranmış və bu müddət ərzində əmisi Şahin Beyhandan hissə-hissə olmaqla ümumi dəyəri 156000,00 manat məbləğində mal götürmüş və aralarında notarial qaydada borc müqaviləsi bağlanmışdır. 2015-ci ildə məlum devalivasiya vaxtında əmisi Şahinin ticarəti iflas etmiş və Zərərçəkmiş şəxsdən götürdüyü malların pulunu qaytara bilməmişdir. Bir müddət işləyərək Zərərçəkmiş şəxs hissə-hissə pul ödəsə də Beyhan borc müqaviləsində olan pulu bütov olaraq tələb etmişdir. Əmisi Şahinin isə pulu bir dəfəyə verməyə imkanı olmadığından Zərərçəkmiş şəxs əlində olan notarial qaydada bağlanmış borc müqaviləsini əsas gətirərək əmisi Şahinə qarşı məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən əmisi Təqsirləndirilən şəxs 156000,00 manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1056/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində cərimə edilmişdir. Sonuncu dəfə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsini icra etmədiyindən həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Əmisi Şahinin təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək cəmi 120980,00 manat borcu qalmışdır. Əmisi Şahin hazırda Binə qəsəbəsində yerləşən çay evində çayçı kimi işləyir, aylıq 450,00 manat əməkhaqqı alır. Hazırda o və qohum-əqraba öz aralarında 5000,00 manat pul toplayaraq ödəməsi üçün əmisi Şahinə vermişlər. Əmisi Şahində həmin pulu icra məmurunun verdiyi icra şöbəsinin depozit hesabına ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. Atasının kimə borcunun olmasını, borcun hansı səbəbdən yaranmasını bilmir. Bu barədə atası ona məlumat verməmişdir. Atası hazırda Binə qəsəbəsində yerləşən çay evində çayçı kimi işləyir, aylıq 450,00 manat əməkhaqqı alır. Özü tələbədir, Ukranya Respublikası Odessa şəhərində yerləşən X2 birinci kursunda oxuyur. Məlum səbəblərə görə hazırda təhsilini online olmaqla evdən kompyuter vasitəsi ilə dərslərə qoşulmaqla davam etdirir. İllik təhsil haqqı 700 ABŞ dollarıdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Xəmirzadə kulinariya evində şirniyyat bişirməklə məşğuldur. Təqsirləndirilən şəxs onun əridir. Şahinin kimə borcunun olmasını, borcun hansı səbəbdən yaranmasını bilmir. Bu barədə Şahin ona məlumat verməmişdir. Şahin hazırda Binə qəsəbəsində yerləşən çay evində çayçı kimi işləyir, aylıq 450,00 manat əməkhaqqı alır. Yoldaşı Şahinin adına olan əvvəllər yaşadıqları Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, mənzil 18 ünvanında yerləşən 65 kvadrat olan mənzili 2021-ci il tarixdə 102000,00 manata satmışlar və əldə olunan pullarla 1-2 gün sonra ünvan 4 ünvanında yerləşən təmirli mənzili təxmini 100000,00 manata almışlar və hazırda orda yaşayırlar. Həmin mənzilin müqaviləsi onun adınadır. Müqavilə ilə olduğuna görə qeydiyyata düşə bilmədiklərindən Şahinin qardaşının evində, yəni ünvan 3 ünvanında qeydiyyatdadırlar. Övladları Raminin 18 yaşı, Aminin isə 19 yaşı var. Amin əvvəllər Xətai rayonunda Nömrə 1 hazırlıq kursuna gedirdi. Aylıq 99,00 manat pul ödənilirdi. Balaca oğlu isə hazırlığa getməmişdir. Amin hazırda X3 birinci kursunda təhsil alır. Baş verən məlum səbəblərə görə təhsilini online qaydada davam etdirir. Qeyd edilən üniversitetin illik ödənişi 700,00 ABŞ dolları təşkil edir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, mənzil 18 ünvanında 64.73 kvadrat mənzil var idi. Həmin mənzili satırdı. O da yoldaşı ilə birlikdə həmin müddətlərdə ev almaq istəyirdilər. 2021-ci ildə “Bina.az” ev elanları səhifəsindən görmüş, daha sonra yoldaşı Şahid2 demiş və evə baxıb, bəyənərək almaq qərarına gəlmişlər. Ümumi qiymətini 102000,00 manata razılaşmışlar. 30600,00 manat ilkin ödəniş olaraq ödəmişlər, yerdə qalan 71400,00 manatını isə "xxxx" ASC tərəfindən ipoteka yolu ilə ödənilmişdir. Aparılan bütün sənədləşmə notarial qaydada aparılmışdır. Təqsirləndirilən şəxs adına olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, mənzil 18 ünvanında 64.73 kvadratlıq mənzilin ümumi qiymətini 102000 manata alqı-satqı yolu ilə rəsmi olaraq aparılmasını razılaşdıqdan sonra ilkin ödəniş olaraq 30600,00 manatı şəxsən Təqsirləndirilən şəxs notariat ofisində ödəmişlər, yerdə qalan 71400,00 manatı isə "xxxx" ASC ilə onunla və yoldaşı ilə ortaq ipoteka müqaviləsi bağlandıqdan sonra Təqsirləndirilən şəxs ödənilməsi üçün Bakı şəhəri 53 saylı notariat ofisinin depozit hesabına ödənilmişdir. Bununla bağlıda müvafiq sənədləşmə aparılmışdır. Daha sonra həmin hesabdan pulu Təqsirləndirilən şəxs götürmüşdür. Ortaq ipoteka olduğuna görə alqı-satqı zamanı onun yoldaşı Şahid2 da iştirak etmiş və ona ait sənədləri imza etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, mənzil 18 ünvanında 64.73 kvadrat mənzil var idi. Həmin mənzili satırdı. O da yoldaşı ilə birlikdə həmin müddətlərdə ev almaq istəyirdilər. 2021-ci ildə “Bina.az” ev elanları səhifəsindən yoldaşı Şahid1 görmüş, daha sonra ona demiş və evə baxıb, bəyənərək almaq qərarına gəlmişlər. Ümumi qiymətini 102000,00 manata razılaşmışlar. 30600,00 manat ilkin ödəniş olaraq ödəmişlər, yerdə qalan 71400,00 manatını isə "xxxx" ASC tərəfindən ipoteka yolu ilə ödənilmişdir. Aparılan bütün sənədləşmə notarial qaydada aparılmışdır. Təqsirləndirilən şəxs adına olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, mənzil 18 ünvanında 64.73 kvadratlıq mənzilin ümumi qiymətini 102000 manata alqı-satqı yolu ilə rəsmi olaraq aparılmasını razılaşdıqdan sonra ilkin ödəniş olaraq 30600,00 manatı şəxsən Təqsirləndirilən şəxs notariat ofisində ödəmişlər, yerdə qalan 71400,00 manatı isə "xxxx" ASC ilə onunla və yoldaşı ilə ortaq ipoteka müqaviləsi bağlandıqdan sonra Təqsirləndirilən şəxs ödənilməsi üçün Bakı şəhəri 53 saylı notariat ofisinin depozit hesabına ödənilmişdir. Bununla bağlıda müvafiq sənədləşmə aparılmışdır. Daha sonra həmin hesabdan pulu Təqsirləndirilən şəxs götürmüşdür. Ortaq ipoteka olduğuna görə alqı-satqı zamanı onun yoldaşı Şahid1 da iştirak etmiş və ona ait sənədləri imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Xətai rayon İcra Şöbəsində toplanmış material əsasından Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (i.v.1-2); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-3471/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 156000 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir (i.v. 14-16); icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-3471/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə həmin tarixdə icraata başlanmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir (i.v.18-19); Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-3471/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 18100 ABŞ dolları məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs xeyrinə ödənilmişdir (i.v. 22); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(011)-2617/2017 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs məxsus Lerik rayonu, Monidigah kəndində yerləşən 0.24 ha və 1.14 ha torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur (i.v. 30); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(011)-488/2018 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v. 34); Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli təklif məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(011)-2617/2017 saylı qərardadına əsasən Lerik rayonu, Monidigah kəndində yerləşən 0.24 ha və 1.14 ha torpaq sahələri açıq hərraca çıxarılsa da hərrac baş tutmamış və bu səbəblə borcun bir hissəsinin ödənilməsini təmin etmək məqsədilə həmin əmlak tələbkara təklif edilmişdir (i.v. 37); Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-3471/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə yaranmış borc ödənilmədiyindən və o, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 41-42); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(011)-1056/2020 saylı qərarından görünür ki, əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir (i.v. 43-44); Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X5 ünvanlanmış xx.xx.2020-ci il tarixli təklif məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(011)-2617/2017 saylı qərardadına əsasən Lerik rayonu, Monidigah kəndində yerləşən 0.24 ha və 1.14 ha torpaq sahələri açıq hərraca çıxarılsa da hərrac baş tutmamış və bu səbəblə borcun bir hissəsinin ödənilməsini təmin etmək məqsədilə həmin əmlak tələbkara təklif edilmişdir (i.v. 46); təklifdən imtina edilməsi haqqında xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona təklif edilmiş Lerik rayonu, Monidigah kəndində yerləşən 0.24 ha və 1.14 ha torpaq sahələrini qəbul etməkdən imtina etmişdir (i.v. 51); cinayət məsuliyyətinə cəlb olunmaq haqqında xəbərdarlıq məktublarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-3471/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir (i.v. 54-60, 76, 111); Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvana baxış keçirilmiş, lakin baxış zamanı ailənin zəruri ehtiyaclarını ödəyəcək əşyalardan başqa heç bir əşya aşkar edilməmişdir (i.v. 62); borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v.64); borcun hesablanmasına dair 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixinədək tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməli olan borcu 120980 manat təşkil edir (i.v. 69-70); Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-3471/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə yaranmış borc ödənilmədiyindən və o, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 71-72); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-3213/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir (i.v. 79-83); Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1822/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 3(011)-3213/2023 saylı qərarı dəyişdirilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona təyin edilmiş 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbirinin müddəti 20 (iyirmi) günə artırılmışdır; satıcı Təqsirləndirilən şəxs ilə birgə alıcılar Şahid1 və Şahid2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İP 1046 saylı alqı-satqı və ipoteka müqaviləsindən, həmçinin notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, alıcılar 102000 manat müqabilində ünvan 8 ünvanında yerləşən əmlakı almağı öz öhdəliklərinə götürmüşlər (i.v. 143-164); zərərçəkmiş şəxs kimi tanımaq haqqında 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 186); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmaq haqqında 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə Xəqani qızı Zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınmışdır (i.v. 196); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 211); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 240- 241); Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə 5000 manat məbləğində pul vəsaiti Hüseyn Beyhanın hesabına ödənilməsi üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin depozit hesabına ödənilmişdir (i.v. 256); qətimkan tədbirinin seçilməsi haqqında 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 269-270); mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ünvan 9 ünvanında yerləşən yeni tikili binanın “C” blokunun 3-cü mərtəbəsində yerləşən, “Laura” firmasının mənzil tikintisi haqqında müqaviləsinə əsasən Şahid5 məxsus olan 2 otaqlı, 87 m2 ümumi sahədən ibarət, 248 saylı mənzilin 2021-ci ilin oktyabr ayı üçün olan bazar dəyəri 100000 manat təşkil edir (i.v. 279-302); sübutların qiymətləndirilməsi haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v. 307-315); "xxxx" ASC tərəfindən verilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat və xx.xx.2024-cü il tarixdə 5000 manat məbləğində pul vəsaiti Hüseyn Beyhanın hesabına ödənilməsi üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin depozit hesabına ödənilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 12 avqust 2024-cü il tarixli məktubundan görünür ki, icra sənədi İstintaq İdarəsinə göndəriləndən sonra Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat və xx.xx.2024-cü il tarixdə 5000 manat məbləğində pul vəsaiti Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin depozit hesabına ödənilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək qeyd etmişdir ki, onun əməlində məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmanın heç bir əlaməti yoxdur, tərəfindən müəyyən ödənişlər edilmiş, borcunun təxminən 50% hissəsini ödəmiş, lakin borcunu tam ödəməməyinə səbəb maddi imkanının kifayət qədər olmaması olmuş və o, borcunu ödəməkdən heç vaxt qərəzli olaraq yayınmamışdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşır. Belə ki, müdafiə hüququnun təməl institutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin çıxışları, həmçinin cinayət işinin materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə xx.xx.2017-ci il tarixli, 2(011)-3471/2017 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bu səbəbblə onun barəsində iki dəfə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və nəticədə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə icra sənədi üzrə olan borcun ödənilməsi ondan tələb edilmiş, yaşadığı ünvana borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmiş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsi tam olaraq təmin edilməmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsində göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, cavabdeh Təqsirləndirilən şəxs 156000 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs ödənilməsinin qət edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs tərəfindən bugünədək icra sənədi üzrə olan borc məbləği tam olaraq ödənilmədiyindən onun ödəməli olduğu məbləğ 120980.00 manat təşkil etmiş, ibtidai istintaq zamanı 5000 manat və məhkəmə istintaqı zamanı 20000 manat olmaqla, ümumilikdə borcundan 25000 manat məbləğində ödəniş etmiş və onun hal-hazırda ödəməli olduğu məbləğ 95980 manat təşkil edir. Qeyd olunan hallar onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini bir daha təsdiq edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən anuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən 25000 manat məbləğində ödəniş edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüş 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti cinayət işi üzrə zərərçəkmiş şəxs Hüseyn Beyhanın xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüş 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti cinayət işi üzrə zərərçəkmiş şəxs Hüseyn Beyhanın xeyrinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-155/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-155/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver