Məhkəmə qərarları › İş №1(011)-155/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-155/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-155/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazidiyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 1.827 qram narkotik vasitə heroin və bir bükümdə xeyli miqdarda təmiz 0,663 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 16 dekabr 2024-cü il tarixdə saat 17:48-də keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkcənin sol yan cibindən xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1.827 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,663 qram olan ağ rəngli kristal şəkilli maddə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtotəmir sexində rəngsaz işləyir. Narkotik vasitə olan heroin və pisixotrop maddə metamfetamin istifadə edir və onları tanımadığı şəxslər vasitəsi ilə əldə edir. 16 dekabr 2024-cü il tarixdə ona qonşuları NZS qəsəbəsindən günü 35-40 manatdan olmaqla beton işi təklif etmişlər və bu məqsədlə həmin tarixdə o, yaşadığı evdən çıxaraq NZS qəsəbəsində Rəşid Bağırov küçəsinə getmişdir. Həmin küçədə gözləyən zaman yerdə olan ağac kökünün dibində 2 ədəd sellofan bükümü görmüş və həmin bükümləri əl atıb götürdükdə onların içərisinə ayrıayrılıqda baxdıqda bərk və toz şəkilli kütlələr olmasını görmüşdür. Bir müddət olar ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan şüşə deyilən metamfetamin qəbul etdiyindən həmin kütlələri götürüb əynində olan gödəkçəsinin sol yan cibinə qoymuşdur ki, sonra tələbatı və sıxıntıları olan zaman qəbul edər. 16 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində o, həmin küçədə olan mağazaya keçmiş və mağazadan çıxan zaman tanımadığı mülki geyimdə olan 3 nəfər şəxs əllərində olan telefon ilə videoçəkiliş getməsi barədə ona məlumat verib yaxınlaşmışlar və özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərib şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etməyini bildirmişlər. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədi olmadığından və üzərində narkotik vasitə və şüşə deyilən maddə olmasına görə qorxub özünü şübhəli aparmışdır. Polis əməkdaşları üzərində olan qeyriqanuni əşyanı təqdim etməsini bildirmişlər. O, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən özünə bir neçə dəqiqə öncə ağac dibindən tapmış olduğu özünə məxsus olan iki ədəd sellofanda olan bükümləri çıxarıb təqdim etmişdir. Bir müddət olar ki, narkotik vasitə və şüşə deyilən metamfetamin qəbul etdiyindən həmin bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin və metamfetamin olmasını və həmin bükümləri bir müddət öncə ağac dibindən tapıb özü qəbul etmək məqsədi ilə cibinə qoymasını bildirmişdir. Həmin narkotik vasitə olan bükümlər onun gözü önünda açılmış, tərəzi üzərinə qoyulmaqla çəkilmiş və bundan sonra həmin bükümlər qeyd edilən ünvanda onun gözü qarşısında qablaşdırılmış və möhürlənmişdir. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirmişlər. Xətai RPİ-nin 37-ci Polis Şöbəsində inzibati binasının otaqlarının birində ona hüquqlarını izah etmişlər və həmin narkotik vasitə olan bükümlərin ondan götürülməsi ilə bağlı bir an öncə videoçəkiliş ilə olan hallara dair protokol tərtib olunmuşdur. Bundan sonra həmin sənədlər ona və təhqiqatçıya təqdim olunmuş və Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin inzibati binasının otaqlarının birində təhqiqatçı ona hüquqlarını izah etmişdir. Polis əməkdaşları üzərində aşkar olunmuş 2 ədəd sellofan paketdə olan bükümlərə baxış keçirmişlər və həmin kütlələrdə olan maddələrin heroin və metamfetaminə oxşar olmasını bildirməklə ona məxsus olmasını təsdiq etmişlər. Həmin narkotik vasitə olan bükümlər onun gözü qarşısında qablaşdırılmış, möhürlənmiş və tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Bundan başqa hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət olunmuş və ona təqdim olunmuşdur. Etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmişdir. Ona hər hansı bir fiziki və ya psixi təzyiq və təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində oşləyir. 16 dekabr 2024-cü ildə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop madddələrin qanunsuz dövriyyəsi, yəni əldə etməsi və saxlaması və istifadəsi ilə məşğul olur. Dərhal Şahid3 və X1 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs əməllərinin ifşa edilməsi məqsədilə onun ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsinə qərar verilmişdir. Saat 17 radələrində növbəti əməliyyat məlumatı əsasında əməliyyat qrupu Təqsirləndirilən şəxs olması ehtimal edilən Xətai rayonu, Rəşid Bağırov küçəsi 50 ünvanına gəlmiş, saat 17:48 radələrində orada onların diqqətini daxil olmuş əməliyyat məlumatında zahiri əlamətləri göstərilmiş «Təqsirləndirilən şəxs»-nin əlamətləri ilə üst-üstə düşən şəxs cəlb etdiyi üçün ona dərhal telefonun videoçəkilişi ilə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özünü təqdim edərək onu saxlamış və dəqiqləşdirmişlər ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Onlara verilmiş əməliyyat məlumatı təsdiqini tapdığından ona üzərində olan qeyri-qanuni əşyanı təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 ədəd sellofanda olan kütləni çıxarıb təqdim etmişdir. Bir müddət olar ki, narkotik vasitə və psixotrop maddə qəbul etdiyini həmin sellofanın içərisində olan kütlənin narkotik vasitə olan heroin, digər sellofanda olan kütlənin isə şüşə deyilən metamfetamin olmasını və həmin bükümləri bir müddət öncə Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində ağac kökünün dibindən tapmasını və gələcəkdə özü qəbul etmək məqsədi ilə cibinə qoyub üzərində daşımasını bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddə olan bükümlər qeyd edilən ünvanda açılıb baxıldıqdan sonra yerində qablaşdırılmış, möhürlənmiş və hadisə yerində qeyd edilənləri sənədləşdirmək üçün şərait olmadığına görə onlar onu 37-ci Polis Şöbəsinə gətirmişlər. 37-ci X8 Hüseynzadəyə hüquq və vəzifələrini izah etmiş və həmin narkotik vasitə və psixotrop maddənin ondan götürülməsi ilə bağlı bir an öncə videoçəkiliş ilə olan hallara dair protokol tərtib olunmuş və iştirakçılar, habelə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd sellofandakı bükülülər olan kütləyə onların və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və həmin kütlələlərin narkotik vasitə olan heroin və şüşə deyilən metamfetaminə oxşar maddələr olması təxmin olunmuşdur. Daha sonra müvafiq sənədləşdirmə aparılmış, aşkar edilmiş kütlələr ekspertiza tədqiqatına göndərilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq olmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. 16 dekabr 2024-cü ildə Xətai RPİnin 37-ci Polis Şöbəsinə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop madddələrin qanunsuz dövriyyəsi, yəni əldə etməsi və saxlaması və istifadəsi ilə məşğul olur. Dərhal verilmiş əməliyyat məlumatının realizə edilmə planı işlənib hazırlanmış, o, həmin şöbənin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid3 və Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, davranış xətti müəyyən edilmiş, Təqsirləndirilən şəxs qanuna zidd əməllərinin ifşa edilməsi məqsədilə onun ətrafında müvafiq əməliyyat axtarış tədbirlərinin keçirilməsinə qərar verilmişdir. Saat 17 radələrində növbəti əməliyyat məlumatı əsasında əməliyyat qrupu Təqsirləndirilən şəxs olması ehtimal edilən Xətai rayonu, Rəşid Bağırov küçəsi 50 ünvanına gəlmiş, saat 17:48 radələrində orada onların diqqətini daxil olmuş əməliyyat məlumatında zahiri əlamətləri göstərilmiş «Təqsirləndirilən şəxs»-nin əlamətləri ilə üst-üstə düşən şəxs cəlb etdiyi üçün ona dərhal telefonun videoçəkilişi ilə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özünü təqdim edərək onu saxlamış, onunla sorğu apararaq özündən dəqiqləşdirmişlər ki, Təqsirləndirilən şəxsdur. Onlara verilmiş əməliyyat məlumatı təsdiqini tapdığından ona üzərində olan qeyri-qanuni əşyanı təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 ədəd sellofanda olan kütləni çıxarıb təqdim etmişdir. Bir müddət olar ki, narkotik vasitə və psixotrop maddə qəbul etdiyini həmin sellofanın içərisində olan kütlənin narkotik vasitə olan heroin, digər sellofanda olan kütlənin isə şüşə deyilən metamfetamin olmasını və həmin bükümləri bir müddət öncə Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində ağac kökünün dibindən tapmasını və gələcəkdə özü qəbul etmək məqsədi ilə cibinə qoyub üzərində daşımasını bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddə olan bükümlər qeyd edilən ünvanda hər kəsin o cümlədən Təqsirləndirilən şəxs gözü qarşısında açılıb baxıldıqdan sonra yerində qablaşdırılmış, möhürlənmiş və hadisə yerində qeyd edilənləri sənədləşdirmək üçün əlverişli şərait olmadığına görə onlar onu Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirmişlər. 37-ci Polis Şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş və həmin narkotik vasitə və psixotrop maddənin ondan götürülməsi ilə bağlı bir an öncə videoçəkiliş ilə olan hallara dair protokol tərtib olunmuş və iştirakçılar, habelə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra toplanmış material üzərindən aşkar olunmuş bükümlər ilə birlikdə 37-ci Polis Şöbəsinin təhqiqatçısına təqdim olunmuş, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələrini izah olunmuş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd sellofandakı bükülülər olan kütləyə onların və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və həmin kütlələlərin narkotik vasitə olan heroin və şüşə deyilən metamfetaminə oxşar maddələr olması təxmin olunmuşdur. Təqsirləndirilən şəxs ona məxsus olmasını və üzərindən aşkar olunmasını təsdiq etmişdir. Həmçinin ilkin saxlanan zaman göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd sellofanda olan kütlələri onlar və bütün iştirakçıların gözü qarşısında ayrı-ayrı zərflərə qoymaqla qablaşdırılmış, möhürlənmiş və iştirakçılar zərflərin üzərində imza edib orada olan kütlələrin məhz Təqsirləndirilən şəxs üzərinə baxışda aşkar edilib götürüldüyünü təsdiq etmişlər. Baxış zamanı tərəflərindən Nicat Hüseyzadəyə hər hansı formada təsir göstərilməmiş, ondan başqa qanunsuz əşya aşkar edilməmişdir. Baxışın nəticəsinə dair protokol tərtib edilmiş,iştirakçılara ucadan oxunmuş, şikayət daxil olmadığı üçün protokol imzalarla təsdiq edilmişdir. Daha sonra müvafiq sənədləşdirmə aparılmış, aşkar edilmiş kütlələr ekspertiza tədqiqatına göndərilmişdir. Təqsirləndirilən şəxs hər hans bir narkotik vasitənin satışı ilə məşğul olması, şərti alıcı iştirakı ilə hər hansı əməliyyat tədbiri keçirilməmiş, həmçinin tədbir zamanı onun üzərindən telefon və satışı təsdiq edəcək fakt aşkar olunmamışdır. “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanmasına və baxış keçirilməsi haqqında” protokol və “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolda” olan narkotik vasitə və psixotrop maddənin çəkisi ilə bağlı yaranmış fərqlə əlaqədar onu göstərə bilər ki, onlar hadisə yerində və Polis Şöbəsində həmin kütlələri qablaşma ilə çəkdiyinə görə həmin fərq yarana bilər odur ki, ekspertin rəyində göstərilən qramlar qablaşmasız çəkildiyi üçün daha dəqiq qramlardır. Hadisə yerində, o cümlədən X8 Hüseynzadəyə qarşı hər hansı fiziki və psixi zorakılıq olmamış və o, etmiş oduğu əməli etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. 16 dekabr 2024-cü ildə Xətai RPİnin 37-ci Polis Şöbəsinə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop madddələrin qanunsuz dövriyyəsi, yəni əldə etməsi və saxlaması və istifadəsi ilə məşğul olur. Dərhal verilmiş əməliyyat məlumatının realizə edilmə planı işlənib hazırlanmış, o, həmin şöbənin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, davranış xətti müəyyən edilmiş, Təqsirləndirilən şəxs qanuna zidd əməllərinin ifşa edilməsi məqsədilə onun ətrafında müvafiq əməliyyat axtarış tədbirlərinin keçirilməsinə qərar verilmişdir. Saat 17 radələrində növbəti əməliyyat məlumatı əsasında əməliyyat qrupu Təqsirləndirilən şəxs olması ehtimal edilən Xətai rayonu, Rəşid Bağırov küçəsi 50 ünvanına gəlmiş, saat 17:48 radələrində orada onların diqqətini daxil olmuş əməliyyat məlumatında zahiri əlamətləri göstərilmiş «Təqsirləndirilən şəxs»-nin əlamətləri ilə üst-üstə düşən şəxs cəlb etdiyi üçün ona dərhal telefonun videoçəkilişi ilə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özünü təqdim edərək onu saxlamış, onunla sorğu apararaq özündən dəqiqləşdirmişlər ki, Təqsirləndirilən şəxsdur. Onlara verilmiş əməliyyat məlumatı təsdiqini tapdığından ona üzərində olan qeyri-qanuni əşyanı təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 ədəd sellofanda olan kütləni çıxarıb təqdim etmişdir. Bir müddət olar ki, narkotik vasitə və psixotrop maddə qəbul etdiyini həmin sellofanın içərisində olan kütlənin narkotik vasitə olan heroin, digər sellofanda olan kütlənin isə şüşə deyilən metamfetamin olmasını və həmin bükümləri bir müddət öncə Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində ağac kökünün dibindən tapmasını və gələcəkdə özü qəbul etmək məqsədi ilə cibinə qoyub üzərində daşımasını bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddə olan bükümlər qeyd edilən ünvanda hər kəsin o cümlədən Təqsirləndirilən şəxs gözü qarşısında açılıb baxıldıqdan sonra yerində qablaşdırılmış, möhürlənmiş və hadisə yerində qeyd edilənləri sənədləşdirmək üçün əlverişli şərait olmadığına görə onlar onu Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirmişlər. 37-ci Polis Şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş və həmin narkotik vasitə və psixotrop maddənin ondan götürülməsi ilə bağlı bir an öncə videoçəkiliş ilə olan hallara dair protokol tərtib olunmuş və iştirakçılar, habelə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra toplanmış material üzərindən aşkar olunmuş bükümlər ilə birlikdə 37-ci Polis Şöbəsinin təhqiqatçısına təqdim olunmuş, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələrini izah olunmuş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd sellofandakı bükülülər olan kütləyə onların və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və həmin kütlələlərin narkotik vasitə olan heroin və şüşə deyilən metamfetaminə oxşar maddələr olması təxmin olunmuşdur. Təqsirləndirilən şəxs ona məxsus olmasını və üzərindən aşkar olunmasını təsdiq etmişdir. Həmçinin ilkin saxlanan zaman göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd sellofanda olan kütlələri onlar və bütün iştirakçıların gözü qarşısında ayrı-ayrı zərflərə qoymaqla qablaşdırılmış, möhürlənmiş və iştirakçılar zərflərin üzərində imza edib orada olan kütlələrin məhz Təqsirləndirilən şəxs üzərinə baxışda aşkar edilib götürüldüyünü təsdiq etmişlər. Baxış zamanı tərəflərindən Nicat Hüseyzadəyə hər hansı formada təsir göstərilməmiş, ondan başqa qanunsuz əşya aşkar edilməmişdir. Baxışın nəticəsinə dair protokol tərtib edilmiş,iştirakçılara ucadan oxunmuş, şikayət daxil olmadığı üçün protokol imzalarla təsdiq edilmişdir. Daha sonra müvafiq sənədləşdirmə aparılmış, aşkar edilmiş kütlələr ekspertiza tədqiqatına göndərilmişdir. Təqsirləndirilən şəxs hər hans bir narkotik vasitənin satışı ilə məşğul olması, şərti alıcı iştirakı ilə hər hansı əməliyyat tədbiri keçirilməmiş, həmçinin tədbir zamanı onun üzərindən telefon və satışı təsdiq edəcək fakt aşkar olunmamışdır. “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanmasına və baxış keçirilməsi haqqında” protokol və “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolda” olan narkotik vasitə və psixotrop maddənin çəkisi ilə bağlı yaranmış fərqlə əlaqədar onu göstərə bilər ki, onlar hadisə yerində və Polis Şöbəsində həmin kütlələri qablaşma ilə çəkdiyinə görə həmin fərq yarana bilər odur ki, ekspertin rəyində göstərilən qramlar qablaşmasız çəkildiyi üçün daha dəqiq qramlardır. Hadisə yerində, o cümlədən X8 Hüseynzadəyə qarşı hər hansı fiziki və psixi zorakılıq olmamış və o, etmiş oduğu əməli etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v.1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 16 dekabr 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 2 (iki) ədəd ağ rəngli şəffaf sellofana bükülmüş kütləni təqdim etmişdir. Onlardan bir ədədi ağ rəngli kristal şəkilli narkotik maddə metamfetaminə və bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli narkotik maddə heroinə bənzəmişdir. Narkotik maddəyə bənzər kütlələr Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmətə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd ağ rəngli şəffaf sellofan bükümdə olan maddələr sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələrin metamfetamin və heroin olmasını, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış ünvan 3 ünvanının qarşısında keçirilmişdir (i.v. 12-14); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrinə əsasən təqsirli bilinərək 05 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 7(011)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və cəza müddəti bitdiyi üçün xx.xx.2024-cü il traixdə idarənin qeydiyyatından çıxarılmışdır (i.v. 24); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 16 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli «metafetamin»-ə bənzər maddə aşkar olunmuş və «Çin» istehsallı elektron tərəzidə çəkilərək içərisinin qablaşdırma ilə birlikdə 1,35 qram və 1 ədəd sellofan bükümdə qəhvəyi rəngdə toz şəkilli «heroin»ə bənzər maddə aşkar olunmuş və «Çin» istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 2,09 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVD-yə «Lenovo» markalı kompyuterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə Təqsirləndirilən şəxs həmin maddələrin ondan aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v. 27); şübhəli şəxsin tutulması haqqında 16 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:48 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 39); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2024-cü il tarixli, 3-16-16/2-6/5484 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..3. Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfdə təmiz çəkisi 0,663 qram olan ağ rəngli kristallşəkilli maddə psixotrop maddə - metamfetamindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.827 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 50-53); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 63-64); diskə baxış keçirilməsi haqqında 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 16 dekabr 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 87); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-754/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 94-97); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək ona 3400 manat məbləğində cərimə cəzası təyin edilmiş və barəsində CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 1500 manat məbləğində cərimə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 28 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 138-140); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin xx.xx.2024-cü il tarixli, 7946 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 166-167); cinayət işi üzrə sübutların qiymətləndirilməsi, müxtəlif xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.1 və 234.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0.663 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.613 qram psixotrop maddə metamfetamin və ilkin təmiz çəkisi 1.827 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1.777 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd “DVD-R” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 174-182); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının Tibb-sanitar hissəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tibbi arayışdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. İlkin tibbi müayinə zamanı o, deməsinə görə 2020-ci il tarixdən Xroniki “C” virus hepatiti xəstəsi olduğunu bildirmişdir. İlkin tibbi müayinə nəticəsində ona “Narkomaniya? Xroniki “C” virus hepatit” diaqnozu qoyulmuşdur. Sorğu zamanı həbs olunanda zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmişdir, sol saidin ön səthində köhnə çapıqlar aşkar edilmişdir. Təcridxanada saxlandığı dövrdə müayinələrə cəlb olunmuş (R-müayinə, qanın ümumi analizləri) və onda stasionar müalicə tələb edən patoloqiya aşkar edilməmişdir və Tibbsanitar hissəsinə müraciəti olmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs anası X2 qida borusunun xərçəngi diaqnozu qoyulmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs atası X3 ürək çatışmamazlığı, şəkərli diabet və hipertoniya diaqnozları qoyulmuşdur. Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 2 (iki) ədəd ağ rəngli şəffaf sellofana bükülmüş kütləni təqdim edir. Narkotik maddəyə bənzər maddələr elektron tərəzidə çəkilir. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələrin metamfetamin və heroin olmasını, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli «metafetamin»-ə bənzər maddə və 1 ədəd sellofan bükümdə qəhvəyi rəngdə toz şəkilli «heroin»ə bənzər maddə aşkar olunur. Həmin maddələr elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkilərinin 1,35 qram və 2,09 qram olduğu müəyyən edilir. Daha sonra həmin maddələr yenidən qablaşdırılıb möhürlənir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.663 qram olan psixotrop maddə metamfetamin və «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 1.827 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, xroniki hepatit xəstəliyindən əziyyət çəkməsini, himayəsində xəstə ata və anasının olmasını (CM-nin-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 28 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 16 dekabr 2024-cü il tarixdə hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 16 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0.663 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.613 qram psixotrop maddə metamfetamin və ilkin təmiz çəkisi 1.827 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1.777 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, ilkin təmiz çəkisi 0.663 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.613 qram psixotrop maddə metamfetamin və ilkin təmiz çəkisi 1.827 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1.777 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar