Məhkəmə qərarları › İş №1(011)-156/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-156/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-156/2025 11.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Tovuz rayonu, Alakol kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Alakol Ərazi Dairəsi, Alakol kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından siu-istifadə edərək guya sonuncuya ucuz qiymətə istilik sistemlərinə aid 03 ədəd kombi, 04 ədəd radiator, 01 ədəd televizor və 01 ədəd soyuducu təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 16 oktyabr 2024-cü il tarixdə, saat 13:55-də ünvan 2 ünvanında fərdi yaşayış evindən Zərərçəkmiş şəxs1 mobil tətbiq vasitəsilə 5235-2222-3570-4547 nömrəli «Bank Respublika» kart hesabından onun tanışı Şahid1 məxsus 4169******2715 nömrəli «Kapital Bank» birkart hesabına köçürülmüş 1000 manat, 21 oktyabr 2024-cü il tarixdə, saat 19:35-də həmin ünvandan eyni qaydada onun tanışı Şahid1 məxsus 5522******2766 nömrəli «ABB» Tamkart hesabına köçürülmüş 1000 manat, 23 oktyabr 2024-cü il tarixdə, saat 13:36-da ünvan 4 ünvanında «MilliÖn» ödəmə terminalı vasitəsi ilə onun tanışı Şahid1 məxsus 5522******2766 nömrəli «ABB» Tamkart hesabına köçürülmüş 1500 manat və 24 oktyabr 2024-cü il tarixdə, saat 14:28-də Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının yaxınlığında Zərərçəkmiş şəxs1 mobil tətbiq vasitəsilə 5239-1517-0111-2149 nömrəli «Kapital Bank» hesab kartından onun tanışı Şahid1 məxsus 5522-09******2766 nömrəli «ABB» Tamkart hesabına köçürülmüş 2000 manat, cəmi 5500 manat pul vəsaitini vahid qəsdlə əhatə edən niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 5500 (beş min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə edərək guya sonuncuya ucuz qiymətə 04 ədəd «ECA» markalı kombi aparatını təşkil edəcyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 17 oktyabr 2024-cü il tarixdə, saat 20:30-da Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının yaxınlığında mobil tətbiq vasitəsilə 4169-7388-1702-5798 nömrəli «Kapital Bank» kart hesabından onun tanışı Şahid1 məxsus 4169-7388-3970-2655 nömrəli «Kapital Bank» hesabına köçürülmüş 2560 manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 2560 (iki min beş yüz altmış) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək sonuncuya məxsus «Opel Astra» markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili 3000 manata satdıraraq guya tərəfindən də pul əlavə edilməklə «Fort Transit» markalı yük avtomobilinin alınaraq birgə işləyib qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2024-cü ilin noyabr ayının əvvəllərində ünvan 5 ünvanda «Dost Mərkəzi»nin qarşısında avtomobilin satışından əldə edilmiş 2800 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 2800 (iki min səkkiz yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 il qardaşı X5 ilə birlikdə ayrı-ayrı evlərdə və obyektlərdə usta kimi işləyib hamam aksessuarlarının, duş kabinlərinin və digər avadanlıqların quraşdırılması işi ilə məşğul olmuş, həmin avadanlıqları isə «Eurohome» və digər iri mağazalardan alaraq müxtəlif qiymətlərə quraşdırmışdır. Usta işlədiyi müddətdə müxtəlif insanlarla tanış olmuş və həmin şəxslərdən biri də Zərərçəkmiş şəxs1 olmuş, Zərərçəkmiş şəxs1la heç bir ədavəti olmamış və münasibətləri yaxşı olmuş, Sahibin evində duş kabini, hamam sistemləri və istilik sistemləri quraşdırmış, həmişə pul qazanmış və maddi vəziyyəti yaxşı olmuş, ancaq sonradan «Topaz» mərc oyunlarına aludə olduğundan müxtəlif məbləğlərdə borcları yaranmışdır. Bu səbəbdən Sahibi aldatmaq qərarına gəlmiş və görüşlərdən birində Sahibə “Bakının müxtəlif rayonlarında yerləşən bağlanan dükanlarında ucuz qiymətə təzə və istifadə olunmamış avadanlıqlar olduğunu, istəsən təşkil edərəm alıb qazanarsan» deyə bildirmiş, Sahib də onunla razılaşmış və istilik sistemləri, 03 ədəd kombi aparatı, 04 ədəd radiator, 01 ədəd markasını xatırlamadığı televizor və 01 ədəd soyuducu sifariş etmiş, həmin vaxt ilkin olaraq 5500 manat manat ödəniş istəmiş, Sahib də pulu hissə-hissə ödəyə biləcəyini demişdir. 16 oktyabr 2024cü il tarixdə “Topaz” mərc oyunu oynadığından və mərc oyununa borcu yarandığından Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən "Topaz" obyektinə yaxınlaşaraq orada mərc oyunu oynayan adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsə yaxınlaşaraq “mənə bank kartının hesab nömrəsini göndər, sənin kartına hissə-hissə pul göndəriləcək, səndən həmin pulları götürərəm” demiş, həmin şəxs də onu tanıdığından “Kapital Bank” birkart və “ABB” banka məxsus olan bank kartlarının şifrəsini telefona çəkərək vatsapla göndərmiş, sonra öz növbəsində həmin bank kartlarının hesab nömrəsini Sahibə göndərərək pulu ora köçürməsini xahiş etmişdir. Sahib də xx.xx.2024-cü il tarixdə əvvəlcə 1000 manat, xx.xx.2024-cü il tarixdə yenə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 2000 manat olmaqla, ümumilikdə 5500 manat pulu “Kapital Bank” və “ABB” bank kartlarına göndərmiş, hər dəfə pul göndərildikdə “Kapital Bank” və “ABB” kartının sahibi ilə görüşərək kartlara göndərilən pulları Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan çıxardıb qeyri-qanuni mərc oyunlarına xərcləmiş, sonradan Zərərçəkmiş şəxs1 tez-tez zəng edərək pulunu geri tələb etdikdə ona vurduğu maddi ziyanı ödəyə bilmədiyi üçün mobil telefonunu söndürmüş və mobil telefon nömrəsini dəyişdirmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs1 yanında usta işləyərkən görmüş və aralarında münasibət yaranmış, 16 oktyabr 2024-cü il tarixdə Teyub onunla əlaqə saxlayaraq “Sahib Sizin nömrənizi mənə verib, eşitmişəm ki, dükanlarınız bağlanacaq deyə ucuz qiymətə istilik sistemləri və digər məişət avadanlıqları satırsınız, əgər varsa mənə də 04 ədəd kombi aparatı lazımdır” demiş, Teyuba cavab olaraq “ən sərfəli kombi aparatı “ECA” markasındandır, onun 01 ədədinin bazar qiyməti təxminən 900 manatdır, mən sənə 04 ədədini ümumilikdə 3600 manata yox, 2560 manata təşkil edə bilərəm” demiş, Teyub da razılaşaraq kart nömrəsi göndərməsini xahiş etdikdə Zərərçəkmiş şəxs1 göndərdiyi “Topaz” obyektində mərc oyunu oynayan adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsə məxsus «Kapital Bank» kartının şəklini Teyuba da göndərmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 həmin karta pul göndərdikdə kartın sahibi ilə görüşərək göndərilən pulu Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan çıxardaraq qeyri-qanuni mərc oyunlarına xərcləmiş, sonradan Teyub tez-tez zəng edib pulu geri tələb etdikdə ona vurduğu maddi ziyanı ödəyə bilmədiyi üçün mobil telefonunu söndürmüş və daha sonra mobil telefon nömrəsini dəyişdirmişdir. Həmçinin, heç vaxt kombi aparatının satışı ilə məşğul olmamış, Sahibə və Teyuba yalan məlumat verərək guya kombi aparatı satdığını bildirərək özünə inandırmış, qardaşı Əlinin bundan xəbəri olmamış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kartına pul vurduğu şəxsə həmin pulların kombi aparatının sifariş və digər avadanlıqların alınması üçün göndərildiyini deməyərək sadəcə ona “sənin kartına pul göndərəcəklər, götürərsən” deyə bildirmişdir. Həmin şəxsə hansı məqsədlə pulların göndərilməsini deməmiş, əldə etdiyi pulların hamısını mərc oyununda xərcləmiş, kombi aparatının satışı ilə bağlı dedikləri isə yalan məlumat olmuşdur. 2024-cü ilin avqust ayında Orxan və Fərhad adlı şəxslər qardaşı Əlinin sexində əvvəllər usta işləmiş, lakin sonradan onların ikisi də işdən çıxmış, buna baxmayaraq Orxan və Fərhadla münasibəti yaxşı olduğundan onlarla mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. 2024-cü ilin oktyabr ayının ortalarında Orxanla telefonda danışarkən ona «gəlib bizim sexdə işlə» demiş, Orxan da tanışı İlqarla birlikdə Binəqədi rayonu, Novxanı kəndində kafel işi götürüb işlədiyi, oktyabr ayının axırı işlərini qurtardıqdan sonra gəlib söhbət edəcəyini bildirmiş, sonra Orxan İlqarın idarə etdiyi “Opel Astra” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə metrorunun «Ulduz» stansiyasının yaxınlığına gəlmiş, həmin vaxt onları qarşılayaraq qardaşı İsmayılın duş-kabina sexinə aparmış, Orxana və İlqara «duş-kabina altına mərmər vurmaq işləri vardır və gündəlik 50 manat pul verəcəyəm» demiş, həmin vaxt Orxan və İlqar Novxanıdakı işi tamamlayaraq gəlib işə başlayacaqlarını bildirmiş, okyabr ayının axırı Orxanla İlqar birlikdə sexə gəlmiş, həmin vaxtı qardaşı İsmayıl sexdə olmamış, onlara “See Breez”də pəncərə işləri var, pəncərə yığan lazımdr və şüşələri satmaq lazımdır» deyib iş təklif etmiş, X2 rayonunda yerləşən “Çinar” soyuducu zavodunun həyətinə aparıb navestin altında olan şüşələri onlara göstərmiş və bu şüşələri satmaq lazımdır demiş, sonra onlarla birlikdə yaxınlıqda olan çayxanaların birində oturub çay içərək söhbət etmiş, həmin vaxt İlqara «sənin maşının balaca maşındı, gəl sənə məxsus olan "Opel" markalı avtomaşını sataq, mən də pul qoyum, "Ford" markalı avtomobil alaq və sexdən şüşələri “See Breez”ə daşıyaq» deyə təklif etmiş, hətta İlqara sinif yoldaşında satılıq «Ford Transit» markalı avtomobil olduğunu, 15500 manata satmasını bildirmiş, qardaşı Ruslandan da 7-8 min manat götürəcəyini, yerdə qalan məbləği isə kreditə salaraq işləyib ödəyə biləcəklərini, bununla da maşından 300 manat xeyir tutacaqlarını İlqara bildirmiş, İlqar onun sözlərinə qulaq asaraq razılaşmış və avtomobilində bir-iki yeri təmir etdirib satacağını demişdir. 2024-cü ilin noyabr ayının əvvəlində İlqar zəng vuraraq avtomobilini 3000 manata satdığını demiş, həmin vaxt İlqara “şəhərdəyəm, bir azdan Sumqayıt şəhəri maşın bazarına «Ford» markalı maşınlara baxmağa gedəcəyəm” demiş, bir saatdan sonra taksi ilə Sumqayıt maşın bazarına getmiş və İlqarı götürərək Xətai rayonunda yerləşən «Dost mərkəzi»nin yaxınlığına gəlmiş, yolda İlqara ““Ford” markalı avtomaşın var, indi gedirik həmin maşını sənədləşdirməyə” demiş, sonra «Dost mərkəzi»nin yaxınlığında maşından düşərək gəldiyi taksini yola salmış, İlqara «maşın burada qarajdadır, sahibi saat 16.00-da gələcəkdir» deyib İlqardan pulu istəmiş, ona «qoy pul məndə qalsın, indi mənim də kartıma 8-9 min arası pul atacaqlar, yerdə 2-3 min arası qalır, onu da sinif yoldaşım özü kreditə sala bilər» demiş, İlqar ona inanaraq üstündə olan 2800 manat pulu sayıb Xətai rayonu, «Dost xidməti»nin yanında ona vermiş, İlqardan aralanıb binanın ətrafında bir qədər gəzərək gəlmiş və İlqara «maşının sahibi ilə danışmışam, saat 16:00-də gələcək» deyib onunla birlikdə yaxınlıqda yerləşən dönərxanaya gedib yemək yemiş, bir saatdan sonra həmin yerə qayıtmış və orda gözləməyə başlamış, sonra telefonla danışıb İlqara «sexə getməliyəm, orada tikinti materialları lazımdır, saat 16:00-a kimi burda gözlə gələcəyəm» demiş, İlqarın 2800 manat pulunu da götürüb getmiş, İlqar saat 16:00-da zəng etdikdə ona yalandan maşın sahibinin işi çıxdığını və gələ bilməyəcəyini, işin sabaha qaldığını bildirmiş, səhəri günü saat 10:00-da İlqar zəng etdikdə bu gün bazar günüdür və notarius işləmir, birinci gün «Dost mərkəzi»nin yanında görüşərik deyib bu dəfə də onu aldatmış, səhəri günü saat 11 radələrində İlqar yenidən zəng etdikdə 10 dəqiqəyə gəlirəm desə də təkrar zəngdə isə maşın sahibinin işdən çıxa bilmədiyini bildirmiş, bu zaman İlqar «sexə gedirəm və orada səni gözləyirəm gəl» desə də sexə getməmiş, sonrakı zənglərdə İlqar onu aldatmasını başa düşərək pulunu qaytarmasını tələb etsə də ona «narahat olma, pul məndədir» deyib görüntülü yığaraq pulu ona göstərmiş, bir neçə gün sonra İlqar zəng edərək Orxanla birlikdə qardaşının sexində olduqlarını və onu gözlədiklərini bildirmiş və onun da sexə gəlməsini tələb etmiş, onlara gözləyin gəlirəm desə də bu dəfə də sexə getməmiş, sonra qardaşı Ruslan zəng edərək İlqarla Orxanın yanında olduqlarını deyib nə ücün İlqarı aldatmasını soruşduqda telefonu söndürmüşdür. İlqardan aldığı pulları da «Topaz» mərc oyununda uduzmuş, sinif yoldaşının maşınını satmaq istəməsi barədə Zərərçəkmiş şəxs3 dedikləri isə tam yalan olmuşdur. Beləliklə o, hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödədiyini, onların şikayət və tələblərinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 5-6 ay əvvəl “instagram” sosial şəbəkəsində duş kəbinlərinin quraşdırılması işi ilə bağlı səhifə ilə rastlaşmış, həmin quraşdırma işləri ilə Əli adlı şəxs məşğul olmuş, Əli adlı şəxslə əlaqə saxlayaraq duş kabini sifariş vermiş və quraşdırılmasını xahiş etmiş, Əli də razılaşdığına görə 2024-cü ilin avqust ayında onunla Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektində müştərinin evində görüşmüş, həmin vaxt Əli ölçü işlərini görərək xatırlamadığı məbləğdə pul alıb getmişdir. Təxminən iki həftə sonra Əli özü gəlməsə də sonradan tanıdığı Təqsirləndirilən şəxs sifariş götürdüyü duş kabinəsinin şüşələrini göndərmiş, sonra Aslan yanındakı ustalarla birlikdə quraşdırma işlərini tamamlamış, həmin vaxtdan Aslanın işini bəyənmiş və Aslana qarşı inamı yaranmış, söhbət zamanı Aslan istənilən hamam və digər aksessuarlar lazım olduqda ona müraciət etməsini deyərək çıxıb getmişdir. Bir müddət sonra isə Təqsirləndirilən şəxs zəng vuraraq “Bakının müxtəlif rayonlarında yerləşən bir neçə dükanları bağlandığından ucuz qiymətə istifadə olunmamış avadanlıqlar olduğunu, əgər ehtiyac yaranarsa köməklik göstərə biləcəyini” bildirmiş, bu zaman Teyub usta ilə əlaqə saxlamış və ona Aslanın ucuz qiymətə istilik sistemləri və digər avadanlıqlar satdığını demiş, həmin vaxt Teyyub kombi aparatı almaq istədiyini deyərək Aslanın mobil nömrəsini istəmiş, daha sonra Aslanla əlaqə saxlayaraq özü üçün istilik sistemləri, 04 ədəd radiator, 03 ədəd kombi aparatı, 01 ədəd televizor və 01 ədəd soyuducu sifariş etmiş, həmin vaxt Təqsirləndirilən şəxs ilkin ödəniş kimi 5500 manat istəmiş, Aslanla pulu hissə-hissə göndərə biləcəyi barədə razılıq əldə etdikdən sonra Aslanın göndərdiyi “Kapital Bank” və “ABB” Tamkart hesab nömrələrinə xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 2000 manat olmaqla, ümumilikdə 5500 manat pulun hamısını göndərmişdir. Lakin Təqsirləndirilən şəxs pulu almasına baxmayaraq sifariş etdiyi avadanlıqları verməyərək müxtəlif bəhanələr gətirib vaxt qazanmağa başlamış, bu zaman Aslanın onu aldatmasını başa düşmüş, sonradan isə Aslanın eyni üsulla Teyubu da aldadıb 2560 manat pulunu ələ keçirməsini bilmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X1 yanında uzun müddət usta işləmişdir. Təqsirləndirilən şəxs təxminən 5-6 ay əvvəl tanımış, aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamış, 16 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq “Aslan ucuz qiymətə müxtəlif istilik sitemi avadanlıqları satır, istəsən sən də ala bilərsən” demiş, sonra tanışı Sahib əlaqə saxlamaq üçün Aslanın mobil nömrəsini vermiş ve bir neçə gün sonra Aslanla əlaqə saxlayaraq 04 ədəd “ECA” markalı kombi aparatı sifariş etmiş, bu zaman Təqsirləndirilən şəxs 2560 (iki min beş yüz altmış) manat pul istəmiş, onunla razılaşaraq 17 oktyabr 2024-cü il tarixdə yaşadığı ünvan 6 ünvanından mobil tətbiqi vasitəsi ilə istifadəsində olan “Kapital Bank” kartından Aslanın göndərdiyi “Kapital Bank” kartına 2560 manat pulu tam şəkildə göndərmişdir. Lakin Aslanın vədinə əməl etməyərək müxtəlif bəhanələrlə onu aldadaraq vaxtı uzatmasını görüb aldadıldığını başa düşmüş və ondan pulunu qaytarmasını tələb etsə də Aslan gizlənərək zənglərinə cavab veməmiş və telefonunu söndürmüşdür. Sonradan Aslanın eyni üsulla tanışı Zərərçəkmiş şəxs1 da aldadaraq 5500 manat pulunu ələ keçirməsini bilmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, uzun müddət fəhləlik edərək ev təmiri ilə məşğul olmuş, təxminən on ilə yaxındır tanışı Orxan adlı şəxsi usta kimi tanımış, 2024-cü ilin avqust ayında Orxan zəng vuraraq Aslan adlı tanışının Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrosunbun yaxınlığında duş-kabina və pərcərə sexi olmasını bildirmiş və ona gedib birlikdə orada işləmələrini təklif etmiş, həmin vaxt Orxanla dediyi sexə gedə bilmədiyindən Orxan başqa tanışı Fərhadla birlikdə avqust-sentyabr aylarında orada işləmiş, sonradan hansısa səbəbdən Fərhad işdən çıxmış və Orxan tək işləyə bilmədiyi üçün çıxmaq məcburiyyətində qalmış, oktyabr ayının ortalarında Orxan həmin sexdə duş-kabinalara kafel vurmaq işi olmasını bildirərək birlikdə gedib işləmələrini demiş, həmin ərəfədə qeyd olunmuş sexi işlədən Aslan adlı şəxs Orxana yığmış və usta kimi işləməyi təklif edərək gündəlik 50 manat pul verildiyini bildirmişdir. Həmin ərəfədə Orxanla birlikdə Novxanı qəsəbəsində şəxsi evdə kafel işi götürüb işlədiyi üçün Aslana işlərini yekunlaşdırıb gələcəklərini demiş, 2024-cü ilin oktyabr ayının axırı Orxanla birlikdə özünə məxsus “Opel Astra” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Aslanın işlədiyi Nərimanov rayonu, Ulduz metrosunun yaxınlığında yerləşən sexə getmiş və sexin qarşısında Orxanla birlikdə Aslanla görüşmüş, söhbət zamanı Aslan duş-kabina altına kafel və mərmər vurmaq işi vardır və usta onlara gündəlik 50 manat pul verəcəkdir. Söhbət zamanı Aslana təxminən 3-4 günə Novxanıda işlərini bitirəcəklərini və gəlib işə başlayacaqlarını bildirmiş, okyabr ayının axırında Orxanla birlikdə yenidən Aslanın yanına gedib onunla görüşmüş, həmin vaxt Aslan pəncərə ustası lazım olduğunu, “See Breeze”də işlər olmasını və ora şüşə satmaq lazım olduğunu bildirmiş, hətta Aslan onları Nərimanov rayonunda yerləşən "Çinar" soyuducu zavoduna apararaq orada navesin altında olan şüşələri göstərərək «bunları satmaq lazımdır» demiş, daha sonra onlar yaxınlıqda olan çayxanada oturub cay içərkən Aslan «gəl sənə məxsus "Opel" markalı avtomobili sataq, onun yerinə özü də pul qoymaq şərti ilə “Ford” markalı yük maşını alaq və sexdən şüşələri “See Breez”ə daşıyıb sataq, balaca maşın sərf etmir, elə orda Orxanla özünüz işləyin» deyə təklif etmişdir. Sonra Aslan sinif yoldaşının «Ford Transit» avtomobili olmasını və 15500 manata satmasını bildirmiş, maşını sataraq pulunu verərsə qardaşı Ruslandan da 7-8 min götürüb yerdə qalan pulu isə kreditə salaraq ayda maşından da 300 manat qazana biləcəklərini və həmin maşınla birlikdə işləyə biləcəklərini bildirmiş, Aslana inanaraq təklifi ilə razılaşmış və maşınının bir-iki təmir yeri olduğunu, təmir elətdirib satacağını demişdir. Bir neçə gün ərzində “Opel” markalı avtomobilini təmir etdirərək 2024-cü ilin noyabr ayının əvvəllərində həftənin altıncı günü «Sumqayıt maşın bazarı»na gedərək orada avtomobilini 3000 manata satmış, sonra Aslana zəng vuraraq avtomobilin satmasını bildirmiş, həmin vaxt Aslan şəhərdə olduğunu, Sumqayıt maşın bazarına “Fordlara” baxmağa gedəcəyini demiş, Aslana o da Sumqayıt maşın bazarındadır, gəl görüşək demiş, təxminən bir saat sonra Aslan Sumqayıt maşın bazarına gəlmiş, Aslanla görüşərək gəldiyi taksi ilə Xətai rayonu, «Dost mərkəzi»nin yaxınlığına getmiş, yolda Aslan “Ford” markalı maşın olmasını, həmin maşını sənədləşdirməyə getdiklərini deyərək Xətai rayonu, “Dost№ mərkəzin yaxınlığında taksidən düşmüşdür. Həmin vaxt Aslan taksini yola salmış və almaq istədikləri “Ford”un qarajda olmasını, sahibinin isə saat 16:00-da gələcəyini bildirmiş, Aslanla birlikdə 3-4 saat gözlədiyi ərəfədə Aslan telefonda kiminləsə pul söhbəti etmiş, saat 01:00-da Aslan satdığı maşının pulunu verməsini və az sonra kartına 8-9 min manat göndəriləcəyini, yerdə 2-3 min manatı isə sinif yoldaşının kreditə sala biləcəyini deyərək özünə inandırmış, sonra 2800 manat pulu sayıb Xətai rayonu, Dost xidmətinin yanında Aslana vermişdir. Sonra Aslan yolun əks tərəfinə keçərək şüşəli binanın arxasına keçmiş və 10 dəqiqə sonra qayıdıb gəlmiş, avtomobil sahibi ilə danışdığını və saat 16 radələrində gələcəyini bildirərək gedib birlikdə çörək yemələrini təklif etmiş, sonra Aslanla birlikdə yaxınlıqda yerləşən dönərxanada çörək yemiş və bir saatdan sonra həmin yerə qayıdaraq maşın sahibini gözləmiş, sonra Aslan orda kiminləsə telefonda danışmış və bildirmişdir ki, “sexə getməlidir, orada material lazımdır, burada dayanıb gözləsin qayıdıb gələcəkdir”. Bundan sonra, Aslan verdiyi pulu da götürərək çıxıb getmiş, saat 16:00-a kimi gözləyərək Aslana zəng vurmuş və Aslan həmin adamın gələ bilmədiyini, işin sabaha qaldığını demiş, Aslana inanaraq ertəsi günü saat 10-da görüşmək üçün Aslana zəng etdikdə bazar günü notariusun işləmədiyini və işin birinci günə qaldığını bildirərək sabah Dost mərkəzinin yanında görüşərik demiş, səhəri günü saat 11 radələrində Aslana yığmış və Aslan 10 dəqiqəyə gəldiyini desə də təxminən 15 dəqiqədən sonra gəlmədiyini görüb təkrar zəng vurduqda avtomobil sahibinin işdən çıxa bilmədiyini və işin sabaha qalmasını bildirmiş, həmin vaxt Aslana “gedirəm sexə, sən də gəl ora görüşək” demiş, ancaq Aslan sexə gəlməmiş, bundan sonra Aslandan şübhələnərək onu aldatmasını başa düşmüş, zəng vuraraq pulunu qaytarmasını tələb etmişdir. Bu zaman Aslan narahat olduğunu görərək görüntülü yığıb pulu istəmiş və “narahat olma pul məndədir” deyib özünə inandırmağa çalışmış, sonra Orxanla əlaqə saxlayaraq baş verənləri ona danışmış, səhəri günü isə Orxanla birlikdə sexə getmiş, orada olarkən Aslana yığmış və bu dəfə də Aslan sexə gələcəyini bildirsə də gəlməmiş, ona görə məcburiyyət qarşısında qalaraq Orxanla birlikdə Aslanın qardaşı Ruslanın işlətdiyi sexə getmiş, lakin Ruslan iş yerində olmadığından Aslan barədə maraqlanmış, orada işçilər Aslanın bura gəlmədiyini bildirmişlər. Bir gün sonra isə Orxanla birlikdə təkrar Ruslanın işlətdiyi sexə gedərək baş verən hadisəni ona danışmış, sonra Ruslan onların yanında qardaşı Aslanı yığmış və niyə belə bir hərəkət etməsini soruşmuş, Aslan həmin vaxt Ruslanın yanında olduğunu bilərək dərhal telefonu söndürmüş və bundan sonra Aslanla əlaqə saxlamaq mümkün olmamış, ona görə baş vermiş hadisə barədə polisə müraciət etmək qərarına gəlmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsində yerləşən “TOPAZ” şirkətinə məxsus mərc oyunlarının aparıldığı obyektdə kuponların satışını həyata keçirir, təxminən 4-5 ildir orada işləyir. Sonradan adını Aslan kimi bildiyi, lakin əvvəllər tanmadığı, “TOPAZ”da mərc oyunları oynayan müştəri 16 oktyabr 2024-cü il tarixdə iş yerinə gəlib yaxınlaşaraq kart nömrəsini istəmiş və ona “sənin kartına pul göndəriləcək, mənə həmin karta göndəriləcək məbləğlərdə kupon verərsən” demiş, Aslanla razılaşaraq istifadəsində olan və özünə məxsus hesab nömrəsi 5522-0993-6954-2766 olan “ABB” Tamkart kartının və hesab nömrəsi 4169-7388-3970-2655 olan “Kapital Bank” birkart kartının şəklini Aslana vermiş və Aslan öz mobil telefonu ilə hər iki kartının şəklini çəkmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə əvvəlcə 1000 manat, daha sonra xx.xx.2024-cü il tarixdə 2560 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024cü il tarixdə 1500 manat və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 2000 manat pul vəsaiti kartına hissə-hissə göndərilmiş, Aslan da yaxınlaşaraq kartına göndərilmiş vəsaitə uyğun kuponlar sifariş etmiş, Aslana hissə-hissə müxtəlif məbləğlərdə olan kuponlar satmış, bir müddət sonra isə Aslanı görməmiş və həmin məbləğlərdə sifariş etdiyi kuponlarda uduş olub-olmaması barədə heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, ünvan 7 ünvanda yaşayır, günəmuzd fərdi əməklə məşğul olur. Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı zaman İlqarın qardaşları Rafiqi və Tofiqi tanımış, sonra isə qardaşlarına görə Zərərçəkmiş şəxs3 tanımış və onunla yaxın münasibəti yaranmışdır. 2024-cü il avqust ayında Abşeron rayonu, Qobu qəsəbəsində işlədiyi zaman Təqsirləndirilən şəxs işlədiyi evə gələrək həmin evin pilləkəninə vurulacaq şüşələrin ölçüsünü götürərkən onunla tanış olmuş, Aslan mərmər və şüşə sexləri olduğunu, hətta sexlərində işləməsi üçün usta lazım olduğunu bildirmiş, Aslandan ustaya nə qədər pul verirlər deyə soruşduqda 1500 manat maaş verilməsini bildirmiş, Aslana «əlimdəki işimi qurtarım, əlaqə saxlayaq, gəlib sexinizdə usta işləyərəm» demiş, həmin vaxt Aslanla bir-birinə telefon nömrələrini vermiş, 2024-cü ilin sentyabr ayının əvvəllərində Qobu qəsəbəsindəki işini qurtarandan sonra Aslanla telefon əlaqəsi saxlamış və onunla veriləcək maaş barədə söhbət edib razılaşdıqdan sonra metronun «Ulduz» stansiyasının qarşısına gəlmiş, Aslan orada onu qarşılayıb şüşə sexlərinə aparmışdır. Sexdə Aslanın qardaşı Ruslanla tanış olmuş, orada sexin Aslanın qardaşı Ruslana məxsus olmasını, Aslanın da orada fəhlə işləməsini bilmişdir. Ruslan görüləcək işlərin ünvanını demiş və sexdə fəhlə işləyən Fərhadla birlikdə gedib işi icra etmiş, işi qurtardıqdan sonra ev sahibi pulunu vermiş, öz pulunu götürdükdən sonra qalan pulu Ruslana aparıb vermiş, sonradan işdə narazılıq yarandığı üçün Fərhad işdən çıxıb getmiş, Fərhaddan sonra təxminən beşaltı gün işləyib işdən çıxmışdır. İşdən çıxdıqdan təxminən on-on beş gün sonra Aslan zəng edərək qayıdıb sexdə işləməsini desə də qayıtmamışdır. 2024-cü ilin oktyabr ayının ortalarında İlqarla Mehdabad qəsəbəsinə gedərkən Aslan yenə də zəng vurub sexə qayıtmasını bildirmiş, sonra İlqara «mən onların şüşə sexində işləmişəm, yenə məni sexə işə çağırır, məsləhətdirsə gedək birlikdə işləyək» demiş, həmin günü İlqarla birlikdə idarə etdiyi «Opel» markalı avtomobili ilə Aslanın qardaşı Ruslanın şüşə sexinə getmiş, sexin qarşısına çatdıqda Aslan onları qarşılamış və gələn həftənin birinci günündən gəlib işə başlaya biləcəklərini bildirmiş, həmin vaxt Aslana «əlimizdə on beş günlük işimiz var, işimizi qurtarıb gəlib sexdə işləyərik» deyib oradan getmişdir işlərini qurtarandan sonra Aslan zəng etmiş və onunla metronun «Ulduz» stansiyasının yaxınlığında görüşmüş, sonra Aslan onu və İlqarı mərmər sexlərinin yaxınlığındakı çayxanaya aparmış, orada çay içib söhbət edərkən Aslan İlqara «maşının balacadı demiş və «Opel» markalı maşınını satmasını, 6000 manat da qardaşı Ruslanın köməklik edəcəyini, qalan pulu da kreditə salaraq yarısını maaşından tutmaq şərti ilə «Ford» markalı maşını almalarını təklif etmiş, çünki «Sea Breeze» də iş götürdüyünü, ora şüşə daşıyıb satmaq lazım olduğunu bildirmiş, İlqar da Aslanın təklifi ilə razılaşmışdır. Ancaq İlqarın «Opel» markalı avtomobilini nə vaxt və neçəyə satmasından xəbəri olmamışdır. 2024-cü ilin noyabr ayının əvvəllərində İlqar özü zəng edərək avtomobilini 3000 manata satmasını və pulunu Aslana verməsini bildirmiş, səhəri günü İlqar yenidən zəng vurub Aslanın telefon zənglərinə cavab vermədiyini bildirmiş, sonra İlqarla görüşüb Aslanın qardaşı Ruslanın şüşə sexinə getmiş, İlqar olanları Ruslana danışdıqdan sonra Ruslan «gərək Aslana pul verməzdiniz» deyə cavab vermişdir. Sonra İlqarla birlikdə Aslanın atasının mərmər sexinə getmiş, Aslanın atası də onlara Ruslanın dediyi sözləri demişdir. İşin belə olduğunu, Aslana zəng çatmadığı üçün onunla görüşə bilmədiklərinə görə İlqar polisə müraciət etmiş, 2024-cü ilin dekabr ayının əvvəllərində Aslanın qardaşı Ruslana zəng edib Aslanı soruşduqda dələduzluğuna görə həbs olunmasını bilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Hacıqabul rayonu, Qarasu kəndində yaşamış və 2022-ci ildə özünə məxsus “Opel Zafira” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, Təqsirləndirilən şəxs Nərimanov rayonu, “Ulduz” metrosunun yaxınlığında yerləşən “Duş-kabinə” sexinin sahibi Şahid4 qardaşı kimi tanımış, həmin sexdə Ruslanın yanında özünə məxsus avtomobillə onların sifarişlərinin çatdırılması ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayının axırı-noyabr ayının əvvəlləri istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsinə zəng edərək Sumqayıt şəhərində satılıq maşın olduğunu bildirmiş və Sumqayıta aparmasını xahiş etmiş, sonra Aslanın göndərdiyi konumla gedib onu Xətai rayonu, NZS qəsəbəsi tərəfdən götürmüş və «Sumqayıt maşın bazarı»na getmiş, yolda Aslan sonradan adını İlqar kimi bildiyi şəxsə zəng etmiş, həmin şəxs maşınını 3000 manata satmasını bildirdikdə, Aslan ona «yaxşı satmısan» deyə cavab vermişdir. Həmin vaxt İlqar adlı şəxs Sumqayıt şəhərinin girişində Aslanı gözlədiyindən maşını sürüb oradan İlqarı götürmüş, sonra Aslan ona «sür Xətai rayonu, Dost xidmətin yanına, orda Ford markalı maşın var, həmin Ford transiti almaq istəyirlər» demiş, bundan sonra Aslanın deməsi ilə həmin istiqamətdə hərəkət etməyə başlamış, yolda Aslan İlqara həmin “Ford Transitə” iki dənə təkər almaq lazım olduğunu, maşının başqa problemi olmadığını bildirmiş, həmin vaxt İlqar xeyirli olsun bir yerdə işləyərik dedikdə, Aslan ““Sea Breeze”də işlər var, düş-kabinə quraşdırılacaq, bizə böyük maşın lazımdı, balaca maşın bu işlərə yaramaz» deyə cavab vermiş, həmin günü saat 14-15 radələrində Aslanı və İlqarı Xətai rayonu, «Dost xidməti»nin qarşısında-moykaların yanında düşürtmüş, ancaq onların hara getmələrini bilməmiş, Aslanın sözü ilə maşında oturub onları təxminən 15 dəqiqə gözlədikdən sonra Aslana zəng etmiş, Aslan isə gözlə gəlirik deyə cavab vermiş, Aslan İlqarla birlikdə gəlib sağollaşmış və onların ikisini də həmin yerdə qoyaraq şəxsi işlərinin arxasınca getmiş və taksi fealiyətini davam etdirmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhərinə gedibgəlməsi üçün maşınına 20 manatlıq yanacaq doldurmuş, ona başqa bir məbləğdə pul verməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, ünvan 9 ünvanda yaşamış və Bakı şəhəri, Nərimanov rayonun ərazisində-metronun «Ulduz» stansiyasının yaxınlığında duş-kabina sexində müdür işləmiş, Təqsirləndirilən şəxs doğma qardaşı olmaqla, iki azyaşlı övladı olmuş və Aslan ailəsi ilə birlikdə qonşuluğunda qalmışdır. Qardaşı Təqsirləndirilən şəxs təxminən sentyabr ayında onunla birlikdə sexində fəhlə kimi işləmiş, ancaq Aslan işinin öhdəsindən gələ bilmədiyi üçün onu işdən uzaqlaşdırmış, bundan sonra Aslan ayrı-ayrı şəxslərin evində kafel-metlax işi görməklə usta işləmişdir. Aslan sexində fəhlə işləyərkən onunla birlikdə Orxan adlı bir nəfər də işləmiş, Orxan da qardaşı Aslan kimi işinin öhdəsindən gələ bilmədiyi üçün onu da işdən kənarlaşdırmış, sonradan isə qardaşı Aslanın Orxanla birlikdə işləməsini eşitmiş, ancaq Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, İlqarla və ya onun ailə üzvləri ilə heç bir münasibəti olmamışdır. 2024-cü ilin noyabr ayının axırlarında Orxan sonradan adının İlqar olduğunu bildiyi şəxslə işlədiyi sexə gəlmiş, həmin vaxt İlqar qardaşı Aslanın onu aldadaraq «Çinar» soyuducu zavodunun həyətindəki çardağın altında olan şüşələri göstərib şüşə ustası lazım olduğunu, göstərdiyi şüşələri daşıyıb yerinə çatdırmaq və quraşdırmaq lazım olduğunu, hətta Aslanın İlqara «Opel Astra» markalı avtomobilini sataraq birlikdə «Qazel» markalı avtomobil alıb şüşələri rahat daşıyıb satıb pul qazanacaqlarını bildirib aldatmasını demiş, sonradan isə İlqarın «Opel Astra» markalı avtomobilini Aslanın sözü ilə ona inanaraq Sumqayıt şəhərindəki maşın bazarında 3000 manata satıb pulunu Aslana verməsini, guya Aslanın sinif yoldaşından «Ford Tranzit» markalı avtomobil alacağını və birlikdə işlədib pul qazanacaqlarını, ancaq Aslanın müxtəlif bəhanələr gətirməklə gizləndiyini öyrənmişdir. Bundan sonra qardaşı Aslana zəng etmiş və İlqarı nə üçün aldatdığını soruşmuş, ancaq Aslan İlqarla məsələni həll edəcəyini bildirərək telefonunu söndürmüş, bundan sonra Aslanı görməmiş, daha sonra isə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə dəvət olunduqda qardaşı Aslanın həbs olunduğunu bilmişdir. Qardaşı Aslan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan mərum edilmiş və xx.xx.2024-ci il tarixdə 09 ay 18 gün vaxtından əvvəl şərti azadlığa buraxılmış, qardaşı Aslanın kiminlə və nə iş görməsindən xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciətləri barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış icraata qəbul edilmişdir (i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 18-19); mobil tətbiqi vasitəsilə edilmiş ödəniş çıxarışlarından gönürür ki, xx.xx.2024-cü il tarixdə 1000 manat məbləğində pul vəsaiti 5235****4547 saylı kart hesabından 4169****2715 saylı kart hesabına, xx.xx.2024-cü il tarixdə 1000 manat məbləğində pul vəsaiti 5235****4547 saylı kart hesabından 5522****2766 saylı kart hesabına, xx.xx.2024-cü il tarixdə 1500 manat məbləğində pul vəsaiti 5522 0993 6954 2766 saylı kart hesabına, xx.xx.2024-cü il tarixdə 2000 manat məbləğində pul vəsaiti 523915******2149 saylı kart hesabından 552209******2766 saylı kart hesabına Şahid1 adına köçürülmüşdür (i.v. 28-31); şübhəli şəxsin tutulması haqqında 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, X3 həmin tarixdə saat 17:30-da Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 44-45); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 58-59); mobil tətbiqi vasitəsilə edilmiş ödəniş çıxarışlarından gönürür ki, xx.xx.2024-cü il tarixdə 2560 manat məbləğində pul vəsaiti 416973******5798 saylı kart hesabından 416973******2655 saylı kart hesabına Şahid1 adına köçürülmüşdür (i.v. 68); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə toplanmış materiallar və Təqsirləndirilən şəxs cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və həmin maddələr ilə ona ittiham elan edilmişdir (i.v. 69); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 71-73); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-344/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 89-96); ifadənin yerində yoxlanılması haqqında 13 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ələ keçirdiyi pul vəsaitlərini xərclədiyi mərc oyunlarının keçirildiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən "Topaz" obyektinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs hadisənin təfərrüatlaını bir daha yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 97-99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 66.5 və 68.2-ci maddələri tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən əməldən CM-nin 178.2.4-cü maddəsi xaric edilmiş və CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 ay 17 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1100 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.20218-ci il tarixli qərarına əsasən əməldən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.4 və 66.5-ci maddələri tətbiq edilməklə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1100 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, xx.xx.2024-cü ildə cəriməni tam ödədiyinə görə qeydiyyatdan çıxarılmışdır (i.v. 108- 110); cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış ibtidai istintaqı aparılması üçün RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 119); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 120); cinayət işinin icraata qəbul edilməsi haqqında 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 128-129); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrə altında istintaqı davam etdirilmişdir (i.v. 132-134); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə yenidən ittiham elan edilmiş, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəmə qəbzlərinin, xx.xx.2024-cü il tarixli «ABB» bank və xx.xx.2024-cü il tarixli «Kapital Bank» çıxarışları maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 264-276); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 294-296); Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələb yoxdur, ona dəymiş ziyanın tam şəkildə ödənilmişdir; Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələb yoxdur, ona dəymiş ziyanın tam şəkildə ödənilmişdir; Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələb yoxdur, ona dəymiş ziyanın tam şəkildə ödənilmişdir; "xxxx" ASC-nin 10 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə onun tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın 25%-i olaraq 2715 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi, yəni Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödədiyini, onların şikayət və tələbinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın məbləği ayrı-ayrılıqda 5500 manat, 2560 manat və 2800 manat olmaqla, ümumilikdə 10860 manat təşkil etmiş, həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı təşkil edən 2715 (iki min yeddi yüz on beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışmaları ilə əlaqədar xitam verilməsinə razılılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında hissəsini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməli və o, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəmə qəbzlərinin, xx.xx.2024-cü il tarixli «ABB» bank və xx.xx.2024-cü il tarixli «Kapital Bank» çıxarışlarının cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-41, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut əhəmiyyəti kəsb edən xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəmə qəbzlərinin, xx.xx.2024-cü il tarixli «ABB» bank və xx.xx.2024-cü il tarixli «Kapital Bank» çıxarışlarının cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar