Məhkəmə qərarları › İş №1(011)-157/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-157/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-157/2022 01.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2021-ci il tarixdə, saat 04 radələrində ünvan 2 ünvanında yerləşən Nümayəndə müdiri olduğu “Al” marketin qapısının kilid yerini özü ilə gətirdiyi vintaçan vasitəsi ilə sındıraraq, qanunsuz olaraq içəri daxil olub, oradan Nümayəndə məxsus ümumilikdə 41,80 manat dəyərində olan 22 ədəd “Argo nano blue” markalı, ümumilikdə 94 manat dəyərində olan 20 ədəd “Kent 1 nanotek” markalı, ümumilikdə 56 manat dəyərində olan 14 ədəd “Sobranie slim blue” markalı, ümumilikdə 31,50 manat dəyərində olan 15 ədəd “Prima Deluxe blue” markalı, ümumilikdə 36,40 manat dəyərində olan 14 ədəd “Winchester ksss blue” markalı, ümumilikdə 49,40 manat dəyərində olan 19 ədəd “Rothmans demi blue” markalı, ümumilikdə 36,80 manat dəyərində olan 16 ədəd “Want nano silver” markalı, ümumilikdə 44 manat dəyərində olan 11 ədəd “Sobranie Silver whites” markalı, ümumilikdə 26 manat dəyərində olan 10 ədəd “X7 Nights” markalı, ümilikdə 46,80 manat dəyərində olan 18 ədəd “Rothmans click amber” markalı, ümumilikdə 49,40 manat dəyərində olan 19 ədəd “Winchester compact silver”, ümumilikdə 24 manat dəyərində olan 10 ədəd “West silver” markalı, ümumilikdə 59,20 manat dəyərində olan 16 ədəd “Kent 8” markalı, ümumilikdə 29,40 manat dəyərində olan 14 ədəd “Argo compact blue” markalı, ümumilikdə 33,30 manat dəyərində olan 9 ədəd “Kent 4” markalı, ümumilikdə 22,80 manat dəyərində olan 12 ədəd “Kingston silver” markalı, ümumilikdə 31 manat dəyərində olan 10 ədəd “LD club platonim ls” markalı, ümumilikdə 27,60 manat dəyərində olan 12 ədəd “İmperial Classic silver” markalı, ümumilikdə 44,40 manat dəyərində olan 12 ədəd “Kent 4 neo” markalı, ümumiikdə 30,80 manat dəyərində olan 14 ədəd “Magna carbon black” markalı, ümumiikdə 25,20 manat dəyərində olan 12 ədəd “Argo ks red” markalı, ümumilikdə 26,40 manat dəyərində olan 12 ədəd “Magna carbon silver” markalı, ümumilikdə 35 manat dəyərində olan 10 ədəd “Winston xs silver” markalı, ümumilikdə 28,60 manat dəyərində olan 11 ədəd “Rothmans demi silver” markalı, ümumiikdə 23,40 manat dəyərində olan 9 ədəd “Winchester compact blue” markalı, ümumilikdə 2,60 manat dəyərində olan 1 ədəd “Winchester ks silver” markalı, ümumilikdə 25,20 manat dəyərində olan 12 ədəd “Viceroy” markalı, ümumilikdə 11,40 manat dəyərində olan 6 ədəd “Bakı blue” markalı və ümumilikdə 10,40 manat dəyərində olan 4 ədəd “Palmall nano silver” markalı siqaret məhsullarını gizli talayaraq, ümumilikdə zərərçəkmiş şəxsə 1002 (bir min iki) manat 80 (səksən) qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən xx.xx.2021-ci il tarixdə, təxminən saat 05:30-da ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 tərəfindən icarə əsasında işlədilən köşkün plastik qapısını özü ilə gətirdiyi vintaçan vasitəsi ilə sındıraraq, qanunsuz içəri daxil olub, oradan Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 77 manat dəyərində olan 02 blok “Sobranie” markalı, ümumilikdə 30,60 manat dəyərində olan 09 ədəd “Winston” markalı, ümumilikdə dəyəri 88 manat olan 04 ədəd blokda “Want” markalı, ümumilikdə 30 manat dəyərində olan 01 ədəd blokda və 5 qutuda “Keno” markalı, ümumilikdə 54 manat dəyərində olan 03 blokda “Kingston” markalı, ümumilikdə 50 manat dəyərində olan 01 blokda “Winston svetch” markalı, ümumilikdə 90 manat dəyərində olan 01 ədəd blokda “Parlament Vertu” markalı, ümumilikdə 280 manat dəyərində olan 02 blokda “Marlboro Tac” markalı, ümumilikdə 60 manat dəyərində olan 01 ədəd blokda qara və 01 ədəd blokda ağ rəngli “Senator” markalı, ümumilikdə 70 manat dəyərində olan 02 ədəd blokda ətirli “Senator” markalı, ümumilikdə 125 manat dəyərində olan 05 ədəd blokda “Milano” markalı, ümumilikdə 50 manat dəyərində olan 01 blok Türkiyə istehsalı “Marlboro” markalı, ümumilikdə 100 manat dəyərində olan 01 blok kompakt və 01 blok nazik “Marlboro” markalı, ümumilikdə 35 manat dəyərində olan 01 blok boz rəngli “Kent” markalı, ümumilikdə 35 manat dəyərində olan 01 blok qara rəngli “Kent” markalı, ümumilikdə 50 manat dəyərində olan 01 blok qırmızı rəngli, qalın “Marlboro” siqaretini, ümumilikdə 60 manat dəyərində olan 01 blok “Marlboro Mix” markalı, ümumilikdə 60 manat dəyərində olan 01 blok “Marlboro TAC” markalı, ümumilikdə 50 manat dəyərində olan 01 blok “Parlament Slim” markalı, ümumilikdə 60 manat dəyərində olan 01 blok “Parlament Aqua” markalı, ümumilikdə 80 manat dəyərində olan 01 blok Ukrayna istehsalı “Parlament” markalı, ümumilikdə 85 manat dəyərində olan 01 blok göy rəngli “Marlboro Origi” markalı, ümumilikdə 120 manat dəyərində olan 02 blok “Parlament Carat” markalı və ümumilikdə 180 manat dəyərində olan 03 blok “Marlboro Micra” markalı siqaret məhsullarını, köşkün ön hissəsində yerləşən şkafın siyirtməsindən 20 manat dəyərində qəpiklər və bundan əlavə, 150 manat dəyərində videomüşahidə cihazının yaddaş qutusunu gizli talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs2 2089 (iki min səksən doqquz) manat 60 (altmış) qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi köşkün pəncərəsinin kilid yerini sındırmaq yolu ilə qanunsuz daxil olaraq, köşkdən Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 152 manat dəyərində olan 80 ədəd “Argo” markalı, ümumilikdə 79,20 manat dəyərində olan 33 ədəd “Classic” markalı, ümumilikdə 392,20 manat dəyərində olan 106 ədəd “Davidoff” markalı, ümumilikdə 329,30 manat dəyərində olan 89 ədəd “Kent” markalı, ümumilikdə 112,20 manat dəyərində olan 51 ədəd “Kingstone” markalı, ümumilikdə 147,90 manat dəyərində olan 51 ədəd “LD” markalı, ümumilikdə 25,30 manat dəyərində olan 11 ədəd “Want X-Line” markalı, ümumilikdə 126 manat dəyərində olan 60 ədəd “Magna” markalı, ümumilikdə 88,40 manat dəyərində olan 34 ədəd “Pallmall” markalı, ümumilikdə 25,20 manat dəyərində olan 12 ədəd “Prima”, ümumilikdə 140,40 manat dəyərində olan 54 ədəd “Rothmans” markalı, ümumilikdə 43,70 manat dəyərində olan 19 ədəd “Senate” markalı, ümumilikdə 508 manat dəyərində olan 127 ədəd “Sobranie” markalı, ümumilikdə 50,40 manat dəyərində olan 24 ədəd “Vegas” markalı, ümumilikdə 77,70 manat dəyərində olan 37 ədəd “Viceroy” markalı, ümumilikdə 252 manat dəyərində olan 72 ədəd “Winston” markalı, ümumilikdə 156,40 manat dəyərində olan 68 ədəd “Want” markalı, ümumilikdə 95 manat dəyərində olan 38 ədəd “West” markalı, ümumilikdə 163,80 manat dəyərində olan 63 ədəd “Winchester” markalı və ümumilikdə 7 manat dəyərində olan 01 ədəd “Sobranie London” markalı siqaret məhsullarını gizli talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs1 2972,10 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən mənzildə yaşayır. Əvvəllər etdiyi oğurluq cinayətlərinə görə bir neçə dəfə məhkum olunmuşdur. 10 dekabr 2021-ci il tarixdə, günorta saatlarında yaşadığı ünvandan çıxaraq, Xətai rayonu, M.Hadi küçəsində yerləşən parkda gəzmişdir. Həmin zaman yaxınlıqda olan “AL” marketdən oğurluq etmək qərarına gəlmişdir. Lakin, həmin vaxt üzərində kifayət qədər pulu olduğundan, fikirləşmişdir ki, gələcəkdə oğurluq edə bilər. 12 dekabr 2021-ci il tarixdə maddi cəhətdən sıxıntı yaşamış və yadına düşmüşdür ki, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “AL” marketdən oğurluq edərək, pul əldə edə bilər. Həmin tarixdə təxminən saat 03 radələrində yaşadığı ünvandan çıxaraq, piyada gəzəgəzə Xətai rayonu, M.Hadi küçəsində yerləşən parka getmiş və bir qədər sonra “AL” marketin ikinci girişinin qarşısına yaxınlaşmışdır. Əvvəlcədən üzərində gətirdiyi vint açan ilə həmin qapının kilid hissəsini sındıraraq, içəriyə daxil olmuşdur. İçəridə olarkən əynində olan köynəyin papağını başına geyinmişdir ki, içəridə olan videomüşahidə kameralarına aydın şəkildə düşməsin. İçəridə oğurluq edərək, tez bir şəkildə satıb pul əldə edə biləcəyi siqaret qutularının yerini axtarmışdır. Siqaret qutuları marketin daxilində yerləşən kassa aparatının yanındakı vitrində yerləşdirilmişdir. Həmin kassa aparatının yanındakı vitrindən marketdəki selofanlardan götürərək, siqaret qutularını yıxmağa başlamış və tez bir şəkildə həmin marketi tərk etmişdir. O, marketdən uzaqlaşaraq, əsas yola tərəf getmiş və əsas yoldan keçən taksini saxlayaraq, onu yaşadığı Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 26 saylı binanın qarşısına sürməyini istəmişdir. Yaşadığı ünvana çatdıqda, heç kəsə bildirmədən, yataq otağına keçərək, marketdən götürdüyü siqaretləri çarpayının küncünə qoymuşdur. Oğurladığı müxtəlif markalı siqaret qutularını sonradan Sabunçu rayonunda yerləşən Sabunçu bazarında tanımadığı şəxslərə təxminən 600 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 28 dekabr 2021-ci il tarixdə yaşadığı evdən çıxaraq, bir az şəhərdə gəzmişdir. Saatın gec olmasını gözləmişdir ki, oğurluq edən zaman, heç kim onu görməsin. Oğurluq etmək üçün həm də cibində vintaçan da götürmüşdür. 29 dekabr 2021-ci il tarixdə, saat 05 radələrində “Həzi Aslanov” metrostansiyasının yaxınlığında olan X.Məmmədov küçəsində yerləşən bir köşk diqqətini çəkmişdir. O, köşkün qapısına yaxınlaşmış və köşkün plastik qapısını üzərində gətirdiyi vinataçanla sındıraraq açmış və içəriyə daxil olmuşdur. Köşkə daxil olduqdan sonra, vitrin şkafında yerləşən müxtəlif markalı siqaretləri oradan götürmüş, əlavə olaraq təxminən 20 manat təşkil edən qəpikləri götürmüşdür. Köşkün içərisinə baxan zaman, orada videomüşahidə kamerasını görmüşdür. Kamera vasitəsilə tutulacağını başa düşdüyündən, həmin videomüşahidə kamerasının yaddaş daşıyıcısını çıxartmış və oğurladıqlarını da, köşkdan götürərək, oradan uzaqlaşmışdır. O, yoldan keçən taksini saxladıb əyləşərək, yaşadığı ünvana getmişdir. Kameranın yaddaş daşıyıcısını xatırlamadığı yerdə tullamış, siqaretləri isə evə aparmışdır. Sonradan isə Sabunçu qəsəbəsində yerləşən bazara gedib, orada siqaretləri dəyərindən aşağı qiymətə - 760 manata satmışdır. Bundan sonra, 760 manat pulu və köşkdən oğurladığı 20 manatlıq qəpik pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 01 yanvar 2022-ci il tarixdə, təxminən saat 06 radələrində Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən bir köşkün bağlı olduğunu və ətrafda heç kimin olmadığını görüb, həmin köşkdən oğurluq edə biləcəyini düşünmüşdür. O, həmin köşkə yaxınlaşıb, üzərində götürdüyü vintaçan ilə köşkün pəncərəsinin kilid hissəsini qırıb içəri daxil olmuşdur. İçəri daxil olduqda, soyuducularda sular, spirtli içkilər, enerji içkiləri və meyvə şirələrinin olduğunu, bundan başqa köşkun içərisinin sol yanında yerləşən şkafda müxtəlif növ tütün məmulatlarının olduğunu görmüşdür. O, həmin şkafda olan müxtəlif növ tütün məmulatlarını köşkün içərisində olan selofanlara doldurmağa başlamışdır. Köşkün içərisində götürdüyü 4 ədəd selofana siqaret qutularını tez şəkildə yığıb, köşkü tərk etmişdir. O, binaların arası ilə irəlilədikdən sonra, əsas yola çıxmış və yoldan keçən bir taksini saxladıb əyləşmiş və yaşadığı ünvana getmişdir. O, oğurladığı siqaret qutularını yataq otağındakı çarpayının küncünə yerləşdirmişdir. 01 yanvar 2021-ci il tarixdə yaşadığı ünvana yaxınlaşan polis əməkdaşları onu Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə dəvət etmiş və o, polis bölməsində etdiyi cinayət əməli səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməllərdən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, o, 2021-ci ilin avqust ayından etibarən Xətai rayonu, Məhəmməd Hadi küçəsi 65 ünvanında yerləşən "xxxx"də müdir vəzifəsində işləyir. Müdir işlədiyi market hər gün saat 08:00-da açılır, 22:00-da isə bağlanır. 11 dekabr 2021-ci il tarixdə marketi saat 22:00-da bağlayaraq, yaşadığı ünvana getmişdir. Növbəti gün, yəni 12 dekabr 2021-ci il tarixdə onun istirahət günü olduğundan, işə getməmişdir. Həmin gün saat 08 radələrində marketin müdir müavini işləyən Qorxmaz Əbdülov ona zəng vuraraq, marketin qapısının qırıq vəziyyətdə olduğunu və içəridə kassa aparatının yanında yerləşən siqaret qutularının oğurlandığını bildirərək, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar artıq polisə məlumat verdiyini demişdir. Bundan sonra, o, özü də marketə getmiş və müəyyən etmişdir ki, marketin ikinci giriş qapısının kilid yeri sındırılmış və içəridə birinci giriş qapısının yanında yerləşən siqaret qutularının olduğu vitrindən siqaret qutuları oğurlanmışdır. İlkin olaraq hadisə yerinə yaxınlaşmış polis əməkdaşlarına baş vermiş oğurluq hadisəsi zamanı marketdən ümumilikdə 90 manat dəyərində siqaret qutulalarının oğurlandığı barədə marketin müdir müavini Qorxmaz Əbdülov ərizə ilə müraciət etsə də, sonradan o, polis bölməsində yenidən izahat ilə müraciət edərək, baş vermiş oğurluq nəticəsində marketə 800 manat məbləğində ziyan dəyməsini bildirmişdir. Sonradan müdiri olduğu marketdən oğurlanmış siqaret qutularının sayını dəqiq göstərərək, polis bölməsində həmin siyahını təqdim etmişdir. Həmin siyahı üzrə oğurluq nəticəsində marketə 1002 manat 80 qəpik dəyərində maddi ziyan dəymişdir. Baş vermiş hadisə nəticəsində dəyəri 41,80 manat olan 22 ədəd “Argo nano blue” markalı, dəyəri 94 manat olan 20 ədəd “Kent 1 nanotek” markalı, dəyəri 56 manat olan 14 ədəd “Sobranie slim blue” markalı, dəyəri 31,50 manat olan 15 ədəd “Prima Deluxe blue” markalı, dəyəri 36,40 manat olan 14 ədəd “Winchester ksss blue” markalı, dəyəri 49,40 manat olan 19 ədəd “Rothmans demi blue” markalı, dəyəri 36,80 manat olan 16 ədəd “Want nano silver” markalı, dəyəri 44 manat olan 11 ədəd “Sobranie Silver whites” markalı, dəyəri 26 manat olan 10 ədəd “X7 Nights” markalı, dəyəri 46,80 manat olan 18 ədəd “Rothmans click amber” markalı, dəyəri 49,40 manat olan 19 ədəd “Winchester compact silver”, dəyəri 24 manat olan 10 ədəd “West silver” markalı, dəyəri 59,20 manat olan 16 ədəd “Kent 8” markalı, dəyəri 29,40 manat olan 14 ədəd “Argo compact blue” markalı, dəyəri 33,30 manat olan 9 ədəd “Kent 4” markalı, dəyəri 22,80 manat olan 12 ədəd “Kingston silver” markalı, dəyəri 31 manat olan 10 ədəd “LD club platonim ls” markalı, dəyəri 27,60 manat olan 12 ədəd “İmperial Classic silver” markalı, dəyəri 44,40 manat olan 12 ədəd “Kent 4 neo” markalı, dəyəri 30,80 manat olan 14 ədəd “Magna carbon black” markalı, dəyəri 25,20 manat olan 12 ədəd “Argo ks red” markalı, dəyəri 26,40 manat olan 12 ədəd “Magna carbon silver” markalı, dəyəri 35 manat olan 10 ədəd “Winston xs silver” markalı, dəyəri 28,60 manat olan 11 ədəd “Rothmans demi silver” markalı, dəyəri 23,40 manat olan 9 ədəd “Winchester compact blue” markalı, dəyəri 2,60 manat olan 1 ədəd “Winchester ks silver” markalı, dəyəri 25,20 manat olan 12 ədəd “Viceroy” markalı, dəyəri 11,40 manat olan 6 ədəd “Bakı blue” markalı və dəyəri 10,40 manat olan 4 ədəd “Palmall nano silver” markalı siqaret qutuları oğurlanaraq, ümumilikdə 1002,80 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonradan məlum olmuşdur ki, müdir işlədiyi marketdən oğurluğu edən Təqsirləndirilən şəxs adlı şəxsdir. Hazırda həmin şəxs marketə dəymiş ziyanı tam ödəmiş və bu səbəbdən heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Xətai rayonu, Xudu Məmmədov küçəsi 13 ünvanında yerləşən köşkü icarəyə götürərək, işlədir. 31 dekabr 2021-ci il tarixdə, saat 23:30 radələrində köskün giriş qapısının kilidini bağlayıb, pəncərələrin hər birinin bağlı olduğunu yoxladıqdan sonra, yaşadığı ünvana getmişdir. 01 yanvar 2022-ci il tarixdə, saat 07 radələrində köskə gəldikdə, pəncərənin açıq vəziyyətdə və içərinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. O,dərhal DİN-in 102 xidmətinə zəng vuraraq, baş vermiş hadisə barədə məlumat vermişdir. Köşkün içərisinə baxdıqda, 80 ədəd “Argo” markalı, 33 ədəd “Classic” markalı, 106 ədəd “Davidoff” markalı, 89 ədəd “Kent” markalı, 51 ədəd “Kingstone” markalı, 51 ədəd “LD” markalı, 11 ədəd “Want X-Line” markalı, 60 ədəd “Magna” markalı, 34 ədəd “Pallmall” markalı, 12 ədəd “Prima” markalı, 54 ədəd “Rothmans” markalı, 19 ədəd “Senate” markalı, 127 ədəd “Sobranie” markalı, 24 ədəd “Vegas” markalı, 37 ədəd “Viceroy” markalı, 72 ədəd “Winston” markalı, 68 ədəd “Want” markalı, 38 ədəd “West” markalı və 63 ədəd “Winchester” markalı tütün məmulatlarının oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2972,10 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, icarəyə götürüb işlətdiyi köşkdən oğurluğu edən Təqsirləndirilən şəxs adlı şəxsdir. Hazırda həmin şəxs ona dəymiş ziyanı tam ödəmiş və bu səbəbdən heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Xətai rayonu, Xudu Məmmədov küçəsi 7 ünvanında yerləşən köşkü icarəyə götürərək işlədir. 28 dekabr 2021ci il tarixdə, təxminən gecə saat 02 radələrində icarəyə işlətdiyi köşkün qapısını kilidləyib, pəncərələrin bağlı olduğunu yoxlayıb, yaşadığı ünvana getmişdir. 28 dekabr 2021-ci il tarixdə, təxminən saat 10 radələrində köşkün giriş qapısını açmaq istəyərkən, qapının açıq olduğunu, yəni kilidin qırılmış vəziyyətdə olduğu görmüşdür. Bundan sonra, köşkə daxil olduqda, içərinin dağınıq vəziyyətdə olduğunu görmüş və baxış zamanı şkafın rəflərində olan 02 blok “Sobranie” markalı, 9 qutu “Winston” markalı, 04 blok Want” markalı, 01 blok 5 qutu “Keno” markalı, 03 blok “Kingston” markalı, 01 blok “Winston svetch” markalı, 01 blok “Parlament Vertu” markalı, 02 blok “Marlboro Tac” markalı, 01 blok qara və 01 blok ağ rəngli “Senator” markalı, 02 blok ətirli “Senator” markalı, 05 blok “Milano” markalı, 01 blok Türkiyə istehsalı “Marlboro” markalı, 01 blok kompakt “Marlboro” və 01 blok nazik “Marlboro” markalı, 01 blok boz rəngli “Kent” markalı, 01 blok qara rəngli “Kent” markalı, 01 blok qırmızı rəngli, qalın “Marlboro” markalı, 01 blok “Marlboro MİX” markalı markalı, 01 blok “Marlboro TAC” markalı, 01 blok “Parlament Slim” markalı, 01 blok “Parlament Aqua” markalı, 01 blok Ukrayna istehsalı “Parlament” markalı, 01 blok göy rəngli “Malboro Origi” markalı, 02 blok “Parlament Carat” markalı və 03 blok “Marlboro Micra” markalı siqaret məhsulları, köşkün ön hissəsində yerləşən şkafın siyirtməsindən 20 manat dəyərində qəpiklər və bundan başqa köşkün giriş qapısından daxil olduqda, sol tərəfdə monitorun arxasında yerləşən videomüşahidə cihazının yaddaş qutusunun oğurlandığını aşkar etmişdir. O, dərhal DİN-in 102 xidmətinə zəng vuraraq, baş vermiş hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2089,60 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, icarəyə götürüb işlətdiyi köşkdən oğurluğu edən Təqsirləndirilən şəxs adlı şəxsdir. Hazırda həmin şəxs ona dəymiş ziyanı tam ödəmiş və bu səbəbdən heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə Xətai RPİ-nin 36-cı Polis Bölməsi tərəfindən təqdim edilmiş bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 12 dekabr 2021-ci il tarixdə, saat 04:23:15-dən saat 04:23:22-ə kimi ünvan 2 ünvanında yerləşən "xxxx"in qarşısında yerləşən giriş hissəsinin ümumi görüntüsü vardır. Görüntüdə qara rəngli gödəkçə, qara rəngli şalvar və papaq geyinmiş bir nəfər şəxs müşahidə olundu. 12 dekabr 2021-ci il tarixdə, saat 04:23:52-dən başlayaraq, "xxxx"in daxilinin ümumi görüntüsü vardır. Görüntüdə qara rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş, qara rəngli papaq və qara rəngli tibbi maska taxmış bir nəfər şəxsin mağazanın daxilində vitrinlərin arası ilə hərəkət etməsi müşahidə olundu. 12 dekabr 2021-ci il tarixdə, saat 04:24:08-dən 04:24:19-a kimi "xxxx"in daxilinin sol künc hissəsində, kassa aparatının yerləşdiyi yerin ümumi görüntüsü vardır. Görüntüdə qara rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş, qara rəngli papaq və qara rəngli tibbi maska taxmış bir nəfər şəxsin kassa aparatının arxasında siqaret qutularını yığmaq üçün mağazada olan selofanları götürməsi müşahidə olundu. 12 dekabr 2021-ci il tarixdə, saat 04:26:02-dən 04:28:49-a kimi "xxxx"in daxilinin sol künc hissəsində, kassa aparatının yerləşdiyi yerin ümumi görüntüsü vardır. Görüntüdə qara rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş, qara rəngli papaq və qara rəngli tibbi maska taxmış bir nəfər şəxsin kassa aparatının arxasında yerləşən vitrindən siqaret qutularını götürərək, selofanlara yığması müşahidə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntülərdə olan şəxsin özü olmasını bildirmişdir. İş materiallarında olan Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/138 R nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən X2 icarə əsasında işlətdiyi köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar, hadisə yerinin müayinəsi zamanı, götürülərək tədqiqata təqdim edilmiş 21 ədəd yapışqanlı lent və 1 ədəd daktoplyonka kəsikləri üzərlərində olan əl izlərindən 10 ədəd əl-barmaq və 3 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 1 ədədi xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarında olan Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022ci il tarixli, 22/158 R nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx"də Nümayəndə məxsus əmlakın oğurlanması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı, götürülərək tədqiqata təqdim edilmiş 20 ədəd kağız parçasının üzərinə yapışdırılmış 19 ədəd yapışqanlı lent və 1 ədəd daktoplyonka kəsikləri üzərində olan 7 ədəd əl-barmaq və 4 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına çıxarılmış əl-barmaq və sol ovuc əksləri müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 1 ədədi xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağı ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs Xətai RPİ-nin inzibati binasında tütün məmulatı sayılan siqaretlərlə dolu 4 ədəd selofanları təqdim edərək, həmin əşyaları Xətai rayonu, Xudu Məmmədov küçəsi 13 ünvanında yerləşən köşkdən oğurladığını bildirdi. Təqdim olunmuş əşyalar sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İş materiallarından görünür ki, bir ədəd DVD-R formatlı disk və iki ədəd zərfdə əlbarmaq izləri cinayət işi üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi müxtəlif markalı siqaret qutuları iş üzrə maddi sübut kimi tanınaraq, sahibi olan - iş üzrə Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2022-ci il tarixli, 9/53 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 20 adda müxtəlif markalı siqaretlərin 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 279,70 manat müəyyən olunur. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 13 yanvar 2022-ci il tarixli tələbnamədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli hökmündən və Amnistiya aktının tətbiq edilməsi barədə 20 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 26 avqust 2019-cu il tarixdən hesablanmış, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, cəzadan azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlləri etiraf etməsini, əməllərindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 01 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd DVD-R formatlı disk və iki ədəd zərfdə əlbarmaq izləri cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs1 məxsus müxtəlif markalı siqaret qutularının sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 01 yanvar 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd DVD-R formatlı disk və iki ədəd zərfdə əlbarmaq izləri cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs1 məxsus müxtəlif markalı siqaret qutularının sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar