Məhkəmə qərarları › İş №1(011)-158/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-158/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-158/2020 24.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçiləri – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 26, mənzil 53-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ki, o, xüsusilə ağır cinayətin hazırlanmasını bilərək həmin cinayət barədə xəbər verməmişdir. İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğlu öz arvadının bacısı əri, yəni bacanağı Şahid1 xx xxxxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olduğu arvadı Şahid2 digər bacanağı X8 ilə intim münasibətdə olaraq ona xəyanət etməsindən şübhələnərək, bununla bağlı dəfələrlə öz ailə üzvlərinə və qohumlarına şikayətləndiyini, 2019-cu ilin sentyabr ayından etibarən arvadı Şahid2 və azyaşlı qızı Nəzrin Mahmudova ilə birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanda mobil telefonunu diktofonu işlək vəziyyətdə gizlədərək, evində olmadığı müddətdə bacanağı Xəyal Cəfərovun həmin mənzilə gəlib arvadı ilə görüşməsini qeydə aldığını iddia etməyə başladığını, arvadı Şahid2 Xəyal Cəfərov tərəfindən öz adına kreditə alıb verdiyi «X17 8» markalı mobil telefon ilə 16 dekabr - xx xxxxxx 2019-cu il tarixlərdə bədəninin intim nahiyələrini başqasına nümayiş etdirməsini qeyd olunan mənzildə gizlincə quraşdırdığı müşahidə kamerası ilə müəyyən edərək, həmin şəxsin Xəyal Cəfərov olduğunu düşündüyünü dəqiq bilməsinə, həmçinin öz arvadı və digər qohumlarının xahişi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən «Nəlbəki» restoranında Şahid1 mənzilində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmış həmin görüntülərin saxlanıldığı yaddaş qurğusunu alarkən, Şahid1 ona bacanağı Xəyal Cəfərov ilə görüşüb sonuncunu vurub öldürəcəyini deməsinə baxmayaraq, bu barədə dövlət hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə bildirməyərək həmin cinayətin qarşısının alınması üçün heç bir tədbir görməmiş, Şahid1 da xx xxxxxx 2019-cu il tarixdə saat 08 radələrində Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 264 saylı orta məktəb-liseyin yaxınlığında Xəyal Cəfərovun idarə etdiyi «Mercedes Benz E270» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə oturaraq söhbət etmək istədiyini deyərək Xəyal Cəfərova avtomobili məhəlləarası yollarla Xətai rayonu, General Mehmandarov küçəsindəki 74 saylı çoxmərtəbəli yaşayış binasının qarşısından keçən yola idarə etdirmiş və binanın yan tərəfinə çatarkən sonuncuya arvadı Şahid2 ilə görüşməsi barədə məlumatlı olduğunu deyərək yerə düşürtdürüb istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi revolverdən atəş açaraq qısqanclıq üzündən qisas məqsədi ilə Xəyal Cəfərovu qəsdən öldürmüş və bununla da Şahid1 tərəfindən törədilmiş Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan xüsusilə ağır cinayətin hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qətiyyən təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, 1990-cı illərdən Rusiyanın Moskva şəhərində yaşamaqla gül satışı ilə məşğul olmağa başlamış, 2018-ci ilin sentyabr ayında isə birdəfəlik Bakı şəhərinə qayıtmışdır. Arvadı Mətanətin bacısı Səbinənin əri Xəyal Cəfərov ilə münasibəti əvvəllər yaxşı olmuş, 7-8 il əvvəl Xəyala ev qapılarının satışı biznesi işini qurmaqda maddi cəhətdən kömək etmiş və 3-4 il əvvələ kimi bu işdə şərik olmuşlar, lakin sonra Xəyal tək işləmək istədiyini deyərək ondan halallıq alıb əvvəldən verdiyi pulunu və 4.000 manat qazancını ona ödəyərək tək işləməyə başlamışdır. 2017-ci ildə Moskva şəhərində biznesi ilə bağlı bir məsələdə bacanağı Xəyalın dediyi sözlərə görə bir qədər incisə də, yenə də Xəyala Bakıdakı mebel və qapı biznesinə görə köməkliyini əsirgəməmişdir. 2018-ci ilin yanvar ayında Xəyal öz evində övladının ad günündə ona Maştağadakı mağazada qapı satışından ümumilikdə cəmi 400 manat pul çatdığını deyərkən aralarında yüngül narazılıq yaranmış və bundan sonra çalışmışdır ki, Xəyal ilə ünsiyyət qurmasın, ona görə də Xəyalın evinə getməmiş, telefonuna zəng vurmamışdır. Lakin arvadı Mətanət və uşaqlarının Xəyalın evinə getməsinə etiraz etməmiş, hətta bir neçə dəfə Xəyal öz arvadı və uşaqları ilə onun məclisində iştirak etmiş, bu zaman da Xəyala yalnız salam verməklə kifayətlənmişdir. Digər bacanağı Şahid1 ilə münasibəti həmişə normal olmuş, hətta baldızı Samirə ilə 2017ci ilin aprel ayında ailə qurmaları məsələsinə kömək etmiş, Samirə məhz onun evindən şadlıq evinə gəlin kimi yola düşmüşdür. Bakı şəhərinə birdəfəlik qayıtdıqdan sonra isə dəfələrlə Kamran və Samirəyə mübahisə etməmələrini, normal ailə kimi yaşamalarını məsləhət etmiş və istəmişdir ki, Samirənin heç olmasa ikinci evliliyi xoşbəxt olsun. Həmin ərəfələrdə bir dəfə Kamran ona danışmağa başlamışdır ki, Xəyal yaxşı adam deyil, şərfəsizlik edir, yanında işləyərkən qaçıb tez evə getməsinin səbəbi də Xəyalın onun arvadı Samirə ilə yaxın münasibətdə olmalarından şübhələnməsidir, çünki Xəyal bir neçə dəfə onu başqa yerə işə göndərdikdən sonra, evinə getmiş və evindən Xəyalın çıxdığını gözüilə görmüşdür, Samirədən səbəbini soruşduqda isə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonradan bu söhbət bütün bacılar arasında da yayılmış, Samirə isə Xəyal ilə yaxınlığı olmasını etiraf etməyərək əri Kamranın şər atdığını demiş və Xəyal ilə münasibəti olmasını sübut etməsini Kamrandan tələb etmişdir. Vəziyyəti belə görüb pis nəticələnməməsi üçün Kamran və Samirəyə demişdir ki, əgər yola getmirlərsə və bir-birinə etibarları yoxdursa, qanuni şəkildə boşansınlar. Samirə isə guya nikah kağızının Kamrandan ala bilmədiyi üçün boşana bilmədiyini demişdir. Ona görə Kamrandan nikah kağızlarını alıb Samirəyə vermişdir ki, gedib boşansın. Lakin sonra Samirə yenə boşanmamış, arvadı Mətanətdən səbəbini soruşduqda isə demişdir ki, yəqin Samirə boşanmaq üçün dövlət rüsümunu ödəməyə pulu olmadığından belə edir. Mətanətə demişdir ki, əgər səbəb yalnız budursa, dövlət rüsumunu ödəmək üçün pul verə bilər. Lakin Samirə yenə boşanmamış, hətta arada onların yenə ər-arvad kimi birlikdə yaşadıqlarını müşahidə etmişdir. Ona görə boşanmalarını təkid etməmişdir ki, özləri bu məsələni həll etsinlər. 2019-cu ilin oktyabr ayının sonlarında bir dəfə Kamran ona zəng vuraraq yaşadığı evin yanına çağırıb mobil telefonunu çıxararaq demişdir ki, «Səsə qulaq as, evimə kişi gəlib, Xəyayalın səsinə oxşadıram». Səsə qulaq asaraq demişdir ki, «Mənim də fikrimcə bu səs Xəyalın səsinə oxşayır». Belə ki, təxminən 1 dəqiqə davam edən həmin səs yazısında əvvəlcə otaqda musiqi səsi, sonra isə Samirənin səsi eşidilmiş və qızına «Nəzriş bir dəqiqə dayan» demiş, bundan sonra möhkəm şəkildə qapının döyülməsi və qapının açılması, sonra isə bacanığı Xəyalın səsinə bənzər həmin səs tonu ilə bir kişinin «Salam Əleyküm» deməsi, daha sonra isə nəsə xışıltı səsləri eşidilmişdir. Bu səs yazısı təxminən bir dəqiqəlik olmuşdur. Kamrana bildirmişdir ki, əgər belədirsə, ərizə yazıb Samirədən boşansın. Bu barədə evdə arvadı Mətanatə və heç kimə həmin vaxt heç bir söz deməmişdir, çünki belə məsələləri ayıb hesab etmişdir. Ümumiyyətlə Kamran və ya Samirə mübahisə edərkən bir böyük kimi ona və arvadı Mətanətə müraciət etmiş və özü də bacardığı köməkliyi göstərmişdir. Dəfələrlə bir-birinin evinə də gedib-gəlmişlər. Kamran çox vaxt telefonunda konturu olmadığını deyərək ona «vızov» atmış və ona görə məcbur olub Kamrana zəng vuraraq səbəbini soruşmuş, danışmışlar. Kamranı bir dəfə Səbinənin xahişi ilə digər bacanağı Vüqarın evinə də apararaq Vüqar və arvadı Gülşənin yanında danlayaraq Samirəni incitməməsini demiş və Kamran bir daha Samirəni incitməyəcəyinə söz vermişdir. Buna görə hətta Səbinə və bacıları ona çox sağol da demişlər. Lakin sonradan Kamranla Samirə yenə öz aralarında mübahisə etməyə davam etmişlər. xx.xx.2019-cu il tarixdə evində qızı Nigarın ad gününü qeyd edərkən Kamran da arvadı Samirə ilə həmin ad günündə iştirak etmişdir. Bu dəfəki ad gününə baldızı Səbinə yalnız qızı Nərmin ilə gəlmişdir. Kamran həmin gün onun mənzilində təklikdə öz mobil telefonundakı səsyazmanı səsləndirərkən onun mobil telefonu ilə də həmin hissə qeydə alınmışdır. Həmin hadisədən 10-15 gün sonra evində Samirə qonaq olarkən ona və arvadı Mətanətə danışmışdır ki, əri Kamran ona nəsə səsə qulaq asdıraraq guya evinə başqa kişi gəldiyini iddia edir, lakin özü belə bir halı xatırlamır. Sonra Samirə xahiş etmişdir ki, əri Kamranla görüşüb bu məsələ barədə danışsın. Samirənin utanmaması üçün həmin vaxt əri Kamranın həmin səsyazmanı artıq ona göstərməsini deməmişdir. Həmin ərəfədə Kamranla deyəsən öz evinin yaxınlığında görüşərək arvadının etdiyi xahiş barədə məlumat vermiş və icazə istəmişdir ki, evinə gedib arvadına bu barədə danışsın. Kamran narazılıq etməmiş və sonra kirayə qaldıqları evə gedərək arvadı Samirə ilə söhbət edib Kamranın həmin səsyazıya ona da qulaq asdırdığını demişdir. Samirə evə daxil olan kişi səsinin kimə məxsus olduğunu soruşduqda, bunu bilmədiyini demişdir. Çünki səsin Xəyalın səsi olmasını dəqiq bilməmiş, həm də istəməmişdir ki, Xəyalın adını çəkməklə bu məsələdə onun adı hallansın. Samirə xahiş etmişdir ki, Kamrandan səsyazmanı alıb yoxlatdırmaqla kimin səsi olmasını aydınlaşdırmağa kömək etsin. Samirəyə çalışıb əri Kamrandan səsyazmanı alacağını və adam tapsa yoxlatdıracaqlarını demişdir. Bu hadisədən bir neçə gün sonra isə bacanağı Kamran telefonla danışarkən və ya üzbəüz olarkən demişdir ki, arvadı Samirəyə hansısa videonu göstərəndə arvadı başlamışdır yalvarmağa, ayağına düşməyə ki, onu bağışlasın, pis hərəkət edib. Həmin vaxt Kamran heç bir video göstərməmiş və yalnız demişdir ki, bu məsələdən sonra Samirə ilə barışıblar. Əvvəldən Samirə və arvadı Mətanət xahiş etdiklərinə görə Kamrandan həmin videonu və ya Samirəyə qarşı nə varsa almaq istəmişdir ki, həmin məlumatları məhv etsin, məlumatlar başqasının əlinə düşməsin ki, biabır olmasınlar. xx.xx.2019-cu il tarixdə günorta saatlarında Kamrana zəng vurub videonu gətirməsini dediyi zaman Kamran razılaşmış və onun yaşadığı bina ilə üzbəüz yerləşən çoxmərtəbəli binanın altındakı «Nəlbəki» restoranda görüşməyə razılaşmışlar. Tək oraya gedərək kiçik zalda stollardan birinin arxasında oturduqda masa xidmətçisi həmişəki kimi stolun üstünə 3 ədəd çay sətəkanı qoymuş və bir müddət sonra Kamran tək oraya gələrək həmin stolun ətrafında oturmuşdur. Salamlaşdıqdan sonra Kamran cibindən hard diski çıxartdıb ona vermişdir.Öz aralarında ümumi söhbətlər etdikdən sonra Kamran sağollaşıb oradan çıxıb harasa getmiş, az sonra özü də çayın pulunu masa xidmətçisinə ödəyərək oradan çıxıb evinə getmişdir. Kamranla görüşməyi və videogörüntələri verməsini arvadı Mətanətə deməmişdir. Bir qədər sonra evindən çıxaraq avtomobili ilə Xətai rayonu, General Mehmandarov küçəsindəki «Birlik» klubunun stadionuna getmiş və oradakı ofisdə deputatlığa namizədliyini vermiş dostu Şahid14 ilə görüşərək söhbət etməklə bu məsələdə imkanı çatan köməkliyi etməyə çalışmışdır. Orada olduğu müddətdə bacanağı Kamran öz telefonu ilə zəng vuraraq demişdir ki, arvadı Samirə yenə onunla dalaşıb, onu söyüb, təhqir edib, ona görə aralarında mübahisə düşüb. Başqasının yanında öz qohumlarının məsələsini müzakirə etmək istəmədiyi üçün Kamrana yalnız səbirli olmasını bildirmişdir. Bu söhbətdən sonra yenə Şakirlə öz aralarında söhbətlərini davam etdirmişlər və daha sonra sağollaşıb öz avtomobili ilə oradan evinə gedərkən yolda Kamranın verdiyi diski yandırıb dənizə atmışdır ki, içərisindəki disk heç kimin əlinə düşməsin. Çünki baldızı Samirənin yaşadığı evdə baş verənləri başqalarının görməsini istəməmiş, Samirənin evində etdiyi hansısa hərəkətə görə biabırçılığın baş verməsinin qarşısını almaq istəmişdir. Həmin videolara baxmaq da istəməmişdir ki, birdən baldızı Samirənin hansısa pis hərəkətini gözü ilə görər və sonra ömrünün sonuna kimi münasibəti çox pis olar, Samirə özü də onun yanında həmişə özünü narahat, alçalmış hiss edər. Gecəni evində öz ailəsi ilə olmuş və arvadı Mətanət də ona Kamranın video görüntülərin olduğu diski verməsini bilməmişdir. Gecə Kamran, yaxud arvadı Samirə barədə məlumatı olmamış, heç biri ilə danışığı belə olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində avtomobili ilə Bakı şəhəri, akademik Həsən Əliyev küçəsindəki məişət texnikası satılan mağazaya gedərək oradan əvvəl aldığı mallara görə borclu qaldığı pulu tam ödəmiş, sonra əmisi oğlu Hamletlə telefonla danışıb Maştağa qəsəbəsinə yanına gedərək almaq istədiyi avtomobilə birlikdə baxmışlar, lakin qiymətdə razılaşmamışlar. Oradan günortaya yaxın evinə qayıdarkən arvadı Mətanət zəng vuraraq eşitdiyinə görə yeznəsi Xəyalın itdiyini bildirmişdir. Sonradan Mətanət demişdir ki, bacısı Səbinə deyib ki, zəng vursun, onunla söhbəti var. Baldızı Səbinəyə zəng vurduqda, Səbinə normal şəkildə salamlaşdıqdan sonra demişdir ki, ona 35-ci polis bölməsindən kimsə nəsə kütləvi avtomobil qəzası olduğunu deyərək Xəyal baradə maraqlanmış, əri Xəyal və avtomobili də yoxdur. Sonra Səbinə bu məsələdən xəbəri olub-olmadığını soruşmuş, o, isə «mənə nəyə görə belə söz deyirsən?» deyə soruşmuşdur. Səbinə də «vallah özüm də bilmirəm, başımı itirmişəm» deyə cavab vermişdir. 35-ci PB-nə gedib bununla bağlı maraqlanacağını demiş və sonra əmisi oğlu Hamletə zəng vurub evinə çağıraraq özü də evinə getmişdir ki, Hamlet gəldikdə birlikdə bölməyə gedərlər. Sonradan isə 35-ci PB-nin əməkdaşları zəng vuraraq bölməyə getməli olduğunu bildirdiyi üçün oraya getmiş və bacanağı Xəyal barədə sorğu-suala tutularkən deyilənlərdən başa düşmüşdür ki, Xəyalı digər bacanağı Kamran həmin gün səhər öldürmüşdür. Kamranın hadisəni törədərkən istifadə etdiyi revolver silahın kimə məxsus olmasını, Kamranın haradan və hansı qaydada əldə etməsini bilmir. O, bacanığı Kamranın öz arvadı Samirəni bacanaqları Xəyala qısqandığını və buna görə dəfələrlə mübahisələr olmasını, Kamranın öz telefonu ilə qeydə aldığı səsyazmadakı şəxsin Xəyal olmasını iddia etməsini, həmçinin quraşdırdığı müşahidə kamerası ilə arvadının kiminləsə görüntülü əlaqədə saxlamasını deməsindən bilsə də, eləcə də xx.xx.2019-cu il tarixdə saat 16 radələrində «Nəlbəki» restoranında Kamran kamera qurğularının saxlandığı yaddaş qurğunu ona versə də, Kamran həmin restoranda və ya başqa yerdə ona bacanağı Xəyalı öldürmək istəməsini deməmişdir. Kamranın təbiətçə çox sakit və mülayim insan olmasına görə cinayət törədəbiləcəyi heç vaxt heç kimin ağlına belə gələ bilməzdi. Onların boşanacaqlarını və bu məsələnin bitəcəyini güman etmişdir, Kamranın Xəyalı öldürəcəyini bilsə və ya ən azından bunu hiss etsəydi bu cinayətin baş verməsinə imkan verməzdi. Kamran vəkilin iştirakı ilə keçirilən bütün ifadələrində və üzləşmələrində ona Xəyalı öldürəcəyi barədə heç bir söz demədiyini və Xəyalı öldürmək qərarına son anda qərar verdiyini göstərmişdir. Son sözündə Təqsirləndirilən şəxs oğlu təqsirsizliyini nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildə Samirə ilə ailə qurandan sonra Samirə ilə yeznəsi Xəyalın çox mehriban olduqlarını hiss etmişdir. Xəyalla Samirə bir-birinə zəng vurub danışırmış və onların yaxın münasibətləri olmasından şübhələnsə də, onları birlikdə tuta bilməmişdir. Hələ toydan əvvəl Samirə ilə görüşüb hədiyyə verərkən Xəyal Samirəyə zəng vuraraq əsəbi, hirslə danışaraq harada olduğunu soruşmuş, sanki öz arvadı ilə danışırmış kimi. Samirə isə həmin vaxt onunla birlikdə olduğunu deməmiş, Samirədən nəyə görə Xəyalın belə tərzdə danışdığını və Xəyala nəyə görə onunla birlikdə olduğunu demədiyini soruşduqda Samirə bəhanə etməyə başlamış, guya Xəyal böyük qardaşı kimi onunla davranır, həmçinin hələ evlənmədiklərindən yanında olduğunu Xəyala demək istəməmişdir. Bundan başqa, dəfələrlə Samirənin mobil telefonunda Xəyal ilə danışdığın sonradan görmüş, səbəbini soruşduqda isə Samirə yalandan demişdir ki, guya Xəyal ilə qardaş-bacı kimi münasibəti olduğundan danışır. Bununla əlaqədar olaraq Samirə ilə aralarında dəfələrlə mübahisələr baş vermişdir. Xəyalın yanında işlədiyi müddətdə isə, Xəyal onu iş dalınca göndərərək Samirə ilə yaşadığı evə getməsi hallarını da müəyyən etmişdir, lakin, heç biri aralarında yaxın münasibət olmasını boynuna almaq istəməmişdir. Qayınanası Xuramanın mənzilində yaşadıqları zaman bir dəfə Xəyal onu iş dalınca Hövsana göndərdikdən sonra, Xəyalın hərəkətindən şübhələnərək Samirəyə zəng vuraraq orada kimin olduğunu soruşarkən, Samirə Xəyalın pul almaq üçün oraya gəldiyini demişdir. Həmin vaxt qayınanası Xuraman evdə olmamış və Samirəyə demişdir ki, telefonu açıq vəziyyətdə qoysun ki, Xəyal ilə aralarında nə söhbət olduğunu bilsin. Samirə isə danışığı bitirmiş, yenidən dəfələrlə zəng vurduqda da zənglərə cavab verməmiş, daha sonra isə telefonunu söndürmüşdür. Sonradan evə qayıtdıqda Samirədən niyə belə etdiyini soruşduqda, guya həmin vaxt telefonun enerjisi bitdiyini demişdir. Bir dəfə isə Xəyalın idarə etdiyi avtomobildə Səbinə qarşıda, o və Samirə isə arxada oturub haradansa evə qayıdarkən Samirə ilə mübahisə edərkən Xəyal hirslənib avtomobili möhkəm sürməyə başlamış və sanki Samirəyə irad bildirmişdir. Hətta arvadı Səbinə də bundan acığı tutaraq Xəyala «Sənə nə olub e? Özləri bilərlər» demişdir. Bundan başqa Xəyalın avtomobili ilə Nazimin bağından şəhərə qayıdarkən yolda Xəyal əlini Samirənin boynuna atmış, guya mehribançılıq olduğunu göstərmişdir. 2018-ci ildə isə baldızı Gülşənin 3-cü mikrorayon ərazisindəki kafelərdən birində ad gününü ailələri birlikdə qeyd edərkən Xəyal ortada oynayan Samirənin arxa nahiyyəsinə doğru baxaraq gülümsəmiş, həmçinin özü orada olduğu halda, Samirə sintizatorda ifa edən Xəyal ilə birlikdə mahnı oxuyarkən fürsətdən istifadə edərək mahnıdakı «səni sevirəm» sözlərini bir-birinə demişlər. Bunları gördükdən sonra narazılıq edərək küsüb həmin məclisdən evə getmişdir. X6 çox güvənmişdir. 2019cıı ilin yayının sonlarında Samirə ilə yenidən şübhəli hərəkətlərinə görə mübahisə etdikdən sonra bu barədə anası Xuramana xəbər vermiş, anası da baldızı Səbinəyə zəng vuraraq demişdir ki, bacısı Samirəyə başa salsınlar ki, onunla düzgün rəftar etsin və ailəsində sözsöhbət yaratmasın. Elə həmin gün Samirə ilə bacısı Mətanət, ardınca isə digər bacıları Səbinə, Gülşən və baldızları Təranə bacanağı Vüqarın avtomobili ilə anasının yaşadığı Nəsimi rayonundakı evə gəlmişlər. Təranə sadəcə evin yerini göstərmək üçün gəlmişdir. Evdəki söhbət zamanı Samirə və bacıları onun barəsində nalayiq sözlər işlədərək guya ailədə baş verənlərin onun səbəbkar olduğunu, anasını inandırmaq istəmişlər. Həmin vaxt Samirə anası Xuramana həmçinin demişdir ki, guya heç bir əsas olmadan onu yeznəsi Xəyala qısqanır və aralarında yaxınlıq olduğunu deyir. Bu zaman Səbinə daha da coşdu və əxlaqsız sözlər işlətməklə böyük səs-küy salmağa başlamışdır ki, nəyə görə əri Xəyalın adını hallandırır. Həmin vaxt baş verənlərdən həm utanmış, həm də əsəbiləşmiş və Samirədən, eləcə də onunla gələnlərdən onun anasının evini tərk etmələrini tələb etmişdir. Xəyalın Samirə ilə yaxınlıq etməsinə dair sübut əldə edərək bunu hamısına təqdim etməklə dediklərinin doğru olduğunu göstərmək istəmişdir. Samirəni yoxlamaq üçün 2019cu ilin oktyabr ayının sonlarına yaxın mobil telefonunun diktofonunu açıq vəziyyətdə kirayədə yaşadığı mənzilin otağındakı divanda gizlədərək işə getmiş, bir neçə saat sonra həmin mənzilə qayıdaraq gizlin telefonu götürüb yenidən işə qayıdaraq telefondakı səsyazmaya qulaq asmağa başlamışdır. Evdən çıxandan 27 dəqiqə sonra Samirə «Nəzrin bir dəqiqə dayan» demiş və həmin vaxt qapı döyülmüş, sonra qapının açılması və bacanağı Xəyalın «salam» verməsi, sonra xışıltı səsi eşidilmiş və başqa heç nə qeyd olunmamışdır. Evə qayıdandan sonra Samirədən kiminsə gəlib-gəlmədiyini soruşduqda, heç kimin gəlmədiyini demişdir. Dəfələrlə and içdirsə də, Samirə yenə öz dediyini təkrarlamışdır. Telefondakı səsyazmanı həmin vaxt Samirəyə göstərmişdir. xx xxxxxxx 2019-cu il tarixdə bacanağı Nazimin evinə gedərək uşağının ad günündə Samirə ilə iştirak etmişlər. Orada Xəyal olmamış, lakin arvadı Səbinə qızı Nərmin ilə gəlmişlər. Nazimə mobil telefonundakı həmin səsyazmaya qulaq asdıraraq evinə gələn kişinin Xəyal olduğunu demişdir ki, bəlkə bir böyük kimi Samirəyə başa salar ki, belə hərəkətlərindən əl çəksin. Nazim demişdir ki, əgər Samirənin xəyanət etdiyini hesab edirsənsə və yola getmirsinizsə, arvadından boşan söhbət bağlansın. 2019-cu ilin dekabr ayının ortalarında kirayədə yaşadığı mənzildə Samirədə yeni «Redmi» mobil telefon olduğunu görərək haradan əldə etdiyini soruşanda, Xəyal öz adına kreditə alaraq ona verdiyini demişdir. Daha bununla bağlı mübahisə yaratmamış və bildirmişdir ki, telefonun kreditini özü ödəyəcək. Telefonu almamışdan əvvəl isə Samirə və ya Xəyal bu barədə ona heç nə deməmişdir. Buna görə Xəyaldan daha da şübhələnməyə başlamış və Xəyal ilə münasibətləri bərpa edərək Samirə ilə əlaqəsini sübut etmək üçün 2019-cu ilin dekabr ayının ortalarından sonrakı müddətdə bir dəfə Xəyalın Bakıxanov qəsəbəsindəki mağazasına gedərək söhbəti olduğunu bildirmiş və sonra yaxınlıqdakı kafelərdən birində Xəyal ilə görüşüb yalandan demişdir ki, guya xətrini çox istəyir, həmişə ona yaxşılıq edib, indi də Samirəyə öz adına kreditə mobil telefon alıb vermişdir, onu böyük qardaşı sayır, aralarını Samirə boş- boş sözlərlə vurmuş, digər bacanaqları Nazim ilə Vüqardan da zəhləsi gedir. Bir müddət sonra Samirə ondan boşanmaq istədiyni bildirmişdir. O, Samirəyə demişdir ki, ona elə şey göstərəcək ondan üzr istəyəcək. O, Samirə paylaşdığı lüt video görüntüləri göstərəndə ona demişdir ki, tanımadığı adamlara pul qarşılığında paylaşmış və ona yalvarmışdır. Artıq baş verənlərdən çox əsəbiləşmiş və Xəyalı cəzalandırmaq istəyir. Mənzildən çıxandan sonra Samirə telefonuna mesaj da göndərərək daha yanına gəlməsin və sair bu kimi sözləri yazmışdır. Evə gələndə yolda pivə alıb içmiş, gecəni yata bilməmişdir. Hadisədən xeylək qabaq Xəyalın maşınının yük yerindən “revolver” silahını götürmüş evdə saxlamış, həmin silahın ümumiyyətlə işləyib işləməməyini də bilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında silahıda götürüb küçəyə çıxararaq taksiyə minib Xətai rayonunun «Ukrayna» dairəsinə gəlmişdir. Sonra başqa bir taksi ilə bacanağı Xəyalın həmişə uşağını apardığı Xətai rayonu, General Mehmandarov küçəsindəki orta məktəbin yanına getmiş və Xəyalın gəlməsini gözləmişdir. Xəyal idarə etdiyi avtomobili ilə gətirdiyi qızı Nərmini həmin məktəbə qoyub sonra avtomobilin qarşı sol qapısını açaraq sükan arxasında oturan zaman, tez həmin avtomobilin arxa sağ qapısını açaraq arxa sağ tərəfdə oturmuşdur. Xəyal burada nə işi olduğunu dedikdə, onunla söhbəti olduğunu bildirmişdir. Xəyal yenə Samirə ilə aramızda nə baş verdiyini soruşmuş və avtomobili məhəllə arası yol ilə idarə etməyə başlamışdır. Xəyala demişdir ki, Samirə ilə aralarındakı münasibətləri bilir. Xəyal isə ona «bicbala, qələt eləmə» deyərək təhqir etməyə başlamışdır. Xəyala onunla belə danışmamasını dedikdə isə, Xəyal sağ əlinin arxası ilə onun ağzının üstünə bir zərbə vurmuş və ona görə ağzından xəsarət almışdır. Bu zaman artıq hadisə yerinə çatmışlar. Həmin vaxt avtomobilin arxa qapısından düşüb qabaq sağ qapını açaraq Xəyala “bu nə hərəkətdir edirsən? düş aşağı söhbət edək” demişdir. Xəyal da avtomobildən düşərək onu təhqir etməyə başlamışdır ki, əcəb edib Samirə ilə yaşayır, hələ ona evdə almış, onu saxlayır. Xəyal onun üstünə hücum etmiş, o, qaçmağa başlamış və avtomobilin ətrafında bir dövrə vurmuşdur. Həmin vaxt cibindən “revolver” silahını götürüb və Xəyala «Gəlmə, səni vuraram» demişdir. Xəyal isə «Sən kimsən məni vurasan? Səni dağıdaram» demişdir. Həmin vaxt aralarında təxminən bir metr məsafə olmuşdu. Revolveri Xəyalın birbaşa sifətinə tutmuş və dediyi sözlərdən sonra dərhal atəş açmış və hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Yolda taksi maşınına minib anası ilə yaşadığı evə getmişdir. Bacanağı Təqsirləndirilən şəxs oğluna Xəyalı öldürmək istədiyini heç vaxt demədiyini və istintaqa belə ifadə vermədiyini, əksinə istintaq zamanı bütün üzləşdirmələrdə Xəyalı öldürəcəyi barədə heç kimə heçnə demədiyini qeyd etmişdir. Samirə ilə dalaşdıqdan sonra anasının yaşadığı evə getmiş və orda pivə içdikdən sonra Xəyalı Samirə ilə yaxınlıq etdiyinə görə cəzalandırmaq qərarına qəldiyini, Nazimin və ya digər bir şəxsin bu cinayətlə heç bir əlaqəsinin omadığını bir daha ifadəsində göstərmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 2006-cı ildə ailə qurduğu X4 2009-cu ildə ayrıldıqdan sonra birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü oğlu Ramin Rəşidovla anası X3 rayonu, İ.İsmayılov küçəsi, ev 22, mənzil 9-da yaşamağa başlamış, özəl tibb xəstəxanalarında tibb bacısı işləmişdir. 2016-cı ildə birlikdə İranın Məşhəd ziyarətində olduğu Şahid3 oğlu Şahid1 sonradan ondan xoşu gəldiyi üçün telefonla əlaqə saxlamağa başlamış və daha sonra şəhərdə üzbəüz görüşüb söhbət etmişlər. Xuraman onun ərdən boşandığını və bir oğlunun olduğunu deyərək evliliklərinə tərəddüd etməsinə baxmayaraq, oğlu Kamran qərara gəlmişdir ki, onunla evlənsin. Sonra bacısı Səbinənin evində elçiliyi olarkən ailəsi onun istəyi ilə Kamranla evliliklərinə razılıq vermişlər. xx.xx.2017-ci il tarixdə Kamran şəhərdə onunla görüşərək aldığı hədiyyəni verdikdən sonra icarəyə götürüb idarə etdiyi avtomobili ilə onu evinə apararkən yolda yeznəsi Xəyal zəng vuraraq harada olduğunu soruşduqda şəhərdə olduğunu demişdir. Sonra Kamran yeznəsi Xəyal ilə danışdığını bilərək nəyə görə onunla olduğunu yeznəsinə demədiyini soruşmuş, o isə hələ nişanları olmadığı üçün yeznəsinə birlikdə olduqlarını deməyə utandığını bildirmişdir. Həmin vaxt Kamran bununla bağlı ona başqa söz deməmişdir. Kamran ilə xx.xx.2017-ci il tarixdə restoranda nişanları, xx.xx.2017-ci il tarixdə isə «Mübarək» şadlıq sarayında toyları olmuşdur. Yenidən toyla ərə getməsini qonşularının bilmələrini istəmədiyi üçün şadlıq evinə bacısı Mətənətin evindən gəlin getmişdir. Toydan sonra bacısı Mətanətgilin Pirşağı qəsəbəsindəki bağ evində xx.xx.2017-ci il tarixədək Kamranla qalmışlar, bacısı Mətanətgil isə toydan sonra Moskvaya qayıtmışlar. xx.xx.2017ci il tarixdə yeznəsi Nazimin dəvəti ilə Kamranla Moskvaya gedərək oradakı evində qalmışlar, Kamran Moskvadakı gül mağazasında işlərə nəzarət etməyə başlamış, Nazim isə Mətənət və uşaqları ilə Bakı şəhərinə gəlmişlər. Moskvada yaşadıqları müddətdə Kamran onu yersiz qısqanmağa başlamış və tez-tez evə gələrək birdən evə yad kişi gəlməsindən narahat olduğunu demişdir. Moskvadan qayıtdıqdan sonra Kamran «Mersedes» markalı köhnə maşın alaraq taksi işləməyə başlamış, həmçinin Xəyalın yanında qapı satılması işlərində çalışmışdır. Həmin maşının alınması üçün özünün subay vaxtı yığdığı puldan təxminən 4.000 manat pulu Kamrana verərək bacısı Səbinəgildən borc aldığını demişdir ki, əri arxayın olmasın və pulu işləyib qaytarsın. Anasının mənzilində yaşadıqları zaman Kamran evə zəng vurub yersiz suallar verdiyinə və onun evdən çıxmağına görə anasına irad bildirib bezdirdiyi üçün yenə aralarında sözlə mübahisələr düşmüşdür. Bir dəfə yeznəsi Xəyal anasının evinə gələrək ondan borc istəyərkən həmin vaxt Kamran zəng vuraraq evdə kim olduğunu soruşduqda Xəyalın onlarda olduğunu və ondan borca pul istəməyə gəldiyini demişdir. Həmin vaxt Kamran telefonunu açıq qoymasını və Xəyal ilə nə barədə danışdıqlarını eşitmək istədiyini deyərkən, əsassız sözlərdən əsəbiləşib telefonu bağlamışdır. Sonradan Kamran bu məsələyə görə də boşuna sözlə mübahisə yaratmağa başlamış və bütün bunlara görə anasını daha incitməmək üçün kirayə çıxmalarını Kamrandan tələb etmişdir. Sonra bacısı Səbinəgilin evinin yaxınlığındakı Xətai rayonu, İ.İsmayılov küçəsi, 6 saylı binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 20 saylı mənzili kirayə tutub 2019-cu ilin avqust ayının sonları-sentyabr ayının əvvəllərinə kimi qalmışlar və məhz bu müddətdə xx.xx.2018-ci il tarixdə Nəzrin adlı qızları olmuşdur. Həmin mənzildə yaşadıqları müddətdə Kamran onu yenə qısqanmış, hətta yuxuda yatarkən onun xəyanət etdiyini deyərək bunun boşuna ola bilməyəcəyini bildirmişdir. 6-7 ay Kamran Xəyalın yanında işlədikdən sonra ayrılmışlar. Xəyal ilə Kamranın münasibətləri bir bacanaq kimi yenə də yaxşı olmuşdur. xx.xx.2018-ci il tarixdə bacısı Gülşənin ad gününü şəhərdəki kiçik restoranlardan birində ailələri birlikdə qeyd edərkən karaoke oxuyan zaman bacısı Gülşən səslənən mahnının sözlərini bilmədikdə mikrofonu ona uzatmış, o da bir neçə kəlmə oxuduqdan sonra mahnının sözlərini tam bilmədiyi üçün mikrofonu yanında olan Xəyala uzatmış və mahnını oxumağa davam etmişdir. Kamran isə həmin vaxt çöldən içəri baxmışdır. Sonra Kamran nəyə görə mikrofonu ona deyil, Xəyala verdiyini əsəbi şəkildə soruşmüş, özü isə ərinə bayaqdan çöldə olduğunu və Xəyal yanında olduğu üçün mikrofonu sonuncuya verdiyini, burada nə qəbahət iş olduğunu demişdir. Kamran isə sanki küsərək restoranı tərk edib evə getmişdir. Evə qayıtdıqdan sonra Kamrandan nəyə görə belə etdiyini soruşduqda isə deməyə başlamışdır ki, guya restoranda ortada oynayan zaman Xəyalın onun arxasına baxdığını görmüş, ona görə acıq edib evə gəlmişdir. Kamrana belə sözlər deməməsini, Xəyal ilə arasında yalnız bacı-qardaş münasibəti olduğunu bildirmişdir. Buna baxmayaraq sonrakı müddətdə Kamran yenə onunla yersiz mübahisələr etmiş, tez-tez bacanağı Xəyalı pisləmiş, onu hər kəsə qısqanmağa davam etmişdir. Sonrakı müddətdə aralarında mübahisə düşəndə yenə bacısı Səbinə və onun vasitəsilə bu barədə xəbər tutmuş bacısı Mətanət və sonuncunun əri Nazim onlara gələrək Kamrana hərəkətlərinə görə irad bildirmişlər. Kamran isə onların yanında demişdir ki, guya o, söyüşlə danışır, təhqir edir, cırmaq atır, buna baxmayaraq onu çox istəyir və ailəsinin dağılmasını istəmir. O, isə bacısıgilə bildirmişdir ki, Kamran incitdiyi üçün məcbur qalıb ərinə elədiyi hərəkətlərə görə cavab verir. Kamrana mübahisələri düşərkən onu istəmirsə və etibar etmirsə boşanmağı bildirsə də, əri həmişə demişdir ki, boşanmaq istəmir, bir daha ona qarşı pis hərəkət etməyəcəkdir. Lakin Kamran spirtli içki içən kimi yenə əvvəlki hərəkətlərini və sözlərini təkrarlamışdır. Arada isə Kamran demişdir ki, ona qarşı anası qızışdırır. Sonradan bir dəfə Kamranla aralarında mübahisə düşdükdə bacısı Səbinə onun qayınanası Xuramana zəng vurub bununla bağlı irad bildirdikdə, qayınanası bacısını öz evinə çağırmışdır. Həmin vaxt bacıları Səbinə və Mətanət onunla birlikdə qayınanasının evinə getmişlər, həmçinin bacısı Gülşənə də zəng vurub Təranə ilə oraya gəlməsini demişlər ki, söhbətin içində əvvəldən olmuşdur. Gülşən də Mətanətin baldızı Təranə ilə oraya gəlmişdir. Oradakı söhbət zamanı bacıları qayınanası Xuramana oğlu Kamranın nəyə görə onu incitdiyini, ondan nə istədiyini soruşduqda, qayınanası elə danışmışdır ki, oğlu Kamran ailələrində baş verənlərdə gunahın onda olmasını bildirmişdir. Həmin vaxt özünü saxlaya bilməyib qayınanasına demişdir ki, oğlu Kamran o həddə çaşıb ki, onu hətta bacısının əri Xəyala da qısqanır, guya Xəyalın onun arxasına baxdığını, aralarında nəsə olduğunu və sair danışır. Bu vaxt Səbinə əsəbiləşərək Kamranın ünvanına bəzi sözlər işlətmiş və bundan sonra küçədə olan Kamran içəri daxil olaraq kobud sözlərlə onlardan evini tərk etmələrini tələb etmişdir.Kamran isə təxminən bir ay anasının evində qaldıqdan sonra onun yanına qayıdaraq şirin sözlər deməklə barışmağa çalışmışdır. Ailəsinin dağılmaması xətrinə Kamranla barışmış, lakin bacıları daha Kamranla danışmamış, hətta Kamran evdə olanda onlara gəlməmişlər. 2019-cu ilin sentyabr ayının sonları-oktyabr ayının əvvəllərində Xətai rayonu, İ.İsmayılov küçəsindəki 16 saylı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindəki 1 otaqlı mənzilə köçdükdən sonra Kamranın onu qısqanmağı daha da çoxalmış, gah guya onun balkondan məhəllədəki oğlanlara baxdığını, gah da guya evinə kənar kişilər gəldiyinin ona deyildiyini danışmış, işə getmək adı ilə evdən çıxdıqdan bir müddət sonra evə qayıdıraraq guya işdən icazə aldığını deməklə evdə olmuş, bəzən işdən gələn kimi balkona, çarpayının altına baxmış və sanki kimisə axtarmışdır. Bütün bunlardan bezərək Kamrana demişdir ki, daha dözə bilmir, ondan boşanacaq. Kamrandan nəyə görə belə etdiyini soruşarkən demişdir ki, ona qarşı əlində faktı vardır, vaxtı gələndə göstərəcək. 2019-cu ilin təxminən noyabr ayında kirayə qaldıqları mənzildə olmadığı zaman Kamran yatdıqları otağın divarına iri divar saatı bərkitmiş və demişdir ki, guya işdən gətirmişdir. Bundan bir neçə gün sonra isə Kamran evdə ona öz mobil telefonunda bir səsyazmaya qulaq asdırmış və oradakı kişi səsini tanıyıb-tanımadığını soruşmuşdur. Səsyazmada qapıları möhkəm döyüldükdə qızına «Nəzrin dayan qapı döyülür» demiş, sonra möhkəm döyülən qapının açılması və çox yavaşdan tanıya bilmədiyi kişi səsi ilə «salam» deyildiyi eşidilmişdir. Kamrana səsyazmanın ardının necə olduğunu, qapının bağlanmasının eşidilmədiyini deyərkən isə əri bildirmişdir ki, narahat olmasın, onlar da olacaqdır. Lakin Kamran ona heç nə göstərməmiş və işə gedərkən telefonunu evdə diktafonu açıq vəziyyətdə qoyduğunu və sonradan bu səsyazmanı aşkar etdiyini bildirmişdir, «salam» deyən kişinin kim olduğunu soruşmağa başlamışdır. O, həmin səsdən kimə məxsus olduğunu bilmədiyini, bəlkə KTV işçisi qapını döyərkən qapını açdığı zaman həmin işçinin səsi olduğunu bildirmiş, Kamran isə başqa heç nə deməmişdir. Bir neçə gün sonra, yəni artıq 2019-cu ilin dekabr ayının əvvəllərində bacısı Mətanətin evində olarkən onunla və bacısı Gülşənlə həmin səsyazma barədə danışmış və Kamranın onu başqası ilə yaxınlıq etməkdə şərləməyə başladığını bildirmişdir. Həmin vaxt yeznəsi Nazim də evdə olmuş və bunları eşitmişdir. Söhbət zamanı bacılarına və yeznəsi Nazimə artıq Kamrandan bezdiyini və boşanmaq istədiyini, lakin nikah haqqında kağızın onda olmadığını bildirmişdir. Nazim isə boşanmaq lazım olmadığını bildirmiş və lazım olsa Kamranla görüşüb bu barədə söhbət edəcəyini demişdir. Səhəri gün günorta saatlarında bacısı Səbinənin oğlu Şahin onlara gələrək əvvəldən bacısından istədiyi telefonun adaptoronu gətirib ona vermiş və sonra harasa çıxıb getmişdir. Bir müddət sonra yeznəsi Nazim onlara tək gələrək demişdir ki, əri Kamran axşam zəng vurub söhbətə çağırmış, dediyi telefondakı səsyazmanı ona qulaq asdıraraq «salam» verən kişini səsindən tanıyıb-tanımadığını soruşmuş, o, isə həmin səsi tanımadığını bildirmişdir. Yeznəsi Nazimdən kişi səsinin kimə aid olduğunu, bunun Xəyalınmı səsimi olduğunu soruşmuşdur. Çünki Kamran açıq deməsə də, səsin yeznəsi Xəyalın səsi olduğuna işarə etmişdir. Nazim isə onun səsinin aydın eşidildiyini, lakin kişi səsinin kimə məxsus olduğunu bilmədiyini yenə demişdir. Nazimin də səslə bağlı şübhəli olduğunu görüb xahiş etmişdir ki, Kamrandan həmin səsyazmanı alıb yoxlatdırsın ki, görsünlər kimin səsidir. Çünki əmin olmuşdur ki, bu Kamranın qurama işinə bənzəyir və məqsədi onu şərləyib dilini hamının yanında qısa etməkdir. Nazim demişdir ki, Kamrandan səsyazmanı istəyəcək, lakin verib-verməyəcəyini bilmir. Həmçinin Nazim demişdir ki, səsyazma ona verilsə də, çalışıb bu məsələdən başı çıxan bir adam tapacaq və oraya da onunla birlikdə gedəcək ki, hər şey aydınlaşsın. Bundan başqa, həmin söhbət zamanı Nazim ona nikah haqqında şəhadətnaməsini verərək Kamrandan aldığını bildirmiş və boşanmağı məsləhət bilmişdir. Həmin ərəfədə yeznəsi Xəyal özü üçün «Kontakt Home» telefon dükanından mobil telefon alarkən xahişi ilə ona da öz adına «RedmiNote 8» markalı mobil telefonu kreditə almışdır ki, pulunu hissə-hissə özü ödəsin. Buna qədər isə bacısı Gülşən onun üçün öz adına «Baksell» nömrəsi almışdır ki, Kamranla ayrılası olsa, həmin nömrədən istifadə etsin ki, Kamran onu bezdirməsin. Lakin həmin təzə nömrədən hələ istifadə etməmişdir. Xəyalın telefon alması barədə əri Kamrana demiş və əri buna narazılıq etməmiş, hətta krediti özünün ödəyəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə günorta evə gələn Kamrana boşanmaq istədiyini bir daha israrla deyərkən, Kamran ondan ayrılmaq istəmədiyini təkidlə bildirmiş, sonra isə «mən sənə bir söz deyəcəm, sən məndən üzr istəyəcəksən» sözlərini işlədərək mətbəxə gizli kamera quraşdırdığını deyərək öz mobil telefonunda onun mətbəxdə yarıçılpaq vəziyyətdə əlindəki mobil telefonu ilə özünü çəkməyi və bunu internet saytında nümayiş etdirməyinə dair görüntüləri göstərərək demişdir ki, bu videoları ailə üzvlərinə göstərəcək. Kamran mətbəxdəki şkafda quraşdırılmış həmin kameranı da ona göstərmiş, lakin çıxarmamış və ona da çıxarmağa imkan verməmişdir ki, sonra özü çıxaracaq. O, həmin vaxt səhv etdiyini ərinə etiraf etmiş və Kamrana daha boşanmayacağını, özünün də bundan sonra ona qarşı normal münasibət göstərməsini, spirtli içkini tərgitməsini, məsciddə buna and içməsini xahiş etmişdir. Kamran razılaşdığını bildirmiş və bu gün işdə olduğu üçün məscidə gedə bilməyəcəyini, növbəti gün səhər işdən gəldikdə birlikdə məscidə and içməyə gedəcəklərinə söz vermişdir. Ərinə inanmış, hətta ailəsinin dağılmaması üçün intim münasibətdə də olmuşdur. Saat 18:05-də Kamran işə getmək adı ilə evdən çıxmışdır. Bir qədər sonra növbəti gün ad günü olacaq bacısı Gülşən onlara elə-belə gəldikdə, Gülşənə sakit danışmağı və sözlərinə fikir verməsini, çünki Kamranın evdə kamera quraşdırdığını demişdir. Həmin vaxt bacısı Mətanət də öz evindən ona zəng vurmuş və görüntülü şəkildə bir-biriləri ilə danışmışlar. Otaqda söhbət edərkən Kamranın mətbəxdən başqa digər yerlərə də kamera qoymasından şübhələnərək bu barədə öz aralarında söhbət edərkən, Kamran ona zəng vuraraq evdə kim olmasını soruşmuşdur. Bacısı Gülşənin gəldiyini dedikdə, Kamran bacısını nəyə görə çağırdığını soruşmüş, o, isə bacısının özünün gəldiyini bildirmişdir. Sonra Gülşənlə hamam-tualeti və otağı axtarmışlar və otaqdakı saatın içərisində kamera olmasını müəyyən edərək oradan çıxarmışlar. Bu zaman Kamran yenidən zəng vuraraq nə saat söhbəti etdiklərini soruşmuş, ərinə kamera tapdıqlarını deyərkən isə əri toxunmamalarını bildirmişdir. Lakin ərinə artıq həmin kameranı sındırdığını demişdir. Kamran əsəbiləşərək kameraya bir şey olsa, başına oyun açacağını, kameranın əmanət olduğunu demişdir. Sonradan Kamran zəng vurduqda bacısı Gülşən danışaraq evə kamera qoymasına görə acıqlanmış və evə gəlməsini təkid etmiş, lakin Kamran gəlməyəcəyini, onun gedişindən sonra evə gələcəyini bildirmişdir. Gülşən çıxıb getmiş, lakin mətbəxdəki kameraya toxunmamışlar. Sonra Kamran zəng vuraraq nəyə görə belə etdiyini, axı onların and içərək hər şeyin yaxşı olacağını bildirdiklərini, niyə hər şeyi məhv etdiyini demiş, o, isə Kamrana nəyə görə otaqdakı kamera barədə bir söz demədiyini bildirmişdir. Kamran həmin gecə saat 02 radələrində sərxoş vəziyyətdə evə gələrək demişdir ki, otaqdan çölə çıxmasın, adam gəlib mətbəxdəki kameranı çıxaracaq. Kamran kiməsə zəng vurub həyətdən çağırmış və sonra onun qapının aşağısından gördüyünə görə 2 nəfər tanımadığı oğlan gələrək mətbəxə sakitcə Kamranla keçmiş və oradakı kameranı çıxarmışlar. Kamran özü otağa daxil olaraq divardakı saatı da çıxartmış, sonra gələn oğlanları yola salmış, hətta nə qədərsə pul verdiyini də sözlərindən başa düşmüşdür. Bir az sonra isə Kamran taksi çağıraraq özü də saatı götürüb getmişdir. Sonra mətbəxə baxanda görmüşdür ki, oradakı kamera yoxdur. Saatdan çıxarılmış kameranı gizlətsə də, yaddaş qurğusu olmamışdır. xx.xx.2019-cu il tarixdə Kamran evə gəlməmiş, o, da evdə qızı ilə tək qalmışdır. xx.xx.2019-cu il tarixdə bacısı Gülşənin bir gün əvvəlki ad günü ailəvi olaraq restoranda qeyd edilərkən oraya çağırılsa da, əhvalı yaxşı olmadığı üçün getməmişdir. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Kamran zəng vuraraq evdə olduğunu öyrənmiş və sonra yaşadıqları evə tək gəlmişdir. Həmin vaxt sərxoş vəziyyətdə olmayan Kamran kəbab da alıb gətirmiş və qızı Nəzrinlə birlikdə yemişlər. Kamrandan küsdüyü üçün əri ilə oturmamış və kəbab yeməmişdir. Kamran ona qıza pampers almaq və deyəsən anasının borcunun bir hissəsini ödəmək üçün 100 manat da pul vermişdir. Kamrana demişdir ki, üstünə çox şərlər atmışdır və artıq ondan bezmişdir, daha boşanmaq istəyir. Kamran evdən gedəndən sonra bir daha görüşməmişlər. Lakin gecə saatlarında «WhatsApp» proqramı vasitəsilə Kamranın telefonuna mesaj göndərərək yazmışdır ki, onunla daha əlaqə saxlamasın, onun üçün daha yoxdur, qızı ilə görüşmək istədikdə isə görüşəcəkdir. Həmin gecə, yəni artıq xx.xx.2019-cu il tarixdə saat 01-02 radələrində isə Kamran ona «WhatsApp» proqramı vasitəsilə yazmışdır ki, gedib kefini çəksin, buna qədər də onsuz kef eləyib. Daha Kamrana cavab yazmamış və gecəni də evində qızı ilə tək qalmışdır. xx.xx.2019-cu il tarixdə səhər saat 09:30 radələrində bacısı Səbinə zəng vuraraq öz evlərinə təcili çağırmış ,Nəzrinlə piyada bacısının evinə getdikdə bilmişdir ki, bir qədər əvvəl polislər əri Xəyal barədə maraqlanmağa başlamış, Mehmandarov küçəsində əri ilə bağlı hadisə baş verdiyini demiş, lakin dəqiq izah etməmişlər. Bir müddət sonra isə Səbinə polis bölməsinə çağırılmış və məlum olmuşdur ki, əri Xəyal Xətai rayonu, Mehmandarov küçəsində odlu silahla qətlə yetirilmişdir. Elə həmin gün Kamran Xəyalı öldürməyə görə tutulduqda, bunu etiraf etmişdir. Kamranın Xəyala atəş açdığı silahı haradan və kimdən əldə etdiyini dəqiq bilmir, çünki bu barədə əri ona bir söz deməmiş, həmçinin Kamranda odlu silah görməmişdir. Düşünür ki, Kamran Xəyalı onu qısqandığına görə öldürmüşdür. Həqiqətdə isə Xəyal ilə onun arasında heç bir intim münasibət olmamışdır. Əri Kamran ona Xəyalı öldürmək istəməsi barədə heç vaxt bir söz deməmişdir. Kirayə yaşadığı mənzildə təxminən 1 həftə ərzində mobil telefonla özünü çəkib xarici ölkələrdə yaşayan və tanımadığı, ünvanını, əlaqə telefonunu bilmədiyi kişilərə nümayiş etdirmişdir ki, görüntülərini nümayiş etdirdiyi yer internetin pullu saytlarından biridir, saytın adını isə unutmuşdur. Adına kart açaraq saytda yerləşdirdikdən sonra görüntüyə baxan oraya pul köçürməli imiş, lakin hələ kart açdırmamışdır. Məhkəmə iclasında şahid qismində dindilmiş Şahid8 bildirmişdir ki, 2018-ci ilin sonları-2019-cu ilin əvvəllərində bacısı Şahid2 yenə də əri Şahid1 incitdiyini və ailəsində söz-söhbət saldığını eşidərək sonuncunun anası Xuramanın Nəsimi rayonundakı evinə bacıları ilə getmişlər və oradakı söhbət zamanı bacısı Samirə daha dözə bilməyərək qayınanası Xuramana əri Kamrandan şikayətlənərkən ağzından çıxartmışdır ki, əri Kamran ona demişdir ki, bacısı Gülşənin ad gününü restoranda qeyd edərkən ortada oynayanda Xəyal onun arxasına baxmışdır. O, bacısının bu sözlərdən əsəbiləşərək ərinin adını hallandırmasına görə Kamrana nalayiq sözlər işlətmiş və daha sonra Kamran evə daxil olaraq onları evdən qovmuşdur, ona görə həmin hadisədən sonra o və bacıları Xuramanla ünsiyyəti tamamilə kəsmişlər, Kamranla da araları dəymişdir. Həmin söhbəti əri Xəyala deməsə də, ərindən xahiş etmişdir ki, Kamrandan uzaq dursun, ünsiyyəti olmasın. Sonradan Samirənin deməsindən bilmişdir ki, əri Kamranla möhkəm araları dəymişdir və Kamran daha kirayə qaldıqları evdə gecələmir, öz anasının evində qalır, yalnız arada kirayədə qaldıqları evə gələrək yuyunub gedir. Həmin ərəfədə eşitmişdir ki, yeznəsi Nazim bacanağı Kamranı digər bacanaqları Vüqarın evinə apararaq danlamışdır ki, Samirəni bir daha incitməsin. Sonradan isə eşitmişdir ki, Kamran bacısı Mətanəti evlərinə çağıraraq onun yaxşı adam olduğunu demiş və sonra arvadı Samirədən şikayətlənmişdir. Eyni zamanda eşitmişdir ki, Samirə ilə Kamranın aralarındakı mübahisələr bitmədiyindən Nazim boşanmalarını demiş, hətta Kamrandan nikah haqqında şəhadətnaməni alıb Samirəyə vermişdir ki, məhkəmə qaydasında boşansın. Əri Xəyalın qətlindən əvvəl bacısı Mətanətin deməsindən eşitmişdir ki, Kamran telefonundakı nəsə səsyazmanı arvadı Samirəyə və əri Nazimə qulaq asdıraraq guya evdə olmadığı zaman evinə gəlmiş kənar kişinin səsini yazmışdır. Samirə isə demişdir ki, əri Kamranın dedikləri yalandır, əgər şübhələri varsa, Nazim gedib Kamrandan həmin səsyazmanı alıb yoxlatdıra bilər. Sonra nə baş verdiyini bilməmişdir. Kamranın evdə kamera qoyması və Samirənin hansısa görüntülərinin olduğunu deməsini və bu məsələ ilə bağlı Nazimin Kamranla görüşməsini isə yalnız əri Xəyalın qətlindən sonra eşidib bilmişdir. 2019-cu ilin dekabr ayında Xəyal mağazasına Kamranın gəlməsi barədə ona danışarkən həmçinin demişdir ki, Kamran həmin vaxt ona telefonunda nəsə səsyazma olması və bunu artıq Nazimə də göstərməsi barədə bildirmişdir, lakin buna əhəmiyyət verməmiş və səsyazmaya qulaq asmamışdır. Videogörüntü barədə ərinin məlumatı olmasını eşitməmişdir, əgər Xəyalın bundan məlumatı olsaydı, yəqin ki, ona bu barədə danışardı.xx.xx.2019-cu il tarixdə saat 07:45 radələrində əri Xəyal qızları Nərmini evdən götürüb yaxınlıqdakı avtodayanacağa getmişdir ki, orada saxladığı «Mersedes E-Class 270» markalı avtomobili ilə 264 saylı məktəb-liseyə aparsın. Oğlanları Şahin və Aydın isə hələ evdə yatmışlar. Xəyala demişdir ki, Nərmini məktəbə düşürüb evə bazarlıq da etsin. Saat 09 radələrində evlərinə 35-ci PBnin polis əməkdaşları gələrək qarışıq danışmaqla guya əri Xəyalın avtoqəza ilə baş vermiş kütləvi davada iştirak etməsini demiş, ərinin harada olduğunu, nə işlə məşğul olduğunu soruşmağa başlamışlar. O, suallara cavab vermiş və həmçinin əri Xəyalın telefonuna zəng vursa da cavab verməmişdir. Ərinin harada olduğunu soruşduqda isə polislər dəqiq bir cavab verməyərək demişlər ki, guya əri hansısa kameraya düşmüşdür. Əri Xəyal ilə nəsə baş verdiyini, polislərin sadəcə dərhal ona demək istəmədiklərini başa düşərək qayınatası Aydına zəng vuraraq polislərin gəlməsi barədə xəbər vermişdir. Həmçinin bacısı Samirəyə, anası Xuramana və bacısı Gülşənə zəng vurub evlərinə çağırmışdır. Oğlanları və qayınatası 35-ci PB-nə getdikdən sonra oğlu onun da 35-ci PB-nə çağırıldığını bildirmiş və ona görə bölməyə getmişdir. Orada əri Xəyal ilə bağlı suallar verilərkən başa düşmüşdür ki, əri öldürülmüşdür. Həmin bölmədə ilk olaraq oğlu Şahinə, sonra isə ona hadisənin baş verdiyi ərazidəki müşahidə kamerasında qeydə alınmış görüntülər göstərildikdə, hadisə yerindən qaçan şəxsin yeznəsi Kamran olduğunu görüb bu barədə polislərə demişdir. Həmin gün Kamranın artıq tutularaq Xəyalı tapança ilə vurub öldürdüyünü etiraf etdiyini, bunu isə guya əri Xəyalın arvadı Samirə ilə münasibətinə görə etdiyini eşitmişdir. Məhkəmə iclasında ifadə verən Şahid3 ifadələrində göstərmişdir ki, X5 ilə birgə nikahlarından Aygün və Aysel adlı qızları, Kamran adlı oğlu olmuşdur. Həmin ərəfədə Kamranı evləndirmək istəmiş və oğlunun Samirədən xoşu gəldiyi üçün Nazimin bacısı Təranəyə bu barədə demişdir. Təranənin deməsindən bilmişdir ki, Samirə əvvəllər ərdə olmuş və sonra boşanmışdır, əvvəlki ərindən bir oğlu da vardır. Kamrana bu barədə dedikdə, oğlu əvvəl tərəddüd etsə də, Samirə ilə dəfələrlə görüşdükdən və telefonla danışdıqdan sonra həmin qızla evlənmək istədiyini bilmişdir. xx.xx.2017-ci il tarixdə Kamran ilə Samirənin «Mübarək» şadlıq sarayında toyları olmuş və həmin gün Samirə məhz Nazimin evindən gəlin köçmüşdür. Toydan sonra Samirə ilə X10 qəsəbəsindəki bağ evində, sonra isə Nazimin Moskva şəhərindəki evində yaşamış və Nazimin gül mağazasında işləmişlər. 2017-ci ilin avqust ayında Kamrangil Samirənin təkidi ilə Bakı şəhərinə qayıtmış və bir müddət Samirənin anası Xuramanın Xətai rayonundakı 3 otaqlı mənzilində yaşamışlar. Sonradan Samirə öz anasının evində qalmaq istəmədikdə onların evinin yaxınlığında kirayədə qalmalarını təklif etmiş, Samirə isə öz anasına yaxın yaşamaq istədiyini bildirərək Xətai rayonu ərazisində, həm anası, həm də bacısı Səbinənin yaşadığı binalara yaxın bir binada mənzil kirayə tutub orada qalmağa başlamışlar. Həmin mənzildə yaşayarkən Samirə ilə Kamranın xx.xx.2018-ci il tarixdə Nəzrin adlı qızları olmuşdur. 2019-cu ilin təxminən oktyabr ayında isə Samirə və Kamran əvvəl yaşadıqları evin yaxınlığındakı tanımadığı başqa binada kirayədə yaşamağa başlamışlar. Sonuncu mənzildə heç vaxt olmamışdır. Kamran bir dəfə demişdir ki, Xəyal onu başqa yerə iş dalınca göndərəndən sonra onun evinə getmişdir və Xəyal yaxşı adam deyil. Kamran həmçinin demişdir ki, Xəyalın onun arvadı ilə telefonla dəfələrlə danışdığını müşahidə etmişdir, Xəyal onun arvadına yaxşı gözlə baxmır. Samirədən əvvəldən xoşu gəlməsə də, oğlunun ailəsinin dağılmaması xətrinə əvvəlki dövrdə Kamranı sakitləşdirmişdir ki, ailəsi ilə mehriban olsun. Samirə ilə isə bu barədə danışmamışdır. Lakin Kamran yenə də eyni sözləri deyərək arvadının Xəyal ilə əlaqəsindən şübhələnmişdir. Belə olan halda Kamrana bildirmişdir ki, arvadından boşansın. 2019-cu ilin ortalarından sonra Kamran onun evinə gələrək Samirə ilə yenə mübahisələri düşməsini deyəndə, Səbinəyə zəng vurub demişdir ki, bacısı Samirəyə başa salsın ki, oğlu ilə normal davransın, ailəsini dağıtmasın. Bundan sonra Səbinə, bacıları Samirə, Mətanət, Gülşən və Nazimin bacısı Təranə onlara gələrək onu və oğlu Kamranı təhqir etməyə başlamış və baş verənlərdə onları günahkar çıxartmaq istəmişlər. Samirəgil nəvəsini də onun evində qoyub çıxıb getdikdən sonra, daha Samirə və bacıları ilə ünsiyyət saxlamamış, oğlu Kamrana isə Samirə ilə boşanmasını tapşırmışdır. Lakin Kamran demişdir ki, arvadı Samirə xəyanət etdiyini boynuna almaq istəmir, hamının yanında onu yalançı çıxarır və təhqir edir, ona görə Samirənin Xəyal ilə əlaqəsini sübut edərək qohumlarına Samirənin kim olduğunu bildirəcək. Sonra Kamran qızını kirayədə yaşadıqları mənzilə aparmışdır. Samirənin oğlu Ramin son vaxtlar atasının yanında qalmışdır. Kamran hansısa şirkətdə mühafizəçi işləməklə üç gün gecə işdə olduqdan sonra, üç gün istirahət etmişdir. Bir dəfə Kamran ona öz telefonunda bir səsyazmaya qulaq asdıraraq Xəyalın onun evinə gəldiyini bildirmişdir. Səsyazmadan bilmişdir ki, Samirə qızı Nəzrinlə evdə olarkən qapı döyülür, Samirə qızına nəsə deyir, qapı açıldıqda isə Xəyalın səsinə oxşayan biri nəfər kişi qalın səslə salam verir, sonra isə intim münasibətdə olmağa xarakterik səslər eşidilir. Kamranın əlindən xəta çıxa biləcəyini düşünərək oğlunu sakitləşdirməyə başlamış və yalandan demişdir ki, adi məsələlərdir, burada elə bir pis hərəkət yoxdur. Kamran isə yenə də inanmamış və Samirənin Xəyal ilə yaxınlıq etdiyini təkrarlamışdır. Sonradan Kamranın deməsinə görə həmin səsyazmanı arvadı Samirəyə qulaq asdırmış, Samirə isə yenə də Xəyal ilə yaxınlığı olmasını boynuna almamış, lakin eyni zamanda səsyazmanın yayılmasına görə çox narahat olaraq ondan üzr istəyərək xahiş etmişdir ki, səsyazmanı yaymasın, telefonundan silsin, ona şans versin və heç kimə göstərməsin. Kamranın həmin səsyazmanı başqa kiməsə göstəribgöstərməməsini dəqiq bilmir. Kamran demişdir ki, uşağının xətrinə arvadı Samirəyə yenə şans vermişdir ki, ailəsi dağılmasın. Lakin sonradan Kamran yenə Samirədən şikayətlənməyə davam edərək bildirmişdir ki, arvadı yenə də Xəyal ilə əlaqəsini davam etdirir. Kamran arada bacanağı Nazimə də zəng vuraraq arvadı Samirənin hərəkətlərindən, sözünə baxmamasından şikayətlənmiş, Nazim isə hər ikisinə birgə uşaqları olduğunu və mehriban olmalarını demişdir. 2019-cu ilin noyabr ayında bir dəfə Kamran evlərindəki iri divar saatını götürüb Samirə ilə kirayədə qaldığı mənzilə aparmış və həmin vaxt səbəbini deməsə də, sonradan demişdir ki, həmin saatda kamera quraşdıracaq ki, arvadı Samirənin ona xəyanət etməsini video ilə sübut etsin. Dəfələrlə Kamrana belə etməməsini demiş, Kamran isə dəqiq bir cavab verməmiş və yalnız demişdir ki, Samirə yenə də onları nalayiq sözlərlə söyüb təhqir edir və ona görə Samirənin xəyanətini sübut edəcək, bundan sonra isə boşanacaqdır. 2019-cu ilin dekabr ayının ortalarında Kamran demişdir ki, bacanağı Xəyal onun arvadı Samirəyə təzə telefon və nömrə alıb vermişdir, kirayədə qaldıqları evdə quraşdırdığı kamerada arvadı Samirənin əxlaqsız hərəkətlər etməsinə dair görüntülər vardır və həmin görüntülərə öz mobil telefonunda baxmışdır. Kamran öz telefonundakı həmin görüntüləri ona təqdim etdikdə görmüşdür ki, Samirə mənzilin otağında və mətbəxində öz mobil telefonu ilə kiməsə özünün çılpaq bədəninin görüntülərini göstərir, yaş yarımlıq qızı da yanında baxır. Bu görüntüləri götürüb Samirənin anasına və bacılarına göstərərək oğlunun neçə müddətdir dediklərinin doğru olmasını bildirəcəyini dedikdə, Kamran razılaşmamış və onun işinə qarışmamasını, özünün bu məsələni həll edəcəyini demişdir. Lakin Kamran həmin vaxt Samirəni və ya Xəyalı öldürəcəyini deməmişdir. 25 və ya xx xxxxxx 2019-cu il tarixdə Kamran arvadının kirayədə qaldığı evə apardığı divar saatını və kameranı onun evinə gətirmişdir. Kamran demişdir ki, arvadı Samirəyə kameradakı görüntüləri göstərmiş, Samirə isə ona yalvararaq görüntüləri heç kimə göstərməməsini, bir daha belə etməyəcəyini, məscidə gedib tövbə edəcəyini demişdir. Kamrana demişdir ki, arvadı Samirədən boşansın, telefon nömrəsini də dəyişsin və Samirə ilə əlaqəsini tam kəssin ki, bu məsələyə birdəfəlik son qoyulsun. xx.xx.2019-cu il tarixdə axşam Kamran sərxoş vəziyyətdə evə gəlmiş və bikef olmuşdur. Kamrandan nə baş verdiyini soruşduqda, ona «sənlik deyil» deyə cavab verərək heç nəyi izah etməmişdir. Evləri bir otaqlı olduğundan Kamran da onlar olan otaqda çarpayıda uzanmışdır ki, yatsın. Lakin Kamran rahatlana bilməmiş və tez-tez həyətə çıxıb-qayıtmışdır. Kamranın kiminləsə görüşməsini və ya telefonla danışmasını görməmişdir. Həmin gecə saat 01-02 radələrində Kamran çölə çıxandan sonra xeyli müddət evə qayıtmadığından narahat olaraq oğluna zəng vurub harada olduğunu və nəyə görə evə qayıtmadığını soruşmuş, Kamran da gələcəyini demiş və bir müddət sonra evə qayıdaraq yenə çarpayıda uzanmışdır. Lakin Kamran yenə də çox narahat olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 06-07 radələrində, hələ hava qarınlıq olarkən Kamran yenə həyətə çıxmış, sonra isə evə qayıdaraq mobil telefonunu evdə qoyub əyninə üst paltarları geyinərək harasa çıxmağa hazırlaşmışdır. Kamrandan bu zaman haraya getmək istədiyini soruşduqda isə, oğlu əsəbi şəkildə «Sənə nə var? Özüm bilərəm hara gedirəm. İşim var» deyərək evdən həyətə çıxmışdır. Həmin vaxt Kamranın əlində heç nə olmamışdır, cibində nəsə olub-olmamasını isə bilmir. Bir qədər sonra səhər namazını qılmış və ev işləri ilə məşğul olmağa başlamışdır. Saat 09-10 radələrində Kamran tək evə qayıtdıqda çox həyəcanlı olduğunu, əllərinin əsdiyini, rənginin qaçdığını görmüş və oğlundan nə baş verdiyini soruşmuşdur. Kamran isə «heç nə, heç nə» deyərək həyətə və çölə çıxıb-geri qayıtmağa başlamışdır. Dəfələrlə Kamrandan nə baş verdiyini soruşduqdan sonra isə, oğlu yalnız «Mama, birdən mən uzağa getdim, narahat olma, səninlə görüşəcəm» sözlərini demişdir. Bir müddət sonra Kamran qapıda gözləyərkən polis əməkdaşları gəlmişdir. Kamran polislər gələndən sonra demişdir ki, bacanağı Xəyalı bu gün səhər namus məsələsinə görə öldürmüşdür. Həmin gün sonradan Kamran ifadəsinin yoxlanması zamanı müstəntiqə həyətlərindəki kiçik otaqda Xəyala atəş açıb öldürdüyü tapançanı gizlətdiyi yeri göstərmiş və oradan tapança götürülmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Xəyalın maqazininə 2 dəfə getmişdir. Xəyal ona qapı söz vermişdir. Lakin hərdən bir bəhanə gətirərək söz verdiyi qapıları ona verməmişdir. O, Xəyala demişdir ki, yalan danışdığına görə bir gün onu vuracaqlar. O, heç vaxt Samirəyə Nazimin onu pulla susduracağını deməmiş, Xəyalla münasibəti normal olmuş, Xəyala onu öldürəcəklərini deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid6 ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək Təqsirləndirilən şəxs ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında hazırda hərbi xidmətdə olan Şahid7 ifadəsi elan edilərək tədqiq edilmişdir, onun ifadəsi şahid Şahid8 ifadəsinə oxşar olmuşdur. Məhkəmə iclasında Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14, Şahid15 ibtidai istintaq zamanı verdilkləri ifadələr elan edilərək tədqiq edilmişdir. Onların ifadələri Təqsirləndirilən şəxs və Şahid1 ifadələrində göstərdikləri xüsusatlara oxşar olmuşdur . İş materiallarına əlavə edilmiş “götürmə aparılması haqqında” xx.xx.2019-cu il tarixli qərar və protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən «Nəlbəki» restoranındakı müşahidə kamerasında xx.xx.2019-cu il tarixdə qeydə alınmış müvafiq görüntülər «CD» diskə yazılaraq götürülmüşdür. Videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı ünvan 3 ünvanında yerləşən «Nəlbəki» restoranının içərisində quraşdırılmış videomüşahidə kameralarında xx.xx.2019-cu il tarixdə qeydə alınmış və 01 ədəd diskə köçürülmüş videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 15:50 radələrində həmin restorana daxil olaraq «kiçik zal» kimi adlandırılan otağın uzaq sol küncündə olan masada əyləşir və sonra mobil telefonu ilə kiminləsə danışmağa başlayır, saat 15:54-də masa xidmətçisi masaya 03 ədəd çay stəkanı qoyu, daha sonra Təqsirləndirilən şəxs öz masasında çay içməyə başlayır. Saat 16:02-də Şahid1 həmin restorana daxil olaraq Təqsirləndirilən şəxs əyləşdiyi masaya yaxınlaşıb onunla görüşdükdən sonra həmin masada Təqsirləndirilən şəxsla üzbəüz əyləşir, daha sonra öz gödəkcəsinin cibindən çıxartdığı sellofan torbanı Təqsirləndirilən şəxs uzadır, Təqsirləndirilən şəxs həmin sellofan torbanı açaraq içərisində olan kiçik ölçülü əşyanı çıxarıb baxaraq həmin əşyanı sellofan torbaya qoyub öz gödəkcəsinin cibində yerləşdirir. Sonra Təqsirləndirilən şəxs ilə Şahid1 üzbəüz əyləşərək çay içərək söhbət edirlər, lakin səsləri yazılmadığından danışıqlarının məzmunu bilinmir. Saat 16:18-də Şahid1 ayağa qalxaraq həmin masanı tərk edərək restorandan çıxır, ardınca isə Təqsirləndirilən şəxs da həmin masadan qalxaraq çayın pulunu ödəyərək restoranı tərk edir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirin seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs oğlu məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ailəlidir və xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2003-cu il təvəllüdlü X9 adlı iki uşağı var. İş materiallarına əlavə edilmiş “xxxx” MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilmişdir. Məhkəmə ittiham tərəfinin sübutlarını aşağıdakı qaydada təhlil edərək qiymətləndirmişdir. Belə ki, iş materiallarından məlum oldu ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı verdiyi ittihamı yalnız Şahid1 ifadəsi üzərində qurmuşdur. Halbu ki, məhkəmə iclasında dindirilən Şahid1 bacanağı Təqsirləndirilən şəxs Xəyalı öldürmək istədiyini heç vaxt demədiyini və istintaqa belə ifadə vermədiyini, əksinə istintaq zamanı bütün üzləşdirmələrdə Xəyalı öldürəcəyi barədə heç kimə heç nə demədiyini qeyd etmişdir. Samirə ilə dalaşdıqdan sonra anasının yaşadığı evə getmiş və orda pivə içdikdən sonra Xəyalı Samirə ilə yaxınlıq etdiyinə görə cəzalandırmaq qərarına qəldiyini, Nazimin və ya digər bir şəxsin bu cinayətlə heç bir əlaqəsinin omadığını bir daha ifadəsində göstərmişdir. İttiham tərəfi bu kimi ifadələri qiymətləndirmir və sübut kimi qəbul edir, lakin hansı əsasa və hansı digər sübutla bu nəticəyə gəlməsini açıqlamır, təhlil etmir, yoxlamır və qiymətləndirmir. İş materiallarına əlavə edilmiş (iş vərəqi 1-3, cild 4) xx xxxx 2020-ci il tarixli qərardan məlum olur ki, təqsirləndirilən şəxs Şahid1 yenidən Azərbaycan Respublikası CM-nin 120.1 və 228.1-ci maddəsi ilə ittiham elan edilir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə Şahid1 müstəntiq tərəfindən dindirilir (ifadəsi iş vərəqi 4-14, cild 4) həmin ifadəsində Şahid1 göstərir ki, Nazimlə “Nəlbəki” restoranında görüşüb çay içərək ona kameranın yaddaş qurğusunu verir. Nazim ona başqasının əlinə keçməsin deyə görüntüləri silməsini deyir, sonra restoranı tərk edərək yaşadığı mənzilə getdiyini göstərir. Həmin ifadədə Xəyalı öldürəcəyi barədə hər hansısa bir söhbət getmir. Daha sonra müstəntiq (iş vərəqi 15-16, cild 4) xx xxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə ittiham elan edilir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən dindirilir (ifadəsi iş vərəqi 21-28, cild 4) həmin ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərir ki, bacanağı Kamranın “Nəlbəki” restoranında və hər hansısa başqa yerdə Xəyalı öldürmək istəməsi və ya öldürəcəyi barədə ona heç vaxt heç nə deməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan (iş vərəqi 64-66, cild 3) görünür ki, Şahid1 vəkil Adəm Məmmədovun sualına cavab verərək Xəyal Cəfərovu öldürəcəyi barədə hadisədən əvvəl heç kimə heçnə demədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən məlum olur ki, Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsiri bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən Şahid1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şahid1 həmin hökmdə verdiyi ifadəsində Təqsirləndirilən şəxs Xəyal Cəfərovu öldürəcəyi barədə məlumat verməsi barədə heç bir xüsusat öz əksini tapmadığı müəyyən olunur. İş üzrə dindirilmiş digər şahidlərin ifadələrindən məlum olur ki, bu şahidlər Xəyal Cəfərovun öldürülməsi ilə bağlı cinayət işi üzrə dindirilmişdirlər və onların ifadəsində ümumiyyətlə Kamranın Xəyalı öldürməsindən əvvəl Təqsirləndirilən şəxs bildirməsi və yaxud Təqsirləndirilən şəxs bu cinayətin hazırlanmasından xəbəri olması və məlumat verməməsi kimi xüsusatlar mövcüd deyil. Göründüyü kimi ittiham tərəfi digər cinayət işi üzrə olan şahidləri bu cinayət işinə köçürməklə kifayətlənmişddir, bu şahidlərin nəyin şahidi olduğunu göstərmir, təhlil etmir, qiymətləndirmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirləndirildiyi əməlində təqsirliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-ci maddəsinə əsasən bəraət verilməlidir. Belə ki, iş materiallarından məlum oldu ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, Sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki (həmin xüsusiyyət olmadan sübut da yoxdur), bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki Təqsirləndirilən şəxs təqsirliliyinin müəyyən edilməsi üçün mötəbər sübutlar yoxdur və belə sübutlar məhkəməyə də təqdim edilməmişdir. Əksinə, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə bağlı elan edilmiş ittiham üzrə təqsirli olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Təqsirsizlik prezumpsiyasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ bəndinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İİİ bəndinə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Qeyd olunan normaların mənasından göründüyü kimi, heç bir sübut, o cümlədən ekspert rəyi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan işin halları və qanunvericilik normalarından görünür ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmədiyindən, təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 56.0.1-cı maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Yuxarıda şərh edilənlərə əsasən və Azərbacan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 42.2.2, 344-347, 349, 350, 356 və 383-385-ci maddələrini rəhbər tutuaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar