Məhkəmə qərarları › İş №1(011)-158/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-158/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-158/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 oğlunun, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi2, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, “xxxx” stomotoli mərkəzdə stomatoloq-həkim işləyən, məhkum olunmayan, Salyan rayonu, T.Xəlilbəyli küçəsi, ev 191-də qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxxxx 1965-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, diş texniki işləyən, əvvəllər məhkum olunmayan, Salyan rayonu, T.Xəlilbəyli küçəsi, ev 141-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham irəli sürülmüşdür ki, onlar epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılmasına səbəb olmuş, eləcə də xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdırlar. İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «xxxx» stomotoloji mərkəzdə stomatoloq-həkim işləməklə atası Təqsirləndirilən şəxs2 və istintaqa məlum olan digər ailə üzvüləri ilə birlikdə Salyan Rayon Mərkəzi X5 Yardım Stansiyasının tibb işçilərinə xx xxxx 2020-ci il tarixdə laboratoriya şəraitində “Covid-19” infeksiyası ilə əlaqədar analiz vermələrinə və həmin xəstəliyə yoluxduqlarını bildiklərinə baxmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarın və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli, 236 nömrəli Qərarın tələblərinə əməl etməyərək naməlum sürücü tərəfindən idarə olunan “Opel” markalı, dövlət nömrə nişanı istintaqa məlum olmayan avtomaşınla ünvan 1 ünvanda yerləşən «Yeni Klinika» adlı tibb müəssisəsinə, oradan başqa naməlum sürücü tərəfindən idarə olunan markası, dövlət nömrə nişanı istintaqa məlum olmayan avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Fəhlə əlləri” adlı parka gəlmiş, orada əmisi Şahid1 ilə görüşüb, «Coronavirus (COVİD-19) infeksiyasına yoluxduqlarını bildirib Təqsirləndirilən şəxs1 atası Təqsirləndirilən şəxs2 və digər ailə üzvləri birlikdə başqa dövlət nömrə nişanı istintaqa məlum olmayan avtomaşınla Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 27-ci kilometrdə yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X3 gəlmiş, həmin müəssisəyə stasionar müalicəyə yerləşdirilənədək istintaqa məlum olmayan çoxsaylı şəxslərlə sosial məsafə gözləmədən mütəmadi qarşılıqlı ünsiyyətdə olmaqla epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Coronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs2 övladı Təqsirləndirilən şəxs1 və istintaqa məlum olan digər ailə üzvüləri ilə birlikdə Salyan Rayon Mərkəzi X5 Yardım Stansiyasının tibb işçilərinə xx xxxx 2020-ci il tarixdə laboratoriya şəraitində “Covid-19” infeksiyası ilə əlaqədar analiz vermələrinə və həmin xəstəliyə yoluxduqlarını bildiklərinə baxmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarın və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli, 236 nömrəli Qərarın tələblərinə əməl etməyərək naməlum sürücü tərəfindən idarə olunan “Opel” markalı, dövlət nömrə nişanı istintaqa məlum olmayan avtomaşınla ünvan 1 ünvanda yerləşən «Yeni Klinika» adlı tibb müəssisəsinə, oradan başqa naməlum sürücü tərəfindən idarə olunan markası, dövlət nömrə nişanı istintaqa məlum olmayan avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Fəhlə əlləri” adlı parka gəlmiş, orada qardaşı Şahid1 ilə görüşüb, «Coronavirus (COVİD- 19) infeksiyasına yoluxduqlarını bildirib Təqsirləndirilən şəxs2 övladları Təqsirləndirilən şəxs1, və istintaqa məlum olan digər ailə üzvüləri ilə birlikdə başqa dövlət nömrə nişanı istintaqa məlum olmayan avtomaşınla Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 27-ci kilometrdə yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X3 gəlmiş, həmin müəssisəyə stasionar müalicəyə yerləşdirilənədək istintaqa məlum olmayan çoxsaylı şəxslərlə sosial məsafə gözləmədən mütəmadi qarşılıqlı ünsiyyətdə olmaqla epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Coronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qətiyyən təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «xxxx» stomotoloji mərkəzdə stomatoloq çənə cərrahı kimi işləmiş, atası isə həmin klinikada diş texniki işləmişdir. Atası xx xxxx 2020-ci il tarixdə özünü pis hiss etmiş, buna görə də o, atası Təqsirləndirilən şəxs2 və digər ailə üzvləri ilə birlikdə Salyan rayon mərkəzi xəstəxanasına getmişlər, orada onlardan yaxma götürmüşlər, həmin analizin cavabı ona xx xxxx 2020-ci il tarixdə bildirilmişdir. O, anası, atası və bacısı Salyan rayon avtovağzalında taksi ilə xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində yola çıxaraq Bakı şəhərində yerləşən «Şəfa» stadionu ilə üzbəüz yerləşən «Yeni Klinika»ya təxminən saat 16 radələrində gəlmişlər. Oraya buraxılmadıqlarına görə analiz verə bilməmişlər. Bundan sonra o, Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri Zığ şossesində yerləşən, «Nargilə» kafesinin yaxınlığında modul tipli xəstəxanasında həkim işləyən tanışı Rəhim adlı şəxsə zəng vurmuş, ona vəziyyəti danışmış və xahiş etmişdir ki, onlara müayinə etməkdə köməklik etsin. Rəhim həkim onları müayinə etməyə kömək edəcəyini bildirmişdir. Sonra Bayıl qəsəbəsində yaşayan əmisi Şahid1lə Bayıl qəsəbəsində yerləşən «fəhlə əlləri» adlı parkda görüşmüşlər. Orada əmisinə zəng edərək həmin parkda oturduqlarını bildirmişlər. Əmisi də ərzaq və qida məhsulları və meyvə gətirmiş, həmin ərzaq məhsullarını onlara vermiş əmisinə müayinə üçün Rəhim həkimin işlədiyi xəstəxanaya gedəcəklərini bildirmişlər. Bundan sonra onlar taksi maşını ilə Rəhim həkimin işlədiyi modul tipli xəstəxanaya gəlmiş, orada onların hər birini müayinədən keçirmişlər və covid aşkarlanan kimi stasionar müalicəyə götürmüşlər. O, həmin xəstəxanada xx xxxx 2020-ci ilədək, atası isə xx xxxxxx 2020-ci ilə qədər müalicə olunmuşlar. Xəstəliyə yoluxduğunu yalnız Rəhim həkim müayinə etdikdən sonra aşkar edildiyini və aşkar edildikdən dərhal sonra stasionara qəbul edildiyini, Salyan rayon mərkəzi xəstəxanasında verilən analizin cavabını isə yalnız xx xxxx 2020-ci il tarixdə aldığını, heç bir karantin rejimi qaydalarını pozmadığını, Bakı şəhərinə gəlmək üçün portalda icazəsinin olmasını və heç kimi yoluxdurmadığını qeyd edərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə Salyan rayon mərkəzi xəstəxanasına getmiş, orada onlardan yaxma götürmüşlər, həmin analizin cavabı xx xxxx 2020-ci il tarixdə hazır olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində taksi ilə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gəlmək üçün həmin vaxt portalda icazəsi olmuşdur. Bakı şəhərində yerləşən «Şəfa» stadionu ilə üzbəüz yerləşən «Yeni Klinika»ya təxminən saat 16 radələrində gəlmişlər. Orada analiz vermək mümkün olmamışdır. Bundan sonra övladı Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri Zığ şossesində yerləşən «Nargilə» kafesinin yaxınlığında modul tipli xəstəxanasında həkim işləyən tanışı Rəhim adlı həkimə zəng vurmuş, ona vəziyyəti danışmış və xahiş etmişdir ki, onları müayinə etsinlər. Rəhim həkim onlara kömək edəcəyini bildirmişdir. Sonra Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində yaşayan qardaşı Şahid1lə danışmış, onunla görüşüb ərzaq və digər zəruri əşyalar almağı fikirləşmişdir. Onlar taksi ilə «Yeni Klinikanın» yanından Bayıl qəsəbəsində yerləşən «fəhlə əlləri» adlı parka gəlmişlər. Orada qardaşına zəng edərək həmin parkda oturduqlarını bildirmişlər. Qardaşı ərzaq və qida məhsulları və meyvə gətirmiş, həmin ərzaq məhsullarını onlara vermiş və öz evinə qayıtmışdır. Bundan sonra onlar taksi maşını ilə Rəhim həkimin işlədiyi modul tipli xəstəxanaya gəlmiş, orada onların hər birini müayinədən keçirərək stasionar müalicəyə götürmüşlər. Övladı Təqsirləndirilən şəxs1 həmin xəstəxanada xx xxxx 2020-ci ilədək, özü isə xx xxxxxx 2020-ci ilə qədər müalicə olunmuşlar. Daha sonra xəstəliyə yoluxduğunu yalnız Rəhim həkim müayinə etdikdən sonra aşkar edildiyini və aşkar edildikdən dərhal sonra stasionara qəbul edildiyini, Salyan rayon mərkəzi xəstəxanasında verilən analizin cavabını isə yalnız xx xxxx 2020-ci il tarixdə aldığını, heç bir karantin rejimi qaydalarını pozmadığını və heç kimi yoluxdurmadığını qeyd edərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci ildə qardaşı oğlu Elvin ona zəng edərək, atası və ailə üzvləri ilə birlikdə şəxsi işləri ilə bağlı olaraq Bakı şəhərinə gəldiklərini bildirmişdir. Elvin onun yaşadığı evin yanında olan “Fəhlə park”ında onunla görüşmək istədiyini bildirmişdir. O da həmin parka düşmüş, Elvin və qardaşı Məmmədin də parkda olduğunu görmüşdür. O, Elvin və Məmmədlə uzaqdan-uzağa görüşmüş, sosial məsafəyə riayət edərək söhbət etmişlər. Elvin özü və ailə üzvləri müayinə olunmaq üçün Bakı şəhərinə gəldiyini, Bakı şəhərində yerləşən modul tipli hospitala gedəcəklərini bildirmişdir. Bir az qısa söhbətdən sonra Elvin və Məmməd onunla sağollaşmış və modul tipli hospitala getmişlər. Sonradan bilmişdir ki, modul tipli hospitalda onlar müayinə edilmiş və Covid virusu aşkar edildiyinə görə həmin xəstəxanada müalicəyə qəbul olunmuş, Elvin xx xxxx 2020-ci il tarixə qədər, Məmməd isə xx xxxxxx 2020-ci il tarixə qədər həmin xəstəxanada qalmışlar. Onlarla görüşmələrinə baxmayaraq heç bir xəstəliyə yoluxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə dayısı oğlu Təqsirləndirilən şəxs1 ona zəng etmiş, ailə üzvləri ilə birlikdə «Covid 19» testi vermək üçün Bakı şəhərinə gəldiklərini bildirmişdir. Elvin ona Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalına gedəcəklərini bildirmişdir. Bir neçə saatdan sonra Elvinə zəngləşdikdə onlarda «Covid 19» xəstəliyinin aşkar edildiyini, buna görə də hər ikisinin modul tipli hospitala yerləşdirildiyini öyrənmişdir. Sonradan xəbəri olmuşdur ki, Elvin xx xxxx 2020-ci il tarixə qədər, Məmməd isə xx xxxxxx 2020-ci il tarixə qədər həmin xəstəxanada müalicə olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Zığ şossesində yerləşən Modul tipli hospitalda həkim işləyir. xx xxxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ona zəng etmiş, Məmməd özündə və oğlu Elvində xəstəlik simptomlarının olduğunu, buna görə də narahatçılıq keçirdiyini bildirmişdir. O, Məmməddən hansı simptomların olduğunu soruşmuş, Məmməd özündə və oğlu Elvində qızdırma, təngnəfəslik kimi simptomlar olduğunu bildirmişdir. O da Məmməddə və oğlu Elvində «Covid 19» xəstəliyinin əlamətlərinin olduğunu və müayinəyə ehtiyac olduğunu qeyd etmişdir. Bir neçə saatdan sonra həqiqətən də Elvin və Məmməd onun işlədiyi hospitala gəlmiş, o, Elvini və Məmmədi yoxlayıb müayinə etmiş, hər iki şəxsdə «Covid 19» virusunun aşkar edilməsi təsdiq edilmişdir. Məmmədin sağlamlıq vəziyyəti bir az ağır olduğu üçün o, xx xxxxxx 2020-ci ilə qədər, oğlu Elvin isə xx xxxx 2020-ci il tarixə qədər hospitalda qalmış, sonra onlar sağaldıqları üçün evə yazılmışlar. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 476/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə yeni növ infeksiyanın (Covid-19-RT-PCR) təyini üçün yaxma götürülmüş və xx xxxx 2020-ci il tarixdə müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 sanitariya-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və sair formada koronavirusun (Covid 19) bir yerdən başqa yerə daşınmasının və digər şəxsləri yoluxdura biləcəyi istisna olunmur (cild 1, iş vərəqi 192-194). İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 476.1-KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə yeni növ infeksiyanın (Covid-19-RT-PCR) təyini üçün yaxma götürülmüş və xx xxxx 2020-ci il tarixdə müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 sanitariya-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və sair formada koronavirusun (Covid 19) bir yerdən başqa yerə daşınmasının və digər şəxsləri yoluxdura biləcəyi istisna olunmur (cild 1, iş vərəqi 196-198). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X1 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə “Covid 19 şübhəli” diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin X9 Hospitalının stasionar şöbəsinə daxil olmuş, xx xxxx 2020-ci il tarixədək stasionar şəraitdə medikomentoz müalicə almış və sağalaraq evə yazılmışdır. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə “Covid 19” diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin X9 Hospitalının stasionar şöbəsinə daxil olmuş, xx xxxxxx 2020-ci il tarixədək stasionar şəraitdə medikomentoz müalicə almış və sağalaraq evə yazılmışdır (cild 1, iş vərəqi 166). İş materiallarına əlavə edilmiş “Yeni Klinika” X6 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 110 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Covid 19” virusuna yoluxmalarının müəyyən edilməsi ilə bağlı “Yeni Klinika” X8 müayinədən keçməmişlər (cild 1, iş vərəqi 167). İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə Salyan rayon mərkəzi xəstəxanasında “Covid-19” testi üçün analiz vermiş, xx xxxx 2020-ci il tarixdə analizin cavabı pozitiv çıxmış, həmin tarixdə də xəstəyə onun testinin cavabının pozitiv çıxması barədə məlumat verilmişdir (cild 1, iş vərəqi 182). İş materiallarına əlavə edilmiş “xxxx” MMC-dən xx xxxxxx 2020-ci il tarixli, 22665/20 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi 055 *** ** ** nömrəsinin anten dairəsi və Təqsirləndirilən şəxs1 istifadə etdiyi 055 *** ** ** nömrəsinin anten dairəsi xx xxxx 2020-ci il tarixdə saat 10.38-dən saat 15.55-dək Salyan rayonu ərazisini, saat 17.13-dən saat 18.01-dək "Şəfa stadionu, Bakı şəhəri, Nizami rayonu, 2023-cü məhəllə, H.Əliyev prospekti, 96 ünvanı”, yəni “Yeni klinika”nın yerləşdiyi ərazini, saat 18.02-dən saat 20.20-dək Səbail rayonu ərazisini, saat 20.29-dan xx xxxxxx 2020-ci il tarixə qədər Nargilə "Bakı şəhəri, Xətai rayonu, Zığ yolu AZ- 1027" “Xətai, Zığ Modul tipli hospital” ərazisini göstərmişdir. “xxxx” MMC-dən xx xxxxxx 2020-ci il tarixli, 22665/20 nömrəli məktubla daxil olmuş bir ədəd disk xx xxxxxx 2020-ci il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmışdır. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli cavabdan məlum olur ki, “xxxx“MMC tərəfindən 2020-ci il 04 iyul tarixində müraciətdə qeyd edilən Təqsirləndirilən şəxs1 (FİN: xxxxxxx) sistemdə icazə verilmişdir və 29 iyul tarixində COVİD-19 virusuna yoluxma səbəbindən sistem tərəfindən icazə ləğv edilmişdir (cild 2, iş vərəqi 56). İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi tərəfindən verilən xx xxxx 2021-ci il tarixli cavabdan məlum olur ki, “xxxx“MMC tərəfindən 2020-ci il 04 iyul tarixində müraciətdə qeyd edilən Təqsirləndirilən şəxs2 (FİN: xxxxxxx) sistemdə icazə verilmişdir və 29 iyul tarixində COVİD-19 virusuna yoluxma səbəbindən sistem tərəfindən icazə ləğv edilmişdir. İş materiallarından görünür ki, (cild 1, iş vərəqi 36) cinayət işi üzrə Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə (cild 1, iş vərəqi 48) təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş, həmin tarixdə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 78-80). İş materiallarından görünür ki, (cild 1, iş vərəqi 15) cinayət işi üzrə Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə (cild 1, iş vərəqi 59) təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 70-71). Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hazırlıq iclası qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs1 ailəlidir və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı bir azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş Salyan rayon İHB-nın Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə ittiham tərəfinin sübutlarını aşağıdakı qaydada təhlil edərək qiymətləndirmişdir. Belə ki, iş materiallarından məlum oldu ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verdiyi ittihamları 3 şahid ifadəsi və ekspert rəyi üzərində qurmuşdur. Qanunvericiliyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin tərkibinin yaranması üçün şəxs epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejimlərini pozmalı və bu pozuntular xəstəliklərin yayılmasına səbəb olmalı və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmalıdır. İbtidai istintaq orqanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının nədən ibarət olmasını verilmiş ittihamda açıq-aşkar göstərməmişdir. Yəni “konkret olaraq pozma nədən ibarətdir?” ittiham aktında göstərilməmişdir. İstintaq orqanı yalnız təqsirləndirilən şəxslərin Salyandan Bakı şəhərinə gəlməklərini və Bakı şəhərində müxtəlif istiqamətdə hərəkət etmələrini göstərir. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli cavab məktublarından məlum olur ki, “xxxx” MMC tərəfindən 2020-ci il 04 iyul tarixində müraciətdə qeyd edilən Təqsirləndirilən şəxs1 (FİN:xxxxxxx) və Təqsirləndirilən şəxs2 (FİN:xxxxxxx) sistemdə icazə verilmişdir və bu icazə xx xxxx 2020-ci il tarixədək qüvvədə olmuşdur. Bundan başqa istintaq orqanı ittiham aktında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Salyan Rayon Mərkəzi X5 Yardım Stansiyasının tibb işçilərinə xx xxxx 2020-ci il tarixdə laboratoriya şəraitində “Covid-19” infeksiyası ilə əlaqədar analiz vermələrini və həmin xəstəliyə yoluxduqlarını bildiklərini qeyd edir. Bu xüsusat nə şahid ifadələri, nə də ki, digər iş materialları ilə sübuta yetirilmir, əksinə publik hüquqi şəxsin məktublarından analizin cavabının pozitiv çıxması məhz xx xxxx 2020-ci il tarixdə bilindiyi sübuta yetirilir. Bundan başqa istintaq orqanı həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nı nəzərə alıb təhlil etməmişdir. Belə ki, həmin qərarın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən hazırlanmışdır və hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin (bundan sonra – yoluxucu xəstəlik) əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və yoluxucu xəstəlik faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi, habelə yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərin təcrid olunma qaydalarını müəyyən edir. Həmin Qərarın 1.2-ci bəndinə əsasən hava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını X2 (ÜST) tövsiyələri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) müəyyən edir. 1.3. Bu Qaydalar aşağıdakı şəxslərə şamil olunur: 1.3.1. yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; 1.3.1-1. yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər; 1.3.2. yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə. 1.4. Bu Qaydalar Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi sanitar rejim müddətində tətbiq edilir. Həmin Qərarın 4-1.1-ci bəndinə əsasən aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. 4-1.2. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir. 4-1.3. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. 4-1.4. Bu Qaydaların 2.1.7-ci yarımbəndində nəzərdə tutulan şəxslərin yaşadıqları və ya olduqları yer üzrə təcrid olunması yoluxucu xəstəliklərin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Göründüyü kimi hazırkı cinayət işində təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Xətai rayonu, Zığ şossesi, 27-ci kilometrdə yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X3 stasionra yerləşənədək heç bir yoluxma faktı təsdiq olunmamış və onlar barəsində yaşayış yeri üzrə heç bir təcridolma tətbiq edilməmişdir. Təcridolunma barədə heç bir xəbərdarlıq və yaxud yazılı iltizam alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28–ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24–cü maddəsində təqsirin formaları geniş izah edilmişdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Hazırki cinayət işində təqsirləndirilən şəxslərin xx xxxx 2020-ci il tarixdə “Covid-19” infeksiyası xəstəliyə yoluxduqlarını bildikləri sübuta yetirilmir. Bu səbəbdən ibtidai istintaq orqanı təqsirin formasını müəyyən edib sübuta yetirə bilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 476/KEŞ nömrəli rəyindən və xx xxxxxx 2020-ci il tarixli 476.1/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Məmməd oğlundan və Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə yeni növ infeksiyanın (Covid 19) təyini üçün yaxma götürülmüş və xx xxxx 2020-ci il tarixdə müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sanitariya-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və sair formada koronavirusun (Covid-19) bir yerdən başqa yerə daşınmasının və digər şəxsləri yoluxdura biləcəyi istisna olunmur. Göründüyü kimi ekspert rəyi də xx xxxx 2020-ci il tarixdə müayinənin nəticəsinin pozitiv olduğunu müəyyən etmişdir. İş vərəqi 225-232-də (cild 1) olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan məlum olur ki, ibtidai istintaq orqanı şübhəli şəxslərin və şahidlərin nəyin şahidi olduğunu göstərmir, təhlil etmir, qiymətləndirmir. Belə ki, şübhəli şəxs kimi verilmiş ifadələrdə guya Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə saat 16-00 radələrində komputer tomoqrafiyasından keçərək onlarda Covid-19 virusu aşkar edilir. Lakin iş materiallarına əlavə edilmiş “Yeni Klinika” X6 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 110 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Covid 19” virusuna yoluxmalarının müəyyən edilməsi ilə bağlı “Yeni Klinika” X8 müayinədən keçməmişlər. Məhkəmə iclasında dindirilən üç şahidin nə məhkəmə iclasında verdikləri ifadələrində, nə də ki, ibtidai istintaq zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxslərin təqsirliyini sübut edən məqamlar öz əksini tapmır. İttiham tərəfi bu kimi ifadələri qiymətləndirmir və sübut kimi qəbul edir, lakin hansı əsasa və hansı digər sübutla bu nəticəyə gəlməsini açıqlamır, şahidlərin nəyin şahidi olduğunu göstərmir, təhlil etmir, yoxlamır və qiymətləndirmir. Göründüyü kimi ittiham daha çox ehtimallar üzərində qurulmuşdur. İş materialında olan (cild 1, iş vərəqi 4-5) Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanan məktubdan məlum olur ki, koronovirus Covid-19 infeksiyası ilə yoluxma faktının təsdiq olunmuş yaşayış yerinə təcrid edilmiş şəxslər tərəfindən təcridolunma şərtlərinə əməl olunmaması, yaşayış yerlərinin müvafiq icazə olmadan tərk edilməsi faktları aşkar edilmişdir. Həmin şəxslərdən ikisi isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur, onlara Covid-19 infeksiyasına yoluxduqları xx xxxx 2020-ci il tarixdə bildirilmişdir. Göründüyü kimi istintaq bu xüsusatlarıda araşdırmamışdır. Belə ki, infeksiyaya yoluxmanın tarixi xx xxxx 2020-ci il tarix olduğu təqdirdə yaşayış yeri üzrə təcridolma yalnız həmin tarixdən nəzərə alına bilərdi. Bu fakt təqsirləndirilən şəxslərin həmin tarixədək yaşayış yeri üzrə təcrid olmadıqlarını və Konstitusion hüquqlarından istifadə edərək sərbəst hərəkət edə biləcəklərini təsdiq edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, hazırki cinayət işi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsilə təqsirləndirildikləri əməllərində təqsirlilikləri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-ci maddəsinə əsasən bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki (həmin xüsusiyyət olmadan sübut da yoxdur), bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə, habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olubolmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyinin müəyyən edilməsi üçün mötəbər sübutlar yoxdur və belə sübutlar məhkəməyə də təqdim edilməmişdir. Əksinə, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət hadisəsi ilə bağlı elan edilmiş ittiham üzrə təqsirli olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Təqsirsizlik prezumpsiyasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ bəndinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İİİ bəndinə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Qeyd olunan normaların mənasından göründüyü kimi, heç bir sübut, o cümlədən ekspert rəyi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan işin halları və qanunvericilik normalarından görünür ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxslərin təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləri sübuta yetirilmədiyindən, təqsirləndirilən şəxslərə istinad edilən ittiham üzrə bəraət verilməli və barələrində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 56.0.1-cı maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “xxxx” MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Yuxarıda şərh edilənlərə əsasən və Azərbacan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 42.2.4, 344-347, 349, 350, 356 və 383-385-ci maddələrini rəhbər tutuaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınmış “xxxx” MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar