Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-159/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, X1 MMC-nin direktoru, məhkum olunmamış, İmişli rayonu Boşçallar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək həyat yoldaşı Şahid 5.000 manat müqabilində bir həftə müddətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində məsləhətçi vəzifəsinə işə qəbul olunmasına köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq bu məqsədlə 06 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən onun tərəfindən icarəyə götürülmüş "xxxx" Biznes Mərkəzində, ofisdə 5.000 manat nağd pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs 5.000 (beş min) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən "xxxx"-da X1 MMC-ni rəsmi qeydiyyatdan keçirdərək həmin birliyin rəhbəri kimi çalışır. Həmin MMC-nin 3 nəfər əməkdaşı vardır. 2023-cü ilin oktyabr ayında bir nəfər "xxxx"-da işləyən adını xatırlamadığı tanışı ona bildirmişdi ki, tanıdığı Şahid sənədlərini Mədəniyyət nazirliyinə vermiş, lakin sənədləri nazirliyin ehtiyyat kadrı kimi saxlanılmaqdadır. O, Şahid köməklik edə biləcəyini bildirmişdir. Şahid həyat yoldaşı Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayında onun işlədiyi ofisinə gəlmişdir. Zərərçəkmiş şəxs ilə söhbət əsnasında bildirmişdir ki, həyat yoldaşı Şahid həmin işə bir həftə ərzində düzəltmək üçün 10.000 manat pul lazımdır. Zərərçəkmiş şəxs ona inanaraq razılaşmışdır. 06 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində Ülvi gedib pulu götürüb gəldikdən sonra o, ilkin olaraq Ülvidən 5.000 manat pul almış, qalan 5.000 manat pulu isə əmr verildikdən sonra alacağını bildirmişdir. Lakin qeyd etdiyi işlə bağlı verdiyi sözə əməl edə bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs bir neçə dəfə ondan pulunu geri tələb etdikdə maddi imkanı olmadığı üçün pulunu qaytara bilməmişdir. İstintaq zamanı dəymiş ziyanı tamamilə ödəmiş və zərərçəkmişlə barışıq əldə etmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs ilə münasibətləri yarandıqdan sonra həyat yoldaşı Şahid Himkət qızını Mədəniyyət Nazirliyinə işə düzəlmək məqsədi ilə sənədlərini verdiyini, lakin oradan müsbət nəticə əldə edilməməsini bildirmişdir. Təqsirləndirilən şəxs ona tanışlarının vasitəsi ilə köməklik edə biləcəyini bildirmişdir. 06 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində Amil onu işlədiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən "xxxx"-ya dəvət etmiş və orada təklikdə söhbət edən zaman Amil ona bildirmişdir ki, Mədəniyyət Nazirliyində tanıdığı şəxs ilə danışıb 10.000 manat pul verildikdən 1 həftə sonra həyat yoldaşının işə çıxması mümkün olacaqdır. O, Amilə inandığı üçün bildirmişdir ki, 5.000 manat pulu verdikdən sonra qalan 5.000 manatı əmrdən sonra verəcəkdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. O, 5.000 manat pulu gedib evindən gətirdikdən sonra Amilə "xxxx"-da yerləşən ofisində vermişdir. Amil dediyi vaxtada verdiyi vədə əməl etmədikdə onun əməlləri və sözləri onu narahat etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs yalan danışmasını hiss etdikdən sonra pulunu geri tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs hər dəfə onu müxtəlif bəhanələrlə aldatmışdır. Bu səbəbdən Xətai RPİ-nin 37-ci PŞnə ərizə ilə müraciət etmişdir. Daha sonra istintaq zamanı Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Bu səbəbdən onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi ifadəsini nəzərə alaraq iştirakını təmin etmək mümkün olmayan Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Onun ifadəsi zərərçəkmiş şəxsin ifadəsi ilə eyni məzmunda olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutlmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi Zərərçəkmiş şəxs dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə görə cinayət törətmiş şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutlmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs bu hüquqdan artıq bir dəfə istifadə etmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, zərərçəkmişlə barışıq əldə etməsini, vurduğu ziyanı tam ödəməsi kimi yüngülləşdirici halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 1500 (min beş yüz) manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 (min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-159/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-159/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver