Məhkəmə qərarları › İş №1(011)-16/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-16/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-16/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Baxşeyiş qızı və Zərərçəkmiş şəxs2, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1957-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, otra təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi D.Bünyatzadə küçəsi ev 181 A ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 sonuncunun övladı Şahid3 Münasib oğlunu polis orqanlarında maliyyə xidməti sahəsində işə düzəltdirəcəyinə dair yalan vəd verib aldadaraq 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli orta məktəbin yaxınlığında olan “Qəbələ” kafesində 10000 (on min) manat, 2014-cü ilin sentyabr ayından 2015-ci ilin aprel ayına qədər olan müddətdə həmin ünvanda, həmçinin Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsində və Səbail rayonu Neftçilər prospekti 92-də yerləşən dənizkənarı bulvarda hissəhissə olmaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə 28449,90 (iyirmi səkkiz min dörd yüz qırx doqquz, doqquz) manat təşkil edən 27000 (iyirmi yeddi min) ABŞ dolları pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 38449,9 (otuz səkkiz min dörd yüz qırx doqquz, doqquz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 məşğul olduğu xəz geyim əşyası ticarətini genişləndirib daha çox qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq 2015-ci ilin may ayından 2016-cı ilin avqust ayına qədər olan müddətdə Zərərçəkmiş şəxs2 özü və qohumu X28 vasitəsi ilə poçt və müxtəlif banklardan göndərdiyi hissə-hissə olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 36203,20 (otuz altı min iki yüz üç, iyirmi) manat təşkil edən 22000 (iyirmi iki min) ABŞ dolları pulu Türkiyə Respublikasında almış, həmçinin 2016-cı ilin avqust ayının sonunda Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli orta məktəbin yaxınlığında olan “Qəbələ” kafesində həmin dövrün məzənnəsi ilə 1632,10 (bir min altı yüz otuz iki, on) manat təşkil edən 1000 (bir min) ABŞ dolları pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 37835,30 (otuz yeddi min səkkiz yüz otuz beş, otuz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Baxşeyiş qızına biznes işi ilə əlaqəli nəğd pul lazım olmasını bildirib tezliklə qaytaracağına dair yalan vəd verib aldadaraq 2017-ci ilin noyabr ayının əvvəlində Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi “Gənclər şəhərciyi” blok 80-in qarşısında 4000 (dörd min) manat və 2017-ci ilin noyabr ayının əvvəlində Zərərçəkmiş şəxs1 övladı Şahid2 Abşeron rayonu Əliağa Vahid küçəsində yerləşən “Masazır” dairəsi yaxınlığında 1000 (bir min) manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 5000 (beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Baxşeyiş qızına özünün gömrük-keçid məntəqəsində külli miqdarda dəyərə malik mallarının Azərbaycan Respublikasına keçirmək üçün pula ehtiyacı olmasını bildirib tezliklə qazancla birlikdə qaytaracağına dair yalan vəd verib aldadaraq 2017-ci ilin noyabr ayının ortalarında Yevlax rayonunda 7 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsinin inzibati binasının yaxınlığında 4000 (dörd min) manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Baxşeyiş qızına biznes işinə pul qoyub tezliklə qazancla birlikdə qaytaracağına vəd verib aldadaraq 2018-ci ilin fevral ayında Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Cavid Mall” ticarət mərkəzinin yaxınlığında 3000 (üç min) manat, 2018-ci ilin may ayında Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23-də yerləşən “Amay” ticarət mərkəzinin yaxınlığında 1280 (bir min iki yüz səksən) manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 4280 (dörd min iki yüz səksən) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 Baxşeyiş qızı ifadəsində göstərmişdir ki, Şahid1 15 ildir ki, tanıyır, Gülağa ilə əvvəllər İncəsənət Universitetində o, labarant, Şahid1 isə baş mühasib kimi işləmişdir. 2017-ci ilin oktyabr ayında o, Gülağa ilə Bakı şəhərinin X2 yaxınlığındakı çayxanada çay içərkən Şahid1 işsiz olduğunu bildirmiş, Gülağa ona Sahib adlı bir tanışının olduğunu, onun ticarətlə məşğul olduğunu və hazırda böyük bir iş qurduğunu demiş və Sahiblə bir yerdə ticarət etməsini söyləmiş, o da işləmədiyi üçün Gülağa ilə razılaşmışdır. Az sonra bir nəfər 60-65 yaşlarında kişi onların yanlarına gəlmiş, Gülağa həmin şəxsi onunla tanış edib onun Təqsirləndirilən şəxs olduğunu demişdir. Həmin vaxt Sahib ona iş qurduğunu, Türkiyədən növünü bilmədiyi mallarının gəldiyini, geniş miqyaslı ticarət təşkil etdiyini bildirmişdir. Sahib ona həm də əvvəlcə biznes işi ilə əlaqədar pul lazım olduğundan 5000 manat pul verməsini demiş, 10 gündən sonra onun pulunu həmin məbləğdə, yəni əlavəsiz geri qaytaracağını bildirmişdir. 2017-ci ilin noyabr ayının əvvəllərində Sahib onun mobil telefonuna zəng edərək 5000 manat pulu hazırlamağını, gəlib həmin pulu götürəcəyini bildirmiş, o, Sahibə həmin vaxtlar yaşadığı Abşeron Gənclər şəhərciyi blok 80-in qarşısına gəlməsini demiş, az sonra Sahib Mehdiabad qəsəbəsindəki yaşadığı binanın qarşısına gəlmiş, o, həyətə düşüb binanın qarşısında Sahibə 4000 manat pulu ikisinin iştirakı ilə vermiş, qalan 1000 manat pulu isə sonradan verəcəyini bildirmişdir. Daha sonra 1000 manat pulu Sahibə vermək üçün toplayıb düzəltmişdir. Birinci verdiyi puldan bir neçə gün keçmiş ki, o, qızı Sevincə Sahibə verməsi üçün 1000 manat pul vermiş, qızı da həmin pulu Masazır dairəsi yaxınlığında Gülağanın yanında Sahibə aparıb çatdırmışdır. 2017-ci ilin noyabr ayının ortalarında o, Bərdə rayonunda olarkən Sahib onun mobil telefon nömrəsinə zəng edərək xaricdən mal gətirdiyini, Gömrük X6 saxlanıldığını, təcili 4000 manat pul lazım olduğunu bildirmiş, o da Sahibə 4000 manat pulun olmadığını bildirmiş, Sahib də ona 50000 manatlıq malın batacağını və əgər pulu verərsə, həm malı qurtaracağını, həm də onun borcalarını qaytaracağını bildirmişdir. Həmin vaxt Sahib ona, istifadəsində olan “Mersedes A klas” markalı, **-ZL-*** qeydiyyat nişanlı avtomobilini girov qoyub pul götürməsini təklif etmiş və Sahib bu məqsdələ onun təcili Bakı şəhərinə gəlməsini tələb etmişdir. O, əvvəlcə Sahiblə razılaşmamış, Sahib ona bu barədə söhbət etsinlər deyə Bakı şəhərinə gəlməsini bildirmiş, o, Bərdə rayonundan çıxıb Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində evində olarkən Sahib onun mobil telefonuna zəng edib ertəsi gün Sahiblə Bakı şəhərinin Yeni Yasamal qəsəbəsində olan “Qarabağ” restoranında görüşmələrini demiş, o da ertəsi gün Gülağa ilə birlikdə Qarabağ restoranına getmişdir. Restoranda olarkən Sahib ona narahat olmamasını, hər şeyin yaxşı olacağını, işlərinin artıq düzəlmək üzrə olduğunu, sadəcə olaraq nəğd pul sıxıntısının olduğunu bildirmiş, buna görə də ondan əlavə olaraq 4000 manat pul istəmişdir. O, Sahibə avtomobilini hara girov qoyacağını soruşmuş, Sahib telefonla kiməsə zəng edərək danışmışmış, sonra ona bir nəfərin Bərdə rayonunda avtomobili girov qoyub pul götürməyin mümkün olduğunu demişdir. Səhəri gün o, Gülağa və Sahib öz avtomobili ilə Bərdə rayonuna getmiş, Bərdə rayonunda Elxan adlı şəxslə H.Əliyev adına parkın yaxınlığındakı çayxanada görüşmüş, Sahib Elxana onlara təcili pul lazım olduğunu və onun avtomobilini Elxanın yanında girov qoyacağını, təxminən 10 gündən sonra işi düzəldikdən sonra pul tapıb ona verəcəyini və avtomobili girovluqdan çıxaracağını bildirmişdir. Onlar Yevlax rayon Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə gəlmiş, orada avtomobilini Elxanın oğlunun adına alqı-satqı etmiş, Elxan Sahibə həmin Yevlax rayon Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin inzibati binasının yaxınlığında 2017-ci ilin noyabr ayının sonlarında 4000 manat pul vermiş və Sahibə nə vaxt 4000 manat pulu gətirsə avtomobili ona qaytaracağını bildirmişdir. Sahib həmin pulu 10 gün ərzində ödəyəcəyini bildirmiş, bundan sonra o, Sahibə nə qədər müraciət etsə də Sahib ondan aldığı birinci 5000 manat və sonradan avtomobilini girov qoyaraq götürdüyü 4000 manat pulunu geri qaytarmamışdır. İkinci 4000 manat pulu onun avtomobili girov qoyulmaqla götürüldüyündən həmin pul da bilavasitə ona məxsus olduğundan maddi ziyan olaraq ona dəymişdi. Lakin uzun müddət keçməsinə baxmayarq Sahib nə ona məxsus olan pulu geri qaytarmış, nədə ki, onun avtomobilini girovdan çıxartdırmışdır. Tarixini dəqiq bilmədiyi vaxtda həmin hadisədən bir müddət sonra 4000 manata görə onun avtomobili batmasın deyə qardaşı oğlu X22 həmin Elxan adlı şəxsə 10000 manat pul ödəməklə avtomobilini geri qaytarmış, lakin hazırda avtomobil onun adında qeydiyyatda olsa da o, bu avtomobili faziləri ilə birlikdə girovdan azad olunması üçün Rasimin ödədiyi 10000 manat pulu Rasimə geri qaytarmalıdır. Beləliklə, Sahib ondan avtomobilin girov məsələsinə görə 4000 manat alsa da ona həmin məsələylə bağlı 10000 manat məbləğində maddi ziyan dəymişdir. Dəfələrlə Sahibə mürciət etsə də Sahib ona məxsus pulları geri qaytarmamışdır. Bundan başqa, 2018-ci ilin fevral ayında Sahib yenə də onun mobil telelefonuna zəng edib təcili 4000 manat pul lazım olduğunu, pulu həmin gün çatdırmasa bütün işlərinin alt-üst olacağını bildirmiş, o, Sahibə pulunun olmadığını, Sahibə verdiyi əvvəlki pullarını geri qaytarmadığını demiş, Sahib ona əgər bu iş alınmasa heç onun əvvəlki pullarını da geri qaytara bilməyəcəyini və odur ki özünə məxsus qızıl və brilyant əşaylarını lombarda qoyub pul götürməsini bildirmiş, o da əvvəlki verdiyi pulları da Sahibdən geri alınması üçün ona inandığından çarəsiz qalıb Sahiblə razılaşmışdır. O, Gülağa və Sahib Sumqayıt şəhərindəki “Cavid” ticarət mərkəzinə getmiş, üzərində şəxsiyyət vəsiqəsi olmadığından Gülağanın şəxsiyyət vəsiqəsi ilə qızıl və birilyant əşyalarını adını bilmədiyi qadına lombarda vermiş, həmin qadından 3000 manat pul götürə bilmiş, sonra yaxınlıqda dayanmış Sahibə yaxınlaşmış və götürdüyü 3000 manat pulu lombardın qarşısında Gülağanın iştirakı ilə Sahibə vermişdir. Daha sonra Sahib həmin məbləğin bəs etmədiyini bildirmiş və əlavə olaraq da 1000 manat pul tələb etmiş, o da 3000 manatı verdikdən bir neçə ay sonra təxminən 2018-ci ilin may ayında qalan az miqdarda qızıllarını da həmin ticarət mərkəzində Gülağa və Sahibin iştirakları ilə girov qoyaraq ordan 1280 manat da pul götürmüşdür. Həmin vaxt Sahibə 1000 manat vermək istəyərkən Sahibin tələbi ilə götürdüyü bütün məbləği, yəni 1280 manatı Bakı şəhərinin Xətai rayonunda yerləşən “Amay” ticarət mərkəzinin yaxınlığında Sahibə vermişdir. Sahib bundan sonra da onun qızıllarını girovdan çıxarmaq üçün pullarını ödəmədiyindən məcbur qalıb bir neçə ay həmin lombardın faizini də ödəmişdir. Sonradan o, Sahibdən pullarını istədikdə Sahib ona işlərinin düzələcəyini, onun pullarını qaytaracağını, avtomobilini və qızıl-zinət əşyalarını girovluqdan çıxarıb ona qaytaracağını və əlavə olaraq da ona hörmət edəcəyini bildirmişdir. Sonradan avtomobili girov qoyduqları Elxan onun mobil telefonuna zəng edərək, pulu gətirib gətirib vermələrini, əks halda avtomobili satacağını demişdir. Sahib ondan götürdüyü pulu ödəməmiş, eləcə də lombarda pul ödəmədiyi üçün lombardda işləyən qadın həmin qızıl-zinət əşyalarını da başqa şəxslərə satmışdır. Həmin qadın da ona dəfələrlə zəng edib, pulu ödəməsini, qızıl-zinət əşyalarını götürməsini bildirmiş, lakin Sahib pulu ödəmədiyi üçün həmin qadın qızıl-zinət əşyalarını sonradan kiməsə satmışdır. O, 2017-ci ilin noyabr ayının əvvələrində Sahibə 5000 manat, 2017-ci ilin noyabr ayının ortalarında avtomobilini girov qoyub 4000 manat, 2018-ci ilin fevral ayında qızıl-zinət əşylarını lombarda girov qoyub 3000 manat, bundan bir neçə ay sonra yenə də lombarda qızıl qoymaqla 1000 manat pul götürüb vermişdir. Həmin pulları Sahib iş görüb ona da qazanc vermək adı ilə almış, bundan başqa, Sahib ona iş görüb əldə etdiyi məbləğdən əlavə də hörmət edəcəyini demişdir. O, iki dəst brilyant qaşlı üzük və sırğa komplektini, 01 ədəd brilyant qaşlı qızıl kaleni, 21 qramlıq qızıl tros sepi, 03 ədəd qızıl beşliyi, 04 ədəd qızıl qadın sepini, 02 ədəd qızıl klonu, 01 ədəd qızıl qadın nişan üzüyünü, 02 ədəd qızıl sırğanı lombarda girov qoymuşdur. Gülağa onun iş yoldaşı olmuş, qadın olduğu üçün tək bu proseslərdə iştirak etməməsini istəmiş və buna görə də onunla birgə bu proseslərdə iştirak etmişdir. Hadisə nəticəsində 12000 manatlıq avtomobili, 15000 manatlıq qızıl-zinət əşyaları və 5000 manat pulu əlindən çıxmış, bununla da ona ümumiylikdə ona 32000 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Dəfələrlə ziyanı ödəcəyini bildirsə də, vədinə əməl etməmiş, real olaraq ona hər hansı məbləğdə pul təklif etməmişdir. Ziyanın ödənilməsini tələb edir, ondan şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 Baxşeyiş qızı verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin pulları ondan iş qurmaq adı və gözəllik salonu açmaq adı ilə almış, Sahibin nə işlə məşğul olduğu ona maraqlı olmamış və bilməmiş, ikinci dəfə pul alarkən Sahib pulun çatmamasını dediyinə görə vermiş, qazancının konkret olaraq nə məbləğdə olması barədə Sahib ona deməmiş, amma çörək pulu qazanacağını demiş, bütün pulları iş qurmaq üçün vermiş, Sahibə ümumilikdə 13000-14000 manat pul vermiş, Gülağa iş yoldaşı olmuş və onunla yaxın münasibətləri olmuş, pulların çox hissəsini Gülağanın yanında vermiş, “Mersedes A klas” markalı, **-ZL-*** qeydiyyat nişanlı avtomobil alınarkən pulunun yarısını Gülağa, yarısını o vermiş, pulları istəyərkən Sahib ona dəfələrlə zəng vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu 1993-cü il təvəllüdlü Şahid3 Münasib oğlu 2014-2015-ci illərdə X19 şəhərində yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. Onun övladı xidmətdə olduğu hərbi hissədə İqtisadiyyat Universitetində oxuduğu vaxtdan tanıdığı Mətinlə birlikdə xidmət edən Şahid5 ilə yaxın münasibətləri olmuşdur. Bəxtiyarı həmin şəxslərin andiçmə mərasimində 2014-cü ilin avqust ayında tanımışdır. Bəxtiyarın oğlu ilə yaxın münasibətləri olduğundan o, özü də Bəxtiyara qayğı ilə yanaşmış, sonuncunu oğlundan fərqləndirməmişdir. Andiçmə mərasimində Bəxtiyarın atası Sahib adlı şəxsi də tanımış, Bəxtiyara görə həmin şəxslə də yaxşı münasibətləri yaranmışdır. Həmin mərasimdən sonra o, oğlunu və Bəxtiyarı da bir neçə saatlıq icazə alıb istirahət üçün hərbi hissədən kənara çıxarmış, həmin vaxt Sahib, Moskva şəhərində böyük biznesinin olmasını, geniş əlaqələrə malik olmasını, yaxşı gəlirini olmasını, həmin şəhərdə ofisinin olmasını bildirmişdir. Bu vaxt Sahib, oğlu Bəxtiyarı da ona əmanət edib özünün təcili Moskva şəhərinə getməli olduğunu bildirib öz nömrəsini ona vermiş və onun da nömrəsini özünə götürmüşdür. Təxminən sentyabr ayının 24-25-də həmin vaxtlar istifadə etdiyi (055)-679-36-33 saylı mobil telefon nömrəsinə hazırda xatırlamadığı nömrədən zəng gəlmiş, zəng edən Sahiblə ona saat 18 radələrində Zorgiy parkının yaxınlığında, keçmiş Muğan çayxanasında görüşmə təklif etmiş, o da Sahiblə razılaşmış, həmin vaxt yeznəsi X23 və ikisinin iştirakı olan görüş zamanı yaxından tanış olmuş, onun nə işlə məşğul olmağını soruşduqda o, Sədərək TM-də şuba satmağını bildirmiş, Sahib də Moskvada kafe restoranlarının olmasını, ofisinin olmasını, böyük bir biznesi idarə etdiyini, Azərbaycanda da yuxarı dairədə olan şəxslərlə yaxın əlaqəsinin olmasını bildirmişdir. Sonda ona uşaqlardan muğayat olmağını bildirib sağollaşmışlar. Bundan sonra yenə də Sahibin dəvəti ilə Paşanın iştirakı ilə Sahibin özününkü kimi təqdim etdiyi Nəsimi bazarının arxasında zirzəmidə yerləşən adını bilmədiyi kafedə olmuş, burada Sahiblə görüşləri zamanı Sahib ona övladının təhsili ilə maraqlanıb Mətini hansı işə düzəldəcəyini soruşmuş, o da Mətini hərbi xidmətdən sonra polis və ya başqa hüquq mühafizə orqanında işləməsini arzu etdiyini bildirmiş, Sahib də söhbət zamanı geniş əlaqələrə malik olmasını, X3 Putinin şəxsi mühafizəçisi olan səhv etmirsə Saşa və yaxud da Viktor adlı şəxslə yaxın olmasını, həmin şəxsin vasitəsi ilə Azərbaycanda istənilən işi asanlıqla həll edə bilməsini, hazırda onun uşaqlardan muğayat olmağını, həmin şəxlərin hərbi xidmətdən qayıtdıqdan sonra həm öz övladını, həm də onun oğlunu polis, gömrük və yaxud da vergi sahəsində işə düzəldəcəyini bildirmişdir. Hətta Sahib, uşaqların hərəsini başqa orqanlara işə düzəldəcəyini və uaqların birinin də dayaq olacağını demiş, o da Sahibin bu sözlərini həqiqətən də övladının yaxşı vəzifədə işləməsinin böyük arzusu olduğundan sevinclə qarşılamışdır. Bundan bir neçə gün sonra yenə də Sahib Paşa ilə onu Yasamal rayonunda olan kafeyə dəvət etmiş, burada olan söhbətləri zamanı Sahib uşaqların işini danışdığını, əvvəlcədən bildirdiyi kimi onun övladını polis orqanlarında maliyyə sahəsində vəzifəyə təyin etdirəcəyini bildirmiş, həmçinin öz övladını da vergi orqanlarına işə düzəldəcəyini demişdir. Sahib həmin vaxt bu işi başqalarına 50-60000 ABŞ dollarına olduğu halda, onlar üçün 40000 ABŞ dollarına düzəldə biləcəyini demiş, o da həmin şəxslə razılaşmışdır. Sahib əlavə olaraq, həm ona çətin olmasın, həm də övladı artıq hərbi xidmətdən geri qayıdan kimi işə düzələ bilsin deyə həmin pulu övladı hərbi xidməti dövründə hissə-hissə olmaqla Sahibə verməsini demiş, o da Sahibin özünü belə təqdim etməsini, oğlu Bəxtiyarı övladının uzun müddətdir ki, tanımasını, övladlarının dost olmasını nəzərə alıb Sahibə inanmışdır. Sahib həmin vaxt onda pulun olub-olmamasını soruşmuş, o da hazırda 10000 manat pulunun olduğunu bildirmiş, Sahib həmin pulu ilkin olaraq verməsini istəmiş, o da 2014-cü ilin sentyabr ayının sonunda Bakı şəhərinin Yasamal rayonu ərazisində olan Şuşa orta məktəbinin yaxınlığında yerləşən “Qəbələ” kafesində Paşanın yanında Sahibə 10000 manat pulu 13000 ABŞ dolları hesabı ilə övladı Mətini polis orqanında maliyyə sahəsində işə düzəltmək məqsədi ilə vermişdir. Mətinin ixtisası iqtisadiyyatçı olduğu üçün o, özü də Sahibdən işinin məhz polisdə maliyyə sahəsinə düzəltməsini xahiş etmiş, Sahib də dərhal həmin işi öz öhdəsinə götürüb həll edəcəyini demişdir. Həmin günü o, Mətinə zəng edib oğlunun işinə görə Sahibə 10000 manat pul verdiyini bildirmiş, həmin günün gecəsi Sahib ona zəng edərək bu haqda Mətinə nahaq dediyini, buna görə Bəxtiyarın pis olmasını bildirmiş, ondan təkidlə yenidən Mətinə zəng edib bu pulun alınmamasını bildirməsini xahiş etmiş, o da Mətinin xahişi ilə Bəxtiyarın pis olmaması üçün yenidən Mətinlə telefon əlaqəsi yaradıb Bəxtiyarın özü ilə də telefonla danışaraq Bəxtiyara bu məsələnin başqa olduğunu, onlara aidiyyətinin olmamasını, buna görə pis olmamasını bildirmişdir. Beləliklə, 2015-ci ilin aprel ayına qədər olan müddətdə Sahibin xahişi ilə eyni məqsədlə hissə-hissə olmaqla Bakı şəhərinin Yasamal rayonunda olan kafedə, İnqilab küçəsində Dənizkənarı bulvarda olmaqla ümumilikdə 27000 ABŞ dolları pulu Sahibə vermiş, həmin puldan hansı hissəsini, hansı ünvanda verdiyini dəqiq bilməmiş, lakin əmin olmuş ki, 2014-cü ilin sentyabr ayından 2015-ci ilin aprel ayına qədər müddətdə hissə-hissə olmaqla Bakı şəhərinin Yasamal və Səbail rayonu ərazilərində ümumilikdə 27000 ABŞ dolları pul vermişdir. Həmin vaxtlarda Sahib uşaqların hərbi xidmətdən qayıdana kimi pulları verməsini xahiş etmiş və hər zaman pulları alanda da bu pulları yuxarı dairədə olan şəxslərə verdiyini bildrimişdir. Həmin vaxt Sahib uşaqlar hərbi xidmətdən qayıdan kimi sənədlərini götürüb dərhal həmin şəxsləri işə qəbul etdirəcəyini demişdir. Aprel ayının sonunda Sahib işi ilə əlaqədar Özbəkistana gedəcəyini bildirdikdə o, Sahibə uşaqların gələcəyi barədə soruşduqda, Sahib ona heç bir problemin olmamasını, verdiyi bütün pulun yuxarı dairələrə verdiyini, hazırda Sahibə öz şəxsi işi üçün 2000 ABŞ dollarında pulun lazım olmasını, həmin pulu tezliklə ona qaytaracağını bildirmiş, o da işinin düzəlməsi üçün Sahibin istəyini yerinə yeritmək qərarına gəlmişdir. Həmin vaxt, yəni 2015ci ilin aprel ayının sonunda 2000 ABŞ dolları pulu Yasamalda olan qeyd etdiyi kafedə Sahibə borc kimi vermiş ki, bir neçə gün sonra Sahib həmin pulu geri qaytarsın. Uşaqlar əskərlikdən gəlsə də Sahib Bakıya qayıtmamış və müxtəlif bəhanələrlə işi yubatmağa başlamış, hər dəfəsində də ona müxtəlif bəhanələr gətirməklə işin düzələcəyini demiş, o da işin düzəlmədiyini görüb Sahibdən pullarını tələb etməyə başlamışdır. Bundan sonra Sahib ona Moskva şəhərindən ucuz qiymətə şuba malları alıb ona göndərəcəyini, onun da bu malları sataraq əlavə yaxşı qazanc əldə edəcəyini bildirmiş, Sahibin ona hər dəfə Moskva şəhərində çox böyük bir biznes işini qurmasını, sadəcə maliyyə problemlərinin olmasını, tezliklə qurduğu işdən çoxlu gəlir əldə edib Bakıya qayıdaraq verdiyi vədləri yerinə yetirəcəyinə dair şirin vədlərinə yenə də inanaraq 2015-ci ilin may ayından 2016-cı ilin avqust ayına qədər 22000 ABŞ dolları pulu həm Paşa həm də özünün vasitəsi ilə Türkiyəyə göndərmişdir. O, bu pulları həm bank, həm də qara bazar vasitəsi ilə göndərmiş, Sahib də həmin pulları orada qəbul etmişdir. Bundan sonra Sahib 2016-cı ilin avqust ayında Bakı şəhərinə qayıtmış və o, sonuncu dəfə 2016-cı ilin avqust ayının sonunda 1000 ABŞ dolları pulu Yasamal rayonunda yerləşən Qəbələ kafesində şuba ticarəti ilə bağlı iş qurub ona gəlir verməsi üçün Sahibə vermiş, lakin Sahib nə verdiyi birinci vədi, yəni övladını polis orqanlarında işə düzəltmək vədini, nə də ki, ikinci vədini, yəni onun biznesini genişləndirib şuba ticarətini təşkil etmək üçün ucuz qiymətə mallarla təmin etmək vədini yerinə yetirməyib onun 10000 manat və 50000 ABŞ dolları pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs 2014-cü ilin sentyabr ayından 2015-ci ilin aprel ayına qədər olan müddətdə övladı Şahid3 polis orqanlarında işə düzəltmək məqsədi ilə 10000 manat və 27000 ABŞ dolları pulunu ələ keçirmiş, ikinci dəfə 2015-ci ilin noyabr ayından etibarən 2016-cı ilin avqust ayına qədər olan müddətdə ümumilikdə 23000 ABŞ dolları pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs ondan övladını işə düzəltmək üçün 10000 manat və 27000 ABŞ dolları məbləğində pulu aldıqdan sonra verdiyi vədə əməl etməmişdir. Sahib yenidən onu aldatmaq niyyəti ilə bu dəfə başqa adla, yəni guya onun məşğul olduğu şuba ticarətini genişləndirmək, ona ucuz şuba malları gətirmək və bu sahədə məşğul olacaqları ticarətdən gəlir əldə etmək adı ilə pulları alaraq ələ keçirmişdir. Paşa onun keçmiş yeznəsi, yəni qızı Babayeva Günelin həyat yoldaşı olmuş, hazırda ayrılmışlar. Paşa artıq iki ildir ki, Türkiyədə yaşamış və Azərbaycana gəlməmişdir. Paşanın haqqında başqa məlumatı yoxdur. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir və odur ki, pulunun geri qaytarılmasını tələb edir. Zərərçəkmiş şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, pulun bir hissəsini yeznəsi Paşanın yanında Şuşa kafesində vermiş, pulu uşağı işə düzəltmək üçün vermiş, sentyabr ayından pulları verməyə başlamış, Sahib oğlunun işi ilə bağlı hətta nazirlə danışacağını, pulun əvvəldən verilməli olduğunu demiş, Sahibin nə işlə məşğul olduğunu bilməmiş və soruşmamış, ilk vaxtlar Sahiblə arasında şuba söhbəti olmamış, 40000 manat pulu təxminən 2014-cü ilin sentyabr ayından 2015-ci ilin iyul ayınadək oğlunun işə düzəltməi üçün vermiş, ümumilikdə hesablasa Sahib ona 450000 manata yaxın ziyan vurmuş, Sahibə 23000 və 40000 ABŞ dolları olmaqla 63000 ABŞ dolları pul vermiş, verdiyi pulların ümumi məbləği tam dəqiq yadında olmamış, çünki Sahibə inandığından pulu verən zaman qeyd aparmamış, 2015-ci ilin iyul ayında 23000 ABŞ dollarını Sahibə göndərmiş, göndərdiyi pulları Sahibin adına union vasitəsi və başqa-başqa şəxslərlə göndərmiş, onun heç kimə borcu olmamış, yeznəsi Paşa ilə ortaq olmuş, Seyfəddini əvvəllər tanımamış, Seyfəddin yeznəsi ilə tanış olmuş, yeznəsinə mal vermiş, övladı alı təhsilli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Baxşeyiş qızını və Təqsirləndirilən şəxs tanıyır. Aygün Qarayevlə əvvələr İncəsənət Universitetində işləmiş, onunla qeyri-rəsmi birlikdə yaşamış, Təqsirləndirilən şəxs isə bir neçə il əvvəl tanımış və hər ikisi ilə münasibətləri normal olmuşdur. Sahiblə biznes qurmuş, lakin bu biznes yarımçıq qalmışdır. Sahiblə əvvəl paltar alveri etmək istəmiş, sonra pulu meyvəyə qoymuş, Rusiyaya meyvə aparıb satmaq istəmişlər. Aygün ona işsiz olduğunu demiş, o, Aygünə bir tanışının olduğunu və adının da Sahib olduğunu, Sahibin ticarətlə məşğul olduğunu, həmin ticarətə pul qoyduğu halda qazanc əldə edəcəyəni demişdir. Aygün pul tapacağını demiş, onlara pul tapıb vermiş, sonra yenə pul lazım olmuş, Aygün qohumlardan tapıb verəcəyini demiş və tapıb vermişdir. Aygünün avtomobili olmuş, həmin avtomobili Aygünə o, alıb vermiş, avtomobil Aygünün istifadəsində olmuşdur. Sahib Türkiyədəki bizneslərində problem olduğunu, pul lazım olduğunu demiş, bu barədə Aygünə demiş, Aygün avtomobili girov qoyaraq pul götürə biləcəklərini demişdir. Aygün bir dəfə 1000 manat, bir dəfə 2000 manat, bir dəfə isə qızı Sevinc vasitəsi ilə 1000 manat pul vermişdir. Aygün qızıllarını girov qoyub pul götürmüş, səhv etmirsə həmin pul 2000, ya 3000 manat olmuş, sonra Aygün girovu bağlayıb qızıllarını geri almışdır. Aygünün qızının təhsil haqqısını ödəmək üçün pul lazım olmuş, Sahib 1100 manat təhsil haqqı ödəmişdir. Həmçinin, Aygünün anasının əməliyyat haqqı üçün pul lazım olmuş, Sahib 800 manat pul tapmış və əməliyyat olunmuşdur. Pulları Aygündən alıb Sahibə vermiş, Sahib pulları qazancları ilə birlikdə artıqlaması ilə qaytaracağına söz vermişdir. Sumqayıtda polisdə ondan izahat alınmış, o, həqiqətləri demiş, sonra müstəntiq ifadəsində Aygünün ifadəsi ilə fərq olduğunu demiş, Sahibi bir həftəyə buraxacağını demiş, ondan yeni ifadə almış, ifadəsini oxumadan imza etmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Sahiblə dörd il əvvəl paltar işinə başlamış, məhkəmədə verdiyi ifadəsi tam həqiqəti əks etdirmiş, Aygünlə təxminən 18 il birlikdə qeyri-rəsmi yaşamış, avtomobli Gürcüstandan 7500 ABŞ dollarına almış, Aygünə sürmək üçün vermiş, girov qoyulmuş avtomobil öz adına olmuş, pullar Aygündən alıb Sahibə o, vermiş, üç nəfər biznes üçün şərik olmuş, biznesdən xəbəri olmuş, Türkiyədə alver edəcəkləri adamlar Sahibi aldatmış, Sahib Aygünə biznesləri alınsa pul verəcəyini demiş, Aygünə çox köməyi dəymiş, Aygünün evini təmir etdirmiş, avadanlıqlar almış, Aygünə Sahibdən şikayət etməməsini demişdir. Aygünlə münasibəti barədə istintaq zamanı deməmiş, biznes işlərinin Azərbaycanla əlaqəsi olmamış, biznesə görə Sahiblə vergidən qeydiyyatdan keçməmiş, Aygünə qazanc götürəcəyini demiş, pulları Aygün ona, o, da Sahibə vermiş, Sahib qazanclarından Aygünə verəcəyini demiş, pulu Avtovağzalda, Şamaxinkada götürmüş, Aygün Amay ticarət mərkəzində qızıllarını girov qoymuş, orada o, olmuş, Aygün girovdan 1280 manat götürmüş, həmin pulu Sahibə verməmiş, Sahib heç vaxt Aygünə zəng etməmiş, Aygündən pul istəməmiş, Masazıra Sahiblə getmiş, pulu götürüb elə orda Sahibə vermiş, istintaqda 5000 manat yazmağının səbəbi Aygünlə ifadəsinin üst-üstə düşməsi səbəbəindən olmuş, Agün, Sahib və o çörək yedikləri zaman avtomobili girov qoyub pul əldə etməyi razılaşmış, avtomobil Bərdədə girov qoyulmuş, girovdan səhv etmirsə 3500 ya 4000 manat pul götürülmüş, həmin vaxt Sahib orada olmuş, həmin puldan 1000 ABŞ dolları Sahib Türkiyəyə göndərmiş, 180 manat sənədləşmə işlərinə çıxmış, 40 manata yemək yemiş, qalan pul Sahibdə qalmış, avtomobili girov qoyan o, olmuş, həmin pulun Aygünə aidiyyəti olmamış, Aygün girovla bağlı Bərdədə tanışı ilə danışmış, Aygün ümumilikdə səhv etmirsə 7500 manat pul vermiş, həmin pulları Sahibə vemişdir. Çarpaz dindirmə zamanı Zərərçəkmiş şəxs1 Baxşeyiş qızı avtomobil alınarkən pulunun yarısının Gülağa, yarısının onun tərəfindən ödənildiyini, təqsirləndirilən şəxsin Şahid1 təzyiq göstərdiyini və onu aldatdığını, buna görə Gülağanın ifadəsini dəyişdiyini, Gülağanın məhkəmədə yalan danışdığını, Şahid1 avtomobil alınarkən pulunun 2100 manatının və 250 ABŞ dolları hissəsinin Aygün tərəfindən verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs1 Şahid1 15 ildir ki, tanıyır. Gülağa ilə əvvəllər İncəsənət Universitetində birlikdə işləmişdir. Anasının dediklərindən ona məlum olmuşdur ki, 2017-ci ilin oktyabr ayında anası Aygün Gülağa ilə Bakı şəhəri, Elmlər Metrostansiyasının yaxınlığındakı çayxanada çay içərkən ona işsiz olduğunu demiş, Gülağa anasına onun bir tanışı olduğunu, adının Sahib olduğunu və onun alverlə məşğul olduğunu, Sahibin hazırda böyük bir iş qurduğunu demişdir. Anası da Sahiblə birlikdə iş görməyi və qazanc əldə etməyi təklif etmişdir. Həmin vaxtlar da anası işləmədiyi üçün Gülağanın dedikləri ilə razılaşmışdır. Bundan sonra anası Sahiblə tanış olmuş Sahib də özünü anasına böyük bir iş adamı kimi təqdim edərək yaxşı gəlir gətirən biznes işi ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs anasını şirin vədlərlə aldatmış, 2017-ci ilin noyabr ayında 5000 manat pul lazım olmasını bildirmiş, anası da yaşadığı Abşeron Gənclər şəhərciyi blok 80-in qarşısında Sahibə 4000 manat pulu vermişdir. Həmin vaxtı anası qalan 1.000 manat pulu da Sahibə verəcəyinə söz verrmişdir. 2017-ci ilin noyabr ayında anasının işi olduğu üçün Sahibə verməyi üçün ona 1000 manat pul vermiş, Sahiblə telefonla danışıb onunla Masazır dairəsi yaxınlığında Gülağanın yanında 1000 manat pulu Sahibə vermişdir. Həmin vaxtı anası ilə danışıb həmin pulu Sahibə verdiyini bildirmiş, Sahib də anasına ona 1.000 manat verməyini telefonda təsdiq etmişdir. Anası Sahibə inanmış, Sahib anasının verdiyi pullar müqabilində gəlir verəcəyinə ümid etmişdir. 2017-ci ilin noyabr ayının ortalarında Bərdə rayonunda olarkən Sahib anasına xaricdən mal gətirdiyini, Gömrük X6 malı saxladıqlarını, təcili 4000 manat pul lazım olmasını bildirmiş, anası Sahibə 4.000 manat pul olmadığını bildirsə də, Sahib 50.000 manatlıq malın batacağını, əgər pulu versə, həm malını qurtaracağını, həm də onun borcalarını qaytaracağını demişdir. Həmin vaxtı Sahib anasına istifadəsində olan “Mersedes A klas” markalı 90ZL362 qeydiyyat nişanlı avtomobilini girov qoyub pul götürməsini demiş, anası, Gülağa və Sahib anasının avtomobiliylə Bərdə rayonuna getmiş, onlar Bərdə rayonunda Elxan adlı şəxsə anasının avtomobilini girov qoymuşlar. Yevlax rayon Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində həmin avtomobili Elxanın oğlunun adına alqı-satqı etmişlər. Yevlax rayon Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin inzibati binasının yaxınlığında 2017-ci ilin noyabr ayının sonlarında 4000 manat pulu anası Sahibə vermişdir. Elxan Sahibə demişdir ki, nə vaxt 4000 manat pulu gətirsə avtomobili ona qaytaracaq. Sahib həmin pulu 10 gün ərzində ödəyəcəyini bildirmişdir. Bundan sonra anası Sahibə nə qədər müddət müraciət etsə də, Sahib ondan aldığı birinci 5.000 manat və sonradan avtomobilini girov qoyaraq götürdüyü 4.000 manat pulunu geri qaytarmamışdır. Tarixini dəqiq bilmədiyi vaxtda həmin hadisədən bir müddət sonra 4.000 manata görə anassının avtomobili batmasın deyə dayısı oğlu X22 həmin Elxan adlı şəxsə 10.000 manat pul ödəməklə anasının avtomobilini geri qaytarmış, lakin hazırda avtomobil anasının adında qeydiyyatda olsa da anası avtomobili faizləri ilə birlikdə girovdan azad olunması üçün Rasimin ödədiyi 10.000 manat pulu ona geri qaytarmalıdır.Anası dəfələrlə təkidlə Sahibə mürciət etsə də Sahib pulları geri qaytarmamışdır. Bundan sonra 2018-ci ilin fevral ayında Sahib yenə də anasına müraciət edib təcili 4000 manat pul lazım olmasını, pulu bu gün çatırmasa, bütün işlərin alt üst olacağını demiş, anası Sahibə pulunun olmadığını, onun əvvəlki pullarını geri qaytara bilməyəcəyini, qızılları varsa lombarda qoyub pul götürməsini demişdir. Anası çarəsiz qalıb Sahiblə razılaşmış, Sumqayıt şəhərində olan Cavid TM-ə gedərək orada qızıl-zinət əşyalarını lombarda qoyaraq əvvəlcə 3.000 manat, 2018-ci ilin təxminən yay aylarında isə 1280 manat pul götürüb Sahibə vermişdir. Sahib anasının qızıllarını girovdan çıxarmaq üçün pullarını ödəmədiyi üçün o məcbur qalıb bir neçə ay həmin lombardın faizini də ödəmişdir. Sahib lombarda pul ödəmədiyi üçün lombardda işləyən qadın qızıl zinyət əşyalarını başqa şəxslərə satmışdır. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, Gülağanı tanıyır, anası qızılları onun yanında X26 lombarda qoymuş və pulu götürüb Sahibə vermiş, Sahib həmişə anasına zəng vurub malların gələcəyini, bir az da pul lazım olmasını demiş, 1000 manat pulu anasının tapşırığı ilə Masazırda Sahibə vemiş, anası Sahibin iş qurduğunu və ona qazanc verəcəyini demiş, 2017-ci ilin noyabr ayında Abşeron gənclər şəhərində yaşadıqları zamanı Sahib blokun qarşısına gəlmiş, anası onun gözünü qarşısında 4000 manatı sayıb Sahibə vermiş, pullar yüzlik və əllilik olmuş, Sahib anasına bir həftəyə işlərin düzələcəyini demiş, avtomobili girov qoyun pul götürən zaman anasının yanında olmamış, anası avtomobilini girov qoyub Sahibə 4000 manat verdiyini demiş, Sahiblə anasını Gülağa tanış etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Münasib oğlu ifadəsində göstərmişdir ki, 2010-cu ildə Azərbaycan Dövlət İqtisadiyat Unverisitetinə daxil olmuş və həmin dövrlərdə Şahid5 ilə tanış olmuşdur. Belə ki, Bəxtiyar da onun təhsil aldığı unversititdə oxumuş və onların tanışlıqları dostluq münasibətlərinə dönmüşdür. 2014-cu ilin iyul ayında onlar universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, o, Bəxtiyarla birlikdə Gəncə şəhərində hərbi xidmətə çağırılmış və orada andiçmə mərasimində olarkən valideyinləri Gəncə şəhərinə gəlmişdir. Bəxtiyarın valideyni Təqsirləndirilən şəxs da oğlu Bəxtiyara baş çəkmək üçün gəlmiş, o anadək Bəxtiyarın atası Sahiblə görüşməmiş və Sahibi tanımamışdır. Həmin vaxt o, anası və atası Bəxtiyarın atası Sahibi orada görmüş və tanışlıqları yaranmışdır. Bir müddət keçdikdən sonra o və Bəxtiyar hərbi xidmətdə olduqları zaman atası Münasib onunla telefonla danışaraq, narahat olmamasını hərbi xidməti bitirən kimi Sahibin onu gömrük xidmətində və ya polisdə işə düzəldəcəyini və bu məqsədlə Sahibə pul verdiyini bildirmiş, o da bu barədə Bəxtiyara bildirmiş, Bəxtiyar narazılığın bildirərək nə üçün atasına pul verildiyini demiş, daha sonra Bəxtiyar atası Sahiblə əlaqə saxlayaraq nə üçün Münasibdən pul aldığını soruşmuş və daha sonra atası Münasib Bəxtiyara zəng edərək Sahibin pul almadığını bildirmişdir. O, hərbi xidmətdə olduğundan atasından Sahibə nə qədər pul verməsi barədə maraqlanmamış, lakin bir müddət keçdikdən sonra, yəni 2015-ci ilin iyul ayının 25-də hərbi xidməti bitirdikdən sonra evə gəlmiş və atası və anasının danışıqlarından bilmiş ki, atası Sahibə onu işə düzəltmək üçün 10000 manat və 23000 ABŞ dolları məbləğində pul vermişdir. Daha sonra isə atasından iş görmək məqsədi ilə 27000 ABŞ dolları hissə-hissə alaraq əvvəlki pullarla birlikdə qaytaracağını demiş, lakin həmin vaxtdan bu günə kimi Sahib atasından onu işə düzəltmək üçün və iş görmək adı ilə aldığı pulları qaytarmamışdır. Atası Münasib polisə bu barədə şikayət etdikdən sonra Sahib onun mobil telefonuna zəng edərək, atası Münasibin şikayəti geri götürməsini, 10 gün müddətinə atasından aldığı pulları geri qaytaracağını bildirmişdir. Həmin gündən 5 gün sonra Sahibin oğlu Bəxtiyar öz istifadəsində olan (050)-510-05-01 mobil nömrəsindən onun (051)-640-00-02 mobil telefon nömrəsinə zəng edərək, atasının şikayəti geri götürməsini və Sahibin 2018-ci ilin dekabr ayının sonunadək atasından aldığı pulları tam qaytaracağını bildirmişdir. Əlavə olaraq 2018-ci ilin dekabr ayında atası Sahibin barəsində şikayət etdikdən sonra onun istifadəsində olan (051)-640-00-02 mobil telefon nömrəsinə zəng edərək Sahibin onu atasını sakitləşdirmək üçün atasını yola gətirməyini, onlara olan borcunu yeni ilə qədər qaytaracağını bildirmişdir. Şahid3 Münasib oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, əsgərlikdə olduğu müddətdə nə qədər pulun verilməsini bilməmiş, əsgərlikdən qayıtdıqdan sonra iş barədə məlumatı olmuş, Sahibin oğlunun ola bilsin məlumatı olmuş, işi alınmayanda bu barədə Bəxtiyarla danışmış, heç olmasa atasının pulu qaytarmasını demiş, Sahib tutulduqdan sonra Bəxtiyar zəng etmiş, 23000 ABŞ dollarını Sahib şuba məsələsinə görə almış, Sahib atasına şuba gətirəcəyinə söz vermiş, dörd il ərzində Sahibin nə işlə məşğul olmasını bilməmiş, Sahib əsgərlikdən gəldikdən sonra onun işə başlayacağını, onu dövlət orqanına işə düzəldəcəyini demiş, Sahib onu polis və ya gömrük orqanlarına işə düzəltməli olmuş, bildiyinə görə Sahib atasından onu işə düzəltmək üçün 40000 ABŞ dollarından çox pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 əri, Şahid3 isə oğludur. Mətin 2010-cu ildə Azərbaycan Dövlət İqtisadiyat Unverisitetinə daxil olmuş, həmin dövrlərdə Bəxtiyar oğlum Mətinlə arabir onlara gəlmiş, ailəliklə Bəxtiyarı tanımış, oğlu Bəxtiyarla dostluq etmişdir. 2014- cu ilin iyul ayında oğlu Mətin və Bəxtiyar univrsiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrmışlar. Mətin və Bəxtiyarın Gəncə şəhərində andiçmə mərasimində olarkən, Bəxtiyarın valideyini Təqsirləndirilən şəxs da orada olmuş, həmin vaxtadək Bəxtiyarın atası Sahibi tanımamışlar. O, Münasib və oğlu Mətin Bəxtiyarın atası Sahiblə tanış olmuş, ondan sonra münasibətləri yaranmışdır. Bir müddət sonra Sahib həyat yoldaşım münasiblə telefonla əlaqə saxlayaraq görüşmüş və Mətni işə düzəltmək üçün münasibdən 10000 manat, daha sonra isə 27000 ABŞ dolları hissə-hissə almış, lakin Mətini işə düzəltməmişdir. Daha sonra isə Sahib Münasiblə danışaraq güya ki, iş görmək və əvvəl aldığı pulları da qaytarmaq üçün 23000 ABŞ dolları da hissə-hissə alaraq Münasibi aldatmış və bu günə kimi həmin pulları qaytarmamışdır. Münasib polisə bu barədə şikayət etdikdən sonra Sahib oğlu Mətinin mobil telefonuna zəng edərək Münasib şikayəti geri götürdüyü halda 10 gün müddətinə pulları geri qaytaracağını demişdir. Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, Sahib onlardan ümumilikdə 63000 ABŞ dollar pul almış, şuba gətirmək adı ilə 23000 ABŞ dolları almış, bu barədə Münasibin özündən, həmçinin Sahiblə telefonla danışığında eşitmiş, dəqiq yadında olmasa da, işə görə pulun verilməsi təxminən Mətinin əsgərlik vaxtı olmuş, Mətin əsgərlikdən gələnədək Sahib işi düzəltməli olmuş, pul əvvəl 40000 ABŞ dolları, sonra isə 23000 ABŞ dolları verilmiş, Sahibin nə işlə məşğul olmasını bilməmiş, Münasibin Seyfəddinə borcu olmamış, bu barədə eşitməmiş, səhv etmirsə Sahib Mətini ədliyyə orqanına, ya polisə düzəltməli olmuş, Sahib pulu qaytarmamış, bir neçə dəfə pul istəsələr də, hətta 100 manat belə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid3 Münasib oğlunu 2010-cu ildə Azərbaycan Dövlət İqtisadiyat Unverisitetinə daxil olduğu vaxtdan tanımış və aralarında dostluq münasibətləri olmuşdur. 2014-cu ilin iyul ayında o və Mətin universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılmış, Mətin və o, birlikdə Gəncə şəhərində hərbi xidmətə aparmılış və orada andiçmə mərasimində olarkən atası Sahib və Mətinin atası Münasib və anası Dürdanə Cəncə şəhərinə gəlmiş və orada da onların valideyinləri tanış olmuşlar. Həmin vaxtdan bir müddət keçdikdən sonra, o və Mətin hələ hərbi xidmətdə olduqları zaman Mətin ona, atası Münasiblə onun atası Sahibin biznes qurmaq məqsədi ilə danışdıqlarını və Münasibin atasının Sahibə pul verdiyini demiş, o, Mətinə Münasibin düzgün etmədiyini bildirmiş, buna görə də atası Sahiblə həmin vaxt telefonla əlaqə saxlayaraq birlikdə iş görməmələrini bildirmiş, atası Sahib də ona birlikdə iş görmədiklərini bildirmişdir. Daha sonra isə Münasiblə telefonla danışmış və bildirmiş ki, atası Sahiblə birlikdə iş görməsi, Münasib ona bildirmiş ki, “siz uşaqsınız, böyüklərin söhbətlərinə qarışmayn.” Həmin vaxtdan o, Mətin və atası Münasiblə birlikdə dəfələrlə görüşmüşlər. 2016-cı ilin yay aylarında Mətinlə görüşdükdə ona atası Sahibin Mətinin atası Münasibdən pul aldığını, sonra artıqlaması ilə qaytacağını, lakin qaytarmadığını danışmış, bundan sonra o, atası Sahiblə yenidən bu barədə danışdıqda ona bildirmişdir ki, “sənlik deyil qarışma”, o da həmin söhbətlərə qarşmamış, atası Sahib və Münasibin arasında nə qədər məbləğdə pul söhbətləri olmasından da məlumatı olmamışdır. Lakin Münasib onunla son zamanlar danışdıqda bildirirmiş ki, bu barədə polisə şikayət edəcəkdir. O, Mətinlə dostluq etdiyindən və pulun həmişə münasibətlərə son qoyduğunu düşünüb Sahib və Münasibin pul qoyaraq iş görməklərinə etirazını bildirmişdir. O, Mətinlə telefonla danışaraq şikayət etməmələrini və atasının iş gördüyünü düşünərək yaxın vaxtlarda pullarını qataracığını demişdir. Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, Münasib atasından Seyfəddinə olan borcunu ödəməsini, bundan sonra onunla sağollaşacağını, atasının Seyfəddinlə danışdığını və pulu ödədiyini, atası ilə Münasib arasında bizneslə bağlı pul söhbəti olduğunu, atasının Gəncədə şüba dükünı açmaq üçün pulu aldığını, Münasib ona zəngə edərək bezdirdiyini, bundan sonra Münasibə atasını polisə verməyi dediyini, pulla bağlı Mətnin ona zəng etdiyini, Mətni işə düzəltməklə bağlı söhbət olmadığını, atası ilə Münasib arasında ancaq biznes söhbəti olduğunu, Seyfəddinə pul veriləndə orada olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2005- 2006-cı illərə qədər köhnə Sədərək TM-də şuba ticarəti ilə məşğul olmuşdur. Həmin dövrdə Paşa və Münasib həmin ticarət mərkəzində şuba işi ilə məşğul olan adam kimi tanımış, onlarla iş yoldaşı kimi normal münasibətləri olmuşdur. Təxminən 2015-ci ilin yay aylarında yeni Sədərək TM-də Paşa və onun yanında işləyən İlkinlə qarşılaşmış, söhbət əsnasında Paşaya Moskva şəhərində təxminən 45 ədədə qədər təxminən 62.000 ABŞ dolları dəyərində olan malının olmasını demiş, bir neçə saat sonra Paşa onunla telefon əlaqəsi saxlayıb Münasiblə birlikdə onunla görüşmək istədiyini bildirmişdir. Ayna Sultanova heykəlinin yaxınlığında olan kafedə onlarla görüşmüş, Paşagil ona onun Moskvada olan mallarını almaq istədiklərini, pulunu isə bir müdət sonra yəni sataraq ödəmək istədiklərini bildirmişlər. Onların yanında şəriki Aygün xanımla görüntülü əlaqə yaradıb həmin malları Paşa və Münasibə göstərmiş, bir neçə gün sonra Paşa Moskvaya getmiş və onun şərikindən ona məxsus olan 45 ədədə qədər 62000 ABŞ dollarlıq malını götürərək Bakı şəhərinə gətirmişdir. Paşa və Münasib 2015-ci ilin oktyabr noyabr ayına qədər onun pulunu ödəyəcəklərini bildirmişdilər. Daha sonra, onlara yenidən mal vermiş, Paşagil pulu ödəyəcəklərini demiş, lakin ödəməmişlər. Pulu almaq üçün Münasibin evinə getmiş, orada Münasib onu Sahiblə danışdırmış, Sahib Münasibin borcunu verəcəyini demişdir. Sona tanışları ilə birlikdə Sahiblə görüşmüş, Sahib pulu verməyə boyun olmuş, lakin vaxt istəmişdir. 2019-cu ilin yanvar ayında Sahib ona 40000 manat pul vermişdir. X8 verilən suallara cavab olaraq bildirmişdir ki, Sahibi əvvəllər tanımamış, Sahibin ona borcu olmamışdır. O, Münasib, ümumilikdə beş kişi görüşmüş, Sahib orada olmamış, Sahib Münasibə pul verməli olmuş, razılaşmalarına əsasən Sahib Münasibə verməli olduğu pulun əvəzinə Münasibin ona olan borcunu qaytarmalı olmuşdur. Sahib pulu verəndə orada Kamal, Elman və Sahib olmuşdur. Pul 2019-cu ilin yanvar ayında verilmiş, tanışlığa görə hər hansı qəbz yazılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, Münasibi Sahibdən əvvəl tanımışdır. Münasibi Sahiblə tanış etdikdən sonra Sahiblə biznes qurmuş, Sahib xaricə gedib-gəlmiş, kafe işlətmişlər. Sahib Münasibin ona 10000 manat pul verdiyini demişdir. Sahib bir il Türkiyədə qalmış, Münasiblə o Sahibə pul göndərmişlər. Münasib ona Sahibə 10000 ABŞ dolları və 10000 manat pul verdiyini demişdir. Münasibin oğlunun işə düzəlməsi ilə bağlı söhbəti eşitməmiş, sadəcə məclisdə sağlıq deyərkən Sahib oğullarının yaxşı yerlərdə işləməsini demişdir. Pullar Sahibə əlbə əl və bank vasitəsi ilə verilmiş, Sahib malların xaricdən gələcəyini demişdir. Münasib onlara probleminin olduğunu, bir nəfərə 25000 manat borclu olduğunu demiş, həmin şəxs Seyfəddin olmuş, Seyfəddin Münasibin qapısına gedib onu incitmişdir. Seyfəddinlə danışılmış, borcun bir hissəsi silinmiş, 40000 manat borc qalmış, həmin pulu da 20 yanvar günü X34 Seyfəddinə vermişdir. Pulu qaytaranda o, Seyfəddin, Elman və Sahib olmuşdur. Aygün xanımla da Sahibin arasında pul söhbəti olmuş, həmin məsələni dəqiqliklə bilməmişdir. Sahibin hansı bizneslə məşğul olmasını soruşmamış, 40000 manatı Sahibə o, vemiş, Sahib ondan aldığı 40000 manatı Seyfəddinə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Sahibin və digərilərinin nə işlə məşğul olmasını bilməmiş, təxminən bir il bundan əvvəl Sahib, Seyfəddin və o görüşmüş, Sahib 40000 manat pulu Seyfəddinə vermişdir. Səhv etmirsə pul Münasibin Seyfəddinə olan borcuna görə verilmişdir. X25 verilən suallara cavab olaraq bildirmişdir ki, pulun verildiyini görmüş, pul 20 yanvar günü verilmiş, orada Kamla da olmuş, həmin yerə Kamalla getmiş, Münasib orada olmamışdır. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 oğlu Şahid5 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olan zaman Bəxtiyarla hərbi xidmət çəkən Mətin Babayevin valideyni kimi tanımış, münasibətləri yaxşı olmuşdur. Belə ki, həmin vaxt bilmişdir ki, oğlu Münasibin oğlu ilə universitetdə də birlikdə oxumuşlar. Münasib andiçmə mərasimindən öncə Paşa ilə birlikdə Yasamal rayonunda yaşadığı evin yanında onunla tanış olaraq övladları birlikdə hərbi xidmətdə olmasını deyib, həmin şəxslərin bir hərbi hissədə xidmət etmələrini istədiyini bildirmişdir. Onların tanışlıqlarından sonra andiçmə mərasiminə qədər olan ikinci görüşləri zamanı yenə də yaşadıqları evin yaxınlığında Münasib və Paşa ilə görüşləri zamanı həmin şəxslər ona şuba ticarəti ilə məşğul olduqlarını, mal almaq üçün 70000-80000 ABŞ dolları pula ehtiyaclarının olmasını, bu pulu həmin şəxslərə borc kimi verməyini xahiş etmişlər. Həmin ərəfədə o, tez-tez xarici ölkəyə səfər etdiyi üçün Münasibgil onda pulun olmasını düşünərək müraciət etmiş, o da həmin şəxslərə cavabında hazırda pulunun olmamasını, lakin yaxın vaxtlarda olan kimi həmin şəxslərə şuba malları təşkil etməyini, birlikdə həmin bizneslə məşğul ola biləcəklərini bildirmişdir. Bundan sonra gördüyü işlərlə bağlı yəni, biznes söhbətləri aparmaq üçün Çexslovakiyaya gedib Bakı şəhərinə qayıtmışdır. Həmin ərəfədə Münasib öz övladı ilə yanaşı onun da oğlunu ziyarət etmiş və ehtiyaclarını qarşılamış, o da öz növbəsində hər dəfə Bakı şəhərinə gələrkən hədiyyələr gətirib Münasibə tədim etmiş, beləliklə onların yaxın ailəvi münasibətləri yaranmışdır. Növbəti görüşlərinin birində o, Paşa və Münasibin görüşü zamanı hər zamanı Münasib onun pul qabında 500-lük avrolardan ibarət külli miqdarda pulları görürmüş deyə onun bizneslə məşğul olduğunu bilmiş və buna görə də Münasib ona nəğd pula ehtiyacı olub-olmamasını soruşduğu zaman, o da hər zaman gördüyü işlərlə bağlı nəğd pula ehtiyacının olmasını demiş, bu vaxt Münasibin maşınında özünə məxsus ehtiyat 10000 manat pulunun olmasını deyib, həmin pulu da ona borc kimi verə biləcəyini təklif etmiş, o da əgər həmin pul Münasibə lazım deyilsə ona verməsini xahiş etmişdir. 2014-cü ildə övladları hərbi xidmətdə olarkən o, Münasibdən 10000 manat pulu borc kimi almış, həmin pulu alan zaman nə vaxt qaytaracağını deməmiş, sadcəcə gələcəkdə Münasibin gördüyü şuba biznesini artıracaqmışlar. Həmin vaxt Münasibin oğlu Mətin, oğlu Bəxtiyara onların birgə iş gördükləri və Münasibin ona 10000 manat pul verməsini bildirmiş, bu vaxt oğlu Bəxtiyar ona zəng edərək həmin məsələni onunla dəqiqləşdirmiş və o da Münasibə, oğlunun onların işlərinə qarışmamasını, onların birgə biznes işlərinin olacağını, gələcəkdə birgə mağaza açıb oğullarını da həmin mağazada işlə təmin edəcəklərini bildirmişdir. O, oğlunun pis olmaması üçün Münasibə müraciət edib oğluna zəng vuraraq onun Münasibdən 10000 manat pul almadığını bildirməsini xahiş etmiş, Münasib onun xahişi ilə zəng edərək Mətinə və Bəxtiyara 10000 manatı ona vermədiyini bildirmişdir. Həmin ərəfədə oğlu pis olduğu üçün o, Münasibə aldığı pulu qaytarmağını təklif etsə də Münasib ona pulu ondan qəbul etməmişdir. Sonradan Münasib istifadəsində olan kredit avtomobilin bank tərəfindən alınmasını, çoxlu borc pullarının yaranmasını bildirmiş, o da işlərinin qaydasına düşdükdən sonra borclarını qaytaracağını bildirmişdir. 2016-cı ilə qədər olan müddətdə o, Türkiyədə və Rusiyada olan zaman Münasib onun ehtiyaclarına görə hissə-hissə olmaqla ümumilikdə bilmədiyi miqdarda pullar göndərmiş, həmin pulları onun ehtiyaclarına görə göndərmiş, həmin pulu bir hissəsini oteldə qaldığı üçün, bir hissəsini isə iş görüşləri zamanı xərcləmişdir. Onun xaricdə görüdüyü elektro-texnika, məişət əşyaları ilə bağlı bütün biznes işləri alınmadığı üçün yarımçıq qalmış, gəlir əldə edə bilməmiş, bu səbəbdən də 2016-cı ildə Bakı şəhərinə qayıtmışdır. Bu vaxt Münasibə müraciət edib nə qədər borclu olduğunu soruşduqda, Münasib ona qeydiyyat dəftərini gətirib ilkin verdiyi 10000 manat və hissə-hissə göndərdiyi 10000 ABŞ dolları borcunun olmasını bildirmiş, o da dostu olduğu üçün Münasibin dedikləri ilə razılaşmış və bu pulu işləri düzələn kimi qaytarcağını bildirmişdir. Bundan bir neçə gün sonra Münasib Seyfəddin adlı bir nəfərin onu incitdiyini, həmin şəxsə 15000 manat olan borcunu tələb etdiyini, buna görə də pula ehtiyacı olmasını bildirmiş, bu vaxt o, Seyfəddinə artıq pul borclu olub-olmamasını soruşanda o, cəmi 15000 manat pul borclu olmasını bir daha təsdiq etmiş, o da Sədərək TM-də olan tanışları vasitəsi ilə Seyfəddinə müraciət edib gözləməyi, pul olan kimi geri qaytarmağı demiş, onun xahişi ilə tanışı Elvin, Münasib və bilmədiyi digər bir neçə şəxs Seyfəddinin yanına xahişə gedən zaman Münasibin ona 80-90000 manat borclu olmasını, özünün və yeznəsi Paşanın Seyfəddinin mallarını Moskvadan gətirməsini, bir hissə malı isə Bakıda qəbul edib mağazalarıında satmasını bildirmişdir. Həmin vaxt Münasib və Münasibin yanında olan şəxslər Seyfəddindən bu puldan güzəşt etməsini xahiş etdikdə, sonuncu 40000 manat borcu bağlamağa razılaşmış, o da Seyfəddinlə telefon əlaqəsi yaradıb ondan 40000 manatı ödəmək üçün üç ay müdətinə vaxt götürmüşdür. Həmin vaxta qədər pulu ödəyə bilməsə də xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu “Ətçilər” adlanan yerdə “Qismət” şadlıq sarayına gedən yolda adını xatırlamadığı kafedə Kamal, o, Elman və Seyfəddinin iştirakı ilə sonuncuya 40000 manat pulu Münasibin borcu əvəzinə vermiş və bildirmiş ki, Münasib və sonuncunun qohumu Fəqan pulu həmin şəxslərə verməyini tələb etsələr də o, bu pul Seyfəddinə çatmalı olduğu üçün Seyfəddinə vermişdir. Seyfəddin də ona müraciət edib bildirmiş ki, səhəri günü Yasamal RPİ-yə gedərək müstəntiqə 40000 manat pulu Münasibin əvəzinə Sahibin ona ödəməyini bildirəcəkdir. Lakin Seyfəddin istintaqa getsə də müstəntiq ondan ifadə almamışdır. X13 də zəng edərək Seyfəddinə borclu olduğu 40000 manat pulun onun tərəfindən ödənildiyini bildirmişdir. Həmin vaxt Münasibin Fəqan adlı tanışı Seyfəddinə zəng edərək həmin pulun Seyfəddinə ödənilməsinə etiraz etmişdir. O, Münasibə övladını polisə işə düzəltməklə bağlı heç bir vəd verməmiş və bu məqsədlə Münasibdən heç bir məbləğdə pul almamışdır. Sadəcə ondan 10000 manat və 10000 ABŞ dolları pulu Münasibin gələcəkdə şuba biznesini böyütmək və övladlarını həmin işdə işlə təmin etmək üçün almışdır. O, Seyfəddinə və sonuncunun dostlarına söz verdiyi üçün Seyfəddinə 40000 manat pulu ödəmiş və Seyfəddin tərəfindən Münasibi tutdurmağa qoymamışdır. Borcundan artıq məbləğdə Münasibin borcuna görə pul ödəməyinə səbəb isə Seyfəddinə bu sözü verməyi və Münasiblə aralarında dostluq münasibətlərinin olması olmuşdur. Münasib onunla əlaqə saxlamamış, Münasibin qohumu Fəqan adlı şəxs pulu ona verməyini tələb etmişdir. O, Seyfəddinə 40000 manat pul verməyi ilə bağlı qəbz almasa sonradan bu qəbzi almışdır. 40000 manat özündə olmuş, bu pulu yığıb saxlamışdır. O, həmin pulları Çexslovakiyada və Türkiyədə olduğu vaxt öz şəxsi ehtiyacları, yəni çatışmayanda otel puluna, digər xərclərinə sərf etmiş, bizneslə bağlı faktiki bir iş görməsə də, onun orada biznes danışıqları aparmaq üçün xaricdə qalan zaman həmin pulları xərcləmişdir. Sadəcə bir yerdə yeyib-içən zaman Münasibə övladlarının işlə təmin edilməsi ilə bağlı ümumi söhbətlər etmiş, lakin bu söhbət kimi də qalmışdır. Şahid1 uzun illərdir ki, tanıyır, 2016-cı ildən şərikli ticarətlə məşğul olurmuşlar. Onlar Türkiyə Respublikasından paltarlar alıb Rusiya Federasiyasına aparıb satırmışlar. Zərərçəkmiş şəxs1 Baxşeyiş qızını Gülağa vasitəsi ilə tanımış, Aygünü Gülağa onunla tanış etmişdir. 2017-ci ildə biznes işi ilə əlaqədar onlara pul lazım olduğu üçün o, Gülağaya 2000 manat pul tapmasını demiş, Gülağa Aygünün mobil telefonuna zəng edib biznes işi ilə əlaqədar 2000 manat pul lazım olduğunu demiş, Aygün Gülağaya bir nəfər vasitəsi ilə həmin məbləğdə pulu göndərəcəyini demişdir. O, Gülağa ilə Bakı şəhərindəki Tükiyə səfirliyinin yaxınlğında olarkən bir nəfər tanımadıqları qız 2000 manat pulu gətirib Gülağaya vermiş, Gülağa da həmin pulu ona vermişdir. Bir müddət sonra onlara yenə də biznes işi ilə əlaqədar 1000 manat pul lazım olduğu üçün o, Gülağaya yenə də pul tapmasını demiş, Gülağa Aygünə zəng edərək biznes işi ilə əlaqədar 1000 manat pul lazım olduğunu demiş, Aygün Bərdə rayonunda olduğunu, həmin pulu avtobusla göndərəcəyini demişdir. Onlar Bakı şəhərindəki avtovağzalda olarkən xatırlamadığı şəxs 1000 manat pulu Gülağaya vermiş, Gülağa isə həmin pulu ona vermişdir. Bir müddət sonra biznes işi ilə əlaqədar yenə də pul lazım olmuş, o, Gülağaya pul tapmasını demiş, Gülağa ona Aygünün sürdüyü avtomobili girov qoyub pul götürmələrini demiş, Aygün onlara Bərdə rayonuna getmələrini təklif etmiş, Aygün orada tanışı olduğunu demiş və onlar həmin avtomobillə Bərdə rayonuna getmişlər. Avtomobili Gülağa idarə edirmiş, orada bir nəfər tanımadığı adını xatırlamadığı şəxslə görüşmüş və onlar Gülağanın avtomobilini həmin şəxsin yanında girov qoyacağına, təxminən 10 gündən sonra işləri düzəldikdən sonra pul tapıb həmin şəxsə verərək, avtomobili girovdan çıxaracaqlarına dair razılaşma olmuşdur. Onlar Yevlax rayon Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə gəlmiş, orada avtomobili həmin şəxsin oğlunun adına alqı-satqı etmiş, həmin şəxs Gülağaya 3320 manat pul vermiş, Gülağa da həmin pulu ona vermişdir. O, Aygündən 5000 manat pul istəməmişdir. Aygünün yaşadığı binanın qarşısına gəlməmiş və orada Aygündən pul almamışdır. Aygünə o yox, Gülağa avtomobilini girov qoyub pul götürməsini demişdir. Çünki, o, Gülağaya biznes işi ilə əlaqədar pul lazım olduğunu demiş, Gülağa da Aygünə avtomobili girov qoyub pul götürməsini demişdir. Eləcə də avtomobili girov qoymaq üçün Bərdə rayonuna getməyi Aygün təklif etmiş, orada həmin şəxsi də Aygün tapmışdır. Avtomobil girov qoyulduqdan sonra Gülağa ona 3320 manat pul vermişdir. Aygünün qızılzinət əşyalarını girov qoymasından ümumiyyətlə xəbəri olmamışdır. O, Aygündən aldığı pulları ticarət işlərinə sərf etmişdir. Onun fikri həmin pulları qaytarmaq olmuş, lakin sonradan Bakı şəhərindəki dələduzluq cinayətinə görə tutulduğundan Aygünün pullarını qaytara bilməmişdir. Eləcə də o, Aygünlə ümumiyyətlə Sumqayıt şəhərinə getməmiş, Ayügünün qızıl-zinət əşyalarını girov qoyulmasında iştirak etməmişdir. Aygün həmin vaxt girovdan götürdüyü puldan ona heç nə verməmişdir. Verilən suallara cavab olaraq təqsirləndirlən şəxs bildirmişdir ki, Aygün ona 1280 manat pul verməmiş, Gülağa ilə birlikdə iş görmüş, Aygündən pul almamış, Aygünün anasını əməliyat etdirmiş və həmin pulu o, vermiş, həmçinin Aygünün qızı Sevincin 1100 manat təhsil haqqını ödəmiş, Gülağanın istintaq zamanı vermiş olduğu ifadəsini müstəntiq yazmış, 20 yanvar ərazisində Gülağaya qol çəkdirmiş, Aygün müvəqqəti saxlama yerində ondan şikayətinin və tələbinin olmaması barədə ərizə yazmış, Aygün ondan pul tələb etmədiyini, Gülağanın xəstə olduğunu və onu sağaltmasını ondan xahiş etmiş, məhkəmə zamanı Gülağaya ifadəsini dəyişmək üçün təsir etməmiş, onu aldatmamış, Münasibdən cəmi 27000 manat pul almış, 13000 manat artıq qaytarmış, pulu verən zaman Seyfəddindən qəbz almamış, çünki Seyfəddin onu bir il gözləmiş, Münasiblə tanışlıq andiçmədən qabaq olmuş, Münasib ona xaricdə olarkən ən çoxu 3000 manat göndərmiş, dekabr ayında Münasibin oğlu ilə danışmış, 20 yanvarda pulu qaytarmış, Seyfəddinə verdiyi pul özünün olmuş, həmin pul Türkiyədən meyvə vurub qazanc əldə etdiyi pul olmuş, həmin pulu Kamaldan almamış, işə düzəltməklə bağlı söhbət olmamış, Münasibdən 10000 manat aldıqdan sonra Münasib Paşa ilə onun yanına gəlmiş, şuba işini genişləndirmək istədiklərini demiş, Gəncədə şuba mağazası açmaq qərarına gəlmiş, Münasib ancaq Türkiyədə olduğu müddətdə pul göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Baxşeyiş qızının müraciəti üzrə toplanmış ilkin yoxlama materialı əsasında fakta görə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və cinayət işi üzrə ibtidai istintaqın aparılması Sumqayıt şəhər X17 şöbəsinə tapşırılmışdır (İ cild, i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında xx xxx 2019-cu il tarixli protokolundan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (İ cild, i.v. 05-07); cinayət işinin icraata qəbul edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi Sumqayıt şəhər X17 şöbəsinin baş müstəntiqi, polis kapitanı Namiq Mirzəzadə tərəfindən icraata qəbul edilməklə istintaqı aparılmışdır (İ cild, i.v. 18); cinayət işinin icraata qəbul edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi Sumqayıt şəhər X17 şöbəsinin baş müstəntiqi, polis mayoru X29 tərəfindən icraata qəbul edilməklə istintaqı aparılmışdır (İ cild, i.v. 26); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Baxşeyiş qızı zərər çəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 28); şəxsin məcburi gətirilməsi barədə xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, X7 məcburi qaydada Sumqayıt şəhər X17 şöbəsinə gətirilmişdir (İ cild, i.v. 37); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v. 39-40); cinayət işi üzrə əməlin tövsif edilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 178.2.4-cü maddəsindən, həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (İ cild, i.v. 43); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 178.2.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (İ cild, i.v. 44-45); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (İ cild, i.v. 56); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 4(011)-409/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay həddində müəyyən edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə olma müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır (İ cild, i.v. 57-60); cinayət işini icraata qəbul edilməsi və cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə ********* nömrəli cinayət işi ilə birləşdirilmiş və ********* nömrəsi altında bir icraatda cinayət təqibi davam etdirilmişdir (İ cild, i.v. 92-93); hadisə yerinə baxış keçirilməsi haqqında 10.09. 2018-ci il tarixli protokolundan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (İ cild, i.v. 118-122); cinayət işini icraata qəbul edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, CM-nin 178.2.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Vəliyev tərəfindən icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (İ cild, i.v. 129); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X24 zərər çəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 131); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 160); cinayət işinin tövsif edilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi CM-nin 178.2.1-ci maddəsindən, həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir (İ cild, i.v. 178); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Bakı şəhər BPİ-nin İstintaq və X21 cinayətlərin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı Həbib Həbibli tərəfindən icraata qəbul edilmiş və istintaqı aparılmışdır (İ cild, i.v. 194); “Parabank ASC”-nin Yasamal filialının xx.xx.2015-ci il tarixli qəbzindən görünür ki, X23 tərəfindən Təqsirləndirilən şəxs Dilqəm oğluna 540 ABŞ dolları məbləğində pul ödənilmişdir (İ cild, i.v. 204); protokoldan görünür ki, şahid qimsində dindirilmiş Şahid3 Münasib oğlunun istintaqa təqdim etdiyi 01 ədəd diskə baxış keçirimişdir. Həmin bir ədəd diskdə 7 dəqiqə 13 saniyədən ibarət səs yazısı mövcuddur. Həmin səs yazısı Təqsirləndirilən şəxs ilə Şahid3 Münasib oğlu arasında olan telefon danışığını əks etdirir. Həmin səs yazısının məzmununda Təqsirləndirilən şəxs Şahid3 zəng vuraraq özünü təqdim etdikdən sonra atası Zərərçəkmiş şəxs2 bir qədər gözləməsini, 10 gün müddətində yerində oturmasını, qıraqdan heç kimin sözünə qulaq asmamasını, artıq hərəkət etməməsini ondan xahiş etdiyini, bu vaxtacan dözdüyünü, bir həfətəni də dözməsini, problem yaratmamasını bildirmiş, həmin sözlərə cavabında Şahid3 işin çox uzanmasını bildirdikdə Təqsirləndirilən şəxs bunu bildiyini, atasına yerində oturmasını, bir həftə on gün müddətində onu gözləməsini, indiki vaxtda birbirini hörmətdən salmamasını, onun bunun sözünə qulaq asmamasını, addım atsa poeşmançılıq çəkəcəyini, ömürlük düşmən olmasını bildirmiş, onun bir dost kimi kömək edəcəyini, əgər o sözünün üstündə durmasa nə istəsə edə biləcəyini bildirmiş. Bunlara cavabında Şahid3 həmin sözləri atasına çatdıracağını bildirmiş, Təqsirləndirilən şəxs isə bir daha onun əmi kimi dediyini eləyəcəyini, atasının sakitcə yerində oturmasını, heç kimin sözünə qulaq asmamağı, uşaqlarının gələcəyinin olmasını, hər şeyi düzüb qoşduğunu, tezliklə verdiyi vədə əməl edəcəyini, onun da atasının da pul itirdiyini bildirmişdir. Həmin səs yazısının sonunda Təqsirləndirilən şəxs bir daha atasının yerində oturmasını xahiş etmiş və ona bir daha verdiyi vədi əməl edəcəyini bildirmişdir (İ cild, i.v. 239); tutma haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şöbhəli şəxs kimi tutlmuşdur (İİ cild, i.v. 24); ibtidai istintaq müddətinin uzadılması barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri BPİ-nin İstintaq və X21 cinayətlərin istintaqı şöbəsində CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddətinin 03 (üç) ay olmaqla 07 (yeddi) ayadək, yəni xx.xx.2019-cu il tarixədək uzadılmıması qərara alınmışdır (İİ cild, i.v. 60-61); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(011)-409/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin əvvəli xx.xx.2019cu il tarixdən hesablanmaqla, barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v. 62-63); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(011)-515/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay 10 (on) gün olmaqla 03 (üç) ay 10 (on) günədək, yəni xx.xx.2019-cu il tarixədək üzadılmışdır (İİ cild, i.v. 77-79); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(011)-614/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay olmaqla 05 (beş) ay 10 (on) günədək, yəni xx.xx.2019-cu il tarixədək üzadılmışdır (İİ cild, i.v. 101-104); ibtidai istintaq müddətinin uzadılması barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri BPİ-nin İstintaq və X21 cinayətlərin istintaqı şöbəsində CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddətinin 02 (iki) ay, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək uzadılması qərara alınmışdır (İİ cild, i.v. 105-106); Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 4(103)- 732/2019 saylı qərarından görünür ki, kollegiyanın qərarı əsasən apellyasiya şikayəti təmin edilməmiş, CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (İİ cild, i.v. 117-119); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(011)-737/2019 saylı qərarından görünür ki, CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay 11 (on bir) gün olmaqla ümumilikdə 06 (altı) ay 21 (iyirmi bir) gün müddətinə, yəni xx.xx.2020-ci il tarixədək üzadılmışdır (İİ cild, i.v. 138-142); ibtidai istintaq müddətinin uzadılması barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri BPİ-nin İstintaq və X21 cinayətlərin istintaqı şöbəsində CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddətinin 02 (iki) ay olmaqla 06 (altı) ayadək, yəni xx.xx.2020-ci il tarixədək uzadılması qərara alınmışdır (İİ cild, i.v. 157-158); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-71/2020 saylı qərarından görünür ki, CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay olmaqla, ümumilikdə 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətinə, yəni xx.xx.2020-ci il tarixədək üzadılmışdır (İİ cild, i.v. 159-160); üzləşdirmə haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Baxşeyiş qızı ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Baxşeyiş qızı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini eynilə təsdiq etmişdir (İİ cild, i.v.175-179); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunlu ittiham elan edilmiş, iş üzrə zərərçəkmiş şəxs X14 pulunun ələ keçirilməsi faktı üzrə cinayət təqibinə Təqsirləndirilən şəxs, X16 və digərləri barəsində hissəvi xitam verilmiş, Kamal Nəbiyevin zərərçəkmiş şəxs statusu ləğv edilmiş,iş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi 2015-ci ilin aprel ayında Təqsirləndirilən şəxs 2000 ABŞ dolları pulu borc kimi verilməsi faktı üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs1 pulunun ələ keçirilməsində Şahid1 iştirakı və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Şahid1 barəsində cinayət təqibi rədd edilmiş, iş üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs veriləcək ittihamın həlli üçün kifayət hesab edilmiş, iş üzrə şahid qismində dindirilmiş X9 istintaqa təqdim etdiyi 01 ədəd diskdə olan səs yazısı cinayət təqibi üçün əhəmiyyət kəsb edən halları müəyyən etdiyindən maddi sübut hesab edilmiş və həmin diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsi digər mötəbər sübutlar məcmusu ilə təkzib edildiyindən sübut hesab edilməmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Aygün Qarayevin göstərdikləri məbləğlərdən daha az məbləğdə pullarını alması və həmin pulları dələduzluqla ələ keçirmək niyyətinin olmaması, Zərərçəkmiş şəxs2 əvəzinə Seyfəddin Məmmədova pul ödəməsi kimi özünün müdafiəsi üçün gətirdiyi dəlillər toplanmış mötəbər sübutlar məcmusu ilə tam təkzib edilməsi nəzərə alınmışdır (İİ cild, i.v.191-214); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutlmuş ittiham elan edilmişdir (İİ cild, i.v. 216-218); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-199/2020 saylı qərarından görünür ki, CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılması barədə təqdimat təmin edilməmiş, o, həbsdən azad edilmişdir (İİ cild, i.v. 263-268); Şahid2 ərizəsindən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməməsi barədə ifadəsinə tənqidi yanaşır, müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxslərin ifadələri şahidlər Şahid2, Şahid3 Münasib oğlunun, Şahid4 ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Müdafiə tərəfi təqsirləndirilən şəxsin həmin pulları zərərçəkmiş şəxslər tərəfindən borc kimi ona birlikdə bizneslə məşğul ola biləcəkləri üçün müxtəlif vaxtlarda müəyyən məbləğdə verilməsi, biznesi üçün şərik kimi aldığını, həmin pullar hesabına əşyalar alındığını, təqsirləndirilən şəxsin fəaliyyətinin uğursuz biznes olduğunundan borc şəkilində qəbul etdiyi pulları geri qaytara bilmədiyini bildirmişdir. Məhkəmə həmin dəlilləri əsassız hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hisab edir. Təqsirləndirilən şəxs bizneslə məşğul olmaq üçün pul aldığını bildirmiş, lakin ifadələrində müxtəlif işlərin adını çəkmiş, konkret olaraq hansı bizneslə məşğul olduqlarını və olacaqlarını göstərə bilməmişdir. Eyni zamanda, zərərçəkmiş şəxslər və şahidlər də, təqsirləndirilən şəxsin hansı bizneslə məşğul olmasını bilmədiklərini bildrimişlər. Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına və aldığı pulların həmin fəaliyyətə xərclənməsinə dair hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə Şahid1 ifadəsinə münasibətdə qeyd edir ki, ibtidai araşdırma zamanı Şahid1 iki dəfə şahid qismində dindirilmişdir. Həmin ifadələrində Şahid1 göstərmişdir ki, Aygünü Sahiblə tanış etmiş, bir neçə gün sonra Sahibi götürüb Aygünün Mehdiabad qəsəbəsindəki evinə getmiş, həmin vaxtı Sahib Aygünə iş qurduğunu, Türkiyədən paltarlar gətirəcəyini, özünün geniş miqyaslı ticarət təşkil etdiyini bildirdiyini, söhbət əsnasında Sahib Aygünə biznes işi ilə əlaqədar 5000 manat pulun lazım olduğunu və 10 gündən sonra Aygünün pulunu həmin məbləğdə, yəni əlavəsiz geri qaytaracağını bildirmişdir. X39 yaşadığı Abşeron Gənclər şəhərciyinə gedib orada Aygündən 4000 manat pul götürmüş, həmçinin əvvəlcədən danışdıqları kimi əlavə olaraq da 1000 manat pulu Aygündən istəmiş, yəni 2017-ci ilin noyabr ayının əvvəllərində o, Sahiblə birlikdə Masazır dairəsi yaxınlığında olan zaman Aygünün qızı Sevinc Sahiblə telefon əlaqəsi saxlayaraq anasının Sevincə verdiyi 1000 manat pulu qeyd etdiyi ünvana gətirərək onun yanında 1000 manat pulu Sahibə vermişdir. Beləliklə, 2017-ci ilin noyabr ayının əvvəlində Aygünün Sahibə biznes işi üçün verdiyi pulun məbləği 5000 manat təşkil etmişdir. 2017-ci ilin noyabr ayının ortalarında Sahib yenidən Aygünə müraciət edib xaricdən mal gətirdiyini, həmin malların Gömrük X6 saxlanıldığını, həmin malı çıxarmaq üçün isə təcili 4000 manat pulun lazım olmasını bildirmiş, həmin vaxt Aygün Sahibə 4000 manat pulunun olmadığını bildirmiş, Sahib malı çıxarda bilməzsə 50000 manatlıq malın batacağını, əgər pulu verəsə həm malını qurtaracağını, həm də Aygünün borcalarını qaytaracağını bildirmişdir. Bu vaxt Sahib Aygünə, pulu olmadığı təqdirdə istifadəsində olan “Mersedes A klas” markalı, **-ZL-*** qeydiyyat nişanlı avtomobilini girov qoyub pul götürməsini bildirmişdir. Həmin ərəfədə o, Sahib və Aygün iştirakı ilə Bakı şəhərinin Yeni Yasamal qəsəbəsində olan “Qarabağ” restoranında görüşmüş, restoranda olarkən Sahib Aygünə, narahat olmamasını, hər şeyin yaxşı olacağını, işlərinin artıq düzəlmək üzrə olduğunu, sadəcə olaraq pul sıxıntısının olmasını bildirmiş və buna görə də Aygündən əlavə 4000 manat pul istəmişdir. Aygün Sahibə avtomobilini hara girov qoyacaqlarını soruşduqda, Sahib telefonla kiməsə zəng edib danışaraq Bərdə rayonunda avtomobili girov qoyub pul götürməyin mümkün olmasını bildirmişdir. Səhərisi gün o, Aygün və Sahib Aygünün avtomobili ilə Bərdə rayonuna getmiş, onlar Bərdə rayonunda Elxan adlı şəxslə Yevlax şəhəri H.Əliyev adına parkın yaxınlığındakı çayxanada görüşmüş, Sahib Elxana təcili pul lazım olduğunu, Aygünün avtomobilini Elxanın yanında girov qoyacağını, təxminən 10 gündən sonra, yəni işi düzəldikdən sonra pul tapıb Elxana verəcəyini və Aygünün avtomobilini girovdan çıxaracağını bildirmişdir. Onlar Yevlax rayon Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə gəlmiş, orada Aygün avtomobilini Elxanın oğlunun adına alqı-satqı edərək girov qoymuş, Elxan həmin Yevlax rayon Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin inzibati binasının yaxınlığında 2017-ci ilin noyabr ayının sonlarında 4000 manat pulu Aygünə, Aygündə həmin pulu Sahibə vermişdir. Elxan Sahibə, nə vaxt 4000 manat pulu gətirsə avtomobili geri qaytaracağını demiş, Sahib həmin pulu 10 gün ərzində ödəyəcəyini bildirmişdir. Bundan sonra Aygün Sahibə nə qədər müddət müraciət etsə də Sahib aldığı birinci 5000 manat və sonradan avtomobilini girov qoyaraq götürdüyü 4000 manat pulunu geri qaytarmamış və uzun müddət keçməsinə baxmayarq Sahib nə Aygünə məxsus olan pulu geri qaytarmış, nə də ki, onun avtomobilini girovdan çıxartdırmışdır. Həmin hadisədən bir müddət sonra 4000 manata görə Aygünün avtomobili batmasın deyə Aygünün qardaşı oğlu X22 həmin Elxan adlı şəxsə 10000 manat pul ödəməklə Aygünün avtomobilini geri qaytartmışdır. Aygün bundan sonra dəfələrlə təkidlə Sahibə mürciət etsə də sonuncu Aygünə məxsus pulları geri qaytarmamışdır. Bundan sonra 2018-ci ilin fevral ayında Sahib yenə də Aygünə müraciət edib təcili 4000 manat pulun lazım olmasını bildirmiş, Aygün Sahibə pulunun olmadığını, onun əvvəlki pullarının da geri qaytarmadığını dedikdə, Sahib ona, əgər bu işin alınmasa heç onun əvvəlki pullarını da geri qaytara bilməyəcəyini, odur ki, Aygünün özünə məxsus qızıl və brilyant əşyalarını lombarda qoyub pul götürməsini bildirmiş, Aygün də əvvəlki verdiyi pulların da Sahibdən geri alınması üçün çarəsiz qalıb Sahiblə razılaşmışdır. Aygün, o və Sahib Sumqayıt şəhərindəki “X33”nə getmiş, Aygünün üzərində şəxsiyyət vəsiqəsi olmadığından onun şəxsiyyət vəsiqəsi ilə Aygünün qızıl və birilyant əşyalarını adını bilmədiyi qadına lombarda vermiş, Aygün həmin qadından qızılların qiymətinə uyğun olaraq 3000 manat pul götürə bilmiş, oradan çıxdıqdan sonra elə həmin ticarət mərkəzinin yanında götürdüyü 3000 manat pulu lombardın qarşısında onun iştirakı ilə Sahibə vermişdir. Daha sonra Sahib həmin məbləğin bəs etmədiyini əvvəldən bildirdiyi kimi əlavə olaraqda 1000 manat pulun lazım olmasını bildirmişdir. Aygün də həmin 3000 manatı verdikdən bir neçə ay sonra, təxminən 2018-ci ilin may ayında həmin ticarət mərkəzinə qalan az miqdarda qızıllarını o və Sahibin iştirakı ilə girov qoyaraq ordan 1280 manat da pul götürmüşdür. Aygünün deməsindən ona məlum olmuş ki, sonradan götürdüyü 1280 manatı Sahibə vermiş, Sahib bundan sonra da Aygünün qızıllarını girovdan çıxarmaq üçün pulları ödəmədiyindən məcbur qalıb bir neçə ay həmin lombardın faizini də Aygün özü ödəmişdir. X27 pullarını istədikdə Sahib Aygünə, işlərinin düzələcəyini, onun pullarını qaytaracağını, avtomobilini və qızıl-zinət əşyalarını girovluqdan çıxarıb qaytaracağını və əlavə olaraq da ona hörmət edəcəyini bildirmişdir. Sahib lombarda pul ödəmədiyi üçün lombardda işləyən qadın qızıl-zinət əşyalarını da başqa şəxslərə satmışdır. İfadəsinin sonunda Şahid1 “ifadəmi oxudum düzdür doğruluğunu imzamla təsdiq edirəm” kimi qeyd yazmışdır. Həmçinin, xx xxxxxx 2020-ci il tarixli ifadəsində də Şahid1 əvvəlki ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadələri Zərərçəkmiş şəxs1 Baxşıeş qızının istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə üstüstə düşərək iş materialları ilə tamamlanır. Bundan əlavə, şahid X14, X15 və X4 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, X24 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ifadə vermiş, ona bilə-bilə yalan ifadə verdiyi halda məsuliyyət daşıması barədə xəbərdar edilmiş, həmin izahat və ifadələrində X5 Mustafayevin ona qarşı dələduzluq etməsi Türkiyə Cümhuriyyətində biznes qurmaq adı ilə yəni Türkiyədən geyim əşyaları göndərmək adı ilə 8000 ABŞ dolları pul aldığını bildirmişdir. Həmçinin, X25 və X1 Seyfəddinə 40000 manat pul verməsi faktını təsdiq etmiş, lakin Zərərçəkmiş şəxs2 isə Seyfəddin Məmmədova heç bir borcunun olmadığını, Sahibin onun əvəzinə Seyfəddinə pul qaytarması barədə hər hansı razılaşmanın olmadığını bildirmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 cəmi 27000 manat pul aldığını etiraf etmiş, belə olan halda 40000 manat pulu olduğu halda pulu Münasibə deyil, onun əvəzindən Seyfəddinə verməsi barədə dəlillə inandırıcı olmamışdır. Həmçinin, pulun verilməsini təsdiq edən şahidlər də Münasibin pul verilən zaman orada olmadığını bildirmişlər. Digər tərəfdən Təqsirləndirilən şəxs tərəfindən pulun Seyfəddin Məmmədova verilib-verilməməsi Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas deyildir. Həmçinin, ittiham tərəfinin təqdim etdiyi 01 ədəd diskə baxış keçirimiş, həmin bir ədəd diskdə 7 dəqiqə 13 saniyədən ibarət səs yazısı mövcuddur. Həmin səs yazısı Təqsirləndirilən şəxs ilə Şahid3 Münasib oğlu arasında olan telefon danışığını əks etdirir. Həmin səs yazısının məzmununda Təqsirləndirilən şəxs Şahid3 zəng vuraraq özünü təqdim etdikdən sonra atası Zərərçəkmiş şəxs2 bir qədər gözləməsini, 10 gün müddətində yerində oturmasını, qıraqdan heç kimin sözünə qulaq asmamasını, artıq hərəkət etməməsini ondan xahiş etdiyini, bu vaxtacan dözdüyünü, bir həfətəni də dözməsini, problem yaratmamasını bildirmiş, həmin sözlərə cavabında Şahid3 işin çox uzanmasını bildirdikdə Təqsirləndirilən şəxs bunu bildiyini, atasına yerində oturmasını, bir həftə on gün müddətində onu gözləməsini, indiki vaxtda bir-birini hörmətdən salmamasını, onun bunun sözünə qulaq asmamasını, addım atsa poeşmançılıq çəkəcəyini, ömürlük düşmən olmasını bildirmiş, onun bir dost kimi kömək edəcəyini, əgər o sözünün üstündə durmasa nə istəsə edə biləcəyini bildirmiş. Bunlara cavabında Şahid3 həmin sözləri atasına çatdıracağını bildirmiş, Təqsirləndirilən şəxs isə bir daha onun əmi kimi dediyini eləyəcəyini, atasının sakitcə yerində oturmasını, heç kimin sözünə qulaq asmamağı, uşaqlarının gələcəyinin olmasını, hər şeyi düzüb qoşduğunu, tezliklə verdiyi vədə əməl edəcəyini, onun da atasının da pul itirdiyini bildirmişdir. Həmin səs yazısının sonunda Təqsirləndirilən şəxs bir daha atasının yerində oturmasını xahiş etmiş və ona bir daha verdiyi vədi əməl edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin səs yazısının ona məxsus olduğunu bildirərək mübahisələndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli Qərarının; 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. 3-cü bəndinə əsasən etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. 5-ci bəndinə əsasən şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. 27-ci bəndinə əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə ifadələr, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxslər və şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham olunan cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Baxşıeş qızı ilə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və göstəriləni onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında xx xxxx 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, ziyanın ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması), şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə iclas zalında həbs edildiyi tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı və iş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixə qədər həbsdə saxlanıldığı 08 (səkkiz) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 01 (bir) il 09 (doqquz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Həbs qətimkan tədbirinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taboruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar