Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-16/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X10, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X15 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1965-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs1 sonuncunu Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin etdirəcəyi barədə yalandan vəd verib inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb, 16 iyun 2018ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən “Ərgünəş” kafesində görüşüb, ondan 30.000 (otuz min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs2 sonuncunun adına Ukraynanın X9 və Ticarət Universiteti tərəfindən verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasını təşkil edəcəyi barədə yalandan vəd verib inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb, 20 iyun 2018-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində yerləşən “Ərgünəş” kafesində görüşüb, ondan 5.000 (beş min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs2 sonuncunun dostu Şahid6 adına X20 X12 tərəfindən verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasını təşkil edəcəyi barədə yalandan vəd verib inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb, 30 iyun 2018-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən “Xətai” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs2 5.000 (beş min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, ona qarşı dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs2nа Azərbaycan Respublikasının Təhsil Naziri vəzifəsinə təyin ediləcəyini bildirib, sonuncunu özünə köməkçi vəzifəsinə təyin etdirəcəyi barədə yalandan vəd verib inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb, vahid niyyətlə 06 iyul 2018-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən “Xətai” metrostansiyasının yaxınlığındakı yaşayış binasının altında yerləşən çay evində 9.000 (doqquz min) manat, 17 iyul 2018-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən “Bakı” kinoteatrının yaxınlığındakı kafedə 16.000 (on altı min) manat olmaqla, ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs2 sonuncunun dostu Şahid2 arvadı Şahid7 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 18 saylı orta məktəbə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi barədə yalandan vəd verib inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb, 29 iyul 2018-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən “Bakı” kinoteatırının yanındakı kafedə görüşüb, Zərərçəkmiş şəxs2 10.000 (on min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Təhsil Naziri vəzifəsinə təyin ediləcəyini bildirib, sonuncunu özünə təsərrüfat işləri üzrə müavin vəzifəsinə təyin etdirəcəyi ilə bağlı yalandan vəd verib inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb, onu Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilməklə bağlı fikirindən daşındıraraq, Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı, sonuncunun qohumu X13 qızlarını Bakı Xoreoqrafiya Akademiyasında müxtəlif vəfizələrə təyin etdirəcəyi ilə bağlı aldığı ümumilikdə 17.000 (on yeddi min) manat məbləğində puldan Vəli Əsgərovun tələbi ilə 7.000 (yeddi min) manatını qaytardıqdan sonra, Zərərçəkmiş şəxs1 qalan 10.000 (on min) manat məbləğində pulu onun əvəzinə Vəli Əsgərova qaytarmasını xahiş etmiş, bundan sonra Zərərçəkmiş şəxs1 həmin məbləğdə pul vəsaitini 14 avqust 2018-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən “Ərgünəş” kafesində Vəli Əsgərova vermiş, bununla da Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab olunan 10.000 (on min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Suraxanı rayonu, Ə.Qarayev küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. Sonuncu iş yeri İncəsənət Universitetində Riyaziyyat və İnformatika kafedrasında müəllim vəzifəsi olmuşdur. 2017-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. Zərərçəkmiş şəxs1 ilə uzun illərdir ki, tanışdır və aralarında yaxın münasibətlər yaranmışdır. Zərərçəkmiş şəxs1 əvvəllər yüksək vəzifələrdə işləmiş, lakin sonradan işsiz olmuşdur. Həmin ərəfədə övladının xəstəliyi ilə əlaqədar tanışlarından yüksək məbləğlərdə borc pul götürmüşdür. Lakin, həmin borcları ödəməyə maddi vəziyyəti imkan verməmişdir. Buna görə də, Zərərçəkmiş şəxs1 sonuncunu vəzifəyə təyin etdirəcəyi barədə vəd verib, ondan müəyyən miqdarda pul almaq qərarına gəlmişdir. O, həmin pulla borclarını qaytarıb, daha sonra Cavanşirə işin baş tutmadığını deyib, pulunu geri qaytarmaq fikrində olmuşdur. 2018-ci ilin may ayında Cavanşir onun yaşadığı ünvana qonaq qismində gəlmişdir. Söhbət zamanı Cavanşirə bildirmişdir ki, yüksək vəzifələrdə işləyən tanışları vasitəsi ilə sonuncunu Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin etdirə bilər və bu işin həll edilməsi üçün 50.000 (əlli min) manat məbləğində pulun lazım olduğunu Cavanşirə demişdir. Cavanşir onun təklifi ilə razılaşmış, lakin 40.000 (qırx min) manat məbləğində pul verə biləcəyini demişdir. O, Cavanşirə köməklik edəcəyi barədə söz vermiş və pulu toplamağı tapşırmışdır. Həmçinin Cavanşirə tapşırmışdır ki, müvafiq sənədlərini toplayıb, ona təqdim etsin ki, həmin sənədləri vaxtında müvafiq orqanlara təqdim edə bilsin. Bu söhbətdən bir neçə gün sonra Cavanşir tərcümeyi-halını, şəxsiyyət vəsiqəsinin surətini, diplomunun surətini və kadrlar üçün uçot vərəqəsini ona təqdim etmişdir. Bir müddət sonra isə Cavanşir mobil telefon vasitəsi ilə zəng edib, ilk olaraq 30.000 (otuz min) manat məbləğində pul toplaya bildiyini ona bildirmişdir. O, həmin pulu çatdırmağını, daha sonra danışıqlarına əsasən, qalıq qalmış 10.000 (on min) manat məbləğində pulu verə biləcəyini demişdir. Həmçinin, Cavanşirlə sonuncunun yaşadığı mənzilə yaxın yerləşən, əvvəllər də bir neçə dəfə görüşdükləri “Ərgünəş” kafesində görüşmək qərarına gəlib, 2018-ci ilin iyun ayında Cavanşirlə orada görüşmüşlər. Kafedə Cavanşir ona söz verdiyi 30.000 (otuz min) manat pulu vermişdir. Həmçinin, danışıqlarına əsasən qalıq qalmış 10.000 (on min) manat pulu isə tezliklə çatdıracağını söz vermişdir. Həmin görüşdən sonra, dəfələrlə Cavanşirlə “Ərgünəş” kafesində görüşüb, söhbət etmişlər. Növbəti görüşlərin birində həmin kafeyə Cavanşirin dostu Zərərçəkmiş şəxs2 adlı şəxs də gəlmişdir. Cavanşir onu Tosifə yüksək təbəqənin insanı kimi təqdim etmişdir. Cavanşir və Tosiflə bir neçə dəfə görüşmüş və sonuncu ilə də münasibəti yaranmışdır. Cavanşirdən aldığı pul ilə borclarının bir qismini ödəsə də, böyük bir qismi ödənilməmiş qalmışdır. Ona görə də, pula ehtiyacı olduğundan, Tosifdən də pul almaq qərarına gəlmişdir. Bu məqsədlə onlara demiş ki, tezliklə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyinat alacaqdır və bununla bağlı danışıqlar gedir. Həmçinin bildirmişdir ki, vəzifə səlahiyyətlərini layiqincə həyata keçirməkdən ötrü, ona yanında inandığı və etibarlı şəxslər lazımdır. Cavanşirə təklif etmiş ki, əgər istəyi vardırsa, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilməsi fikrindən daşınsın və təhsil naziri olduğunda onun təsərrüfat işləri üzrə müavini vəzifəsinə təyin etsin. Həmçinin, Tosifə də təklif etmişdir ki, təhsil naziri olduğunda sonuncunu da Nazirlikdə köməkçi vəzifəsinə təyin etdirə bilər. Tosif və Cavanşir onun təklifi ilə razılaşmışlar. Onlara tapşırmışdır ki, müvafiq orqanlara təqdim edilməsindən ötrü, sənədlərini toplayıb, ona versinlər. Həmçinin Tosifə demişdir ki, təyinat üçün nəzərdə tutulan məbləğ barədə ona sənədlərə baxıldıqdan sonra bildirəcəkdir. Söhbət zamanı, Tosif xaricdə təhsil aldığını bildirmiş və diplomunun Azərbaycan Respublikası ərazisində tanınması üçün köməlik etməyini ondan xahiş etmişdir. O, Tosifə diplom tanınmasını həyata keçirən Təhsil Nazirliyinin Nostrifikasiya idarəsində tanışlarının olduğunu demiş və köməlik edəcəyini söz vermişdir. Həmçinin, bu işlərin həmin İdarədə 5.000 (beş min) manata həll edildiyini bildirmişdir. Tosif dostu Şahid6 də diplomunun təsdiq edilməsində köməlik etməyini ondan xahiş etmişdir. O, razılaşmış və sənədləri təqdim etməsini tapşırmışdır. Bir müddət sonra növbəti görüş zamanı, Tosif və Cavanşir müvafiq sənədlərini təyinat məsələsi üçün ona təqdim etmişlər. 2018-ci ilin iyun ayının sonlarında “Ərgünəş” kafesində növbəti görüş zamanı, Cavanşir və Tosiflə görüşmüşlər. Orada danışıqlarına əsasən, Tosif öz diplomunu və dostu Şahid6 diplomunu ölkədə tanınmasını təşkil etmək üçün ona vermişdir. Həmçinin, Tosif ona öz diplomunun təsdiq edilməsindən ötrü, 5.000 (beş min) manat pul vermişdir. Dostu Şahid6 üçün nəzərdə tutulan pulu isə artıq bu barədə Orxanla danışdığını və tezliklə pulu ona verəcəyini söz vermişdir. Bir neçə gün sonra Tosif ona zəng edib, Şahid6 pulu aldığını və görüşmək istədiyini bildirmişdir. Bu məqsədlə 2018-ci il iyun ayının sonlarında Tosiflə “Xətai” metrostansiyasının yaxınlığında görüşüb, sonuncunun dostu Şahid6 diplomunu təsdiq etdirmək üçün verdiyi 5.000 (beş min) manat pulu ondan almışdır. Həmin ərəfədə Cavanşirlə “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən “Praqa” restoranının yanındakı kafelərin birində görüşüb söhbət edərkən, Cavanşir ondan xahiş etmişdir ki, Rusiyada yaşayan Vəli adlı qohumunun Gəncə Dövlət Universitetini bitirmiş iki qızının işə qəbulu məsələsində köməklik etsin. O, isə pula ehtiyacı olduğundan, Vəlinin qızlarını Bakı Xoreoqrafiya Akademiyasına və ya Qida-Sənaye kollecinə laborant vəzifəsinə düzəltdirə biləcəyini demişdir. Həmçinin bu iş üçün 17.000 (on yeddi min) manat pulun lazım olduğunu bildirmişdir. Cavanşir Vəli ilə danışmış və təklifini qəbul etdiyini demişdir. Bir müddət sonra o, Cavanşir və Vəli həmin “Praqa” restoranının yanındakı kafedə görüşmüşlər. Söhbət zamanı Vəli ondan qızlarının Bakı Xoreoqrafiya Akademiyasına işə düzəlməsində köməklik etməyini xahiş etmişdir. O, bir müddət həmin Akademiyada saat hesabı ilə informatika üzrə müəllim kimi işləmişdir. Ona görə də, həmin Akademiyada informatika şöbəsinin müdiri və müavini vəzifələrinin vakant olması barədə məlumatı var idi. Vəliyə təklif etmişdir ki, qızlarının birini həmin şöbəyə müdir, digərini isə müavin kimi düzəltdirsin. Vəli onun təklifi ilə razılaşmış və ilk olaraq ona 8.000 (səkkiz min) manat pul vermişdir. Bir müddət sonra həmin kafedə Cavanşirin iştirakı ilə Vəli ona əlavə olaraq 7.000 (yeddi min) manat pul vermişdir. Söhbət zamanı Vəliyə demişdir ki, qızları işə qəbulla bağlı Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə ərizə ilə müraciət etməlidirlər. Vəli isə işləri ilə əlaqədar olaraq Rusiya Federasiyasına getməli olduğunu deyib, qızları vasitəsi ilə qalıq qalmış 2.000 (iki min) manat pulu ərizə yazıldığı zaman göndərəcəyini bildirmişdir. Bir müddət sonra Vəlinin qızları ilə Bakı Xoreoqrafiya Akademiyasının qarşısında görüşmüşdür. Akademiyanın binasına daxil olub, onlardan Vəlinin söz verdiyi 2.000 (iki min) manat pulu almış və işə qəbulla bağlı ərizə yazdırmışdır. Bundan sonra, Vəlinin qızları oranı tərk etmişlər. Bir müddət sonra Vəli qızlarının işə qəbul olunmadığı səbəbindən ondan pulunu geri istəmişdir. Vermədiyi halda ondan şikayət edəcəyini bildirmişdir. Buna görə də, Vəli ilə görüşüb, ona 7.000 (yeddi min) manat pulunu geri qaytarmışdır. Həmçinin bildirmişdir ki, qalan 10.000 (on min) manat pulu Cavanşirin vasitəsi ilə tezliklə ona qaytaracaqdır. Bundan sonra Cavanşirlə növbəti görüş zamanı sonuncuya bildirmişdir ki, qohumu Vəlinin qızları tərəfindən onlara təklif edilmiş vəzifələrin əmək haqqlarının aşağı olduğunu deyib, işə qəbuldan imtina etmişlər və verdikləri pulu geri istəyirlər. Həmçinin bildirmişdir ki, Vəliylə görüşüb, 7.000 (yeddi min) manat pulu geri qaytarmış, Təhsil naziri təyin edildiyi ərəfədə bu cür şikayətlərin olması yol verilməzdir. Cavanşirdən xahiş etmişdir ki, ona əvvəlki danışıqlarına əsasən təyinatla bağlı verməli olduğu 10.000 (on min) manat pulu qohumu Vəliyə versin ki, sonuncu şikayət etmək fikrindən daşınsın. Cavanşir onunla razılaşmış və Vəliyə qeyd edilən məbləğdə pulu verəcəyini söz vermişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavanşir həqiqətən də Vəliyə qeyd edilən məbləğdə pulu vermişdir. Həmin ərəfələrdə Cavanşir və Tosiflə birlikdə yenidən “Ərgünəş” kafesində görüşmüşlər. Söhbət zamanı onlara bildirmişdir ki, təyinatla bağlı ona verdikləri sənədləri müvafiq qurumlara təqdim etmiş və onları bəyənmişlər. Həmçinin Tosifə demişdir ki, təyinatla bağlı Heydər Əliyev fonduna 25.000 (iyirmi beş min) manat məbləğində pul ödənilməlidir. Həmçinin, ödənişlərlə bağlı narahat olmamağını və müvafiq ödəniş qəbzlərini ona verəcəyini bildirmişdir. Tosif onunla razılaşmış və təxminən 2018-ci ilin iyul ayında ona hissə-hissə ilk olaraq “Xətai” metrostansiyasının yaxınlığındakı yaşayış binasının altında yerləşən çay evində 9.000 (doqquz min) manat, “Bakı” kinoteatrının yaxınlıqdakı kafedə isə 16.000 (on altı min) manat pul vermişdir. Bununla da, təyinat məsələsi üçün Tosif ona ümumilikdə 25.000 (iyirmi beş min) manat pul vermişdir. Tosifə ödəniş qəbzlərini tezliklə təqdim edəcəyi barədə söz vermişdir. Bir müddət sonra Tosif ondan dostu Bəxtiyar adlı şəxsin arvadı Şahid7 ibtidai sinif müəlliməsi kimi işə düzəlməsində köməklik etməyini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Əntiqə müəllimə kimi işə qəbulla bağlı test imtahanı vermək istəyir. O, isə müəllimlərin işə qəbulu üzrə vakant yerlərin olduğunu deyib, köməklik edəcəyini söz vermişdir. Bu iş üçün 10.000 (on min) manat pulun lazım olduğunu demişdir. Tosif ona həmin məbləğdə pulu çatdıracağını söz vermişdir. 2018-ci ilin iyul ayında “Bakı” kinoteatrının yanındakı kafedə görüşüb, həmin 10.000 (on min) manat pulu Tosifdən almışdır. Əntiqəni Yasamal rayonu ərazisindəki 18 saylı orta məktəbə ibtidai sinif müəlliməsi kimi işə düzəldəcəyini söz vermişdir. Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 23.000 (iyirmi üç min) manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs2 isə hissə-hissə olmaqla, ümumilikdə 21.000 (iyirmi bir min) manat pul qaytarmışdır. Lakin, maddi vəziyyəti ilə əlaqədar vurduğu zərəri tam həcmdə həmin şəxslərə ödəyə bilməmişdir. Hazırda isə o, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la barışmış, onlara dəymiş ziyanı ödəmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, hazırda təqaüdçüdür və heç bir yerdə işləmir. 1993-1995-ci illər ərzində Ağstafa rayonunun icra başçısı vəzifəsində işləmiş, 1998-1999-cu illər ərzində isə Şəmkir rayonunda X19 bölgə üzrə baş əmək müfəttişi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs ilə təsadüfən hansısa məclisdə tanış olmuş və həmin vaxtdan aralarında yaxın münasibətlər yaranmış, dəfələrlə Şahinin yaşadığı evdə qonaq olmuşdur. Söhbət zamanı Şahin ona bildirmişdir ki, Bakı Dövlət Universitetində fizika-riaziyyat fənnindən mühazirə oxuyur, Elmlər Akademiyasında işləyir, professordur. Beləliklə də, Şahin özünü ona yüksək təbəqənin adamı kimi təqdim etmişdir. Həmçinin o, Şahinlə söhbət zamanı əvvəllər yüksək vəzifələrdə çalışdığını bildirmişdir. 2018-ci ilin may ayında növbəti dəfə Şahinin yaşadığı evə qonaq getmiş və söhbət zamanı sonuncu təklif etmişdir ki, onu Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə keçməsinə köməklik etsin. Bu iş üçün 50.000 (əlli min) manat pulun lazım olduğunu ona demişdir. Belə ki, Şahinin dediyinə görə vəzifəyə təyin edilmək istəyən şəxs həmin məbləğdə pulu Heydər Əliyev fonduna köçürməli idi. O, razılıq vermiş, lakin qeyd edilən məbləğdə pulunun olmadığını bildirərək, daha ucuz qiymətə bu işi həll etməyini sonuncudan xahiş etmişdir. Beləliklə onlar 40.000 (qırx min) manatda dayanmışlar. O, Şahinə həmin məbləğdə pulu tez bir zamanda toplayıb, verəcəyini söz vermişdir. Həmçinin Şahin ondan bəzi sənədləri toplamağı və kadrlar üçün uçot vərəqəsini doldurub gətirməyini tapşırmışdır. Bununla yanaşı söz vermişdir ki, pulu tam ödədikdən sonra, fonda köçürmə ilə bağlı ödəniş qəbzini ona təqdim edəcəkdir. Bu söhbətdən sonra o, Şahinin evini tərk etmiş və iki gün ərzində Şahinin tapşırdığı sənədləri yığmışdır. Şahinlə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, onun evinə getmiş və sənədləri tam şəkildə sonuncuya təqdim etmişdir. Bir müddət sonra razılaşdıqları pulu tanışlarından borc almaqla, 20.000 (iyirmi min) manat hissəsini toplamışdır. Həmçinin, uzaq qohumu Şahid1 ona borc pul verməsini xahiş etmişdir. Sonuncu isə 10.000 (on min) manat pul verə biləcəyini demişdir. Bundan sonra o, Şahinlə əlaqə saxlayıb, ümumilikdə 30.000 (otuz min) manat pul topladığını bildirmişdir. Şahin isə həmin yığdığı pulu ona verməyini, qalıq qalmış 10.000 (on min) manat pulu isə daha sonra verə biləcəyini demiş və sonuncu ilə Xətai rayonunda yerləşən “Ərgünəş” kafesində görüş təyin etmişlər. O, həmçinin uzaq qohumu Xaliqə bu barədə bildirmiş və sonuncunun söz verdiyi pulu gətirməsi üçün onu da həmin kafeyə dəvət etmişdir. Beləliklə, 2018-ci ilin iyun ayının ortalarında o, “Ərgünəş” kafesinə getmiş, qohumu Xaliq də oraya gəlmişdir. Xaliq ona söz verdiyi 10.000 (on min) manat pulu təqdim etmiş və onlar birlikdə Şahini gözləmişlər. Bir qədər sonra, Şahin də oraya gəlmiş və o, Xaliqin iştirakı ilə ümumilikdə 30.000 (otuz min) manat pulu Şahinə vermişdir. Şahin ona pulu tam verdiyi halda, tezliklə vəzifəyə təyin ediləcəyini vəd vermişdir. Həmçinin, Şahinlə razılaşmalarına görə qalıq qalmış 10.000 (on min) manatı da tez bir zamanda verəcəyini söz vermişdir. Söhbət zamanı, Şahin hətta Xaliqə dövlət orqanlarında vakant vəzifələr olduğunu, lazım olsa həmin vəzifələrə təyinatı təşkil edə biləcəyini bildirmişdir. Xaliq isə belə bir insan olsa, xəbər verəcəyini bildirmişdir. Beləliklə Şahin pulu götürüb, həmin kafeni tərk etmişdir. Bu ərəfədə Şahinlə tez-tez görüşmüşlər, lakin sonuncuya pulu tam olaraq vermədiyindən, vəzifə barədə ondan heç bir şey soruşmurdu. Görüşlərin birində söhbət zamanı, Şahin ona bildirmişdir ki, bu yaxınlarda təhsil naziri vəzifəsinə təyin ediləcəkdir. Şahin ona təklif etmişdir ki, Qazax Rayon İcra başçısının birinci müavini vəzifəsinə təyin edilməyi fikrindən daşınsın və onun gələcəkdə təsərrüfat işləri üzrə müavini olsun, bunun üçün əlavə pula ehtiyac yoxdur. O, Şahinə inandığından onunla razılaşmışdır. Həmçinin Şahin bildirmişdir ki, verməli olduğu 10.000 (on min) manat məbləğində pulu sonuncudan şikayət etmək istəyən Vəli adlı adamla görüşüb, sonuncuya versin. Belə ki, Vəli adlı şəxsi o, Şahinlə tanış etmişdir. Vəli onun uzaq qohumudur. Şahinlə “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində çay içərkən, Vəli ona zəng edib, iki qızının Gəncə Dövlət Universitetini bitirdiklərini və işsiz olduqlarını bildirmişdir. Həmçinin, onların işlə təmin olunmasını təşkil edə biləcək tanışının olub-olmamasını soruşmuşdur. Həmin zaman Şahin ona bildirmişdir ki, əgər istəsələr qızları Xoreoqrafiya Akademiyasına və ya Qida Sənaye kollecinə laborant vəzifəsinə keçməsinə köməklik edə bilər. Şahin bunun üçün 17.000 (on yeddi min) manat pulun lazım olduğunu demişdir. O, Vəliyə bu barədə bildirdikdə, sonuncu razılaşmış və Şahinlə onu görüşdürməyini xahiş etmişdir. Bir müddət sonra, o, Şahin və Vəli birlikdə həmin kafedə görüşmüşlər. Vəli orada onun iştirakı ilə Şahinə razılaşdırılmış puldan 8.000 (səkkiz min) manat pul vermişdir. Bir müddət sonra həmin kafedə Vəli onun iştirakı ilə yenidən Şahinə 7.000 (yeddi min) manat pul vermişdir. Onda olan məlumata görə, Vəli sonradan əlavə olaraq Şahinə 2.000 (iki min) manat pul göndərmişdir. Beləliklə də, Vəli Şahinə ümumilikdə 17.000 (on yeddi min) manat pulu iki qızını işə düzəldəcəyi adı ilə vermişdir. Lakin, nəticədə Şahin Vəlinin qızlarını heç bir işlə təmin etməmişdir. Vəli isə Şahindən pulunu geri istəmiş, sonuncu isə Vəliyə verdiyi pulun 7.000 (yeddi min) manatını qaytarmışdır. Vəlinin qızlarının işə düzəlməyi ilə bağlı Şahin ona yalandan demişdir ki, Vəlinin qızlarını işə düzəltdirmişdir, lakin onlar təyin edildikləri işi bəyənməmişlər. Buna görə də pullarını geri istəyirlər və şikayət edəcəklərini ona bildirmişdirlər. Şahin isə Təhsil naziri vəzifəsinə təyin edilməyi ərəfəsində bu cür şikayətlərin yol verilməzliyini ona izah etmiş, şikayət olunduğu halda həmçinin onun da təyinatı məsələsinin sual altında qalacağını bildirmişdir. Ona görə də onu razı salmış və o, Vəliyə 10.000 (on min) manat pul verəcəyini söz vermişdir. Beləliklə o, Vəliyə zəng edib, sonuncunu həmin “Ərgünəş” kafesinə pul vermək üçün dəvət etmişdir. 2018-ci ilin avqust ayında onlar həmin kafedə görüşmüşlər. Orada o, Vəliyə 10.000 (on min) manat pul vermişdir. X24 barəsində şikayət etməməyini xahiş etmişdir. Bununla da o, Şahinə ümumilikdə 40.000 (qırx min) manat məbləğində pul vermişdir. Şahinlə görüşlərində, sonuncu söhbət zamanı onun tezliklə təhsil nazirinin müavini təyin ediləcəyini vəd verirdi. Həmçinin, özünün təhsil naziri olacağını bildirirdi. Lakin, iki ay keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs heç bir vəzifəyə təyinat almamışdır. O, Şahinlə dəfələrlə əlaqə saxlamış, hər dəfəsində sonuncu müxtəlif bəhanələr gətirirdi. Bundan sonra o, narahat olmağa başlamış və Şahinə pulunu qaytarmadığı halda, ondan şikayət edəcəyini bildirmişdir. Şahin isə bundan qorxub, 2018ci ilin sentyabr-oktyabr aylarında ona hissə-hissə olmaqla, ümumilikdə 23.000 (iyirmi üç min) manat pul qaytarmış, qalan 17.000 (on yeddi min) manat pulu isə müxtəlif bəhanələrlə qaytarmaqdan yayınmışdır. Zərərçəkmiş şəxs2 adlı dostunu da Şahinlə o, tanış etmişdir. Belə ki, həmin “Ərgünəş” kafesində Şahinlə oturub çay içərkən, Tosifdə oraya gəlmişdir. O, Tosifə Şahini yaxını kimi təqdim etmiş və professor olduğunu demişdir. Söhbət əsasında Şahin Tosifə onun xarici təhsil müəssisələrində təhsil almağına dair diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq edilməsinə vəd vermişdir. Şahin həmin iş üçün 5.000 (beş min) manat pul lazım olduğunu bildirmişdir. Onlar razılaşmışlar və 2018-ci ilin iyul ayında Xətai rayonu ərazisindəki “Ərgünəş” kafesində onun iştirakı ilə Tosif Şahinə 5.000 (beş min) manat pul vermişdir. Hazırda Şahin ona dəymiş ziyanı tam şəkildə ödəmiş və onlar barışmışlar. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək, həmin şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ilin iyun ayında dostu Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olmuşdur. Belə ki, Cavanşirin yanına onunla hal-əhval tutmaq üçün, Xətai rayonunda yerləşən “Nargilə dairəsi” adlanan yerin yaxınlığındakı “Ərgünəş” kafesinə getmişdir. Orada Cavanşirlə birlikdə Təqsirləndirilən şəxs də əyləşmişdir. Cavanşir Şahini ona həmyerlisi, yəni Lerik rayonundan olan şəxs kimi təqdim etmişdir. Beləliklə o, Şahinlə tanış olmuş və sonuncu söhbət zamanı özünün Milli Elmlər Akademiyasında işlədiyini, professor olduğunu və Azərbaycan Dövlət İqtisad Universitetində dərs dediyini bildirmişdir. Təqsirləndirilən şəxs dediyinə görə, tezliklə təhsil naziri təyin olunacaqdır. Beləliklə, bu söhbətləri ilə Təqsirləndirilən şəxs özünü onların gözündə alicənab, dürüst şəxsiyyət kimi formalaşdırmışdır. Təqsirləndirilən şəxslə sonralar görüşləri intensiv hala gəlmişdir. Növbəti görüşləri də, həmin sözügedən kafedə baş tutmuşdur. Həmin görüşdə Cavanşir də iştirak edirdi. Söhbət zamanı Şahin təhsil naziri olduqdan sonra, ona köməkçisi olmağını, Cavanşirə isə təsərrüfat işləri üzrə müavini olmağını təklif etmişdir. Onlar uzun söhbətlərdən sonra razılaşmışlar. Həmçinin, Şahin ona “əgər qohumlarında, tanışlarında xarici ali təhsil müəssisələrində təhsil alıb, diplomlarını təsdiqlətdirə bilməyənlər varsa, mən təsdiqlətdirə bilərəm” demiş və bu iş üçün 5.000 (beş min) manat pulun lazım olduğunu demişdir. O, isə demişdir ki, onun magistr diplomu var, həmçinin, dostu Şahid6 diplomunu da təsdiq etmək lazımdır. Şahin isə razılıq vermiş və o, sənədləri, eləcə də pulu tezliklə Şahinə gətirəcəyini söz vermişdir. Həmin ərəfədə o və Cavanşir Şahinin dediyi vəzifələrə təyinat almaq üçün sonuncu ilə görüşüb, öz sənədlərini vermişlər. Bundan sonra o, dostu Şahid6lə görüşüb, söhbət etmiş və sonuncu bu işə razılığını vermişdir. Orxan ona öz diplomunu vermiş və tezliklə 5.000 (beş min) manat pulu da çatdıracağını söz vermişdir. 2018-ci ilin iyun ayında “Ərgünəş” kafesində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1la görüşmüşdür. Öz diplomunu və Orxanın diplomunu, həmçinin özünə məxsus 5.000 (beş min) manat pulu Şahinə Cavanşirin iştirakı ilə vermişdir. Dostu Orxanın 5.000 (beş min) manat pulunu isə təxminən 10 gün sonra “Xətai” metrostansiyasının yaxınlığında Şahinlə görüşüb vermişdir. Şahin tezliklə diplomların təsdiq ediləcəyini vəd vermişdir. Bir müddət sonra onlar yenidən sözügedən “Ərgünəş” kafesində görüşmüşlər. Cavanşir də həmin kafedə idi. Şahin söhbət zamanı bildirmişdir ki, Heydər Əliyev fonduna ödəniş etmək lazımdır. Ödənişlə bağlı narahat olmamaqlarını və hər ödənişə görə qəbz verildiyini bildirmişdir. O, növbəti gün Şahinlə zəngləşib, görüş təyin etmiş və ilk olaraq 9.000 (doqquz min) manat pulu 2018-ci ilin iyul ayında “Xətai” metrostansiyasının yaxınlığında yerləşən çay evində Şahinə vermişdir. Şahin demişdir ki, tam pulu ödədikdə sonuncu ödəniş qəbzini alıb, ona verəcəkdir. İkinci dəfə isə 16.000 (on altı min) manat pulu təxminən bir həftə sonra “Bakı” kinoteatrının yaxınlıqdakı kafedə görüşüb, Şahinə vermişdir. Bu iş üçün Şahinə ümumilikdə 25.000 (iyirmi beş min) manat pul vermişdir. Həmin ərəfədə sözügedən “Ərgünəş” kafesində Şahinlə görüşmüşdür. Görüşdə müəllimlərin iş qəbulu ilə bağlı söhbət açılmışdır. Şahin müəllimlərin işə qəbulunun başlandığını və kiməsə köməklik lazım olduğu halda, bunu edə biləcəyini demişdir. Onun tələbə yoldaşı Şahid2 arvadı 2018-ci ilin iyul ayında müəllim kimi işə düzəlmək üçün test imtahanı vermişdir. Lakin, test imtahanına gecikdiyindən, elektron kabinet bağlanmış və o, avtomatik olaraq imtahanda iştirak edə bilməmişdir. Təqsirləndirilən şəxs bu barədə dedikdə, sonuncu müəllimlərin qəbulu ilə bağlı boş qalmış vakant yerlərə həmin şəxsi yerləşdirə biləcəyini bildirmiş və bunun üçün 10.000 (on min) manat pulun lazım olduğunu demişdir. O, Şahinə dostu ilə danışıb, xəbər edəcəyini demişdir. O, bu barədə dostu Bəxtiyara bildirdikdə, sonuncu razı olmuş və ona həmin məbləğdə pulu Təqsirləndirilən şəxs verməyini xahiş etmişdir. Bu məqsədlə Bəxtiyarla 2018-ci ilin iyul ayının sonlarında görüşmüş və həmin məbləğdə pulu ona vermişdir. O, həmin 10.000 (on min) manat pulu Təqsirləndirilən şəxs 2018-ci ilin iyul ayının sonlarında Xətai rayonu ərazisində yerləşən “Bakı” kinoteatrının yanındakı kafedə görüşüb vermişdir. Şahin ona Bəxiyarın arvadının Yasamal rayonu ərazisindəki 18 saylı orta məktəbə ibtidai sinif müəlliməsi kimi işə düzəldəcəyini söz vermiş və gözləməyini bildirmişdir. Lakin, bundan sonra xeyli müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs bir xəbər çıxmamışdır. Şahinlə dəfələrlə əlaqə saxlamağa çalışsa da, sonuncu müxtəlif bəhanələr gətirərək söhbətdən yayınırdı. Həmçinin, dostu Orxan və Bəxtiyar ondan pullarını tələb edirdilər. Buna görə də o, məcbur olub, öz hesabından onların pullarını tam olaraq qaytarmışdır. Beləliklə, Təqsirləndirilən şəxs ümumilikdə 45.000 (qırx beş min) manat pul vermişdir. Şahin bir ilə yaxın onu aldatmış və sonradan hissə-hissə olmaqla 21.000 (iyirmi bir min) manat pulu qaytarmışlar. Hazırda isə Şahin ona dəymiş ziyanı tam şəkildə ödəmiş və onlar barışmışlar. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək, həmin şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə aralarında qohumluq münasibəti vardır. 2018-ci ilin iyun ayında Cavanşir ona zəng edərək bildirmişdir ki, borc pul lazımdır. O, Cavaşirə 10.000 (on min) manat pul verə biləcəyini bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 vəzifəyə təyin edilmə ərəfəsində olduğunu və özü müəyyən miqdarda pul topladığını, lakin əlavə pul lazım olduğunu bildirmişdir. Bir müddət sonra Cavanşir ona söz verilmiş pulu götürüb, Xətai rayonunda yerləşən “Ərgünəş” kafesinə gəlməyini xahiş etmişdir. O, “Ərgünəş” kafesinə getmiş, qohumu Cavanşir də oraya gəlmişdir. O, Cavanşirə söz verdiyi 10.000 (on min) manat pulu təqdim etmiş və onlar birlikdə Cavanşirin dediyi Şahin adlı şəxsi gözləmişlər. Bir qədər sonra Şahin də oraya gəlmiş və Cavanşir onun iştirakı ilə ümumilikdə 30.000 (otuz min) manat pulu Şahinə vermişdir. Şahin Cavanşirə pulu tam verdiyi halda, tezliklə vəzifəyə təyin ediləcəyini vəd vermişdir. Hətta Şahin adlı şəxs ona təklif etmişdir ki, “boş vəzifələr var, istəyən olsa gətir həll edim”. O isə bildirmişdir ki, elə bir insan olsa xəbər edəcəkdir. Sonradan eşitmişdir ki, həmin şəxs Cavanşiri aldadaraq, maddi ziyan vurmuşdur. Cavanşir özü bu barədə ona demişdir. Zərərçəkmiş şəxs1 Şahin adlı şəxsə nə qədər pul verməli olduğunu bilməsə də o, Cavanşirə 10.000 (on min) manat pul vermişdir. Sonuncu isə özü ilə 20.000 (iyirmi min) manat pul gətirmişdir. Cavanşir onun verdiyi və özünün gətirdiyi pulu birlikdə Şahin adlı şəxsə kağıza bükülü şəkildə təqdim etmişdir. Şahin ona Qida sənaye kollecində və Bakıxanov qəsəbəsində yerləşən Energetika kollecində müəllim və laborant yerlərinin boş olduğunu bildirmişdir. Lakin, aralarında həmin görüşdən sonra heç bir söhbət olmamışdır. Ümumiyyətlə Şahinlə bir daha heç vaxt görüşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2018-ci ilin əvvəllərində ortaq dostları vasitəsi ilə tanımış və aralarında dostluq münasibətləri yaranmışdır. 2015-ci ilin may ayında X26 Yolu və Nəqliyyat Universitetini bitirmişdir. Həmin bakalavr diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirmək istəyirdi. O, bu barədə dostu Tosifə demişdir. 2018-ci ilin iyun ayında Tosif ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı var, həmin şəxs Təhsil Nazirliyi ilə əlaqəli şəxsdir və onun diplomunu təsdiq etdirə bilər. Bu işi Təqsirləndirilən şəxs 5.000 (beş min) manat pula həll edə biləcəyini demişdir. Tosif həmçinin öz diplomunu da Təqsirləndirilən şəxs vasitəsi ilə təsdiqlətdirəcəyini bildirmişdir. O, Tosifə həmin şəxslə danışıb, onun diplomunu təsdiqlətməsini xahiş etmişdir. Tosifə diplomunun notarial şəkildə təsdiq edilmiş surətini vermiş və tezliklə 5.000 (beş min) manat pulu da verəcəyini söz vermişdir. Beləliklə o, 2018-ci ilin iyun ayının sonlarında Tosifə 5.000 (beş min) manat pulu diplomunu Təqsirləndirilən şəxs vasitəsi ilə təsdiq etdirməsi üçün Xətai rayonunda yerləşən çay evində vermişdir. Tosif həmin pulu Təqsirləndirilən şəxs verəcəyini, diplomu isə artıq ona verdiyini bildirmişdir. Həmçinin Tosif ona bildirmişdir ki, Şahinlə aralarında olan razılaşmaya əsasən sonuncu onların, yəni Tosiflə onun diplomunu üç ay müddətinə Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsində təsdiq etdirəcəkdir. 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs Tosifə Qara Qarayev prospektində yerləşən Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsinə getmələrini və təsdiq haqqında şəhadətnaməni götürmələrini bildirmişdir. Bu məqsədlə o, və Tosif həmin idarəyə getmişlər və Şahin mobil telefon vasitəsi ilə orada gözləmələrini, onları kiminsə gəlib qarşılayaraq şəhadətnamələrini verəcəyini bildirmişdir. Lakin, heç bir şəxs gəlməmiş və onlar oranı tərk etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək, onlardan yayınmışdır. 2019-ci ilin yanvar ayında Tosif məcbur olub, onun 5.000 (beş min) manat pulunu öz hesabına ödəmişdir. Ona dəymiş maddi ziyan ödənildiyindən, Təqsirləndirilən şəxs heç bir şikayəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun tələbə yoldaşı olmuşdur. 2018-ci ilin iyul ayında arvadı Şahid7 müəllim kimi iş düzəlmək üçün test imtahanında iştirak etmək fikrində idi. Lakin test imtahanına gecikdiyindən, elektron kabinet bağlanmış və Əntiqə avtomatik olaraq imtahanda iştirak edə bilməmişdir. Bu ərəfədə dostu Tosiflə söhbət zamanı, arvadı Əntiqənin imtahana gecikdiyindən kəsildiyini bildirmişdir. Bir müddət sonra, Tosif Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və yaxın vaxtlarda təhsil naziri təyin ediləcəyini bildirmişdir. Həmçinin, arvadı Əntiqənin müəllim kimi işə düzəlməyində həmin şəxsin köməklik edə biləcəyini demişdir. O isə, Tosifə tanışı vasitəsi ilə ona köməklik etməyini xahiş etmişdir. Tosif Şahinlə görüşüb, bu barədə danışdıqdan sonra, həmin işə görə 10.000 (on min) manat pulun lazım olduğunu demişdir. O razılaşmış və bu məqsədlə Tosiflə 2018-ci ilin iyul ayının sonlarında görüşüb, həmin məbləğdə pulu ona vermişdir. Lakin, Tosifə heç bir sənəd verməmişdir. Belə ki, Şahin demişdir ki, Əntiqənin ad və soyadını verdikdə, imtahan verənlərin bazasında məlum olacaqdır. Sadəcə şəxsi kabinetin iş nömrəsi və kodunu istəmişdir. Növbəti görüşdə Tosif onun arvadı Əntiqənin Yasamal rayonu ərazisindəki 18 saylı orta məktəbə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi barədə Şahinin söz verdiyini bildirmişdir. Lakin, müddət keçməsinə baxmayaraq, Şahindən bir xəbər çıxmamışdır. Tosiflə birlikdə onu axtarmağa başlamışlar, lakin Şahin müxtəlif bəhanələr gətirərək, pulu qaytarmaqdan boyun qaçırmışdır. 2018-ci ilin dekabr ayında Tosif öz hesabına məcbur olub, onun 10.000 (on min) manat pulunu qaytarmışdır. Lakin, bildiyinə görə, Şahin Tosifin pulunu verməmişdir. Odur ki, ona dəymiş maddi ziyan dostu Zərərçəkmiş şəxs2 hesabına tam olaraq ödənildiyindən, Şahindən heç bir şikayəti olmamışdır. İş üzrə şahidlər Şahid5, Şahid3, Şahid4 və Şahid7 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid5 bildirmişdir ki, o, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən yaşayış sahəsində övladları Şahid4, Şahid3 və X21 ilə birlikdə yaşayır. Əri X4 Federasiyasının vətəndaşıdır və həmin ölkədə yaşayır. Özü işləmir və təqaüdçüdür. 2015-ci ildə qızları Aynur və X28 Universitetini bitirmişlər. Lakin uzun müddət keçməsinə baxmayaraq, iş tapa bilməmişlər. 2018-ci ilin iyun ayında əri Vəli qızlarının iş problemini həll etmək məqsədi ilə, Bakı şəhərinə gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, Vəli uzaq qohumları olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Həmin Şahin adlı şəxs qızlarını işlə təmin etməyə vəd vermiş və bu iş üçün Vəlidən ümumilikdə 17.000 (on yeddi min) manat pul istəmişdir. Vəli razılaşmış və danışığa əsasən X1 şöbə müdiri, Aygülü isə onun müavini kimi işə düzəltməli idi. Bu işin həll olunması üçün onun təqaüdü ilə yığdığı puldan ilk olaraq 8.000 (səkkiz min) manat pulu əri Vəli təxminən 2018-ci ilin iyul ayının əvvəllərində Cavanşirin iştirakı ilə vermişdir. Daha sonra 7.000 (yeddi min) manat pulu Vəli Cavanşirin iştirakı ilə vermişdir. Qalan 2.000 (iki min) manat pulu isə qızları Aygül və Aynur Nəsimi rayonu ərazisində yerləşən X6 vermişlər. Lakin, Şahin vədinə əməl etməyərək, qızlarını işlə təmin etməmişdir. Şahin qızlarının işlə təmin ediləcəyini söz versə də, üstündən uzun müddət keçməsinə baxmayaraq, heç bir işlə təmin etməmişdir. Bundan sonra, Vəli Şahindən verdikləri pulu geri tələb etmiş, lakin sonuncu pulu qaytarmaqdan müxtəlif bəhanələr gətirərək, boyun qaçırırmışdır. Bundan sonra, Şahinə ondan şikayət edəcəyini bildirmişdir. Bundan qorxan Şahin verdikləri puldan ilk olaraq 7.000 (yeddi min) manat pulu Vəliyə Cavanşirin vasitəsi ilə qaytarmışdır. Qalan 10.000 (on min) manat pulu isə Cavanşir 2018-ci ilin avqust ayının 14-də Vəliyə vermişdir. Beləliklə, onun təqaüdü ilə yığıb, qızlarının işə düzəlməsi üçün Şahinə verdikləri pullar tamamilə geri qaytarılmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs heç bir şikayətləri olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid5 ilə oxşar məzmunlu ifadə vermişdirlər. Eyni zamanda, ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd kompakt diskdə əks olunmuş məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs_DR adlı qovluğun daxilindəki ***-***-**-** adlı qovluğun tərkibindəki 56626_Zəng Statistika (Qarşı Abunə)-**********44 adlı faylda 12 iyun 2018-ci il tarixdə, saat 22:07:34 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zəng edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs_DR adlı qovluğun daxilindəki ***-***-**-** adlı qovluğun tərkibindəki 56625_Zəng Statistika (Qarşı Abunə)-**********87 adlı faylda 21 iyun 2018-ci il tarixdə, saat 13:08:00, 20:41:17, 22:10:05, 22 iyun 2018-ci il tarixdə, saat 00:03:20, 09:00:34, 16:13:40, 17:46:41, 25 avqust 2018-ci il tarixdə, saat 21:49:24, 23:58:05, 19 sentyabr 2018-ci il tarixdə, saat 12:41:46, 30 sentyabr 2018-ci il tarixdə, saat 23:56:43 Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə danışıq qeydə alınmışdır. Həmçinin, 25 avqust 2018-ci il tarixdə, saat 23:58:05, 26 avqust 2018-ci il tarixdə, saat 01:25:44, 19 sentyabr 2018-ci il tarixdə, saat 12:41:16, 29 sentyabr 2018-ci il tarixdə, saat 23:56:43 Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə danışıq qeydə alınmışdır. İş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd kompakt diskdə əks olunmuş məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, səs yazılarında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslə dostu Şahid2 arvadı Şahid7 müəllim kimi işə qəbul olunması, həmçinin Təqsirləndirilən şəxs pulunu geri istəməsi ilə bağlı söhbətlər aparır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd disk və DİNnin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bakı Xoreoqrafiya Akademiyasının arayışından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Şahid3 və xx.xx.1993-cü il təvəllüdlü Şahid4 tərəfindən Bakı Xoreoqrafiya Akademiyasına işə qəbulla bağlı müraciət daxil olmamış və həmin şəxslər barəsində məlumatları yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin arayışından görünür ki, Ümumi Təhsil Müəssisələrinin X7 Əntiqə Şirvan qızı adlı şəxsin respublikanın ümumtəhsil məktəblərinin hər hansı birində çalışması ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin arayışından görünür ki, Şahid6 adına Ukrayna Dövlət X12 tərəfindən verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması məqsədi ilə təqdim edilmiş sənədlərin ekspertizası nəticəsində vətəndaşın ali təhsil ixtisasının tanınmaması haqqında qərar qəbul edilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 X9 və Ticarət Universiteti tərəfindən verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması məqsədi ilə təqdim edilmiş sənədlərin ekspertizası nəticəsində vətəndaşın ali təhsil ixtisasının tanınmaması haqqında qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından, 23 noyabr 2020-ci il tarixdə barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 12 fevral 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, 14 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-4/2022 saylı, 13 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 3 (üç) ay 16 (on altı) gün həbsdə olduğu müddət təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-4/2022 saylı, 13 iyun 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanı çəkməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onlara dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 12 fevral 2021-ci il tarixdən 14 fevral 2021-ci il tarixədək və 13 iyun 2022-ci il tarixdən hal-hazıradək həbsdə olduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-4/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə onun 113 (bir yüz on üç) gün həbsdə saxlanıldığı müddət 226 (iki yüz iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-4/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-16/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-16/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver