Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-16/2023 11.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Rafiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanının qarşısında tanışı Şahid3 20 manat pul verib satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 05 bükümdə ümumi çəkisi 6,999 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 34-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 07 may 2022-ci il tarixdə saat 04:00 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılıb, ünvan 3şən Xətai RPl-nin 34-cii PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda çəkiləri 1,711 qram, 1,504 qram, 1,347 qram, 1,588 qram və 0,849 qram olmaqla, ümumi çəkisi 6,999 qram olan bitki mənşəlli kütlələr tərkibində narkotik mddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, dəniz məhsulları satır və Şahid3 adlı şəxsə sonuncunun üşağı xəstə olduğu üçün ucuz qiymətə krevetka adlı dəniz məhsulunu satmışdır. Şahid3 həmin məhsula görə ona 20 manat məbləğində borclu qalmışdır. Onlar Şahid3lə X5 iştirakçısı olmuşlar və oradan tanışdırlar. Onların arasında dostluq münasibətləri olmuş və onlar eyni küçədə yaşamışlar. İbtidai istintaq zamanı verdiyi ifadələrdə narkotik vasitəni Natiqdən almasını bildirsə də, həmin deyilənlər həqiqəti əks etdirmir, belə ki, polis şöbəsində olan zaman Şahid3 döydüklərini görmüş, onun da üzərinə külli miqdarda narkotik vasitə qoyulacağı və beləliklə ağır maddələrlə ittiham olunacağı deyildiyindən qorxaraq orada qeyd olunan ifadələri verməyə məcbur edilmişdir. Onlar Şahid3lə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda saxlanılmışlar, ilk olaraq polis əməkdaşları Şahid3, daha sonra isə onu saxlamışlar. O, hadisə günü Şahid3 borclu qaldığı pulu almaq üçün zəng vurmuşdur. Natiq isə ona həmin krevetkanın pulunu vermək üçün onların blokunun qarşısına gəlməyini demişdir. O, həmin şəxsin Natiq olmadığını sonradan başa düşmüşdür. Polis əməkdaşları onu 07 may 2022-ci il tarixdə saat təxminən 01:30- 02:00 radələrində saxlamışdırlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır, lakin Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitənin bir qismi ayrılaraq onun üzərinə qoyulmuş və sonra video çəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs öz ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 il olar ki. narkotik vasitə qurudulmuş marixuanadan istifadə edib. Narkotik vasitəni Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə edib. 06 may 2022-ci il tarixdə yenidən narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmək qərarına gəlib və həmin gün saat 23 radələrində Natiqlə ünvan 5 ünvanının qarşısında görüşüb və orada Natiqə 20 manat pul verib şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana satmasını istəyib. Natiq də ona 20 manata 05 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuana verərək çıxıb gedib. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibinə qoyub ki, münasib yer taparaq istifadə edər. xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət ediblər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis Şöbəsinə gəlib. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilib. Ona hüquq və vəzifələri izah olunub, müdafiəçi təqdim olunub və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilib. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildiriblər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 05 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni şəxsi istifadəsi üçün bir gün öncə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında Şahid3 20 manata aldığını bildirib. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmayıb. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılıb, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənib və imzalarla protokolun doğruluğunu təsdiq edilib. (Cild1, i.v 105- 107); Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 daha əvvəl istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir, ki onlara narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan sonra başda Şahid1 olmaqla əməliyyat qrupu yaradıldı. Onlar ünvana gedib orada Təqsirləndirilən şəxs yaxınlaşdıqda müyyən etmişlər ki, sonuncu onların axtardığı şəxsdir. Daha sonra onu polis bölməsinə dəvət etmişlər. Ümumilikdə qeyd edir ki, bu hadisələrin üzərindən uzun müddət keçdiyindən o heç nəyi dəqiq xatırlamır. Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən şahidin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı rütbəsi daşıyır. Xətai rayonun inzibati ərazisində, Neapol küçəsində yaşayan İlqar adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinə yollanmışlar. Həmin gün saat 04 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim təqdim edərək həmin şəxsdən anket məlumatlarını soruşublar. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olmasını bildirib. Həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinnin 34-cü PŞ-nə dəvət ediblər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməyə razılıq verib və birlikdə polis şöbəsinə yollanıblar. Polis şöbəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olunub. Vəkil polis şöbəsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilib. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilib ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvann sağ yan cibindən 05 ədəd gümüşü falqaya bükülmüş bükülü masanın üzərinə qoyub. Həmin bükülünün içərisinə baxdıqda içərisindən yaşıl rəngli, spesllk iyili maddə aşkar olunub. Təqsirləndirilən şəxs bildirib ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki narkotik vasitə olan marixuanadır və həmin marixuananı öz istifadəsi üçün tanışı Natiq adlı şəxsdən 20 manata alıb istifadə etmək üçün üzərində gəzdirib. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmayıb. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş marixuana elektron tərəzi vasitəsilə çəkilib və marixuananın miqdarının 8.11 qram olması müəyyən olunub. Təqsirləndirilən şəxs götürülmüş marixuana qablaşdırılıb. Daha sonra bu barədə protokol tərtib olunub və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənib. 34-cü PŞ-də Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır (cild1, i.v. 178-180); Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 daha əvvəl istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Neapol küçəsinə yollanmışdılar. Həmin gün Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs polis bölməsinə getməyi bildirmişdilər. Polis bölməsində onun üzərində narkotik vasitə aşkar edilmişdir. Daha sonra o bildirmişdir ki, uzun müddət keçdiyindən heç nəyi dəqiq xatırlamır. Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən şahidin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsini daşıyır Xətai rayonunun inzibati ərazisində, Neapol küçəsində yaşayan İlqar adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinə yollanıblar. Həmin gün saat 04 radələrində orada şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən anket məlumatlarını soruşublar. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olmasını bildirib. Həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinnin 34-cü PŞ-nə dəvət ediblər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməyə razılıq verib və birlikdə polis şöbəsinə yollanıblar. Polis şöbəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olunub. Vəkil polis şöbəsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilib. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilib ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvann sağ yan cibindən 05 ədəd gümüşü falqaya bükülmüş bükülü masanın üzərinə qoyub. Həmin bükülünün içərisinə baxdıqda içərisindən yaşıl rəngli, spesllk iyili maddə aşkar olunub. Təqsirləndirilən şəxs bildirib ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki narkotik vasitə olan marixuanadır və həmin marixuananı öz istifadəsi üçün tanışı Natiq adlı şəxsdən 20 manata alıb istifadə etmək üçün üzərində gəzdirib. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmayıb. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş marixuana elektron tərəzi vasitəsilə çəkilib və marixuananın miqdarının 8.11 qram olması müəyyən olunub. Təqsirləndirilən şəxs götürülmüş marixuana qablaşdırılıb. Daha sonra bu barədə protokol tərtib olunub və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənib. 34-cü PŞ-də Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır(cild 1, i.v 175-178); Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla X5ndən tanışdılar və hər ikisi müharibə veteranıdır. O qeyd edir ki, 06 may 2022-ci il tarixdə əvvəlcə onu tutmuşlar və tutduqdan sonra mobil telefonunu onun əlindən almışlar. Polis əməkdaşları onun telefonundan istifadə edərək Təqsirləndirilən şəxs onun evinin qarşısına çağırmış və onu orada tutub bölməyə gətirmişlər. İlqara və ona təzyiqlər olmuşdur. Daha sonra bildirir ki, onun məhkəmədə olan işi ilə əlaqədar olaraq şahid qismində dindirilmiş polis əməkdaşları ifadə zamanı yalnışlıqlara yol vermişlər. Belə ki, onlar məhkəmə iclası zamanı ifadələrində bildirmişlər ki, birinci Təqsirləndirilən şəxs tutmuşlar əslində isə birinci onun özü tutulmuşdur. Həmçinin məhkəmə iclası zamanı anten məlumatları alınmış və orada göstərilmişdir ki, o polis bölməsində olan zaman onun mobil telefonundan Təqsirləndirilən şəxs zəng getmişdir. Onun İlqara borcu olduğu üçün İlqar onun ünvanına gəlmişdir. Belə ki, İlqar dəniz məhsulları satdığı üçün və onun uşağı xəstə olduğu üçün İlqardan ucuz qiymətə krevetka alır. Həmin krevetkaya görə İlqara 20 manat borcu qalmışdır. Daha sonra o ifadəsində bildirmişdir ki, İlqarın heç bir günahı yoxdur. Aldığı narkotik vasitəni heç kəsə satmamış və ya pay verməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən şahidin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olsa da, ünvan 7nda ailəsi ilə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 il narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni tanımadığı şəxslərdən alır. Narkotik vasitələri qəbul etməyə başlayanda “İnstagram” sosial şəbəkəsində adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və həmin şəxs o narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Buna görə də, o narkotik lazım olan zaman “Whatsapp” proqramı ilə onun verdiyi mobil nömrə ilə əlaqə saxlayıb ondan narkotik vasitə istəyirdi. Bundan sonra həmin şəxsin ona dediyi bank hesabına pul göndərdikdən sonra narkotik vasitələri qoyduğu yerdən götürürdü. Mahiyyəti üzrə bildirir ki, 06 may 2022-ci il tarixdə o yenidən narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Buna görə də narkotik vasitəni əldə etdiyi İranlı ilə əlaqə saxlayıb ondan narkotik vasitə qurudulmuş marixuana satmasını bildirmiş və həmin şəxsin ona vermiş olduğu bank hesabına “Milliön” aparatı vasitəsi ilə 30 manat pul göndərmişdir. Sonra həmin şəxs ona Bakı şəhəri, Xətai rayonu ərazisində kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuananın qoyulduğu yeri bildirdi və o həmin yerə gedərək 05 ədəd siqaretin gümüşü rəngli kağzına bükülmüş bükümdə və 04 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı götürmüşdür. O, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirirdi. Təqsirləndirilən şəxs onun dostudur. İlqar da onun kimi narkotik vasitə aludəçisidir, o da narkotik vasitədən istifadə edir. 06 may 2022-ci il tarixdə təxminən 23 radələrində İlqar onun əlaqə saxladıqdan sonra onunla yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında görüşmüş və orada 05 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı İlqara 20 manata satmışdır. 07 may 2022-ci il tarixdə saat 04:40 radələrində yaşadığı ünvan 8 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onun Xətai RPİnin 34-cü PŞ-nə dəvət etdilər. O, heç bir etiraz etmədən onlarla birlikdə polis Şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirildi. Bu zaman ona üzərində qanunsuz əşya maddə varsa könüllü olaraq təqdim etməyini bildirdilər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynimdə olan göy rəngli şalvarının sol yan cibində saxladığı 04 ədəd kibrit qutusunu çıxarıb üzərinə qoyaraq, həmin kibrit qutuların içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o həmin maddəni sosial şəbəkədə tanış olduğu İran Respublikasının vətəndaşının vasitəsi ilə 30 manata əldə etdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırıldı onun iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları protokolun doğruluğunu təsdiq etdilər (cild 1, i.v. 126-128); Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə proses iştirakçılarını fikri öyrənildikdən sonra şahid X2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Öz ifadəsində o bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı rütbəsini daşıyır. Bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində xidmətdə olan zaman polis şöbəsinə narkotik vasitənin istifadəsində əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs gətirildi. Polis şöbəsində otaqda olan zaman İlqarın üzərinə baxış keçirilməsindən ötrü vəkil dəvət olundu. Vəkil polis şöbəsinə gələnədək İlqarla söhbət aparmışlar. Söhbət zamanı İlqar bildirmişdir ki, üzərində narkotik vasitə olan marixuana vardır və həmin narkotiki qonşusu, tanışı Natiqdən almışdır. Natiq adlı şəxsin Təqsirləndirilən şəxs tutulma xəbərini eşidib qaçmasından ehtiyyat etdikləri üçün onlar dərhal Natiq adlı şəxsin müəyyən olunması istiqamətində Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X3 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinə yollanmışlar. Saat 04:40 radələrində orada onlara daxil olan şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən anket məlumatlarını soruşdular. O, özünü Şahid3 kimi təqdim etdi. Həmin şəxsə narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinnin 34-cü PŞ-nə dəvət etmişlər, Şahid3 onlarla birlikdə polis şöbəsinə getməyə razılıq verdi və birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsinin inzibati binasında olan zaman Şahid3 hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olundu. Vəkil polis şöbəsinə gəldikdən sonra xidməti otaqda Şahid3 üzərinə video çəkiliş ilə baxış keçirildi. Baxış zamanı Şahid3 təklif olundu ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Şahid3 əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 04 ədəd kibrit qutusunu masanın üzərinə qoydu. Həmin kibrit qutularının içərisinə baxdıqda içərisindən yaşıl rəngli, spesfık iyili maddə aşkar olundu. Şahid3 bildirdi ki, üzərindən aşkar edilmiş kibrit qutularının içərisindəki narkotik vasitə olan marixuanadır və həmin marixuananı öz istifadəsi üçün İran İslam Respublikası vətəndaşından 30 manata onlayn yolla almışdır. Bundan əlavə aldığı narkotik vasitədən 05 ədədini büküm formasında tanışı İlqara 20 manata satmışdır. Əlavə olaraq Şahid3 üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmadı. Bundan sonra Şahid3 üzərindən aşkar olunaraq götürülmüş marixuana elektron tərəzi vasitəsilə çəkildi və marixuananın kibrit qutusu ilə birlikdə miqdarının 28.62 qram olması müəyyən olundu. Şahid3 götürülmüş marixuana qablaşdırıldı. Daha sonra bu barədə protokol tərtib olundu və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. 34-cü PŞ-də Şahid3 qarşı heç bir zor tətbiq olunmamışdır (cild 1, i.v 181-183); Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə proses iştirakçılarını fikri öyrənildikdən sonra şahid X4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Öz ifadəsində o bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı rütbəsini daşıyır. Bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində xidmətdə olan zaman polis şöbəsinə narkotik vasitənin istifadəsində əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs gətirildi. Polis şöbəsində otaqda olan zaman İlqarın üzərinə baxış keçirilməsindən ötrü vəkil dəvət olundu. Vəkil polis şöbəsinə gələnədək İlqarla söhbət aparmışlar. Söhbət zamanı İlqar bildirmişdir ki, üzərində narkotik vasitə olan marixuana vardır və həmin narkotiki qonşusu, tanışı Natiqdən almışdır. Natiq adlı şəxsin Təqsirləndirilən şəxs tutulma xəbərini eşidib qaçmasından ehtiyyat etdikləri üçün onlar dərhal Natiq adlı şəxsin müəyyən olunması istiqamətində Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X1 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinə yollanmışlar. Saat 04:40 radələrində orada onlara daxil olan şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən anket məlumatlarını soruşmuşlar. O, özünü Şahid3 kimi təqdim etdi. Həmin şəxsə narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə dəvət etmişlər, Şahid3 onlarla birlikdə polis şöbəsinə getməyə razılıq verdi və birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsinin inzibati binasında olan zaman Şahid3 hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olundu. Vəkil polis şöbəsinə gəldikdən sonra xidməti otaqda Şahid3 üzərinə video çəkiliş ilə baxış keçirildi. Baxış zamanı Şahid3 təklif olundu ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Şahid3 əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 04 ədəd kibrit qutusunu masanın üzərinə qoydu. Həmin kibrit qutularının içərisinə baxdıqda içərisindən yaşıl rəngli, spesfık iyili maddə aşkar olundu. Şahid3 bildirdi ki, üzərindən aşkar edilmiş kibrit qutularının içərisindəki narkotik vasitə olan marixuanadır və həmin marixuananı öz istifadəsi üçün İran İslam Respublikası vətəndaşından 30 manata onlayn yolla almışdır. Bundan əlavə aldığı narkotik vasitədən 05 ədədini büküm formasında tanışı İlqara 20 manata satmışdır. Əlavə olaraq Şahid3 üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmadı. Bundan sonra Şahid3 üzərindən aşkar olunaraq götürülmüş marixuana elektron tərəzi vasitəsilə çəkildikdə və marixuananın kibrit qutusu ilə birlikdə miqdarının 28.62 qram olması müəyyən olundu. Şahid3 götürülmüş marixuana qablaşdırıldı. Daha sonra bu barədə protokol tərtib olundu və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir.34-cü PŞ-də Şahid3 qarşı heç bir zor tətbiq olunmamışdır(cild 1, i.v. 184-186); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 Zakir oğlunun barələrində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 1, i.v. 1-2); “şübhəli şəxsin tutulması haqqında” 07 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:00-dan tutulmuş sayılır. (cild 1, i.v. 22); “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 may 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 05 büküm siqaretin gümüşü kağızına bükülmüş, yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddələri masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və ümumi çəkisinin 8.11 qram müəyyən olunmuşdur. (i.v. 35-36); “şübhəli şəxsin tutulması haqqında” 07 may 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 həmin tarixdə saat 04:40-dan tutulmuş sayılır.(cild 1, i.v. 53); “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 may 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Şahid3 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Şahid3 üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 göy rəngli idman şalvarının sol yan cibindən çıxarılmış 04 ədəd kibrit qutularına doldurulmuş, yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan maddə elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisinin 28.62 qram müəyyən olunmuşdur. (cild 1, i.v. 65-66); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2022-ci il tarixli, 7/450 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ “.......Yusifov”. yazılar və imzalar qeyd edilmiş zərfdəki 5 (beş) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.711 qram; 1.504 qram; 1.347 qram; 1.588 qram; 0.849 qram; bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 6.999 qramdır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild1, i.v. 72-73); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2022-ci il tarixli, 7/451 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ “.......Quliyev”. yazılar və imzalar qeyd edilmiş zərfdəki 4 (dörd) ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 3,723 qram; 3,767 qram; 6,615 qram; 1,926 qram; bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 16,031 qramdır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild1, i.v. 76-77); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 7/463 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 5 (beş) ədəd gümüşü rəngli kağız bükümdə olan marixuanalar ilə Şahid3 götürülmüş 4 (dörd) ədəd kibrit qutusunda olan marixuanalar tərkibinə görə eynidilər. (cild1, i.v. 189- 191); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur (cild 1, i.v. 94-95); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 may 2022-ci il tarixli qərardan görünür ki, Şahid3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan olunmuşdur (cild1, i.v. 114-115); “video diskə baxış keçirilməsi haqqında” 08 may 2022-ci il tarixli protokoldan görünür ki, DVD diskdəki görüntü 06 dəqiqə 06 saniyə davam edir. Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Ramil Əhmədov polis əməkdaşının iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, onun üzərinə vəkilin iştirakı ilə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd gümüşü rəngli gümüşü rəngli falqaya bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümün içərisindəki narkotik vasitə olan marixuanadır, öz istifadəsi üçün Natiq adlı şəxsdən 20 manata almışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümlər tərəziyə qoyularaq çəkilir və həmin kütlənin bükümlər ilə birlikdə çəkisinin 8.11 qram olması müəyyən edilir. Büküm çəkildikdən sonra ağ rəngli zərfə qoyularaq zərflər üçün möhürlə möhürlənir və iştirakçılar tərəfindən imzalanır. (cild 1, i.v. 113); Həmin diskə məhkəmə iclasında baxış keçirilərkən xx.xx.2022-ci il tarixli protokolda əks olunmuş hallar öz təsdiqini tapmışdır. “diskə baxış keçirilməsi haqqında” 08 may 2022-ci il tarixli protokoldan görünür ki, DVD diskdəki görüntü 05 dəqiqə 57 saniyə davam edir. Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Ramil Əhmədov polis əməkdaşının iştirakı ilə Şahid3 hüquq və vəzifələri elan olunduqdan sonra, onun üzərinə vəkilin iştirakı ilə baxış keçirilir. Baxış zamanı Şahid3 üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir. Həmin vaxt Şahid3 əynində olan göy rəngli idman şalvarın sol yan cibindən 04 ədəd kibrid qutularına çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı Şahid3 bildirir ki, həmin kibrid qutularının içərisində olan narkotik vasitə marixuanadır. Həmin narkotik vasitəni öz istifadəsi üçün onlayn yolla İran İslam Respublikası vətəndaşından 30 manata almışdır, bundan əlavə onun narkotik vasitə satıb-satmaması soruşulan zaman isə o, İlqar adlı tanışına satdığını etiraf etmişdir. Daha sonra Şahid3 təqdim etdiyi 04 ədəd içərisində narkotik vasitə marixuana olan kibrit qutuları tərəziyə qoyularaq çəkilir və həmin kütlənin kibrid qutusu ilə birlikdə çəkisinin 28.62 qram olması müəyyən edilir. Kibrit qutuları çəkildikdən sonra ağ rəngli zərfə qoyularaq zərflər üçün möhürlə möhürlənir və iştirakçılar tərəfindən imzalanır. (cild 1, i.v. 134); “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v. 145-146); - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 10 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuşdur.(cild 1, i.v. 164-165); İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 224/2011 saylı, 01 avqust 2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi müəyyən edilmişdir (cild 1, i.v. 166-169); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2022-ci il tarixli 2837 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərindən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomanoya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(cild 1, i.v. 192-193); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2022-ci il tarixli 2498 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Şahid3 kannabinoidlərindən istifadə etmə halları olub. Lakin hal-hazırda Şahid3 müayinə zamanı narkomanoya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Şahid3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(cild 1, i.v. 194-195); “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* (Təqsirləndirilən şəxs barəsində olan) nömrəli cinayət işindən Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. (cild 1, i.v. 226-229) “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 05 ədəd bükümdə ilki təmiz çəkisi 6,999 qram narkotik vasitə olan marixuana maddi sübut kimi tanınmışdır və qalıq qalmış 6,899 qram narkotik vasitə marixuana saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 02 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (cild 1, i.v. 212-224); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-380/2022 saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid3 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə daxil olan və çıxan zənglərin siyahısı (mesajların mətnləri, həmin nömrələrin kimlərə məxsus olması, aparılmış danışıqların konkret hansı ərazilərdən olması, yəni ötürücü antenar cədvəli barədə məlumatlar) təqdim edilməsinin “Bakcell” və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır; İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 13/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilmişdir. Şahid3 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-965/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. V 002410 nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı statusundadır; İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2003-cü il təvəllüdlü X6 və xx.xx.2007-cil il təvəllüdlü X7 adlı iki uşağı vardır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, istintaq orqanı tərəfindən Şahid3 ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 09 bükümdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış ümumi təmiz çəkisi 23,03 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 06 may 2022-ci il tarixdə ünvan 9 ünvanının qarşısında həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 05 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,711 qram, 1,504 qram, 1,347 qram, 1,588 qram və 0,849 qram olmaqla, 6,999 qram çəkidə olan hissəsini tanışı Təqsirləndirilən şəxs 20 manat müqabilində satmış, 07 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı, Şahid3 həmin gün saat 04:40-da Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında saxlanılıb, ünvan 10ləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli idman şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 04 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda çəkiləri 3.723 qram, 3,767 qram, 6,615 qram və 1,926 qram olmaqla, ümumi təmiz çəkisi 16.031 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda göstərilmişdir ki, təqsirləndirilən şəxs Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2022-ci il tarixdə saat 22:12-dən başlayaraq 23:04-dək, 23:30-dan başlayaraq 23:36-dək, 23:46-dan başlayaraq 23:55-dək, xx.xx.2022-ci il tarixdə saat 00:17-dən başlayaraq 09:35-dək Bakı şəhəri, Xətai rayonu, Rüstəmov və Şirvani kəsişməsi və ünvan 12 ünvanlarda (Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ərazisi) aktiv olmuşdur. Həmçinin təqsirləndirilən şəxs Şahid3 istifadəsində olan 070- ***-**-** saylı mobil nömrəyə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 7 ünvanında (Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ərazisi) aktiv olan zaman xx.xx.2022-ci il tarixdə saat 23:32 və 23:36-da şahid Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş, həmin danışıqların müddəti müvafiq olaraq 29 və 20 saniyə davam etmişdir. Həmin hökm üzrə məhkəmə belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs Şahid3 Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 22:12 radələrində ünvan 15 ünvanının qarşısında şübhəli şəxs qismində tutulmasına və Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aparılmasına baxmayaraq, şübhəli şəxsin tutulması barədə protokolda onun heç bir əsas olmadan xx.xx.2022-ci il tarixdə, saat 04:40 radələrində tutulması göstərilmiş və üzərində şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinə saat 05:50-də, yəni şübhəli şəxsin tutulmasından 7 saatdan artıq müddət keçdikdən sonra başlanmışdır Həmin hökm üzrə məhkəmə, təqsirləndirilən şəxs Şahid3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi ilə, yəni narkotik vasitələrin satışı ilə məşğul olması ilə razılaşmamışdır və hesab etmişdir ki, həmin hissədə təqsiləndirilən şəxsin əməlində cinayət tərkibinin olması sübuta yetirilmir. Belə ki, hazırkı cinayət işi üzrə ittiham tərəfinin mövqeyinə görə Təqsirləndirilən şəxs 05 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda çəkiləri 1,711 qram, 1,504 qram, 1,347 qram, 1,588 qram və 0,849 qram olmaqla, ümumi çəkisi 6,999 qram olan narkotik vasitə qurudulmuş marixuananı Şahid3 almışdır. Belə ki ittihamın fabulasına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanının qarşısında tanışı Şahid3 20 manat pul verib satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 05 bükümdə ümumi çəkisi 6,999 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 34-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 07 may 2022-ci il tarixdə saat 04:00 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılıb, ünvan 3şən Xətai RPl-nin 34-cii PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda çəkiləri 1,711 qram, 1,504 qram, 1,347 qram, 1,588 qram və 0,849 qram olmaqla, ümumi çəkisi 6,999 qram olan bitki mənşəlli kütlələr tərkibində narkotik mddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdən görünür ki, qeyd olunan halallarla bağlı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci, Şahid3 qarşı isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Şahid3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilmişdir. Qeyd olunmuş hökm üzrə məhkəmə belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı ittiham tərəfi Şahid3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Belə ki, ittiham tərəfinin qeyd etdiyi hadisələrlə bağlı Şahid3 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə əlaəqdar ona qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmadığından və həmin şəxsə qeyd olunan ittiham üzrə bəraət verildiyindən - hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin narkotik vasitələri ittiham tərəfinin qeyd etdiyi şəraitdə Şahid3 almasına dair ittiham tərəfinin dəlilləri əsaslı hesab edilə bilməz. Təqsirləndirilən şəxs Şahid3 05 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,711 qram, 1,504 qram, 1,347 qram, 1,588 qram və 0,849 qram olmaqla, 6,999 qram çəkidə narkotik vasitə olan marixuananı alması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 13/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təkzib edilir. Məhkəmə xüsusilə vurğulayır ki, yuxarıda qeyd edilmiş ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş 5 (beş) ədəd gümüşü rəngli kağız bükümdə olan marixuanalar ilə Şahid3 götürülmüş 4 (dörd) ədəd kibrit qutusunda olan marixuanalar tərkibinə görə eynidilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsassızlığına dəlaət edən halları əks etdirir və bununla da Təqsirləndirilən şəxs qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu göstərir. Şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı olduğuna görə təqsirsizlik prezumpsiyası rəhbər olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Bundan başqa qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 13/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, məhkəmə belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs Şahid3 Bakı şəhəri Xətai RPİnin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 22:12 radələrində ünvan 15 ünvanının qarşısında şübhəli şəxs qismində tutulmasına və Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aparılmasına baxmayaraq, şübhəli şəxsin tutulması barədə protokolda onun heç bir əsas olmadan xx.xx.2022-ci il tarixdə, saat 04:40 radələrində tutulması göstərilmiş və üzərində şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinə saat 05:50-də, yəni şübhəli şəxsin tutulmasından 7 saatdan artıq müddət keçdikdən sonra başlanmışdır. Belə ki, ittiham tərəfinin mövqeyinə görə Şahid3 Təqsirləndirilən şəxs məlumatı əsasında tutulmuşdur. Göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 13/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Şahid3 tutulması və barəsində şəxsi axtarış və götürmə kimi prosessual hərəkətlərinin keçirilməsi vaxtlarının həqiqətə uyğun olmaması, qeyd edilmiş vaxtlardan daha əvvəlki dövrə təsadüf etməsi göstərilmişdir. İttiham tərəfinin Təqsirləndirilən şəxs Şahid3 daha əvvəl tutulması barədə mövqeyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şahid3 tutulması və barəsində şəxsi axtarışın keçirilməsinin müvafiq protokollarda göstərilən müddətlərdə deyil, daha əvvəlki saatlara təsadüf etməsi məhkəmə tərəfindən təsdiq edildiyindən və qeyd edilmiş iki şəxsin tutulması hərəkətlər ardıcılığı baxımından biri-digəri ilə əlaqəli olduğundan, Təqsirləndirilən şəxs tutulması və barəsində şəxsi axtarış və götürmə prosessual hərəkətlərinin keçirilməsinin vaxtlarını əks etdirən müvafiq protokollar həqiqəti əks etdirmirlər. Buna görə də həmin protokollar və onların əsasında əldə edilmiş sübutlar mötəbər sübut sayıla bilməz və sübutedici qüvvəyə malik deyillər. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il tarixli Qərarında qeyd olunur ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPMnin 153cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, CinayətProsessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman narkotik vasitə olan marixuananın aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,899 qram narkotik vasitə - heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – narkotik vasitənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 05 ədəd 1,711 qram, 1,504 qram, 1,347 qram, 1,588 qram və 0,849 qram olmaqla, ümumi çəkisi 6,999 qram narkotik vasitə olan marixuanadan təqdiqatlar keçirildikdən sonra qalıq çəkisi 6,899 qram təşkil edən marixuana aparılan araşdırma sona çatanadək Bakı şəhəri Xətai RPİ-nin saxlanc otağında saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 142.1, 344-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 05 ədəd 1,711 qram, 1,504 qram, 1,347 qram, 1,588 qram və 0,849 qram olmaqla, ilkin təmiz çəkisi 6,999 qram olan, təqdiqatlar keçirildikdən sonra qalıq çəkisi 6,899 qram olan tərkibində çətənə (kannabis) narkotik maddəsi olan bitki mənşəlli kütlələr hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut kimi saxlanılan 05 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda çəkiləri 1,711 qram, 1,504 qram, 1,347 qram, 1,588 qram və 0,849 qram olmaqla, ilkin təmiz çəkisi 6,999 qram olan, təqdiqatlar keçirildikdən sonra qalıq çəkisi 6,899 qram olan tərkibində çətənə (kannabis) narkotik maddəsi olan bitki mənşəlli kütlələr araşdırma sona çatanadək Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №1(011)-16/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-16/2023
11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver